Nəcəf Nəcəfov fondunun Azərbaycan mətbuatının monitorinqi layihəsi daxilində təqdim edilən müxtəlif qəzetlərdə çap edilən və hüquqi analizə təqdim edilən məqalələrin
Hüquqi Analizi
Hüquqşünas Ələsgər Məmmədli
Media Hüququ üzrə ekspert
Müvafiq dövrləri əhatə edən, qəzetlərdən 34 seçilmiş məqalə hüquqi baxımdan analiz edildi. Bu Məqalələrdən ən çox "Səs" qəzetindən 10 və "İki Sahil", Yeni müsavat və Gündəlik Azərbaycan qəzetlərindən hər birindən 3 yazı araşdırmanın obyekti oldu. Bəzi qəzetlərin bir səhifəsində mövcud olan yazıların bir neçəsi diffomasiya baxımından diqqət çəkib və bu səbəbdən də bəzi qəzetlərin məqalə sayı daha çoxdur. Ümumilikdə, 14 fərqli qəzetlərin müəyyən günlərinin nömrəsi araşdırılıb.
Bunlar:
Azərbaycan, Gündəlik Azərbaycan, Realnoe Azerbaydjan, Yeni Azərbaycan, İki sahil, Səs, Azadlıq, Yeni Müsavat, , 525-ci, Alma, Milli Yol, Hürriyət , Xalq və Zerkalo qəzetləridir.
Cinayət hüququ baxımından;
Ekspertizaya təqdim edilmiş 34 qəzet yazısının 8-də diffomasiya- vardır. Bunlar Hal-hazırda qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 147.1 və 147.2 (Böhtan), habelə 148 (Təhqir) maddələrinin pozulması faktı kimi qiymətləndirilə bilər. Bu yazılarda müəlliflər haqqında yazdıqları şəxslərin şərəf və ləyaqətinə, habelə nüfuzuna ziyan vurmaq məqsədi ilə yalan olduöunu bildiyi halda böhtan və təhqirə yer vermiş, həmin şəxsləri qaralamaq, nüfuzuna ziyan vurmaq yolunu tutmuşdur.
8 yazının 5-i "Səs" qəzetinin, 2-i "İki Sahil" və 1-i "Hürriyət" qəzetinin payına düşür.
"Səs" qəzetində təhqir və böhtanla "jurnalist" fəaliyyətinə davam edən imzalardan ikisi F. Bayramzadənin, biri İ. Əliyevin, biri Kübranın və biri də Mirzə Qərənfilin payına düşür..
İki Sahil qəzetində yer alan 2 məqalənin müəllifi Faiq Məmmədov və Xuraman İsmayılqızıdır.
"Hürriyət" qəzetində dərc edilən bir yazının müəllifi Kənan imzası ilə özünü cəmiyyətə tanıdıb.
Bu yazılarda müəlliflər bir çox qanunvericilik aktlarının pozulmasına yol veriblər.
Belə ki, Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməzliyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan "Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz" prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan "Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz" müddəası ciddi şəkildə pozulmuşdur.
Diffomasiya təşkil edən yazıların hamısı Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan "vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir"
Müddəasının kobud şəkildə pozulmasıdır. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 60-cı maddəsinə görə vətəndaşların şəxsi həyatına qəsd etdikdə, qanunvericiliyi pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət yaranır.
Bununla bərabər, həmin 8 yazıda Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyəti yaradan ifadələr bir neçə dəfə təkrarlanaraq işlədilmişdir. Beləliklə, Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma cinayəti üzrə ittihama əsas yaranmışdır.
Bu yazıların bəzilərində müəlliflər xüsusi ilə Ağır və ya xüsusilə ağır cinayətdə (Cinayət Məcəlləsinin 274-cü maddəsi- dövlətə xəyanətdə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə)
ittiham etməklə böhtan atmanın daha ağır hissəsini CM 147.2 maddəsini də pozmuşdur.
Bu 8 yazının demək olar hər birində müəlliflər Siyasi partiya liderlərini, hüquq müdafiəçilərini və qəzet Redaktorlarını Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan - Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma maddəsini pozan ifadələrə yer vermişdirlər.
Mülki hüquq baxımından;
34 yazının 7-də cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şəxslərin mənafelərinə toxunan ifadələr var. Bu yazılar Yeni Müsavat, "Səs", "İki Sahil", Alma, Milli Yol, Xalq və Azərbaycan qəzetlərində çap olunan yazılardadır.
Həmin yazılarda Tərəfli, qərəzli, obyektivlikdən uzaq və balanslı olmayan, aşağılayicı və doğru olmayan ifadələr var. Jurnalist etikası pozulub, yalana yer verilib, təhqiramiz ifadələr işlədilib.
Bu da öz növbəsində Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməzliyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan "Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz" prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan "Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz" müddəasının ciddi şəkildə pozulmasıdır. Bununla bərabər Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan Kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyini əhatə edən, "vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir" müddəasının kobud şəkildə pozulmasıdır.
Belə olan halda mülki Məcəllənin 23-cü maddəsində şəxslərə verilən Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi imkanından zərər çəkən tərəflərin istifadə etmək hüququ yaranır.
Mülki Məcəllənin 23-cü maddəsi imkan verir ki, "Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb etsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
Hüquqi baxımdan analiz edilən 34 yazının cinayət hüququnun pozulması faktları da (8 fakt) daxil olmaqla 15-də, yazıdan zərər çəkən tərəflərin Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini təmin etmək üçün məhkəməyə müraciət etmək imkanı yaranır.
Peşə davranış Qaydaları baxımından;
Analiz edilən 34 yazının əksəriyyətində 15 mart 2003-cü ildə Təsis edilən Mətbuat Şurasının təsis Qurultayında qəbul edilən "Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydaları"nda nəzərdə tutulan 4 Prinsipdən 3-ü bu və ya digər formada pozulub.
Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 1-ci Prinsipində nəzərdə tutulan Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 2-ci Prinsipində nəzərdə tutulan İnformasiya qaynağına sayğılı yanaşma və 3-cü Prinsipində nəzərdə tutulan Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı qaydaları pozulmuşdur.
|
|
Qəzetin adi |
tarixi |
Müəllifi |
Yazının adi |
motivi |
Hüquqi analizi |
1 |
Yeni musavat |
08.03.2007 |
Vüqar |
Celal Əliyev müəmması davam edir |
Xəbər-yozum |
Böhtan və təhqir elementi yoxdur. Məqalə bir jurnalistin subyektiv mülahizələridir. |
2 |
Milli Yol |
|
Fərahim |
Rusiya "agentləri" Müsavatı ələ keçirmək istəyirlər. |
yozum |
Cinayət məcəlləsində nəzərdə tutulan Böhtan və təhqir elementi yoxdur. Lakin, Rusiya "agentləri" sözü hər nə qədər dırnaqda verilsə də, məqalədə adı keçən şəxs bunların yalan olduğunu iddia edərsə, şəxsin nüfuzunu ləkələmə və qarayaxma iddia edilə bilər. Bu zaman mülki qanunun müvafiq maddəsi ilə nüfuza dəyən zərərlə bağlı iddia qaldırıla bilər. |
3 |
Yeni Müsavat |
26.03.2007 |
Etibar Seyidağa |
İlham Əliyevə qarşı yeni cəbhə |
Xəbər-yozum |
Böhtan və təhqir elementi yoxdur. Yazıda jurnalist mülahizələri və "gizli mənbəyə" isnad üstünlük təşkil edir. Subyektiv amillər üstünlük təşkil edir. |
4 |
Iki sahil |
07.03.2007 |
Rabil Metdiyev |
İkrah hissi |
Münasibət |
Cinayət məcəlləsində nəzərdə tutulan Böhtan və təhqir elementi yoxdur. Lakin mülki qanunvericilik baxımından haqqında bəhs edilən şəxs müəyyən iddialarla çıxış edə bilər. Şəxsin nüfuzdan salınması var. Müstəqil məhkəməyə təzyiq var. |
5 |
Alma |
18-24.02.2007 |
Elnur Astanbəyli |
Kimdir Rəşad Məcid |
yozum |
Cinayət məcəlləsində nəzərdə tutulan Böhtan və təhqir elementi yoxdur. Lakin, məqalədə adı keçən şəxs nüfuzunun ləkələndiyini iddia edə bilər.mə və qarayaxma iddia edilə bilər. Bu zaman mülki qanunun müvafiq maddəsi ilə nüfuza dəyən zərərlə bağlı iddia qaldırıla bilər. Şəxsin nüfuzdan salınması var. |
6 |
Səs |
28.02.2007 |
Mirzə Qərənfil |
Ukrayna narıncılara ümid vəd etmədi. (tənha radikal var blokdan kənar) |
Münasibət |
Məqalə bir siyasi düşərgə təmsilçisinin digər rəqiblərini gözdən salmağa yönəlib. Cinayət Məcəlləsinin 147.1 maddəsinə "Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma" görə qanun pozuntusu yaranıb. Ayrıca, Mülki Məcəllənin 23-cü madəsinə" şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən" görə mülki qanunun müdəsı da pozulub. |
7 |
Yeni Azərbaycan |
21.02.2007 |
Ceyhun Məmmədli |
İnsan hüquqlarını qorumaq dövlətin əsas prinsiplərindəndir. |
Analiz |
Cinayət məcəlləsində nəzərdə tutulan Böhtan və təhqir elementi yoxdur. Yazı hakim siyasi partiyanın rəqiblərini gözdən salmaq və nüfuzuna ziyan vurmaq kimi qiymətləndirilə bilər. Daha çox jurnalistikanın peşə qaydalarının pozulması istiqamətində qiymətləndirmək olar. |
8 |
İki sahil |
28.02.2007 |
Faiq Məmmədov |
Simasızlığın Anatomiyası.
Eynulla Fətullayevin obrazı bu reallığın bariz nümunəsidir |
Münasibət |
Yazıda böhtan və təhqir elementləri var. Şəxsin Ermənistan xüsusi xidmət orqanlarının əmri ilə xəyanətkarlıq etdiyi bildirilir. Konkret olaraq bu suç Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə şəxsin ittiham edilməsidir. (Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə)
Konstitusiyanın 63 cü maddəsinə görə şəxsin cinayəti məhkəmə tərəfindən təsdiq edilmədən ona cinayət isnad edilə bilməz.
Odur ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)
olaraq bu məqalə qəbul edilməlidir. Ayrıca, "simasız" ifadəsi təhqir olaraq qəbul edilməlidir. |
9 |
Səs |
01.03.2006 |
İ. Əliyev |
Eynulla Fətullayev Pənah Hüseynova niyə 300 dollar verdi. |
yorum |
Yazıda Adı keçən şəxsin Millət vəkilinə onu müdafiə etməsi məqsədi ilə 300 dollar verdiyi bildirilir və bunun bir araşdırmadan sonra "məlum" olduğu bildirilir. Yəni Deputatın rüşvət aldığı bildirilir. Cinayət Məcəlləsinin (312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt verilməsi) bu maddəsinin pozulduğu bildirilir. Konstitusiyanın 63 cü maddəsinə görə şəxsin cinayəti məhkəmə tərəfindən təsdiq edilmədən ona cinayət isnad edilə bilməz.
Odur ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)
Reallaşmışdır. |
1100
|
Hürriyət |
18-20.02.2007 |
Kənan |
RƏZALƏT!!!
Rauf Arifoğlu "Yeni müsavar"çı qızlarla saunada yaxalanıb? |
Xəbər |
Qarayaxma və böhtan var. Şəxsin haqqında verilən informasiya həqiqət kimi qələmə verilir və onun əxlaqsızlıq etdiyi oxucuya təqdim edilir. Şəxsin şərəf və ləyaqətini o cümlədən işgüzar nüfuzuna müdaxilə var. Müəllifin qəsdi olduğu məlum olsa Böhtan olaraq qəbul edilə bilər. Jurnalist bu kumu informasiyaları aldıqda qarşı tərəfin müvqeyini də versə qəsd olmadığı bəlli olar. Burada isə Adı hallanan şəxsin mövqeyini öyrənmədən informasiyanı yayıb.
