Azərbaycan mətbuatının monitorinqi layihəsi daxilində 2008 - ci il Aprel ayı üçün təqdim edilən məqalələrin

Hüquqi Analizi

Hüquqşünas Ələsgər Məmmədli

Media Hüququ üzrə ekspert

2008-ci il mart ayını əhatə edən onlarla həftəlik və günlük qəzetlərdən seçilmiş məqalə hüquqi baxımdan analiz edilmişdir. Bu Məqalələrdə diffomasiya (qarayaxma) baxımından məhkəmə perspektivi olub-olmaması araşdırılmış, söz azadlığının və mətbuat azadlığının geniş tutulması əsas götürülərək, bir çox məqalə Azərbaycanın mövcud qanunvericiliyi baxımından ciddi şəkildə analiz edilmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin prisedent hüququ da diqqətə alınaraq mülki və cinayət hüququ baxımından müəyyən edilən pozuntular seçilmişdir. Bu xüsusiyyətlər nəzərə alınaraq, 72 məqalədə hüquqi baxımdan pozuntu kim müəyyən edilmişdir. Bunlar aşağıdakı qəzetlərdəki məqalələrdir:

  1. İdeal - 22 məqalə
  2. Müasir Müsavat - 19 məqalə
  3. Səs - 17 məqalə
  4. Azərbaycan - 4 məqalə
  5. Yeni Azərbaycan – 3 məqalə
  6. Palitra – 2 məqalə
  7. İmpuls - 1 məqalə
  8. Paritet - 1 məqalə
  9. Yeni Müsavat 1 məqalə
  10. Kaspi -1 məqalə

Ekspertiza zamanı 72 məqalənin 39-da birbaşa diffomasiya (cinayət hüququ baxımından pozuntu) olduğu qənaətinə gəlinmişdir. Bunlar Hal-hazırda qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 147.1 və 147.2 (Böhtan), habelə 148 (Təhqir) maddələrinin pozulması faktı kimi qiymətləndirilə bilər. Digər, 33 məqalədə isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şəxslərin mənafelərinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır. (sxem 2)

Sxem-2

Cinayət hüququ baxımından;

72 qəzet yazısının 39-da ehtimal edilən cinayət məcəlləsinin pozulması halları Hal-hazırda qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 147.1 və 147.2 (Böhtan), habelə 148 (Təhqir) maddələrinin tələblərinin kobud şəkildə pozulması faktı kimi qiymətləndirilə bilər. Bu yazılarda müəlliflər, haqqında yazdıqları şəxslərin şərəf və ləyaqətinə, habelə nüfuzuna ziyan vurmaq məqsədi ilə yalan olduğunu bildiyi halda böyük ehtimalla qəsdən böhtan və təhqirə yer vermiş, həmin şəxsləri qaralamaq, nüfuzuna ziyan vurmaq yolunu tutmuşdurlar.

Bunlar aşağıdakı qəzetlərdə olan məqalələrdir:

  1. Müasir Müsavat – 16
  2. İdeal – 13
  3. Səs -7
  4. Azərbaycan - 2
  5. ? -1

(Sxem-3)

Mülki hüquq baxımından;

72 yazının 33-də cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şəxslərin mənafelərinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır. Bu yazılar aşağıdakılardır:

  1. Səs -10
  2. İdeal -9
  3. Müasir Müsavat -3
  4. Yeni Azərbaycan -3
  5. Azərbaycan – 3
  6. Palitra -2
  7. impuls -1
  8. Yeni Müsavat -1
  9. Paritet -1
  10. Kaspi -1

Sxem -4

Həmin yazılarda tərəfli, qərəzli, obyektivlikdən uzaq və balansı olmayan, aşağılayicı və yalan və ləkələyici ifadələrə yer verildiyi müşahidə edilmişdir. Jurnalist etikasının pozulması, yalan və ləkələyici ifadələrlə şəxslərin nüfuzuna toxunulduğu, təhqiramiz ifadələrin işlədildiyi görülmüşdür.

