Onun azad, demokratik və çagdaş Azərbaycan arzusu bizim də arzumuzdur!

Nəcəf Nəcəfov... bu ad çağdaş dövrümüzdə azad mətbuatın bir rəmzidir. O, təkcə "Azadlıq" qəzetinin yaradıcısı kimi xatırlanmır. Azadlıq və demokratiya ugrunda mübarizəsi onun qəbrini  and yerinə çevirib. Onun xatirəsi ölməzdir...

Nəcəf Nəcəfov Fondu

www.nnf.az 

 

ANA SƏHİFƏ
NƏCƏF NƏCƏFOV
FOND
LAYİHƏLƏRİMİZ
MEDIADA BIZ
Press-relizlər
KİTABXANA
PRESSA
ƏLAQƏ
Linklər

 
İctimai Televiziyanın monitorinqi Layihəsinin 01 iyun-30 iyun 2006-cı il dövrü üzrə nəticələrinin qısa xülasəsi

GİRİŞ

Nəcəf Nəcəfov Fondu 01 iyun-30 iyun 2006-cı il dövrü üzrə İctimai Televiziyanın (İTV) monitorinqinin nəticələrinin təhlilini başa çatdırıb. Layihənin 2-ci mərhələsinin icrasına 01 iyun 2006-ci ildən başlanıb. Layihənin bu mərhələsi oktyabr ayına kimi davam edəcək. Qeyd edək ki, layihənin birinci mərhələsi sentyabr-dekabr 2005-ci il tarixini əhatə etmişdi. Layihə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
LAYİHƏNİN MƏQSƏDİ: İTV-nin ölkə həyatının bütün sahələrinin, ilk növbədə ictimai-siyasi sahənin tarazlaşdırılmış və obyektiv surətdə işıqlandırıb-işıqlandırmamasının monitorinqini aparmaq, hökumətin və ya başqa qurumların İTV-nin işinə müdaxiləsi və ictimai şüuru öz xeyrinə formalaşdırmaq istəyinin səviyyəsini təsbit etmək, bu barədə ictimaiyyətə məlumat verməkdir.
LAYİHƏNİN VƏZİFƏLƏRİ: İTV efirinin müntəzəm monitorinqini həyata keçirmək və onun nəticələrini elan etmək vasitəsilə telekanalın:
1. İctimai Televiziya haqqında Qanuna,
2. tarazlaşdırılmışlığa,
3. obyektivliyə,
4. plüralizmə,
5. şəffaflığa,
6. məsuliyyətliliyə
əməl olunmasını dəyərləndirməkdir.

İCTİMAİ TELEVİZİYA VERİLİŞLƏRİNİN FUNKSİONAL-TEMATİK BÖLGÜSÜ


İctimai Televiziya verilişləri funksional-tematik bölgü üzrə təhlil olunub. Bu bölgüyə Məlumatlandırma, Maarifləndirmə, Əyləncə, Reklam və Anonslar daxil edilib.
Monitorinqin nəticələri göstərir ki, İTV bu dövr ərzində Məlumatlandırmaya 375014 saniyə (ümumi efirin 18,6 faizi), Maarifləndirməyə 495434 saniyə (ümumi efirin 24,6 faizi), Əyləncə proqramlarına 1049459 saniyə vaxt ayırıb. Bu isə Əyləncə poqramlarına ümumi efirin 52,1 faizinin həsr olunması deməkdir. TV ötən ay Reklama 37092 saniyə (efirin 1,8 faizi), Anonslara isə 57775 saniyə (ümumi efirin 2,9 faizi qədər) vaxt ayırıb.

Məlumatlandırma
Bu bölgüyə Xəbərlər, Tokşou, Xəbər-törəmə, Debatlar, Analitika, Anonslar daxil edilib. Müəyyən olunub ki, Məlumatlandırma verilişlərinə ay ərzində 375014 saniyə vaxt ayırılıb. İTV ötən ay ümumi efirin 18,6 faizini Məlumatlandırmaya həsr edib.
Məlumatlandırmanın Telejanrlar üzrə təhlili göstərir ki, ötən ay İTV Xəbərlərə 175395 saniyə efir vaxtı ayırıb. Həmin dövr ərzində verilən Tok-şouya 42950 saniyə, Xəbər-törəməyə 42509 saniyyə, Debata 3270 saniyə, Analitika sahəsinə 27304 saniyə, Anonslara isə 1762 saniyə vaxt ayırıb. Bu isə öz növbəsində Məlumatlandırmaya həsr olunan efirin 59,8 faizinin Xəbərlərə, 14,7 faizinin Tok-şouya, 14,5 faizinin Xəbər-törəməyə, 1,1 faizinin Debata, 9,3 faizinin Analitikaya, 0,6 faizinin Anonslara həsr olunduğunu göstərir.
Monitorinqdə Xəbərlərin coğrafi təsnifatı da aparılıb. Hesablamaların nəticələri yayılan xəbərlərin 74,1 faizi (129895 saniyə) daxili, 25,9 faizi (45500 saniyə) xarici xəbərlərə ayrıldığını göstərir.
Daxili xəbərlərin mövzular üzrə təsnifatının təhlilinin nəticələri göstərir ki, onun (Daxili xəbərlərin) 48,1 faizi Siyasi, 9,1 faizi İqtisadi, 23 faizi Sosial, 5,8 faizi Mədəniyyət, 10,2 faizi İdman, 3,8 faizi Hava haqqında məlumatlara həsr olunub.
Məlumatlandırmada xəbərlər tərəflilik və neytrallıq meyarı üzrə qiymətləndirilib. Qiymətləndirməyə görə yayılan xəbərlərin 30,3 faizi (66605 saniyə) Tərəfli, 69,7 faizi (153504 saniyə) Neytral olub.
Məlumatlandırmanın 78,2 faizi ana dilində, 12,2 faizi rus, 9,6 faizi ingilis dilində yayılıb.

