Azərbaycan Respublikası KİV-Peşə Etikası Norma və Qanunlarının Gözlənilməsi Üzrə Monitorinq Qrupunun 3 aylıq (Noyabr 2007-Yanvar 2008)

HESABATI

 

LAYİHƏNİN ADI: Azərbaycan Respublikası KİV-də peşə etikası norma və qanunlarının gözlənilməsi (MONİTORİNQ).

LAYİHƏNİN MÜƏLLİFLƏRİ: Azərbaycan Jurnalistlər Birliyi, Yeni Nəsil Jurnalistlər Birliyi, “RUH” Jurnalistləri Müdafiə Təşkilatı, “Nəcəf Nəcəfov” Maarifçilik və Xeyriyyə Fondu və Demokratik Jurnalistlər Liqası

Layihə ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi Kişik Qrantlar Üzrə Demokratiya Komissiyasının maliyyə dəstəyi ilə hayata keçirilit.

LAYİHƏNİN MƏQSƏDİ: Mətbuatın monitorinqinin keçirilməsi yolu ilə mətbuat orqanlarında jurnalist etikası prinsiplərinin gözlənilməsi sahəsindəki obyektiv mənzərəni müəyyən etmək, səciyyəvi pozuntuları üzə çıxarmaq, bu cür pozuntuların səviyyəsini azaltmaq və jurnalistlərin peşə standartlarını yüksəltməkdir.

Monitorinq 01.10.2007-ci ildən başlayıb 30.09.2008-ci ildə sona yetməklə bir illik dövrü əhatə edir.

Monitorinq Yeni Nəsl Jurnalistlər Birliyinin hazırladığı prinsiplərlə aparılır. Bu prinsiplər Azərbaycan Jurnalistləri Etik Kodeksinin tələblərinə uyğundur. Həmin prinsiplərə görə mətbuatda yol verildiyi ehtmal olunan bütün peşə etikası pozuntuları 50 kodla simvollaşdırılır. Kodlarla simvollaşdırılmış pozuntular digər etik pozuntularla yaxınlığı və ya müxtəlifliyindən asılı olaraq 13 yarımkateqoriyaya ayrılır. Yarımkateqoriyalar isə üç əsas kateqoriyada əhatə olunur: 1.Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 2. Məlumat mənbəyinə hörmətli münasibət, 3.Adın Qorunması (Şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı prinsipi). Monitorlar üçün tərtib olunmuş təlimat monitorinqin keçirilməsində kriteriya rolu oynayan hələlik başlıca vəsaitdir. Həmin təlimat hesabata əlavə olunur.

Monitorinq respublikada Azərbaycan və rus dillərində dövrü nəşr olunan (həftədə ən azı bir dəfə) 57-59 mətbu KİV-i (bəzi qəzetlərin dövriliyində dəyişikliklər olur) və 3 internet saytı əhatə edir.

Bu monitorinqin ən ümdə cəhəti odur ki, diqqət jurnalistika fəaliyyəti çevrəsinin yalnız bir seqmentinə – peşə etikasına yönəldilib. Jurnalistikanın siyasət, sosial və digər sahələri bu montorinqin tədqiqat obyektindən kənardadır.

Monitorinqin bir illik dövrü əhatə edəcəyini nəzərə alaraq ilk hesabatda birinci üç ayın göstəricilərini dərin təhlil edib ciddi nəticələr çıxarmaq barədə danışmaqdan vaz keçirik. Bununla belə bir sıra maraqlı, bütövlükdə Azərbaycan mətbuatı üçün xarakterik ola biləcək tendensiyaların konturları görünməkdədir.

Məsələn, monitorinqin keçirildiyi ayların hər üçündə (noyabr-dekabr 2007 və yanvar 2008)

2-ci kateqoriyanın ( məlumat mənbəyinə hörmətli münasibət ) 15-ci kodu ( informasiya mənbəyinə isnad yoxdur )üzrə pozuntuların sayı bütün başqa növ pozuntuları üstələyir. Monitorinqdən keçirilmiş bütün mətbu KİV-lərin və elektron saytların üç ay ərzində yol

verdiyi bütün pozuntuların sayının cəmi 18715-dirsə (100%), bu rəqəmin 5360-ı (28%) ikinci kateqoriyanın 15-ci kodunun payına düşür. Pozuntuların təsnifatı isə konkret olaraq 35 kod

