GİRİŞ
Nəcəf Nəcəfov Fondu 1 sentyabr-30 sentyabr 2005-ci il dövrü üzrə
İctimai Televiziyanın (İTV) monitorinqinin nəticələrinin
təhlilini başa çatdırıb. Layihənin icrasına 1 sentyabr 2005-ci
ildən başlanıb. Bir illik müddətə nəzərdə tutulan layihə 3
mərhələdən ibarətdir. Birinci mərhələ 15 yanvar 2006-cı ildə
başa çatacaq. Layihəni Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun
Azərbaycan nümayəndəliyi maliyyələşdirir.
LAYİHƏNİN MƏQSƏDİ: İTV-nin ölkə həyatının bütün sahələrinin, ilk
növbədə ictimai-siyasi sahənini tarazlaşdırılmış və obyektiv
surətdə işıqlandırıb-işıqlandırmamasının monitorinqini aparmaq,
hökumətin və ya başqa qurumların İTV-nin işinə müdaxiləsi və
ictimai şüuru öz xeyrinə formalaşdırmaq istəyinin səviyyəsini
təsbit etmək, bu barədə ictimaiyyətə məlumat verməkdir.
LAYİHƏNİN VƏZİFƏLƏRİ: İTV-nin efirinin müntəzəm monitorinqini
həyata keçirmək və onun nəticələrini elan etmək vasitəsilə
telekanalın:
1. “İctimai-Televiziya” haqqında Qanuna,
2. tarazlaşdırılmışlığa,
3. obyektivliyə,
4. plüralizmə,
5. şəffaflığa,
6. məsuliyyətliliyə,
əməl olunmasını dəyərləndirməkdir.
İCTİMAİ TELEVİZİYA VERİLİŞLƏRİNİN FUNKSİONAL-TEMATİK BÖLGÜSÜ
İctimai Televiziya verilişləri funksional-tematik bölgü üzrə
təhlil olunub. Bu bölgüyə Məlumatlandırma, Maarifləndirmə,
Əyləncə, Reklam və Anonslar daxil edilib.
Monitorinqin nəticələri göstərir ki, İTV bu dövr ərzində
Məlumatlandırmaya 2836 xəbər və ya 359340 saniyə (ümumi efirin
20,7 %-i) , Maarifləndirməyə 171 veriliş və ya 345768 saniyə (ümumi
efirin 20 %-i), Əyləncə proqramlarına 467 veriliş və ya 968807
saniyə vaxt ayırıb. Bu isə əyləncə poqramlarına ümumi efirin
55,9 faizinin həsr olunması deməkdir. Şirkət ötən ay Reklama
8481 saniyə (efirin 0,5 %-i), Anonslara isə 49688 saniyə (ümumi
efirin 2,9 %-i qədər) vaxt ayırıb.
Məlumatlandırma
Bu bölgüyə Xəbərlər, Tok–şou, Xəbər-törəmə, Debatlar, Analitika,
Təbliğat (reklam) və Anonslar daxil edilib. Müəyyən edilib ki,
məlumatlandırma verilişlərinə ay ərzində 2836 ədəd yer və ya
359340 saniyə vaxt ayırılıb. İTV ötən ay ümumi efirin 20,7
faizini Məlumatlandırmaya həsr edib.
Məlumatlandarmanın Telejanrlar üzrə təhlili göstərir ki, ötən ay
İTV 2591 ədəd məlumat (xəbər) vermiş və ya buna 146424 saniyə
efir vaxtı ayırıb. Həmin dövr ərzində verilən 38 Xəbər-törəməyə
78517 saniyyə, 5 Debata 10969 saniyə, Analitika sahəsində 26
verilişə 64524 saniyə, 101 Təbliğat və siyasi reklama 25156
saniyə, 16 Anonsa isə 632 saniyə vaxt ayırıb. Bu isə öz
növbəsində Məlumatlandırmaya həsr olunan efirin 44,9 faizinin
Xəbərlərə, 0 faizinin Tok-şouya, 24 faizinin Xəbər-törəməyə, 3,4
faizinin Debata, 19,8 faizinin Analitikaya, 7,7 faizinin
Təbliğat və reklama, 0,2 faizinin Anonslara həsr olunduğunu
göstərir.
Monitorinqdə Xəbərlərin coğrafi təsnifatı da aparılıb.