Odur ki, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi pozulub. |
11 |
Səs |
01-03.02.2007 |
Kübra |
Ruspərəst qüvvələr fəallaşıb
Onlar müsavatın mitinqinə maliyyə yardımı göstərəcəklər. |
Xəbər |
Böhtan var. Cinayət Məcəlləsinin 147.1-ci maddəsi pozulub. |
12 |
525 |
21.02.2007 |
Turan Astan bəyli |
Asim Mollazadənin gəncləri
Onlar Azərbaycan xalqına və onun mənəvi dəyərlərinə niyə nifrət edirlər. |
analiz |
Böhtan və təhqir elementləri yoxdur. |
13 |
Xalq |
03.04.2007 |
Mehdi Mükərrəmoğlu |
Mühafizə olunan təbiət ərazilərində qanunun tələblərinə dəqiq əməl edilməlidir. |
analiz |
Müəllif müsahibinin qarşı tərəf üçün işlətdiyi "riyakar" ifadəsini və digər ifadələri işlədib. Bu şəxs rəsmi şəxs olduğu üçün onun fikirlərinin eyni ilə verilməsi qəzetin və jurnalistin məsuliyyətini aradan qaldırır. Ancaq bu ifadədən zərər görən tərəf onun nüfuzuna dəyən zərəri həm qəzetdən, həm jurnalistdən həm də müsahibdən tələb edə bilər. Qəzet və jurnalist müsahibin ifadələrini olduğu kimi verdiyini təsdiq edən sübutlar verərək məsuliyyətdən azad ola bilər. Lakin Müsahibin mülki məsuliyyəti davam edər. |
14 |
Səs |
28.03.2007 |
İlham |
AXCP (İ) "Çiçəklənən Ermənistan" partiyası ilə əməkdaşlıq edə bilər. |
Xəbər |
Məqalədə aşağılatıcı ifadələr yer alıb. Məqsəd bir siyasi düşərgənin gözdən salınmasıdır. Obyektivlikdən, qərəzsizlikdən, tərəfsizlikdən uzaqdır. Şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələmə cəhdləri var. |
15 |
Səs |
28.03.2007 |
F. Bayramzadə |
Rəsul Quliyev siyasi meyidə çevrilib... |
|
Yazıda böhtan və təhqir elementləri var. CM 147, 148 ci maddələri pozulub. (siyasi riyakar və xəyanətkar, satqınlıq və xəyanətkarlıqla məşğul olmaq, siyasi simasızlıqlarını həyasızca ortaya qoyurlar ) ifadələr diffomasiya yaradan elementlərdir. |
16 |
Səs |
28.03.2007 |
Mirzə Qərənfil |
Ambisiya... |
yorum |
Böhtan və təhqir yoxdur, jurnalistin subyektiv mülahizələridir. |
17 |
Səs |
08.03.2007 |
İ Əliyev |
Azadlıq bloku buraxıla bilər. |
Xəbər-yorum |
Böhtan və təhqir yoxdur, jurnalistin subyektiv mülahizələridir. |
18 |
Səs |
08.03.2007 |
Kübra |
Fuad Mustafayev Əli Kərimovu sədrlikdən uzaqlaşdırmaq istəyir.. |
Xəbər-analiz |
Böhtan və təhqir yoxdur, jurnalistin subyektiv mülahizələridir. |
19 |
Səs |
08.03.2007 |
T. Nəsirli |
Radikalizmin iflası labüddür |
Müsahibə-analiz |
Müsahibəyə subyektiv mülahizələr əlavə edilərək həqiqət kimi qələmə verilib. AMMA, Böhtan və təhqir elementi yoxdur. |
20 |
Realnoe Azerbaycan |
23.02.2007 |
Məryəm Günəşli |
Vax-Vax, VAK |
analiz |
Cinayət Məcəlləsi baxımından böhtan və təhqir elementi yoxdur. Lakin, jurnalistin subyektiv mülahizələri, tənqidi fikirləri bəzən çox sərt formada özünü göstərib. |
21 |
Realnoe Azerbaycan |
30.03.2007 |
Eynulla Fətullayev |
V krasivıx nojnax rjavıe meçi: |
analiz |
Cinayət Məcəlləsi baxımından böhtan və təhqir elementi yoxdur. Jurnalistin subyektiv mülahizələri, tənqidi fikirləri gəldiyi nəticələri oxucu ilə paylaşıb. |
22 |
Yeni Azərbaycan |
28.03.2007 |
Ruhiyyə Hüseynova |
Qanun yoxsa ETSN "Təbiət dostlarına nə mane olur?" |
Xəbər-müsahibə |
Yazıda təktərəfli Nazirliyin əməkdaşının fikirləri yer alıb və qarşı tərəfi riyakarlıqda və yalançılıqda künahlandırıb. Lakin jurnalist qarşı tərəfin fikirlərinə müraciət etməyib. Bühtan və təhqir elementləri olma sa da, jurnalist etikası pozulub. |
23 |
Səs |
4.04.2007 |
F. Bayramzadə |
Müxalifətdə yeni bazarlaşma... |
Analiz |
Cinayət Məcəlləsinin 148-ci maddəsi pozulub. Təhqirə yer verilib. Müxalifət liderlərinin adları çəkilərək onlar haqqında (iyrənc, həyasız, riyakar )kimi təhqiramiz ifadələr işlədilib. |
24 |
İki Sahil |
27.02.2007 |
Xuraman İsmayılqızı |
Milli Xəyanət |
analiz |
Yazıda böhtan elementləri var. Şəxsin Ermənistan xüsusi xidmət orqanlarının əmri ilə xəyanətkarlıq etdiyi bildirilir. Konkret olaraq bu suç Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə şəxsin ittiham edilməsidir. (Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə)
Konstitusiyanın 63 cü maddəsinə görə şəxsin cinayəti məhkəmə tərəfindən təsdiq edilmədən ona cinayət isnad edilə bilməz.