Maarifləndirmə
Göstərilən dövrdə Maarifləndirmə bölməsinə aid olan verilişlərə 495434 saniyə vaxt ayırılıb. Maarifləndirməyə ayırılan vaxt ümumi efirin 24,6 faizi qədərdir. Təhlilin nəticələrinə görə, Maarifləndirmə verilişlərinin 96,6 faizi (478431 saniyə) ana dilində, 1,4 faizi (7108 saniyə) rus dilində, 2 faizi (9895 saniyə) İngilis dilində verilib.

Bədii-əyləncəli verilişlər
İyun ayında İTV Bədii-əyləncəli verilişlərə 1049459 saniyə vaxt ayırıb. Bu isə ümumi efirin 52,1 faizi qədərdir. Bədii-əyləncəli verilişlərin 86,6 faizi (908356 saniyə) ana dilində, 11,9 faizi (125301 saniyə) rus dilində, 1,4 faizi (15216 saniyə) ingilis dilində, 0,1 faizi (586 saniyə) Anadolu türkcəsində olub.

Carçı və Gündəm informasiya buraxilişlarinda siyasi xəbərlərin tərəflilik və neytralliği

İyun ayında Carçı və Gündəm informasiya buraxılışlarında siyasi xəbərlərin tərəflilik və neytrallıq meyarı üzrə təhlili aparılıb. Qiymətləndirməyə görə yayılan siyasi xəbərlərin 44,3 faizi (27712 saniyə) Tərəfli, 55,7 faizi (34775 saniyə) Neytral olub.


İCTİMAİ TELEVİZİYANIN MONİTORİNQİNİN İNKİŞAF DİNAMİKASI

Cari hesabatda həmçinin Verilişlərin funksional bölgüsü, Məlumatlandırmada xəbərlərin tərəflilik və neytrallıq üzrə qiymətləndirilməsi, Maarifləndirmə və Bədii-Əyləncəli verilişlərin Azərbaycan dili üzrə aylıq inkişaf dinamikasının monitorinqi aparılıb. Aşağıdakı göstəricilər sadalanan parametrlər üzrə sentyabr ayı ilə müqayisədə İTV-nin fəaliyyətinin inkişaf istiqamətini müəyyən etməyə imkan yaradır.
Aparılmış monitorinq zamanı TV-nin efir vaxtının artdığı müşahidə olunub. İnkişaf dinamikasını saniyələrlə izləyərkən bu özünü aydın göstərir.
Monitorinq nəticəsində müəyyən edilib ki, Məlumatlandırma verilişlərinin həcmi 4,4 faiz artıb, Maarifləndirmə verilişlərinin həcmi 43,3 faiz, Bədii-Əyləncəli verilişlərin həcmi isə 8,3 faiz artıb. Belə ki, cari dövrdə Məlumatlandırma verilişlərinin həcmi uyğun olaraq 359340 saniyədən 375014 saniyəyədək artıb, Maarifləndirmə verilişlərinin həcmi 345768 saniyədən 495434 saniyəyədək artıb, Bədii-Əyləncəli verilişlərin həcmi 968807 saniyədən 1049459 saniyəyədək artıb.
Bu dövrdə Məlumatlandırmada xəbərlərin tərəflilik və neytrallıq üzrə qiymətləndirilməsinin inkişafında da fərq müşahidə olunur. Əgər sentyabr ayında tərəfli verilişlərin həcmi 68394 saniyə olmuşdursa, iyun üzrə bu göstərici 66605 saniyədir. Neytral verilişlərin həcmi isə müvafiq olaraq 169573 saniyədən 153504 saniyəyə enmişdir. Bu isə öz növbəsində Tərəfli xəbərlərin həcminin sentyabr ayı ilə müqayisədə 2,6 faiz azaldığını, Neytral xəbərlərin isə 9,5 faiz azaldığını göstərir.
Maarifləndirmə və Bədii-Əyləncəli verilişlərin Azərbaycan dili üzrə aylıq inkişaf dinamikasının monitorinqinin nəticələri göstərir ki, sentyabr ayında Maarifləndirmə verilişlərinin həcmi 250921 saniyə, iyunda isə 478431 saniyə olub. Bu göstərici Bədii-Əyləncəli verilişlərdə uyğun olaraq 744657 saniyədən, 908356 saniyəyə qədər artıb. Beləliklə, araşdırmadan məlum olur ki, iki ayın müqayisəli təhlili zamanı Maarifləndirmədə Ana dilində verilişlərin həcmi 90,7 faiz artıb, Bədii-Əyləncəli verilişlərdə isə bu göstərici 22 faiz artıb.

