GİRİŞ
Nəcəf Nəcəfov Fondu 01 oktyabr-31 oktyabr 2005-ci il dövrü üzrə
İctimai Televiziyanın (İTV) monitorinqinin nəticələrinin
təhlilini başa çatdırıb. Layihənin icrasına 01 sentyabr 2005-ci
ildən başlanıb. Bir illik müddətə nəzərdə tutulan layihə 3
mərhələdən ibarətdir. Birinci mərhələ 15 yanvar 2006-cı ildə
başa çatacaq. Layihəni Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun
Azərbaycan nümayəndəliyi maliyyələşdirir.
LAYİHƏNİN MƏQSƏDİ: İTV-nin ölkə həyatının bütün sahələrinin, ilk
növbədə ictimai-siyasi sahənini tarazlaşdırılmış və obyektiv
surətdə işıqlandırıb-işıqlandırmamasının monitorinqini aparmaq,
hökumətin və ya başqa qurumların İTV-nin işinə müdaxiləsi və
ictimai şüuru öz xeyrinə formalaşdırmaq istəyinin səviyyəsini
təsbit etmək, bu barədə ictimaiyyətə məlumat verməkdir.
LAYİHƏNİN VƏZİFƏLƏRİ: İTV-nin efirinin müntəzəm monitorinqini
həyata keçirmək və onun nəticələrini elan etmək vasitəsilə
telekanalın:
1. “İctimai-Televiziya” haqqında Qanuna,
2. tarazlaşdırılmışlığa,
3. obyektivliyə,
4. plüralizmə,
5. şəffaflığa,
6. məsuliyyətliliyə,
əməl olunmasını dəyərləndirməkdir.
İCTİMAİ TELEVİZİYA VERİLİŞLƏRİNİN
FUNKSİONAL-TEMATİK BÖLGÜSÜ
İctimai Televiziya verilişləri funksional-tematik bölgü üzrə
təhlil olunub. Bu bölgüyə Məlumatlandırma, Maarifləndirmə,
Əyləncə, Reklam və Anonslar daxil edilib.
Monitorinqin nəticələri göstərir ki, İTV bu dövr ərzində
Məlumatlandırmaya 2891 xəbər və ya 330166 saniyə (ümumi efirin
17,4 %-i), Maarifləndirməyə 206 veriliş və ya 348058 saniyə (ümumi
efirin 18,3 %-i), Əyləncə proqramlarına 437 veriliş və ya
1113656 saniyə vaxt ayırıb. Bu isə Əyləncə poqramlarına ümumi
efirin 58,5 faizinin həsr olunması deməkdir. Şirkət ötən ay
Reklama (o cümlədən, seçki təşviqatı) 91556 saniyə (efirin 4,8
%), Anonslara isə 18971 saniyə (ümumi efirin 1%-i qədər) vaxt
ayırıb.
Məlumatlandırma
Bu bölgüyə Xəbərlər, Tok–şou, Xəbər-törəmə, Debatlar, Analitika
və Anonslar daxil edilib. Müəyyən edilib ki, Məlumatlandırma
verilişlərinə ay ərzində 2891 ədəd yer və ya 330166 saniyə vaxt
ayırılıb. İTV ötən ay ümumi efirin 17,4 faizini
Məlumatlandırmaya həsr edib.
Məlumatlandarmanın Telejanrlar üzrə təhlili göstərir ki, ötən ay
İTV 2718 ədəd məlumat (xəbər) vermiş və ya buna 147130 saniyə
efir vaxtı ayırıb. Həmin dövr ərzində verilən 34 Xəbər-törəməyə
68423 saniyyə, 7 Debata 11542 saniyə, Analitika sahəsində 26
verilişə 45131 saniyə, 26 Anonsa isə 1047 saniyə vaxt ayırıb. Bu
isə öz növbəsində Məlumatlandırmaya həsr olunan efirin 53,9
faizinin Xəbərlərə, 0 faizinin Tok-şouya, 25 faizinin Xəbər-törəməyə,
4,2 faizinin Debata, 16,5 faizinin Analitikaya, 0,4 faizinin
Anonslara həsr olunduğunu göstərir.
