Azərbaycan qəzetlərinin monitorinqi. 1-ci mərhələ noyabr 2006-yanvar 2007
 
          Ana səhifə Home          
HESABAT

Nəcəf Nəcəfov fondu jurnalistikanı cəmiyyətin inkişaf vektoruna əhəmiyyətli dərəcədə təsir göstərə biləcək ən vacib faktorlardan biri kimi nəzərə alaraq Azərbaycan mətbuatının monitorinqini hazırlayır. Monitorinq 2006-cı il oktyabrın 15-dən

2007-ci il aprelin 15-dək - 6 ay müddətində aparılır. Monitorinqin əhatə etdiyi mətbu orqanların siyahısına respublikanın 20 ən çox oxunan, nüfuzlu və rəsmi qəzetləri daxil edilib:

1. Azadlıq

2. Ayna

3. Azərbaycan

4. Bakı-xəbər

5. Bakinskiy raboçiy

6. 525-ci qəzet

7. Vətəndaş həmrəyliyi

8. Ekspress

9. Exo

10. Yeni Azərbaycan

11. Yeni Müsavat

12. Zerkalo

13. İki sahil

14. Novoye vremya

15. Mərkəz

16. Şərq

17. Səs

18. Xalq qəzeti

19. Xalq Cəbhəsi

20. Gündəlik Azərbaycan + Realnı Azerbaycan

Monitorinq ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratik Komissiyasının kiçik qrantlar layihələrinə ayrılan maliyyə dəstəyi ilə keçirilir.

Monitorinqin məqsədi ölkənin KİV-ində son illərdə qərarlaşan xarakterik meylləri və bu meyllərin demokratik mətbuat prinsipləri ilə nə dərəcədə uzlaşmasını, açıq cəmiyyətə xas olan mətbuatın doğulmasına zərər gətirən tendensiyalar və onların yaranma səbəblərini müəyyənləşdirməkdir.

Monitorinqin hazırlanması üçün götürülən əsas meyar Azərbaycan Konstitusiyasında əksini tapmış mətbuat qanunudur. Eyni zamanda dünya jurnalistikası təcrübəsində yaranıb ərsəyə gəlmiş və qanunların ehtiva edə bilmədiyi əxlaq, vicdan və başqa bir sıra mənəvi-etik dəyərlərdən doğan tələblərdən də meyar kimi istifadə olunur. Bu tələblər siyahısına aşağıdakılar daxil edilib:

1. Mətbuat qanunu və dünya jurnalist təşkilatlarının irəli sürdüyü azadlıqlardan sui-istifadə;

2.Media-effekt (manipulyasiya) üslubunda ictimai rəylə manipulyasiya cəhdləri (materialın təqdimatı, səhifə, manşet, remarka məsələləri, heç bir real fakta söykənməyən mövzunun "kəşfi" və onun nömrödən nömrəyə inkişaf etdirilməsi və s.);

Monitorinq zamanı əsas pozuntulardan olan respublikanın KİV haqqında qanunun 10-cu maddəsinin pozulması halları olduğu üçün maddədən çıxarışı təqdim edirik:

Maddə 10. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi

"Azərbaycan Respublikasının qanunvericiliyi ilə :mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar,

:böhtan atmaq yaxud dicər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir."

OKTYABR

Sərhədsiz Reportyorların hesabatının dərci günü (20 oktyabr 2006) bütün qəzetlər bu haqda şərhli və ya şərhsiz materaillar vermişlər. Həmin dərclərin başlıqlarına diqqət edək:

"Novoe vremə" - "Qlavnıy vraq vlastey nakoneü-to opredelen".

"Azadlıq" - "Azərbaycan mətbuat azadlığına görə yenə son sıralardadır".

"Bakı-xəbər" - "Ermənistandan 34 pillə geridə:"

"Ekspress"- "Rəsmi Bakı Sərhədsiz Reportyorların reytinqindən narazıdır".

"Şərq" - "Azərbaycan irəliləyib".-

Noyabr

"İki sahil" 01.11.2006

"Kələklə gələn küləklə gedər"

Elçin Zaman

Müxalif siyasi partiyaları gözdən salmaq üçün yazılmış növbətçi yazılardandır. "Azadlıq" qəzetinin və AXCP-nin Xaqani 33-dən çıxarılmasını qanunun aliliyinin bərpası kimi qələmə verir.

Əslində, 2006-cı il noyabr ayında ictimai marağın mərkəzində dayanan mövzu janrı bəlli olmayan həmin yazıda geniş, birtərəfli, qərəzli replika səviyyəsini aşmamışdı.

Media effekt

"İki sahil" 02.11.2006

"Mətbuat azadlığının əbədi simvolu"

Faiq Məmmədov

Geniş yazıdır. Azərbaycanda mətbuat azadlığının vəziyyəti dünyanın bütün ölkələrindəki mətbuat azadlığından yaxşıdır. Bu da Heydər Əliyevin sayəsində mümkün olub.

Oxucunu əsl həqiqətdən uzaqlaşdıran sifarişli yazılardandır.

Media-effekt,etika.

"Xalq qəzeti" 05.11.2006

Frans Press: Prezident İlham Əliyev xarizmatik yaddaqalan liderdir.

Qalib Arif

Rusiyada akkreditə olunmuş xarici jurnalistlərin prezident İ. Əliyevlə görüşləri və bu görüş barədə xarici mətbuatın dərc etdiyi materiallar haqdadır. Müəllif "Krisçen sayns monitor" qəzeti və Frans Press agentliyinin dərc etdiyi yazıları ciddi təhrif etməklə onlardan sitatlar verib: "Prezident İlham Əliyev müsbət təsir doğuran, yaddaqalan xarizmatik liderdir: O, doğma dili olmayan ingilis və rus dillərində mükəmməl danışır. Bu qabiliyyət nadir liderlərə nəsib olub. Heydər Əliyevin vəfatından sonra İ.Əliyev çoxsaylı beynəlxalq müşahidəçilərin ədalətli hesab etdiyi seçkilərdə qalib gəldi və prezident seçildi." Bəzi ifadələri kontekstdən çıxarmaqla da müəllif xarici mətbuatın işlətmədiyi cümlələrlə İ.Əliyevi tərifləməyə çalışıb..

Media-effekt, etika

"İki sahil" 06.11.2006

"Erməni mənşəli hüquq müdafiəçiləri"

Faiq Məmmədov

(remarka: Leyla Yunus, Arzu Abdullayeva və Eldar Zeynalovun cinayət məsuliyyətinə cəlb edilməsinin vaxtı çoxdan çatıb)

Yazı QHT-çiləri aşağılayan, təhqir edən ştamplarla doludur. Böhtan xarakterli fikirlər var. Məsələn, ":E. Zeynalov yenidən Yerevana və Xankəndinə səfərə çıxıb.", "Avrasiya fondları qrant ayırmaq üçün layihə müəlliflərindən vəsaitin 10-15 faizini "şapka" kimi tələb edirlər." və sair və ilaxır.