Qeyd: Təhlilin nəticələri ilə bağlı irad və təklifləri www.najafovfund.org İnternet səhifəsində Əlaqə bölməsi vasitəsilə və ya najafovfund@yahoo.com ünvana göndərmək olar.

Nəcəf Nəcəfov Fondu
14 iyul 2006-ci il




Short revision of the project Monitoring of Public TV  covering the period from June 01 to June 30, 2006

İNTRODUCİON

Najaf Najafov Foundation completed the analysis of the Monitoring of Public TVs results covering the period from June 01 to June 30, 2006. Implementation of the second stage of the project began on June 1, 2006, and will last until October 2006. First stage of the project covered the period September-December, 2005. The project is being implemented with the financial support of the Open Society Institution - Azerbaijani representation of Assistance Foundation.

GOAL OF PROJECT OF PUBLIC TV is to cover objective monitoring of all spheres of life, and first of all social-political sphere, to present interference of the state and other structures into the work of Public TV and formation of public conscious in their own favor, and inform population about it.
OBJECTIVES OF PROJECT is to carry out regular monitoring of Public TV, to announce its results and to inform if Public TV follows these rules:
1. Law On Public Television,
2. equalizing,
3. objectiveness,
4. pluralism,
5. transparency,
6. responsibility.

FUNCTİONAL-THEMATİC DİVİSİON OF THE PROGRAMS OF PUBLİC TV

The programs of Public TV have been analysed in accordance with functional-thematic division. This division includes Information, Enlightenment, Entertainment, Advertisement and Announcement.
The results of monitoring show that over that period the Public TV issued on İnformation 375014 seconds (total air time 18,6%), on Enlightenment 495434 seconds (total air time 24,6%), on Entertainment programs 1049459 seconds. It means that 52,1% of total air time were issued for the entertainment programs. Last month the company issued for Advertisement 37092 seconds (air time 1,8%), on Announcements 57775 seconds (up to 2,9 % of total air time).

Information
This section includes News, Talk-show, News-formation, Debates, Analytic and Announcements. It was found out that 375014 seconds were issued for information programs. Last month the Public TV issued 18,6 % to the informative programs.
The analysis of information on TV genre shows that last month Public TV issued 175395 seconds for News. Over that period 42509 seconds were issued for News-formation, 42950 seconds for Talk-show, 3270 seconds for Debates, 27304 seconds for Analytical programs, 1762 seconds for Announces. It means that 59,8% were given for News, 14,7 % for Talk-show, 14,5% for News-formation, 1,1% for Debates, 9,3% for Analytical programs, 0,6 % for Announces.
Monitoring carried out also geographical division of news. According to the results of estimation 74,1% of news (129895 seconds) are home, 25,9% (45500 seconds) are foreign news.
The results of analysis of division of home news in accordance with their theme shows that 48,1% of news were political, 9,1% economic, 23% social, 5,8% cultural, 10,2% sport, 3,8% on weather.
Assessment of İnformation were estimated in accordance with their belonging and neutrality. So 30,3% of news (66605 seconds) were belonging, 69,7% (153504 seconds) were neutral.
78,2% of İnformation were in the Azerbaijani language, 12,2% in Russian, 9,6% in English.

Enlightenment
Over the reported period 495434 seconds were issued for the Enlightenment programs. It makes 24,6% of airtime. In accordance with the results of analysis, 96,6% of programs (478431 seconds) were in the Azerbaijani language, 1,4% (7108 seconds) in Russian, 2% (9895 seconds) in English.

Literature-entertainment programs
In June Public TV issued 1049459 seconds for Literature cultural-entertainment program. It makes up to 52,1% of total airtime. 86,8% (908356 seconds) of Literature-entertainment program were in the Azeri language, 11,9% (125301 seconds) in Russian, 1,4% (15216 seconds) in English, 0,1% (586 seconds) in Anadolu language.

