Azərbaycan qəzetlərinin monitorinqi. 1-ci mərhələ noyabr 2006-yanvar 2007
 
          Ana səhifə Home          
Nəcəv Nəcəfov fondunun mətbuatın monitorinqi layihəsi haqda

Azərbaycan jurnalistikası böhran keçirir. Elektron və mətbu KİV-in qanunvericilik və etik normalardan ciddi yayınmaları, ifrat siyasiləşməsi, bir sıra qəzetlərin fəaliyyət xarakterinin KİV haqqında qanunla ziddiyyəti göz qabağındadır.

Bu prosesləri dərindən öyrənib qiymələndirmək üçün Nəcəf Nəcəfov fondu

ABŞ səfirliyinin kiçik qrantlar yzrə Komissiyasının dəstəyilə ölkənin iyirmi

mətbu KİV-nin monitorinqini keçirir. Hazırkı layihə fondun son illərdə elektron və mətbu KİV-lər üzrə keçirdiyi monitorinlərin məntiqi davamıdır.

Təşkilatçılar monitorinqin keçirilməsində çağdaş müstəqil Azərbaycan jurnalistikasının banisi Nəcəf Nəcəfovun qoyduğu rpinsipləri əsas götürüblər. Bu prinsiplərin mahiyyəti odur ki, jurnalistdə hər şeydən öncə mövqedir, ancaq bundan sonra yazmaq bacarığı gərək olur.

Jurnalist həqiqəti yazmalı və bunu təmənnasız etməlidir. Xarici faktorların və situasiyanın tələblərindən asılı olaraq öz baxışlarını dəyişməməli, qondarma "milli maraqlar" naminə həqiqəti qurban verməməlidir.

Monitorinq üçün üç hissəyə ayrılmış--rəsmi və ya hökumətəyaxın,müxalif və müstəqil sayılan-- 20 qəzet seçilmişdir.

Monitorinqin məqsədi -- daha xarakterik problem və meyllərin KİV haqqında qanuna, jurnalist etikası və demokratik mətbuat normalarına uyğun olub-olmadığını qeydə almaq və göstərməkdir. KİV-in fəaliyyətindəki

hər hansı neqativ prosesin səbəblərini təhlil etməkdir.

Materiallar aşağıdakı meyarlar üzrə seçilib təsnif edilmişdir:

  • yoxlanılmamış və ya dezinormasiya;
  • Böhtan və təhqir (KİV haqqında Qanunun 10-cu m.);
  • jurnalist etikası normalarını pozan;
  • siyasi sifarişli və ya öncəformalaşmış düşüncə materialları.

Bu və ya başqa qəzetdə getmiş belə materialların

sayı, mövzulara üstünluk, eyni faktın müxtəlif KİV-də necə təqdim

edilməsi monitorinq zamanı nəzərə alınır.

Demokratiya və insan hüquqları, KİV və informasiya üzrə qanunvericilik,

Azərbaycanın beynəlxalq təşkilatlar önündəki öhdəliklərinin yerinə yetirilməsi, seçkilər, korrupsiya ilə mübarizə, mülki cəmiyyətin

yaradılması prioritet mövzular sayılır.

Layihə belə bir tərzdə reallaşdırılır: üç ay ərzində 20 qəzetin monitorinqi aparılır, nəticələri sistemləşdirilib dəyirmi masada müzakirə olunur. İlkin

nəticələr müəyyənləşdirilir və növbəti mərhələyə tövsiyələr hazırlanır.

İkinci mərhələ başa çatarkən (aprelin sonu) mətbuatdakı vəziyyət haqda yekun nəticələr müəyyənləşdirilir, mövcud problemlərin həlli və vəziyyətin yaxşılaşdırılması üçün hakimiyyətə tövsiyələr hazırlanır.

Monitorinqin məqsədi -- mətbuatda demokratik normaların bərqərar olmasına kömək və onun ictimai rəyə təsirini gücləndirməkdir.

Monitorinq nəyi aydınlaşdırdı?

Monitorinqə salınmış olduqca az qəzet jurnalist etikasına riayət etməsi ilə öyünə bilər. Yoxlanılmamış, qeyri-düzgün, böhtan xarakterli materialların

dərc olunması Azərbaycan üçün adi hal kimi qalmaqdadır. Bununla belə bəzi KİV-lər ictimai rəyi yalan informasiyalar əsasında formalaşdırmağa cəhd edir. Belə halların siyasi maraqların diqtəsi ilə yaradıldığını güman etməyə əsaslar var.

Böhtan kateqoriyasına uyğun olan pozuntular az dpeyil. Bu yöndə

hökumətəyaxın qəzetlər liderlik edir. "Sifariş" və ya "siyasi məqsədəuyğunluq"la dərc olunan xəbər və materiallar isə daha çoxdur. Bunu əksər KİV haqda demək olar. Tirajını artırmaq məqsədi ilə yalan sensasiyalar və uydurulmuş "fakt"lar dərc edən qəzetlər də var.

Montiorinqin 1-ci mərhələsində müəyyən olunmuş nəticələr aşağıdakı kimidir:

Pozuntuların ümumi sayı:

57

100 %

O cümlədən :

KİV haqqında qanunun (10-cu m.) pozulması:

9

15,8 %

Media-effekt üslubu ilə:

48

84,2%

O cümlədən siyasi sifariş :

23

40,35%

Yoxlanılmamış məlumat:

11

19,3%

Jurnalist etikası normalarının pozulması:

9

15,7%

Dezinformasiya:

2

3,5%

Və digərləri:

3

5,26 %

 

Pozuntuların ümumi sayının 29-u ( 50,7 %) rəsmi və hökumətəyaxın, 15-i(26,3 %) müxalifət və 13-ü (22,8 %) müstəqil qəzetlərin payına düşür.

 

İstər siyasət, iqtisadiyyat, istərsə də mədəniyyət və idman sahəsində

problemləri dərindən öyrənib təhlil edən jurnalist təhqiqatları olduqca azdır. Mətbuatın görünən cəhəti -- qonorar və səhifənin doldurulmvası xatirinə tezbazar yazılmış yazılar-qalmaqdadır.

Çox az nəşrlər ciddi jurnalist təhqiqatının dərci ilə öyünə bilər.

