Azərbaycan mə
tbuatının monitorinqi layihəsi daxilində 2008 - ci il Aprel ayı üçün təqdim edilən məqalələrinHüquqi Analizi
Hüquqşünas Ələsgər Məmmədli
Media Hüququ üzrə ekspert
2008-ci il mart ayını əhatə edən onlarla həftəlik və günlük qəzetlərdən seçilmiş məqalə hüquqi baxımdan analiz edilmişdir. Bu Məqalələrdə diffomasiya (qarayaxma) baxımından məhkəmə perspektivi olub-olmaması araşdırılmış, söz azadlığının və mətbuat azadlığının geniş tutulması əsas götürülərək, bir çox məqalə Azərbaycanın mövcud qanunvericiliyi
baxımından ciddi şəkildə analiz edilmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin prisedent hüququ da diqqətə alınaraq mülki və cinayət hüququ baxımından müəyyən edilən pozuntular seçilmişdir. Bu xüsusiyyətlər nəzərə alınaraq, 72 məqalədə hüquqi baxımdan pozuntu kim müəyyən edilmişdir. Bunlar aşağıdakı qəzetlərdəki məqalələrdir:Ekspertiza zamanı 72 məqalənin 39-da birbaşa diffomasiya (cinayət hüququ baxımından pozuntu) olduğu qənaətinə gəlinmişdir. Bunlar Hal-hazırda qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 147.1 və 147.2 (Böhtan), habelə 148 (Təhqir) maddələrinin pozulması faktı kimi qiymətləndirilə bilər. Digər, 33 məqalədə isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şə
xslərin mənafelərinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır. (sxem 2)Sxem-2
Cinayət hüququ baxımından;
72 qəzet yazısının 39-da ehtimal edilən cinayət məcəlləsinin pozulması halları Hal-hazırda qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 147.1 və 147.2 (Böhtan), habelə 148 (Təhqir) maddələrinin tələblərinin kobud şəkildə pozulması faktı kimi qiymətləndirilə bilər. Bu yazılarda müəlliflər, haqqında yazdıqları şəxslərin şərəf və ləyaqətinə, habelə nüfuzuna ziyan vurmaq məqsədi ilə yalan olduğunu bildiyi halda böyük ehtimalla qəsdən böhtan və təhqirə yer vermiş, həmin şəxsləri qaralamaq, nüfuzuna ziyan vurmaq yolunu tutmuşdurlar.
Bunlar aşağıdakı qəzetlərdə olan məqalələrdir:
(Sxem-3)
Mülki hüquq baxımından;
72 yazının 33-də cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şəxslərin mənafelərinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır. Bu yazılar aşağıdakılardır:
Sxem -4
Həmin yazılarda tərəfli, qərəzli, obyektivlikdən uzaq və balansı olmayan, aşağılayicı və yalan və ləkələyici ifadələrə yer verildiyi müşahidə edilmişdir. Jurnalist etikasının pozulması, yalan və ləkələyici ifadələrlə şəxslərin nüfuzuna toxunulduğu, təhqiramiz ifadələrin işlədildiyi görülmüşdür.
Bu da öz növbəsində Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməz
liyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan “Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan “Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz” müddəalarının ciddi şəkildə pozulması kimi qiymətləndirilə bilər. Bununla bərabər Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan Kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyini əhatə edən, “vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir” müddəasının kobud şəkildə pozulması müşahidə edilmişdir. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 60-cı maddəsinə görə vətəndaşların şəxsi həyatına qəsd etdikdə, qanunvericiliyi pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət yaranır.Belə olan halda mülki Məcəllənin 23-cü maddəsində şəxslərə verilən Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi imkanından zərər çəkən tərəflərin istifadə etmək hüququ yaranır.