Partiality and neutrality in political news programs Charchi and Gundem
Partiality and neutrality in the political news programs Charchi and Gundem were studied in June. It was revealed that 44,3% of political news were partial (27712 seconds), and 55,7% (34775 seconds) were neutral.

DYNAMİC OF DEVELOPMENT OF THE MONİTORİNG OF PUBLİC TELEVİSİON


The report cover the dynamic of development of monitoring of the programs according to Functional division of programs, Assessment of information according to the character of neutrality and partiality, Enlightenment and Cultural-Entertainment. The indices noted below allow to assess the direction of dynamic of development of monitoring of the activity of Public TV on the noted parameters as compared with September.
Monitorig revealed total increase of broadcast time on TV. It is clearly seen if we follow in seconds the dynamic of development.
Monitoring revealed that the volume of İnforming program increased by 4,4% and the volumes of Enlightenment and Cultural-entertainment programs increased by 43,3% and 8,3% respectively. So, the volume of İnforming program increased from 359340 to 375014 seconds, the volume of Enlightment program incrsead from 345768 seconds to 495434 seconds, and the volume of Cultural-entertainment program increased from 968807 seconds to 1049459.
During that period, some difference was noted in the parameter Development of assessment of information according to their character of partiality and neutrality. In September their volume totaled 68394 seconds, and in June it made 66605 seconds. The volume of Neutral programs lowered from 169573 seconds down to 153504 seconds. As compared with September it testifies rise of the volume of Partial programs by 2,6% and lowering of the volume of Neutral programs by 9,5%.
The results of the monitoring of the dynamic of development of Enlightenment and Cultural-entertainment programs on months shows that the volume of Enlightenment program in September was 250921 seconds, in June it was 478431 seconds. In the Cultural-entertainment programs these indices increased from 744657 seconds to 908356 seconds. So, comparison of the analysis of the volume of Enlightenment programs in the native language over two months shows rise by 90,7%, and increased by 22% in the Cultural- entertainment programs.

NOTE: The remarks and proposals on the results of analysis can be sent to www.najafovfund.org on Internet site via Communication unit or najafovfund@yahoo.com.


Nacaf Nacafov Fund
July, 14 2006

 

MƏTBUAT ÜÇÜN AÇIQLAMA

Bakı şəhəri 02 iyun 2006-ci il

Nəcəf Nəcəfov Fondu
İctimai Televiziyanın monitorinqi
Layihəsinin 2-ci mərhələsinin icrasına başlayıb



Nəcəf Nəcəfov Fondu 01 iyun 2006-cı il tarixindən etibarən İctimai Televiziyanın monitorinqi Layihəsinin 2-ci mərhələsinin icrasına başlayıb. Layihə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Azərbaycan nümayəndəliyi ilə NNF arasında imzalanmış 01 iyun 2006-cı il tarixli müqaviləyə əsasən reallaşdırılır. Layihə tam olaraq ACİ YF-nun maliyyə dəstəyi, həmçinin Avrasiya Fondunun texniki dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, Nəcəf Nəcəfov Fondu İctimai Televiziyanın monitorinqi layihəsinin 1-ci mərhələsinin sentyabr 2005-ci il-yanvar 2006-cı il tarixində həyata keçirmişdi.

LAYİHƏNİN MƏQSƏDİ:
İTV-nin ölkə həyatının bütün sahələrinin, ilk növbədə ictimai-siyasi sahənin tarazlaşdırılmış və obyektiv surətdə işıqlandırıb-işıqlandırmamasının monitorinqini aparmaq, hökumətin və ya başqa qurumların İTV-nin işinə müdaxiləsi və ictimai şüuru öz xeyrinə formalaşdırmaq istəyinin səviyyəsini təsbit etmək, bu barədə ictimaiyyətə məlumat verməkdir.
LAYİHƏNİN VƏZİFƏLƏRİ:
V :
1. ,
2. ay,
3. ,
4. ,
5. ,
6.
əməl olunmasını dəyərləndirməkdir.

HƏYATA KEÇİRİLƏCƏK TƏDBİRLƏR

1. Monitorinqin aylıq nəticələri fondun www.najafovfund.org internet səhifəsində yerləşdiriləcək.
2. Nəticələr həmçinin KİV, QHT, Milli Məclisə, Prezident Aparatına, Siyasi partiyalara, Avropa Şurasının və ATƏT-in Bakı ofislərinə və s. ünvanlara CD-də çatdırılacaq.
3. Ali məktəblərdə tələbələr arasında İTV-nin populyarlığına aid sorğu keçiriləcək.
4. Sorğunun nəticələri KİV-də dərc olunacaq.
5. Monitorinqin nəticələri ilə bağlı təqdimat və mətbuat konfransları təşkil ediləcək.
6. KİV-ə İTV-nin fəaliyyətindəki nailiyyətlər və çatışmamazlıqlar barədə müsahibələr veriləcək.

