MONİTORİNQİN İŞTİRAKÇILARI (monitor) ÜÇÜN

TƏLİMAT

 

Monitorinq zamanı Azərbaycan Jurnalistləri Etik Kodeksi tələblərinin pozulması üzə çıxdıqca xüsusi kod cədvəlləri doldurulur. Tərkibində pozuntu müəyyən edilmiş materialların ölçüsü hər qəzet üçün ayrı-ayrılıqda və cədvəldəki bütün kodlar üzrə vahidlərlə müəyyənləşdirilir. Bir materialda bir neçə etik prinsiplərin pozulması ehtimalı var. Və hər bir pozuntu kodlar cədvəlinin pozuntuya uyğun qrafasında vahidlərlə qeyd edilir. Beləliklə, pozuntuların miqdarı onların müəyyən edildiyi materialların miqdarından artıq ola bilər.

Qeyd: Bu monitorinq çərçivəsində “material” anlayışı fotoşəkillər də daxil olmaqla, bütün qəzet və jurnal dərclərini əhatə edir. Hava haqqında məluma, reklamlar, ödənişli elanlar, teleproqramlar, krossvordlar, qoroskop və bu kimi əyləncə xarakterli materiallar istisnadır.

Kodlar cədvəlinə 50 mövqe daxil edilir. Hər bir mövqe bir pozuntu növünü qeyd edir. Monitorinqin metodolojisinə görə bütün mövqelər 13 yarım kateqoriyanı əhatə edir, 3 kateqoriyada qruplaşdırılıb. Axırıncı iki mövqe bütün kateqoriyalara aiddir. Belə ki, bu mövqelər etik tələbləri artıq pozmuş nəşrin sonrakı davranışına işıq sala bilən əlavə indikator rolunu oynayır. Həmin iki mövqedə jurnalistikada vacib prinsip sayılan “KİV-in vicdanlı səhv etmək hüququ” da qeyd oluna bilər.

  

Kateqoriya

Yarımkoteqoriya

Mövqe kodu

Yarımkateqoriya

Mövqe kodu

Kateqoriya

Həqiqətə xidmət, dəqiqlik və obyektivlik

Balans (tarazlıq)

1

 

1-14

Dəqiqlik

2-5

Qərəzsizlik

6-8

Fakt və şərhin sədləri

9

Cavab hüququna imkan

10

Məlumat mənbəyinə hörmətli münasibət

Mənbəyə isnad

15-19

 

15-29

fotomanikulyasiya

20

Başlıq və anonsun mətnə uyğunluğu

21-22

Özgəsinin materialının öz imzası ilə dərci

23-25

Adın qorunması (şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı prinsipi)

Ayrı-seçkiliyin təşviqi

30-36

 

 

 

30-48

Təhqir

37-40

Yalan (qəsdən) məlumat yaymaqla insan və ya təşkilatın imicinə zərər yetirmək

41

Azyaşlı cinayətkarların adları və fotoşəkillərinin dərci, zorakılıq və ya cinayət qurbanlarının ad və şəkillərinin dərci

 

42-44

Qeyd: Hər kateqoriyada boş saxlanılmış bir neçə mövqe var. Məsələn “həqiqətə xidmət, dəqiqlik və obyektivlik” kateqoriyasında 11-14 mövqelər boşdur. Təlimatın müəllifləri bu mövqeləri düşünülmüş şəkildə, xüsusi olaraq saxlayıblar: monitorinqin gedişində elə pozuntular müəyyən edilə bilər ki, kodlaşdırılmış mövqelərin heç birinə uyğun gəlməsin. Hələlik, bu tədqiqatın müəllifləri əlavə mövqelərin daxil edilməsi haqqında qərar qəbul edənə qədər monitorlar üçün bu mövqelər yoxdur.