Mülki Məcəllənin 23-cü maddəs
i imkan verir ki, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb etsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.Əgər fiziki şəxsin şərəfini, ləya
qətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Mülki Məcəllənin 23-cü maddəsinin şərh edildiyi Konstitus
iya Məhkəməsinin qərarı ilə 23-cü maddə hüquqi şəxslərin də qorunmasını əhatə edir.Hüquqi baxımdan analiz edilərək pozuntu olduğu müəyyən edilən 72 yazının cinayət hüququnun pozulması faktları da (39 fakt) daxil olmaqla 72-də də, yazıdan zərər çəkən tərəflərin Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini təmin etmək üçün məhkəməyə müraciət etmək hüququ yaranır.
Peşə davranış Qaydaları baxımından;
Pozuntuların olduğu müəyyən edilən 72 yazının
hər birində 15 mart 2003-cü ildə Təsis edilən Mətbuat Şurasının təsis Qurultayında qəbul edilən “Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydaları”nda nəzərdə tutulan 4 Prinsipdən 3-ü bu və ya digər formada pozulub.Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 1-ci Prinsipində nəzərdə tutulan
Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 2-ci Prinsipində nəzərdə tutulan İnformasiya qaynağına sayğılı yanaşma və 3-cü Prinsipində nəzərdə tutulan Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı qaydalarının pozulduğu açıq formada müşahidə edilmişdir.Xüsusi qeyd:
Analiz edilən və hüquq pozuntusu olduğu müəyyən edilən 72 məqalənin əksəriyyətində seçkilər öncəsi vəziyyət xatırladılaraq müxalifət partiyalarının liderləri və müxalif siyasətçilər hədəf
kimi seçilmişdir.
Qəzetin adi |
tarixi |
Müəllifi |
Yazının adi |
motivi |
Hüquqi analizi |
|
1 |
İdeal |
24.04.2008 |
Nihad |
“Dostum” dedi ki, ictimaiyyətdə rəyi neondertallar formalaşdırırBuna heç bir şübhəm yoxdur |
analiz |
Yazıda bütünlüklə Bir neçə siyasi və ictimai fiqur hədəfə götürülərək qəsdən təhqir olunduqları müşahidə edilir. CM 148-ci maddəsinin tətbiqi perspektivi var. |
2 |
Səs |
23.04.2008 |
Tapdıq |
Rə sul Quliyev didərgin düşüb? |
Xəbər |
Yazıda Onun haqqında bir cinayət əməlinə görə ABŞ dan çıxarıldığı yazılır. Bu iddianın isbat olunmaması halında CM 147-ci maddəsində nəzərdə tutulan böhtana görə tərəfin iddia qaldırmaq hüququ var. |
3 |
Səs |
23.04.2008 |
F. Bayramzadə |
Müxalifətdə gərginlik artır |
Xəbər |
Yazıda Müsavat partiyasını nüfuzdan salmağa yönələn, yalan və ləkələyici “informasiyalara” yer verilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
4 |
Səs |
24.04.2008 |
F. Bayramzadə |
Əli Kərimov “Yurd” çuların təpkisi ilə üzləşib. |
Xəbər |
Yazıda Partiya sədrinin şəxsiyyətinə toxunacaq ifadələrə və təhqirə yer verildiyi müşahidə edilir. CM 147-ci maddəsinin tətbiq edilmə perspektivi var. |
5 |
Səs |
24.04.2008 |
Tapdıq Qurbanlı |
“Azadlıq” bloku “ACP” və AMİP-i ələ almağa çalışır |
Xəbər-analiz |
Yazıda yalan olan və böhtan sayıla bilən ifadələr işlədilib. CM 147-ci maddəsinin tətbiqi perspektivi var. |
6 |
Azərbaycan |
09.04.2008 |
R. Cəfərli |
Azadlıq qəzetinin əməkdaşı Aqil Xəlilovun əxlaqsız əməllərlə məşğul olduğu üzə çıxdı. |
analiz |
Yazı müəllifi Aqil Xəlil haqqında rəsmi qurumların yaydığı informasiyanı müəllif yazısına çevirərək məsuliyyəti üz üzərinə götürmüşdür. Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
7 |
Kaspi |
11.04.2008 |
K. Hacıyev |
Aqil Xəlilin ümidinə qalan müxalifət |
analiz |