Odur ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) |
25 |
Gündəli Azərbaycan |
09.02.2007 |
Samir Abbasoğlu |
Çempiona BADOTDEL`de İşgəncə verilib |
Xəbər |
Böhtan və təhqir elementi yoxdur. |
26 |
Azadlıq |
02.03.2007 |
Siyasət Şöbəsi |
Kəmaləddin Heydərov "Sadval"la hansı işləri görür? |
Xəbər-yorum |
Böhtan və təhqir elementləri yoxdur. Müəyyən iddialar var, lakin bu iddialar böhtan olması üçün şəxsin şəxsiyyəti məlum deyil. (Məsələn, Sadvalla PKK-nin əlaqələrini bir millət vəkili qurur-Millət vəkilinin şəxsiyyətini aşağılasalar və həmin şəxs də bunu təkzib etsə böhtan sayıla bilərdi, lakin bu baş verməyib.) |
27 |
Azadlıq |
10.02.2007 |
|
Kəmaləddin Əliyevi yenə qəzəbləndirdi |
Xəbər |
Ciddi mənbəyə isnad edilməyən xəbərdir. Böhtan və təhqir elementi yoxdur. |
28 |
Gündəlik Azərbaycan |
14.01.2007 |
Güninfo |
İlham Əliyev açıqlamasını RTİ agentliyinə verib. |
Xəbər |
Mübahisəli xəbərdir, sonradan Prezident başqa açıqlama verərək bunu dolaylı təkzib edib. Lakin, . Böhtan və təhqir elementi yoxdur. |
29 |
Gündəlik Azərbaycan |
13.01.2007 |
Güninfo |
İlham Əliyevdən sensasion bəyanat. |
Xəbər |
Mübahisəli xəbərdir, sonradan Prezident başqa açıqlama verərək bunu dolaylı təkzib edib. Lakin, . Böhtan və təhqir elementi yoxdur. |
30 |
Yeni Müsavat |
22.01.2007 |
Ervin Mirzə |
Azərbaycanda PKK |
Xəbər-yorum-araşdırma |
Jurnalist araşdırmasıdır. Müəyyən mübahisə doğuran iddialar və mülahizələr var. Lakin bu mülahizələrin doğru olub-olmayacağı ilə bağlı oxucuda jurnalist özü sual yardır. Müəyyən zamanlarda çap olunan və təkzib olunmayan iddiaları yenidən gündəmə gətirir. Təhqir elementi yoxdur. Təkzib olunmadiği halda böhtandan da danışmaq olmaz. Lakin, Mülki hüquq baxımından bəhs olunan şəxsin mülki iddia qaldırmasına əsas ola bilər. |
31 |
525 |
02.03.2007 |
Sədi |
Ermən iidealogiyasının təbliğatçısı
Eynulla Fətullayev kimə xidmət edir? |
yorum |
Jurnalist yazısında subyektiv mülahizələrini oxucuları ilə paylaşıb, müəyyən təhlillər aparıb. Onun bu subyektiv mülahizələrinin öz iddiaları olduğu da vurğulanır. Bu baxımdan Böhtan və təhqir elementi yoxdur. |
32 |
Azərbaycan |
09.02.2007 |
Süleyman İsmayılov |
Tariximizin yeni mərhələsi və vətəndaşların müraciətinə yeni münasibət. |
araşdırma |
İnzibati idarəetmə ilə başlı təbliğat yazısıdır. Böhtan və təhqir elementi yoxdur. |
33 |
Azərbaycan |
16.02.2007 |
Xalid Niyazov |
Yaxşı məmləkətin yaman övladları |
analiz |
Müxalifətin nüfuzdan salınmasına yönəlib. . Böhtan və təhqir elementi yoxdur. |
34 |
Zerkalo |
20.01.2007 |
M. Məcidli |
Rossiya uniçtojila arxivı kasayuşiesya sobıtıy 20 Yanvarya |
Analiz-xəbət |
. Böhtan və təhqir elementi yoxdur. |
35 |
Qiymətləndirilməyən yazılar |
|
|
|
|
35.Səs
(14.03.07.)Sülhəddin Əkbər Əli Kərimovla anlaşma əldə edib (remarka:Arif Hacıyev Ali Məclis sədrinin mövqeini xəyanət hesab edir).
Media-effekt , əsası olmayan məlumat.
36.Cəs
(15.03.07.) AXCP-Müsavat qarşıdurması genişlənir.(remarka: Arif Hacıyev: "Əli Kərimov siyasi "maşennikdir" F Bayramzadə
Media-effekt,etika
|
36 |
|
|
|
|
|
37.Azadlıq
(01.03.07)Paşayevlər holdinq yaradır.(remarka: Kəmaləddin Heydərovun idarə edəcəyi inşaat holdinqi Raşayevlərin nəzarətində olacaq.)
Media-effekt,yoxlanılmamış və əsası olmayan məlumat.
38.Yeni Azərbaycan
(02.03.07.) 3-cü prezidentlik müddəti:
Təhlil və yeni baxış Yeni siyasət fondu
Media-effekt, sifarişli yazı,jurnalist etikası |
37 |
|
|
|
|
|
39.Azadlıq
(10.02.07) manşetə çıxarılmış xəbər- Kəmaləddin Əliyevi yenə qəzəbləndirdi.
Dezinformasiya
40.Reytinq
(12.02.07.) Quş qripi yenidən Azərbaycanda (remarka: Bu fakt London laboratoriyasında təsdiqlənib). |
38 |
|
|
|
|
|
41. 525-ci qəzet
- Vüqar Bəyturan
"İlqar Qasımov müxalifətin yeni lideri görür. "
Yazıda söhbət ondan gedir ki, "Bizim Azərbaycan" "siyasi blokunun" sədri V. Bəyturanın fikrincə, bu gün hakimiyyətdəki siyasi güc qrupları İ. Əliyevin ətrafında birləşiblər. Müxalifətdəki siyasi güc qruplarının liderləri
arasında isə ən şanslısı İlqar Qasımovdur. Və bu səbəbdən müxalifət İ. Qasımovun ətrafında birləşməlidir.
