Onun azad, demokratik və çagdaş Azərbaycan arzusu bizim də arzumuzdur!

Nəcəf Nəcəfov... bu ad çağdaş dövrümüzdə azad mətbuatın bir rəmzidir. O, təkcə "Azadlıq" qəzetinin yaradıcısı kimi xatırlanmır. Azadlıq və demokratiya ugrunda mübarizəsi onun qəbrini  and yerinə çevirib. Onun xatirəsi ölməzdir...

Nəcəf Nəcəfov Fondu

www.najafovfund.org 

 

ANA SƏHİFƏ
NƏCƏF NƏCƏFOV
FOND
LAYİHƏLƏRİMİZ
MEDIADA BIZ
Press-relizlər
KİTABXANA
PRESSA
ƏLAQƏ
Linklər
FORUM

"İlk xatirələr" kitabı "Yoxluğun..." kitabı Fotoalbom

 
AZADLIQ
Gündəlik qəzet
231(1500) şənbə-bazar ertəsi, 18-20 dekabr 1999

ÖLÜMLƏ MƏSLƏHƏTLƏŞDİ NƏCƏF BƏY

Cəmiyyətdə o qədər də tanınmayan, öz peşəsini ictimailəşdirə bilməyən, tanıyanların hamısının sevimlisinə çevrilə bilməyən adamlar üçün son söz demək o qədər də çətin deyil. Yığcam bir tərcümeyi-hal, xidmətlərinin siyahısı və başsağlığı. Bu, bir dəqiqəlik sükut qədər asandır.
Amma Nəcəf bəy...
Onun üçün son söz demək dünyanın bu qəbildən olan bütün adamlarının xatirəsini anmaq qədər çətindir. Həm də onun yoxluğunu təsəvvür edirsənsə. Həm də dəqiq bilirsən ki, o, dediyin sözlərin publisistik stilinə də irad tuta bilməyəcək. Bu iradı eşitmək üçün yüzlərlə adamın varlığını duya-duya.
Bizim yeni mətbuatımızla adı bağlanan, ictimai-siyasi həyatımızın əxlaq mücəssəmələrindən biri olan Nəcəf bəy vəfat etdi. Belələri Azərbaycanda o qədər azdır ki, adam çaşqınlıqdan da bezir. Çoxluq qane etmir adamı. Çoxluq belə deyil. Millətin kübar təbəqəsini azlıq formalaşdırır. Sadəcə varlığı ilə.
Varlığı yoxa çevriləndə də qoyub getdiyi xatirələri ilə. Nəcəf Nəcəfov kimi. Onun hərəkətləri, danışığı, daim qoruyub saxladığı nikbinliyi azərbaycanlıların örnək götürə biləcəyi kübarlıq idi. Hətta bizim bu fəlakətli respublikamızın ən fəlakətli günlərində belə qoruyub saxladığı təmkin hamının ibrət ala biləcəyi şəkildə idi. Əsasını qoyduğu Azadlıq qəzetinin üzərinə qoyulan rus yasaqlılarının gətirdiyi əzablar da onu sındıra biləcək həddə deyildi. Nəcəf bəy cəmiyyətin ayrılıqda götürülmüş bir probleminin həll ediləcəyini ən az ehtimal edən adamlardan idi.
Onun üçün Vətən iş yerindən tutmuş məhəbbətinə qədər səliqə-səhmana ehtiyacı olan, qayğı və diqqət tələb edən adamlardan ibarət idi. Ən xırda səliqəsizliyi belə özü üçün dərd edəndə onu hər kəsdə gizlətməyi bacarırdı. O, nikbin adam idi. Adamlarda xoş və kifayət qədər işgüzar əhval-ruhiyyə görmək istəyən bir böyük idi. Onun cəmiyyətlə bütün təması qarsılıqlı məhəbbətdən ibarət idi. Açıq-aydın görünən, üzünə və astarına bircə barmaq belə düşməyən məhəbbətdən. Onun üçün jurnalistika da, ictimai-siyasi fəaliyyət də ən xırda hesabatdan başlayırdı. Özünün və ətrafdakıların hesabatından. Bu hesabat o səviyyədə iri görünürdü ki, onda xırdaçılıq axtarmağa belə dəyməzdi. Ən qısa görüşü belə müşayiət edən gözəl bir təbəssüm, qayğılı bir nikbinlik, qarşısındakının iliyinə işləyən inam... Bu Nəcəf bəy idi. Hamının gözündə
eyni səviyyəli nüfuza bərabər olan Nəcəf Nəcəfov. Artıq yoxdur. Azərbaycan istiqlalının qısa tarixinin kamilləşdirdiyi ziyalı nəslinin ən parlaq simalarından biri. Artıq bu nəslin də nisgilləri başlayır. Deyəsən, burada da Nəcəf bəy birinciliyi güzəştə getmək istəmədi. Ölümlə bir qədər məsləhətləşəndən sonra bu qərarın qəbul ediləcəyini bəlkə də gözləmək olardı.
Allah ona rəhmət eləsin.
Azadlıq

24 dekabr 1996. Azadlıq 7 yaşını qeyd edir. Bütün ad günlərimizdə olduğu kimi, aparıcı yenə Nəcəf bəydir...

Yoxluğuna inanılmayan BÖYÜK İNSAN

Bu qoca dünyada doğum və ölüm hər an baş verən hadisələrdi. Milyonların içində insan var ki, onun dünyaya gəlişi bir ailənin, bir nəslin sevincinə, dünyadan gedişi minlərlə insanın kədərinə, nisgilinə çevrilir. Onun həyatı, əməlləridi ayrılığın dəhşətini bizə yaşatdıran.
Ölüm - bu dəhşətli söz Nəcəf bəyə heç yaraşmır, hec... Mənə qalsa, ölüm kəlməsini Nəcəf bəyə yaxın buraxmazdım. Fəqət, ölüm haqdır deyirlər. Bu nahaq dünyada belə haqqı mən heç vaxt qəbul edə bilmirəm...
Nəcəf bəyi ilk dəfə meydanda görmüşdüm. Sonralar tale elə gətirdi ki, 1990-cı
ilin oktyabr ayından Azadlıq qəzetində onunla birgə işlədim. İndiki kimi yadımdadı,
Nəcəf bəy təkid edirdi ki, təyinatımı Azadlıqa alım. Və təyinat bölgüsü vaxtı universitetə məktub göndərərək məni həmişəlik Azadlıqa bağladı Nəcəf bəy.
İlk gündən bu insanın mehribanlığına , səmimiliyinə, insanlara qayğısına, təvazokarlığına, sadəliyinə heyran qaldım. Həmişə belə bir insanla çalışdığıma görə qürur hissi duyurdum. Nəcəf bəyin Azadliqın yaranmasında, o çətin çağlarda işıq üzü görməsində çəkdiyi əziyyətlərin, hər çətinliyə fədakarcasına necə sinə gərməsinin, fövqəladə vəziyyətdə rus hərbçilələrinin redaksiyaya hücumu vaxtı mərd-mərdanə komendaturaya getməməsinin, bir yazıya görə polislərin redaksiyaya operativ tapşırıgla gəldiyi zaman göstərdiyi təmkinlə bu işi çözməsinin və daha nələrin şahidi olmuşam.
O, yaxşıya həmişə qiymət verərdi, hamıya qayğıyla yanaşardı. Nəcəf bəy hər işi, hər hərəkəti ilə başqalarına örnək olası bir insandı. Redaksiyanın əcnəbi qonaqlarını hədiyyəsiz yola salmazdı. Həmin qonaqlara verilən hədiyyələrsə Azərbaycanın mədəniyyətinin təbliği yollarından biriydi.
Redaksiya işçilərinin ad günlərində açıqcaya bir cümlə ilə hərə öz ürək sözünü yazardı, kiçik bir hədiyyə ilə doğum günü olan kəsə təqdim edərdilər. Bu da Nəcəf bəyin işçilərinə, kolleqalarına diqqətinin, hörmətinin nümünəsiydi. Ən əziz xatirəm olan açıqcada ölümlərinə hələ də inana bilmədiyim Azadlıqın keçmiş əməkdaşları məhrum Elmira Əmrahqızı, Vəli Yaşıllı və Nəcəf bəyin ürək sözləri var...
Nəcəf bəyin Azadlıq qəzetinin yaranmasındakı xıdmətlərini hamı bilir. O, elə bir qəzetin təməlini qoyub ki, mətbuatımız yaşadıqca Nəcəf bəyin adı Azadlıqla qoşa çəkiləcək...
Nəcəf bəy qısa da olsa, elə ömür yaşayıb ki, o ömürdən hər kəs İNSANLIQ payına nəsə götürə bilər.
Allah bu böyük İNSANA qəni-qəni rəhmət eləsin!
Nəcəf bəyin əzız xatirəsini həmişə qəlbındə yaşadacaq.
Xanımə Abdulqədirova


Nəcəf Nəcəfovun dəfn komissiyasının tərkibi:

Arif Əliyev sədr
Şahin Hacıyev
Sabit Bağırov
Mehman Cavadoğlu
Rauf Arifoğlu
Hikmət Hacızadə
Mehman Əliyev
Fuad Mustafayev
Gündüz Tahirli
Ədalət Tahirzadə
Əli Cəfərli
Taleh Şamçıyev
Mahal İsmayıloğlu
Zaur Qədimbəyov
Sirus Təbrizli

Mərhumla vida mərasimi dekabrın 18-də saat 12-dən 15-dək Aktyor evində (Xaqani küçəsi, 10) olacaq.


Azadlıq bu yazını keçən dekabr, Nəcəf bəy xaricdə müalicədə olanda dərc etmişdi. Jurnalist Adil Qaçayoğlunun qələmindən çıxan bu sətirləri (kiçik ixtisarla) təkrar verməmək ədalətsizlik olardı...

VİCDANLI ADAM

Söhbət Nəcəf müəllimdən gedir

Bu sözləri Nəcəf müəllimin haqqında AXC-nin cədri Əbülfəz Elçibəy deyib.
Bu sözlərin deyilmə tarixi var və bir azdan mən bunun üstünə qayıdacağam. Hələliksə yalnız bır məsələyə aydınlq gətirmək istəyirəm: niyə bu sətirlərin müəllifi hər zaman, hər yerdə Nəcəf Nəcəfova bəy yox , məhz müəllim deyə müraciət edir?
Bu, ola bilsin ki, 98-ci ilin dekabr ayının oxucusu üçün o qədər də maraqlı olmasın, amma 88-ci ilin qışının qəzet işçisi üçün çox böyük önəm kəsb edir. Beləliklə...
* * *
1988-ci ilin fevral ayında Qarabağ münaqişəsinin, daha doğrusu, Dağlıq Qarabağın Azərbaycandan ayrılması prosesinin, işğalılın bünövrəsi qoyulurdu...
1988-ci ilin qışı 1998-ci ilin sonları deyildi. Bu tarixlərı müqayisə etmək belə mümkün deyil. Mən ötən dövrləri yada salmaq, paralellər aparmaq iddiasında da deyiləm. Yalnız bir faktı bir daha xatırlatmaq istəyindəyəm.
1988-ci il. Fevral ayı. Stenapanakertdə ilk mitinqlər. İlk Miatsum harayları. Və Bakıda lal süküt...
Yenə deyirəm, yaxın tarixin yaddaşımda qalan (hələ münasibət prizmasını demirəm) bütün məqamlarına toxunmaq iddiasında deyiləm. Yalnız və yalnız proletariatın dahi rəhbərinin verdiyi qiymət və hələ o vaxt qüvvədə olan düsturla - qəzet təkcə kollektiv təbliğatçı, kollektiv təşviqatçı deyil, həm də kollektiv təşkilatçıdır prinsipi ilə fəaliyyət göstərən mətbuatın çox yox, cəmi 3-4 ildən sonra əsl müharibəyə, son nəticədə isə Azərbaycan üçün əsl fəlakətə çevriləcək hadisələrə münasibətini yada salmağı yerində sayıram...
* * *
Bax burada daha bir qədər geriyə - 2 il əvvələ qayıtmağa zərurət duyuram.
Sakit bir dövr idi. Qurd quzuyla otlayırdı. Düzdür, ən azı 7-8 ildi yağ, bir neçə ildi ki, ət və qənd talonla verilirdi, amma Qarabağ yerində idi...
Belə günlərin birində Kommunist nəşriyyatının 8-ci mərtəbəsində, o dövrdə bu sətirlərin müəllifinin çalışdığı Azərbaycan gənclərı qəzetiylə yanaşı bir mərtəbədə, ağız-ağıza çalışan Molodyoj Azerbaydjana (qısaca Molodyojka) qəzetinə təzə redaktor təyin edildi.
Nəcəf Nəcəfov. Stroitelin (öz dövründə yetərincə tanınan İnşaatçı qəzetinin rus variantının) redaktor müavini, sonra Vışka qəzetinin şöbə müdiri.
Allahı olan heç kəs danmaz ki, 70-80-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında Azərbaycan gənclərindən populyar qəzet yox idi. Düzdür, nüfuz, daha doğrusu, dolanışıq baxımından daha sanballı Kommunist, Sovet kəndi, Bakinski raboçi, Vışka kimi qəzetlər fəaliyyət göstərirdi, amma Gənclər ayrı qezet idi.
Belə günlərin birində, məhz belə günlərin birində böyrümüzdə çıxan, - qoy o dövrdə Molodyojkada çalışan heç bir həmkarım, heç bir dostum məndən inciməsin, - az qala çoxtirajlı qəzet səviyyəsində çıxan Molodyoj Azerbaydjana qəzetinə Nəcəf müəllim başçılıq etməyə başladı...
* * *
Bax burada yazının lap əvvəlində toxunduğum, özü də çox böyük ehtiramla toxunduğum müəllim sözünün üstünə gəlmək istəyirəm.
Biz o dövrdə bəzən müəllim sözünü yeri gəldi-gəlmədi işlətmişik, düşdü-düşmədi, layiq oldu-olmadı hər yoldan keçənə müəllim demişik və bugünki cavanlardan fərqli olaraq həmin günlər üçün xəcalət çəkməliyik və çəkirik. Amma Nəcəf müəllimə bir neçə ildən sonra bəy sözü necə yaraşırdısa, 1987-1988-ci illərdə, mənim fikrimcə, elə günü bu gün də və sabah da müəllim epiteti o dərəcədə yaraşırdı, yaraşır və yaraşacaq.
Düz söz bəzən (çox vaxt!) acı olur. O dövrdə həqiqəqən zəif çıxan Molodyojka gözümüz görə-görə, ağlımız kəsə-kəsə dəyişməyə, başqalaşmağa, nəhayət, hamını ötməyə başladı. Qəzetdə yeni imzalar, təzə istedadlar peyda oldu, Zavod qəzetinə oxşayan Molodyojka Azərbaycan SSR-in 1 nömrəli qəzetinə çevrildi.
Və məhz onda biz - Gənclərdə işləyən cavan nəsil (əslində bu sətirlərin müəllifi qonşu qəzetin cavan redaktoru ilə həmyaşıddır) Nəcəf Nəcəfova müəllim deməyə başladıq.
Molodyojka dövrün stereotiplərini dağıdırdı...
Molodyojka vəzifəsindən, pulundan, arxasından asılı olmayaraq heç kəsdən çəkinmirdi.
Molodyojka haqqın tərəfində dayanırdı.
Rusdilli Molodyojka Azərbaycanın 1 nömrəli qəzetinə çevrilirdi və çevrilmişdi.
Bütün bunlar hələ 1985-ci ildə Moskvada başlayan yenidənqurmanın 1987-ci ildə
heç küləyi nədi, mehi də əsməyən Azərbaycanda bomba təsiri bağışlayırdı.
Və məhz bu günlərdə Azərbaycan jurnalistikasında belə bir şəxsiyyət peyda olmuşdu: Molodyoj Azerbaydjana qəzetinin redaktoru (ona qəzetlərdə baş redaktor vəzifəsi yox idi) Nəcəf Nəcəfov! Sadəcə, Nəcəf müəllim!
* * *
Üstündən 1 il keçəcəkdi. Qarabağ münaqişəsi başlayacaqdı. Bu dövr barədə çox danışmaq istəmirəm. Çünki az-çox meydana, azadlıq hərəkatına bağlı olan ən cavan həmkarlarım belə Azərbaycanda mətbuat, söz azadlığının başında duran, daha doğrusu, önündə gedən Nəcəf Nəcəfov haqqında məlumata malik olmalıdır. Əgər bu gün özünü demokratik mətbuatın daşıyıcısı hesab edən qələm sahibi 1988-ci ilin meydan hərəkatı dövründə Molodyojkanın və Nəcəf müəllimin xidmətləri haqqında az-çox məlumata malik deyilsə və bu barədə bilgi almağa cəhd göstərməyibsə, bu, artıq bizlərin, yaşı 40-ı haqlayan və adlayan, necə deyrələr, ortada qalan, nə ondan, nə də bundan onların günahı deyil.
Bircə fakt deyim. Xeyli vaxt Rusiyada yaşayan və ömründə əlinə qəzet almadığına şübhə etmədiyim bir dostum 1988-ci ilin ortalarında şanlı bir məktub göndərmişdi ki, bəs səndən heç nə istəmirəm, Molodyojkanın hər nömrəsi (bacarsan 5-10 nüsxə) göndər, mən burada ruslara başa salım ki, Qarabağ kimindir, bu münaqişədə haqlı kimdir və sairə və ilaxır.
Ermənilərə yalnız Molodyojka tutarlı cavab verirdi.
Azərbaycan xalqına həqiqəti yalnız Molodyojka çatdırırdı.
Molodyojkanın məsələsi artıq Moskvada, Qorbaçovun yanında həll olunurdu
Məhz həmin günlərdə mən həmyaşıdım Nəcəf Nəcəfova müəllim deməyə başladım. Və bu gün son on ilin meydana çıxardığı adamların heç olmasa birində yanılmadığıma sevinirəm.
Şəxsiyyətinə və qələminə hörmət etdiyim bir həmkarım isə ilk baxışda bir az da irəli getmişdi: Nəcəf müəllim bizim günlərin Mirzə Cəlilidir!.
Mən bu sözlərlə 10 il əvvəl də razıydım, bu gün də razıyam. Yaddaş bəzən sözə baxmır.
* * *
Yaddaş bəzən sözə baxmır.
Yaddaş bəzən adamı çaşdırır, səhv yola yönəldir.
Buna görə də ayı, ili barədə konkret söz deməyəcəyəm. Amma o yadımdadır ki, AXC-də parçalanma təhlükəsi yaranmışdı. Xalqın bezdiyi quruluşdan can qurtarmaq üçün üz tutduğu, inandığı təşkilatda qəribə proseslər gedirdi. Hamı gözünü AXC-yə dikmişdi, AXC-də də əsl didişmə gedirdi.
Belə günlərin birində mənim dostum (bu sözün yükündən qorxmuram!), həmin dövrdə taksi sürücüsü işlyən Əli Əbülfəz Elçibəyi və iki silahdaşını maşınına götürür...
...Meydanın gur-gur guruldayan vaxtı ola, yanında milli-azadlıq hərəkatının lideri otura, sükanın arxasında da özünü hərəkatçı (məhz hərəkatçı, cəbhəçi yox ha!) sayan adam. Belə fürsəti əldən vermək olar?! Bir sual bu yandan, bir sual o yandan... Bəy, bu işlərin axırı hara gedəcək?, Bəy, filankəsin mövqeyi biz qara camaata çatmır, siz nə fikirləşirsiniz? və s, və i.a.
Beləcə söhbət gəlib Nəcəf müəllimin üstünə çıxır. Əli sonralar danışırdı ki, bütün suallarıma hövsələylə, amma bir az könülsüz cavab verən Əbülfəz bəyin sifəti bir andaca işıqlandı:
- Nəcəf bəy bizim aramızda ən vicdanlı adamdır.