Yazı müəllifi Aqil Xəlil haqqında rəsmi qurumların yaydığı informasiyanı müəllif yazısına çevirərək məsuliyyəti üz üzərinə götürmüşdür. Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
8 |
Azərbaycan |
08.04.2008 |
|
Azadlıq qəzetinin müxbiri Aqil Xəlilovla bağlı hadisənin peşə fəaliyyəti ilə bağlı deyil, əxlaq normalarına sığmayan hərəkətlərdən irəli gələn münasibətlər zəminində baş verdiyi müəyyən edilmişdir. |
analiz |
İstər yazının manşetində, istərsə də Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar rəsmi mənbəyə isnadən verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda yaranacaq məsuliyyət KİV-in yox, bu məlumatı yayan rəsmi qurumların üzərinə düşür. Lakin bu başlığın bu formada seçilməsi birbaşa qəzetə məxsus olduğundan burada istər qəzet tərəfindən istərsə də bu məlumatı ya ymağa təqdim edən rəsmi strukturlar tərəfindən Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
9 |
Yeni Azərbaycan |
08.04.2008 |
|
Respublika Prokurorluğu Aqil Xəlilovun bıçaqlanması faktı ilə bağlı məlumat yayıb |
Xəbər |
də Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar rəsmi mənbəyə isnadən verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. Lakin bu müdaxilə rəsmi qurumlar tərəfindən həyata keçirilib. Qəzet rəsmi məlumatı yaydığını başlığa da çıxarıb. KİV haqqında Qanunun tələbinə əsasən bu halda yaranacaq məsuliyyət KİV-in yox, bu məlumatı yayan rəsmi qurumların üzərinə düşür. Bu yazı Rəsmi qurumlar tərəfindən Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər. |
10 |
Azərbaycan |
11.04.2008 |
E. Hacıalıyev |
Əxlaqsızlıq radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib |
analiz |
Yazı müəllifi Aqil Xəlil haqqında rəsmi qurumların yaydığı informasiyanı müəllif yazısına çevirərək eyni zamanda müxtəlif siyasətçilərə hədəfə götürərək təhqir elementlərinə yer vermiş, habelə yalan məlumatları doğru kimi verərək böhtana yer vermişdir. Bununla da adı çəkilən şəxslər haqqında onların şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə CM 147 və148-ci maddələrinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
11 |
Yeni Azərbaycan |
11.04.2008 |
|
AXCP-nin Aqil Xə lilov oyunu da iflasa uğradı |
Xəbər |
Yazıda rəsmi mənbəyə isnadən bir neçə gün əvvəl yayılan məlumatları əsas gətirərək Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Eyni zamanda bunu Partiya ilə əlaqələndirmədə çalışıblar. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə olmaqla bərabər Partiyanın nüfuzuna ziyan vurmaq məqsədi də var. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər. |
12 |
Azərbaycan |
11.04.2008 |
R. İslamoğlu |
Aqil Xəlilov “Sərgüzəştləri” ilə AXCP-nin salnaməsinə növbəti “şanlı səhifə” yazdı |
analiz |
Yazıda rəsmi mənbəyə isnadən bir neçə gün əvvəl yayılan məlumatları əsas gətirərək Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Ayrıca təhqir sayılacaq ifadələr işlədilib. Eyni zamanda bunu Partiya ilə əlaqələndirmədə çalışıblar. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə olmaqla bərabər Partiyanın nüfuzuna ziyan vurmaq məqsədi də var. Konstitusiyanın 32, 63-cü maddələrinin, CM 148-ci maddəsinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər. |
13 |
Yeni Azərbaycan |
18.04.2008 |
Pərviz Sadayoğlu |
Müsavat Partiyası seçkidən öncə parçalanacaq |
Xəbər |