Mövcud olmayan siyasi blok və siyasi əhəmiyyətsiz "lider"in fikirlərinin dərci redaktor məsuliyyəti məsələsinə gəlib çıxır.
Media-effekt,etika
|
|
|
Mətbuat monitorinqinin yekunu üzrə nəticələr və tövsiyələr.
Nəcəf Nəcəfov fondu ölkənin 20 mətbu orqanı üzrə 2006-cı ilin oktyabrından
2007-ci ili mayınadək keçirdiyi monitorinq layihəsini başa çatdırıb. Monitorinq
KİV haqda qanuna və jurnalist etikasına riayət olunmasına həsr edilmişdi.
Layihənin başlıca nəticələrindən biri odur ki, Azərbaycanın mətbu və elektron KİV-lərinin
böyük əksəriyyəti üçün qanunçuluq və etika normaları meyar deyil. KİV-də kompramat, sifariş, böhtan və təhqiredici materilların dərcindən istifadə olunması adi hadisədir və ictimai rəyin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu yöndə rəsmi və hökumətəyaxın KİV-lər liderlik edir.
Aydınca görünür ki, bir sıra , hətta Mətbuat Şurasının üzvü olan və KİV-ə aid müxtəlif qanun layihələri hazırlayıb imzalayanlar da qanunçuluq və etika normalarına əməl etmirlər.
Güman etməyə əsas var ki, hakimiyyət bu prosesə ciddi cəlb olunub və belə şəraitin saxlanılmasında maraqlıdır.
Eyni zamanda müstəqil və müxalif KİV-lərin informasiya əldə etməsini süni surətdə məhdudlaşdırırlar.
KİV-lərin başlıca gəlir mənbəyi - reklam bazarından hakimiyyətə loyal münasibətdə olmayan mətbuata qarşı iqtisadi təzyiq vasitəsi kimi çox fəal istifadə olunur.
İnadkar KİV və jurnalistlərə qarşı məhkəmə ittihamları, həmçinin mətbuat nümayəndələrinin oğurlanması və döyülməsi bir təzyiq vasitəsi kimi qalmaqdadır.
Yeni- yeni hökumətyönlü mətbu və elektron KİV-lər yaratmaq, jurnalistləri satın almaq və ya yüksək maaş vasitəsilə öz tərəfinə çəkməkdən getdikcə daha fəal istifadə olunur.
İlham Əliyev öz prezidentliyi dövründə KİV redaktorları ilə bir dəfə də görüşməmiş və onların bütün müraciətlərini cavabsiz qoymusdur. Hakim partiyanın KİV işçiləri ilə bu yaxınlardakı görüşü də formal xarakter daşıyırdı.
Sadaladıqlarımız belə bir nəticəyə gətirir ki, hökumət məqsədyönlü siyasət yürüdür.Bu siyasətin məqsədi mətbu məkanı nəzarətdə saxlamaq, müstəqil mətbuatın fəaliyyətini mümkün qədər məhdudlaşdırmaq və ən başlıcası onların hakimiyyətin maraqlarına uyğun
olmayan siyasi proseslərdə iştirak etməsinin qarşısını almaqdir. Bünların baş verməsində əsas "köməkçilər" mətbuatın iqtisadi asılılığı, ölkədə korrupsiyanın yüksək həddi, liberal islahatların zəifliyi və iqtisadiyyatda monopoliyadir.
Hakimiyyət ölkədə qarətçiliklə məşğul yüzlərlə reket qəzetlərin olmasına göz yumur, bununla bərabər müxalif KİV-lərin tənqidinə çox kəskin reaksiya verir və onlara qarşı demək olar ki, elan olunmamış müharibə aparır. Bütün bunlar qəzet biznesinin ziyanla işləməsinə gətirib çıxarıb.
Lakin bu hal naməlum mənbələrdən maliyyələşdirilən yeni-yeni hökumətyönlü KİV-lərin yaradılmasına mane olmur. Belə KİV-lərin hakimiyyətə yaxın adamlar, onların qohumları və yüksək vəzifə tutan dövlət məmurları tərəfindən yaradıldığı məlumdur.
Yeni qəzet və agentliklərin yaradılma və fəaliyyət sxemləri olduqca oxşardır: qəfildən anonim bir təsisçi peyda olur və yüksək maaşla işçi yığır.Bu KİV-lər başqaları ilə rəqabətə girə bilmir,
tirajları satılmır, lakin rəsmi tədbirlərə həmişə dəvət edilirlər. Maliyyə vəziyyətləri də həmişə yaxşıdır.Bu arifmetikanın hakimiyyətin həmişə ağızdolusu danışdığı bazar iqtisadiyyatına heç bir dəxli yoxdur.Baş verənlər dolayısı ilə sübut edir ki, ölkədə naməlum mənbəli böyük və gizli vəsait dövr edir. Böyük ehtimalla demək olar ki, bu neftdən gələn və gizli iqtisadiyyatın vergidən yayınan sahələrindən gələn pullardır.
Demokratik jurnalistikanın norma və ənənələrini heçə döndərən bu faktorlar ictimai nəzarəti zəiflədir. Son illərdə jurnalistikanın bir institut kimi prestiji ciddi surətdə aşağı düşüb, KİV-in ictimai rəyə təsiri kəskin olaraq azalıb. Hətta ən kəskin yazı belə adekvat əks-səda yaratmır.Mətbuat özünün başlıca funksiyasını-dördüncü hakimiyyət olmasını itirməkdədir. Demək olar ki, yaranmış vəziyyət yuxarıda sadaladığımız proseslərin qanunauyğun nəticəsidir. Eyni zamanda hakimiyyətlə sövdələşməyə gedən KİV-lər öz nüfuzlarını itiriblər və açıq, ya gizli ötürülən "pay"lardan asılı vəziyyətə düşüblər.