Bu da öz növbəsində Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməzliyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan “Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan “Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz” müddəalarının ciddi şəkildə pozulması kimi qiymətləndirilə bilər. Bununla bərabər Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan Kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyini əhatə edən, “vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir” müddəasının kobud şəkildə pozulması müşahidə edilmişdir. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 60-cı maddəsinə görə vətəndaşların şəxsi həyatına qəsd etdikdə, qanunvericiliyi pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət yaranır.

Belə olan halda mülki Məcəllənin 23-cü maddəsində şəxslərə verilən Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi imkanından zərər çəkən tərəflərin istifadə etmək hüququ yaranır.

Mülki Məcəllənin 23-cü maddəsi imkan verir ki, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb etsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.

Mülki Məcəllənin 23-cü maddəsinin şərh edildiyi Konstitusiya Məhkəməsinin qərarı ilə 23-cü maddə hüquqi şəxslərin də qorunmasını əhatə edir.

Hüquqi baxımdan analiz edilərək pozuntu olduğu müəyyən edilən 72 yazının cinayət hüququnun pozulması faktları da (39 fakt) daxil olmaqla 72-də də, yazıdan zərər çəkən tərəflərin Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini təmin etmək üçün məhkəməyə müraciət etmək hüququ yaranır.

Peşə davranış Qaydaları baxımından;

Pozuntuların olduğu müəyyən edilən 72 yazının hər birində 15 mart 2003-cü ildə Təsis edilən Mətbuat Şurasının təsis Qurultayında qəbul edilən “Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydaları”nda nəzərdə tutulan 4 Prinsipdən 3-ü bu və ya digər formada pozulub.

Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 1-ci Prinsipində nəzərdə tutulan Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 2-ci Prinsipində nəzərdə tutulan İnformasiya qaynağına sayğılı yanaşma və 3-cü Prinsipində nəzərdə tutulan Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı qaydalarının pozulduğu açıq formada müşahidə edilmişdir.

Xüsusi qeyd:

Analiz edilən və hüquq pozuntusu olduğu müəyyən edilən 72 məqalənin əksəriyyətində seçkilər öncəsi vəziyyət xatırladılaraq müxalifət partiyalarının liderləri və müxalif siyasətçilər hədəf kimi seçilmişdir.

Qəzetin adi

tarixi

Müəllifi

Yazının adi

motivi

Hüquqi analizi

1

İdeal

24.04.2008

Nihad

“Dostum” dedi ki, ictimaiyyətdə rəyi neondertallar formalaşdırır

Buna heç bir şübhəm yoxdur

analiz

Yazıda bütünlüklə Bir neçə siyasi və ictimai fiqur hədəfə götürülərək qəsdən təhqir olunduqları müşahidə edilir. CM 148-ci maddəsinin tətbiqi perspektivi var.

2

Səs

23.04.2008

Tapdıq

sul Quliyev didərgin düşüb?

Xəbər

Yazıda Onun haqqında bir cinayət əməlinə görə ABŞ dan çıxarıldığı yazılır. Bu iddianın isbat olunmaması halında CM 147-ci maddəsində nəzərdə tutulan böhtana görə tərəfin iddia qaldırmaq hüququ var.

3

Səs

23.04.2008

F. Bayramzadə

Müxalifətdə gərginlik artır

Xəbər

Yazıda Müsavat partiyasını nüfuzdan salmağa yönələn, yalan və ləkələyici “informasiyalara” yer verilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

4

Səs

24.04.2008

F. Bayramzadə

Əli Kərimov “Yurd”çuların təpkisi ilə üzləşib.

Xəbər

Yazıda Partiya sədrinin şəxsiyyətinə toxunacaq ifadələrə və təhqirə yer verildiyi müşahidə edilir. CM 147-ci maddəsinin tətbiq edilmə perspektivi var.

5

Səs

24.04.2008

Tapdıq Qurbanlı

“Azadlıq” bloku “ACP” və AMİP-i ələ almağa çalışır

Xəbər-analiz

Yazıda yalan olan və böhtan sayıla bilən ifadələr işlədilib. CM 147-ci maddəsinin tətbiqi perspektivi var.