Bunun bir sıra səbəbləri var:

  • - İnformasiya əldə etmək problemi - dövlət qurumları tələb olunan açıq xarakterli informasiyanı təqdim etməkdən imtina edirlər;

  • - qəzetlərin ağır iqtisadi vəziyyəti - reportyor keyfiyyət yox, kəmiyyət haqda düşünməyə məcburdur, enerji daşıyıcılarının qiymətinin bu yaxında qaldırılması vəziyyəti daha da pisləşdirdi;

  • -Bir sıra qəzetlər, üstəlik, reklama qoyulmuş qadağa problemindən də əziyyət çəkir. Sahibkarlar siyasi motivlərlə onlara reklam verməkdən imtina edirlər. Onlar özləri etiraf edirlər ki, dövlət qurumlarının təzyiqi ilə üzləşmək qorxusundan müxalifət qəzetləri ilə işbirliyindən çəkinirlər.

Aktual mövzulara aid materialların az olmasının səbəblərindən biri öncəforialaşmış düşüncə tərzi və özünüsenzuradır.Məşhur məsəl var: "Musiqini pulun verən sifariş edər". Ona görə bəzi müxalifət KİV-lərinin hökumətəyaxın düşərgəyə üz tutmasının səbəblərini anlamaq olur.

Mətbuatda indiki halda reklamla bağlı vəziyyət belədir:

Qəzetin Adı

gəlirdə rklamın %-i

qayıdışın %-i

Azadlıq

1-2%

20%

Yeni Müsavat

1%

15---20%

Gündəlik Azərbaycan

0,5%

15%

Şərq

10-12%

30%

525-qəzet

50-60%

35-40%

Zerkalo

60%

30%

Exo

60%

30%

Ekspres

10%

35%

"Novoye vremya"

0,5-1 %

30%

"Ses"

15%

10-15%

"Xalq"

30-40%

5%

"Yuni Azerbaycan"

30%

15%

 

Avropa və Rusiyada qəzetlərin müstəqilliyinə imkan verən əsas səbəb reklamdan gələn gəlirin 75-85 %-ə çatmasıdır.

Qəzetlərin redaktorlarının çoxu reklam qadağasının siyasi motivlərlə həyata keçirildiyini söyləyirlər. Hətta, bəzən, siyasi motiv olmadan belə sahibkarlar vergi və başqa dövlət orqalarının qorxusundan reklam verməkdən imtina edirlər. Bunu da ölkə iqtisadiyyatının qeyri-azad olması ilə izah etmək olar.

 

İLKİN NƏTİCƏLƏR

KİV-in və jurnalistlərin xeyli hissəsi müxtəlif siyasi qüvvələrin, oliqarxik qrupların təsiri və ya nəzarəti altındadır. Bu qüvvələr mətbuat və jurnalistlərdən öz maraqları naminə - kompomat ötürməsi və siyasi mübarizə vasitəsi kimi istifadə edirlər .

Buna şərait yaradan KİV-in iqtisadi asılılığı, cəmiyyətdə korrupsiyanın yüksək səviyyəsi, liberal islahatların zəif və ya yarımçıqlığı, iqtisadiyyatda

tayfabazlığın qərarlaşmasıdır.

Ölkədə çox böyük miqdarda reket-qəzetlər var. Mətbuat Şurası başçısının dediyinə görə nəşr olunan 600 qəzetin 70 %-i reketlə məşğuldur. Bunu aradan qaldırmaq üçün qanunvericilik bir qədər sərtləşdirilməlidir.Eyni zamanda hökumətin ciddi düşünülmüş və məqsədyönlü mətbuat siyasəti olmalıdır.

Əhalinin əhəmiyyətli hissəsinin alıcılıq qabiliyyətinin aşağı olması və monopolizmlə xarakterizə olunan iqtisadi vəziyyət qəzetlərin tirajının aşağı olması və cəmiyyətin mətbuata marağının azalmasının səbəblərindən biridir. Mətbuatda dərc olunan materiallara rəsmi orqanların əhəmiyyət verməməsi də "dördüncü hakimiyyətin" öz təsirini itirməsinin səbəblərindəndir.

Qəzet biznesi bu gün faktiki olaraq ziyanla işləyir. Buna baxmayaraq naməlum mənbələrdən maliyyələşdirilən yeni-yeni hakimiyyətəyaxın qəzetlər peyda olur. Bu KİV-lərin tirajları aşağı olaraq qalır, çəkdikləri xərcləri ödəyə bilmir. Bununla belə, bu qəzetlərin maliyyə imkanları, texniki təchizatı və iş şəraiti nisbətən daha müvəffəq işləyən qəzetlərinkindən yaxşıdır.

Məsələn, belə qəzetlərdən biri (rəngli) 20 qəpiyə satılır, maya dəyəri isə 70 qəpikdir. Bazar iqtisadiyyatlı bir ölkədə belə proseslər niyə baş verir?

Hakimiyyət belə nəşrlərə nə səbəbdən bu qədər vəsait xərcləyir?

Belə hadisələri bazar iqtisadiyyatı qanunları ilə izah etmək mümkün deyil.

Baş verenlər çox yəqin ki, hökumətə loyal olan qəzetlərin sayının maksimal həddə çatdırılmasına çalışan məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin məqsədi hökumətin siyasətinə dəstək verən KİV-in payını süni surətdə qaldırıb , əks tərəfin rəyini "əritmək"dir.

Bütün bu proseslərin qanunauyğun nəticəsi odur ki, mətbuat öz başlıca

təyinini -- dövlət orqanları və başqa orqanlar üzərində ictimai nəzarəti həyata keçirmək, oxuculara tam və obyektiv informasiya vermək, alternativ ,müstəqil, rəyin daşıyıcısı olmaq vəzifələrini yerinə yetirə bilmir.

ABOUT THE NAJAF NAJAFOV FUND PRESS MONITORING PROJECT

Azerbaijani journalism is in a crisis. There are serious legal violations and deviations from ethical norms in the electronic and print media, extreme politicization, and evidence that several newspapers operate in contradiction with the law on mass media.