Yazıda Partiya liderlərinin nüfuzuna ziyan vura bilən, doğru olması ehtimalı olmayan ifadələrə yer verilib. Müəllif bunları sübut edə bilmədiyi halda məsuliyyət daşıyacaq. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
14 |
Müasir Müsavat |
29.04.2008 |
Məqsəd |
Rauf Şenok nazirlər arasında təhlükəsini axtarır |
analiz |
Yazıda qəzet redaktorunun şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
15 |
Müasir Müsavat |
29.04.2008 |
Məqsəd |
Qəmbərov İsa gənclərin arxasında gizlənəcək |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
16 |
Müasir Müsavat |
26.04.2008 |
Elgün |
İflasa uğrayan həm də Qəmbərov İsadır. |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
17 |
Müasir Müsavat |
26.04.2008 |
Elgün Elsever |
İqbal Ağazadənin istifadə müddəti bitib |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
18 |
Müasir Müsavat |
24.04.2008 |
Məqsəd |
Ləkələnmişin ləkədən nə qorxusu |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və CM 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər. |
19 |
Müasir Müsavat |
22.04.2008 |
Eldar |
...... Qəmbərov İsaya vəzifə vəd olunub |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
20 |
Müasir Müsavat |
19.04.2008 |
Eldar |
Qəmbərov İsa neofaşistlərlə görüşəcək |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
21 |
Müasir Müsavat |
19.04.2008 |
Eldar |
İstifadə olunmuş yeni təqdimat |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
22 |
İmpuls |
18-24.04.2008 |
Eldar |
Hər şey Əli Həsənovun rəyindən asılıdır |
Müsahibə |
Yazıda Arif Əliyev haqqında şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan ifadələr işlədilib. . MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
23 |
Müasir Müsavat |
12.04.2008 |
Eldar |
Satqın agent ABŞ-ın ayaqlarına düşüb MDİ onları pulla ələ alır |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
24 |
Müasir Müsavat |
12.04.2008 |
Elgün Elsever |
Qəmbərov-Kərimov mərəzi |
analiz |
Ya zıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər. |
25 |
Paritet |
12-14.04.2008 |
A. Binəli |
Müxalifətin iç üzü |
analiz |
Yazıda adə çəkilən şəxslər haqqında şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, özəl həyatlarına mdaxilə sayılan ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
26 |
Müasir Müsavat |
10.04.2008 |
Elnur |
Qasımov yaxasını İsgəndər Həmidovdan qutarıb. |
analiz |
Yazıda yerləşdirilən şəkildə şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən məqama yer verilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
27 |
Müasir Müsavat |
10.04.2008 |
Elnur |
Kərimov Əlinin .......... dostları ilə birlikdə şousu |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər. |
28 |
Müasir Müsavat |
08.04.2008 |
Eldar |
Qəmbərov İsa Venesiya Komissiyasının yolunu gözləyir. |
analiz |
Yazıda yerləşdirilən şəkildə şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən məqama yer verilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
29 |
Müasir Müsavat |
08.04.2008 |
Elgün Elsever |
İqbal Ağazadə nin istündən xətt çəkilib |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndiril ə bilər. |
30 |
Müasir Müsavat |
05.04.2008 |
Eldar |
Agenti siyasətə qaytarırlar |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
31 |
? |
? |
Babək Yusifoğlu |
Kamran Həsənli nə danışdığını bilirsənmi? |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən ifadələr işlədilib. CM 148-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