Monitorinqdə Xəbərlərin coğrafi təsnifatı da aparılıb.
Hesablamaların nəticələri yayılan xəbərlərin 72,7 faizi (106896
saniyə) daxili, 27,3 faizi (40234 saniyə) xarici xəbərlərə
ayrıldığını göstərir.
Daxili xəbərlərin mövzular üzrə təsnifatının təhlilinin
nəticələri göstərir ki, onun (Xəbərlərin) 57,6 faizi Siyasi, 7,8
faizi İqtisadi, 20,8 faizi İctimai-sosial, 1,4 faizi Mədəniyyət,
4,6 faizi İdman, 7,8 faizi Hava haqqında məlumatlara həsr olunub.
Daxili xəbərlər tərəflilik və neytrallıq meyarı üzrə
qiymətləndirilib. Qiymətləndirməyə görə yayılan xəbərlərin 44,4
faizi (96427 saniyə) Tərəfli, 55,6 faizi (120898 saniyə) Neytral
olub.
Məlumatlandırmanın 85,6 faizi ana dilində, 9,1 faizi rus, 5,3
faizi ingilis dilində yayılıb.
Maarifləndirmə
Göstərilən dövrdə Maarifləndirmə bölməsinə aid olan verilişlərə
348058 saniyə vaxt ayırılıb. Maarifləndirməyə ayırılan vaxt
ümumi efirin 18,3 faizi qədərdir. Təhlilin nəticələrinə görə,
Maarifləndirmə verilişlərinin 78,3 faizi (272474 saniyə) ana
dilində, 20,6 faizi (71587saniyə) rus dilində, 1,1 faiz (3997
saniyə) Anadolu türkcəsində verilib.
Bədii-əyləncəli verilişlər
Oktyabr ayında İTV Bədii-əyləncəli verilişlərə 1113656 saniyə
vaxt ayırıb. Bu isə ümumi efirin 58,5 faizi qədərdir. Bədii-əyləncəli
verilişlərin 51,1 faizi (569284 saniyə) ana dilində, 43,9 faizi
(488971 saniyə) rus dilində, 2,8 faizi (30794 saniyə) ingilis
dilində, 2,2 faizi (24607 saniyə) Anadoli türkcəsində olub.
APARICININ DAVRANIŞI və PEŞƏKARLIĞI
Oktyabrın 12-dən etibarən “Gerçəyin özü” xəbər-törəmə
buraxılışları aparıcısının davranışlarında tətəfliliyin təhlili
aparılıb. Göstərilən vaxtdan ayın sonunadək efirə gedən 17
buraxilışın 9-da aparıcının bu və ya digər həddə tərəflili
olduğu müəyyən edilib.
Xəbər-törəmə və analitik verilişlərdə isə qeyd olunan müddət
ərzində həmçinin aparıcının peşəkarlıq səviyyəsinin monitorinqi
aparılıb. Təhlil aparıcının tarazlılıq, qərəzsizlilik,
obyektivlik prinsiplərinə əməl etməsinə əsasən qiymətləndirilib.
Bu zaman “Gerçəyin özü” verilişinin 17 buraxılışından 11-də,
“Xalq seçir”in 18 buraxılışından 11-də, “Yekun” verilişinin (bu
veriliş üzrə monitorinq bütün ay üzrə aparılıb) 5 buraxılışından
2-də aparıcının peşəkarlıq səviyyəsinin aşağı olduğu müşahıdə
edilib.
İCTİMAİ TELEVİZİYANIN MONİTORİNQİNİN
İNKİŞAF DİNAMİKASI
Cari hesabatda həmçinin “Verilişlərin funksional bölgüsü”,
“Daxili xəbərlərin tərəflik və neytrallıq üzrə
qiymətləndirilməsi”, “Maarifləndirmə” və “Bədii-Əyləncəli”
verilişlərin dillər üzrə aylıq inkişaf dinamikasının monitorinqi
aparılıb. Aşağıdakı göstəricilər sadalanan parametrlər üzrə
sentyabr ayı ilə müqayisədə İTV-nin fəaliyyətinin inkişaf
istiqamətini müəyyən etməyə imkan yaradır.