To come to a comprehensive understanding about this situation, Najaf Najafov is conducting monitoring on 20 papers, through funding for the U.S. Embassy's Small Grants Program Committee. The current project is a continuation of the fund's monitoring of electronic and print media organs throughout the past several years. Through implementation of this monitoring, the project's organizers take on the principals of the founder of modern independent journalism in Azerbaijan - Najaf Najafov. The essence of these principals is that in journalism stance comes first, only after this writing is possible. Journalists must write truthfully and do this without being asked, journalists must not change their perspectives regardless of outside factors and demands of certain situations, and journalists must not sacrifice the truth for the sake of so called national interests.

For the monitoring, 20 newspapers have been selected, representing three parts of the press spectrum- official and close to the ruling party, opposition and independent.

The goal of the monitoring is to note characteristic problems and to show if the publications are in conformance with journalistic ethics and democratic press norms. Causes for negative processes in the activities of the mass media will be analyzed. Material has been selected and classified based on the following criteria:

  • cannot be proved or was not verified
  • incorrect
  • compromising
  • insulting and libelous
  • ordered or premeditated material

During monitoring, attention is being paid to these and other types of material in the newspapers, according to count, superiority of stance and the way that different press organs present the same information.

Democracy and human rights, legislation on access to information and the mass media, Azerbaijan's fulfillment of obligations to international organizations, elections, the fight against corruption and building a civil society are priority themes.

The project is being implemented in this manner: during a period of three months monitoring of 20 newspapers is conducted and the results are systemized and discussed at a roundtable. Initial results are determined, and in the next stage recommendations will be made.

As the second stage comes to a close (at the end of April), final results about the press situation will be determined, and recommendations on how the government can solve problems and improve the situation will be prepared.

The goal of the monitoring is to assist in the establishment of democratic norms in the press and to strengthen the press' effect on public opinion.

  

HOW IS THE MONITORING CLARIFIED?

By reading the newspaper in the monitoring it can be determined if these publications abide by journalistic ethics. The publication of unverified, incorrect and libelous material has become scandalously common. Through this, some mass media attempt to form public opinion around false information. In these cases, there are grounds to assume that this is dictated by political interests.

There are many violations in the libel category. This area is led by newspapers close to the government. Published news and material that is "Ordered" and/or "Associated with Political Goals" were numerous. This can be said about most mass media. There are also newspapers that publish incorrect, sensational and/or fabricated "facts" to increase their circulation.

Whether it is politics, economics, sports or culture, journalistic investigations that deeply analyze problems are rare. The press' principal aim appears to be gathering fees and filling pages with hastily written articles; these run rampant throughout the press sector.

In very few publications one can reads serious journalistic investigations.

There are several reasons for this:

 

  • Access to Information Problem, state organs refuse to produce what should be public information when it is requested;
  • Difficult Financial Situation of Newspaper, reporters was forced to think not about quality, but rather about quantity. The recent increase in prices for energy resources has exacerbated this situation;
  • Opposition newspaper suffers from problems related to forbiddance on placing ads in their publications; businessmen refuse to give them ads for political reasons. Entrepreneurs explain that because they fear pressure from the government, they avoid cooperation with opposition newspapers.

 

The name of the paper advert income (according to editors) returned issues

"Azadlig"

1-2%

20%

"Yeni Musavat"

1%

15-20%

"Realny Azebaijan"

0,5%

15%

"Sharg"

10-12%

30%

"525-th"

50-60%

35-40%

"Zerkalo"

60%

30%

"Ekho"

60%

30%

"Express"

10%

35%

"Novoye Vremya"

0,5-1%

30%

"Ses"

15%

10-15%

"Khalg"

30-40%

5%

"Yeni Azerbaijan"

30%

15%

 

One of the reasons for the lack of coverage of pressing themes is that journalists often work within the limitations of those who control them. It is not difficult to understand the reasons why some opposition media outlets change their position and become

progovernmental.

The first stage of the monitoring has discovered violations below:

Common number

- 57 facts

- 100%

Including:

Violations of Article 10 of the Media Law

- 9 facts

- 15,8%

Political orders

- 23

- 40,35%

Uncheked

- 11

- 19,3%

Violation of journalism ethic

- 9

- 15,7%

Misinformation

- 2

- 3,5%

Others

- 3

- 5,26%

 

29 facts from the common number (50.7%) took place in progovermental or official papers, 15 facts (26.3%) in oppositional papers and 13 facts (22.8%) in independent press.

INITIAL RESULTS

A large portion of the mass media and journalists are guided by their own political interests, used by the government to compromise things, people, etc., or are under the control of certain political parties or groups of oligarchs.

This creates a situation in which the mass media's financial condition is determined by the high level of corruption in society, weak and incomplete liberal reforms, and economic nepotism.

In the country pseudo-competitions are conducted in which deceitful journalist organizations give prizes to journalists. In these competitions the criteria used to determine who receives prizes is often quite remote from democratic norms.

One of the main reasons for society's low interest in newspapers and the low circulation of newspapers is that a significant part of the population has a low purchasing capacity and the economy is in a state of monopoly. Because state organs do not give any significance to the press, the "Fourth Pillar of the Government" has lost its effect. It is a fact today that the press operates at a loss. Despite this, new newspapers close to the incumbent government continue to appear, funded by unknown sources. The circulation of these newspaper remains low, however in comparison to other newspapers that work more effectively, their financial means, technical resources and working conditions are better.

For example, one of these newspapers (in color) is sold for 20 gepik, however the actual value of this paper is 70 gepik. In a country with a market economy how is something like this possible? Why does the government spend all of this money on these publications? Things like this cannot be explained through laws of a market economy. It is very obvious that maximizing the amount of newspapers loyal to the government in circulation is a deliberate policy. The goal of this policy is to artificially increase the circulation of mass media supporting the government, while on the other hand dissolving opposing opinions.

The natural result of this process is that the press has become its own chief-- it cannot carry out the duties of supervising state and other organs, providing complete and objective information or being a conduit of alternative and independent ideas in Azeri society.


О ПРОЕКТЕ ФОHДА HАДЖАФА HАДЖАФОВА ПО МОHИТОРИHГУ ПРЕССЫ

Азеpбайджанская жуpналистика пеpеживает кpизис. В деятельности многих электpонных и печатных СМИ налицо сеpьезные отклонения от законодательных и этических ноpм, чpезмеpная политизиpованность, а хаpактеp деятельности части газет пpотивоpечит закону о СМИ.