Hesablamaların nəticələri yayılan xəbərlərin 69,4 faizi (101602
saniyə) daxili, 30,6 faizi (44822 saniyə) xarici xəbərlərə
ayrıldığını göstərir.
Daxili xəbərlərin mövzular üzrə təsnifatının təhlilinin
nəticələri göstərir ki, onun (Xəbərlərin) 49,9 faizi Siyasi,
11,3 faizi İqtisadi, 21,4 faizi İctimai-sosial, 3,1 faizi
Mədəniyyət, 7 faizi İdman, 7,3 faizi Hava haqqında məlumatlara
həsr olunub.
Daxili xəbərlər tərəflilik və neytrallıq meyarı üzrə
qiymətləndirilib. Qiymətləndirməyə görə yayılan xəbərlərin 28,7
faizi (68394 saniyə) Tərəfli, 71,3 faizi (169573 saniyə) Neytral
olub.
Məlumatlandırmanın 90,8 faizi ana dilində, 4,7 faizi rus, 4,5
faizi ingilis dilində yayılıb.
Maarifləndirmə
Göstərilən dövrdə Maarifləndirmə bölməsinə aid olan verilişləriə
345768 saniyə vaxt ayırılıb. Maarifləndirməyə ayırılan vaxt
ümumi efirin 20 faizi qədərdir. Təhlilin nəticələrinə görə,
Maarifləndirmə verilişlərinin 72,6 faizi (250921 saniyə) ana
dilində, 26,1 faizi (90455) rus dilində, 1,3 faiz (4392 saniyə)
Anadolu türkcəsində verilib.
Bədii-əyləncəli verilişlər
Sentyabr ayında İTV Bədii-əyləncəli verilişlərə 968807 saniyə
vaxt ayırıb. Bu isə ümumi efirin 55,9 faizi qədərdir. Bədii-əyləncəli
verilişlərin 76,9 faizi (744657 saniyə) ana dilində, 21,1 faizi
(204970 saniyə) rus dilində, 2 faizi (19180 saniyə) ingilis
dilində olub.
PARLAMENT SEÇKİLƏRİNİN İŞIQLANDIRILMASI
Sentyabr ayında İTV bütövlükdə Parlament seçkiləri mövzusuna 438
məlumat (xəbər) və ya 141070 saniyə yer ayırıb. Qeyd edək ki,
İTV sentyabr ayında seçki mövzusuna ən çox yer ayıran televiziya
şirkətidir. Ötən ay İTV hökumət və ona yaxın olan siyasi
qüvvələrə 59578 saniyə, “Azadlıq” blokuna 9387 saniyə, YES
blokuna 6521 saniyə, ALP blokuna 3795 saniyə, Beynəlaxalq
təşkilatların seçki ilə baglı fikirlərinə 9440 saniyə, digər
siyasi partiya və namizədlərə isə 38579 saniyə vaxt ayırıb.
Hakim partiyaya və hökumətə ayrılan vaxtın 34,3 faizi müsbət,
63,8 faizi neytral, 1,9 faizi mənfi informasiyalardan ibarətdir.
“Azadlıq” blokuna ayrılan vaxtın 0 faizi müsbət, 94,2 faizi
neytral, 5,8 faizi mənfi məlumatlardan ibarət olub. İTV-nin
seçki mövzusunda hazırladığı müsbət məlumatların 99,7 faizi YAP,
hökumət və ona yaxın olanlar haqda olub. İTV-nin geridə qalan
bloklar və təşkilatlar barədə yaydığı informasiyaların
əksəriyyəti neytral xarakter daşıyıb.
Qeyd: Təhlilin nəticələri ilə bağlı irad və təklifləri
www.najafovfund.org İnternet səhifəsində “Əlaqə” bölməsi
vasitəsilə və ya najafovfund@yahoo.com ünvana göndərmək olar.
Nəcəf Nəcəfov Fondu
19 oktyabr 2005-ci il
|
İNTRODUCİON
Nacaf Nacafov Fund has completed the analysis of the results of
monitoring of Public Television covering the period from
September 1 to 30. Implementation of the project began on
September 1, 2005. The project intended for a year consists of
three stages. The first stage will be over on January 15, 2006.
The Open Society Institute –Assistant Fund Azerbaijani
Representation is financing the Project.