KİV 10-cu maddə

"Səs" 09.11.2006

"Bəzi jurnalistlər radikalların əlində oyuncağa çevrilib"

F. Bayramzadə

. Hədəfdə "Azadlıq" qəzeti başda olmaqla müstəqil mətbuat, müxalif siyasi partiyalar, qeyri-hökumət təşkilatlarıdır. Yazıda gedən söhbətlərin məzmunu elə başlıqda aydınlaşır. Hətta belə bir ifadə də var ki, "radikalların guya Azərbaycanda müstəqil mətbuatın hakimiyyət tərəfindən boğulması ilə bağlı dedikləri ittihamları ATƏT, AŞPA və digər beynəlxalq təşkilatlar qeyri-ciddi qəbul edir..

Media-effekt, etika

"Səs" 09.11.2006

"Müxalifətin aclıq aksiyasının əsl mahiyyəti üzə çıxdı"

(remarka: Onlar Sumqayıt restoranlarında tez-tez görünürlər)

Kübra

Söhbət "etibarlı mənbələrin" və "deyilənə görə"lərin üzərində qurulub. Məğzi budur ki, aclıq edənlər axşamlar Sumqayıta gedib, orada restoranlarda yeyib-içirlər. Aksiyanın uzanması da bununla bağlıdır

KİV 10-cu maddə

.

"Bakinskiy raboçiy" 09.11.2006

Qəzetin fərdi simasını ümumiyyətlə müəyyənləşdirən heç bir xarakterik xüsusiyyət yoxdur. Bu qəzet, "Xalq qəzeti" kimi, prezident aparatının rəsmi, intahası rusdilli mətbuat orqanıdır. Yalnız hakimiyyətdən diqtə edilən materialları dərc edir. Bu nömrə isə göstərdiyimiz halın bariz nümanəsidir. Birinci səhifəsi istisna olmaqla, bütün qəzet İ.Əliyevin çıxışlarından komplektləşdirilmiş kitabın təqdimatına həsr olunub. Hadisə noyabrın 3-də "Gülüstan" restoranında baş verib. Kitabın giriş hissəsini f.e.doktoru Ramiz Mehdiyev yazıb. Və çıxışlar: Bahar Muradova, Samir Şərifov, rektor Şəmsəddin Hacıyev, G. Hacıyeva, B. Əliyev, R. Hüseynov, C. Osmanlı və vəssalam. Birinci səhifə isə İ.Əliyevin Brüssel səfəri haqqındadır.

Media-effekt, etika

"Azərbaycan" 09.11.2006

"KİV-in beynəlxalq səviyyədə inkişafı üçün mühüm addımlar atılır"

(remarka: ölkə başçısının imzaladığı dövlət proqramı uğurla həyata keçirilir)

. Yazını AMEA-nın İnformasiya Texnologiyaları İntsitutunun şöbə müdiri Kəmalə Haşımova imzalayıb.

Media-effekt, etika

"Səs" 15.11.2006

"Azərbaycanda söz və mətbuat azadlığı qorunur"

(remarka: Əli Həsənov: Avropa məruzəçiləri də ölkədə söz azadlığının qorunduğunu deyirlər)

Aygün Rəhmanqızı

Söhbət yenə aclıq aksiyasının iştirakçılarının axşamlar restoranlarda yeməklərindən gedir. Eyni zamanda oxucunu əsl həqiqətdən uzaqlaşdıran fikirlər var: "Azadlıq" qəzeti uzun illərdir icarə haqqı vermir", daha sonra Ə. Həsənova istinad edilib onun nitqindən sitat verilir: ": Avropa Şurası həmməruzəçiləri də Azərbaycanda söz və mətbuat azadlığına təhlükə olması barədə fikirlərlə razılaşmırlar". :Yeni Nəsil jurnalistlər birliytinin rəhbəri, "Gün-Səhər" qəzetinin redaktoru Arif Əliyev radikal mövqedə dayanan jurnalistlərin belə neqativ hərəkətlərinin yolverilməz olduğunu deyib. Sitat: "Mən jurnalistlərin piket keçirməsini bizim üçün normal hal hesab etmirəm. Bir sıra qüvvələr hay-küy qopararaq əslində öz problemlərini artırırlar". A.Əliyev monitorinqin sorğusu zamanı qəzetdə onun adından irəli sürülən fikirləri qəti surətdə rədd etdi.

KİV 10-cu maddə

"İki sahil" 15.11.2006

"Sabitliyin qorunmasında polisin xidməti danılmazdır"

(remarka: DİN-in keçirdiyi internet sorğunun nəticələri də bunu təsdiqləyir)

Yeganə Əliyeva

Yazıdan məlum olur ki, "İntellekt" araşdırmalar mərkəzi internet sorğunun təhlili nəticəsində müəyyən edib ki, 978 nəfər respondentin 60,86%-i polisin işindən razıdır. Narazılar 7,16%-dir. Respondentlərin 70%-dən çoxu qeyd edir ki, polisin uğurları mətbuatda zəif işıqlandırılır. Qeyd etmək lazımdır ki, həm bu yazı, həm "Azərbaycan" qəzetində (09.11.2006) KİV-in inkişafı haqqında olan yazını əhali arasında ictimai rəyə təsir cəhdi kimi qiymətləndirmək olar.

Media-effekt ,etika

"525-ci qəzet" 15.11.2006

"Jurnalistlərə qarşı iddialara Mətbuat Şurası vasitəsilə baxıla bilər"

(remarka: ATƏT ölkələrinin diplomatları aclıq edən jurnalistlərə baş çəkdilər)

P. Sultanova

Yazıda söhbət ATƏT diplomatlarının, ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri və Britaniya səfirinin müavininin Redaktorlar Birliyi ilə qapalı görüşü, aclıq aksiyası iştirakçılarına baş çəkmələri və sonda verdikləri bəyanatdan gedir. Bir cümlə ilə jurnalistlərin Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi qarşısında keçirdikləri piket barədə xəbər verilir. "525-ci qəzet"in müstəqil mətbuat imici iddiası ilə göstərdiyi fəaliyyət arasında bir qədər uyğunsuzluq hiss olunur. Bu yazı əyani sübutdur. Yazının həcmi olduqca qısadır. Qəzetin arasına - üçüncü səhifəyə ötürülüb. Diplomatların hakimiyyətə yönəldilmiş - Elmar Hüseynovun qatilinin tapılıb cəzalandırılması, jurnalsitlərə zorakılıq göstərən cinayətkarların tapılıb cəzalandırılması, jurnalistlərə qarşı qaldırılmış işlərə cinayət yox, mülki məcəllə çərçivəsində baxılması kimi sərt çağırışları qəzetdə diqqəti cəlb etməyən bir tərzdə verilib. Başlığa isə diplomatların "jurnalistlərə qarşı iddialara MŞ vasitəsilə baxıla bilər" kimi mülayim təklif çıxalıb