6

Azərbaycan

09.04.2008

R. Cəfərli

Azadlıq qəzetinin əməkdaşı Aqil Xəlilovun əxlaqsız əməllərlə məşğul olduğu üzə çıxdı.

analiz

Yazı müəllifi Aqil Xəlil haqqında rəsmi qurumların yaydığı informasiyanı müəllif yazısına çevirərək məsuliyyəti üz üzərinə götürmüşdür. Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

7

Kaspi

11.04.2008

K. Hacıyev

Aqil Xəlilin ümidinə qalan müxalifət

analiz

Yazı müəllifi Aqil Xəlil haqqında rəsmi qurumların yaydığı informasiyanı müəllif yazısına çevirərək məsuliyyəti üz üzərinə götürmüşdür. Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

8

Azərbaycan

08.04.2008

 

Azadlıq qəzetinin müxbiri Aqil Xəlilovla bağlı hadisənin peşə fəaliyyəti ilə bağlı deyil, əxlaq normalarına sığmayan hərəkətlərdən irəli gələn münasibətlər zəminində baş verdiyi müəyyən edilmişdir.

analiz

İstər yazının manşetində, istərsə də Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar rəsmi mənbəyə isnadən verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda yaranacaq məsuliyyət KİV-in yox, bu məlumatı yayan rəsmi qurumların üzərinə düşür. Lakin bu başlığın bu formada seçilməsi birbaşa qəzetə məxsus olduğundan burada istər qəzet tərəfindən istərsə də bu məlumatı yaymağa təqdim edən rəsmi strukturlar tərəfindən Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

9

Yeni Azərbaycan

08.04.2008

 

Respublika Prokurorluğu Aqil Xəlilovun bıçaqlanması faktı ilə bağlı məlumat yayıb

Xəbər

də Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar rəsmi mənbəyə isnadən verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. Lakin bu müdaxilə rəsmi qurumlar tərəfindən həyata keçirilib. Qəzet rəsmi məlumatı yaydığını başlığa da çıxarıb. KİV haqqında Qanunun tələbinə əsasən bu halda yaranacaq məsuliyyət KİV-in yox, bu məlumatı yayan rəsmi qurumların üzərinə düşür. Bu yazı Rəsmi qurumlar tərəfindən Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər.

10

Azərbaycan

11.04.2008

E. Hacıalıyev

Əxlaqsızlıq radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib

analiz

Yazı müəllifi Aqil Xəlil haqqında rəsmi qurumların yaydığı informasiyanı müəllif yazısına çevirərək eyni zamanda müxtəlif siyasətçilərə hədəfə götürərək təhqir elementlərinə yer vermiş, habelə yalan məlumatları doğru kimi verərək böhtana yer vermişdir. Bununla da adı çəkilən şəxslər haqqında onların şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə CM 147 və148-ci maddələrinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

11

Yeni Azərbaycan

11.04.2008

 

AXCP-nin Aqil Xəlilov oyunu da iflasa uğradı

Xəbər

Yazıda rəsmi mənbəyə isnadən bir neçə gün əvvəl yayılan məlumatları əsas gətirərək Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Eyni zamanda bunu Partiya ilə əlaqələndirmədə çalışıblar. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə olmaqla bərabər Partiyanın nüfuzuna ziyan vurmaq məqsədi də var. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər.

12

Azərbaycan

11.04.2008

R. İslamoğlu

Aqil Xəlilov “Sərgüzəştləri” ilə AXCP-nin salnaməsinə növbəti “şanlı səhifə” yazdı

analiz

Yazıda rəsmi mənbəyə isnadən bir neçə gün əvvəl yayılan məlumatları əsas gətirərək Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Ayrıca təhqir sayılacaq ifadələr işlədilib. Eyni zamanda bunu Partiya ilə əlaqələndirmədə çalışıblar. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə olmaqla bərabər Partiyanın nüfuzuna ziyan vurmaq məqsədi də var. Konstitusiyanın 32, 63-cü maddələrinin, CM 148-ci maddəsinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər.