NƏCƏF NƏCƏFOV FONDU HAQQINDA QISA MƏLUMAT:
Fond azadlıq və demokratiya carçısı, vicdanlı insan və ölməz jurnalist Nəcəf Nəcəfovun adını daşıyır. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin 21 iyun 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Mətbuatının 130 illiyi münasibətilə Nəcəf Adil oğlu Nəcəfov Şöhrət ordeni ilə (ölümündən sonra) təltif olunub. Fond 09 avqust 2002-ci ildə 1387 saylı qeydiyyatla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınıb.
Fondun əsas məqsədi mülki cəmiyyətin formalaşdırılmasına, hüquqi və demokratik dövlət quruculuğu prosesinə yardım etmək, bu istiqamətlərdə maarifçilik fəaliyyətini həyata keçirmək, həmçinin xeyriyyəçiliklə məşğul olmaqdır.
Fondun əsas vəzifələri maarifçilik istiqamətində diskussiya, seminar, konfransların təşkili, bu sahənin problemlərinin təhlili və onların həll olunmasına proqramlar və layihələr hazırlamaq, bu sahədəki problemlərin həllində beynəlxalq təcrübəni öyrənmək və tətbiq etməkdir.
Fond 2005-ci ildə Avrasiya Fondunun maliyyə dətəyi ilə Parlament seçkiləri KİV güzgüsündə: monitoring və müzakirələr və ACİ YF-nun maliyyə dəstəyi ilə İctimai Televiziyanın monitorinqi (1-ci mərhələ) layihələrini müvəffəqiyyətlə həyata keçirib.

Nəcəf Nəcəfov Fondu



-

02 2006 .



II


01 2006 , () II . , 01 2006 - ( ). .
, I 2005 2006 .

:
, TV , , - , TV , .

:
TV , :
1. ,
2. ,
3. ,
4. ,
5. ,
6. .


1. www.najafovfund.org .
2. ( CD) , , , , , .
3. TV.
4. .
5. -.
6. TV.

:

, . , 21 2005 130- ().
02 2002 , 1387.
, , , .
, , , , .
2005 : (I ) .


 

PRESS-RELEASE

Baku city June 2, 2006

Najaf Najafov Fund
starts implementation of second stage of
Public Televisions Monitoring project


On June 1, 2006 Najaf Najafov Fund (NNF) started implementation of the second stage of Public Televisions Monitoring project. The project is being implemented in accordance with agreement signed on June 1, 2006 between the NNF and the Promotion Funds Azerbaijani Representation Open Society Institute (PF OSI), with financial support of PF OSI and technical support of Eurasia Fund.
First stage of the Public Televisions Monitoring project was fulfilled by NNF from September 2005 to January 2006.

OBJECTİVE OF PROJECT:
Monitoring should determine if Public TV gives balanced and objective coverage of all spheres, including sociopolitical sphere, the level of governments or other structures interference into the activity of Public TV and the desire to form public opinion in its favor, first of all, for informing society.

GOALS OF THE PROJECTS:
To estimate through regular monitoring how Public TV channel meets the following requirements:
1. Law On Public TV,
2. equality,
3. objectivity,
4. pluralism,
5. transparency,
6. responsibility

PLANNED EVENTS
1. Monitorings monthly results will be placed on the projects web-page www.najafovfund.org .
2. Monitoring results will be submitted on CD in mass media, NGO, Milli Mejlis, Presidential Office, to political parties, Baku offices of the OSCE and the Council of Europe, and so on.
3. Students will be polled regarding popularity of Public TV.
4. Polls results will be published in the mass media.
5. Presentations and press-conferences will be conducted on the results of monitoring.
6. Interview about Public televisions achievements and shortcomings will be given to the mass media.

BRİEF İNFORMATİON ABOUT NAJAF NAJAFOV FUND :

The Fund was named after Najaf Najafov, the great supporter of freedom and democracy, unforgettable journalist. In accordance with Azerbaijans President Ilham Aliyevs Decree on June 21, 2005 Najaf Adil oglu Najafov was awarded posthumously with Gloria order on the occasion of 130th anniversary of Azerbaijans National Press.
On August 2, 2002 the Fund was registered in the Azerbaijans Justice Ministry, registration number is 1387.
Funds major objective is to help in formation of civil society, in the process of building legal and democratic state, conduction of enlightening work in this direction, as well as charity activity.
Funds major goals are to organize discussions, seminars, enlightening conferences, analysis of problems in this sphere and preparation of programs and projects according to their decisions, study and application of international experience on problems resolutions in this sphere. Results of poll will be published in the mass media.
In 2005 the Fund successfully implemented the Parliamentary elections in the mirror of the mass media: monitoring and discussing project with financial support of Eurasia Fund and first stage of Public Televisions Monitoring with financial support of PF OSI.

