Azərbaycan Respublikası KİV-də Peşə Etikası Norma və Qanunlarının Gözlənilməsi Üzrə Monitorinq Qrupunun Noyabr 2007-Aprel 2008-ci il dövrü əhatə edən altı aylı
q,eyni zamandaAprel 2008-ci il üçün
HESABATI
LAYİHƏNİN ADI:
AZƏRBAYCAN RESPUBLİKASI KİV-DƏ REŞƏ ETİKASI NORMA VƏ QANUNLARININ GÖZLƏNİLMƏSİ (MONİTORİNQ).LAYİHƏNİN MÜƏLLİFLƏRİ: AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİ,
YENİ NƏSL JURNALİSTLƏR BİRLİYİ, “RUH” JURNALİSTLƏRİ MÜDAFİƏ
TƏŞKİLATI, NƏCƏF NƏCƏFOV FONDU VƏ DEMOKRATİK JURNALİST-LƏR LİQASI.
LAYİHƏ ABŞ SƏFİRLİYİNİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ KİÇİK QRANTLAR ÜZRƏ DEMOKRATİYA KOMİSSİYASININ MALİYYƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLİR.
LAYİHƏNİN MƏQSƏDİ: Azərbaycan mətbuatında gedən prosesləri izləyib aşkarlamaq,əldə olunan nəticələri ictimaiyyətin nəzərinə çatdırmaqla jurnalistlərin peşə fəaliyyətində dönüş yaratmaq, onların öz işlərində yol verdikləri neqativ cəhətləri aradan qaldırmaq və yüksək professionallıq
əldə etməsinə nail olmağa yönəltməkdir.Monitorinq 01.10.2007-ci ildən başlayıb 30.09.2008-ci ildə sona yetməklə bir illik dövrü əhatə edir.
Monitorinq Yeni Nəsl Jurnalistlər Birliyinin hazırladığı prinsiplərlə aparılır. Bu prinsiplər Azərbaycan Jurnalistləri Etik Kodeksinin tələblərinə uyğundur. Həmin prinsiplərə görə mətbuatda yol verildiyi ehtmal olunan bütün peşə etikası pozuntuları 50 kodla simvollaşdırılır. Kodlarla simvollaşdırılmış pozuntular digər etik pozuntularla yaxınlığı və ya müxtəlifliyində
n asılı olaraq 13 yarımkateqoriyaya ayrılır. Yarımkateqoriyalar isə üç əsas kateqoriyada əhatə olunur. Monitorlar üçün tərtib olunmuş təlimat monitorinqin keçirilməsində kriteriya rolu oynayan hələlik başlıca vəsaitdir. Həmin təlimat hesabata əlavə olunur.Monitorinq respublikada Azərbaycan və rus dillərində dövrü nəşr olunan (həftədə ən azı bir dəfə) 57-59 mətbu KİV-i (bəzi qəzetlərin dövriliyində dəyişikliklər olur) və 3 internet saytı əhatə edir.
Bu monitorinqin ən ümdə cəhəti odur ki, diqqət jurnalisti
ka fəaliyyəti çevrəsinin yalnız bir seqmentinə - peşə etikası prinsiplərinə yönəldilib. Jurnalistikanın siyəsət , sosial və s. Sahələri bu monitorinqin tədqiq obyektindən kənardadır.Aprel – respublika mətbuatı üzrə aparılan monitorinqin altıncı ayı idi.Bu səbəbdən aprel ayının göstəriciləri ilə yanaşı ümumilikdə hesabat dövrünün son 6 ayının əsas göstəricilərinin dinamikasını da nəzərdən keçirəcəyik.
Azərbaycan mətbuatı üzrə monitorinqin ilk 3 aylıq (noyabr, dekabr -2007 və yanvar -2008) hesabatı dövründə ümumilikdə 18715 pozuntu qeydə alınmışdı. Orta hesabla həmin hesabat dövründə hər ayın payına 6238 pozuntu düşürdü. Son üç ay (fevral - 3242, mart - 1904, aprel - 3870) ərzində ümumilikdə 9016 pozuntu qeydə alınıb. Orta hesabla hər ayın payına 3005 pozunt
u düşür. Və bu göstərici əvvəlki ayların orta hesabla payına düşən pozuntuların sayından iki dəfə azdır . Biz bundan əvvəlki hesabatda mətbuatda etik pozuntuların azalması tendensiyasını vurğulamışdıq. Lakin onu da qeyd etmişdik ki, qabaqdan gələn seçki kampaniyası mətbuadakı proseslərə ciddi təsir göstərə bilər və bu faktor, ola bilsin ki, yaranmış müsbət tendensiyanı zəiflətsin. Aprel ayında pozuntuların sayının (3870) fevral (3242) və mart (1904) aylarına nisbətdə xeyli artması gümanımızı təsdiqləyir. Bununla belə, pozuntuların sayının azalması tendensiyası keçən ilin son iki ayının fonunda (noyabr – 7210, dekabr – 7150) kifayət qədər dayanıqlı görünür.Altı aylıq hesabat dövründə monitorinqin üzə çıxarıb aydınlaşdırdığı etik norma pozuntularının azalması ilə paralel daha ən qabarıq faktorlar hansılardır?