13

Yeni Azərbaycan

18.04.2008

Pərviz Sadayoğlu

Müsavat Partiyası seçkidən öncə parçalanacaq

Xəbər

Yazıda Partiya liderlərinin nüfuzuna ziyan vura bilən, doğru olması ehtimalı olmayan ifadələrə yer verilib. Müəllif bunları sübut edə bilmədiyi halda məsuliyyət daşıyacaq. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

14

Müasir Müsavat

29.04.2008

Məqsəd

Rauf Şenok nazirlər arasında təhlükəsini axtarır

analiz

Yazıda qəzet redaktorunun şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

15

Müasir Müsavat

29.04.2008

Məqsəd

Qəmbərov İsa gənclərin arxasında gizlənəcək

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

16

Müasir Müsavat

26.04.2008

Elgün

İflasa uğrayan həm də Qəmbərov İsadır.

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

17

Müasir Müsavat

26.04.2008

Elgün Elsever

İqbal Ağazadənin istifadə müddəti bitib

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

18

Müasir Müsavat

24.04.2008

Məqsəd

Ləkələnmişin ləkədən nə qorxusu

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və CM 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər.

19

Müasir Müsavat

22.04.2008

Eldar

...... Qəmbərov İsaya vəzifə vəd olunub

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

20

Müasir Müsavat

19.04.2008

Eldar

Qəmbərov İsa neofaşistlərlə görüşəcək

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

21

Müasir Müsavat

19.04.2008

Eldar

İstifadə olunmuş yeni təqdimat

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

22

İmpuls

18-24.04.2008

Eldar

Hər şey Əli Həsənovun rəyindən asılıdır

Müsahibə

Yazıda Arif Əliyev haqqında şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan ifadələr işlədilib. . MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

23

Müasir Müsavat

12.04.2008

Eldar

Satqın agent ABŞ-ın ayaqlarına düşüb

MDİ onları pulla ələ alır

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

24

Müasir Müsavat

12.04.2008

Elgün Elsever

Qəmbərov-Kərimov mərəzi

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər.

25

Paritet

12-14.04.2008

A. Binəli

Müxalifətin iç üzü

analiz

Yazıda adə çəkilən şəxslər haqqında şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, özəl həyatlarına mdaxilə sayılan ifadələr işlədilib. MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

26

Müasir Müsavat

10.04.2008

Elnur

Qasımov yaxasını İsgəndər Həmidovdan qutarıb.

analiz

Yazıda yerləşdirilən şəkildə şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən məqama yer verilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

27

Müasir Müsavat

10.04.2008

Elnur

Kərimov Əlinin .......... dostları ilə birlikdə şousu

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər.

28

Müasir Müsavat

08.04.2008

Eldar

Qəmbərov İsa Venesiya Komissiyasının yolunu gözləyir.

analiz

Yazıda yerləşdirilən şəkildə şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən məqama yer verilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

29

Müasir Müsavat

08.04.2008

Elgün Elsever

İqbal Ağazadənin istündən xətt çəkilib

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər.

30

Müasir Müsavat

05.04.2008

Eldar

Agenti siyasətə qaytarırlar

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

31

?

?

Babək Yusifoğlu

Kamran Həsənli nə danışdığını bilirsənmi?

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən ifadələr işlədilib. CM 148-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

32

Müasir Müsavat

03.04.2008

Anar

Qəmbərov İsanın kitabı bağlanacaq

analiz

Yazıda yerləşdirilən şəkildə o cümlədən haqlarında bəhs olunan siyasətçilərin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən məqama yer verilib. CM 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

33

Müasir Müsavat

17.04.2008

Eldar

Kərimov Əlinin ......... müdafiəçiləri

analiz

Yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib. CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər.