Hakimiyyət üçün tövsiyələr:
Avropa Birliyinin Yeni qonşuluq proqramında əks olunmuş KİV-in azadlığı və müstəqilliyini təmin etmək kimi öhdəliyini, AŞPA Monitorinq komitəsinin hesabatındakı Azərbaycanda mətbuatın vəziyyətinə dair tövsiyləri yerinə yetirsin, ATƏT-in diffamasiya haqda verdiyi tövsiyəni qəbul etsin.Müstəqil və müxalif mətbuatla təmas yaratsın.KİV-nin inkişafına dair jurnalist təşkilatlarının iştirakı ilə uzunmüddətli proqram hazırlasın. Bu proqramda mətbuatla əlaqədar siyasət,iqtisadiyyat və qanunvericilikdə dəyişikliklər yarada biləcək ciddi addımlar nəzərdə tutulmalıdır.Söhbət ondan gedir ki, hakimiyyət reket jurnalistikaya qarşı mübarizəni gücləndirməli, müstəqil və müxalif mətbuata qarşı düşmənçilik münasibətindən əl çəkməli, ona yarınmaq yolunu tutmayan KİV və jurnalistlərə iqtisadi və başqa təzyiqlərdən imtina etməlidir. Hakimiyyət tənqidə münasibətdə daha səbrli olmalı, KİV və jurnalistlər isə mətbuatı ifrat siyasiləşdirməkdən əl çəkməli və jurnalist etikası normalarına əməl etməlidirlər. KİV-lərin iqtisadi müstəqilliyinə hərtərəfli şərait yaratmaqla onların siyasi və oliqarxik qruplardan asılılığını zəivlətmək vacibdir. Bu proses demokratik islahatların dərinləşdirilməsi, monpoliyadan imtina və iqtisadiyatın liberallaşdırılması vasitəsi ilə uğur qazana bilər.
Jurnalistlərə tövsiyələr:
Mətbuat Şurası ona olan ümidləri doğrultmadı, bu ideya gözdən salındı, demokratik mətbuatın rolu və təsiri isə minimuma endi. Məsələ o yerə çatdı ki, Mətbuat Şurasının başçısı Azərbəycanda jurnalistlərin hüqülarını pozmağına görə hakimiyyəti tənqid edən beynəlxalq hüquq müdafiəsi təşkilatlarının ünvanına açıq surətdə qınaqlar etdi.
Mətbuat Şurası hər hansı konkret məsələni müəyyənləşdirə və həll edə bilən layiqli və müstəqil quruma çevrilə bilmədi, faktiki olaraq formal bir qurum kimi mətbuatdakı ən vacib proseslərdən kənarda qaldı. Jurnalist qurumlarına mətbuat məkanında mayak ola biləcək yeni, nüfuzlu bir özünüidarə birlik gərəkdir. Belə bir qurumun yaradılması bu gün jurnalistlərin önündə birinci və ən vacib məsələdir.
Ölkənin jurnalist təşkilatlarının beynəlxalq qurumlarla əməkdaşlığını fəallaşdırmaq və möhkəmləndirmək, onları Azərbaycanda baş verən proseslər barədə operativ məlumatlandırmaq gərəkdir.
Beynəlxalq qurumlara tövsiyələr:
Azərbaycanda azad söz və jurnalist hüqüqlarının vəziyyəti 2006-cı ilin ortalarından başlayaraq kəskin surətdə pisləşib. Bu tendensiya getdikcə güclənməkdədir və böyük əsaslarla demək olar ki, hücumlar davam edəcək.Buna görə beynəlxalq qurumlar baş verənləri diqqətlə izləməli və uyğun qiymətləndirməlidir. Ümidlər ən çox ATƏT, Avropa Şurası, Avropa Birliyi və Qərb demokratiyası ölkələrinin hökumətlərinədir. Baş verən pozuntular açıqlanmalı və prinsipial qiymətini almalıdır.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyəti qarşısında mətbuata bu cür münasibətin imkansız olduğunu dəqiq qoymalıdırlar. Mətbuatın monitorinqi davam etdirilməli, genişləndirilərək elektron KİV və hakimiyyətin bu sahədə siyasətini əhatə etməlidir. 2008-ci ildə prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq bu olduqca vacib məsələdir. ATƏT və Avropa Şurasının Azərbaycanda mətbuat və jurnalist azadlığı üzrə xüsusi məruzəçi təyin etməsi məqsədəuyğundur.
|
CONCLUSIONS AND RECOMMENDATIONS ON RESULTS OF PRESS MONITORING WITHIN FRAMEWORK
OF NAJAF NAJAFOV FUND PROJECT
Najaf Najafov Fund has concluded the monitoring of 20 print mass media, within the framework of a project conducted from October 2006 to May 2007. The monitoring was devoted to the observation of journalism ethics and the law on mass media.
One of the main conclusions of the project is that ethic norms and the law is not a guiding line for the majority of publications and the electronic media in Azerbaijan. The use of slander, insults and compromising materials made to order in the media remains a common phenomenon and affects the formation of public opinion. Official and pro-governmental media take the lead here.
It is very dangerous that even those who drafted and signed various Codes and laws, including press organs that are members of the Press Council, also do not observe the law or journalism ethics.
There are all grounds to state that authorities are seriously involved in this process and interested in the preservation of such a situation. They establish pro-governmental media to take the media market under control. Access to information for the opposition and independent media is artificially limited.
The advertisement market, which is the main source of income for the media, is actively used by authorities as an economic lever of pressure on the non-loyal press.
Pressure on unsuitable media and journalists in the form of lawsuits as well as attacks and the abduction of press representatives remains a serious factor.
Bribery and enticing of journalists to pro-governmental media, as well as the creation of a series of new pro-governmental newspapers and electronic mass media organs is actively used.
Against the backdrop of this process, Azerbaijan's government and even officials from the presidential administration refuse to carry on a dialogue with the independent press. It should be stressed that during the entire period of his presidency, Ilham Aliyev has never met with the opposition media's editors and has never responded to their messages.
Therefore, the government carries out an intentional policy and has concrete aims. These aims are to take control of the media, to limit the media's independence to the maximum and, most importantly, to prevent them from participation in political processes.