Kodlaşdırılmış mövqelər (1-50)

1. Balansın (tarazlığın) pozulması

2. Faktın təhrifi

3. Özgəsinin rəy, sitat və söylədiyinin təhrifi

4. Sənədlərin təhrifi

5. Hadisənin şərait detallarının təhrifi

6. Jurnalist tərəf kimi çıxış edir

7. Real olmayan fakta əsaslanmış tənqid

8. Jurnalistin “lehinə” və ya “əleyhinə” təbliği

9. Faktla müəllifin (redaksiyanın) şərhi arasında səd yoxdur

10. Cavab hüququ prinsipinin pozulması

15. İnandırıcı olmayan izaha əsaslanmaqla informasiya mənbəyinə isnad yoxdur

16. İlkin mənbənin təhrifi

17. Müsahibə, çıxış və söylənilənlərin uydurulması (fabrikasiya)

18. Sənədlərlə, kontekstdən çıxarılmış sitatlarla manipulyasiya

19. Mənbənin gizlinliyi prinsipinin pozulması

20. Foto-manipulyasiya

21. Başlığın mətnlə uyğunsuzluğu

22. Anonsun mətnlə uyğunsuzluğu

23. Özgəsinin materialının müəllifi göstərilmədən öz imzası ilə istifadəsi

24. Materialın müəllifi ilə razılaşmadan dərci

25. Özgə müəlliflərin əsərlərinin hissələrindən isnad edilmədən istifadə

30. Milli (etnik) ayrı-seçkilik və ya milli (etnik) mənsubiyyətə görə nalayiq münasibət

31. Cinsi ayrı-seçkilik və ya cinsi mənsubiyyətə görə nalayiq münasibət

32. İrqi ayrı-seçkilik və ya irqi mənsubiyyətə görə nalayiq münasibət

33. Dini ayrı-seçkilik və ya dini mənsubiyyətə görə nalayiq münasibət

34. Sosial ayrı-seçkilik və ya sosial statusa görə nalayiq münasibət

35. Siyasi ayrı-seçkilik və ya siyasi mənsubiyyətə görə nalayiq münasibət

36. İnsanların dininə, mədəni ənənələrinə və hisslərinə hörmətsizlik

37. Vəzifəli şəxsi təhqir

38. Vətəndaşı (vəzifəsiz) təhqir

39. Böhtan

40. Şəxsi həyat hüququnu pozma

41. İşgüzar imicə, ada vurulan zərər

42. Azyaşlı cinayətkarların şəxsiyyətini dəqiqləşdirməyə imkan verən fotoşəklin, adın və başqa detalların dərci

43. Zorakılıq və cinayət qurbanlarının şəxsiyyətini dəqiqləşdirməyə imkan verən fotoşəklin, adın və başqa detalların dərci

44. Dərc cinayətin açılmasına və onun mahiyyətinin izahına kömək etmirsə, cinayətkarın və onun qurbanının milliyyətini, etnik, dini və digər mənsubiyyətini aşkarlamaq

49. Dərc olunmuş düzəlişlərin miqdarı

50. Dərc olunmuş təkziblərin miqdarı

Qeyd: 10-cu mövqeyə görə cavab hüququ pozuntuları təkcə qəzet materiallarına görə yox, həm də KİV-in cavab hüququna etinasızlıq göstərdiyi insanların monitorinq qrupuna müraciəti əsasında müəyyənləşdirilir. Bu barədə layihə rəhbərləri münasib elan yaymalıdırlar. Daxil olmuş müraciətlər ciddi yoxlanılmalı və əgər KİV əsassız olaraq imtina etmişsə, həmin nəşrin hərəkəti onun etik prinsipləri pozması kimi qiymətləndirilməlidir.

Monitorinq başlamazdan əvvəl monitorlarla xüsusi treninq keçirilir. Treninqdə onlara pozuntu tiplərinin düzgün müəyyənləşdirilməsi və kod cədvəllərinin düzgün doldurulması öyrədilir. Layihənin hüquqşünası monitorlara nəyin böhtan, nəyin təhqir, işgüzar imicə zərər, şəxsi həyat hüququnun pozuntusu olduğunu izah edir. Bununla yanaşı, monitorinqin gedişində KİV-də bu cür pozuntular aşkar edildikdə monitor və supervayzerlər hər dəfə hüquqşünasla məsləhətləşməlidir.