Və həmin söhbətdən sonra Nəcəf müəllim haqda söz düşəndə hər dəfə bəyin bu qiyməti yadıma düşür: vicdanlı adam. Nəcəf müəllim barədə çox xoş sözlər (mərd, prinsipial, zəhmətkeş, istedadlı, təmiz...) demək olar və o, onların hər birinə layiqdir, amma mənim zənnimcə, bizim aramızda ən vicdanlı adam qiymətindən yüksəyini axtarmağa dəyməz.
Bu gün bizim cəmiyyətdə xeyli savadlı, erudisiyalı siyasətçi var. Bizim aramızda bacarıqlı mə'murlar da yetişir. İş bilən, pul qazanan biznesmenlərin də sayı gündən-günə çoxalır. Amma vicdanlı adam...
Nəcəf Nəcəfov vicdanlı adamdır.
* * *
Bunları isə mən deyirəm (kaş bir az yekə çıxmasın, lovğalıq təsiri bağışlamasın): Nəcəf müəllim hərəkatın ilk dövründə çox şeyə tüpürüb (bilirəm ki, belə kobud ifadə heç vaxt Nəcəf müəllimin xoşuna gələ bilməz, amma...) meydana gəlmiş tək-tük adamlardandı. Bəlkə də yeganə belə adam idi...
Molodyoj Azerbaydjana kimi artıq çox populyar qəzetin redaktoru, yaraşıqlı kabinet, xeyli imtiyazlar verən dövlət telefonu, qara Qaz-24 (dövran hələ Mersedes dövranı deyildi), katibə, qulluğunda durmağa cəhd edən adamlar... Hələ onu demirəm ki, Nəcəf müəllimi meydandakı küçə uşaqlarından ayırmaq üçün ona Bakinski raboçi qəzetinin redaktoru (o dövrdə Azərbaycan KP MK-nın orqanı olan Bakrabın redaktorluğu Nəcəf müəllimə bir çox problemlərini qısa müddətdə həll etməyə imkan verərdi) və hətta Azərbaycan LKGİ MK-nın birinci katibi (bu isə avtomatik olaraq Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd seçilmək şansı və daha böyük imkanlar yaradırdı) vəzifələri təklif edilmişdi.
1988-ci ildə bu təklifləri rədd etmək hər kişinin işi deyildi.
1988-ci ildə bütün bunlara tüpürüb (yenə!) meydana getmək yalnız vicdanlı adamın işiydi.
Sonralar da Nəcəf müəllimin belə addımları olacaqdı. Bəziləri özünü AXC İdarə Heyətinə dürtmək üçün dəridən-qabıqdan çıxdığı halda, Nəcəf müəllim Azadlıq qəzetinin redaktoru kimi müstəqilliyini itirməmək üçün oradan istefa vermişdi. 1992-93-cü illərin milli hakimiyyəti dövründə də Nəcəf müəllim, yəqin ki, aparatda, bütövlükdə dövlətin idarə olunmasında yol verilən səhvlərlə barışmayaraq prezidentin müşaviri vəzifəsini tərk edib ARDNŞ-yə getmişdi.
Bu addımları yalnız vicdanlı adam ata bilərdi.
* * *
...Eşidəndə ki, Nəcəf müəllim xəstələnib və xaricdə müalicə olunmalıdır, hansı hissləri keçirmişəm, bu barədə danışmaq istəmirəm. Yalnız üzümü bizi Yaradana tutub ondan kömək diləmişəm, ondan pənah ummuşam.
Eşidəndə ki, Nəcəf müəllim ölkə başçısının göstərişiylə dövlət hesabına Almaniyaya müalicəyə yola salınıb, yenə yadıma Əbülfəz bəyin sözləri düşüb: vicdanlı adam!
İzah edim niyə?
Son dövrlərdə hey iqtidarla müxalifətin dialoqu barədə söz-söhbət gedir. Di gəl bu söz-söhbətlər söz-söhbətdən bir addım irəli getmir ki, getmir. Bu təklif edir, o susur, o təklif edir, bu susur...
Allahın işinə qarışmaq olmaz. Amma bəlkə Nəcəf müəllim kimi vicdanlı adam öz xəstəliyiylə də bu millətə, bu dövlətə xidmət edir.
Əgər ölkə başçısı bu çətin dövrdə Nəcəf müəllimin xaricə müalicəyə getməsiylə bağlı bütün problemləri bir andaca həll edirsə və bundan reklam xatirinə istifadə edilmirsə (əksinə olsaydı, bu, insanlığa yaraşmazdı), Nəcəf müəllimin silahdaşları bu humanist addımı qiymətləndirməlidirlər.
Mən inanıram ki, Heydər Əliyev Nəcəf Nəcəfovun Azərbaycan ücün nə qədər gərəkli insan olduğunu çox gözəl bilir.
Mən inanıram ki, Əbülfəz Elçibəy 10 ildən sonra da Nəcəf müəllimi vicdanlı adam sayır və onun xətrinə istənilən hərəkətə hazırdır.
Kaş Allah kömək dura, Nəcəf müəllim sağalıb Vətənə qayıda və heç olmasa onda bizim iqtidarımızla müxalifətimiz bu vicdanlı adamın vasitəçiliyi ilə danışıq stolu arxasına otura. Heç bir şərtsiz-filansız. Millətin və dövlətin mənafeyi naminə. Ən azı Qarabağın, erməni tapdağı altında qalan torpaqlarımızın azad olması xatirinə.
Görün, Nəcəf müəllim necə böyük şəxsiyyətdir ki, onun xəstəliyi də bu millətə, dövlətə birləşmək imkanı yaradır.
* * *
Bu imkan Allahın işidir...
Axırıncı dəfə Nəcəf müəllimlə motodromda keçirilən mitinqdə görüşdük. Qısaca hal-əhval, tez sorğu-sual: Bu işlərin axırı hara gedəcək?.
- Vallah fəal siyasətdən tamam uzaqlaşmışam, sadəcə olaraq, həmrəylik xatirinə gəlmişəm...
* * *
Sağalın, Nəcəf müəllim!
Qayıdın, gəlin, sizi istəyən doğmalarınızı, sizi unutmayan həmkarlarınızı sevindirin!
Ey yeri-göyü Yaradan, bizim dualarımızı qəbul et, yalvarışlarımızı eşit!
Allah, sən hamıya, hamımıza kömək dur!
Allah, sən Nəcəf müəllimin kürəyinin arxasında dayan!

P.S. Gözəl Novruz bayramı günündə - martın 20-də həyatımın mənası, dünyada ön cox istədiyim insan - anam bir anın içində gözümün qabağında dünyasını dəyişəndən sonra əlim qələmə yatmırdı. Anamın xatirəsinə layiq nəsə yaza bilmədiyimə görə, qəzetçilərin diliylə desək, ancaq qaralama işiylə məşğuldum.
Düz 9-cu aydır ki, əzab cəkirəm. Di gəl saysız-hesabsız yuxusuz gecələrdə belə stolun arxasına keçmək, ürəyimi deşənləri, içimi göynədənləri kağıza boşaltmaq mənimçün cox müşkül işdir. Ancaq Nəcəf müəllimin xəstələndiyini eşidəndə hər şey özümdən asılı olmayaraq baş verdi. Pisdi, yaxşıdı, bunu deyə bilmərəm, sadəcə olaraq Nəcəf müəllim haqda düşündüklərimi, ürəyimdən keçənlərin tələm-tələsik qeydə alınan yüzdəbiridir.
Elə bilirəm ki, Nəcəf müəllim kimi vicdanlı adama sağlamlıq diləyi, kömək yalvarışıyla qələmə aldığım bu yazıya görə 66 illik ömrü boyu dünyada hamıya yalnız yaxşılıq arzulayan, yaxşılıq edən anamın ruhu məni bağışlayar...

Adil Qaçayoğlu

 

XALQ qəzeti

Gündəlik ictimai-siyasi qəzet
18 dekabr 1999-cu il, şənbə, 301 (23354)


NƏCƏF ADİL OĞLU NƏCƏFOV

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış ictimai xadimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəcəf Adil oğlu Nəcəfov 1999-cu il dekabrın 17-də ömrünün 45-ci ilində vəfat etmişdir.
Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilini Xalq Təsərrüfatı İnstitutunda almışdır. Nəcəf Nəcəfov jurnalistlik fəaliyyətinə 80-ci illərin əvvəllərində İnşaatçı qəzetində başlamışdır. 1986-cı ildə isə o, Molodyoj Azerbaydjana qəzetinin redaktoru təyin edilmişdir. Molodyoj Azerbaydjana onun rəhbərliyi altında qısa müddət ərzində respublikanın ən populyar mərkəzi mətbu orqanlarından birinə çevrildi. Dağlıq Qarabağ problemi süni surətdə ortaya atıldığı 1987-1988-ci illərdə respublikanın bir çox mətbu orqanlarından fərqli olaraq Molodyoj Azerbaydjana qəzeti erməni separatçılarının Azərbaycana qarşı həyata keçirdiyi siyasətin mahiyyətini ifşa edərək öz səhifələrində onlara tutarlı cavablar verirdi. Azərbaycanın o zamankı rəhbərliyi Nəcəf Nəcəfovun həmin illərdə nümayiş etdirdiyi əsl vətənpərvərlik mövqeyindən razı olmadığını bildirərək, 1989-cu ildə onu qəzetin redaktoru vəzifəsindən azad etdi.
Elə o dövrdən başlayaraq Nəcəf Nəcəfov siyasi fəaliyyətə keçərək müxtəlif qurumların və təşəbbüs qruplarının tərkibində müstəqil Azərbaycan ideyasına xidmət edən bir sıra layihələrin gerçəkləşməsində iştirak etdi. Bu layihələrin arasında respublikanın ilk müstəqil qəzeti - Azadlıq qəzetinin və Turan informasiya agentliyinin təsis edilməsini göstərmək olar.
Respublikada gedən siyasi proseslərin mərkəzində olan Nəcəf Nəcəfov həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. 20 Yanvar faciəsi günlərində o, ayağa qalxmış xalqla axıra qədər birlikdə olmuş, nəticədə ağır zədələr almışdır.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə Nəcəf Nəcəfovun siyasi fəaliyyətinin başlıca prinsipi olmuşdur. O, 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı kimi fəaliyyətində də həmişə məhz bu prinsipdən cıxış etmişdir.
1992-1993-cü illərdə Nəcəf Nəcəfov Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikası prezidentinin müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ictimaiyyət ilə əlaqələr və mətbuat üzrə vitse-prezidenti vəzifələrində işləmişdir. Son illərdə isə o, Müstəqil Sahibkarlıq Fondunun vitse-prezidenti olmuşdur.
Nəcəf Nəcəfov öz prinsipiallığı, saflığı və işgüzarlığı ilə hamının hörmətini və rəğbətini qazanmış ziyalılardan olmuşdur. O, siyasi baxışlarından asılı olmayaraq Vətənə və xalqa sədaqətini, ümummilli problemlərin həllində düzgün mövqe seçmək bacarığını həmişə nümayiş etdirən Azərbaycan vətənpərvərlərinin bariz nümunəsi idi. Özünə tələbkarlıq, başqalarına diqqət və qayğı ilə yanaşmaq Nəcəf Nəcəfovun əsas insani keyfiyyətlərindən idi.
Tanınmış jurnalist, vətənpərvər ziyalı, gözəl insan Nəcəf Nəcəfovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev,
Ramiz Mehdiyev,
Elçin Əfəndiyev,
Rəfael Allahverdiyev,
Fatma Abdullazadə,
Әli Həsənov,
Sirus Təbrizli,
Nizami Xudiyev,
Şamil Şahməmmədov,
Mahal Sadıqov,
Zaur Qədimbəyov,
Teymur Əhmədov,
Әmir Mustafayev

* * *
Mərhumun cənazəsi vidalaşmaq üçün 1999-cu il dekabrın 18-də saat 12-dən 15-ə kimi Aktyor evində (Xaqani küçəsi, 10) qoyulacaqdır.

 

Rekviyem


BU ÖLÜM ADİ JURNALİST İTKİSİ OLMADI

AZADLIQIMIZA İMZA ATANLARDAN BİRİ ÖLDÜ


Allah sənə min rəhmət eləsin, Nəcəf müəllim! Azad yaşamağın təşnəsi oldun. Azadlıq uğrunda gedən savaşın döyüşçüsü, Azadlığa gedən yolun yolçusu oldun. Azad mətbuatın beşiyi başında duran həmkarlarımızdan biri, bəlkə də birincilərdən biri oldun. Azadlıqımıza ilk imza atanlardan biri oldun.
Qəbrin nurla dolsun, azadlıqdan ürək dolusu kam ala bilməyən həmkar! Siyasi mübarizəyə qələmi ilə qoşulan əsgər kimi çox böyük döyüşlərdən keçdin və döyüşsüz şəhid oldun.
Bu milləti qırğına aparanlara qarşı vuruşdun qələminlə. Millət səni sevdi, cəmiyyət səni sevdi, qələm səni sevdi, qəzet səni sevdi. Nə qədər sevgili insan idinsə dərd də səni sevdi, ölüm də səni sevdi. Ölümün sevgisi ölsün deməyə söz də tapılmır.
Allah sənə min rəhmət eləsin, Nəcəf müəllim! Bakıya qan gətirən, tankla, tüfənglə yeriyən yadlara qarşı, Azadlıq hisslərini, qarsalayan odlara qarşı, əlini qanla yuyan cəllada qarşı, torpağa qan ağladan fəryada qarşı, insanı rəzil edən rəzilə qarşı, xalqına şahlıq edib öz şahına kölə olan vəzirə qarşı, xülasə, haqsıza qarşı haqq işin yarımçıq oldu. Səni dərd götürdü, bizdən aldı.
Torpağın yüngül olaydı, qardaş! Səni dərddən almağa kimsənin gücü çatmadı. Әzrayıl sitalsifətdir, ona bir kimsə batmadı.
Sənə xalq əlac axtardı, dövlətin qayğısı oldu, qələm əhli fəqan etdi, Xalq qəzeti yardımını ərməğan etdi, təbiblər aciz oldular, o gedər-gəlməzə səmt olan cığırdan səni döndərmək olmadı.
Yastığın yüngül olsun! - arzulamışdıq. Qəbrin nurla dolsun! - deyirik indi. Nəcəf Azadlıqımıza imza atanlardan biri oldu - demişdik. Azadlığımıza imza atanlardan biri öldü! - deyirik. Amma ölməz, haqqın, ədalətin dərgahında qərar tutanlar ölmür.
Nəcəf Nəcəfovun yeri oradadır, ədalətin fövqündə.