Monitorinq nəticəsində müəyyən edilib ki, uygun olaraq
“Məlumatlandırma” və “Maarifləndirmə” verilişlərinin hər birinin
həcmi sentyabr ayı ilə müqayisədə oktyabrda ciddi dəyişikliyə
məruz qalmayıb. Lakin həmin müddət ərzində “Bədii-Əyləncəli”
verlişlərin həcmində dəyişiklik nəzərəçarpacaq həddədir. Belə ki,
əgər sentyabr ayında “Bədii-Əyləncəli” verilişlərin həcmi 744657
saniyə olubsa, bu göstərici oktyabrda 1113656 saniyə təşkil edib.
Bu isə öz növbəsində oktyabrda adıçəkilən verilişin sentyabr ayı
ilə müqayisədə 49,6% artdığını göstərir. “Verilişlərin
funksional bölgüsü”ndə yalnız “Bədii-Əyləncəli” verilişlərin
həcminin, o birilərin həcminə təsir etmədən artması televiziya
kanalının efir vaxtının sentrabr ayı ilə müqayisədə artmasından
irəli gəlir.
Bu dövrdə “Daxili xəbərlərin tərəflik və neytrallıq üzrə
qiymətləndirilməsinin inkişafı”nda da fərq müşahidə olunur. Əgər
ötən ay tərəfli verilişlərin həcmi 68394 saniyə olmuşdursa,
oktyabr üzrə bu göstərici 96427 saniyədir. “Neytral”
verilişlərin (burada seçki təşviqatı “Neytral”verilişlərin
sırasından çıxarılıb) həcmi isə müvafiq olaraq 169573 saniyədən,
120898 saniyəyə enmişdir. Bu isə öz növbəsində “Tərəfli”
xəbərlərin həcminin sentyabr ayı ilə müqayisədə 40,9% artdığını,
“Neytral” xəbərlərin isə 40,3% azaldığını göstərir.
“Maarifləndirmə” və “Bədii-Əyləncəli” verilişlərin dillər üzrə
aylıq inkişaf dinamikasının monitorinqinin nəticələri göstərir
ki, ötən ay ”Maarifləndirmə” verilişlərinin həcmi 250921 saniyə,
oktyabrda isə 304474 saniyə olub. Bu göstərici “Bədii-Əyləncəli”
verilişlərdə uyğun olaraq 744657 saniyədən, 569284 saniyəyə
qədər azalıb. Beləliklə, araşdırmadan məlum olur ki, iki ayın
müqayisəli təhlili zamanı “Maarifləndirmə”də Ana dilində
verilişlərin həcmi 17,6% artıb, “Bədii-Əyləncəli” verilişlərdə
isə bu göstərici 23,6% azalıb.
PARLAMENT SEÇKİLƏRİNİN İŞIQLANDIRILMASI
Oktyabr ayında İTV bütövlükdə Parlament seçkiləri mövzusuna 795
məlumat (xəbər) və ya 174838 saniyə yer ayırıb. Ötən ay İTV
iqtidar və ona yaxın olan siyasi qüvvələrə 79567 saniyə,
“Azadlıq” blokuna 24379 saniyə, YES blokuna 7294 saniyə, ALP
blokuna 7870 saniyə, Beynəlaxalq təşkilatların seçki ilə baglı
fikirlərinə 7176 saniyə, digər siyasi partiya və namizədlərə isə
19321 saniyə vaxt ayırıb.
Hakim partiyaya və hökumətə ayrılan vaxtın 84,6 faizi müsbət,
13,6 faizi neytral, 1,8 faizi mənfi informasiyalardan ibarətdir.