GOAL OF PROJECT OF PUBLIC TV is to cover objective monitoring of
all spheres of life, and first of all social-political sphere,
to present interference of the state and other structures into
the work of Public TV and formation of public conscious in their
own favor, and inform population about it.
OBJECTIVES OF PROJECT is to carry out regular monitoring of
Public TV, to announce its results and to inform if Public TV
follows these rules:
1. “Law “On Public Television”,
2. equalizing
3. objectiveness,
4. pluralism,
5. transparency,
6. responsibility
FUNCTİONAL-THEMATİC DİVİSİON OF THE PROGRAMS OF PUBLİC TV
The programs of Public TV have been analysed in accordance with
functional-thematic division. This division includes Information,
Enlightenment, Entertainment, Advertisement and Announcement.
The results of monitoring show that over that period the Public
TV issued 2836 news programs or 359340 seconds (total air time
20,7 %), on enlightenment 171 programs or 345768 seconds (total
air time 20 %), on entertainment programs 467 programs or 968807
seconds. It means that 55,9% of total air time were issued for
the entertainment programs. Last month the company issued for
advertisement 8481 seconds (air time 0,5%), on announcements
49688 seconds (up to 2,9% of total air time).
Information
This section includes News, Talk show, News-formation, Debates,
Analytic, Propaganda (advertisement) and announcements. It was
found out that 2836 pieces or 359340 seconds were issued for
information programs. Last month the Public TV issued 20,7% to
the informative programs.
The analysis of information on TV genre shows that last month
Public TV issued 2591 information (news) or 146424 seconds. Over
that period 78517 seconds were issued for 38 News-formation,
10969 seconds for 5 Debates, 64524 seconds for 26 Analytical
programs, 25156 seconds for 101 Propaganda and political
programs, 632 seconds for 16 Announces. It means that 44,9 %
were given for News, 0% for Talk-show, 24% for News-formation,
3,4% to Debates, 19,8% to Analytical programs, 7,7% to
Propaganda and advertisement, 0,2% to Announces.
Monitoring carried out also geographical division of news.
According to the results of estimation 69,4% of news (101602
seconds) are home, 30,6% (44822 seconds) are foreign news.
The results of analysis of division of home news in accordance
with their theme shows that 49,9 % of news were political, 11,3
% economic, 21,4% social-public, 3,1 % cultural, 7 % sport, 7,3
% on weather.
Home news were estimated in accordance with their belonging and
neutrality. So 28,7% of news (68394 seconds) were belonging,
71,3% (169573 seconds) were neutral.
90,8% of information were in the Azerbaijani language, 4,7% in
Russian, 4,5% in English.
Enlightenment
Over the reported period 345768 seconds were issued for the
enlightenment programs. It makes 20 % of airtime. In accordance
with the results of analysis, 72,6 % of programs (250921 seconds)
were in the Azerbaijani language, 26,1 % (90455) in Russian, 1,3
% (4392) in Anadolu language.
Literature-entertainment programs
In September Public TV issued 968807 seconds for literature
cultural-entertainment program. It makes up to 55,9 % of total
airtime. 76,9 % (744657) of literature-entertainment program
were in the Azeri language, 21,1% (204970) in Russian, 2%
(19180) in English.
COVERAGE OF PARLİAMENTARY ELECTİONS
In September public TV issued 438 programs or 141070 seconds on
parliamentary elections.
We would like to note that in September most of programs on
elections were demonstrated just on Public TV. Over the reported
period Public TV issued 59,578 seconds for governmental and
pro-governmental forces, 9387 seconds for “Azadlig” bloc, 6521
seconds for the bloc YES, 3795 seconds for ALP bloc, to the
international organizations for expressing their thought on
elections 13770 seconds, 38579 for other political parties and
candidates for parliament. Time issued for the ruling party and
government comprises 34,4 % positive, 63,8% neutral, 1,9 %
negative information.
Time issued for “Azadlig" bloc comprises 0 % positive, 94,2 %
neutral, 5,8 % negative materials.
99,7 % of information prepared by Public TV on elections were on
YAP, governmental and pro-governmental parties. The programs
prepared by Public TV on other blocs and organizations were
mainly of neutral character.
NOTE: The remarks and proposals on the results of analysis can
be sent to www.najafovfund.org on Internet site via
“Communication” unit or najafovfund@yahoo.com.
Nacaf Nacafov Fund
October, 19 2005
|