üzrə aparılır.Belə fikir meydana çıxır ki, Azərbaycan mətbuatında nəinki Etik Kodeksin tələblərinə, hətta öz həmkarlarının əməyinə etinasız yanaşan jurnalistlər az deyil. Başqa bir maraqlı fakt. Monitorlar üçün tərtib edilmiş təlimatın birinci və ikinci kateqoriyaları hərəsi özündə 10 kod ehtiva edirsə, üçüncü kateqoriyaya aid pozuntular sayca 15 kod üzrə aparılır. Yəni məntiqlə hər kod üzrə yol verilmiş pozuntuların sayı eyni olardısa üçüncü kateqoriyaya aid pozuntuların sayı birinci və ikinci kateqoriyanı ayrı-ayrılıqda bir yarım dəfə (50%) üstələməli olardı.Monitorinqin keçirildiyi üç ay ərzində yol verilmiş bütün pozuntuların (18715- 100% ) kateqoriyalar üzrə üç aylıq faktiki göstəriciləri isə belə sıralanıb:

1 kateqoriya Həqiqətə xidmət, dəqiqlik və obyektivlik

10352 pozuntu

55,3 %

2 kateqoriya Məlumat mənbəyinə hörmətli münasibət

6163 pozuntu

32,9 %

3 kateqoriya Adın Qorunması (Şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı prinsipi)

2200 pozuntu

11,7 %

Üç aylıq monitorinq müddəti yekun nəticə çıxarmaq üçün imkan verməsə də, hər halda bu o deməkdir ki, ictimaiyyətdə mətbuat və jurnalistlər haqda geniş yayılıb artıq adiləşmiş bir fikir öz təsdiqini tapmır. Təsdiqini tapmayan fikir ondan ibarətir ki, guya Azərbaycan mətbuatında diffamasiya geniş vüsət alıb,böhtan,insanların şərəf və ləyaqətini təhqir etmək yüksək həddə çatıb və diffamasiya haqda qanun indi qəbul edilərsə ciddi faciələrə gətirib çıxara bilər.

Tamamilə başqa məsələdir ki, bəzi KİV-lər öz səhifələrində məhz 3-cü kateqoriyaya, yəni bütövlükdə Azərbaycan mətbuatı üçün xarakterik olmayan pozuntulara çox yer verirlər. Məsələn, həftədə 3 dəfə nəşr olunan “ Müasir Müsavat” qəzetinin yol verdiyi pozuntuların cəmi 421(100%),onların 194-ü isə(48 %) 3-cü kateqoriyaya aiddir. Və yaxud həftədə cəmi bir dəfə çıxan Xural” qəzetinin üç ayda yol verdiyi 185 (100%) pozuntunun 54-ü (29,2%) 3-cü kateqoriyaya aiddir. “İdeal”, “Səs” və “Azadlıq” qəzetləri də bu yöndə başqalarından fərqlənən qəzetlərdir. Burda bir məsələni xüsusi qeyd etmək gərəkdir:

Monitorinq qrupu yol verilmiş pozuntuları 3-cü kateqoriyaya aid olan bütün məqalələri hər ayın sonunda hüquqi ekspertizaya təqdim edir.Bu məqalələr çoxsaylıdır və Siz bunu Hesabata əlavə edilmiş cədvəllərdən görürsünüz.Ekspertizadan keçdikdən sonra onların sayı əhəmiyyətli dərəcədə azalır. Cari hesabat dövründə 3-cü kateqoriya üzrə aşkar edilmiş 2200 pozuntudan ekspertizadan keçdikdən sonra cəmi 89 (100%) məqalənin hüquqi məsuliyyət yaratdığı qeyd olunmuşdur. Onlardan 44(49,4%) pozuntu cinayət məsuliyyəti , 45(50,5) isə mülki məsuliyyət yaradan yazı kimi qiymətləndirilmişdi. Bu yöndə də “Müasir Müsavat” qəzeti başqalarından kəskin olaraq fərqlənir. Cinayət məsuliyyəti yaradan pozuntularla müşayət olunan məqalələrin 13-ü(29,54 %), mülki hüququ pozanların isə 7-si (15,5 %) “Müasir Müsavat” qəzetinin səhifələrində dərc olunmuşdur. “Xural”, “Səs” və “İdeal” qəzetlərinin hərəsinin payına 11(12,3 %) pozuntu düşür.