32 |
Müasir Müsavat |
03.04.2008 |
Anar |
Qəmbərov İsanın kitabı bağlanacaq |
analiz |
Yazıda yerləşdirilən şəkildə o cümlədən haqlarında bəhs olunan siyasətçilərin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən məqama yer verilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
33 |
Müasir Müsavat |
17.04.2008 |
Eldar |
Kərimov Əlinin ......... müdafiəçiləri |
analiz |
Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər. |
34 |
Müasir Müsavat |
05.04.2008 |
Eldar |
Agent .... Yenə də cırtdanların ümidinə qalıb |
analiz |
Yazıda yerləşdirilən şəkildə o cümlədən yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər. |
35 |
Müasir Müsavat |
15.04.2008 |
Elgün Elsever |
Qəmbərovla Kərimov “Müştəri” axtarırlar |
analiz |
Yazıda yerləşdirilən şəkildə o cümlədən yazıda adları çəkilən şəxslərin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər. |
36 |
Yeni Müsavat |
15.04.2008 |
Ervin Mirzə |
“PKK-çı qəzet Azərbaycan nəşriyyatında çıxır |
Xəbər |
Yazıda nəzərdə tutulan məsələlər gerçək olmadığı təqdirdə MM 23-cü maddəsi ilə məsuliyyət qaldırıla bilə, doğru olduğu sübut edilsə isə məsuliyyət yaradacaq məqam olmaz. |
37 |
İdeal |
02.04.2008 |
Nicat |
Siyasi məhbusların ucuz personalları |
analiz |
Yazıda bütünlüklə şəxsi həyata müdaxilə, nüfuzu alçaltma meylləri var. “Əgər satqınlılıq, casusluq, riyakarlıq, vətəni, torpağı satmaq qəhrəmanlıqdırsa Ruslan Bəşirliyə Milli Qəhrəman adı verilməlidir”. MM 23-cü maddəsinin tələbləri istiqamətində hədəfə götürülən Rusl an Bəşirlinin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var. |
38 |
İdeal |
03.04.2008 |
Firuz |
Əvvəl Primakov indi də Herkel |
analiz |
Yazıda Andres Hekel barədə işlədilən “Öz doğma vətənində adı it dəftərində olmayan” - ifadəsi təhqir elementini daşıyır və Cinayət Məcəlləsinin 148-ci maddəsinin pozulması faktı kimi məhkəmə perspektivi var. |
39 |
İdeal |
03.04.2008 |
Anar |
“Kuklalar” seçkini boykot edəcəklər |
analiz |
Yazıda işlədilən “İsa Qənbər o İsa Qənbərdir ki, dədədən-babadan ....... kimi tanınıb, ................... uşaqlıqdan bu günə kimi .... kimi formalaşmayıb ”- ifadələri təhqir və böhtan elementini daşıyır və Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsinin pozulması faktı kimi məhkəmə perspektivi var. |
40 |
İdeal |
01.04.2008 |
Anar |
“Press post”... “Post Press” Mışbaşı kim olsun?-Amaşov, Almanqızı? |
analiz |
Yazıda nalayiq formada Nigar Almanqızı və Əflatun Amaşov və Xoşqədəm Hidayətqızı təhqir olunublar. Bu ifadələri təhqir elementini daşıyır və Cinayət Məcəlləsinin 148-ci maddəsinin pozulması faktı k imi məhkəmə perspektivi var. |
41 |
İdeal |
01.04.2008 |
Taleh |
Yıxıl adın çıxsın |
analiz |
Yazıda işlədilən ifadələrlə Eynulla Fətullayev, Ruslan Bəşirli və Rauf Arifoğlu təhqir və böhtanlara məruz qalıb. Bu ifadələri təhqir və böhtan elementini daşıyır və Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsinin pozulması faktı kimi məhkəmə perspektivi var. |
42 |
İdeal |
01.04.2008 |
Firuz |
İmanın nə olduğunu bilməyən “tanınmış simalar” |
analiz |
Yazıda işlədilən ifadələrlə Arif Hacılının, Ruslan Bəşirli və Rauf Arifoğlunun haqqında onların nüfuzunu zədələyici fikirlərə yer verilib. MM 23-cü maddəsinin tələbləri istiqamətində hədəfə götürülən şəxslərin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var. |
43 |
Səs |