Media-effekt, etika

"İki sahil" 16.11.2006

"Radikal mətbuatın iflası labüddür"

(remarka: Mənəvi deqradasiya onu lazımsız tullantıya çevirir)

Faiq Məmmədov

Yazıda müstəqil mətbuat, o cümlədən "Azadlıq", "Yeni müsavat", "Bizim yol", "Bakı-xəbər", "Milli yol" qəzetləri jurnalist etikasını pozmaqda, kriminal qrupların mənafeyinə xidmətdə, ən başlıcası qeyri-peşəkarlıqda günahlandırılır. Yazıda müstəqil mətbuatla yanaşı, müxalif siyasi partiyalara hücum açıq şəkildədir və bu hücum yazının hədəfini təhqir edən, aşağılayan ştamplarla doludur. Müəllif qeyd edir ki, Mətbuat Şurası bu qəzetlərə qarşı (?!) məqsədəyönlü mübarizə aparsa da , bu kifayət etmir. Müstəqil qəzetlərin ölkənin siyasi və iqtisadi həyatı barədə apardığı təhlilləri müəllif neqativ və mənfi yüklü yazılar hesab edir və əmindir ki, oxucuya bu lazım deyil. Yazı bu gün azad sözə qarşı olan zorakılığa haqq qazandırır. Yazı jurnalistlərin aclıq aksiyası davam etdiyi bir zamanda dərc edilib. Jurnalist etikasının başlıca yazılmamış təməl prinsiplərindən biri (korporativ müdafiə) pozulmuş, həmkarlara qarşı hücuma yol verilmişdir. Həmin vaxtda ictimai marağın adı çəkilən redaksiyaların Xaqani, 33-də qalmasına yönəlməsinə baxmayaraq, yazı ictimai marağın əksinə işləyir.

Media-effekt, etika

"Səs" 16.11.2006

"YAP xalq tərəfindən müdafiə edilən monolit birliyə malik təşkilatdır"

(remarka: Partiyanın Ucar rayon təşkilatının 6-cı konfransı keçirildi)

Z. Hüseynova

Yazı konfransdan reportajdır. Diqqəti onunla cəlb edir ki, YAP-ın rayon təşkilatının konfransı hansı ictimai əhəmiyyətə malikdir ki, qəzet öz səhifəsində bu xəbərə yer ayırır və yaxud "Əlincə" xeyriyyə cəmiyyətinə bunun nə dəxli var?

Media-effekt,etika

"Səs" 17.11.2006

"Siyasi məhbus manipulyasiyası"

R.Rəsulov

Yazıda hədəf yenə hüquq müdafiəçiləridir . Heç bir fakta, sübuta əsaslanmayan yazıdır. Bu yazıda söhbət ondan gedir ki, hüquq müdafiəçiləri dustaqlarla görüşərkən, onlara vəd edirlər ki, adlarını siyasi məhbus siyahısına salacaqlar və əvəzində rüşvət alırlar. Beləliklə, siyasi məhbuslar siyahısı yaranır. Hüquq müdafiəçiləri qatı cinayətkarları da bu siyahıya salmaqla, ölkədə siyasi sabitliyi pozmağa çalışırlar. Müxtəsəri, düşməndirlər. S. Qocamanlı, L. Yunus, A. Abdullayev və N. Cəfərovanın adları çəkilir.

KİV 10-cu maddə

"525-ci qəzet" 23.11.2006

"Narıncı inqilabların fəsadları"

Yeni Siyasət Fondu

Analitik yazıdır. Üç ölkə - Ukrayna, Gurcüstan və Qırğızıstandakı inqilablarla müşayiət olunan ictimai vəziyyəti Azərbaycandakı ictimai-siyasi vəziyyətlə müqayisə edib, müəyyən nəticələrə gəlinir. İlk baxışdan yaxşı elmi yazı təsiri bağışlayır. Bu sousun altında bir neçə tezisin oxucuya sırınmasına çalışılır:

"Siyasi proseslərin seçki ilə tənzimləndiyi cəmiyyətlərdə, o cümlədən Azərbaycanda siyasi simpatiyanın kimin tərəfində olduğunun bariz göstəricisi səsvermələrin nəticələridir. Müxalifət seçkilərdə hakimiyyət tərəfindən darmadağın edilirsə, məntiqlə bu elə həmin seçicinin seçimidir. Əlbəttə, deyə bilərlər ki, "seçki ədalətsiz keçib. Bu təqdirdə də hər halda baş verməli olan olmalı idi:".

Media-effekt, etika

"Bakı-xəbər"(23.11.06)

"Neft pulları həbsxanadan da yan keçmədi" (remarka: hökumət neftdən daxil olan vəsaitin bir hissəsini də yeni həbsxanaların tikintisinə və köhnələrin təmirinə yönəltmək fikrindədir) Fərid Abbasov

Müəllifin fikrincə, neftdən gələn vəsaitin yeni həbsxanaların tikintisinə xərclənməsi düzgün deyil.Təkcə onu qeyd etmək kifayətdir ki, penitensiar xidmət sahəsində islahatların aparılmasının, o cümlədən müasir tipli, həbsə düşmüş fərdlərin hüquqlarının təmin olunmasına xidmət edən həbsxana binalarının inşası barədə hökumətin Avropa Şurası qarşısında öhdəlikləri var.

Media-effekt, etika

"Səs" 23.11.2006

"Qulamhüseyn Əliyev də aclıq şousunun gedişindən narazıdır"

İ. Əliyev

Söhbət guya AXCP-nin kollegial orqan üzvlərinin aclığın əleyhinə olduğundan gedir. Q. Əliyev həm də DƏİDK-in haqlı olduğunu deyir. Lakin kimə harada deyib, heç bir məlumat yoxdur. Deputat Q. Əliyev birmənalı qaydada bu sözlərin müəllifi olmadığını iddia edir.

KİV 10-cu maddə

"Səs" 23.11.2006

"Kölgədə sürünənlər"

(remarka: ölkədə fəaliyyət göstərən bir sıra QHT-lərə məhz bu adı vermək olar)

Rövşən Rəsulov

Yazıdan sitatlar: "Azərbaycandakı QHT-lərin sayı bir çox nüfuzlu dövlətlərdə fəaliyyət göstərən QHT-lərdən çoxluq təşkil edir: Statistik məlumatlara görə, ölkədə 2000-dən çox QHT var... QHT rəhbərləri qazandıqları qrantları radikal müxalifət partiyalarının rəhbərləri ilə bölüşdürürlər: Əldə edilmiş məlumatlara görə, həmin iğtişaşlarda (2003 prezident seçkiləri və 2005 parlament seçkiləri nəzərdə tutulur) vədlər bahasına qazanılmış qrantları bilavasitə Arzu A. Leyla Y. Eldar Z. Səidə Q., M. Sadəddinov kimi QHT rəhbərləri siyasi partiya sədrləri ilə bölüşdürərək iğtişaşlara şərait yaratmışlar. A. Abdullayeva Qukasyanla qucaqlaşaraq şəkil çəkdirib və s." Bu tipli sitatlər həmin yazıda çoxdur.