Xalq qəzeti


Başlıqsız qəzet


VİCDANLI ADAM


İstedadlı qələm adamı, indi 525də çalışan Adil Qaçayoğlu ötən ilin dekabrında Azadlıqda Nəcəf bəy haqqında çox isti bir yazı dərc etdirib, o vaxt Almaniyada müalicə alan ünlü həmkarına Allahdan mərhəmət diləmişdi. Tale elə gətirdi ki, biz həmin yazını bəzi ixtisarlarla təkrar verəsi olduq Nəcəf bəyin dəfn günü
Bu sözləri Nəcəf müəllimin haqqında AXC-nin cədri Əbülfəz Elçibəy deyib.
Bu sözlərin deyilmə tarixi var və bir azdan mən bunun üstünə qayıdacağam. Hələliksə yalnız bır məsələyə aydınlq gətirmək istəyirəm: niyə bu sətirlərin müəllifi hər zaman, hər yerdə Nəcəf Nəcəfova bəy yox , məhz müəllim deyə müraciət edir?
Bu, ola bilsin ki, 98-ci ilin dekabr ayının oxucusu üçün o qədər də maraqlı olmasın, amma 88-ci ilin qışının qəzet işçişi üçün çox böyük önəm kəsb edir. Beləliklə...
* * *
1988-ci ilin fevral ayında Qarabağ münaqişəsinin, daha doğrusu, Dağlıq Qarabağın Azərbaycandan ayrılması prosesinin, işğalılın bünövrəsi qoyulurdu...
1988-ci ilin qışı 1998-ci ilin qışı 1998-ci ilin sonları deyildi. Bu tarixlərı müqayisə etmək belə mümkün deyil. Mən ötən dövrləri yada salmaq, paralellər aparmaq iddiasında da deyiləm. Yalnız bir faktı bir daha xatırlatmaq istəyindəyəm.
1988-ci il. Fevral ayı. Stenapanakertdə ilk mitinqlər. İlk Miatsum harayları. Və Bakıda lal süküt...
Yenə deyirəm, yaxın tarixin yaddaşımda qalan (hələ münasibət prizmasını demirəm) bütün məqamlarına toxunmaq iddiasında deyiləm. Yalnız və yalnız proletariatın dahi rəhbərinin verdiyi qiymət və hələ o vaxt qüvvədə olan düsturla - qəzet təkcə kollektiv təbliğatçı, kollektiv təşviqatçı deyil, həm də kollektiv təşkilatçıdır prinsipi ilə fəaliyyət göstərən mətbuatın çox yox, cəmi 3-4 ildən sonra əsl müharibəyə, son nəticədə isə Azərbaycan üçün əsl fəlakətə çevriləcək hadisələrə münasibətini yada salmağı yerində sayıram...
* * *
Bax burada daha bir qədər geriyə - 2 il əvvələ qayıtmağa zərurət duyuram.
Sakit bir dövr idi. Qurd quzuyla otlayırdı. Düzdür, ən azı 7-8 ildi yağ, bir neçə ildi ki, ət və qənd talonla verilirdi, amma Qarabağ yerində idi...
Belə günlərin birində Kommunist nəşriyyatının 8-ci mərtəbəsində, o dövrdə bu sətirlərin müəllifinin çalışdığı Azərbaycan gənclərı qəzetiylə yanaşı bir mərtəbədə, ağız-ağıza çalışan Molodyoj Azerbaydjana (qısaca Molodyojka) qəzetinə təzə redaktor təyin edildi.
Nəcəf Nəcəfov. Stroitelin (öz dövründə yetərincə tanınan İnşaatçı qəzetinin rus variantının) redaktor müavini, sonra Vışka qəzetinin şöbə müdiri.
Allahı olan heç kəs danmaz ki, 70-80-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında Azərbaycan gənclərindən populyar qəzet yox idi. Düzdür, nüfuz, daha doğrusu, dolanışıq baxımından daha sanballı Kommunist, Sovet kəndi, Bakinski raboçi, Vışka kimi qəzetlər fəaliyyət göstrirdi, amma Gənclər ayrı qezet idi.
Belə günlərin birində, məhz belə günlərin birində böyrümüzdə çıxan, - qoy o dövrdə Molodyojkada çalışan heç bir həmkarım, heç bir dostum məndən inciməsin, - az qala çoxtirajlı qəzet səviyyəsində çıxan Molodyoj Azerbaydjana qəzetinə Nəcəf müəllim başçılıq etməyə başladı...
* * *
Bax burada yazının lap əvvəlində toxunduğum, özü də çox böyük ehtiramla toxunduğum müəllim sözünün üstünə gəlmək istəyirəm.
Biz o dövrdə bəzən müəllim sözünü yeri gəldi-gəlmədi işlətmişik, düşdü-düşmədi, layiq oldu-olmadı hər yoldan keçənə müəllim demişik və bugünki cavanlardan fərqli olaraq həmin günlər üçün xəcalət çəkməliyik və çəkirik. Amma Nəcəf müəllimə bir neçə ildən sonra bəy sözü necə yaraşırdısa, 1987-1988-ci illərdə, mənim fikrimcə, elə günü bu gün də və sabah da müəllim epiteti o dərəcədə yaraşırdı, yaraşır və yaraşacaq.
Düz söz bəzən (çox vaxt!) acı olur. O dövrdə həqiqəqən zəif çıxan Molodyojka gözümüz görə-görə, ağlımız kəsə-kəsə dəyişməyə, başqalaşmağa, nəhayət, hamını ötməyə başladı. Qəzetdə yeni imzalar, təzə istedadlar peyda oldu, Zavod qəzetinə oxşayan Molodyojka Azərbaycan SSR-in 1 nömrəli qəzetinə çevrildi.
Və məhz onda biz - Gənclərdə işləyən cavan nəsil (əslində bu sətirlərin müəllifi qonşu qəzetin cavan redaktoru ilə həmyaşıddır) Nəcəf Nəcəfova müəllim deməyə başladıq.
Molodyojka dövrün stereotiplərini dağıdırdı...
Molodyojka vəzifəsindən, pulundan, arxasından asılı olmayaraq heç kəsdən çəkinmirdi.
Molodyojka haqqın tərəfində dayanırdı.
Rusdilli Molodyojka Azərbaycanın 1 nömrəli qəzetinə çevrilirdi və çevrilmişdi.
Bütün bunlar hələ 1985-ci ildə Moskvada başlayan yenidənqurmanın 1987-ci ildə
heç küləyi nədi, mehi də əsməyən Azərbaycanda bomba təsiri bağışlayırdı.
Və məhz bu günlərdə Azərbaycan jurnalistikasında belə bir şəxsiyyət peyda olmuşdu: Molodyoj Azerbaydjana qəzetinin redaktoru (ona qəzetlərdə baş redaktor vəzifəsi yox idi) Nəcəf Nəcəfov! Sadəcə, Nəcəf müəllim!
* * *
Üstündən 1 il keçəcəkdi. Qarabağ münaqişəsi başlayacaqdı. Bu dövr barədə çox danışmaq istəmirəm. Çünki az-çox meydana, azadlıq hərəkatına bağlı olan ən cavan həmkarlarım belə Azərbaycanda mətbuat, söz azadlığının başında duran, daha doğrusu, önündə gedən Nəcəf Nəcəfov haqqında məlumata malik olmalıdır. Əgər bu gün özünü demokratik mətbuatın daşıyıcısı hesab edən qələm sahibi 1988-ci ilin meydan hərəkatı dövründə Molodyojkanın və Nəcəf müəllimin xidmətləri haqqında az-çox məlumata malik deyilsə və bu barədə bilgi almağa cəhd göstərməyibsə, bu, artıq bizlərin, yaşı 40-ı haqlayan və adlayan, necə deyrələr, ortada qalan, nə ondan, nə də bundan onların günahı deyil.
Bircə fakt deyim. Xeyli vaxt Rusiyada yaşayan və ömründə əlinə qəzet almadığına şübhə etmədiyim bir dostum 1988-ci ilin ortalarında şanlı bir məktub göndərmişdi ki, bəs səndən heç nə istəmirəm, Molodyojkanın hər nömrəsi (bacarsan 5-10 nüsxə) göndər, mən burada ruslara başa salım ki, Qarabağ kimindir, bu münaqişədə haqlı kimdir və sairə və ilaxır.
Ermənilərə yalnız Molodyojka tutarlı cavab verirdi.
Azərbaycan xalqına həqiqəti yalnız Molodyojka çatdırırdı.
Molodyojkanın məsələsi artıq Moskvada, Qorbaçovun yanında həll olunurdu
Məhz həmin günlərdə mən həmyaşıdım Nəcəf Nəcəfova müəllim deməyə başladım. Və bu gün son on ilin meydana çıxardığı adamların heç olmasa birində yanılmadığıma sevinirəm.
Şəxsiyyətinə və qələminə hörmət etdiyim bir həmkarım isə ilk baxışda bir az da irəli getmişdi: Nəcəf müəllim bizim günlərin Mirzə Cəlilidir!.
Mən bu sözlərlə 10 il əvvəl də razıydım, bu gün də razıyam. Yaddaş bəzən sözə baxmır.
* * *
Yaddaş bəzən sözə baxmır.
Yaddaş bəzən adamı çaşdırır, səhv yola yönəldir.
Buna görə də ayı, ili barədə konkret söz deməyəcəyəm. Amma o yadımdadır ki, AXC-də parçalanma təhlükəsi yaranmışdı. Xalqın bezdiyi quruluşdan can qurtarmaq üçün üz tutduğu, inandığı təşkilatda qəribə proseslər gedirdi. Hamı gözünü AXC-yə dikmişdi, AXC-də də əsl didişmə gedirdi.
Belə günlərin birində mənim dostum (bu sözün yükündən qorxmuram!), həmin dövrdə taksi sürücüsü işlyən Əli Əbülfəz Elçibəyi və iki silahdaşını maşınına götürür...
...Meydanın gur-gur guruldayan vaxtı ola, yanında milli-azadlıq hərəkatının lideri otura, sükanın arxasında da özünü hərəkatçı (məhz hərəkatçı, cəbhəçi yox ha!) sayan adam. Belə fürsəti əldən vermək olar?! Bir sual bu yandan, bir sual o yandan... Bəy, bu işlərin axırı hara gedəcək?, Bəy, filankəsin mövqeyi biz qara camaata çatmır, siz nə fikirləşirsiniz? və s. və i.a.
Beləcə söhbət gəlib Nəcəf müəllimin üstünə çıxır. Əli sonralar danışırdı ki, bütün suallarıma hövsələylə, amma bir az könülsüz cavab verən Əbülfəz bəyin sifəti bir andaca işıqlandı:
- Nəcəf bəy bizim ara-mızda ən vicdanlı adamdır.

Və həmin söhbətdən sonra Nəcəf müəllim haqda söz düşəndə hər dəfə bəyin bu qiyməti yadıma düşür: vicdanlı adam. Nəcəf müəllim barədə çox xoş sözlər (mərd, prinsipial, zəhmətkeş, istedadlı, təmiz...) demək olar və o, onların hər birinə layiqdir, amma mənim zənnimcə, bizim aramızda ən vicdanlı adam qiymətindən yüksəyini axtarmağa dəyməz.
Bu gün bizim cəmiyyətdə xeyli savadlı, erudisiyalı siyasətçi var. Bizim aramızda bacarıqlı məmurlar da yetişir. İş bilən, pul qazanan biznesmenlərin də sayı gündən-günə çoxalır. Amma vicdanlı adam...
Nəcəf Nəcəfov vicdanlı adamdır.
* * *
Bunları isə mən deyirəm (kaş bir az yekə çıxmasın, lovğalıq təsiri bağışlamasın): Nəcəf müəllim hərəkatın ilk dövründə çox şeyə tüpürüb (bilirəm ki, belə kobud ifadə heç vaxt Nəcəf müəllimin xoşuna gələ bilməz, amma...) meydana gəlmiş tək-tük adamlardandı. Bəlkə də yeganə belə adam idi...
Molodyoj Azerbaydjana kimi artıq çox populyar qəzetin redaktoru, yaraşıqlı kabinet, xeyli imtiyazlar verən dövlət telefonu, qara Qaz-24 (dövran hələ Mersedes dövranı deyildi), katibə, qulluğunda durmağa cəhd edən adamlar... Hələ onu demirəm ki, Nəcəf müəllimi meydandakı küçə uşaqlarından ayırmaq üçün ona Bakinski raboçi qəzetinin redaktoru (o dövrdə Azərbaycan KP MK-nın orqanı olan Bakrabın redaktorluğu Nəcəf müəllimə bir çox problemlərini qısa müddətdə həll etməyə imkan verərdi) və hətta Azərbaycan LKGİ MK-nın birinci katibi (bu isə avtomatik olaraq Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd seçilmək şansı və daha böyük imkanlar yaradırdı) vəzifələri təklif edilmişdi.
1988-ci ildə bu təklifləri rədd etmək hər kişinin işi deyildi.
1988-ci ildə bütün bunlara tüpürüb (yenə!) meydana getmək yalnız vicdanlı adamın işiydi.
Sonralar da Nəcəf müəllimin belə addımları olacaqdı. Bə'ziləri özünü AXC İdarə Heyətinə dürtmək üçün dəridən-qabıqdan çıxdığı halda, Nəcəf müəllim Azadlıq qəzetinin redaktoru kimi müstəqilliyini itirməmək üçün oradan istefa vermişdi. 1992-93-cü illərin milli hakimiyyəti dövründə də Nəcəf müəllim, yəqin ki, aparatda, bütövlükdə dövlətin idarə olunmasında yol verilən səhvlərlə barışmayaraq prezidentin müşaviri vəzifəsini tərk edib ARDNŞ-yə getmişdi.
Bu addımları yalnız vicdanlı adam ata bilərdi.
* * *
...Eşidəndə ki, Nəcəf müəllim xəstələnib və xaricdə müalicə olunmalıdır, hansı hissləri keçirmişəm, bu barədə danışmaq istəmirəm. Yalnız üzümü bizi Yaradana tutub ondan gömək diləmişəm, ondan pənah ummuşam.
Eşidəndə ki, Nəcəf müəllim ölkə başçısının göstərişiylə dövlət hesabına Almaniyaya müalicəyə yola salınıb, yenə yadıma Əbülfəz bəyin sözləri düşüb: vicdanlı adam!
İzah edim niyə?
Son dövrlərdə hey iqtidarla müxalifətin dialoqu barədə söz-söhbət gedir. Di gəl bu söz-söhbətlər söz-söhbətdən bir addım irəli getmir ki, getmir. Bu təklif edir, o susur, o təklif edir, bu susur...
Allahın işinə qarışmaq olmaz. Amma bəlkə Nəcəf müəllim kimi vicdanlı adam öz xəstəliyiylə də bu millətə, bu dövlətə xidmət edir.
Əgər ölkə başçısı bu çətin dövrdə Nəcəf müəllimin xaricə müalicəyə getməsiylə bağlı bütün problemləri bir andaca həll edirsə və bundan reklam xatirinə istifadə edilmirsə (əksinə olsaydı, bu, insanlığa yaraşmazdı), Nəcəf müəllimin silahdaşları bu humanist addımı qiymətləndirməlidirlər.
Mən inanıram ki, Heydər Əliyev Nəcəf Nəcəfovun Azərbaycan ücün nə qədər gərəkli insan olduğunu çox gözəl bilir.
Mən inanıram ki, Əbülfəz Elçibəy 10 ildən sonra da Nəcəf müəllimi vicdanlı adam sayır və onun xətrinə istənilən hərəkətə hazırdır.
Kaş Allah kömək dura, Nəcəf müəllim sağalıb Vətənə qayıda və heç olmasa onda bizim iqtidarımızla müxalifətimiz bu vicdanlı adamın vasitəçiliyiylə danışıq stolu arxasına otura. Heç bir şərtsiz-filansız. Millətin və dövlətin mənafeyi naminə. Ən azı Qarabağın, erməni tapdağı altında qalan torpaqlarımızın azad olması xatirinə.
Görün, Nəcəf müəllim necə böyük şəxsiyyətdir ki, onun xəstəliyi də bu millətə, dövlətə birləşmək imkanı yaradır.
* * *
Bu imkan Allahın işidir...
Axırıncı dəfə Nəcəf müəllimlə motodromda keçirilən mitinqdə görüşdük. Qısaca hal-əhval, tez sorğu-sual: Bu işlərin axırı hara gedəcək?.
- Vallah fəal siyasətdən tamam uzaqlaşmışam, sadəcə olaraq, həmrəylik xatirinə gəlmişəm...
* * *
Sağalın, Nəcəf müəllim!
Qayıdın, gəlin, sizi istəyən doğmalarınızı, sizi unutmayan həmkarlarınızı sevindirin!
Ey yeri-göyü Yaradan, bizim dualarımızı qəbul et, yalvarışlarımızı eşit!
Allah, sən hamıya, hamımıza kömək dur!
Allah, sən Nəcəf müəllimin kürəyinin arxasında dayan!