34

Müasir Müsavat

05.04.2008

Eldar

Agent .... Yenə də cırtdanların ümidinə qalıb

analiz

Yazıda yerləşdirilən şəkildə o cümlədən yazıda şəxsin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər.

35

Müasir Müsavat

15.04.2008

Elgün Elsever

Qəmbərovla Kərimov “Müştəri” axtarırlar

analiz

Yazıda yerləşdirilən şəkildə o cümlədən yazıda adları çəkilən şəxslərin şərəf və ləyaqətinə toxunan, nüfuzdan salmağa çalışılan, təhqir edən və sübut edilmədiyi təqdirdə böhtan kimi qiymətləndirilən ifadələr işlədilib CM 147-ci və 148-ci maddələrinin pozulması kimi qiymətləndirilə bilər.

36

Yeni Müsavat

15.04.2008

Ervin Mirzə

“PKK-çı qəzet Azərbaycan nəşriyyatında çıxır

Xəbər

Yazıda nəzərdə tutulan məsələlər gerçək olmadığı təqdirdə MM 23-cü maddəsi ilə məsuliyyət qaldırıla bilə, doğru olduğu sübut edilsə isə məsuliyyət yaradacaq məqam olmaz.

37

İdeal

02.04.2008

Nicat

Siyasi məhbusların ucuz personalları

analiz

Yazıda bütünlüklə şəxsi həyata müdaxilə, nüfuzu alçaltma meylləri var. “Əgər satqınlılıq, casusluq, riyakarlıq, vətəni, torpağı satmaq qəhrəmanlıqdırsa Ruslan Bəşirliyə Milli Qəhrəman adı verilməlidir”. MM 23-cü maddəsinin tələbləri istiqamətində hədəfə götürülən Ruslan Bəşirlinin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var.

38

İdeal

03.04.2008

Firuz

Əvvəl Primakov indi də Herkel

analiz

Yazıda Andres Hekel barədə işlədilən “Öz doğma vətənində adı it dəftərində olmayan” - ifadəsi təhqir elementini daşıyır və Cinayət Məcəlləsinin 148-ci maddəsinin pozulması faktı kimi məhkəmə perspektivi var.

39

İdeal

03.04.2008

Anar

“Kuklalar” seçkini boykot edəcəklər

analiz

Yazıda işlədilən “İsa Qənbər o İsa Qənbərdir ki, dədədən-babadan ....... kimi tanınıb, ................... uşaqlıqdan bu günə kimi .... kimi formalaşmayıb ”- ifadələri təhqir və böhtan elementini daşıyır və Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsinin pozulması faktı kimi məhkəmə perspektivi var.

40

İdeal

01.04.2008

Anar

“Press post”... “Post Press” Mışbaşı kim olsun?-Amaşov, Almanqızı?

analiz

Yazıda nalayiq formada Nigar Almanqızı və Əflatun Amaşov və Xoşqədəm Hidayətqızı təhqir olunublar. Bu ifadələri təhqir elementini daşıyır və Cinayət Məcəlləsinin 148-ci maddəsinin pozulması faktı kimi məhkəmə perspektivi var.

41

İdeal

01.04.2008

Taleh

Yıxıl adın çıxsın

analiz

Yazıda işlədilən ifadələrlə Eynulla Fətullayev, Ruslan Bəşirli və Rauf Arifoğlu təhqir və böhtanlara məruz qalıb. Bu ifadələri təhqir və böhtan elementini daşıyır və Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsinin pozulması faktı kimi məhkəmə perspektivi var.

42

İdeal

01.04.2008

Firuz

İmanın nə olduğunu bilməyən “tanınmış simalar”

analiz

Yazıda işlədilən ifadələrlə Arif Hacılının, Ruslan Bəşirli və Rauf Arifoğlunun haqqında onların nüfuzunu zədələyici fikirlərə yer verilib. MM 23-cü maddəsinin tələbləri istiqamətində hədəfə götürülən şəxslərin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var.

43

Səs

05.04

Elçin Bayramlı

Xalqın aldanmaq limiti tükənib

Kjh \

Yazıda Əli Kərimov haqqında onun ini zədələyici yalan fikirlərə yer verilib. MM 23-cü maddəsinin tələbləri istiqamətində hədəfə götürülən şəxsin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var.