05.04 |
Elçin Bayramlı |
Xalqın aldanmaq limiti tükənib |
Kjh \ |
Yazıda Əli Kərimov haqqında onun ini zədələyici yalan fikirlərə yer verilib. MM 23-cü maddəsinin tələbləri istiqamətində hədəfə götürülən şəxsin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var. |
44 |
İdeal |
08.04.2008 |
Firuz |
Növbəti təxribat baş lanır |
analiz |
Yazıda ümumilikdə bir çox hədəf seçilib və etikadan uzaq ifadələr işlədilib. Adları çəkilən şəxslərə qarşı zədələyici fikirlərə yer verilib. MM 23-cü maddəsinin tələbləri istiqamətində hədəfə götürülən şəxslərin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var. |
45 |
Palitra |
08.04.2008 |
|
Aqil Xəlilovun başına gələnlər peşə fəaliyyəti ilə bağlı deyil. |
analiz |
Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar rəsmi mənbəyə isnadən verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda yaranacaq məsuliyyət KİV-in yox, bu məlumatı yayan rəsmi qurumların üzərinə düşür. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin p ozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
46 |
Səs |
08.04.2008 |
Mirzə Qərənfil |
“Beşlərin” iflası |
analiz |
Yazıda Müsavat partiyası və onun Başqanı haqqında ləkələyici ifadələr işlədilib. Bu ifadələr şəxsin nüfuzuna yönələn ifadələrdir və MM 23-cü maddəsi ilə həmin şəxsin məhkəməyə müraciət imkanları var. Konstitusiya Məhkəməsinin MM 23-cü maddəsinə verdiyi şərhə görə 23-cü maddə sadəcə fiziki yox, hüquqi şəxslərin nüfuzlarının qorunmasını da əhatə edir. Bu baxımdan Hüquqi şəxs də iddia qaldıra bilər. |
47 |
Səs |
08.04.2008 |
|
Azadlıq qəzetinin müxbiri Aqil Xəlilovun bıçaqlanması peşə fəaliyyəti ilə bağlı deyil. |
analiz |
Azər TAC a istinadən yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar rəsmi mənbəyə isnadən verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda yaranacaq məsuliyyət KİV-in yox, bu məlumatı yayan rəsmi qurumların üzərinə düşür. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü ma ddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
48 |
Palitra |
09.04.2008 |
Qorqud |
Aqil Xəlil oyunu da iflasa uğradı |
analiz |
Yazı müəllifi Aqil Xəlil haqqında rəsmi qurumların yaydığı informasiyanı müəllif yazısına çevirərək məsuliyyəti üz üzərinə götürmüşdür. Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
49 |
İdeal |
09.04.2008 |
Orxan |
Ümidiniz Mavilər! |
analiz |
Yazıda ümumilikdə bir çox hədəf seçilib və etikadan uzaq ifadələr işlədilib. Adları çəkilən şəxslərə qarşı (Əli Kərimli, Aqil Xəlil, Yaqub Əliyev) zədələyici fikirlərə yer verilib. Yalan və böhtana yer verilib. MM 23-cü maddəsinin tələbləri istiqamətində habelə CM147 və 148-ci maddələri istiqamətində hədəfə götürülən şəxslərin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var. |
50 |
Səs |
08.04.2008 |
Elçin Bayramlı |
“Mavi siyasət” |
analiz |
Yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək ifadələr işlədilib eyni zamanda Əli Kərimli haqqında da təhqiramiz və böhtan sayıla biləcək ifadələrə yer verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
51 |
Səs |
10.04.2008 |
R. Hüseynova |
Radikal düşərgə “Mavilərin yuvasına” çevrilir Artıq bu Müxalifətin özü tərəfindən də etiraf olundu |
analiz |
Yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək ifadələr işlədilib eyni zamanda Əli Kərimli haqqında da təhqiramiz və böhtan sayıla biləcək ifadələrə yer verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, Cinayət Məcəlləsinin 147-148-ci mad dələrinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