“Azadlıq” blokuna ayrılan vaxtın 18 faizi müsbət, 34,8 faizi
neytral, 47,2 faizi mənfi məlumatlardan ibarət olub. İTV-nin
seçki mövzusunda hazırladığı müsbət məlumatların 95,9 faizi
iqtidar və ona yaxın olanlar haqda olub. İTV-nin geridə qalan
bloklar və təşkilatlar barədə yaydığı informasiyaların
əksəriyyəti neytral xarakter daşıyıb.
Qeyd: Təhlilin nəticələri ilə bağlı irad və təklifləri
www.najafovfund.org İnternet səhifəsində “Əlaqə” bölməsi
vasitəsilə və ya najafovfund@yahoo.com
ünvana göndərmək olar.
Nəcəf Nəcəfov Fondu
18 noyabr 2005-ci il
|
İNTRODUCİON
Nacaf Nacafov Fund has completed the analysis of the results of
monitoring of Public Television covering the period from October
1 to 31. Implementation of the project began on September 01,
2005. The project intended for a year consists of three stages.
The first stage will be over on January 15, 2006. The Open
Society Institute –Assistant Fund Azerbaijani Representation is
financing the Project.
GOAL OF PROJECT OF PUBLIC TV is to cover objective monitoring of
all spheres of life, and first of all social-political sphere,
to present interference of the state and other structures into
the work of Public TV and formation of public conscious in their
own favor, and inform population about it.
OBJECTIVES OF PROJECT is to carry out regular monitoring of
Public TV, to announce its results and to inform if Public TV
follows these rules:
1. “Law “On Public Television”,
2. equalizing
3. objectiveness,
4. pluralism,
5. transparency,
6. responsibility
FUNCTİONAL-THEMATİC DİVİSİON OF THE PROGRAMS OF PUBLİC TV
The programs of Public TV have been analysed in accordance with
functional-thematic division. This division includes Information,
Enlightenment, Entertainment, Advertisement and Announcement.
The results of monitoring show that over that period the Public
TV issued 2891 news programs or 330166 seconds (total air time
17,4 %), on enlightenment 206 programs or 348058 seconds (total
air time 18,3 %), on entertainment programs 437 programs or
1113656 seconds. It means that 58,5% of total air time were
issued for the entertainment programs. Last month the company
issued for advertisement (including election propaganda) 91556
seconds (air time 4,8%), on announcements 18971 seconds (up to
1% of total air time).
Information
This section includes News, Talk show, News-formation, Debates,
Analytic and announcements. It was found out that 2891 pieces or
330166 seconds were issued for information programs. Last month
the Public TV issued 17,4 % to the informative programs.
The analysis of information on TV genre shows that last month
Public TV issued 2718 information (news) or 147130 seconds. Over
that period 68423 seconds were issued for 34 News-formation,
11542 seconds for 7 Debates, 45131 seconds for 26 Analytical
programs, 1047 seconds for 26 Announces. It means that 53,9%
were given for News, 0% for Talk-show, 25% for News-formation,
4,2% to Debates, 16,5% to Analytical programs, 0,4% to Announces.
Monitoring carried out also geographical division of news.
According to the results of estimation 72,7% of news (106896
seconds) are home, 27,3% (40234 seconds) are foreign news.
The results of analysis of division of home news in accordance
with their theme shows that 57,6 % of news were political, 7,8 %
economic, 20,8% social-public, 1,4% cultural, 4,6% sport, 7,8%
on weather.
Home news were estimated in accordance with their belonging and
neutrality. So 44,4% of news (96427 seconds) were belonging,
55,6% (120898 seconds) were neutral.
85,6% of information were in the Azerbaijani language, 9,1% in
Russian, 5,3% in English.
Enlightenment
Over the reported period 348058 seconds were issued for the
enlightenment programs. It makes 18,3% of airtime. In accordance
with the results of analysis, 78,3% of programs (272474 seconds)
were in the Azerbaijani language, 20,6% (71587) in Russian, 1,1%
(3997) in Anadolu language.