44

İdeal

08.04.2008

Firuz

Növbəti təxribat başlanır

analiz

Yazıda ümumilikdə bir çox hədəf seçilib və etikadan uzaq ifadələr işlədilib. Adları çəkilən şəxslərə qarşı zədələyici fikirlərə yer verilib. MM 23-cü maddəsinin tələbləri istiqamətində hədəfə götürülən şəxslərin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var.

45

Palitra

08.04.2008

 

Aqil Xəlilovun başına gələnlər peşə fəaliyyəti ilə bağlı deyil.

analiz

Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar rəsmi mənbəyə isnadən verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda yaranacaq məsuliyyət KİV-in yox, bu məlumatı yayan rəsmi qurumların üzərinə düşür. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

46

Səs

08.04.2008

Mirzə Qərənfil

“Beşlərin” iflası

analiz

Yazıda Müsavat partiyası və onun Başqanı haqqında ləkələyici ifadələr işlədilib. Bu ifadələr şəxsin nüfuzuna yönələn ifadələrdir və MM 23-cü maddəsi ilə həmin şəxsin məhkəməyə müraciət imkanları var. Konstitusiya Məhkəməsinin MM 23-cü maddəsinə verdiyi şərhə görə 23-cü maddə sadəcə fiziki yox, hüquqi şəxslərin nüfuzlarının qorunmasını da əhatə edir. Bu baxımdan Hüquqi şəxs də iddia qaldıra bilər.

47

Səs

08.04.2008

 

Azadlıq qəzetinin müxbiri Aqil Xəlilovun bıçaqlanması peşə fəaliyyəti ilə bağlı deyil.

analiz

Azər TAC a istinadən yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar rəsmi mənbəyə isnadən verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda yaranacaq məsuliyyət KİV-in yox, bu məlumatı yayan rəsmi qurumların üzərinə düşür. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

48

Palitra

09.04.2008

Qorqud

Aqil Xəlil oyunu da iflasa uğradı

analiz

Yazı müəllifi Aqil Xəlil haqqında rəsmi qurumların yaydığı informasiyanı müəllif yazısına çevirərək məsuliyyəti üz üzərinə götürmüşdür. Yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək məlumatlar verilib. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

49

İdeal

09.04.2008

Orxan

Ümidiniz Mavilər!

analiz

Yazıda ümumilikdə bir çox hədəf seçilib və etikadan uzaq ifadələr işlədilib. Adları çəkilən şəxslərə qarşı (Əli Kərimli, Aqil Xəlil, Yaqub Əliyev) zədələyici fikirlərə yer verilib. Yalan və böhtana yer verilib. MM 23-cü maddəsinin tələbləri istiqamətində habelə CM147 və 148-ci maddələri istiqamətində hədəfə götürülən şəxslərin hüquqlarını məhkəmə qaydasında müdafiə etmək perspektivləri var.

50

Səs

08.04.2008

Elçin Bayramlı

“Mavi siyasət”

analiz

Yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək ifadələr işlədilib eyni zamanda Əli Kərimli haqqında da təhqiramiz və böhtan sayıla biləcək ifadələrə yer verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

51

Səs

10.04.2008

R. Hüseynova

Radikal düşərgə “Mavilərin yuvasına” çevrilir

Artıq bu Müxalifətin özü tərəfindən də etiraf olundu

analiz

Yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək ifadələr işlədilib eyni zamanda Əli Kərimli haqqında da təhqiramiz və böhtan sayıla biləcək ifadələrə yer verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

52

Səs

10.04.2008

R. Hüseynova

Radikal düşərgə “Mavilərin yuvasına” çevrilir

Artıq bu Müxalifətin özü tərəfindən də etiraf olundu

analiz

Yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək ifadələr işlədilib eyni zamanda Əli Kərimli haqqında da təhqiramiz və böhtan sayıla biləcək ifadələrə yer verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