Najaf Najafov Fund

 

Nəticələr burada

PARLAMENT SEÇKİLƏRİ KİV GÜZGÜSÜNDƏ: monitorinq və müzakirələr layihəsinin 01 sentyabr-30 sentyabr 2005-ci il dövrü üzrə monitorinqinin nəticələri

Nəcəf Nəcəfov Fondu PARLAMENT SEÇKİLƏRİ KİV GÜZGÜSÜNDƏ: monitorinq və müzakirələr layihəsi üzrə sentyabr ayının təhlilini başa çatdırıb. Xatırladaq ki, Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin icrası 10 may 2005-ci il tarixindən başlayıb. Layihənin məqsədi TV, radio, gündəlik qəzetlərdə və informasiya agentliklərində qarşıdan gələn parlament seçkilərinin balanslı işıqlandırılmasına və eyni zamanda demokratik seçkilərin keçirilməsinə kömək etməkdir. Layihənin icra müddəti 8 aydır.
Layihədə elektron və çap yayım vasitələrinin monitorinqinin aparılması nəzərdə tutulub. Təhlilin həcminin böyük olduğunu nəzərə alaraq diqqətinizə ümumiləşdirilmiş nəticələri çatdırırıq. Təhlilin nəticələri hər bir televiziya, radio və qəzet üzrə tam şəkildə layihənin www.najafovfund.org İnternet səhifəsində yerləşdirilib.

Televiziya
01 sentyabr 30 sentyabr ayında 12 televiziya şirkətinin, o cümlədən AzTV, ANS, ATV, Space, Lider və İTV, Alternativ TV (Gəncə), Lənkəran TV, MTV (Mingəçevir), Simurq-M TV (Tovuz), DTV (Sumqayıt) və Aygün TV (Zaqatala) kanallarında yayımlanan verilişlərin monitorinqi aparılıb. 01 sentyabr 30 sentyabr dövründə adları çəkilən kanalların efirində seçki mövzusuna 2028 informasiya həsr olunub. Yayımlanan verilişlərin ümumi həcmi 425550 saniyə təşkil edib. Seçki mövzusunda yayılan informasiyaların həcminə görə İTV öndədir. Parlament seçkiləri mövzusuna ən az yer ayıran kanal Alternativ TV olub.

Radio
01 sentyabr 30 sentyabr dövründə monitorinqin əhatəsinə 5 radio dalğası daxil edilib. Bunlar ANS CM, Lider, Space, 106 FM və Antenn radiolarıdır. Bu dövr ərzində radiolarda seçki mövzusuna ayrılan məlumatların sayı 1073, həcmi isə 131786 saniyə olub. Seçki mövzusuna ən çox yer ayıran radio Antenn, ən az yer ayıran 106 FM olub.

Qəzetlər
Bu dövr ərzində monitorinqin əhatəsinə 9 gündəlik qəzet daxil edilib. Bunlar , Ekspress, Üç nöqtə, Kaspi, Şərq, Yeni Azərbaycan, Azərbaycan, Xalq və Respublika qəzetləridir. Göstərilən dövrdə adları sadalanan qəzetlərdə seçki mövzusuna 1535 məqalə həsr olunub. Bu mövzuya həsr olunan məqalə və məlumatların ümumi sahəsi 422281 kv.sm-dir. Dərc olunan məqalələrin sayına görə Şərq, sahəsinə görə isə Azərbaycan qəzeti liderlik edir.
Məlum olduğu kimi, prezident seçkiləri ilə müqayisədə parlament seçkilərində iştirak edən namizədlərin sayı daha çox olur. İlkin proqnozlara görə, seçkidə iştirak etmək istəyənlərin sayı 1500 nəfər ətrafında olacaq. Ona görə də seçkilərin birmandatlı olmasına baxmayaraq, təhlildə iştirakçıların bloklarda qruplaşdırılması variantı seçilib. Bu variantın seçilməsində təbii ki, son iki ayda namizədlərin seçkilərdə blok şəklində iştirak etmək siyasətinə üstünlük verilməsi önəmli rol oynayıb. Hesabatda hakim partiya və ona yaxın olanlar YAP, AXCP, ADP, Müsavat və ona yaxın qüvvələr Azadlıq, Yeni siyasət blokuna qoşulanlar YeS, ALP-yə daxil olanlar bu adlı bloka aid olunaraq təhlil olunub. Hələ ki adları yuxarıda göstərilməyən blokların heç birinə qoşulmayan, seçkidə fərdi şəkildə iştirak etməyə üstünlük verən şəxslər isə Digərləri blokunda cəmləşdirilib. Təhlildə tərəflərin təbliğinə həsr olunan məqalələr müsbət, tənqidinə həsr olunanlar mənfi məqalələr kimi göstərilib. Bitərəflik saxlanılan məqalələr neytral məqalələr kimi qeydə alınıb.
Qeyd: Təhlilin nəticələri ilə bağlı irad və təklifləri www.najafovfund.org İnternet səhifəsində Əlaqə bölməsi vasitəsilə və ya najafovfund@yahoo.com ünvana göndərmək olar.