Literature-entertainment programs
In October Public TV issued 1113656 seconds for literature
cultural-entertainment program. It makes up to 58,5% of total
airtime. 51,1% (569284) of literature-entertainment program were
in the Azeri language, 43,9% (488971) in Russian, 2,8% (30794)
in English, 2,2% (24607) in Anadolu language.
BEHAVİOR AND PROFESSİONALİSM OF
ANNOUNCER
The partiality of the announcer has been observed since October
12 in the “Gerchayin Ozu” (Truth itself) program. The partiality
of the announced was fixed in 9 of 17 programs from the above
mentioned date till the very end of month.
Monitoring of the level of professionalism of the announcer in
the analytical and information programs was conducted. The
analysis was assessed with consideration of the balance,
impartiality objectiveness of the announcer.
At the same time monitoring revealed low level of
professionalism of the announcers in the 11 of 17 issues of
“Gerchayin Ozu” program, in 11 of 18 issues of “Khalg Sechir”
program (People elect) ( the monitoring of this program was
carried out during the whole month), in 2 of 5 “Yekun” (Summary)
program.
DYNAMİC OF DEVELOPMENT OF THE
MONİTORİNG OF PUBLİC TELEVİSİON
The report cover the dynamic of development of monitoring of the
programs according to “Functional division of programs”,
“Assessment of hope news with consideration their partiality and
neutrality”, “Enlightenment” and “Cultural-Entertainment”. The
indices noted below allow to assess the direction of dynamic of
development of monitoring of the activity of Public TV on the
noted parameters as compared with September
As a result of monitoring, it was revealed that no serious
changes took place in the volume of the “Information” and
“Enlightenment” programs in October as compared with September.
However, during that time, serious changes have been made in the
volume of the “Cultural-entertainment” programs. Thus, the
volume of “Cultural-entertainment” program in September was
744657 seconds, and in October it made 1113656 seconds. As
compared with September there is rise by 49,6 %.
According to functional division of programs, rise of air time
of the Public TV in October as compared with September was
caused by rise of the volume of “Cultural-Entertainment” program
which has not affected the volume of other programs.
During that period, some difference was noted in the parameter
“Assessment of the programs on partiality and neutrality of home
news”. In September their volume totaled 68394 seconds, and in
October it made 96427 seconds. The volume of “Neutral” programs
(the election propaganda was excluded from the list of “Neutral”
programs) lowered from 169573 seconds up to 120898 seconds.
As compared with September it testifies rise of the volume of
“Partial” programs by 40,9% and lowering of the volume of
“Neutral” programs by 40,3%.
The results of the monitoring of the dynamic of development of
“Enlightenment” and “Cultural-entertainment” programs on months
shows that the volume of ”Enlightenment” program in September
was 250921 seconds, in October it was 304474 seconds. In the
“Cultural-entertainment programs these indices lowered from
744657 seconds to 569284 seconds. So, comparison of the analysis
of the volume of enlightenment programs in the native language
over two months shows rise by 17,6%, and lowering by 23,6% in
the “Cultural- entertainment” programs.
COVERAGE OF PARLİAMENTARY ELECTİONS
In October public TV issued 795 programs or 174838 seconds on
parliamentary elections.
Over the reported period Public TV issued 79567 seconds for
government and pro-governmental forces, 24379 seconds for
“Azadlig” bloc, 7294 seconds for the bloc YES, 7870 seconds for
ALP bloc, to the international organizations for expressing
their thought on elections 7176 seconds, 19321 for other
political parties and candidates for parliament.
Time issued for the ruling party and government comprises 84,6%
positive, 13,6% neutral, 1,8% negative information. Time issued
for “Azadlig" bloc comprises 18% positive, 34,8 % neutral, 47,3
% negative materials.
95,9 % of information prepared by Public TV on elections were on
governmental and pro-governmental parties. The programs prepared
by Public TV on other blocs and organizations were mainly of
neutral character.
NOTE: The remarks and proposals on the results of analysis can
be sent to www.najafovfund.org on Internet site via
“Communication” unit or najafovfund@yahoo.com.
Nacaf Nacafov Fund
November, 18 2005
|