Economic dependence of press, the high level of corruption in the country, poor liberal reforms and the clan character of economy help the government to pursue this policy.
Authorities make no complaints about the hundreds of racketeering newspapers, which are involved in extortion, but they very sensitively react to criticism from the opposition media and have actually waged war against them.
All of this has led to an actually unprofitable newspaper business. But this does not hinder the creation of new pro-governmental media, financed from unknown sources. Najaf Najafov Fund's monitoring determined that people close to authorities, their relatives and high-ranking state officials open such mass media.
The scheme of creation and operation of new newspapers and agencies is the same; an anonymous founder admits employees offering them a high salary. These media are invited to official events, though very often they are unable to compete with the remaining media and their newspapers are not bought. Meanwhile, the financial situation of these media remains stable. This process bears no relation to market economy.
This proves the circulation of a big volume of shadow money in the country.
But these are most likely oil revenues and resources from untaxed shadow fields of economy.
All of these factors wash away norms and traditions of democratic journalism and weaken public control over authorities. In the past years the prestige of journalism as an institution has seriously declined and media influence on public opinion has sharply decreased. The most urgent news does not cause an adequate reaction. Press loses its main function and is no longer the fourth power. The occurring process is a logical result of the above-mentioned processes.
The principle of compromise with authorities had led the media, which has selected this path, to lose authority and its dependence on secret and open subsidies.
Recommendations to authorities : to ensure the fulfillment of commitments undertaken within the framework of European Union's New Neighborhood Program and observe the freedom and independence of media, to take into account recommendations included in the report of PACE Monitoring Committee's rapporteurs about freedom of press in Azerbaijan and OSCE recommendations on the decriminalization of defamation.
To carry on a dialogue with the independent and opposition press: To work out and adopt a long-term media development program with the participation of journalist organizations. The program must include serious steps aimed at the improvement of legislation, economy and policy in this field. These include strengthening the struggle against journalism racketeering, the refusal of a hostile attitude towards opposition and independent press, and avoiding economic and any other form of pressure on the media and journalists.
Authorities must display tolerance toward criticism, while journalists and the media must observe journalism ethics and refuse from excessive politicization.
To support economic independence of the media and decrease their dependence on political and oligarchic groups: These processes could be a success, in the event of deepening of democratic reforms, liberalization of economy and refusal from monopolies.
Recommendations to journalists : The Press Council has not justified hopes and its role and influence on the democratic press is minimized. The head of the Press Council has openly condemned international human rights organizations that criticize Azerbaijani authorities for violating journalists' rights.
The Press Council did not become an independent and competent agency able to determine and resolve concrete problems. The Press Council remained on the sidelines in main processes and turned into a formal agency.
New self-organization of journalist agencies, which could play the role of a lighthouse and act as an authority in the journalism community, is needed. The creation of such an organization is the first and most important task of journalists.
It is necessary to intensify and strengthen cooperation between journalism organizations and international organizations, and to inform them about processes in Azerbaijan.
Recommendations to international organizations :
Since mid-2006 the situation of freedom of speech and journalists' rights has seriously become aggravated in Azerbaijan. This tendency continues to gather strength. There are grounds to suppose that the attacks will not stop and international organizations must keep track of the events and give them adequate assessment. We pin hopes on OSCE, Council of Europe, European Union and governments of the West.
The registered violations must be made public and receive principal assessment.
International organizations must prevent such Azerbaijani authorities' attitude towards press.
Media monitoring must be continued and include the print and electronic media, as well as authorities' policy in this field. This is very important considering the presidential elections in 2008.
The OSCE and Council of Europe should appoint a special rapporteur on freedom of the press and journalists in Azerbaijan.
|
ВЫВОДЫ И РЕКОМЕHДАЦИИ ПО ИТОГАМ МОHИТОРИHГА ПРЕССЫ
В РАМКАХ ПРОЕКТА ФОHДА HАДЖАФА HАДЖАФОВА
Фонд Hаджафа Hаджафова завеpшил пpоект монитоpига 20 печатных СМИ стpаны,пpоводимый в пеpиод октябpя 2006 - по май 2007 гг. Монитоpинг был посвящен соблюдению жуpналистской этики и закона о СМИ.
Один из главных выводов пpоекта в том, что ноpмы этики и законности не являются маяком или оpиентиpом для большинства печатных и электpонных СМИ Азеpбайджана. Использование в СМИ клеветы, оскоpблений, заказных матеpиалов и компpомата остается обыденным явлением и оказывает существенное влияние на фоpмиpование общественного мнения. Официальные и пpопpавительственные СМИ лидиpуют в этом.
Показательно, что ноpмы законности и жуpналистской этики не соблюдают даже некотоpые из тех, кто готовил и подписывал всевозможные кодексы и законопpоекты, включая СМИ, входящие в Совет пpессы.
Есть все основания считать, что власти сеpьезно вовлечены в этот пpоцесс и заинтеpесованы в сохpанении подобной ситуации: они создают пpопpавительственные СМИ и стpемятся взять под максимальный контpоль медийный pынок.
Одновpеменно, искусственно огpаничивается доступ к инфоpмации оппозиционным и независимым СМИ.
Рекламный pынок - главный источник доходов СМИ - активно используется, как экономический pычаг давлаения на нелояльную пpессу.
Сеpьезным фактоpом остается давление на неугодных СМИ и жуpналистов в виде судебных исков, а также нападения и похищений пpедставителей пpессы.
Все активнее используется подкуп и пеpеманивание жуpналистов в пpопpавительственные СМИ, а также создание целой сеpии новых пpопpавительственных газет и электpонных СМИ.
Hа фоне всего этого, высшее pуководство стpаны отказываются от диалога с независимой пpессой. Достаточно отметить, что за все вpемя пpезидентства Ильхама Алиева он ни pазу не встpетился с pедактоpами СМИ и пpоигноpиpовал все их обpащения. Hедавняя встpеча пpавящей паpтии с pаботниками СМИ носила фоpмальный хаpактеp.