THE RESULTS OF MONITORING COVERING THE PERIOD FROM SEPTEMBER 01 TO SEPTEMBER 30 ON THE PROJECT PARLIAMENTARY ELECTIONS IN THE MIRROR OF MASS MEDIA: MONITORING AND DISCUSSING

INTRODUCION
Nacaf Nacafov Fund has completed analysis on the project PARLIAMENTARY ELECTIONS IN THE MIRROR OF MASS MEDIA: monitoring and discussing during September. We would like to remember that implementation of the project began on 10, 2005 and is funded by the representation of the Eurasian Foundation in Azerbaijan. The goal of the project is to promote coverage of materials connected with elections by the TV channels, radio and daily newspapers and to help in conduction of free and democratic elections. Eight months are intended for the implementation of the project. The project provides monitoring of electronic and printing mass media. Taking into account large volume of analysis we present you generalized results. The results of analysis on every television, radio and newspaper have been placed completely in the Internet site of the project www.najafovfund.org .

Television
Monitoring of the program broadcast on 12 television companies, including AzTV, ANS, ATV, Space, Lider and İTV, Alternative TV (Ganja), Lenkoran TV, MTV (Mingachevir), Simurg-M TV (Tovuz), DTV (Sumgayit) and Aygun TV (Zakatala) was carried out.
2028 programs on the elections were made on the above mentioned channels from August 01 to August 31. Total volume of these programs is 425550 seconds. The İTV is the leader on the number of program on elections. Alternative TV made very little program on the elections.

Radio
Monitoring covers five radio waves from September 01 to September 30. They are ANS CM, Lider, Space, 106 FM and Antenn. The number of information in these channels over the reported period makes 1073 and the volume is 131786 seconds. Radio Antenn gave more space to elections subject and radio 106 FM gave least space to the elections subject.

Newspapers
Monitoring covered 9 daily newspapers over the reported period. They are: Uch noqte, Express, Sherg, Kaspi, Novoe vremya, Yeni Azerbaijan, Azerbaijan, Khalg and Republic. Over the reported these newspapers published 1535 articles. Total number of pages on the subject makes 422281 sq.sm. Azerbaijan gave more space to elections subject and Novoe vremya gave least space to the elections subject.

As it is known, as compared with the presidential elections much more people take part in the parliamentary elections. According to preliminary forecast, the number of people who want to take part in the elections will be approximately 1500. Therefore, despite the elections are one-mandate in our analysis we divided the participants into blocs. And choosing of such variant is natural because over the last two months the candidates prefer to take part in the elections in the form of blocs.
In the report the ruling party and pro-governmental parties and included into the bloc YAP; the parties PPFA, ADP, Musavat are included the bloc Azadlig; the parties close to Yeni Siyaset are included the bloc YeS; the parties entering the ALP enter the same name bloc. The parties which have not join any bloc and prefer to take part in the elections individually are included the bloc Others.
In the analysis the articles on propaganda are marked as positive, and the articles on criticism are marked as negative. The articles on abstained position are marked as neutral.
The articles (information) spread in the mass media and by e-mail on the eve of parliamentary elections have also been analyzed. Note: The remarks and proposals on the results of analysis can be sent to www.najafovfund.org on Internet site via Communication unit or najafovfund@yahoo.com

  