P.S. Gözəl Novruz bayramı günündə - martın 20-də həyatımın mənası, dünyada ön cox istədiyim insan - anam bir anın içində gözümün qabağında dünyasını dəyişəndən sonra əlim qələmə yatmırdı. Anamın xatirəsinə layiq nəsə yaza bilmədiyimə görə, qəzetçilərin diliylə desək, ancaq qaralama işiylə məşğuldum.
Düz 9-cu aydır ki, əzab cəkirəm. Di gəl saysız-hesabsız yuxusuz gecələrdə belə stolun arxasına keçmək, ürəyimi deşənləri, içimi göynədənləri kağıza boşaltmaq mənimçün cox müşkül işdir. Ancaq Nəcəf müəllimin xəstələndiyini eşidəndə hər şey özümdən asılı olmayaraq baş verdi. Pisdi, yaxşıdı, bunu deyə bilmərəm, sadəcə olaraq Nəcəf müəllim haqda düşündüklərimi, ürəyimdən keçənlərin tələm-tələsik qeydə alınan yüzdəbiridir.
Elə bilirəm ki, Nəcəf müəllim kimi vicdanlı adama sağlamlıq diləyi, kömək yalvarışıyla qələmə aldığım bu yazıya görə 66 illik ömrü boyu dünyada hamıya yalnız yaxşılıq arzulayan, yaxşılıq edən anamın ruhu məni bağışlayar...
Adil Qaçayoğlu
 

 

MÜSAVAT
17 dekabr 1999-cu il N 289(931)
Xəbər

Nəcəf Nəcəfovun vəziyyəti ağırlaşıb
O, İNSULT KEÇİRİB

Azərbaycan mətbuatının inkişafında danılmaz xidmətləri olan Azadlıq qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun səhhəti pisləşib. Xatırladaq ki, leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən Nəcəf bəy bir müddət Almaniyada müalicə olunmuşdu.
Dünən Rauf Arifoğlu başda olmaqla bir qrup Yeni Müsavatçı Nəcəf bəyi ziyarət etdi. Yataqda yuxulu vəziyyədə olduğundan, xəstə ilə söhbə edə bilmədik. Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Әliyev və tanınmış jurnalist Xalid Bahadırla bərabər bir neçə jurnalist də N.Nəcəfovun mənzilində idi. Dostunun vəziyyətindən narahat olan A.Әliyevin dediyinə görə, həmkarımız 2 gün öncə insult keçirib. Nəticədə xəstənin bir tərəfi iflic olub. Biz Nəcəf bəyə şəfa diləyib, onun mənzilini tərk etdik...

Elbəyi Həsənli

Yeni Azərbaycan

Yeni Azərbaycan Partiyasının orqanı
:253 (716) 18 dekabr 1999-cu il

ÖLÜMSÜZLÜYÜN MÜBARƏK

Ciddi mətbuatın sınağa çəkildiyi bu ağır günlərdə bir acını da yaşadıq. Sıralarımızdan biri də seyrəldi. Tək sıralarımızdan birimi... Kimi üçün mətbuatın vicdanı, kimisinə görə azad mətbuatın ilk cığırdaşı, əvəzsiz publisist, müəllim, səmimi həmkar... Adi oxucu üçün isə sadəcə, Nəcəf Nəcəfov...
Müxalifətdə də oldu, iqtidarda da, özü də yüksək heyətlərdə təmsil olunmaqla. Ancaq nə müxalif oldu, nə də iqtidar. Tatsitin qəzəbsiz və qərəzsiz jurnalist formulunu bu məmləkətdə öz imici ilə doğruldan tək-tük həmkarımızdan idi Nəcəf. Yaratdığı qəzet, yetişdirdiyi jurnalistlərdən də yeganə təmənnası tərəfsizlik və obyektivlik idi. Sovetlər Birliyinin gəlhagəlində partiya qəzetinin redaktorluğundan imtinasına səbəb də bu xüsusiyyətləri özündə əks etdirən mətbuatın qurucusu olmaq idi. Yaddaşlar gözələndikcə Nəcəfin milli azadlıq hərəkatındakı fəaliyyəti, Dubinyakın dubinkası altında olsa da qəzet çıxarması, güc nazirinin jurnalisti qanına qəltan etməsinə iqtidar rəsmilərindən ilk olaraq etiraz səsini ucaltması, ağır xəstəliyinə baxmayaraq kimdənsə təmənna ummağa razılaşmaması, daha nələr, nələr... gözlərimiz önündə canlanır. İki nağıl müəllifinin ürəyindən nasazlıq hiss edəndə prezidentin dəhlizini yağır etdiyi dövrdə, azad mətbuatın yaradıcısı azarını dərd bilib susdu. Və gecikdi. Prezidentin himayəsi ilə xaricdə müalicə olunmasının nəticəsi də uğurlu olmadı, səhiyyə Tanrı iradəsi qarşısında yenə də gücsüz idi.
On il öncə qurduğu qəzetin yubileyində iştirak etmək qismət deyilmiş Nəcəfə. Dünən vəfat etdi Nəcəf. Bu gün mətbuatı içindən yeyən sarılıq kimi Nəcəfin də qanının ağlığı güclü çıxdı bu savaşda.
Deyirlər ki, ölümdə dəhşətli və vahiməli yalnız onun atributlarıdır. Çünki ölüm ölümsüzlüyə keçidin ən şərəfli həlqəsidir. Әlbəttə, hamıya yox, Nəcəf kimiləri üçün. Ölümsüzluyün mübarək, Nəcəf Nəcəfov...
Yeni Azərbaycan qəzetinin yaradıcı heyəti Nəcəf Nəcəfovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlıqı verir.
Mərhumla vida mərasimi dekabrın 18-də saat 12-dən 15-dək Aktyor evində (Xaqani küçəsi, 10) olacaq.


FEMİDA
51(358) 18 dekabr 1999-cu il

NƏCƏF NƏCƏFOV

Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Azərbaycan mətbuatının inkişafında danılmaz xidmətləri olan Nəcəf Adil oğlu Nəcəfov ağır xəstəlikdən sonra vəfat etmişdir.
N.Nəcəfov 1955-ci ildə Bakıda anadan olmuşdur. O, mətbuat sahəsində 1979-cu ildən işləməyə başlamışdır. Әvvəlcə Stroitelh (İnşaatçı) və Vışka qəzetlərində işləmiş, 1986-cı ildən Molodej Azerbaydjana qəzetinin baş redaktoru olmuşdur. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olan N.Nəcəfov 1989-cu ildə Azadlıq qəzetinin ilk baş redaktoru seçilmişdi. 1990-cı ildən respublika Ali Sovetinə deputat seçilmiş, Milli Şura və Milli Məclisin üzvü olmuşdur.
N.Nəcəfovun xalq hərəkatında, respublikanın ictimai-siyasi həyatında böyük xidmətləri olmuşdur. 20 Yanvar hadisələri zamanı o, xalqın arasında olmuş, xəsarət almışdı.
Prinsipiallığı, saflığı, yüksək məsuliyyət hissi ilə N.Nəcəfov ona tapşırılmış hər hansı vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
N.Nəcəfovun əziz xatirəsi onu tanıyanların, jurnalistlərin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!

ƏDALƏT
Hüquq qəzeti
126 (1214) 18-20 dekabr 1999-cu il

AZƏRBAYCAN XALQINA AĞIR İTKİ ÜZ VERDİ

Azərbaycan milli-azadlıq hərəkatının öncüllərindən biri , Azərbaycan milli jurnalistikasının eşsiz liderlərindən biri Nəcəf Nəcəfov bu dünyadan küsdü və getdi onu hamıdan çox sevən Allahın yanına. Hüqo deyir ki, Allahlar tərəfindən sevilənlər cavan ölürlər. İlahi Nəcəf Nəcəfovu yaman çox sevirmiş. Qəbrin nurla dolsun, Nəcəf bəy. Dərd o qədər isti və ağırdır ki, söz tapıb yaza bilmirik.
Hörmətli oxucular, dərdimizi sizinlə növbəti nömrəmizdə bölüşəcəyik.
Nəcəf bəy, sən ölməmisən, xalqımızın qəlbindəsən və həmişə yaşayacaqsan! Hər gün bizimlə olacaqsan! Bəlkə sənin ruhundan utandı jurnalistikamız, bir az da saflaşdı!..
Qəbrin nurla dolsun, Nəcəf bəy. Şuşa gedəndə necə sarsılmışdıqsa, sənin üçün elə sarsıldıq.
ƏDALƏTçilər


HÜRRİYYƏT

18-20 dekabr 1999-cu il N 144 (546)

NƏCƏF NƏCƏFOV ƏBƏDİYYƏTƏ QOVUŞDU

Nə olsun ki, bu dünyanın ölüm adlı yuxusu var. Kim nə deyirsə-desin, dünya yalan dünya deyil. Hər kəsi öz əməlinə görə əbədilik yaddaşlarda saxlayan dünyadır. Bir azca vəfasızlıq etməyi, hərdən haqlıya haqsız deməyi, haqsızı öyməsi də var. Bir də yaxşı bildiklərini dönə-dönə ağrılara tuş etməyi, sınmayan vüqarlarını sınamağı var bu dünyanın.
Mətbuatımızın inkişafında öz yolu, öz sözü olan istedadlı həmkarımız Nəcəf Nəcəfovun da ömür cığırı bu ağrılardan, məşəqqətlərdən keçdi. Bəlkə də nə tale, nə də dünya günahkar deyildi onun çəkdiyi əziyyətlərə. Nəcəf bəy xalqının müsibətlərindən kənarda yaşamağı qeyrətinə sığışdırmayan yurddaşımız idi. Onun azadlıq uğrunda mübarizəmizdə xidmətləri danılmazdır. Xalqın azadlıq oyanışının ilk yazarlarından biri idi Nəçəf bəy. Meydan hərəkatımızı, azadlıq duyğularımızı təbliğ edən ilk demokratik qəzet olan Azadlıq qəzetinin ilk baş redaktoru idi.
Bir neçə gün öncə leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən Nəcəf bəyin səhhətinin ağırlaşması, insult keçirdiyi, bunun nəticəsində bir tərəfinin iflic olması xəbərini aldıq. Dünən eşitdiyimiz xəbər isə bizi yenidən sarsıtdı. Gözəl jurnalist, azadlıq yolumuzun öncüllərindən olan Nəcəf bəy dünyasını dəyişdi.
Allah rəhmət eləsin deyir, həmkarlarımıza, Nəcəf bəyin yaxınlarına bu sözlərlə təskinlik diləyirik: Bu dünyanın sonunda hamımızı gözləyən bir həqiqət var. Bizi haqq dünyasına qovuşduran ölüm adlı yuxusu var bu dünyanın...
Hürriyyətçilər

ŞANS
81 (81) 18-20 degabr 1999-cu il

ÜSTÜMÜZƏ QƏM ÇİLƏNDİ

Biz gözləyirdik - Yox, yox.. ölümü yox... Nəcəf bəyin azar-bezara qalib gələcəyini. Çünki o, həmişə qalib gəlmişdi. Zamanı kəsik-kəsik edib doğramış adam onun fövqündə dayanmışdı. Bu sözu Rəfael Hüseynov yaxşı tapıb, çox yaxşı tapıb: VAXTDAN UCA! Təbii ki, Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Nəcəf Nəcəfovun adı hansı küçədəsə, hansı xiyabandasa əbədiləşdiriləcək. Və bu da təbiidi ki, biz bununla təsginlik tapacağıq. Amma onun özünü tapmayacağıq. O, 8 milyonun qəbul etdiyi tək-tük adamdan biriydi. Nəcəf Nəcəfov cəmiyyətin absalyut avtoritetlərindən idi... Heç kim, heç kim demirdi, deyə bilmirdi ki, Nəcəf bəy xəstədi. Eləcə deyirdilər ki, müalicə olunur, hər şey yaxşıdır və daha yaxşı olacaq.
... Və Almaniya hamımızın qəlbində ümid yerinə, xoş xəbər məkanına çevrilmişdi...
Nəcəf bəy qayıdıb deyirdilər, yaxşıdı
Nəcəf bəy gedib deyirdilər, ''yaxşı olacaq
Özümüzə təsəlli verirdik.
Gözlədiyimiz olmadı... ürəyimizə daman oldu...
Nəcəf bəy dünyasını dəyişdi... Bütün Azərbaycan qəmə batdı...
Özündən başqa...
Min rəhmət olsun, gözəl insan!
ŞANS

EKSPRESS
240 (422) 18-20 dekabr 1999-cu il

Xalq ehtiyac duyduğu bir adamı da itirdi

Dünən səhər ağır və uzunsürən xəstəlikdən sonra ömrünün 45 yaşında məşhur ictimai xadim, jurnalist Nəcəf Adil oğlu Nəcəfov vaxtsız vəfat edib.
O, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərrufatı İnstitutunu bitirib. N.Nəcəfov jurnalist fəaliyyətinə 80-ci ilin əvvəllərində İnşaatçı qəzetində başlayıb. 1986-cı ildə Molodyoj Azerbaydjana qəzetinə redaktor təyin edilib.
Məhz bu qəzetə redaktor gəldikdən sonra N.Nəcəfov məşhurlaşır. Çünki onun rəhbərliyi dövründə Molodyoj Azerbaydjana ölkənin ən populyar və sevimli qəzeti olur. 1986-89-cu illərdə Molodyojka faktiki olaraq respublikanın mərkəzi qəzetinə çevrilir.
1988-ci ildə Qarabağ hadisələri başlayarkən Molodyojkanın ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artır və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji muharibəyə qarşı qərargaha çevrilir. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmır və o, 1989-cu ildə vəzifəsindən azad edilir. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçir və Azərbaycan Xalq Cəbhəsinin təşəbbus qrupuna daxil olur. Tezliklə o, ölkənin ilk müstəqil qəzeti -Azadlıqı yaradır.
Respublikanın suverenliyi və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda o, AXC liderlərindən biri kimi siyasətlə daha fəal məşğul olmağa başlayır. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda sovet qəsbkarlarının qarşısını kəsən əliyalın bakılıların ön cərkəsində olur. Həmin faciənin ilk zərbələrini ilk dadanlardan biri də N.Nəcөfov olur. Әskər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi huşsuz halda şəhərin küçəsində yıxılıb qalır. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycan Demokratik Respublikasının yaradılması uğrunda fəal mübarizəni davam etdirir.
1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birkə TURAN İnformasiya Agentliyini təsis edir. 1990-95-ci illərdə Azərbaycan parlamentinin deputatı olur. 1992-93-cü illərdə N.Nəcəfov Azərbaycan prezidentinin mətbuat katibi vəzifəsində işləyir. 1993-95-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışır. Son illər N.Nəcəfov müstəqil Sahibkarlıq Fondunun vitse-prezidenti işləyib.
Sovet İttifaqında aşkarlıq və plüralizm hələ təzə-təzə özünə yer etdiyi vaxtlarda səhər tezdən Bakıdakı qəzet köşklərinin qarşısında indikindən çox fərqli mənzərə vardı - qəzet növbəsi yaranırdı və universitet tələbəsi ikən növbəyə dayanıb Moskvadan gələn və artıq həqiqəti yazmağa başlamış Literaturnaya qazeta, Komsomolskaya pravda, İzvestiya qəzetləri ilə yanaşı, Nəcəf Nəcəfovun redaktor olduğu Molodyoj Azerbaydjana qəzetini, sonralar yenə onun redaktorluq etdiyi Azadlıq qəzetini aldığım vaxtlar yadımdadır. Universitetdə sovet jurnalistikasını öyrənən tələbələrə Nəcəf Nəcəfov redaktoruq etdiyi qəzetlərlə əsl jurnalistika dərsi deyirdi. Bu mənada Nəcəf Nəcəfov 1986-cı ildən sonrakı 10 ilin içində jurnalistikaya gələn nəslin (indi Azərbaycandakı nüfuzlu qəzetlərin çoxunu məhz bu nəslin nümayəndələri çıxarırlar) müəllimi sayıla bilər.
Nəcəf Nəcəfov hələ Sovet İttifaqı dağılmamışdan Azərbaycan sovet jurnalistikasını dağıtdı, bu əsrin əvvəlindəki vəziyyəti bərpa etdi - hətta senzuranın ciddi nəzarəti altında da düz söz deməyin mümkün olduğunu göstərdi. Nəcəf Nəcəfov sonradan bir az jurnalnstikadan uzaqlaşsa da, məncə, o həmişə jurnalist kimi qaldı. Məhz jurnalistliyi onun tam siyasətçi olmağına imkan vermədi. Baxmayaraq ki, Nəcəf Nəcəfovun adı daha çox indiki müxalifətlə bağlıdır, amma o, müxalifətdə olanlar içində çox az adamlardan biridir ki, yəqin məhz jurnalistliyindən və həmişə həqiqəti deyib siyasətbazlıq etmədiyindən onu hamı qəbul edirdi. Nəcəf bəyin Almaniyada müalicə olunması üçün iqtidardakıların, məncə şəxsən prezndent Heydər Әliyevin şərait yaratması da faktdır. Və dünən N.Nəcəfovun ölümü ilə bağlı nekroloqu prezident H.Әliyev imzaladı, əksəriyyəti YAP-çılar olan Milli Məclisin deputatları onun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, müxalifətin üzünə bağlı olan AzTV N.Nəcəfovun ölüm xəbərini yaydı. Deyəsən, Azərbaycanda belə şey olmamışdı.
Nəcəf Nəcəfov öləndə də jurnalist kimi öldü - əsl jurnalist ömrü qısa olur.
Faiq NOVRUZOV