----Altı ay ərzində montitorinqin hər üç kateqoriyası üzrə cəmi 27720 pozuntu qeydə alınmışdır. Pozuntular kateqoriyalar üzrə belə səflənib:
№ |
Kateqoriya |
Pozuntuların sayı |
%-lə |
1 |
1-ci kateqoriya |
14623 |
52,75% |
2 |
2-ci kateqoriya |
10148 |
36,6% |
3 |
3-cü kateqoriya |
2949 |
10,6% |
Yəni Azərbaycan mətbuatında yol verilmiş ən az saylı pozuntular ən ciddi pozuntu sayılan 3-cü kateqoriya pozuntularıdır-cəmi 2949 (10,6 %).
---- Bütün pozuntuların (21020) 75,8 faizi cəmi dörd kodun payına düşür. Bunlar aşağıdakı kodlardır:
№ |
Kodun № |
Pozuntunun adı |
Pozuntuların sayı |
% -Lə |
1 |
15 |
Məlumat mənbəyinə istimad yoxdur |
8136 |
29,35 % |
2 |
08 |
Jurnaslitin “lehinə” və ya “əleyhinə” təbliği |
4440 |
16 % |
3 |
06 |
Jurnalist tərəf kimi çıxış edir |
4285 |
15,4 % |
4 |
01 |
Balans pozulub |
4159 |
15 % |
15-ci kod 2-ci kateqoriyaya, qalan üç kod isə 1-ci kateqoriyaya aid kodlardır. Pozuntuların yerdə qalan hissəsi (6700), yəni 24,2 faizi isə qalan 32 kodun payına düşür. Güman
etmək olar ki, bu fakt mətbuat sahəsindəki məsul şəxslərin diqqətini cəlb edəcək.15-ci kod üzrə ən çox pozuntuya yol vermiş qəzet “Yent Müsavat”dır.Altı aylıq monitorinq dövrünün yalnız ikisində (yanvar,fevral) “24 saat” qəzeti “Yeni Müsavat”ı üstələmişdir. Qalan aylarda ( noyabr-96, dekabr-207, mart-108, aprel-130) bu kod pozuntuları üzrə “Yeni Müsavat” birinci olmuşdur.Ümumiyyətlə bu qəzetin altı ay ərzində yol verdiyi bütün pozuntuların ( 1682) 749-u, yəni 44,5 faizi 15-ci kod üzrə pozuntuların payın
a düşür. “Yeni Müsavat” qəzeti 01-ci kod (balans gözlənilməyib) pozuntuları üzrə də bütün qəzetləri üstələyir. Yalnız yanvar ayında “Azərbaycan”qəzeti bu kod üzrə daha çox pozuntuya ( 55 ) yol vermişdi.Hesabat dövrünün qalan beş ayında (noyabr-96, dekabr-100, fevral-42, mart-49, aprel- 69) “Yeni Müsavat” qəzeti balansın gözlənilməsi prinsipini daha çox- 397 dəfə pozmuşdu.06 və 08-ci kodlar üzrə pozuntularla əlaqədar məsələ də maraqlıdır. Bu maraqlı məsələ “Səs” qəzeti ilə bağlı olan məsələdir. “Səs” bu ilin fevral ayından başlayaraq
etik prinsiplərin pozulması yönündə birdən-birə çox yüksək fəallığa keçdi. Son üç ayda
bu qəzet 06-cı kod üzrə (jurnalist tərəf kimi çıxış edir) 245, 08-ci kod üzrə isə (“lehinə” və ya “əleyhinə” təbliğ) 206 pozuntuya yol verərə
k hər üç ayda bütün qəzetləri üstələyib.“Səs” təkcə bu pozuntularla kifayətlərməyib. Monitorinq qrupu məlum edib ki, bu ilin Aprel ayında “Səs” ümumiyyətlə bütün kodlar üzrə hamıdan çox pozuntuya yol verərək (519) cədvəlin ilk pilləsinə yüksəlib. Bütün bunlar azmış kimi “Səs” qəzeti Aprel ayında ən ciddi pozuntular kateqoriyası sayılan 3-cü kateqoriya (adın qorunması,şərəf və ləyaqət,şəxsi həyatın toxunulmazlığı prinsipi) pozuntuları üzrə 128 pozuntuya və 2-ci kateqoriyada (məlumat mənbəyinə hörmətli müna
sibət) 315 pozuntuya yol verərək burda da cədvəllərin ilk pilləsinə yüksəlib.Monitorinq qrupunun qeydə aldığı faktlardan məlum olur ki, son aylarda “Səs”, “İdeal” və “Müasir Müsavat” qəzetləri xüsusilə aqressivləşiblər. “Müasir Müsavat”ın həftədə cəmi üç dəfə nəşr olunmasına baxmayaraq bütün 3-cü kateqoriya pozuntularının yanvarda 21,49 faizi (49), fevralda 34 faizi (68), martda 22,21faizi (36) və apreldə 14,2 faizi (56) bu qəzetin payına düşüb.