53

Səs

10.04.2008

“Səs”in analitik qrupu

Siyasi mədəniyyətsizlikdən doğan xaos

analiz

Yazıda ümumilikdə müxalifət haqqında qərəzli və böhtan dolu fikirlərə yer verilib. Lakin konkret olaraq Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu ləkələyəcək ifadələr işlədilib Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

54

İdeal

10.04.2008

Orxan

İnternatın Tar-verdi-si

analiz

Yazıda hədəfə alınan Tanrıverdi adlı şəxsin haqqında təhqiramiz ifadələr işlədilib. , Cinayət Məcəlləsinin 148-ci maddəsiin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

55

İdeal

10.04.2008

Nicat

Yalnız bircə dəfə güzəşt etdin artıq qız deyilsən

analiz

Yayılan yazıda Aqil Xəlil haqqında onun şəxsi həyatına müdaxilə sayıla biləcək, nüfuzunu Şərəf və ləyaqətini ləkələyəcək ifadələr işlədilib eyni zamanda Əli Kərimli haqqında da təhqiramiz və böhtan sayıla biləcək ifadələrə yer verilib. Ayrıca, bəzi müğənnilərin adları çəkilərək onların da ləyaqətlərinə toxuna biləcək ifadələrə yer verilib. Bu baxımdan Şəxsin özəl həyatına müdaxilə var. KİV haqqında Qanunun tələbinə əsasən bu halda məsuliyyət yaranır. Konstitusiyanın 32, 63-cü maddələrinin, Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

56

İdeal

11.04.2008

Nəsib

Səhv düşəndə yerimiz

Köşə yazısı

Yazıda müxtəlif sənətçilər hədəfə götürülüb və onların şəxsi ləyaqətlərinə və nüfuzlarına toxunan ifadələr işlədilib. Xüsusilə, Kamran Həsənli barəsində... MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər

57

Səs

11.04.2008

F. Bayramzadə

İsa və Əli Yenə ABŞ-a gedir

Qrant dilənməyə

analiz

Yazıda hər iki müxalifət Partiyası lideri haqqında yalan və böhtan dolu ifadələr işlədilib. CM 147-ci maddəsinin habelə MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirmək olar.

58

İdeal

12.04.2008

İlkin

Tarverdi huyyyyy!

analiz

Yazıda hədəfə alınan Tanrıverdi adlı şəxsin haqqında təhqiramiz ifadələr işlədilib. Sübut edilmədiyi halda Cinayət Məcəlləsinin 148-ci maddəsinin habelə MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

59

Səs

12.04.2008

Elçin Bayramlı

“Mavi mələklər” və qırmızı jurnalistika

Adını jurnalist qoymuş şəxs mavi fəaliyyətini qıpqırmızı inkar etməz

analiz

Yazıda Aqıl Xəlil və Əli Kərimli haqqında yalan və ləkələyici ifadələr işlədilib.

MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

60

Səs

15.04.2008

Tapdıq Qurbanlı

Əli Kərimov AXCP(i) üçün problemə çevrilir

analiz

Yazıda Əli Kərmlinin şərəf və ləyaqətinə toxunan, onun siyasi nüfuzuna zərbə vuran ifadələr işlədilib.

Bu yazı MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər.

61

İdeal

15.04.2008

Firuz

Nankorların qarşısında ziyalı susmamalıdır

analiz

Yazıda bəzi ziyalılar (Kamil Vəli Nərimanoğlu, Rüstəm Behrudi, Ramiz Rövşən) tənqid edilməklə yanaşı, onların şəxsiyyətinə toxunan ifadələr işlədilib. Bu yazı MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər.

62

İdeal

15.04.2008

Fikrət

Reket,? Faşihə,? Mavi,? Dilənçi,?

analiz

Yazıda Aqıl Xəlil və Əli Kərimli haqqında yalan və ləkələyici ifadələr işlədilib.

MM 23-cü maddəsinin pozulması faktı kimi bu yazı qiymətləndirilə bilər.