52 |
Səs |
10.04.2008 |
R. Hüseynova |
Radikal düşərgə “Mavilərin yuvasına” çevrilir Artıq bu Müxalifətin özü tərəfindən də etiraf olundu |
analiz |
Yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək ifadələr işlədilib eyni zamanda Əli Kərimli haqqında da təhqiramiz və böhtan sayıla biləcək ifadələrə yer verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun t ələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
53 |
Səs |
10.04.2008 |
“Səs”in analitik qrupu |
Siyasi mədəniyyətsizlikdən doğan xaos |
analiz |
Yazıda ümumilikdə müxalifət haqqında qərəzli və böhtan dolu fikirlərə yer verilib. Lakin konkret olaraq Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək ifadələr işlədilib Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
54 |
İdeal |
10.04.2008 |
Orxan |
İnternatın Tar-verdi-si |
analiz |
Yazıda hədəfə alınan Tanrıverdi adlı şəxsin haqqında təhqiramiz ifadələr işlədilib. , Cinayət Məcəlləsinin 148-ci maddəsiin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
55 |
İdeal |
10.04.2008 |
Nicat |
Yalnız bircə dəfə güzəşt etdin artıq qız deyilsən |
analiz |
Yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu Şərəf və ləyaqətini ləkələyəcək ifadələr işlədilib eyni zamanda Əli Kərimli haqqında da təhqiramiz və böhtan sayıla biləcək ifadələrə yer verilib. Ayrıca, bəzi müğənnilərin adları çəkilərək onların da ləyaqətlərinə toxuna biləcək ifadələrə yer verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yara nır. Konstitusiyanın 32, 63-cü maddələrinin, Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
56 |
İdeal |
11.04.2008 |
Nəsib |
Səhv düşəndə yerimiz |
Köşə yazısı |
Yazıda müxtəlif sənətçilər hədəfə götürülüb və onların şəxsi ləyaqətlərinə və nüfuzlarına toxunan ifadələr işlədilib. Xüsusilə, Kamran Həsənli barəsində... MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər |
57 |
Səs |
11.04.2008 |
F. Bayramzadə |
İsa və Əli Yenə ABŞ -a gedirQrant dilənməyə |
analiz |
Yazıda hər iki müxalifət Partiyası lideri haqqında yalan və böhtan dolu ifadələr işlədilib. CM 147-ci maddəsinin habelə MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirmək olar. |
58 |
İdeal |
12.04.2008 |
İlkin |
Tarverdi huyyyyy! |
analiz |
Yazıda hədəfə alınan Tanrıverdi adlı şəxsin haqqında təhqiramiz ifadələr işlədilib. Sübut edilmədiyi halda Cinayət Məcəlləsinin 148-ci maddəsinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
59 |
Səs |
12.04.2008 |
Elç in Bayramlı |
“Mavi mələklər” və qırmızı jurnalistika Adını jurnalist qoymuş şəxs mavi fəaliyyətini qıpqırmızı inkar etməz |
analiz |
Yazıda Aqıl Xəlil və Əli Kərimli haqqında yalan və ləkələyici ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
60 |
Səs |
15.04.2008 |
Tapdıq Qurbanlı |
Əli Kərimov AXCP(i) üçün problemə çevrilir |
analiz |
Yazıda Əli Kərmlinin şərəf və ləyaqətinə toxunan, onun siyasi nüfuzuna zərbə vuran ifadələr işlədilib. Bu yazı MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər. |
61 |
İdeal |
15.04.2008 |
Firuz |
Nankorların qarşısında ziyalı susmamalıdır |
analiz |
Yazıda bəzi ziyalılar (Kamil Vəli Nərimanoğlu, Rüstəm Behrudi, Ramiz Rövşən) tənqid edilməklə yanaşı, onların şəxsiyyətinə toxunan ifadələr işlədilib. Bu yazı MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər. |