KİV 10-cu maddə

"İki sahil" 24.11.2006

"Azərbaycanda mətbuatın inkişafı üçün bütün imkanlar mövcuddur"

Y.Əliyeva, N. Rəhimzadə

Politoloq Rüstəm Məmmədovla müsahibə

Müsahibə sərlövhənin mövzusundan uzaqlaşıb, erməni diasporu, erməni lobbisi və s. haqdadır. Yazının birinci yarısında isə monitorinq hazırlayan beynəlxalq təşkilatlardan narazılıq əsas yer tutur.

" Monitorinq aparanlar "bədxah", "şər" və "böhtan" dolu məlumatları QHT-lərdən və müxalif partiyalardan almaqla kifayətlənirlər." Yazıda ATƏT-in nümayəndəsi Mikloş Haraştinin təqdim etdiyi "Diffamasiya haqqında" qanun layihəsinin gərəkli olduğu şübhə altına alınır. Politoloq öz cavabında bu məsələ haqqında konkret heç nə demir, sualdan yayınır (şəxsiyyətin mətbuatda təhqir olunmasının Cinayət Məcəlləsindən çıxarılıb Mülki Məcəlləyə daxil edilməsi). Məsələ burasındadır ki, "Diffamasiya haqqında" qanun layihəsi qəbul edilsə, cəsarətli jurnalistləri təqhir bəhanəsilə həbs etmək imkanı kimi bir zorakılıq rıçağı əldən çıxır.

Media-effekt, etika,

"Yeni Azərbaycan" 25.11.2006

"Hökumət rəsmiləri qəzetlərin məqsədli kampaniyalarına qarşı dözümlü olmalıdırlar"

Səməd Seyidovla müsahibə

(remarka: Səməd Seyidov: Azərbaycan mətbuatının inkişafı üçün xüsusi proqrama ehtiyac var.)

Müsahibin sözlərindən bəlli olur ki, mətbu orqanlar dövlətin maraqlarını və həqiqəti qorumalıdırlar. Başqa cür hərəkət edən mətbu orqanlardakı jurnalistlərin mətbuatdan uzaqlaşdırılması prosesi getməlidir (Başa düş: susdurulmalı, neytrallaşdırılmalı və s.)

: Hesab edirəm ki, mətbuatdakı problemlərin əksəriyyəti təhsillə bağlıdır (?). :Sirr deyil ki, qəzetlərin əksəriyyəti özlərini maliyyələşdirə bilmir. Belə bir aksioma var. Kim pul verirsə, o da musiqini sifariş edir. Bütün hallarda maliyyələşmə məsələsi şəffaf olmalıdır: Bu gün qəzetlərin əksəriyyətinin maliyyə mənbəyi məlum deyil.

Media-effekt,etika

"İki sahil" 28.11.2006. "Azadlıq qazeti niyə köçmür?"

Qəzet üçün qəsdən yaradılmış problemlər barədə məlumat verilmir. Suallar elə qoyulur ki, oxucu bütün günahları "Azadlıq" qəzetində görsün.

Faktların qəsdən təhrif oluması vasitəsilə müəllif ictimai rəyi azdırmağa çalışır.

Media-effekt,etika

"Novoe vremya" 28.11.06

"İ mı kupilis na blestəşşüyu obertku:

(Biz də parıldayan qabığa aldandıq:)

Zaur Rəsulzadə

Yazıda söhbət ondan gedir ki, guya Amerika xarici siyasətində demokratiyadan öz maraqları üçün bir vasitə kimi istifadə edir. Xüsusən Azərbaycanda. Müəllif qeyd edir ki, Azərbaycan hakimiyyəti ölkə daxilində KİV-ə qarşı zorakılıq tədbirlərinə razılığı ABŞ səfiri Enn Dersdən alır. "Azadlığ"ı, "Turan"ı bayıra atmazdan bir gün əvvəl Enn Ders Azərbaycan prezidenti ilə görüşüb. 15-16 oktyabr (2003) və noyabr 2005 hadisələrindən, yəni həm prezident, həm parlament seçkiləri zamanı müxalifətin mitinqlərini amansızcasına dağıtmazdan əvvəl İlham Əliyev ABŞ-ın keçmiş səfiri Rino Xarnişlə görüşmüşdü. Bu təsadüfi deyil və hakimiyyət hər dəfə zorakılıq tətbiq edəndə ABŞ-dan icazə alırdı. Yəni Azərbaycan hakimiyyətinin başçısı öz hakimiyyətini saxlamaq üçün Amerikanın dediyi ilə oturub-durur. Enerji resursları baxımından Rusiyadan asılı olan ölkələri (Gürcüstan nəzərdə tutulur) enerji ilə təmin edir. Və buna görə də hakimiyyət öz xalqına zorakılıq tətbiq edəndə Amerika susur.

Ümumiyyətlə qərbin yerli-yersiz tənqidi və Rusiyanın müdafiəsi bu qəzetin materiallarında özünü qabarıq göstərir.

.

Media-effekt,etika

"Şərq"

Günün hadisələri haqqında məlumatlar, əsasən, "Nə xəbərlər gəldi" rubrikasında gedir. Qəzetin birinci səhifəsi rəngarəng tərtib olunur. Nömrədə getmiş əksər məlumatların əvvəli birinci səhifəyə çıxarılır. Məsələn, noyabrın 11-i şənbə nömrəsində 13 materialın əvvəli 1-ci səhifəyə çıxarılıb. 14-cü materialdan isə (B.Ecevetin dəfni) yazının səhifəsi göstərilməklə Ecevitin şəkli çıxarılıb. Qəzetdə getmiş məlumatların əksəriyyəti adətən ölkənin daxili həyatı haqda olur. Göstərdiyimiz nömrədə (11.11.06) xarici xəbərlərə ancaq bir məlumatı misal göstərmək olar. Materialda söhbət Amerika konqresinin seçkilərdə demokratların qələbəsinin Azərbaycana münasibətdə yarada biləcəyi dəyişiklikdən gedir. Bu materialı da qəzet Amerika səfiliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri C.Henikin day.az internet saytına verdiyi müsahibədən götürüb dərc edib.

Səhifənin rəngarəngliyinə baxmayaraq, qəzet mühüm ictimai əhəmiyyəti olan hadisələr haqqında məlumatlardan və onlara müstəqil şərh verməkdən çəkinir. Həmin hadisələr haqda məlumatlardan çəkinmək mümkün olmadıqda, onları qəzetin az nəzərə çarpan hissəsində - iç səhifələrində dərc edir. Məsələn,11 noyabr nömrəsində manşetə çıxarılan mövzunu başqa qəzetlərin manşeti ilə müqayisə edək.