63

İdeal

17.04.2008

Firuz

Başqa cəfakeşləri niyə unudaq?

analiz

Yazıda Məmmədəmin Rəsulzadə haqqında böhtan xarakterli “Məlumat”lar verilib. Bu məlumatlar sübut edilmədiyi təqdirdə Cinayət Məcəlləsinin 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

64

İdeal

18.04.2008

Firuz

Başqa cəfakeşləri niyə unudaq?

analiz

Yazıda Məmmədəmin Rəsulzadə haqqında böhtan xarakterli “Məlumat”lar verilib. Bu məlumatlar sübut edilmədiyi təqdirdə Cinayət Məcəlləsinin 147-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

65

İdeal

18.04.2008

Nicat

Binəqədidə zorlama

Xəbər

Yazıda Nataliya Beiteyeyevanın haqqında onun şəxsi həyatına müdaxilə xarakterli ifadələr işlədilib. Beləliklə, Azərbaycan Konstitusiyasının 32-ci maddəsində təsbit olunan şəxsi həyatın toxunulmazlıq hüququ pozulub və MM 23-cü maddəsinin tələbləri ilə fərdin şəxsi həyatını müdafiə hüququ yaranıb.

66

Səs

17.04.2008

Tapdıq

Rəsul Quliyevin növbəti fırıldağı da baş tutmadı

analiz

Yazıda R. Quliyev haqqında yalan və ləkələyici ifadələr işlədilib.

Bu yazı MM 23-cü maddəsinin pozulması faktı kimi qiymətləndirilə bilər.

67

İdeal

30.04.2008

Firuz

“Mənsuriyyə”ni yaratmış xalq telemütrüflərin qarşısında aciz qalmamalıdır!

analiz

Yazıda Müxtəlif müğənni və aparıcılar haqqında təhqiramiz və ləyaqətə toxunan ifadələr işlədilib. Bu ifadələr Cinayət Məcəlləsinin 148-ci maddəsinin habelə, MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

68

İdeal

29.04.2008

İlkin

“Azərbaycan və Avropa”

analiz

Yazıda Müxtəlif müğənni və aparıcılar haqqında təhqiramiz və ləyaqətə toxunan ifadələr işlədilib. Bu ifadələr Cinayət Məcəlləsinin 148-ci maddəsinin habelə, MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

69

İdeal

29.04.2008

Anar

“İdeal”in yazdıqları bir daha öz sübutunu tapdı

analiz

Yazıda Nizaməddin Eminov haqqında şərəf və ləyaqəti ləkələyici iddialara yer verilib. Əgər yazılanların doğruluğunu jurnalist sübut edə bilməsə bu yazı MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

70

İdeal

29.04.2008

Firuz

Belə arsızlıqla biz heç yana çıxa bilməyəcəyik!

analiz

Yazıda Əlil Kərimli və Rauf Arifoğu haqqında təhqiramiz ifadələrə yer verilib. Beləliklə CM 148-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

71

Səs

19.04.2008

İ. Əliyev

İsa Qəmbərovda ciddi xəstəlik aşkarlanıb

Xəbər

Yalan informasiya verilməklə şəxsin nüfuzuna və şəxsinə qarşı ləkələmə cəhdi var. Beləliklə, bu yazı MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

72

Səs

22.04.2008

İ. Əliyev

AXCP (İ) təxribata start verib

Şəki, Zaqalata və Qax rayonlarında pozucu qruplar yerləşdirilib.

Xəbər

Yalan və böhtan dolu bu yazı siyasi partiyanın nüfuzdan düşməsi məqsədi ilə yerləşdirildiyi hiss olunur. Sübut edilmədiyi təqdirdə, bu yazı MM 23-cü maddəsinin pozulması kimi qiymətləndirilə bilər.

Qeyd: Sarı rəngdə verilən yaxılar cinayət qanunvericiliyi baxımdan pozuntuları, boz rəngdə olanlar isə mülki qanunvericilik baxımından hüquq pozuntularını göstərir.