GÜNAYDIN
127 (223) 18-21 dekabr 1999-cu il

MƏŞHUR JURNALİST, İCTİMAİ XADİM NƏCƏF NƏCƏFOV VAXTSIZ VƏFAT EDİB

Dünən səhər ağır və uzunsürən xəstəlikdən sonra ömrünün 45 yaşında məşhur ictimai xadim, jurnalist Nəcəf Adil oqlu Nəcəfov vaxtsız vəfat edib. 0, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərrüfatı İnstitunu bitirib. N.Nəcəfov jurnalist fəaliyyətinə 80-ci ilin əvvəllərində İnşaatçı qəzetində başlayır. Sonra Vışka qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirir. Həmin il N.Nəcəfov Molodyoj Azerbaydjana qəzetinə redaktor təyin edilir. Məhz bu qəzetə redaktor gəldikdən sonra N.Nəcəfov məşhurlaşır. Çünki onun rəhbərliyi dövründə Molodyoj Azerbaydjana ölkənin ən populyar və sevigili qəzeti olur. 1986-89-cu illərdə
Molodyojka faktiki olaraq respublikanın mərkəzi qəzetinə çevrilir. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən Molodyojkanın ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artır və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilir.
N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist. rəhbərliyini razı salmır və o, 1989-cu ildə vəzifəsindən azad edilir. Һəmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçir və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olur. Tezliklə o, ölkənin ilk müstəqil qəzeti -Azadlıqı yaradır.
Respublikanın suverenliyi və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda o, AXC liderlərindən biri kimi siyasətlə daha fəal məşğul olmağa başlayır. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda sovet qəsbkarlarının qarşısını kəsən əliyalın bakılıların ön cərgəsində olur. Həmin faciənin ilk zərbələrini ilk dadanlardan biri də N.Nəcəfov olur. Әsgər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi huşsuz halda şəhərin küçəsində yıxılıb qalır. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycan Demokratik Respublikasının yaradılması uğrunda fəal mübarizəni davam etdirir. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birgə TURAN İnformasiya Agentliyini təsis edir. 1990-95-ci illərdə Azərbaycan parlamentinin deputatı olur. 1992-93-cü illərdə N.Nəcəfov Azərbaycan prezidentinin mətbuat katibi vəzifəsində işləyir. 1993-95-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışır. Son illər N.Nəcəfov müstəqil Sahibkarlıq Fondunun vitse-prezidenti işləyib. Nəcəf Nəcəfovun timsalında Azərbaycan xalqı öz sadiq oğlunu və böyük şəxsiyyəti itirdi. Nəcəf Nəcəfovu şəxsən tanıyanlar onun insani və işgüzar keyfiyyətini, öz işçilərinə, hətta kənar adamlara da qayğısını, patoloji təmizliyini və dövlət xadimi qabiliyyətini heç zaman unutmyacaqlar. N.Nəcəfovun ailəsi və yaxınları qayğıkeş həyat yoldaşını, həssas atanı, diqqətcil qardaşı itirdilər. Biz hamımız isə Azərbaycan xalqının indiki məqamında daha çox ehtiyac duyduğu insanı itirdik. Qəbrin nurla dolsun, Nəcəf.
Dostları, 17.12.99,
Mərhumla vida mərasimi dekabrın 18-də saat 12-dən 15-ə kimi Bakı Mətbuat klubunda olacaq (Nizami küç.96). Bu gün Milli Məclis Nəcəf Nəcəfovun xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Allah rəhmət eləsin!

MÜXALİFƏT
63 (856) 18-21 dekabr 1999-cu il

NƏCƏF ÖLDÜ, DEMƏYİN!
ÇÜNKİ O, BİZDƏN ANCAQ CİSMƏN AYRILIB

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Görkəmli jurnalist, ictimai-siyasi xadim Nəcəf Adil oğlu Nəcəfov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Nəcəf Nəcəfovun adı hər bir azərbaycanlıya yaxşı tanışdır. 1988-ci ildə erməni seperatçılarının Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istiqamətində başladıqları kütləvi aksiyalara qarşı müqavimət hərəkatının təşkilində onun böyük xidmətləri olub. O vaxt Molodyoj Azerbaydjana qəzetinin baş redaktoru işləyən Nəcəf bəy totalitar kommunist rejiminin nəzarəti altında olan mətbuat orqanını əsl xalq tribunasına çevirdi. Azərbaycan xalqının haqq sözü ilk dəfə məhz bu qəzetin səhifələrində işıq üzü görməyə başladı. Sonradan bu qəzetdəki obyektiv mövqeyinə görə, o, öz vəzifəsindən uzaqlaşdırıldı. Lakin bu Nəcəf Nəcəfovun vətəndaşlıq mövqeyinin daha da güclənməsinə səbəb oldu. N.Nəcofov fəal şəkildə ictimai-siyasi proseslərə qoşuldu və Azərbaycan xalqının tarixində, onun müstəqillik qazanmasında misilsiz xidmətləri olan AXC-nin yaradıcılarından biri oldu. Bir az sonra isə AXC-nin mətbu orqanı Azərbaycan Demokratik mətbuatının ilk qaranquşlarından olan Azadlıq qəzetinin baş redaktoru oldu. Nəcəf Nəcəfov 1990-cı ildə parlamentə deputat seçilib, Azərəbaycan demokratlarının müstəqillik və demokratiya uğrunda mübarizəsinin fəal iştirakçısı olub. 1992-93-cü illərdə Nəcəf bəy bir sıra dövlət vəzifələrini ləyaqatlə yerinə yetirib.
Təsadüfi deyil ki, indi onun adı təkcə Azərbaycan demokratik mətbuatının sırasında yox, həm də müstəqil və demokratik Azərbaycan dövlətinin qurucuları cərgəsində çəkilir.
Bu ağır itki bizi - Nəcəf Nəcəfovu tanıyanları, onun məsləkdaşlarını çox kədərləndirir. Bu itki bütövlükdə xalqımızın, Azərbaycan demokratlarının ağır itkisidir. Biz ona böyük Allahdan rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz onun silahdaşları və dostları Nəcəf Nəcəfovun görmək istədiyi azad, demokratik, firavan Azərbaycan uğrunda mübarizə ilə onun yarımçıq qalmış ideallarını həyata keçirəcəyik.
Allah rəhmət eləsin!

İsa QӘMBӘR və
Müsavat Partiyasının Divanı



Son dövr Azərbaycan jurnalistikası və milli azadlıq hərəkatında özünəməxsus ayrıca yeri olan dəyərli həmkarımız, yaxın dostumuz, qeyrətli vətəndaş, kamil insan NӘCӘF ADİL OĞLU NӘCӘFOV sıralarımızdan erkən gedib bizi yetim qoydu.
Sovetin lap quduzlaşmış çağında Molodyoj Azerbaydjana qəzetində jurnalistlik fəaliyyətinə başlayan Nəcəf bəy tezliklə ətrafına özü kimi mətin, vətənpərvər insanlar toplayaraq milli ideologiyamızın bayraqdarlarından birinə çevrildi və ömrünün son anına qədər bu müqəddəs missiyaya sadiq qaldı. Çox simvolikdir ki, onun doğum tarixi də milli öndər Ә.Elçibəyin ad günü ilə eyni vaxta təsadüf edib və son dəfə onları məhz həmin gün iyunun 24-də bir məclisdə gormüşdük.
Nəcəf bəyin jurnalistlik istedadı geniş spektrdə Azadlıq qəzetinin yaranmasında və sonrakı nəşri dövründə özünü göstərmişdi. Ondan sonra qəzetdə iki redaktor dəyişsə də, bu gün belə, hamı onun kölgəsini, ruhunu Azadlıqda hiss edir. İşi və səhhəti ilə bağlı son illər mətbuatda gorünməsə də, o, 90-cı illər demokratik jurnalistikamızın banilərindən biri kimi uzun müddət yaddaşlardan silinməyəcək. Elə bu səbəbdən də Nəcəf Nəcəfov öldü deməyə tələsmirik. Sadəcə, Ölümün xeyir, Nəcəf bəy söyləyirik. Çünki o, bizdən ancaq cismən ayrıldı. Ölüm sevinməsin qoy, Nəcəf bəy ruhən bizimlədir.

Böyük nisgillə Müxalifətçilər


ANA VƏTƏN
Müstəqil ictimai-siyasi qəzet
N 54 (224) 18-25 dekabr 1999-cu il

MƏŞHUR JURNALİST, İCTİMAİ XADİM NƏCƏF NƏCƏFOV VAXTSIZ VƏFAT EDİB
Dünən səhər ağır və uzunsürən xəstəlikdən sonra ömrünün 45 yaşında məşhur ictimai xadim, jurnalist Nəcəf Adil oğlu Nəcəfov vaxtsız vəfat edib. 0, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərrüfatı İnstitunu bitirib. N.Nəcəfov jurnalist fəaliyyətinə 80-ci ilin əvvəllərində İnşaatçı qəzetində başlayır. Sonra Vışka qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirir. Həmin il N.Nəcəfov Molodyoj Azerbaydjana qəzetinə redaktor təyin edilir. Məhz bu qəzetə redaktor gəldikdən sonra N.Nəcəfov məşhurlaşır. Çünki onun rəhbərliyi dövründə Molodyoj Azerbaydjana ölkənin ən populyar və sevimli qəzeti olur. 1986-89-cu illərdə Molodyojka faktiki olaraq respublikanın mərkəzi qəzetinə çevrilir. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən Molodyojkanın ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artır və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilir. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmır və o, 1989-cu ildə vəzifəsindən azad edilir.
Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçir və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olur. Tezliklə o, ölkənin ilk müstəqil qəzeti Azadlıqı yaradır. Respublikanın suverenliyi və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda o, siyasətlə daha fəal məşğul olmağa başlayır.
1990-cı ilin qanlı 20 yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda sovet qəsbkarlarının qarşısını kəsən əliyalın bakılıların ön cərgəsində olur. Həmin faciənin ilk zərbələrini ilk dadanlardan biri də N.Nəcəfov olur. Əsgər dəyənəyindən ağır zədə
alan N.Nəcəfov səhərə kimi huşsuz halda şəhərin küçəsində yıxılıb qalır.
Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycan Demokratik Respublikasının yaradılması uğrunda fəal mübarizəni davam etdirir. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birgə TURAN İnformasiya Agentliyini təsis edir, 1990-95-ci illərdə Azərbaycan parlamentinin deputatı olur. 1992-93-cü illərdə N.Nəcəfov Azərbaycan prezidentinin mətbuat katibi vəzifəsində işləyir.
Son illər N.Nəcəfov müstəqil Sahibkarlıq Fondunun vitse-prezidenti işləyib. Nəcəf Nəcəfovun timsalında Azərbaycan xalqı öz sadiq oğlunu və böyük şəxsiyyəti itirdi. Nəcəf Nəcəfovu şəxsən tanıyanlar onun insani və işgüzar keyfiyyətini, öz işçilərinə, hətta kənar adamlara da qayğısını, patoloji təmizliyini və dövlət xadimi qabliyyətini heç zaman unutmayacaqlar. N.Nəcəfovun ailəsi və yaxınları qayğıkeş həyat yoldaşını, həssas atanı, diqqətcil qardaşı itirdilər. Biz hamımız isə Azərbaycan xalqının indiki məqamında daha çox ehtiyac duyduğu insanı itirdik.
Qəbrin nurla dolsun, Nəcəf!

Allah rəhmət eləsin!
Ana Vətən qəzetinin əməkdaşları tanınmış jurnalist, səmimi və gözəl insan Nəcəf Nəcəfovun vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir.

Ana Vətən qəzetinin kollektivi Balaxan Bağırova xalası oğlu Nəcəfin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.


BİZİM ƏSR
Müstəqil ictimai-siyasi qəzet
68(69) 18 dekabr 1999-cu il, şənbə

NƏCƏF NƏCƏFOV DÜNYASINI DƏYİŞİB

Azərbaycanda xalq hərəkatının, demokratik mətbuatın ən layiqli nümayəndələrindən biri olan Nəcəf Nəcəfov dünən səhər ömrünün 45-ci ilində vəfat edib. 0, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib. O, uzun müddət idi ki, leykemiya (qan xərçəngi) xəstəliyindən əziyyət çəkirdi. Nəcəf Nəcəfov Azərbaycanda, hələ 80-ci illərin ortalarında demokratik mətbuatın ilk qaranquşu olmuş Molodyoj Azerbaydjana qəzetinin baş redaktoru, daha sonra isə Azadlıq qəzetinin ilk baş redaktoru olmuşdur. Respublikanın suverenliyi və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda o, AXC liderlərindən biri kimi siyasətlə daha fəal məşğul olmağa başlamışdır. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycan Demokratik Respublikasının yaradılması uğrunda fəal mübarizəni davam etdirir. Xalq hərəkatının ilk illərində qazandığı hörmət və etimadın yüksək səviyyəsini bu illər ərzində həmişə qoruyub saxlayan Nəcəf Nəcəfov siyasətdə və siyasətçidə mənəviyyatı əsas keyfiyyət sayırdı. Hay-küylü bəyənatlardan, populist çıxışlardan həmişə uzaq olan Nəcəf Nəcəfov konstruktiv mövqeyi, sözübütövlüyü ilə seçilirdi. Sözünə və özünə böyük hörmət qazanmış Nəcəf Nəcəfov bu hörməti qəbir evinədək apardı.
Allah rəhmət eləsin!
 

 OLAYLAR
Müstəqil analitik-informasiya qəzeti
18-20 dekabr 1999-cu il, 74 (228)

NƏCƏF NƏCƏFOV AĞRILI DÜNYAMIZI TƏRK ETDİ

Anan olsaydıq, anan kimi ağlardıq səni...
Bacın olsaydıq bacın kimi oxşardıq səni...
Qardaşın olsaydıq, qardaşın kimi nərə çəkərdik, fəryad qoparardıq...
Ölümünü anan kimi, bacın kimi, qardaşın kimi ağlarıq, oxşarıq, fəryad çəkərik, Nəcəf!
Azərbaycan mediası üçün kim olmusan, hansı xidmətlərin olub, deməyəcəyik, hər halda indi deməyəcəyik, son mənzilə yola düşdüyün gün, axirətə qovuşduğun gün...
Biz səni titullarsız sevirdik, sadəcə Nəcəf kimi...
Yolun nurlu olsun... Sən səliqə-səhmanı sevərdin, o dünyanı səhmana sal, biz də gələsiyik...