İlk layihəmiz

Nəcəf Nəcəfov Fondu Avrasiya Fondunun maliyyə dəstəyi ilə PARLAMENT SEÇKİLƏRİ KİV GÜZGÜSÜNDƏ: Monitorinq və müzakirələr layihəsinin icrasına başlayıb. İcra müddəti səkkiz ay nəzərdə tutulan Layihəyə 6 may 2005-ci ildən etibarən başlanılıb.
Layihə 3 mərhələdən ibarətdir:
- Birinci mərhələ may-sentyabr aylarını əhatə edir. Bu müddət ərzində seçki qanunvericiliyinin dəyişdirilməsi və qanuna uyğun seçki prosesinə hazırlıq və onun KİV-də işıqlandırılması prosesi dəyərləndiriləcək.
- İkinci mərhələ oktyabr ayından seçki gününə qədər olan dövrü əhatə edəcək. Bu dövrdə seçki kampaniyası, namizədlərə yaradılan şərait, KİV-də onların təbliğatı kimi mövzular monitorinqin əsas obyekti olacaq.
- Üçüncü mərhələ seçki günündən başlayaraq ilin sonuna kimi davam edəcək. Bu mərhələdə nəticələrin MSK-da elan olunması və Konstitusiya məhkəməsində təsdiqi, seçkinin nəticələrinə yerli və beynəlxalq münasibət, seçkidən sonrakı vəziyyətlə bağlı mövzuların işıqlandırılması qiymətləndiriləcək.
LAYİHƏNİN MƏQSƏDİ:
Məqsəd KİV, TV, Radiolarda parlament seçkilərinin obyektiv və balanslı işıqlandırılmasına və eyni zamanda daha demokratik seçkilərin keçirilməsinə kömək etməkdir.
LAYİHƏNİN VƏZİFƏLƏRİ:
Davamlı monitorinq parlament seçkilərinin işıqlandırılmasında:
1. seçki qanunvericiliyinə
2. plüralizimə
3. obyektivliyə
4. tarazlığa
5. şəffaflığa
necə riayət edildiyi haqda ictimaiyyəti məlumatlandırmağa imkan yaradacaq.
Monitorinqin nəticələrini nəşr etmək:
1. Deputatlığa namizədin seçkiqabağı platformasının təbliğinə kömək edəcək.
2. Seçki kompaniyası dövründə ictimai diqqəti telekanalların fəaliyyətinə yönəltməyi gücləndirmək və ictimai debatlar vasitəsilə plüralizm, tarazlaşdırma və obyektivlik prinsiplərinə əməl edilməsini izləməyə imkan verəcək.
3. Düzgün və ədalətli seçkilərin keçirilməsinə kömək edəcək.
MONİTORİNQİN ƏHATƏSİ:
Monitirinq Azərbaycan Dövlət Televiziyası, ANS, LİDER, SPACE, ATV, İTV
və Bölgə televiziyaları, o cümlədən,-
Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Quba, Tovuz, Zaqatala televiziyalarını,
ANS ÇM, SPACE, LİDER, 106 FM, ANTENN radiolarını,
Xalq, Azərbaycan, Respublika, Bakinskiy Raboçiy, Azadlıq, Yeni Müsavat, Bakı Xəbər, 525, Exo, Zerkalo, Novoye Vremya, Yeni Azərbaycan, GÜN səhər qəzetlərini,
Turan, AzərTAg informasiya agentliklərini əhatə edəcək.
HƏYATA KEÇİRİLƏCƏK TƏDBİRLƏR
Məqsəd və vəzifələrin icra olunması üçün aşağıdakı tədbirlər həyata keçirilir:
1. Mətbuatın, radioların, mərkəzi və regional TV-lərin monitorinqi üzrə qrup yaradılır.
2. Qrup parlament seçkilərinə həsr olunan nəşrlərin və televerilişlərin gündəlik monitorinqini həyata keçirir.
3. Siyasi reklamların monitorinqini aparır.
4. İşlənilmiş materialları yenidən işləyir və analiz edir.
5. Monitorinqin aylıq nəticələrinin hesabatını hazırlayır və nəşr edir.
6. Monitorinqin hesabatlarının yerləşdirilməsi üçün veb-saytda giriş yaradılır.
7. Qrup maraqlı tərəflərin hesabatının nəticələri haqqında şərh və izahat verir.
LAYİHƏNİN KONKRET NƏTİCƏLƏRİ:
Sistemli monitorinqin keçirilməsində aşağıdakı nəticələr gözlənilir:
1. KİV və informasiyanın çatdırılmasında ən effektli təsiri olan TV imicinin dəstəklənməsi, auditoriyanın etibarını qazanmaq məqsədilə seçkilərdə plüralizmi, tarazlığın təmin olunmasını, obyektivliyi qorumağa çalışacaqlar.
2. Seçkilərin obyektiv işıqlandırılması və tarazlığı KİV-ə olan ictimai diqqəti aktivləşdirir.
3. Şübhəsiz ki, monitorinq bütövlükdə seçkilərin işıqlandırılması və keçirilməsində daha sağlam şərait yaradacaq.
UZUNMÜDDƏTLİ NƏTİCƏLƏR (1-3 il)
1. Səkkiz aylıq monitorinqin aylıq nəticələri mətbuatı tarazlaşdırılmış obyektiv informasiyaların yayılmasına bir növ yardım edəcək və bu davamlı hal alacaq.
2. Layihənin reallaşdırılması daha demokratik seçkilərin keçirilməsinə, daha effektli və işgüzar parlamentin seçilməsinə yardım edəcək. Fəaliyyətin nəticələri ölkənin və ictimaiyyətin inkişafında neqativ halların aradan götürülməsində öz təsirini göstərəcək.

 

ANA SƏHİFƏ | NƏCƏF NƏCƏFOV | FOND | LAYİHƏLƏRİMİZ | MEDIADA BIZ | Press-relizlər | KİTABXANA | PRESSA | ƏLAQƏ | Linklər |                                      

2005. Nəcəf Nəcəfov Fondu.