Monitorinq qrupunun qeydə aldığı pozuntuların hüquqi ekspertizaya təqdimindən sonra məlum olub ki, ölkə mətbuatında aprel ayında yol verilmiş 3-cü kateqoriya pozuntularının 83 faizi üç qəzetin payına ( “İdeal”- 32 %, “Müasir Müsavat”-27 % və “Səs”-24 %) düşür. Yol verilmiş pozuntuların yarısından çoxunda (54 %) ci
nayət tərkibi müəyyən edilmişdir. Cinayət tərkibli materialların 16-sı “Müasir Müsavat”ın, 13-ü “İdeal”ın, 7-si “Səs”in səhifələrində dərc olunub.Əlbəttə, monitorinq qrupunun funksiyası mətbuatda yol verilmiş jurnalist etikası prinsiplərinin pozulması faktlarını qeydə almaqdır. Lakin bir vətəndaş kimi qeyd etməyi özümə borc bilirəm:
Əvvəla, ölkə mətbuatında təhqir və böhtanların baş alıb getməsi haqda ədalətsiz, həqiqətdə mətbuatımıza heç də xas olmayan fikrin yaranmasına rəvac verən əsasən adını çəkdiyimiz həmin üç mətbu orqandır. Güman edirəm ki, bu haqda Mətbuat Şurasında müzakirə açmağa dəyər.
İkincisi, ictimaiyyətdə nüfuz qazanmış,mötəbər sayılıan mətbu orqanların səhifələrində vətəndaşlardan kiminsə ünvanına hüquqi məsuliyyət yaradan ifadələr dərc olunarsa buna dərhal reaksiya olunur. İstər təhqir olunmuş fərd, istər ümumiyyətlə cəmiyyət tərəfindən. Lakin adını çəkdiyimiz mətbu orqanlar hər saylarında çoxlu sayda insanları təhqirlərə yol verirlər. Yuxarıda qeyd etdiyimiz kimi bu qəzetlərin səhifələri t
əkcə mülki yox,cinayət tərkibli materiallarla zəngin olur.Amma təhqir olunmuşlar buna əhəmiyyət vermirlər.Səbəbini soruşduqda əllərini yellədib “bezmişik, xeyri yoxdur” deyirlər. İnsanlar, vətəndaşlar məhkəmə sistemimizin bu qəzetlərə təsiir göstərəcəyinə inanmırlar…Nədəndir bu?! Doğrudanmı cəmiyyətimizdə həqiqətin üzə çıxıb öz yerini almasına bu qədər biganəlik var? Bəlkə məhkəmə və prokurorluq orqanları ölkə vətəndaşlarının hüquqlarının müdafiəsi üçün onlara müraciət olunmasa da özləri təşəbbüs göstərsinlər, hüquqi presedent yaratsınlar?! Axı, qanunla mətbuat səhifələrində dərc olunmuş materiallar - vətəndaşların həç bir şikayəti daxil olmasa da - hüquq-mühafizə orqanları üçün bilavasitə mənbə sayılır!
İndi də monitorinq qrupunun aprel ayında qeydə aldığı faktları qısaca nəzərdən keçirək.
Monitorinq olunmuş mətbu orqanların səhifələrində aprel ayında bütövlükdə 3870 pozuntuya yol verilib. Kateqoriyalara aidliyinə görə pozuntuların nisbəti aşağıdakı kimidir:
№ |
Kateqoriya |
Pozuntuların sayı |
%-lə |
1 |
1-ci kateqoriya |
1870 |
48,3% |
2 |
2-ci kateqoriya |
1597 |
41,2% |
3 |
3-cü kateqoriya |
392 |
10,2% |
Jurnalist etikası prinsiplərini öz səhifələrində ən çox pozmuş qəzetlərin ilk onluğu aşağıdakı kimi səflənib:
№ |
Qəzetlərin Adı |
Pozuntuların sayı |
% -lə |
1 |
Səs |
519 |
13,3% |
2 |
İdeal |
424 |
10,1% |
3 |
Yeni Müsavat |
236 |
6,1% |
4 |
Zaman |
158 |
4,1% |
5 |
Azərbaycan |
151 |
3,9 % |
6 |
Üç nöqtə |
143 |
3,7% |
7 |
Respublika |
138 |
3,6% |
8 |
Müasir Musavat |
124 |
3,2% |
9 |
Palitra |
106 |
2,7% |
10 |
Həftə içi |
105 |
2,7% |
Mart ayının ilk onluğunda olan qəzetlərdən “Hürriyyət”, “Olaylar” və “Ekspress”in yerini “Zaman”, “Palitra” və “Azərbaycan” tutub. Qalan yeddi qəzet mart ayında da ilk onluqdaydılar.