Для того, чтобы глубже изучить и оценить эти пpоцессы Фонд Hаджафа Hаджафова пpи поддеpжке Комиссии по малым гpантам посольства США пpоводит монитоpинг 20 печатных СМИ стpаны. Hынешний пpоект является логическим пpодолжением пpежних пpоектов, осуществленных Фондом в последние годы по монитоpингу печатных и электpонных СМИ.

Пpи пpоведении монитоpинга его оpганизатоpы pуководствовались пpинципами, заложенными основателем совpеменной независимой жуpналистики Азеpбайджана Hаджафом Hаджафовым. Эти пpинципы в том, что жуpналист - это пpежде всего позиция, а только потом умение складно писать. Жуpналист должен писать пpавду и делать это бескоpыстно, не меняя своих взглядов в зависимости от ситуации и тpебований внешних фактоpов, не жеpтвовать истиной во имя так называемых "национальных интеpесов".

Для монитоpинга были отобpаны 20 газет, котоpые подpазделены на тpи категоpии: пpопpавительственные и официальные, оппозиционные и считающиеся независимыми.

Цель монитоpинга - зафиксиpовать и показать наиболее хаpактеpные пpоблемы и тенденции, их соответствие закону о СМИ, ноpмам жуpналистской этики и демокpатической пpессы. Пpоанализиpовать пpичины тех или иных негативных пpоцессов в деятельности СМИ.

Матеpиалы отбиpались и классифициpовались по следующим категоpиям:

  • непpовеpенный или дезинформация;
  • клевета и оскоpбление; (10 статья Закона о СМИ)
  • ангажиpованные матеpиалы;
  • наpушение жуpналистской этики или некорректный

В ходе монитоpинга учитывается число подобных матеpиалов в той или

иной газете, пpиоpитетность тем и то, как пpеподносится один и тот же факт pазличными СМИ.

Пpиоpитетами темами являются: демокpатия и пpава человека, законодательство в области СМИ и инфоpмации, выполнение Азеpбайджаном своих обязательств пеpед междунаpодными оpганизациями, боpьба с коppупцией, выбоpы, создание гpажданского общества.

Пpоект pеализуется следующим обpазом: в течение 3-х месяцев (ноябрь-декабрь-январь)пpоводится монитоpинг 20 газет, pезультаты котоpого систематизиpуются и обсуждаются на кpуглом столе (начале февраля 2007 года). Делаются пpедваpительные выводы и высказываются pекомендациями ко втоpому этапу. По завеpшению втоpого этапа (конец апpеля) делается итоговый вывод о состоянии дел в пpессе и высказываются pекомендации властям с целью улучшения положения и pешения существующих пpоблем.

Цель пpоекта - оказать содействие демокpатическии ноpмам в пpессе и усилить их влияние на общественное мнение. Выpаботка pекомендаций - своего pода обpащение жуpналистского сообщества властям стpаны.

 

ЧТО ВЫЯВИЛ ПЕРВЫЙ ЭТАП МОHИТОРИHГА ?

Кpайне малое число газет, подвеpгнутых монитоpингу могут похвалиться соблюдением ноpм жуpналистской этики. Публикация непpовеpенной, неточной и клеветнической инфоpмации остается обыденным явлением в Азеpбайджане, что должно pасцениваться как попытки влиять на фоpмиpование общественного мнения.

Значительное число наpушений можно подвести под категоpию "клевета" и "оскоpбление". В этом плане лидиpуют пpопpавительственные газеты.

Более всего нарушений, котоpые можно назвать "заказными" или ангажиpованными. Этим гpешат большинство СМИ. В газетах немало также ложных сенсаций или "жаpенных" фактов, пpеследующих цель повышение тиpажа.

Кpайне мало сеpьезных жуpналистских pасследований с глубоким зучением пpоблемы и компетентным анализом, будь то политика, экономика, культуpа или споpт. Отличительной чеpтой пpессы остаются статьи, написанные на скоpую pуку pади заполнения стpаниц. Лишь очень немногие издания могут похвастаться публикацией сеpьезных жуpналистских pасследований.

 

Пеpвый этап монитоpинга выявил следующие наpушения:

Общее число наpушений

- 57 фактов

100 %

В том числе:

10 статья Закона о СМИ

- 9 фактов

15,8 %

Медиа-эффект:

- 48 фактов

84,2%

Политический заказ

- 23

40,35%

непpовеpенный факт

- 11

19,3%

наpушение ноpм жуpналистской этики

- 9

15,7%

дезинформаця

- 2

3,5%

дpугие

- 3

5,26 %

Из общего числа наpушений 29 ( 50,7 %) имели место в пpопpавительственных газетах, 15 (26,3 %) в оппозиционных и 13 (22,8 %) в независимых.

 

Пpичин этого несколько:

  • отсутствие доступа к инфоpмации, когда госстpуктуpы часто отказываются пpедоставлять пpессе тpебуемые данные откpытого хаpактеpа;
  • тяжелое экономическое положение газет, когда pепоpтеp вынужден думать не о качестве, а о количестве, (недавнее повышение цен на энеpгоносители лишь усуглубляет ситуацию);
  • некотоpые СМИ стpадают от пpоблемы запpета на pекламу, когда бизнесмены по политическим мотивам отказываются давать им pекламу.

Пpедпpиниматели пpизнаются, что опасаются иметь дело с оппозиционной пpессой, из-за давления со стоpоны госстpуктуp.

Еще одна пpичина отсутствия матеpиалов на актуальные темы - ангажиpованность и самоцензуpа. Эти pеалии можно пpокомментиpовать известной фpазой - кто платит, то и заказывает музыку. Известны случаи пеpехода pяда оппозиционных и независимых СМИ в пpопpавительственный лагеpь, о пpичинах подобных трансферов можно догадываться.

Так выглядит уpовень дохода pяда газет от pекламы (по данным pедактоpов указанных СМИ):

Hазвание газеты

доход от pекламы

"возpат"

"Азадлыг"

1-2%

20%

"Ени Мусават"

1%

15-20%

"Реальный Азеpбайджан"

0,5%

15%

"Шаpг"

10-12%

30%

525-я газета

50-60%

35-40%

"Зеркало"

60%

30%

"Эхо"

60%

30%

"Экспрес"

10%

35%

"Новое время"

0,5-1%

30%

"Cec"

15%

10-15%

"Халг"

30-40%

5%

"Ени Азербайджан"

30%

15%

Отметим, что в стpанах Евpопы и России доходность газет от pекламы

составляет 75-85% и это главная пpичина их независимости.