ŞƏRQ
N 144 (320) 19 dekabr 1999-cu il

İTKİ
NƏCƏF BƏY KÖÇDÜ
ONUN QӘBRİNİ SONUNCU ELÇİBӘY TӘRK ETDİ

Nəcəf Nəcəfov doğuluşundan ölümünə qədər şəxsiyyət idi... Nəcəf Nəcəfov Azərbaycan demokratik jurnalistikasının banilərindən idi. Nəcəf Nəcəfov, siyasət mənəviyyat həddini aşanda siyasətdən uzaqlaşan adam idi. Və çoxlu sayda idilər...
Dünənki günorta Aktyorlar evinə tələsən üç gəncsə biz idik. Tələsirdik ki, doğuluşundan ölümünə qədər şəxsiyyət olan, Azərbaycanda demokratik jurnalistika ənənələrinin banilərindən sayılan, siyasət mənəviyyat həddini aşanda siyasətdən uzaqlaşan, indi isə ölümü ilə bütün etdiklərinin sonuna bir idi kəlməsi artırıb tarixə dönən insanın - Nəcəf Nəcəfovun dəfn mərasimində iştirak edək.
Bizdən əvvəl bura tələsənlər artıq Aktyorlar evinin geniş zalını ağzına qədər doldurmuşdular. Gözlər bir hədəfə, mərhum azadlıq mübarizinin üçrəngli bayrağımızı özünə örtük etmiş tabutuna zillənmişdi. Həyat yoldaşı Nəcəfə deyəndə ki, bu xəstəlik səni hardan tapdı? Rəhmətlik deyərmiş, xəstəliyimin xətrinə dəymə, mənim nəyim varsa, gözəldir. Bunu mərhumun yaxın adamları söyləyirdilər. Özünün sağlığında dediyi hər şeyi kimi, onun dəfn mərasimi da gözəl idi. Üstünə mübarizəsinin mükafatı olaraq müqəddəs örtük kimi üçrəngli bayrağımız çəkilən tabut da, qara pərdələrin əhatəsindən zala toplaşanlara ağayana nəzər salan portreti də, tabutun qarşısına düzülən saysız-hesabsız əklillər da gözəl idi. Bu gözəlliyi böyük dərdin yumruq kimi birləşdirdiyi insanların həmrəyliyi tamamlayırdı. İlahi, ölümün də gözəli, çirkini olarmış. Nəcəf Nəcəfov ölümü ilə ölümün özünü də gözəlləşdirmişdi!..
Jurnalist marağı ilə zalın qapısına dikilən gözlərimiz bayırdan zala, zaldan bayıra axan kütlələr içərisində kimləri görmədi?! Bu kütlələr arasında radikal müxalifətçi Әbülfəz Elçibəy də vardı, radikal iqtidarçı Sirus Təbrizli də, Hacı Allahşükür Paşazadə də, Hacı İsa Qəmbər də. Eləcə də Nemət Pənahlı, Fəzail Ağamalı, Etibar Məmmədov, İlyas İsmayılov, Vəfa Quluzadə, Pənah Hüseynov, Zərdüşt Әlizadə, Eldar Namazov və siyasətin indiyə qədər ayrı saldığı xeyli başqaları. Nəcəf bəylə son vida mərasiminə gələn ölkə jurnalistləri, xarici diplomatlar. Nəcəf bəy ölümü ilə də öz ömürlük missiyasını davam etdirirdi. Siyasətin ayrı saldığı həmvətənlərimizi Nəcəf Nəcəfov dərdi birləşdirmişdi. Bu birliyi görmək, bu birliyin gücünü duymaq, bir neçə saatlıq da olsa bu birliyin əhatəsində yaşamaq gözəl idi. Mərhumun ruhu bizi bağışlasın, bu gözəllik hətta adamı gizli, əzablı bir sevincə də sürükləyirdi.
Fəxri qarovul başladı. İlk olaraq mətbuat və informasiya naziri Sirus Təbrizli, mərhumun dostları Arif Әliyev, Sabit Bağırov və Gündüz Tahirli fəxri qarovulda dayandılar. Saat 14:30-a kimi çəkən mərasimdə çoxsaylı jurnalistlar ordusu, siyasi partiya və ictimai təşkilatların nümayəndələri cənazə qarşısına gələrək beşdəqiqəlik fəxri qarovulla mərhum qarşısında son borclarını verdilər.
Dəfn mərasiminin kulminasiyası sayılan çıxışların vaxtı çatdı. Dost itkisindən boğazına dolan qəhəri uda-uda mikrofona Burada Nəcəf Nəcəfov haqqında söz demək artıqdır. Çünki buradakılar hamısı bilir ki, Nəcəf Nəcəfov kimdi, o, Azərbaycan üçün, Azərbaycanın müstəqilliyi üçün nələr edib pıçıldayan Әdalət Tahirzadə sözünü Nəcəf bəy Azərbaycanın mənəvi əxlaqına saflıq gətirən müqəddəs bir insan idi, deyərək tamamladı. Biz bu gün çox ağır bir iş görüruk. Bir saatdan sonra Nəcəf bəyi torpağa tapşıracağıq. Kədərlidir, çünki torpağa işıq basdırırıq. Lakin o işıq itməyəcək. Çünki Nəcəf Nəcəfov kimi ziyalıların işığı əbədidir. Bunları da Sirus Təbrizli söylədi. Respublika prezidenti Heydər Әliyevin adından mərhumun ailəsinə başsağlığı verən Sirus Təbrizli, onun ölümünün adi fəhlədən tutmuş ölkə başçısına qədər hamını kədərləndirdiyini vurğuladı. Bu gün Nəcəf Nəcəfov hər birimizin ürəyində yaşayır. Torpaq onun işığını örtə bilməyəcək, necə ki, Mirzə Cəlilin, Həsənbəy Zərdabinin işığını örtə bilmədi, söylədi Sirus Təbrizli. Nəcəf Nəcəfov bizim şəhidimizdir. Biz bu şəhidlərdən indiyə qədər çox vermişik. Bu şəhidlik Xudu Məmmədovla başlayıb Nəcəf Nəcəfovla qurtarır. Allah rəhmət eləsin! Sağlığında nə eləmişik eləmişik, indi görəsən, ölümündən sonra ona layiq ola biləcəyikmi? Әminəm ki, layiq ola biləcəyik... Mən bayaqdan fikir verirəm. Azərbaycanda necə böyük bir jurnalist ordusu yetişib. Dərd üstündə köklənmiş jurnalist ordusu. Sirus Təbrizlidən sonra vida kəlmələri söyləyən şair Vaqif Səmədoğlu isə Mənim mənalı və mənasız günlərim olub. Çox mənalı günlərim Nəcəf Nəcəfovla keçib. Nəcəf bəy öz əcəli ilə dünyasını dəyişdi. Amma həmin dövrün adamları hansı yaşda, nə vaxt dünyadan köçsələr də, yenə şəhid sayılacaqlar. Nəcəf bəy şəhid, qəhrəman kimi öldü. Mən onun cənazəsi qarşısında yox, özü qarşısında baş əyirəm, - söylədi.
Daha sonra mikrofon önunə gələn Әbülfəz Elçibəyin vida kəlmələri isə çoxlarını kövrəltdi. Zalda əyləşən Hikmət Hacızadə əlləri ilə üzünü qapayıb ağlayırdı. Elçibəy özü hamıdan çox kövrəlmişdi. Göz yaşlarının parıltısı uzaqdan sezilirdi.Nəcəf bəy bizim uçün bir şəxsiyyət idi. Bir insan idi. O, bizim milli azadlıq hərəkatının bacarıqlı
və dönməz liderlərindəndir. Bunu heç vaxt yaddan çıxarmayacağıq. Nəcəf bəy haqqında kitablar yazılacaq. Onun adı əbədiləşdirilmək üçün məkləblərə, küçələrə veriləcək. Bəlkə də bu, Nəcəf bəy üçün bir o qədər də önəmli deyil. O, belə şeyləri çox sevmirdi. Ancaq bu, xalqımız üçun lazımdı. Alim olmaq da, jurnalist olmaq da, siyasətçi olmaq da böyüklükdür. Bütöv bir insan, şəxsiyyət, ziyalı və lider nümunəsi isə Nəcəf bəydir. Ola bilsin, Nəcəf bəyi saxlamağa bizim gücumüz çatmadı. Bilmirəm, amma inanıram ki, Nəcəf bəy ürəyin də bizə vida demədi. Biz də ona vida deməyəcəyik. O, bizimlə danışaçaq, biz də onunla. Mən inanıram ki, onun ruhu buradadır və həmişə bizimlə olacaq. Millətimizin başı sağ olsun. Allah rəhmət eləsin! Әbülfəz bəyin səsi qırıldı. Zala qayıdanda o, dəsmal çıxarıb gözlərində gilələnən yaşı silirdi.
Vida mərasimi bitdi. Nəcəf Nəcəfovun cənazəsini çiyinlərə qaldıran izdiham Xaqani küçəsi ilə mərhumun qurucusu olduğu Azadlıq qəzeti redaksiyasına doğru irəlilədi.
İnqilabçı Xanlar Səfərəliyev öldurüləndə dəfnə iyirmi min adam toplanmışdı. Cəfər Cabbarlının dəfn mərasimi böyük bir izdiham idi. Üzeyir Hacıbəyovu əzəmətli bir izdiham torpağa tapşırdı. Bunları uşaqlıqda kitablardan oxuyardıq. Böyüyüb iştirak etdiyimiz dünənki dəfn mərasimində isə belə izdihama öz gözlərimizlə şahid olduq.
Yaşadığımız fani dünyanın adamları Sirus Təbrizlinin söylədiyi o ağır əməli Yasamal qəbiristanlığında həyata keçirdilər. Nəcəf Nəcəfov nuru bu qəbiristanlıqda torpağa əmanət edildi.
Biz son vaxtlar bir neçə jurnalistimizi itirmişik. Ağamalı Sadiq Әfəndi, Elmira Әmrahqızı sıralarımızdan gedib. Nəcəf Nəcəfov isə Azərbaycan müstəqil jurnalistikasının əsasını qoyanlardan biri, bəlkə də birincisidir.
Mənim üçün Nəcəf bəy tək jurnalist yox, həm də Azərbaycan Milli Azadlıq Hərəkatının çox dəyərli rəhbərlərindən biri idi. Әgər onun altmış yaşı olsaydı, şairanə şəkildə deyə bilərdik ki, nəslimizin yarpaq tökümü başladı. Amma Nəcəf bəy gənc idi. Mənə elə gəlir ki, onun aramızdan getməsi ilə Milli-Azadlıq Hərəkatının müasir hadisələrin içində tarixə qovuşması prosesi baş verir. Yəni müasir həyatımızda Milli Azadlıq Hərəkatının son mərhələsi artıq tarixə qovuşub. Tanrı Nəcəf bəyi aradan götürməklə Milli-Azadlıq Hərəkatının təmizliyini, iddiasızlığını yadımıza salır. Bizim hərəkat doğrudan da təmənnasız, təmiz bir hərəkat idi. Bu gün Nəcəf bəyi torpağa tapşırmaqla Milli-Azadlıq Hərəkatının tarixə qovuşması prosesinin başlaması da bizi bir daha keçmişə nəzər salmağa məcbur edir. Nəcəf bəyin daşıdığı ideyalara layiq olduğumuzu sübut etməyə çalışmalıyıq. Bu gün Nəcəf bəyin həyatdan getməsinə təəssüflənənlər sırasında Azərbaycanın müxtəlif mövqeli insanlarının adı çəkilir. Heydər Əliyevdən tutmuş ən müxtəlif siyasi istiqamətlərdə olan şəxslərə kimi. Deməli, elə milli dəyərlərimiz var ki, hamımıza aiddir. Böyük insanların həyatdan getməsi adamları düşünməyə məcbur edir. Eyni zamanda mən əziz dostumu itirdim. Nəcəfsiz mənə çox çətin olacaq. Nəcəf bəy mənim inandığım, tam arxa çevirə bildiyim azsaylı insanlardan biri idi. Amma həyat həyatdı. Yaşayıb, o ideyaları reallaşdırmalıyıq. Allah rəhmət eləsin!
Dünyanın Nəcəf Nəcəfov adlı, 44 illik daha bir nağılının finalında məzar üstündə çıxış edən İsa Qəmbərin bu son kəlmələri isə fani dünyanın adamları qarşısına qoyulan etiraf qarışıq çağırışdan başqa bir şey deyildi.
Məzar torpaqla örtüldü. Fani dünyanın adamları Nəcəf Nəcəfovu udan məzarı tərk etdilar. Әn gec qəbir üstündə əllərini çənəsinə dayayıb dərin düşüncəyə qərq olan Әbülfəz Elçibəy uzaqlaşdı. Nəcəf Nəcəfovun cənazəsi önündə birləşən adamlar yenə ayrılmışdılar. İsa Qəmbər öndə yalqız gedirdi. Qəmgin-qəmgin. Şeyxulislamla Vəfa Quluzadə isə söhbətləşə-söhbətləşə. Elçibəy isə tək-tənha lap axırda gəlirdi.

P.S. Tanrı öləndə çiyinlərində getmək üçün Nəcəf Nəcəfova nə qardaş, nə də oğul vermişdi. Amma Nəcəf Nəcəfova qardaşlığı da, oğulluğu da xalq etdi. Onun tabutu altına girmək üçün hətta növbəyə dayanırdılar. Bax, Gözəl ölüm də elə budur. Allah rəhmət eləsin! Şərqçilər mərhumun yaxın adamlarına ağır itki ilə bağlı dərin hüznlə başsağlığı verir, ulu Tanrıdan səbr diləyirlər.
Yadigar Cəfərli,
Ramil Hüseyn,
Sərkərdə Sərxanoğlu



XƏBƏR
Həftəlik ictimai-siyasi qəzet
16 19 dekabr 1999-cu il

NƏCƏF ADİL OĞLU NƏCƏFOV

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai-xadim, görkəmli jurnalist Nəcəf Adil oğlu Nəcəfov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Bu ad hər birimizə yaxşı tanışdır. Az-çox meydana, azadlıq hərəkatına bağlı olanlar Azərbaycanda mətbuat, söz azadlığının önündə gedən Nəcəf Nəcəfov haqqında lazımi məlumata malikdirlər.
Ali təhsilini Xalq Təsərrüfatı İnstitutunda alan Nəcəf Nəcəfov jurnalistlik fəaliyyətinə 80-ci illərin əvvəlində İnşaatçılar qəzetində başlamış, 1986-cı ildə Molodej Azerbaydjana qəzetinin redaktoru təyin edilmişdi. Onun rəhbərliyi ilə bu qəzet respublikanın ən populyar mətbu orqanlarından birinə çevrilmişdi.
Dağlıq Qarabağ probleminin süni surətdə ortaya atıldığı 1987-88-ci illərdə respublikanın digər mətbu orqanlarından fərqli olaraq, Molodyej Azerbaydjana qəzeti erməni separatçılarının Azərbaycana qarşı həyata keçirdiyi siyasətin mahiyyətini ifşa edərək, öz səhifələrində onlara tutarlı cavablar verirdi. Elə bu obyektiv mövqeyinə görə də, Nəcəf Nəcəfov öz vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra o, ictimai-siyasi proseslərə qoşularaq, Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri oldu.
Az sonra Azadlıq qəzetinin baş redaktoru, 1990-cı ildən parlanentin deputatı seçilən Nəcəf bəy 1992-93-cü illərdə bir sıra mühüm dövlət vəzifələrində işlədi.
Bu ağır itki Nəcəf Nəcəfovu tanıyanları, onun məsləkdaşlarını çox kədərləndirir. Çünki canında, qanında vətənpərvərlik olanlar üçün Nəcəf kimi işığı, ziyanı itirmək dözülməz dərddir.
Allah bu böyük insana qəni-qəni rəhmət eləsin!
Xəbər qəzeqinin kollektivi


XALQ qəzeti
Gündəlik ictimai-siyasi qəzet
19 dekabr 1999-cu il, bazar N 302(23355)

ÖLÜMƏ DƏ ŞƏRƏF GƏTİRDİ
Ağanisə Sultanova,
Xalq qəzeti


Dünyamızın qarışıq zaman çərçivəsində Nəcəf müəllimi də itirdik. Azərbaycan mətbuatında heç bir təqdimata-filana ehtiyacı olmayan müasir jurnalistikamızın öndərini. Mətbuatımıza Azadlıq adlı müqəddəs bir məfhum bəxş etmiş insanı...
Təzadlar üstündə qərar tutmuş bu dünyada doğumla ölüm arasındakı ömür adlı məsafədə başlanğıcdan sonadək öz mövqeyini qoruyub saxlamaq, kişi kimi, insan kimi yaşamaq, hamının sənin haqqında eyni, müsbət fikirdə olması mübaliğəsiz-filansız hər kəsə nəsib olan xoşbəxtlik deyildi, Nəcəf müəllim... Bu e'tibarı isə öz əməllərinizlə, gördüyünüz işlərlə qazanmışdınız. Sizə yaraşdırmadığımız nekroloqda doğum ilinizə rast gəlməyincə yaşınızın neçə olduğunu dəqiq bilmirdik. Heç bunun fərqinə də varmamışdıq. Sifətinizdəki müdriklik, ağıllı gözləriniz, ən nəhayət də heç bir mənafe üstündə qurulmamış əməlləriniz sizə yaşınızdan çox görünən bir ağsaqqal görkəmi verirdi. Bunlar heç biri nə gəlişi gözəl sözlər, nə də həmişə halallığına və gerçəsliyinə tapındığınız qələmin kəşfi deyil.
Siz Nəcəf Nəcəfov haqqında deyilən, yazılan bütün sözlərdən ucada durmaq haqqı qazanmışdınız.
Nə qədər sayılıb-seçilən, sevilən insan olduğunuz dünən - sizi Allahın dərgahına yola salarkən bir daha sübut olundu. Nəcəf müəllimin dəfn mərasimindən reportaj hazırlamaq... Nə qədər arzuolunmaz bir tapşırıq...
Dünən Aktyor evinə gələnlərin sayı-hesabı yox idi. Hamı sizinlə son dəfə vidalaşmağa can atırdı.
Fəxri qarovula düzülənlər bir-birini əvəz edirdi: Mətbuat və informasiya naziri Siruz Təbrizli, Xalq qəzetinin baş redaktoru Mahal İsmayıloğlu, Azadlıq qəzetinin baş redaktoru Gündüz Tahirli, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Yeni nəsil Jurnalistləri Birliyinin sədri Arif Əliyev... müxtəlif partiya və qurumların rəhbərləri...
Dünən bütün Azərbaycan mətbuatının nümayəndələri fəxri qarovulda dayanmışdılar: cənazənin önündə baş əyirdilər. Sizin ölümünüz də dünən müvəqqəti olaraq iqtidar-müxalifət məfhumunu yox etmişdi. Dünən Azərbaycan mətbuatı nə qədər kədərli, eyni zamanda böyük və güclü görünürdü. Sizin son vida mərasiminiz bizləri hamısını bir araya gətirmişdi.
Ölüm də birdən-birə addım atmağa cəsarət etməmişdi. Nə qədər yol gəlmişdi... Siz isə bu yolun ömrünüzün 44-cü kəsiyində həyatınıza qara nöqtə qoyacaq yolçusunu gözləyə-gözləyə sonuncu günə qədər Azərbaycana, azərbaycanlılara ləyaqətlə xidmət etdiniz. Bizlərə həmişə öyrənməyə ehtiyacımız olacaq bütöv bir dərs keçib getdiniz. Bir millətin sevgisini qazanmaq, ölümü ilə böyük bir xalqı ağlatmaq, ağtıtmaq nə böyük şərəf imiş, Nəcəf müəllim.
Nəcəf müəllimi dünən torpağa tapşırdıq. Qəbri nurla dolsun!


ÜÇ NÖQTƏ
N 133 (134) 19-20 dekabr 1999-cu il

QƏBRİN NURLA DOLSUN, NƏCƏF MÜƏLLİM!