"Şərq" - "Spiker deputatlara hiddətləndi" (məsələ deputatların iclas zamanı istirahət otağına gedib yetərsayı pozmaqlarından gedir)

"Ayna" - "Azərbaycanda yeni radarların quraşdırılacağı gözlənilir".

"Azərbaycan" - "Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi başlanılır".

"Zerkalo" - "Andreas Herkel Azərbaycanı Belarusla müqayisə etdi".

"Bakı-xəbər" - "Azərbaycanda demokratiya uğrunda cəmiyyət təsis edildi".

"Xalq cəbhəsi" - "Nardaranda jurnalistə ölüm hökmü çıxarıldı.

"Yeni müsavat" - "Redaktorların aclıq aksiyası dünyanı silkələdi"

"Mərkəz" - "200 çıxdaş" (vəsiqəsiz avtobus sürücüləri haqqında)

"Ekspress" - "Başı boynundan kəsilməlidir" (Nardaranlıların jurnalist haqqında fikirləri).

"Exo" - Azərbaycanda vahid təqaüd kodeksi yaradılacaq".

Hətta "Şərq"in manşetinə çıxarılmış parlamentin işi haqda həmin yazıda da büdcə ətrafında gedən müzakirlərdə yaranmış gərginlik barədə məlumat verilmir. Halbuki, həmin günün "Zerkalo"sunda "Vorovskoy büdjet", "Yeni müsavat"da isə "Oğru büdcə" adlı yazılar gedib. Həmin günün nömrəsində Mətbuat Şurası ilə əlaqədar iki yazı dərc olunub: 1. "Mətbuat Şurasının bülleteni dərc olunub". Materialda müəllif imzası yoxdur.

2. "Əflatun Amaşov aclara qoşulmayacaq". İmzasız olan birinci material Mətbuat Şurasının işini təqdir edir. Bu orqanda çıxan bülleten Şurada gərgin iş getdiyinin göstəricisi kimi təqdim olunur. Eyni zamanda yazı bülletenin çıxmasına maliyyə dəstəyi göstərmiş "Qaradağ-sement" müəssisəsinin reklamı təsiri bağışlayır. Əlavə olaraq materialın imzasız olması oxucuda bu qənaəti gücləndirir. İkinci material Amaşovun aclıq aksiyasına qoşulmayacağı qərarı haqdadır və birbaşa jurnalist həyatına, jurnalist fəaliyyətinə dəxli olan qurumun və onun rəhbərinin bu qərarı haqda qəzet heç bir şərh verməyib. Materialı Nəsimi adlı jurnalist imzalayıb. Paralel olaraq, Azərbaycan mətbuatının bugünkü vəziyyətində mühüm ictimai əhəmiyyət kəsb edən aclıq aksiyası barədə heç bir məlumat dərc olunmayıb.

 

Başqa bir halda Sərhədsiz Reportyorların hesabatının dərci günü (20 oktyabr 2006) bütün qəzetlər bu haqda şərhli və ya şərhsiz materaillar vermişlər. Həmin dərclərin başlıqlarına diqqət edək:

"Novoye vremya" - "Qlavnıy vraq vlastey nakonets-to opredelen".

"Azadlıq" - "Azərbaycan mətbuat azadlığına görə yenə son sıralardadır".

"Bakı-xəbər" - "Ermənistandan 34 pillə geridə:"

"Ekspress"- "Rəsmi Bakı Sərhədsiz Reportyorların reytinqindən narazıdır".

"Şərq" - "Azərbaycan irəliləyib".-

media-effekt, etika

"İki sahil" 29.11.2006

"İnsan hüquqlarının qorunması dövlət siyasətinin əsas prinsiplərindəndir"

Yeganə Əliyeva

Həcmcə geniş yazıdır. Tənqidin hədəfi Azərbayan QHT-çiləri, AŞPA-nın keçmiş həmməruzəçisi Andreas Qross və müxalifətdir. Müəllifin qənaətinə görə, Qross Azərbaycan hakimiyyətinə münasibətdə qərəzli və düşmən mövqe tutur. Məhz buna görə də onu son nəhayətdə Azərbaycan üzrə həmməruzəçilikdən uzaqlaşdırıblar. Yazıda göstərilir ki, indiki həmməruzəçilər T. Lloyd və A. Herkel ölkədə insan hüquqlarının vəziyyətindən razıdırlar. Yazıda həmməruzəçilərin son səfəri zamanı söylədikləri tənqidi fikirlər barədə heç bir məlumat yoxdur (bax. "Zerkalo" 14.12.2006 "Qross i Xerkel podverqli kritike vlasti Azerbaydcana)..

Media-effekt, etika

"İki sahil" 30.11.2006

"Konstruktiv yeniləşmə zərurəti"

Ceyhun Abbas

Geniş həcmli yazıdır. "Səs"in və "İki sahil"in özündə gedən yazılardan fərqlidir. Müəllif irəli sürdüyü fikirlərə elmi aura yaratmağa cəhd edir. Son illərdə baş verən real siyasi prosesləri, demək olar ki, incə bir üslubla pərdələməyə çalışır. Söhbət iqtidar-müxalifət və hər ikisinin xalqla münasibətlərindən gedir. Müəllif oxucunu o qənaətə gətirməyə cəhd edir ki, ölkədə iki əsas qüvvə üz-üzədir: Konstruktiv yol tutmuş hakimiyyət və dağıdıcı, qeyri-kontsruktiv yol tutmuş radikal müxalifət. Müəllifə görə, hakimiyyət mütərəqqi dünya görüşünə malikdir və bu fəlsəfi baxışın daşıyıcısıdır. Müxalifət isə əksinə, və buna görə uduzmağa məhkumdur. Yazının məqsədi oxucunu ölkədə baş verən siyasi proseslərin əsl mahiyyətindən uzaqlaşdırmaqdır.

Media-effekt, etika

"Yeni Azərbaycan" 30.11.2006

İlham Əliyev: Söz və mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir.

(remarka: əgər ANS bütün iradlarda, xəbərdarlıqlarda göstərilən tələbləri yerinə yetirsə, bu kanalın fəaliyyəti davam etdirilə bilər.)

Yazı hakimiyyətin söz və mətbuat azadlığı haqda irəli sürdüyü şüarların təbliğindən ibarətdir. Prezidentin noyabrın sonunda mətbuatla əlaqədar baş vermiş hadisələrə göstərdiyi münasibət sadalanır. Qəzet bütün bunlara heç bir şərh vermir, şərh verə biləcək opponent dəvət etmir

Media-effekt,etika

 

Dekabr

ABŞ dövlət katibi müavini Barri Louenkronun Bakı səfəri, burda

keçirdiyi görüşlər haqda rəsmi qəzetlər və hakimiyyətə yaxın mətbu orqanlar çox xəsisliklə məlumat verirlər, ya heç vermirlər.