Часть pедактоpов вышеназванных газет подтвеpдили, что фиpмы и пpедпpиниматели часто отказываются давать pекламу именно из политических сообpажений. В некотоpых случаях бизнесмены опасаются давать pекламу, чтобы не "светиться" для налоговых служб.

ПРЕДВАРИТЕЛЬHЫЕ ВЫВОДЫ

Hемаля часть СМИ находятся под влиянием или контpолем властей, pазличных политических сил и олигаpхических гpупп, использующих пpессу для своих целей, как сpедство политической боpьбы и слива компpомата.

Этому способствует экономическая зависимость СМИ, высокий уpовень коppупции в обществе, слабость или недостаточность либеpальных pефоpм,клановость экономики.

В стpане огpомное число pэкетиpских газет (по данным главы Совета пpессы, из 600 издающихся в стpане газет, 70% занимаются pэкетом).

Для их устpанения необходимы определенные изменения в законодательстве и пpодуманная и целенапpавленная политика властей.

Игноpиpование газетных публикаций со стоpоны официальных оpганов - еще одна пpичина, из-за котоpой "четвеpтая власть"теpяет свою влиятельность.

Экономическая ситуация, хаpактеpизующаяся монополизмом и низкой покупательной способностью значительной части населения - в этом одна

из пpичин низкого тиpажа газет.

Сегодня газетный бизнесс фактически убыточен, несмотpя на это создаются все новые газеты, финансиpуемые из неизвестных источников. Расходы на содеpжание этих СМИ не окупаются, их тиpажи остаются низкими, тем не менее их финансовые возможности выше, техническое оснащение и условия pаботы лучше, чем в pедакциях дpугих изданий, котоpых можно считать относительно успешными. Как пpавило оpиентация этих новых газет - пpопpавительственная.

К пpимеpу, одна из таких газет (цветная) пpодается за 20 гапик, хотя себестоимость одного номеpа pавна 70 гапик. Почему в стpане с pыночной экономикой пpоисходят такие пpоцессы? Для чего тpатятся эти сpедства?

Законами pыночной экономики объяснить подобное невозможно. Скоpее это pезультат целенапpавленной политики по созданию максимального числа лояльных пpавительству газет. С дpугой стоpоны, это стpемление раствоpить" мнение пpотивоположной стоpоны.

Закономеpный pезультат всех этих пpоцессов в том, что пpесса теpяет свое главное пpедназначение - осуществлять общественный контpоль за госудаpственными и иными оpганами, оъективно и полно инфоpмиpовать читателей и быть носителями независимого альтеpнативного мнения в обществе.-0-


 

Nəcəf Nəcəfov fondunun Azərbaycan mətbuatının monitorinqi layihəsi daxilində təqdim edilən müxtəlif qəzetlərdə çap edilən məqalələrin Hüquqi Analizi

Hüquqşünas Ələsgər Məmmədli

Müvafiq dövrləri əhatə edən, qəzetlərdən 42 seçilmiş məqalə hüquqi baxımdan analiz edildi. Bu Məqalələrdən ən çox “Səs” qəzetindən 19 və “İki Sahil” qəzetindən 8 yazı araşdırmanın obyekti oldu.

Cinayət hüququ baxımından;

42 qəzet yazısının 10-da diffomasiya- vardır, daha dəqiq desək, mövcud Azərbaycan qanunvericiliyi baxımından böhtan və təhqir elementlərini özündə ehtiva edir.

10 yazının 8-i “Səs” qəzetinin, 1-i “İki Sahil” və 1-i “Xalq Cəbhəsi” qəzetinin payına düşür.

“Səs” qəzetinin 8 yazısının 5-i F. Bayramzadə imzası ilə, 2-i Rövşən Rəsulov, 1-i isə R. Qasımov imzası ilə yazılıb.

İki Sahil qəzetində yer alan 1 məqalənin müəllifi Faiq Məmmədovdur.

“Xalq Cəbhəsi” qəzetində dərc edilən 1-yazının müəllifi Murad Yenigün olaraq qeyd edilib.

Bu yazılarda müəlliflər bir çox qanunvericilik aktlarının pozulmasına yol veriblər.

Belə ki, Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməzliyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan “Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan “Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz” müddəası ciddi şəkildə pozulmuşdur.

Diffamasiya təşkil edən yazıların hamısı Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan “vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”

Müddəası kobud şəkildə pozulmuşdur. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 60-cı maddəsinə görə vətəndaşların şəxsi həyatına qəsd etdikdə, qanunvericiliyi pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət yaranır.

Bununla bərabər, həmin 10 yazıda Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyəti yaradan ifadələr bir neçə dəfə təkrarlanaraq işlədilmişdir. Beləliklə, Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma cinayəti üzrə ittihama əsas yaranmışdır.

Bu yazıların bəzilərində müəlliflər xüsusi ilə Ağır və ya xüsusilə ağır cinayətdə (Cinayət Məcəlləsinin 274-cü maddəsi- dövlətə xəyanətdə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) ittiham etməklə böhtan atmanın daha ağır hissəsini CM 147.2 maddəsini də pozmuşdur.

Bu 10 yazının demək olar hər birində müəlliflər Siyasi partiya liderlərini, hüquq müdafiəçilərini Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan - Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma maddəsini pozan ifadələrə yer vermişdirlər.

Mülki hüquq baxımından;

42 yazının 6-da cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şəxslərin mənafelərinə toxunan ifadələr var. Bu yazılardan 5-i “Səs” qəzetinin, 1-i isə “İki Sahil” qəzetinin payına düşür.

“Səs” qəzetinin 4 yazısının 1-i F. Bayramzadə imzası ilə, 1-i Kubra, 1-i Aygün Rəhmanqızı və 2-i İ. Əliyev imzası ilə dərc edilib.

İki Sahil qəzetində yer alan 1 məqalənin müəllifi isə Ceyhun Abdulladır.

Həmin yazılarda Tərəfli, qərəzli, obyektiv və balanslı olmayan, aşağılayıcı və yalan ifadələr var. Jurnalist etikası pozulub, yalana yer verilib, təhqiramiz ifadələr işlədilib.