Montorinqin hesabat dövrünün gedişində ən çox təsadüf edilən pozuntuların ilk onluğu aşağıdakı kimidir:

Kodun

Pozuntunun Adı

Pozuntuların sayı

% -lə

1

15

informasiya mənbəyinə isnad yoxdur

5360

28,6%

2

06

jurnalist tərəf kimi çıxış edir

3084

18,4%

3

08

jurnalistin “lehinə” və ya “əleyhinə” təbliği

2995

16 %

4

01

balans pozulub

2958

15,8%

5

41

qəsdən yalan məlumatla imicə zərər vurmaq

1012

9,4%

6

07

real olmayan fakta əsaslanmış tənqid

526

2,8%

7

02

faktın təhrifi

467

2,49%

8

21

başlığın mətnlə uyğunsuzluğu

285

1,52%

9

35

siyasi mənsubiyyətə görə nalayiq münasibət

260

1,38%

10

10

cavab imkanı prinsipinin pozulması

254

1,35%

Ən çox təsadüf edilən pozuntuların ilk beşliyinin arasına üçüncü kateqoriyadan yalnız bir kod (41) düşüb. Cəmi pozuntuların (18715) ilk beş kodun payına düşən sayı 15409-dur (82,3 %) .

Monitorinqin keçirildiyi hər üç ayda (noyabr-dekabr 2007, yanvar 2008) yuxarıdakı ilk beş (15,06,08,01,41) kod üzrə pozuntular sabit olaraq bütün pozuntulardan çox olub. Yəni monitorinqin sonrakı aylarında indi baş verən tendensiyalar dəyişməz qalsa, bu kodlar üzrə pozuntuların Azərbaycan mətbuatı üçün xarakterik olduğunu söyləmək olar.

Beləliklə, ayrı-ayrı mətbu orqanlar üçün daha xarakterik olan pozuntular aşağıdakı kimi aydınlaşır:

Kodun

Pozuntunun Adı

Qəzetlərin Adı

Pozuntuların sayı

% -lə

1

15

5360

24 Saat

568

10,5%

2

06

3084

Azərbaycan

333

10,7%

3

08

2995

Yeni Azərbaycan

329

10,9%

4

01

2958

Bakı xəbər

242

8,18%

5

41

1012

Azadlıq

92

9 %

6

07

526

Paralel

86

18,34%

7

02

467

Yeni Müsavat

71

19,2%

8

35

260

Olaylar

45

17,3%

9

10

254

Müasir Müsavat

38

14,9%

10

21

285

Bizim yol

34

11,9%

 

Öz səhifələrində ən çox pozuntuya yol vermiş ilk on qəzet aşağıdakı kimi sıralanıb:

Qəzetlərin Adı

Pozuntuların sayı

% -lə

1

Yeni Müsavat

1117

5,9%

2

24 saat

1102

5,8%

3

Səs

1053

5,6%

4

Kaspi

1018

5,4%

5

Azərbaycan

901

4,8%

6

Bizim yol

850

4,5%

7

Respublika

684

3,6%

8

İki sahil

665

3,5%

9

Azadlıq

629

3,3%

10

Yeni Azərbaycan

582

3,1%

 

Üç ay ərzində yol verilmiş bütün pozuntuların 45,95%-i adları çəkilən on qəzetin payına düşür. Maraqlıdır ki, cəmi pozuntuların sayına görə birinci yerdə olan “Yeni Müsavat” qəzeti

ən ciddi pozuntular sayılan 3-cü kateqoriya üzrə pozuntulara yol vermiş ilk on qəzetin sırasına düşməyib. Bu kateqoriya pozuntular üzrə birinci yerə “Azadlıq” qəzeti çıxıb. “Azadlığın” bu kateqoriya üzrə pozuntularının sayı 174-dür. Bu kateqoriya üzrə cəmi pozuntuların (2200) 7,9 %-i bu mətbu orqanın payına düşür.

Ümumiyyətlə qəzetlərin ilk onluqlarının ayrı-ayrı kateqoriya pozuntuları üzrə sıralanmasına diqqət etsək əhəmiyyətli yerdəyişmələrlə üzləşməli oluruq.