Müstəqil mətbuat fərqlənir:

Ekspress(19.12.06.)-"ABŞ hərtərəfli əməkdaşlıq istəyir". (remarka: B. Louenkron jurnalistlərlə qəbr üstündə görüşdü). Ələkbər Raufoğlu.

Ayna (19.12.06.)-"Hakimiyyəti E. Hüseynovun qatillərini tapıb cəzalandırmağa çağırıram." şəkildə B. Louenkron qəbrin ziyarətində jurnalistləri cavablandırır.

Zerkalo (19.12.06.) manşet: "Ya prizıvayu pravitelstvo Azerbaydjana soblyudat vzyatıye na sebya obyazatelstva" (remarka: Sovetnik qossekretarya SŞA B. Louenkron potreboval nayti i nakazat ispolniteley i zakazçikov ubiystva E. Quseynova.) A. Raşidoqlu.

Şərq (19.12.06.)

"ABŞ Azərbaycanın siyasi kursunu dəstəkləyir".(remarka: B.Louenkronun səfərində Qarabağ problemi diqqət mərkəzində olub.) Qəbrin ziyarəti haqda məlumat yoxdur.

Exo (19.12.06.)

Prezident Azerbaydjana prinyal sovetnika qossekrktarya SŞA.

 

"Yeni Müsavat" və "Bakı xəbər" qəzetləri həmin mövzunu manşetə çıxarmayıb iç səhifələrdə xəbərlərlə kifayətlənmişdilər.

Media-effekt,etika

Səs (02.12.06.)

"Maurisio Pavesi: Azərbaycan yüksəliş illərinə qədəm qoyub." İnam Hacıyev

Yazı ATƏT-in Bakı ofisinin rəhbərinin öz missiyasının bitməsi ilə bağlı keçirdiyi mətbuat konfransı haqdadır. Həmin konfrans haqda həmin gün çıxan "Bakı-xəbər"in verdiyi başlıq: "Ölkəyə gələrkən rast gəldiyim

problemlər hələ də qalır." Qəzet Pavesinin ölkədə baş vermiş müsbət proseslər haqda dediklərini dərc etməklə yanaşı qeyd etdiyi tənqidi fikirləri də verir. "Səs"də isə Pavesinin dediyi tənqidi fikirlərdən əsər-əlamət yoxdur.

Media-effekt, etika

"Yeni Müsavat" (03.12. 06.)

"Azərbaycan məmurları Ermənistana yatırım qoyurlar".

Qəzet yazır ki, redaksiyada olan məlumatlar açıqlanmır, lakin vaxtı çatanda xainlər hökmən cəzalanacaq.

Media-effekt, etika

Azadlıq 05.12.06 qəzetində dərc olunmuş bir şer: "Böhtançılara məktub"

Şerdə başqalarının ləyaqətini təhqir edən ifadələrə yol verilib.

10-cu m.

"Bakı xəbər" (07.12. 06.)

"Azərbaycanda İranın nüvə proqramına yardım edənlər var" Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev demişdir ki, bir neçə il əvvəl (yəni, sabiq sədr Kamaləddin Heydərovun dövründə) Azərbaycan - İran sərhəddində 22 ton ballistik raketlərin istehsalında istifadə olunan metal saxlanılmış, lakin sonra bu işlə heç bir kəs maraqlanmamışdır

media-effekt.

Yeni Müsavat (08.12.06.) Birinci səhifəyə çıxarılmış başlıq:

" Hökumət əhalini soyuqdan qırmaq istəyir. Daha beş rayonun qazını kəsdilər."

2-ci səhifədə dərc olunmuş yazıda artıq 1-ci səhifəyə çıxmış qışqıran başlıq yoxdur. Qazpulunun əhali tərəfindən vaxtında ödənilməməsinin müəyyən regionlarda yanacağın müvəqqəti kəsilməsinə səbəb olması haqda adi məlumatdır. Belə materiala belə başlıq, əlbəttə, ciddi qanun pozuntusu deyil, lakin etik baxımdan qüsurludür.

Media-effekt,etika

 

 


Səs (08.12.06.) "Andreas Herkel radikalların "siyasi məhbus siyahısı"nı cəfəngiyyat adlandırıb." F. Bayramzadə

Yazıda söhbət ondan gedir ki, A. Herkel hüquq müdafiəçilərinin siyasi məhbusların siyahısını hazırlamaq haqda fikirlərini "cəfəngiyyat" adlandırıb. Bu yalan bəs deyilmiş, üstəlik S. Cəlaloğludan sitat gətirilir: "Mən bu barədə hüquq müdafiəçilərindən məlumat almışam. O, (yəni A. Herkel) bizim bu istiqamətdəki fəaliyyətimizi hətta cəfəngiyyat adlandırıb." S. Cəlaloğlu bu sözləri rədd etdi.

KİV 10-cu maddə-böhtan

"Yeni Müsavat" (09.12. 06.) ""Masallı Mamed" həbs edildi". Kriminal aləmdə baş verən hadisələr, ictimai həyat üçün ciddi narahatlıq doğurmurlarsa, qəzetin baş materialı kimi təqdim olunmasi sual doğurur Bizim mətbuatda "avtoritet"lərin ön planda verilməsi artıq dəb halını almışdır. "Lotu Hikmət"in həbsi, azadlığa buraxılması, xüsusilə öldürülməsi, "Lotu Quli"nin həbs edilməsi, indi də "Lotu Mamed":

media-effekt,etika

Zerkalo (09.12.06) Nobeli i nobelevskie laureatı.

Aziz Abdulaziz

Bir həftə ərzində "Zerkalo" qəzetində ölkənin birinci xanımı Mehriban Əliyevanın babası N.İmanquliyev və atası A. Paşayevi ifrat tərif edən yazılar gedib. Bu yazılarda A.Paşayev Nobel mükafatına layiq alim, N. İmanquliyev isə yaşadığı dövrün ən güclü jurnalisti, redaktoru və qəzetçisi kimi təqdim edilir.

Media-effekt,etika-siyasi sifariş

"Bakı xəbər" (11.12. 06.) "Azərbaycan hakimiyyəti yenə də Gürcüstanı qazsız qoyur". Bu "baş xəbər" "qəddar hökumətimizin Rusiyanın qəzəbinə tuş gəlmiş zavallı Gürcüstana qaz verilməsindən imtina etməyinə" həsr edilib..