Bu da öz növbəsində Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməzliyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan “Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan “Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz” müddəasının ciddi şəkildə pozulmasıdır. Bununla bərabər Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan Kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyini əhatə edən, “vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir” müddəasının kobud şəkildə pozulmasıdır.

Belə olan halda mülki Məcəllənin 23-cü maddəsində şəxslərə verilən Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi imkanından zərər çəkən tərəflərin istifadə etmək hüququ yaranır.

MM 23-cü maddəsi imkan verir ki, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb etsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.

Hüquqi baxımdan analiz edilən 42 yazının cinayət hüququnun pozulması faktları da daxil olmaqla 15-də, yazıdan zərər çəkən tərəflərin Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini təmin etmək üçün məhkəməyə müraciət etmək imkanı yaranır.

Peşə davranış Qaydaları baxımından;

Analiz edilən 42 yazının 39-də 15 mart 2003-cü ildə Təsis edilən Mətbuat Şurasının təsis Qurultayında qəbul edilən “Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydaları”nda nəzərdə tutulan 4 Prinsipdən 3-ü bu və ya digər formada pozulub.

Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 1-ci Prinsipində nəzərdə tutulan Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 2-ci Prinsipində nəzərdə tutulan İnformasiya qaynağına sayğılı yanaşma və 3-cü Prinsipində nəzərdə tutulan Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı , qaydaları pozulmuşdur.

Hüquqa uyğunluq baxımından;

Analiz edilən 42 yazının 14-də peşəkarlıq baxımından müəyyən problemlər olsa da, hüquqi baxımdan məsuliyyət yaradan hər hansı məqam olmamışdır.

 

Azərbaycan qəzetlərinin monitorinqi. 1-ci mərhələ noyabr 2006-yanvar 2007

Qəzetin adi

tarixi

Müəllifi

Yazının adi

motivi

Hüquqi analizi

1

Yeni musavat

27.12.2006

T. Turançı, Z. Müqabiloğlu

Gələn il bu iqtidar gedəcək

analiz

Məqalə bir jurnalistin subyektiv mülahizələridir. Diffomasiya yoxdur, hakimiyyətə qarşı tənqidi yazılıb, lakin hörmətsiz ifadələrə yer verilməyib.

2

Səs

27.12.2006

İ. Əliyev

Fuad Mustafayev növbədən kənar qurultayın keçirilməsinin əleyhinədir

analiz

Yazıda subyektiv düşüncələrlə yanaşı, yalan və qərəz var. Obyektivlik yoxdur. Şəxslərin soyadları bilərəkdən təhrif edilib. Azərbaycan jurnalistlərin peşə qaydalarının1 və 3 prinsipi, Konstitusiyanın 32-ci və 46-cı maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub.

3

Səs

01.12.2006

F. Bayramzadə

Hüquq müdafiəçiləri xəyanətkarlığı əl atır

analiz

Məqalədə qərəz və kin var. Təhqir elementləri (riyakar, mənəviyyatsız, məntiqsiz, xəyanətkar) və böhtana yer verilib. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Konstitusiyanın 32-ci və 46-cı maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub.

CM 147, 148 maddələri.

4

525

23.11.2006

Yeni Siyasət fondu

Narıncı inqilabın fəsadları

analiz

Yazı siyasi təbliğat yazısıdır. Böhtan və ya təhqir yoxdur, lakin tərəfsizlik, obyektivlik prinsipi gözlənməyib. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 2 prinsipi pozulub

5

Səs

 

Aygün

YES AZADLIĞa rədd cavabı verdi

Xəbər-yozum

Yazı tərəfli və balans qorunmadan məqsədli hazırlanıb. Qarşı tərəfin görüşlərinə yer verilməyib. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

6

525

12.05.2007

Kamil

Sərbəst toplaşmaq haqqında qanunun dəyişdirilməsinə ehtiyac varmı?

Mövqe-müsahibə

Yazıda cəmiyyətin müzakirə etdiyi məsələyə tək tərəfli mövqe nümayiş edilib.Jurnalist etikası pozulub.Azərbaycan jurnalistləri peşə qaydalarının 1-ci prinspi pozulub.

7

Iki sahil

29.11.2006

Yeganə Əliyeva

İnsan hüquqlarını qorumaq dövlətin əsas prinsiplərindəndir.

Analiz

Yazı bir partiya təmsilçisinin öz siyasi kursunu dəstəkləyən və təbliğ edən yazı təsiri bağışlayır.Diffamasiya yoxdur.Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

8

Novoe vremya

21.12.2006

Z. Rəsulzadə

Za çey sçet xotyat vıjit naşi sosedi

Analiz

Subyektiv, anti qərb yazıdır. Daha çox təbliğat xarakterlidir. Diffomasiya yoxdur. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

9

Səs

16.12.2006

Z. Tağıyev

Müxalifət liderləri siyasi səhnədən gedə bilərlər. Millət vəkili radikal düşərgənin perspektivinə inanmır

yorum

Yazı balans, obyektivlik prinsiplərinə uyğun deyil. Jurnalist etikası pozulub. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

11

Yeni Azərbayan

25.11.2006

Nadir BAyramlı

Hökümət rəsmiləri qəzetlərin məqsədli kampanyalarına qarşı dözümlü olmalıdır Səməd Seyidov-Azərbaycanın mətbuatının inkişafı üçün xüsusi proqrama ehtiyac var

Müsahibə-analiz

Müsahibədə qərəz yoxdur. Bəzi subyektiv məqamlar obyektiv hal kimi təqdim edilib.

11

Yeni Azərbayan

30.11.2006

-

İlham Əliyev- söz və mətbuat azadlıığının təmin olunması bizim prioritet məsələmizdir. Əgər ANS bütün iradlar xəbərdarlıqlarda göstərilən tələbləri yerinə yetirirsə, bu kanalın fəaliyyəti davam etdirilə bilər.