Üçüncü kateqoriya(Adın qorunması, şərəf və ləyaqət,şəxsi həyatın toxunulmazlığı prinsipi) üzrə ən çox pozuntuya yol vermiş mətbu KİV-lərin ilk onluğu aşağıdakı kimi səflənib:

 

Qəzetlərin Adı

Pozuntuların sayı

% -lə

1

Azadlıq

174

7,9 %

2

Bizim yol

156

7%

3

Səs

143

6,5%

4

İdeal

107

4,8%

5

24 Saat

83

3,7%

6

Olaylar

76

3,4%

7

Hüriyyet

70

3,18%

8

Kaspi

69

3,13%

9

Yeni Azərbaycan

65

2,95%

10

Bakı xəbər

64

2,9%

İkinci kateqoriya (Məlumat mənbəyinə hörmətli münasibət) üzrə pozuntulara (6163) ən çox yol vermiş qəzetlərin ilk onluğu belə səflənib:

 

 

 

Qəzetlərin Adı

Pozuntuların sayı

% -lə

1

24 Saat

598

9,7%

2

Yeni Müsavat

500

8,1%

3

Kaspi

468

7,59%

4

Bizim yol

413

6,7%

5

Üç nöqtə

360

5,84%

6

Iki Sahil

265

4,29%

7

Həftə içi

254

4,12%

8

Səs

239

3,8%

9

Mərkəz

188

3%

10

Ekspress

182

2,95%

 

Birinci kateqoriya ( Həqiqətə xidmət, dəqiqlik və obyektivlik) üzrə pozuntulara (10352) ən çox yol vermiş mətbu orqanların ilk onluğu:

Qəzetlərin Adı

Pozuntuların sayı

% -lə

1

Azərbaycan

843

8,1%

2

Səs

671

6,48%

3

Respublika

606

5,85%

4

Yeni Musavat

557

5,38%

5

Kaspi

481

4,64%

6

Yeni Musavat

446

4,3%

7

24 Saat

421

4%

8

Bakı-xəbər

406

3,92%

9

Iki Sahil

365

3,52%

10

Azadlıq

335

3,23%

Hər üç kateqoriya üzrə pozuntuların ilk onluğuna üç mətbu orqan düşüb—“ Səs”, “Kaspi” və “24 saat”.

İnternet saytlar üç ay ərzində 783 pozuntuya yol veriblər. Bu da ümumi pozuntuların 4,18 %-dir. Pozuntular saytlar arasında belə paylanıb:

1. First nyus

309 pozuntu

(39,4 %)

2. Trend. az

289 pozuntu

( 36,9 %)

3. Day. az

185 pozuntu

(23,62%)

Maraqlıdır ki, elektron saytların yol verdiyi etik pozuntular arasında 1-ci kateqoriyaya aid olanları mətbu KİV-də olduğu kimi daha çoxdur. Bütün pozuntuların (783dəfə - 100%) 647-si (82,6%) 1-ci, 30-u (3,83 %) 2-ci və 106-sı (13,53 %) 3-cü kateqoriyaya aiddir.

İlk hesabat olduğu və hələlik cəmi üç ayı əhatə etdiyi üçün monitorinq üzrə cari hesabatda bəzi maraqlı məqamları qeyd etsək də, əsasən faktların konstatasiyası ilə kifayətlənirik.

Hesabata əlavələr:

monitorlar üçün təlimat;

  1. 3-cü kateqoriyaya aid pozuntulara hüquqşünas rəyi;
  2. 1-ci kateqoriya pozuntularına aid cədvəl (3 aylıq);
  3. 2-ci kateqoriya pozuntularına aid cədvəl (3 aylıq);
  4. 3-cü kateqoriya pozuntularına aid cədvəl (3 aylıq).

Sonunda monitorinq qrupu oxuculardan xahiş edir ki,mətbuatda özləri ilə əlaqədar dərc olunmuş fakt təhrifləri və güman etdikləri başqa mətbu etik pozuntular barədə monitorinq qrupuna müraciət etsinlər.

Qrupun telefon nömrəsi---4933339

Elektron ünvanımız --- monitorinq@inbox.ru

Layihənin koordinatoru : İsrail Musayev

“Azərbaycan Respublikası KİV-də peşə etikası norma və qanunlarının gözlənilməsi üzrə monitorinq” Layihəsinin 3 aylıq nəticələri barədə daha ətraflı məlumatlar http://nnf.az saytında əks olunacaq.