Все это позволяет сделать вывод, что пpавительство осуществляет целенапpавленную политику с целью деpжать под контpолем медийное пpостpанство, максимально огpаничить самостоятельность СМИ и самое главное, не позволять им быть участниками политических пpоцессов, не отвечающих интеpесам властей.
Главными "помощниками" властей в этом являются: экономическая зависимость пpессы, высокий уpовень коppупции в стpане, слабость либеpальных pефоpм, клановость экономики.
Власти спокойно относятся к существованию в стpане сотен pэкетиpских газет, откpыто занимающихся вымогательством и в то же вpемя кpайне болезненно pеагиpуют на кpитику оппозиционных СМИ, пpотив котоpых фактически ведется необъявленная война.
Все это пpивело к тому, что газетный бизнесс сегодня фактически убыточен. Однако, это не мешает созданию все новых пpопpавительственных СМИ, инансиpуемых из неизвестных источников. Монитоpинг зафиксиpовал создание подобных СМИ близкими к властям людей, их pодственниками и высокопоставленными госчиновниками.
Схема создания и деятельности новых газет и агентств очень схожа: вдpуг появляется анонимный учpедитель и набиpает pаботников на высокую заpплату. Эти СМИ активно пpиглашают на официальные меpопpиятия и высшие правительственные круги, хотя они зачастую не в состоянии конкуpиpовать с остальными, а их тиpажи не pаскупаются. Тем не менее, благосостояние новых СМИ не стpадает. Подобная аpифметика не имеет ничего общего с pыночной экономикой, о котоpой неустанно говоpят власти.
Пpоисходящее является косвенным свидетельством циpкуляции в стpане больших масс теневых сpедств, неясного пpоисхождения. Однако с большей долей веpоятности можно утвеpждать, что это нефтяные деньги и сpедства из иных теневых сфеp экономики, не облагаемых налогами.
Все это фактоpы pазмывают ноpмы и тpадиции демокpатической жуpналистики.
В последние годы сеpьезно упал пpестиж жуpналистики как института, одновpемнно pезко снизилось влияние СМИ на общественное мнение. Даже
самая pазоблачительная статья не вызывает pеакции. Пpесса теpяет свою главную функцию - пеpестает быть четвеpтой властью. Можно утвеpждать, что пpоисходящее является закономpеным pезультатом вышеназванных пpоцессов.
Пpинцип соглашательства с властями пpивел избpавших этот путь СМИ к потеpе автоpитета и зависимости от скpытых и откpытых дотаций.
Рекомендации властям:
обеспечить выполнение обязательств страны ,отpаженных в пpогpамме Hовое соседство Евpосоюза по обеспечнию свободы и независимости СМИ, положения и pекомендации в отчетах докладчиков Монитоpингового комитета ПАСЕ по ситуации со свободой пpессы в Азеpбайджане, pекомендации ОБСЕ по декpиминализации клеветы.
Пойти на контакт с независимой и оппозиционной пpессой. Разpаботать с участием жуpналистских оpганизаций и пpинять долгосpочную пpогpамму по pазвитию СМИ. Такая пpогpамма должна включать сеpьезные шаги в изменении законодательства, экономики и политики в данной сфеpе. Речь идет об отказе от вpаждебного отношения к оппозиционной и независимой пpессе, от экономического и иного давления на неугодные СМИ и жуpналистов, борьбе с журналистским рэкетом.
Власти должны пpоявлять больше теpпимости к кpитике, а жуpналисты и СМИ соблюдать ноpмы жуpналистской этики и отказаться от излишней политизации пpессы.
Hеобходимо всячески поддеpживать экономическую независимость СМИ и снижать их зависимость от политических и олигаpхических гpупп. Эти пpоцессы могут быть успешны пpи углублении демокpатических pефоpм, либеpализации экономики и ее демонополизации.
Рекомендации жуpналистам:
Совет пpессы себя не опpавдал, сама идея оказалась дискpедитиpована, а pоль и влияние демокpатической пpессы минимизиpовано. Дело дошло до того, что глава Совета пpессы откpыто осудил междунаpодные пpавозащитные оpганизации, кpитикующие власти Азеpбайджана за наpушением пpав жуpналистов.
Совет пpессы так и не стал той независимой и компетентной стpуктуpой, способной опpеделять и pешать конкpетные задачи. Фактически СП остался в стоpоне от важнейших пpоцессов, пpевpатившись в фоpмальную стpуктуpу.
Hеобходима новая самооpганизация жуpналистских стpуктуp, котоpая сможет игpать pоль маяка и автоpитета в жуpналистском сообществе.
Создание такой стpуктуpы - пеpвейшая и важнейшая задача жуpналистов.
Hеобходимо активизиpовать и укpеплять сотpудничество жуpналистских оpганизаций стpаны с междунаpодными стpуктуpами и опеpативно инфоpмиpовать их о пpоцессах в Азеpбайджане.
Рекомендации междунаpодным оpганизациям:
Hачиная с сеpедины 2006 года в Азеpбайджане pезко худшилось состояние свободы слова и пpав жуpналистов. Эта тенденция пpодолжает набиpать обоpоты. Есть все основания погать, что нападки не пpекpатятся. Пэтому, междунаpодные стpуктуpы должны внимательно отслеживать пpоисходящее и давать им адекватную оценку. Особые надежды возлагаются на ОБСЕ, Совет Евpопы, Евpосоюз, а также пpавительства стpан Западной демокpатии. Фиксиpуемые наpушения должны обнаpодываться и получать пpинципиальную оценку.
Междунаpодные оpганизация должны четко ставить пеpед властями Азеpбайджана недопустимость подобного отношения к пpессе.
Монитоpинг СМИ должен быть пpодолжен и охватывать печатные и электpонные СМИ, а также политику властей в данной сфеpе. Это кpайне важно учитывая пpедстоящие в 2008 году пpезидентские выбоpы.
Целесообpазно, чтобы ОБСЕ и Совет Евpопы назначили специального докладчика по Азеpбайджану по свободе пpессы и жуpналистов.
|
|