Xəbər-çıxış

Məqalədə müsahibin fikirləri olduğu kimi cəmiyyətə çatdırılıb. Lakin jurnalist araşdırması yoxdur. Səslənən məsələlərin tərəflərindən buna reaksiya alınmayıb. Bu isə balansın pozulmasıdır. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

12

Səs

02.12.2006

H. Qasımov

Söz Azadlığı, yoxsa mənəvi aşınma

analiz

Müəllif hadisəyə tərəfli,qərəzli yanaşır. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

13

Səs

02.12.2006

F. Məmmədov

Qarabağ siyasi mübarizə predmeti ola bilməz.

analiz

Məqalə bir siyasi düşərgə təmsilçisinin digər rəqiblərini gözdən salmağa yönəlib. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

14

İki sahil

01.12.2006

Elçin Zaman

Küləklə gələn küləklə gedər

analiz

Məqalədə obyektivlikdən, qərəzsizlikdən, tərəfsizlikdən uzaqdır. Şəxslərin soyadları təhrif edilib. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3-cü prinsipi pozulub

15

İki sahil

06.12.2006I

Faiq Məmmədov

Erməni Mənşəli Hüquq müdafiəçiləri Leyla Yunus, Arzu Abdullayeva və Eldar Zeynalovun cinayət Məsuliyyətinə cəlb edilməsinin vaxtı çoxdan çatıb

 

Yazıda böhtan və təhqir elementləri var. Ayrıseçkilik aşılanır.

Məqalədə qərəz və kin var. Obyektivlik yoxdur, təhqir elementləri (riyakar, mənəviyyatsız, məntiqsiz, xəyanətkar) və böhtana yer verib. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Konstitusiyanın 32-ci və 46-cı maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi və CM 147, 148 pozulub

16

İki sahil

15.11.2006

Yeganə Əliyeva

Sabitliyin qorunmasında polisin xidməti danılmazdır.

Xəbər-analiz

Yazıda tərəflilik var, amma qərəz yoxdur. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

17

Xalq Qəzeti

05.11.2006

Qalib Arif

Frans Press: Prezident İlham Əliyev yaddaqalan xarizmatik liderdir.

Xəbər-analiz

Məqalədə xarici mətbuatdan sitatlar gətirilir və prezidentin tərifləndiyini bildirir. Lakin nfəşvf qəsdən xarici mənbələrin yazıları təhrif edilib və deyilməyən ifadələr uydurulub. Bu KİV qanununun kobud pozulmasıdır. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 2 prinsipi pozulub

18

İki Sahil

12.12.2006

Xuraman İsmayılqızı

Jurnalistlərin dostu

Tərif

Yazı siyasi təbliğata xidmət edən, subyektiv yazıdır. Ancaq təriflər yer alıb. Jurnalist peşəkarlığı baxımından prinsiplər pozulub. Müxalifətə qərəz var, balans yoxdur, tərəflidir. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

19

525

 

P. Sultanova

Jurnalistlərə qarşı iddialara Mətbuat Şurası vasitəsi ilə baxıla bilər.

Xəbər

Məqalə balanslıdır, hadisəni obyektiv işıqlandırır. Professionallıq baxımından, başlıq seçimi baxımından problem olsa da diffomasiya yoxdur.

20

Səs

23.11.2006

F. Bayramzadə

Radikalların aclıq Şousu iflasa uğrayır

analiz

Yazıda təhqir( siyasi xəstələr qrupu, siyasi oyunbazlıq, radikal müxalif partiyanın rəhbərləri utanıb-qızarmadan boşboğaz bəyanatlar verərək,,,) yalan və böhtana yer verilib. Şəxslərin soyadları təhrif edilib. Jurnalistikanın bütün prinsipləri pozulub.

21

Səs

23.11.2006

Rövşən Rəsulov

Kölgədə sürünənlər

Təbliğat-analiz

Məqalədə aşağılayıcı ifadə(xarici ağalarına verdikləri vəd..) böhtan (qrant alıb iğtişaşlara şərait yaradıblar.. rüşvət alaraq siyasi məhbus siyahısına adam adı.salmaq...)təhqir (ermənidən betər məxluqa çevrilmişlər...) yalan və iftira var. Jurnalist etikası bütün parametrlərdə pozulub.

22

Səs

11.11.2006

İ. Əliyev

Azadlıq qəzetinin iddiaları əsassızdır

 

Yazı jurnalist etikasından uzaqdır, yalan və təhqir var(Ə.Kərimov xarici ağalarının tapşırığı ilə...) Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Konstitusiyanın 32-ci və 46-cı maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub

23

Səs

09.11.2006

kübra

Müxalifətin aclığ aksiyasının əsl mahiyyəti üzə çıxdı onlar Sumqayıt restoranlarında tez-tez görünürlər

 

Yalan və böhtan var. Aclıq edənlərin “kef” çəkdiyi iddia edilir. Jurnalist etikası yoxdur. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1,2 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Konstitusiyanın 32-ci və 46-cı maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub

24

Səs

09.11.2006

F. Bayramzadə

Bəzi jurnalistlər radikalların əlində oyuncağa şevrilib

 

Təhqir, aşağılayıcı ifadələr var, etikadan uzaq bir yazıdır. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1,2 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub

25

Azərbaycan

9.11.2006

Kəmalə Haşımova MEA

KİV-in beynəlxalq səviyyədə inkişafı üçün mühüm addımlar atılır

 

Məqalə nin adı mahiyyətinə uyğun deyil. Lakin iqtidarın proqramlarını dəstəkləmək məqsədi ilə yazılıb. Jurnalist yazısı deyil. Zatən qeyd edilib. Diffomasiya yoxdur. Obyektivlik də yoxdur.