Mətbuat səhifələrində ən çox təsaduf olunan pozuntuların ilk onluğu:
№ |
Kodun № |
Pozuntunun adı |
Pozuntuların sayı |
% -Lə |
1 |
15 |
Məlumat mənbəyinə istimad yoxdur |
891 |
23 % |
2 |
08 |
Jurnaslitin “lehinə” və ya “əleyhinə” təbliği |
651 |
16,8 % |
3 |
25 |
Özgə müəllifin materiallarından istinadsiz istifadə |
599 |
15,5 % |
4 |
01 |
Balans gözlənilməyib |
514 |
13,3 % |
5 |
06 |
Jurnalist tərə f kimi çıxı. edir |
418 |
10,1 % |
6 |
07 |
Real olmayan fakta əsaslanmış tənqid |
138 |
3,5 % |
7 |
41 |
Yalan məlumatla ada, işgüzar imicə zərər |
125 |
3,2% |
8 |
38 |
Vətəndaşı (vəzifəsiz) təhqir |
84 |
2,2 % |
9 |
23 |
Özgəsinin materiallarından öz imzası ilə istifadə |
82 |
2,1 % |
10 |
39 |
Böhtan |
80 |
2 % |
Yol verilmiş pozuntuların kateqoriyaları üzrə qəzetlərin ilk onluqları:
1-ci kateqoriya (həqiqətə xidmət,dəqiqlik və obyektivlik)
№ |
Qəzetlərin Adı |
Pozuntuların sayı |
% -lə |
1 |
Səs |
315 |
16,8% |
2 |
Azərbaycan |
139 |
7,4% |
3 |
Yeni Müsavat |
122 |
6,5% |
4 |
İdeal |
115 |
6,1% |
5 |
Respublika |
97 |
5,2 % |
6 |
Xalq qəzeti |
68 |
3,6% |
7 |
Hürriyyət |
63 |
3,4% |
8 |
Palitra |
59 |
3,15% |
9 |
Yeni Azərbaycan |
58 |
3,14% |
10 |
İki Sahil |
43 |
2,3% |
2-ci kateqoriya (məlumat mənbəyinə hörmətli munasibət)
№ |
Qəzetlərin Adı |
Pozuntuların sayı |
% -lə |
1 |
İdeal |
243 |
15,2% |
2 |
Üç nöqtə |
135 |
8,4% |
3 |
Zaman |
130 |
8,1% |
4 |
Yeni Müsavat |
106 |
6,6% |
5 |
Həftə içi |
94 |
5,9 % |
6 |
Ekspress |
77 |
4,8% |
7 |
Səs |
76 |
4,7% |
8 |
Paralel |
54 |
3,4% |
9 |
Bizim Yol |
54 |
3,4% |
10 |
Olaylar |
44 |
2,7% |
3-cü kateqoriya (adın qorunması,şərəf və ləyaqət,şəxsi həyatın toxunulmazlığı prinsipi)
№ |
Qəzetlərin Adı |
Pozuntuların sayı |
% -lə |
1 |
Səs |
128 |
32,6% |
2 |
İdeal |
65 |
16,6% |
3 |
Müasir Müsavat |
56 |
14,3% |
4 |
Azərbaycan |
12 |
3% |
5 |
Yeni Azərbaycan |
11 |
2,8% |
6 |
İki Sahil |
9 |
2,3% |
7 |
Palitra |
9 |
2,3% |
8 |
Xalq qəzeti |
9 |
2,3% |
9 |
Nəbz |
5 |
1,3% |
10 |
İmpuls |
3 |
0,8% |
İnternet saytları üzrə vəziyyət aşağıdakı kimidir:
№ |
İnternet saytın adı |
Pozuntuların sayı |
1 |
FirstNews.az |
119 |
2 |
Trend.az |
55 |
3 |
Day.az |
53 |
3 |
Turan.az |
13 |
Qrupun telefon nömrəsi---4933339
Elektron ünvanımı
z --- monitorinq@inbox.ruLayihənin koordinatoru : İsrail Musayev
“Azərbaycan Respublikası KİV-də peşə etikası norma və qanunlarının gözlənilməsi üzrə monitorinq” Layihəsinin 2008 ci il aprel ayının nəticələri, eyni zamanda altı aylıq nəticə barədə daha ətraflı məlumatlar http://nnf.az saytında əks olunacaq.