Dünən xalqımız milli-azadlıq hərəkatının öncüllərindən, müasir jurnalistikanın yaradıcılarından biri kimi xatirələrdə yaşayacaq Nəcəf Nəcəfovu son mənzilə yola saldı. Nəcəf Nəcəfov uzun sürən xəstəlikdən sonra, dekabrın 17-də, 44 yaşında dünyasını dəyişib. Mərhumla vida mərasimi dünən saat 12-dən 15-dək Aktyor Evində keçirildi. Səhər ertədən əsası məhz mərhum Nəcəf Nəcəfov kimi banilər tərəfindən qoyulan çağdaş Azərbaycan mətbuatının çoxsaylı nümayəndələri Aktyor Evinə toplanmışdı. Həmin gün müasir jurnalistikanın təmsilçiləri sayılan, əli qələm tutan bütün həmkarlarımız sağ qollarına qara lent bağlamışdı. Salona dikilən gözlər tavandan əksi asılan Nəcəf Nəcəfovun sanki danışacağını, ürəyində qalan sözlərini deyəcəyini eşitmək istəyirdi.
Saat 12-dən sonra Aktyor Evinə gələnlərin ardı-arası kəsilmirdi. Yüzlərlə insan axınının içərisində cəmiyyətimizin bütün təbəqələrinə məxsus nümayəndələr vardı. Mədəniyyət, incəsənət xadimlərindən, ziyalılardan, zəhmətkeş kütlədən, məktəblilərdən, xarici ölkə səfirlərindən ta siyasətçilərə qədər hər kəs gəlmişdi Nəcəf Nəcəfovun vida mərasiminə... Hətta çoxdan bir yerdə olduqlarını unutduğumuz iqtidar və müxalifət partiyalarının təmsilçiləri, siyasətçilərimiz də mərhumla vidalaşmaq üçün bir araya gəlmişdilər. Vida mərasimində Әbülfəz Elçibəy, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Sirus Təbrizli, Nemət Pənahlı, Fəzail Ağamalı, Allahşükür Paşazadə, Polad Bülbüloğlu və digərləri iştirak edirdi. Mərhumun cənazəsi önündə fəxri qarovulda dayanan qələm və əqidə dostları öz ürək sözlərini söylədilər. Mətbuat və informasiya naziri Sirus Təbrizli Nəcəf Nəcəfovu həyatını işinə fəda edən şəhidlərimizdən adlandırdı. Nazirin fikrincə, bu cür şəhidlərimizin birincilərindən mərhum Xudu Məmmədovu yada salmaq olarsa, hələlik sonuncu kimi Nəcəf Nəcəfovu qeyd etmək lazımdır. Nazir onu da xatırlatdı ki, mərasimdə əziyyət çəkmək istəyən çoxsaylı mətbuat nümayəndələrinin iştirakı sübut edir ki, mərhumun əməlləri daim yaşayacaqdır. Vida mərasimində çıxışlardan və dualardan sonra saat 15-də mərhumun cənazəsi minlərlə insanın iştirakı ilə Aktyor Evindən R.Behbudov adına Mahnı Teatrına aparıldı. Cənazə dəfn olunmaq üçün köhnə Yasamal qəbristanlığına götürüdü. Yüzlərlə insanın iştirakı ilə davam edən vida mərasimi Yasamal qəbristanlığında Nəcəf Nəcəfovu son mənzilə yola salmaqla başa çatdı. Qəbrin nurla dol-sun, Nəcəf müəllim!
İntiqam

ELÇİ
19-25 dekabr, 1999-cu il
N 47(48)

DÜNƏN NƏCƏF NƏCƏFOV TORPAĞA TAPŞIRILDI

45 il! Bir insan ömru, taleyi, varlığı, Varaqladıqca istər-istəməz şərəfli ömür səhifələrini oxumaqdan doymursan. Lakin bəzən elə olur ki, həmin tale, alın yazısı qəflətən insanın alnında öz izlərini qoyur və bununla da bir insan ömrü yaşanmış olur. Atalar yaxşı deyib: Biri var əldən gedə, biri da var eldən gedə. Eldən getdi bizim Azad Mətbuatın özülünü qoyan fədakar həmkarımız Nəcəf Nəcəfov...
Dünən Bakı Aktyorlar evində mərhum həmkarımız Nəcəf Nəcəfovla vidalaşma mərasimi keçirildi. Saat 15.00-ə təyin edilən mərasim üçün nəzərdə tutulan yer təxminən saat 13.00-da artıq kütləvi insan axınının qarşısında aciz idi. Onunla vidalaşmağa yüzlərlə insan toplaşmışdı həmin gün. Toplananlar içərisində Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiya liderləri, hökümət və dövlət adamları, mərhumun həmkarları, əqidədaşları, qələmdaşları, ziyalılar və sadalamadığımız bir çox şəxslər xüsusilə nəzərə çarpırdı. Mərhumun ruhunu yad edərək, onunla bağlı xatirələrini bölüşən mərasim iştirakçıları daha sonra cənazəni dəfn etmək üçün Yasamal qəbiristanlığına üz tutdular. Dəfn mərasimi təxminən saat 17.20-dək davam etdi.
Allah sənə qəni-qəni rəhmət eləsin, bizim üçün örnək olan fədakar həmkarımız.

ƏBÜLFƏZ ELÇİBƏY
Mənə belə gəlir ki, bu təkcə bizim yox, bütün Azərbaycan xalqının itkisidir. Və buna hamımız yanmalıyıq. Mən konkret olaraq onun 1989-cu illərdəki meydan hərəkatındakı əvəzsiz xidmətlərindən olan və o zaman heç kimi cürət edə bilmədiyi bir
addımını vurğulamaq istərdim. Həmin dövrdə heç bir qəzetin cəsarati çatmırdı ki, hərəkatda baş verənlərdən, 7 milyon xalqın azadlıq mübarizəsinə qalxmağı haqqında hansısa məlumat yazıb, yazı dərc etsin. Elə həmin dövrlər Nəcəf bəy özünün təşəbbüsü ilə Azərbaycanda ilk azad mətbuat orqanı olan Azadlıq qəzetinin özulünü qoydu. Maraq doğuran isə burasıdır ki, xalq kütləsi həmin qəzeti tonqalların kənarında oxuyurdu. Ümumiyyətlə, onun haqqında çox danışmaq olsa da, bununla kifayətlənirəm. Allah rəhmət eləsin!

ETİBAR MӘMMӘDOV
Mən onu ən böyük, ən təmiz və etdiklərinin əvəzini gözləməyən bir ziyalı kimi tanımışam. Təəssüf ki, bizlər çox vaxt bu cur insanların qiymətini ölumündən sonra veririk. Və bu da xalqımız uçun mənfi xüsusiyyətlərdən biridir. Bildiyimiz kimi, o, son vaxtlar o qədər də sağlam deyildi. Həmçinin qeyd etməliyəm ki, o elə bir adam idi ki, xəstəliyini heç vaxt büruzə verməzdi və xəstəliyinə görə başqalarının da narahat olmasını istəməzdi.

PӘNAH HÜSEYNOV
Allah Nəcəf bəyə rəhmət eləsin! O indi olduğu kimi elə sağlığında da siyasi mənsubiyyətindən asılı olmayaraq çox böyük hörmətə və ehtirama malik bir insan və millətin mənəvi orientellərindən biri olub. Biz bir işıqlı adamı, bir ziyalını, dahini, əvəzsiz jurnalisti itirdik. Mən hər halda hesab edirəm ki, bu gün bu ağır anda tutduğu mövqedən asılı olmayaraq hər bir kəsin bir növ vicdan təmizliyindən keçməsi üçün Nəcəf bəyi anması kifayətdir.

SİRUS TӘBRİZLİ
Azərbaycana böyük itki üz verib. O, bu gün bir dahisi, ziyalısı, yazıçısı ilə vidalaşıb onu torpağa tapşırır. Bu gün biz bura onun haqqında xatirələrimizi bölüşməyə və onunla vidalaşmağa toplaşmışıq. Azərbaycan illər boyu çoxlu şəhidlar verib. Mənə belə gəlir ki, Nəcəf bəyin ölümünü də şəhidlik kimi qiymətləndirmək lazımdır. Lakin onlardan fərqli olaraq Nəcəf bəy dərd şəhidi oldu. Lakin sevindirnci bir hal da var ki, onun yolunu davam etdirə biləcək bacarıqlı jurnalistlərimiz yetişməkdədir Sağlığında nə etmişik, etmişik. İndidən sonra da onun uğrunda nələri isə etməyi özümüzə borc bilirik. Allah sənə rəhmət eləsin, qardaş!

FƏZAİL AĞAMALI

Aramızdan-sıramızdan böyük ziyalı, gözəl insan, itirdik. Təbii ki, bu, onu tanıyanların hamısının itkisi idi və hamını kədərləndirdi. Və güman edirəm ki, Nəcəf bəyi tanıyanlar əbədi olaraq qəlblərində onun əziz xatirəsini yaşadacaqlar. Mənə belə gəlir ki, Nəcəf bəy elə sağlığında Azərbaycan xalqı qarşısındakı xidmətləri müqabilində özünün yüksək intellekti, vətənpərvərliyi, təmənnasızlığı zəminində özünü xalqımıza təqdim etmişdir və elə bu xalqımız tərafindən də sevilirdi. Onun elə qiyməti də onu tanıyanlar tərəfindən sağlığında verilmişdir. Bu, böyük itkidir. Ancaq nə etməli? Allah rəhmət eləsin!

SABİR RÜSTӘMXANLI
Bu gün xalqımız yenə bir ağrılı-acılı gününü yaşayır. Belə günlərimiz azmış kimi tanrı bizə daha bir ziyalımızı çox gördü. Taleyin yazısıdır. Razılaşmalıyıq. İndi bura onunla vidalaşmağa, yaşadığımız acı günlərin şirin xatirələrini bölüşməyə, onun ailəsinin dərdinə, qəminə şərik olmağa toplaşmışıq. Onun özünü yola salsaq da, əbədi xatirəsini içimizdə hər an yaşadacağıq. Allah qələmdaşımıza rəhmət eləsin!

Elçi qəzetinin kollektivi N.Nəcəfovun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxın qohum əqrəbalarına və məsləkdaşlarına dərin hüznlə baş sağlığı verir.

525-Cİ QƏZET
N 243 (587) 21 dekabr 1999-cu il, çərşənbə axşamı

DƏRDİN ŞƏHİDİ

Ötən şənbə ölkənin tanınmış adamları, media nümayəndələri, dostları və yaxınları görkəmli jurnalist Nəcəf Nəcəfovu torpağa tapşırdılar.
Ötən şənbə Abbas Mirzə Şərifzadə adına Aktyorlar Evində Azərbaycanın görkəmli jurnalisti, Molodyoj Azerbaydjana və Azadlıq qəzətlərinin sabiq baş redaktoru mərhum Nəcəf Nəcəfovun vida mərasimi keçirildi. Vida mərasiminə ölkənin tanınmış dövlət və siyasi xadimləri - AXCP sədri Əbülfəz Elçibəy, Müsavat başqanı İsa Qəmbər, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadə, Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadə, mətbuat və informasiya naziri Sirus Təbrizli, mədəniyyət naziri Polad Bülbüloğlu, ABŞ-ın ölkəmizdəki səfiri Stenli Eskudero, şair Vaqif Səmədoğlu, Eldar Namazov, Vəfa Quluzada, eləcə də mərhumum həmkarları və ziyalılar toplaşmışdılar. Saat 12.00-dan 14.30-a qədər çəkən vida mərasimində mərhumun əqidə yoldaşları, tanınmış siyasətçilər, kütləvi informasiya vasitələrinin rəhbərləri fəxri qarovulda dayandılar.
Nəcəf bəy Azərbaycanın mənəvi əxlaqına saflıq gətirən müqəddəs bir insan idi. Bunu vidalaşma mərasimində çıxış edən mərhumun qələm dostu Әdalət Tahirzadə söylədi: Tanrı onu çox istəyirdi. Ona görə də hətta onu xəstəliyə düçar edəndə də əzab vermədi. Bir dəfə bu xəstəlik səni hardan tapdı deyən ömür-gün yoldaşına Nəcəf bəy xəstəliyimin xətrinə dəymə demişdi. Nəcəf bəy heç amansız xəstəliyin də xətrinə dəymədi.
N.Nəcəfov güllənin yox, dərdin şəhididir deyən mətbuat və informasiya naziri Sirus Təbrizli bu şəhidliyin Xudu Məmmədovdan başlayıb N.Nəcəfovla qurtardığını dilə gətirdi: Mən burada Nəcəf bəyin davamçıları olan neçə-neçə cavan jurnalist görürəm. Onlar Nəcəf bəyin başladığı işi davam etdirəcəklər.
...Nəcəf bəyi saxlamağa bizim gücümüz çatmadı. Bilmirəm, amma inanıram ki, Nəcəf bəy ürəyində bizə vida demədi. Biz də ona vida deməyəcəyik. Bu fikirlər isə AXCP sədri, eks-prezident Әbülfəz Elçibəyə məxsusdur. AXCP sədri hətta azadlıq sozünün dilə gətirilməsinin belə yasaq olduğu illərdə Nəcəf Nəcəfovun göstərdiyi xidmətlərdan söz açdı. Ә.Elçibəy dedi ki, insanlar sanki ona baxanda səhv etməkdən çəkinirdilər.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi qaldırılaraq Yasamal qəbristanlığında torpağa tapşırıldı.
Mərasimdə çıxış edən Müsavat başqanı İ.Qəmbər: Әgər Nəcəf bəyin ölümü bizi də, Heydər Әliyevi də kədərləndirirsə, onda düşünməyə dəyər dedi.
Allah rəhmat elösin!
Qəbri nurla dolsun!
525

AZADLIQ
G Ü N D Ə L İ K Q Ə Z E T
N 232 (1501) Çərşənbə axşamı, 21 dekabr 1999

Nəcəf bəyin əziz xatirəcinə bir neçə söz

Azərbaycanın boşluğu hər zaman duyulacaq dəyərli aydınlarından biri dünyasını dəyişdi. Xalq hərəkatı başlanandan Nəcəf Nəcəfov adı Azərbaycanda demokratik mətbuatın təməlini qoyan bir şəxsiyyət kimi tanınmağa başladı. Ardınca xalq hərəkatının aparıcı təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri kimi ardıcıl və səmimi mübarizəsi ilə bütün hərəkat ıştirakçılarının rəğbətini qazandı. Ən ağır vəziyyətlərdə, ən dərin ziddiyətli məqamlarda barışdırıcı bir şəxs olaraq hamının üz tutduğu Nəcəf bəy hərəkatımızda ən ədalətli və səmimi liderlərdən biri kimi sevilən bir mövqe qazanmışdı. 1989cu ilin sonlarında Nəcəf bəyin təməlini qoyduğu Azadlıq qəzetinin işıq üzü görməsi Azərbaycanın demokratik mətbuatı tarixində ən unudulmaz hadisələrdən idi. Bununla o, indiyə qədər də mətbuat tariximizdə xüsusi hörmətlə xatırlanan Nəcəf Nəcəfov məktəbinin təməlini qoyub. 20 Yanvar faciəsinin baş verdiyi günlərdə zahirən mülayim adam təsiri bağışlayan Nəcəf bəy həyatını riskə qoyaraq sovet ordusunun törətdiyi vəhşiliklər haqqında bilgilərin dünyaya çatdırılmasında, Yazov və Primakovların caynağında məhv edilmək qarşısında Xalq Cəbhənin haqlı davasının müdafiə olunmasında xüsusi fədakarlığı ilə seçildi. Azərbaycan Xalq Cəbhəsi sıralarından millət vəkili seçilərək parlamentdə öz sözü və hörməti ilə hətta Xalq Cəbhəsinə qarşı olan qüvvələr tərəfindən rəğbətlə qarşılanan Nəcəf Nəcəfov SSRİ-nin saxlanması ilə bağlı referenduma etiraz olaraq aclıq aksiyasında fədakarlıqdan tutmuş Azərbaycanın müstəqillik aktının qəbul olunmasında oynadığı rola qədər cəmiyyətin yaddaşında dərin iz buraxdı. 1992-1993- cü illərdə prezidentin müşaviri kimi də öz vəzifəsini vicdanla yerinə yetirərək demokratik dövlət quruculuğu işində bütün enerjisi ilə çalışdı. Sonrakı dövrlərdə də Nəcəf bəy Azərbaycanda demokratik dəyərlərin yerləşməsi, aydınların millətin haqlı davasına sahib çıxması işinin təşkilində ciddi işlər görüb.
Nəcəf bəy yarandığı gündən AXC üzvü olsa da, cəmiyyət üçün partiyalarüstü bir kimliyə sahib olub. Hər zaman Azərbaycan aydınlarının ən ləyaqətli təmsılçilərindən biri kimi qəbul olunub. O, eyni zamanda səmimi və cəfakeş bir dost kimi insanların xatirəsində qalıb. Nəcəf bəyin haqq dünyasına qovuşması ilə bizlər öz yaxın dostumuz, mübarizə qardaşımızla yanaşı, həm də bir zaman örnək olaraq xatırlanacaq, sözün həqiqi mənasında mükəmməl bir Azərbaycan aydını ilə vıdalaşdıq. Allah rəhmət etsiın, haqqını bizlərə halal etsin, əzizimiz Nəcəf bəy!
Bir dost sevgisi və ağrısı ilə,
Əbülfəz Elçibəy