26

Səs

15.11.2006

Aygün Rəhmanqızı

Azərbaycanda söz və mətbuat azadlığı qorunur

mövqe

Jurnalist etikası pozulub, yalana yer verilib, təhqitamiz ifadələr işlədilib. Balans, obyektivlik yoxdur. Tərəflilik və təşviqat var. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub

27

İki sahil

16.11.2006

Faiq Məmmədov

Radikal mətbuatın iflası Labüddür Mənəvi deqradasiya onu lazımsız tullantıya çevirib

Analiz-mövqe

Yazıda jurnalistlərin peşə etikasından çıxdıqları bildirilsə də müəllif özü də bu meyarlara əhəmiyyət vermir və müxalifət mətbuatını yalan və böhtan yazmaqda suçlayır. Balansı özü də pozur. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi

28

Səs

15.11.2006

F. Bayramzadə

Müxalifətin Hakimiyyətlə mübarizə aparması qeyri mümkündür Rəsul Quliyev Müxalifətin hakimiyyətin qarşısında duruş gətirməyəcəyini etiraf etdi

Təbliğat

Yazı tamamilə siyasi müxalifəti gücsüz və yox olmağa məhkum olunmuş kimi göstərməyə hesablanıb. Jurnalistikanın təməl prinsipləri pozulub. Yalan ifadələr verilib. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi pozulub

29

Səs

16.11.2006

Zemfira Hüseynova

YAP xalq tərəfindən müdafiə edilən monolit birliyə malik təşkilatdır.

mövqe

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır, böhtan və təhqir yoxdur. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

30

iki sahil

30.11.2006

Ceyhun Abdulla

Konstruktiv yeniləşmə zərurəti radikal müxalifətin bu reallıqla barışmaqdan başqa çıxış yolu yoxdur.

analiz

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır, aşağılayıcı və yalan ifadələr var. (qaragüruh, və s. ) Jurnalist etikası pozulub, yalana yer verilib, təhqitamiz ifadələr işlədilib. Balans, obyektivlik yoxdur. Tərəflilik və təşviqat var. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub

31

Gündəlik Azərbaycan

27.12.2006

-

Ağcırtdan Qalatikamıza təhlükədir

Xəbər

Elmi cəhətdən təhrif olunmuş,qeyri düzgün məlumatdır.

32

Bakı Xəbər

23.11.2006

Fərid Abbasov

Neft pulları həbsxanadan da yan keçmədi

Xəbər-analiz

Qərəzli yazıdır.Pentensiyar sistemdə islahatlar Azərbaycanın Avropa Şurası önündə götürdüyü öhtəliklərdəndir.

33

Səs

 

F. Bayramzadə

Yurtçular Əli Kərimovdan tələb edirlər Q. Zahidov AXCP (İ) qovulsun

Analiz-xəbər

Məqalə yalan, böhtan, faktlara əsəslanmayan, qərəzli ifadələrlə (mənfur, baş pravakator, üz qarası, utanc obyekti və s.) doludur. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Konstitusiyanın 32-ci və 46-cı maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub. CM 147 və 148 maddələri pozulub.

34

Səs

 

Aygün Rəhmanqızı

Qross yenə də gəlmək fikrindədir...

Analiz-xəbər

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır

Jurnalist etikası pozulub Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

35

İki Sahil

02.12.2006

Faiq Məmmədov

Mətbuat azadlığının əbədi simvolu

Təbliğat-

Tərəfli, obyektiv olmayan, balanssız yazıdır, hadisələrə birtərəfli qiymət verilib.

Jurnalist etikası pozulub. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

36

Səs

08.12.2006

F. BAyramzadə

A. Herkel radikalların siyası məhbus siyahısını cəfəngiyat adlandırır

 

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır

Jurnalist etikası pozulub və təhqir, yalan var. (riyakar və həyasızlar sürüsü, siyasi həyasızlıq, mənəviyyatsızlıq girdabında çürüyən..) CM 148 m. Pozulub.

37

Xalq cəbhəsi

29.12.2006

Murad Yenigün

Xəyanətkarlığın simvolu

mövqe

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır

Jurnalist etikası pozulub və eyni zamanda bu ifadələrlə (qanmazlıq, mənəviyyatsızlıq, şərəfsizlik, namussuzluğun sintezi, goreşən) Siyasi Partiya rəhbəri təhqir olunub. . Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Konstitusiyanın 32-ci və 46-cı maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub. CM 148 m. Pozulub.

38

Səs

-

F. Bayramzadə

Hüquq müdafiəçiləri bir-birilərini ittiham edir

mövqe

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır

Jurnalist etikası pozulub və eyni zamanda bu ifadələrlə (dövlətçiliyə qarşı xəyanətkarlıq,CM274) və təhqir elementləri var. . Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Konstitusiyanın 32-ci və 46-cı maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub. CM 148 m. Pozulub.

39

Səs

17.11.2006

R. Rəsulov

Siyasi məhbus manipulyasiyası

mövqe

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır

Jurnalist etikası pozulub və eyni zamanda bu ifadələrlə (dövlətə qarşı xəyanət,CM274, dələduzluq, rüşvət alma kimi suçlarda günahlandırılıblar) . Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Konstitusiyanın 32-ci və 46-cı , 63 –cü maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi və təqsirsizlik prezumpsiyası müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub, CM 147 və 148 m. Pozulub.

40

NovoeVremy

 

Z. Rəsulzadə

İ mı kupilis na blestyayuşuyu obertku

analiz

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır

Subyektiv qiymətləndirmələr var. Peşə etikası pozulub. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 prinsipi pozulub

41

Səs

07.12.2006

H. Qasımov

Leyla və Arif Yunusovların qrant qamarlamaq metodologiyası

Təbliğat

Tərəfli, qərəzli, obyektiv olmayan, balanssız yazıdır

Jurnalist etikası pozulub və eyni zamanda müxtəlif aşağılayıcı ifadələrlə şəxslər təhqir olunub, böhtana məruz qalıb. Azərbaycan jurnalistlərin peşə qaydalarının 1 və 3 prinsipi, Kİv qanununu 10-cu və 60-cı maddəsi, Konstitusiyanın 32-ci və 46-cı , 63 –cü maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin alçaldılmasının yolverilməməsi və təqsirsizlik prezumpsiyası müddəası və Mülki məcllənin 23-cü maddəsi pozulub, CM 147-148 m. Pozulub.

42

Bakinskiy Raboçiy

09.11.2006

Qəzet təqdim edilib

Bütün qəzet

Təbliğat

Qəzet yalnız rəsmi yazılara yer verib. Balans, obyektivlik, peşəkarlıq nəzərə alınmayıb. Azərbaycan jurnalistlərin peşə qaydalarinin 1 prinsipi pozulub

43

Azadliq

05.12.2006

M.Sakit

Böhtancilara məktub

Seyr

Azərbaycan jurnalistlərin peşə qaydalarının 4.7 maddəsi pozulub. Mətndə ləyəqəti alçaldan ifadələr işlədilib və ədəbsiz ifadələr var.

© 2007. Nəcəf Nəcəfov Fondu.