Media-effekt,etika-yoxlanılmamış fakt

Yeni Azərbaycan (12.12.06.) 7-ci səhifənin aşağı sağ küncündə 100-150 işarədən ibarət kiçicik bir xəbər: "ANS yenidən yayımlanır"

Bu, ölkənin ictimai həyatında və mətbuat sahəsində baş vermiş mühüm hadisədir. Rəsmi qəzetlər ümumiyyətlə susur. Mustəqil qəzetlərdə:

Ayna (12.12.06.) manşet: "ANS qayıtdı" (kanalın bağlanması barədə xəbər vermiş aparıcının şəkli ilə) .

Ekspress(12.12.06.) "ANS qayıtdı" (həmin şəkil).

525-ci qəzet(12.12.06.) "ANS qayıtdı" (həmin şəkil).

EXO (12.12.06.) "Vozobnovlyayetsya veşanie ANS" 1-ci səh.

Media-effekt,etika

 

İki sahil (12.12.06.) "Jurnalistlərin dostu".

Xuraman İsmayılqızı.

Yazı bütövlükdə H. Əliyevin Azərbaycan mətbuatına göstərdiyi atalıq qayğısı haqqındadır. Hətta belə yazıda yalan informasiya verməkdən çəkinmirlər:

": Qəzetlərə (Yeni Müsavat, Azadlıq kimi həmişə iqtidara əsassız böhtanlar yağdıran, dövlətçilik əleyhinə əkstəblimğat aparan qəzetlər də daxil olmaqla) 3 milyard manat kreditlər ayrıldı, KİV-lərin iqtisadi müstəqilliyi təmin olundu."

Media-effekt,etikasiyasi sifariş

"Bakı xəbər" (14.12. 06.) "Bakı - Ceyhanın mühafizəsi DİN-ə verilə bilər", müəllif Sahil. Bu material da guman olunan xəbərlərə söykənir.

Media-effekt,etika-yoxlanılmamış fakt

Yeni Azərbaycan(14.12.06.) "Hacı Məmmədov son sözünü deyəcək" (remarka: vəkil E. Quliyev: Bu, təqdirəlayiq məhkəmə prosesi oldu.)

Yazı reportaj xarakterlidir. Məhkəmə prosesi ölkədə qanunçuluğun bərqərar olmasının simvolu kimi təqdim edilir.

Media-effekt,etika-siyasi sifariş

 

"Bakı xəbər" (15.12. 06.) "Hakimiyyətdə yeni vəzifə mübadiləsinə start verilir" (Vəzifədən kənarlaşdırılacaq köhnə məmurları razı salmaq üçün onların övladlarının, yaxud da özlərinə yaxın saydıqları digər şəxslərin mühüm postlara gətirilməsi gözlənilir). Ad çəkmədən qeyd olunur ki, hakimiyyətdə bəzi məmurlar artıq postlarından getməyə hazırlaşırlar, əvəzində isə yaxınları üçün "yağlı" dolam yeri hazırlayıblar. Bu "məlumat" az qala hökumətin strateji addımı kimi qiymətləndirilir. Konkret misal gətirilmir.

Media-effekt,etika-yoxlanılmamış fakt

Zerkalo (16.12.06.) "Nasir İmanquliev - samootverjennıy trujenik nasionalnıy jurnalistiki i uçitel tseloy pleyadı azebaydjanskix qazetçikov"

Elçin Şıxlı, predsedatel Soyuza jurnalistov Azerbaydjana

Media-effekt üslubu, siyasi sifariş

 

"Yeni Müsavat" (17.12. 06.) "Enerjiyə nəzarət üç yerə bölünür (RAO EGS-in, Araz Ağalarovun və Paşayevlərin ölkənin enerji sahəsini birgə idarə edəcəkləri deyilir). Heç bir konkret sübut göstərilmir.

Media-effekt, etika

 

Novoe vremya ( 21.12.06) Za çey sçet xotyat vıjit naşi sosedi?

Z. Rasulzade

Yazı jurnalist təhqiqatı janrına iddialıdır. Olduqca mübahisəli tezislərlə zəngindir. Siatlar: ": Sudya po vsemu, Azerbaydjan qotov vzyat na svoe ijdiveniye vse stranı reqiona, liş bı ostatsya na xoroşem sçetu u svoix zaokeanskix bossov.

A Zapad, kak i raneye, rad svoey tseli - vıxodu Yujnoqo Kavkaza iz-pod vliyaniya Rossii, - budet podderjivat antidemokratiçeskie şaqi vlastey kak Azerbaydjana, tak i Armenii, i Qruzii:" və s. və i.a. Müəllif yazıda bir dövlətin maraqlarını müdafiə etməyə çalışarkən siyasi konyukturaya uyub başqa dövlətin ünvanına əsassız iradlar irəli sürməklə yanaşı ümumilikdə çağdaş demokratik dəyərləri oxucunun gözyndən salır.

Media-effekt,etika

"Yeni Müsavat" (23.12. 06.) "Parlamentdə türk-kürd davası". Əksər millətçi qəzet bu mövzuya geniş yer ayırmışdır. Milli Məclisin növbəti iclasında deputat Arif Rəhimzadə "oxucuların müraciəti əsasında" Goranboy rayonunun Tatarlar kəndini "Aşağı Səfikürd" adlandırılmasını təklif etdi. Bir "razvorot" qədər yer tutan material yalnız deputatların fikir ayrılığına həsr edilib. Ən "vacib açıqlama"nı deputat Gültəkin Hacıyeva verib: "Mən bu bölgənin deputatıyam və mənə heç kim belə təkliflə müraciət etməmişdir". Əlbəttə, kiminsə münasibətini öyrənmək yerinə düşür, fikir mübadiləsi də jurnalistikada mühüm rol oynayır. Lakin qəzetin ortadakı iki səhifəsini münasibətlərə həsr etmək, - bu, nə dərəcədə düzgündür? Məsələ burasında dır ki, parlamentdə baş vermiş bu kiçik, ölkə miqyasında ictimai əhəmiyyəti olmayan hadisədən mətbuatda bir neçə orqan yaxın olduqları

siyasi qüvvələrin marağı naminə istifadə etməyə cəhd göstəriblər.

"Azadlıq", "Yeni Müsavat", "Xalq Cəbhəsi" və başqa qəzetlər bu mövzu

ətrafında siyasi spekulyasiyalara cəhd etməklə jurnalist etikası normalarını pozmuhlar. "Xalq Cəbhəsi" isə yaxın olduğu siyasi təşkilatın liderini müdafiə məqsədilə digər siyasi təşkilatın liderinin şərəf və ləyaqətini təhqirə

yol verərək KİV haqqında nanunun 10-cu maddəsini pozmuşdur.

Media-effekt,etika

"Yeni Müsavat" (24.12. 06.) "Bakı və Sumqayıt işıqsız qalacaq".

Heç bir sübutu olmayan mülahizə.

Media-effekt,etika

 

Yeni Müsavat (27.12.06.) "Gələn il bu iqtidar gedəcək (remarka: Ən pis halda 80 %... ABŞ "spesnazı" Bakıya niyə gətirilir?)