62 |
İdeal |
15.04.2008 |
Fikrət |
Reket,? Faşihə,? Mavi,? Dilənçi,? |
analiz |
Yazıda Aqıl Xəlil və Əli Kərimli haqqında yalan və ləkələyici ifadələr işlədilib. MM 23-cü maddə sinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər. |
63 |
İdeal |
17.04.2008 |
Firuz |
Başqa cəfakeşləri niyə unudaq? |
analiz |
Yazıda Məmmədəmin Rəsulzadə haqqında böhtan xarakterli “Məlumat”lar verilib. Bu məlumatlar sübut edilmədiyi təqdirdə Cinayət Məcəlləsinin 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
64 |
İdeal |
18.04.2008 |
Firuz |
Başqa cəfakeşləri niyə unudaq? |
analiz |
Yazıda Məmmədəmin Rəsulzadə haqqında böhtan xarakterli “Məlumat”lar verilib. Bu məlumatlar sübut edilmədiyi təqdirdə Cinayət Məcəlləsinin 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
65 |
İdeal |
18.04.2008 |
Nicat |
Binəqədidə zorlama |
Xəbər |
Yazıda Nataliya Beiteyeyevanın haqqında onun şəxsi həyatına müdaxilə xarakterli ifadələr işlədilib. Beləliklə, Azərbaycan Konstitusiyasının 32-ci maddəsində təsbit olunan şəxsi həyatın toxunulmazlıq hüququ pozulub və MM 23-cü maddəsinin tələbləri ilə fərdin şəxsi həyatını müdafiə hüququ yaranıb. |
66 |
Səs |
17.04.2008 |
Tapdıq |
Rəsul Quliyevin növbəti fırıldağı da baş tutmadı |
analiz |
Yazıda R. Quliyev haqqında yalan və ləkələyici ifadələr işlədilib. Bu yazı MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər. |
67 |
İdeal |
30.04.2008 |
Firuz |
“Mənsuriyyə”ni yaratmış xalq telemütrüflərin qarşısında aciz qalmamalıdır! |
analiz |
Yazıda Müxtəlif müğənni və aparıcılar haqqında təhqiramiz və ləyaqətə toxunan ifadələr işlədilib. Bu ifadələr Cinayət Məcəlləsinin 148-ci maddəsinin habelə, MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
68 |
İdeal |
29.04.2008 |
İlkin |
“Azərbaycan və Avropa” |
analiz |
Yazıda Müxtəlif müğənni və aparıcılar haqqında təhqiramiz və ləyaqətə toxunan ifadələr işlədilib. Bu ifadələr Cinayət Məcəlləsinin 148-ci maddəsinin habelə, MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
69 |
İdeal |
29.04.2008 |
Anar |
“İdeal”in yazdıqları bir daha öz sübutunu tapdı |
analiz |
Yazıda Nizaməddin Eminov haqqında şərəf və ləyaqəti ləkələyici iddialara yer verilib. Əgər yazılanların doğruluğunu jurnalist sübut edə bilməsə bu yazı MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər . |
70 |
İdeal |
29.04.2008 |
Firuz |
Belə arsızlıqla biz heç yana çıxa bilməyəcəyik! |
analiz |
Yazıda Əlil Kərimli və Rauf Arifoğu haqqında təhqiramiz ifadələrə yer verilib. Beləliklə CM 148-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
71 |
Səs |
19.04.2008 |
İ. Ə liyev |
İsa Qəmbərovda ciddi xəstəlik aşkarlanıb |
Xəbər |
Yalan informasiya verilməklə şəxsin nüfuzuna və şəxsinə qarşı ləkələmə cəhdi var. Beləliklə, bu yazı MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
72 |
Səs |
22.04.2008 |
İ. Əliyev |
AXCP (İ) tə xribata start veribŞəki, Zaqalata və Qax rayonlarında pozucu qruplar yerləşdirilib. |
Xəbər |
Yalan və böhtan dolu bu yazı siyasi partiyanın nüfuzdan düşməsi məqsədi ilə yerləşdirildiyi hiss olunur. Sübut edilmədiyi təqdirdə, bu yazı MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər. |
Qeyd: Sarı rəngdə verilən yaxılar cinayət qanunvericiliyi baxımdan pozuntuları, boz rəngdə olanlar isə mülki qanunvericilik baxımından hüquq pozuntularını göstərir.