T.Turançı

Z.Müqabiloğlu

Söhbət ondan gedir ki, Hakimiyyətdəki qruplaşmalar arasında qarşıdurma gərginləşib və bunu həll etmək İ. Əliyev üçün çox çətin olacaq. İ.Əliyev bu çətin perspektivə hazırlaşmaq üçün quru qoşunları qurur, ölkəyə türk generalı gətirtdirir, ABŞ-dan isə hərbi təlimatçılar və spesnaz gəlib. Yazıda əsası olmayan fakta söykənərək müxtəlif siyasi mülahizələr irəli sürülür.

ABŞ səfirliyinin mətbuat xidməti spesnaz haqda xəbəri təkzib etdi. Amma ertəsi gün "Novoe vremya" qəzeti "Yeni Müsavat"a istinad edərək bu xəbəri təkrarən yaydı. Beləliklə bir mətbu orqanda media-effekt üslubunda dərc olunmuş yoxlanılmamış fakt başqa mətbu orqanlarda yayılaraq kütləvi dezinformasiya xarakteri alır.

Media-effekt, etika

Xalq Cəbhəsi (29.12.06.) "Xəyanətkarlığın simvolu"

Murad Yenigün

Söhbət Goranboyda bir kəndin adının dəyişdirilməsi haqda parlamentdə gedən müzakirələrdən, Q. Həsənquliyevin bu barədə etdiyi çıxışın müstəqil qəzetlərdə, o cümlədən "Azadlıq"da işıqlandırılmasından gedir. Müəllif "Azadlıq"dakı yazıya görə AXCP sədri Əli Kərimlini günahlandırır. Yazıda jurnalist etikasından uzaq təhqiramiz ifadələr işlədilib.

KİV 10-cu maddə

Səs(11.01.07 .) "YeS" "Azadlıq"a rədd cavabı verdi.

Aygün

Yazıda məlumat verilir ki, "Azadlıq" blokundan Lalə Hacıyeva təklif edib ki, "YeS" blokla birlikdə fəaliyyət göstərsin. Lakin "YeS" rədd cavabı verib. Müəllif təşkilatın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyevlə əlaqə saxladıqda belə cavab alıb: (sitat) "Biz YeS -in bütövlüyünü qoruyub saxlamaq üçün ölkədə fəaliyyət göstərən bir sıra birlik və bloklarla əməkdaşlıq etmək niyyətindəyik. Lakin "Azadlıq" bloku əməkdaşlıq etmək niyyətində olduğumuz qurumlar sırasından deyil. Radikallarla bir sırada külüng çalmaq istəmirik. Buna əmin ola bilərsiniz." Telefonla əlaqə saxladıqda E.Quliyev bu sözlərin müəllifi olmadığını bildirdi və hətta qeyd etdi ki, ona bu qəzet müraciət belə etməyib.

KİV 10-cu maddə

Zerkalo (20.01.07) Rossiya uniçtojila arxivı,kasayuşiesya sobıtiy 20 yanvarya. (remarka: professor Rovşan Novruzoqlu liçno ubedilsya v etom.

Yazıda təsdiqini tapmayan və normal məntiqə söykənməyən iddialar mövcuddur. Xüsusilə ingilis jurnalistləri Braun Bendcamin və Pek Louri haqqında.

 

Şərq(20.01.07.)Ermənistan Avropa Şurasndan çıxarılsın.(remarka: Qış sesiyasında Azərbaycan nümayəndə heyəti məsələ qaldıracaq)

Yazıda Azərbaycanın AŞ PA deputatlarının qış sesiyasına ciddi hazırlaşma-

Sından söbət .gedir. Deputatların eyni zamanda Ermənistanın AŞ-dan çıxarılması məsələsini İrəli sürəcəkləri barədə qeyri- ciddi bəyanatı xəbərin

başlığına çıxarılıb. Qəzet xəbəri APA-ya isnadla nümayəndə heyətinin başçısı S.Seyidovun dilindən verib. bbu xəbərini başqa mətbu orqanlar da dərc edib. Nüfuzlu beynəlxalq təşkilatlarla bağlı qeyri-ciddi informasiyanın qəzet səhifəsinə çıxarılması birbaşa.

Media- effekt, etika

25.01.07. Bakı-xəbər "Amnesti İnternational"dan Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar. Materialın başlığı 1-ci səhifəyə çıxarılıb. Bir səhifəlik müfəssəl məlumatdır.

25.01.07.Azadlıq "Amnesti İnternational" rejimin azad mətbuata münasibətini ifşa etdi. Başlıq 1-ci səhifəyə çıxarılıb. Bir səhifəlik materialdır.

25.01.07. Yeni Müsavat "Hakimiyyəti tənqid etmək həyat üçün təhlükəlidir." Başlıq 1-ci səhifəyə çıxarılıb. Yarım səhifəlik materialdır.

25.01.07. Şərq "Amnesti İnternational"ın hesabatı. (remarka:Əli Həsənov: "Sənəd Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı reallığı əks etdirmir. Başlıq 1-ci səhifədədir.

25.01.07.E kspress "Amnesti İnternational" KİV-in durumunu fəna sayır.(remarka: Əli Həsənov: Bu hesabat Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı reallığı əks etdirmir. Material 2 və 12-ci səhifədə verilib.

25.01.07. Zerkalo "Beznakazannaya atmosfera naruşeniya prav na svobodu slova. Material 2ci səhifədə verilib.

25.01.07. Ayna Beynəlxalq təşkilat Azərbaycanda medianın vəziyyətini pislədi. 4-cü səh. 1500 işarəlik yazıdır.

525-ci qəzet

"Amnesti İnternational" Azərbaycanla bağlı hesabat açıqladı. "Əli Həsənov: hesabat reallığı əks etdirmir. 100-110 işarəlik yazı, 3-cü səh.

Exo da daxil olmaqla qalan qəzetlər hesabat haqda məlumat verməyib.

Beləliklə, monitorinqin birinci mərhələsində KİV haqqında qanun və jurnalist etikası normaları üzrə ümumilikdə 57 pozuntu qeydə alınmışdır.

Bunlardan doqquzu KİV haqqında qanunun kobud pozuntusudur.

Media-effekt üslubu üzrə pozuntuların sayı 48-dir.

KİV haqqında qanunun 10-cu maddəsi üzrə 9 faktdan 8-i böhtan xarakterli, biri şərəf və ləyaqətin təhqir edilməsidir. Qeyd etmək lazımdır ki, böhtan xarakterli materialların çoxunda həm də şərəf və ləyaqətin təhqirinə yol verilib. Media-effekt üslubu üzrə pozuntuların ən çoxu-23-ü siyasi sifariş,2- dezinformasiya, 11-i yoxlanılmamış fakt, 9-u etika normalarının pozuntusudur.

© 2007. Nəcəf Nəcəfov Fondu.