Nəcəf bəy ikincilərin birincisi idi

İlin sonuna cəmi ikicə həftə qalmış həyata İnsan gəlib İnsan kimi yaşayan və insan kimi bu dünyadan ayrılan Nəcəf bəy də yükünü həmfikirlərinə buraxıb köç etdi. O, birüzlü adam idi. Bəlkə elə ona görə də adı nə idisə, soyadı da onun təkrarıydı - Nəcəf Nəcəfov. Xeyli vaxt idi, ağır mərəz onu haqlamışdı. Həkimlər bacardıqlarını etmişdilər. Almaniyada da tədafü görmüşdü. Amma bütün bunlar, sən demə, müvəqqəti olan ömründə müvəqqəti tədbirlər imiş. Əcəlin niyyəti daha ciddi imiş. Nəcəf üçün artıq vida zəngi çalınırmış...
Dekabrın 18-də Nəcəf Nəcəfovla vida mərasimi Aktyor evində keçirildi. Gələn çox idi. Siyasi partiyaların liderləri , ziyalılar, onu tanıyanlar, onunla bərabər çalışanlar, qohumlar, dostlar... Aktyor evinin tamaşa zalı ağzınadək dolmuşdu. Məhşur bir kəlam var ki, həyat teatrdır, bizsə əsərin personajları. Bizim çoxumuz bəzən bır əsərdə bir çox rol oynayır. Onunsa bir rolu var idi - Nəcəf. O, roldan-rola girməyi bacarmırdı. Onun- bunun tamaşasının aktyoru olmaq istəmirdi. O, Taleyin yazdığı Həyat adlı əsərdə özü kimi qalmağı üstün tutmuşdu. Tamaşanın bütün pərdələrində onu bir rolda gördük. Onun qəhrəmanının taleyi olduqca mürəkkəb və dramatik idi. 1986-cı ildə 31 yaşında Molodyoj Azərbaycana qəzetinə baş redaktor təyin ediləndə arada belə söz-söhbət də gəzdi ki, guya yüksək vəzifəlilərdən kiminsə qohumu olduğu üçün bu yaşda baş redaktor təyin edilib. Yoxsa Xalq Təsərrüfatı İnstitutunun məzunu hara, Mərkəzi Komitənin nomenklaturasına daxil olan vəzifə hara. O işlədi və az bir vaxtda rus dilində çıxan komsomol qəzetini bütün Azərbaycan xalqının dilmancına çevirdi. Adamlar bu qəzeti diqqətlə oxumağa başladılar. Oradakı təzə və cəsarətli fikirlərə görə ona əhsən dedilər. Nə yazıq ki, xalqın bəyəndiyi adamları çox vaxt xalqa rəhbərlik edənlər bəyənmir. Onu da bəyənmədilər, etimadı doğrultmayanların siyahısına saldılar. Az sonra vəzifəylə vidalaşmalı oldu. Vəzifəylə vıdalaşmamaq üçün nə qədər insanları vicdanıyla vidalaşan gördük, Allah!
Nə yaxşı ki, həyatda Nəcəf kimilər də var. Yoxsa yaşamaq ağır bir əzab olardı. İqtidardakılar bir şeyi anlamalıdılar: Nəcəf kimi adamlar polada bənzərlər - sınarlar, amma əyilməzlər. Nəcəf kimi adamları oturduğu stul, tutduğu vəzifə bəzəməz. Nəcəf kimi bənzərsiz adamlar oturduğu, olduğu yerə nur gətirər. Ondan conra da Molodyoj Azərbaydjana qəzeti çıxırdı. Ölçüsü də eyni idi, səhifələrinin sayı da. Amma çəkisi, kəsəri, oxucusu əvvəlki deyildi. O qəzetin dadı-duzu Nəcəflə birgə getdi. Qəzetdə demək istədiklərini və hər zaman deyə bılmədiklərini az sonra təsis etdiyi Azadlıq qəzetində bəyanladı. Özü kimi açıqfikirliləri, iti qələmliləri, sərbəst düşününləri ətrafına topladı və ən oxunaqlı, ən mübariz qəzetin nəşrinə başladı. Azərbaycan həqiqətlərini gerçək şəkildə dünyaya yaymaq üçün Turanagentliyini təsis etdi. Özünü reklam edənlərin deyil, el sözünü deyənlərin mətbuat orqanını yaratdı. Prezident Aparatında mətbuat xidmətinə rəhbərlik edəndə də, müşavir işləyəndə də görüşərdik. Həmişə olduğu kimi, eyni səmmimiyyətlə. Küçədə-bacada, Türkiyədə, müxtəlif tədbirlərdə, hətta bir dəfə göyün yeddinci qatinda - təyyarədə rastlaşdıq, yola nərdivan qoymaq üçün xeyli dərdləşdik. Ayrı-ayrı vaxtlarda tutduğu vəzifələr müxtəlif oldu, hər görüşümüzdə söhbətlərimizin mövzusu da fərqli idi. Amma hər dəfə dəyişməyən bir şey gördüm Nəcəf bəydə - s ə m i m i y y ə t! Düzlüklə, ədalətlə yoğrulmuşdu onun xəmiri. Xeyirxahlıq yuva salmışdı baxışlarında, keçici xəstəlik kimi ətrafdakılar da yoluxurdu.
Hər zaman hər millətin içində milləti içindən parçalayan və milləti birləşdirən adamlar olur. Nəcəf bəy ikincilərdən idi. O, ikincilərin içərisində də birincilərdən idi. O, öz ölümüylə də sanki hamını birləşdirmişdi. Başsağlığı verənlər arasında prezident Heydər Əliyev də var idi, Əbülfəz Elçibəy də. Dəfn mərasimində İsa Qəmbər də iştirak edirdi, Etibar Məmmədov da. Mən orada İlyas İsmayılovu da gördüm, Sabir Rüstəmxanlını da. Möhtərəm Şeyximiz Allahşükür Paşazadə də bu kədəri bölüşmək üçün cənazə törəninə qatılmışdı. Nəcəfi baş üstünə qaldırıb Xaqani küçəsiylə addımlayan izdiham elə bil ki, qəbristanlığa deyil, milli birliyə gedən yolla addımlayırdı. Nə qədər davam edəcək bu yol? Çoxmu uzun sürəcək? Nəcəfi torpağa tapşıranda qırılmayacaq ki? Axı gənc yaşında ömrü yarımçıq qırılan Nəcəf bəy bütün həyatını azadlıq, müstəqillik və birlik yolunun salınmasına həsr etmişdi. Bəlkə yoxluğa sığmayan Nəcəf varlığı bizə nəsə öyrədəcək? İnanıram ki, onun ruhu məhz o gün şad olacaq. İnanıram ki, o gün gələcək, mütləq gələcək! Axı biz tayfa deyil, xalqıq! Nə bəzilərinin üfürüb böyütdüyü kimi böyük, nə də bəzilərinin əridib zərrələşdirdiyi kimi kiçikik. Biz özümüzü taniyib dərk etdiyimiz boydayıq. Biz - Azərbaycan xalqıyıq!
Etibar Babayev

 

Noolar, Nəcəf bəy, ölməyin...

Deməyə dilim də gəlmir... Ölməli o qədər adam var ki... Nəcəf bəy sağ olsaydı, bu sözlərimçün tənə edərdi. Çünki o, zərif idi, qəzəbsiz idi... Ömrümdə onun tək ikinci ziyalıya rast gəlmədim. Geyimkecimi, ədasıyla özünü gözə soxan xudbin intellektlərdən, kübarlardan deyildi...
Zahirən, mənən də cadə idi Nəcəf bəy! Kiçiyə, qara fəhləyə də birinci özü salam verər, Sizlə müraciət edərdi... O, əsl ziyalı idi: səmimi, təmkinli, hökmsüz!
Nəcəf bəy həm də fiziki cəhətdən güclü, boy-buxunlu idi... Azadlıqın redaktoru kimi ona hər mənada arxayın idik... Nəcəf bəy yanımızdadırsa, kimsə əl qaldırmaz, kobudluq etməzdi... Çünki Nəcəf bəyin ziyalı zəhmi, nüfuzu kəsirdi nadanların qabağını...
Redaksiyaya hər hansı təzyiq vaxtı özünü qabağa verirdi... Soyuqqanlı, iradəli idi... Ancaq bircə dəfə onun bərk həyacanlandığının şahidiyəm... Elə bil əsəbdən bədəninin içi titrəyirdi... 20 Yanvardan sonrakı fövqəladə vəziyyət dövründə komendantlardan hansınınsa vaxtında redaksiyaya amiranə xəbər göndərildi... Xəbər gətirən komendant nümayəndələri Nəcəf bəyi komendantlığa aparmalıydılar... Nəcəf bəy otaqda özünə yer tapmırdı... Sadəcə, Moskvadan təyin edilən sovet zabitinin hüzüruna getməyi mənliyinə sığışdırmırdı... Nəhayət, getməyəcəyinə qəti qərar verdi! Komendant nümayəndələri əliboş döndülər...
Fikirləşirəm, bəlkə Nəcəf bəy həmin sarsıntılardan sağalmaz xəstəliyə düşdü... Axı o, həmişə gümrah, sağlam idi... Elə ona görə deyirəm, ölməli o qədər adam var ki... Axı həmin ölməlilər Nəcəf bəylərin axırına çıxır...
Noolar, Nəcəf bəy, ölməyin...
Mənı Azadlıqın ailəsinə üzv qəbül etdiyiniz gün həyatımda ən xoş hadisədir...
Mən ziyalılıq, kişilik məktəbi keçəcəkdim... Məktəbinizə layiq gördünüz məni, Nəcəf bəy! Mən Sizi unutmaram, Sizə indi də inanıram... Siz də mənə inandığınızı demişdiniz, Nəcəf bəy! Yenə də inanın mənə... İşimə kinayə edən, özümə yuxarıdan baxanların arasında Sizin sözünüz mənə arxa olub, Nəcəf bəy!..
Sizin məktəbdən qazandığım hikmətləri heç kəsdən əsirgəmərəm... Sizi yaşadacaq bu məktəb... Noolar Nəcəf bəy, bu məktəbi yetim qoymayın!.. Ölməli o qədər adam vardı ki...
* * *
Çoxdan bəri keçirmədiyim həyacanda, təşvişdəydim... Nəcəf bəyin vida mərasimində... Daha bizimlə olmayacağından qorxurdum yəqin... İndiyədək hüzr yerində çox olmuşam... Görünür, bu ölümlər mənimki olmayıb... Ancaq Nəcəf bəyin ölümü...
Elçin Məmmədov

HÜRİYYƏT
145 (547) 21-22 dekabr, 1999-cu il

YAŞAYIRIQ, ÖLMƏMİŞİK

Ötən şənbə Azərbaycanın dəyərli və ləyaqətli övladlarından birini - çağdaş mətbuatımızın 44 yaşlı patriarxı Nəcəf Nəcəfovu son mənzilə yola saldıq. Dəfn mərasimində siyasi mövqeyindən asılı olmayaraq minlərlə insan iştirak edirdi ki, bu da yalnız və yalnız Nəcəf bəyin az yaşda qazandığı hörmatin nəticəsi sayıla bilərdi...
Mən onu şəxsən tanımırdım. Heç yaxından da görməmişdim. Ancaq Ali Sovetin sessiyaları zamanı teletranslyasiyalardan tanıyırdım Nəcəf bəyi. Telekadrlardan ən çox yadımda qalanı isə Əbdürrəhman Vəzirovun Nəcəf, Nəcəf! çağırması və daxili işlər naziri İskəndər Həmidovun jurnalisti döyməsi ilə bağlı Azadlıq qəzetinin redaksiyasında onun təşəbbüsü ilə keçirilən toplantıydı. Doğrudan da, Azərbaycan demokratiyası özünün ən maraqlı, maraqlı olduğu qədər da şərəfli səhifəsini yaşayırdı həmin gün - prezidentin mətbuat katibi daxili işlər nazirini danlayırdı. Bu şərəfli səhifəni isə Nəcəf Nəcəfov yazırdı tariximizə...
Yuxarıda qeyd etdiyim kimi, Nəcəf bəyin dəfninə siyasi əqidəsindən asılı olmayaraq, çeşidli insanlar gəlmişdilər. Fəzail Ağamalıdan Etibar Məmmədova, Sabir Rustəmxanlıdan İsa Qəmbərə, Fatma Abdullazadədən Eldar Namazova və Vəfa Quluzadəyə, İlyas İsmayılovdan Elçibəyə kimi müxtəlif düşüncəli siyasilərimiz oradaydı. Həmin mərasimdə bir qrup insanlar da vardı. Bunlar heç vaxt üzdə olmayan, milli azadlıq hərəkatının əsas hərəkətverici qüvvələri idi. 1938-ci ildə Azadlıq meydanında Nəcəf Nəcəfov da daxil olmaqla, çeşidli natiqlərin çıxışlarını dinləyən bu insanlar ötən on bir il ərzində çox dəyişiblər. Vaxtilə rus tanklarına sinə gərən, erməniləri yalın əllə öldürməyə hazır olan bu insanlar indi gündəlik çörək pulu uğrunda, daha doğrusu, ölməmək uğrunda mübarizə aparırlar. Buna baxmayaraq, onlar Nəcəf bəyə son borclarını verməyi unutmamışdılar. Bu isə onu göstərir ki, son altı il yarım ərzində yürüdülən məqsədyönlü antimilli siyasət insanlarımızın mənəvi duyğularını tamamilə məhv edə bilməyib. Yəni biz hələ ölməmişik, yaşayırıq. Deməli, qalib gəlmək şansını da qaçırmamışıq...
O gün Heydər Əliyevdən başqa hamı ordaydı. Heydər müəllim bu dəfə də ənənəsinə sadiq qalaraq, azərbaycanlılarla bir sırada dayanmağı özünə sığışdırmadı. Çünki Nəcəf bəyin dəfn mərasimində müxalifət liderlərinin iştirak edəcəyi öncədən məlum idi. O müxaliflərin ki, onların hakimiyyətini 1993-cü ildə Heydər Əliyev qəsb etmişdi. Görünür, qaliblər məhkum olunmasa da, məğlublarla üz-üzə gəlmək onlar üçün o qədər də xoş deyil...
Nəcəf bəyə Allah sənə rəhmət eləsin! demək istəyirəm. Bu vaxt əməkdaşımız xəbər gətirir ki, Hürriyyətin müxbirini YAP-ın qurultayına buraxmayıblar. Neyləyək? Bu da alnımıza yazılan bir taledir. Bizimlə bir sırada addımlamaq istəmirlər. Onlara yaxşı yol, sənə isə Allah rəhmət eləsin! deyirəm, Nəcəf bəy!
Cavid Cabbaroğlu
Hürriyyət



Yeni MÜSAVAT
Müstəqil ictimai-siyasi qəzet
21 dekabr 1999-cu il N 292 (934)

NƏCƏF BƏYİN ƏZİZ XATİRƏSİNƏ

Hörmətli oxucularımız, dəyərli həmkarlarımız. Yeni Müsavat qəzeti Nəcəf Nəcəfovun vaxtsız, ölümundən təsirlənən, ürəyi ağrı ilə dolan insanlarımıza bu gözəl ziyalının, müstəqil mətbuatımızın patriarxının barəsində demək istədiklərini çap etmək üçün şərait yaradır. Öz ürək sözlərinizi, xatirələrinizi və düşüncələrinizi qələmə alıb bizə göndərin.
Bu yazıların çapı, mərhumun 40 mərasiminədək davam edəcək.
Redaksiya

NƏCƏF BƏYİN UNUDULMASI MÜMKÜN DEYİL
İnternetdəki oxucularımız Nəcəf Nəcəfovun ölümündən kədərlənir
Yeni Müsavat qəzetinin baş redaktoruna
Hörmətli Rauf bəy, mən Türkiyənin Kayseri şəhərində çalışmaq məcburiyyətində olan bir doktoram.
Bu yazını göndərmənin səbəbi Nəcəf bəyin vəfatı xəbərini öyrənməyimdir. (Sizin VİDA AĞRISI...yazısından). Həqiqətən urəyim sızladı, gözlərim yaşardı. Azadlıqın ilk nömrələrini xatırladım. Gerçəkdən Nəcəf bəy böyük demokrat idi. Uzatmamaq üçün deyim: yazınızdakı sözlərə qatılıram.
Nəcəf Nəcəfova Allahdan rəhmət, yaxınları, sevənləri və Azərbaycan demokratiyası uğrunda mübarizlərə (sözdə deyil, qəlbən) başsağlığı diləklərimi sizin (onun böyük missiyasının davamçısı kimi) vasitənizlə çatdırmağı özümə borc bildim. Azərbaycanda demokratiya inkişaf edəcəksə, (hər nə qədər çətin olsa da, başqa yol yox) bu inkişaf Nəcəf bəy, onun varisləri, tək ümidimiz olan yazılı mətbuata borclu olacaq, Demək, Nəcəf bəyin unudulması mümkün deyil. Onun yarımçıq qalan işini davam etdirsək, arzularını həyata keçirməyə çalışsaq, ruhuna böyük ərməğan olacaq. Ruhu şad olsun!!!
Sayğılarımla dr. Ələkbər Əli oğlu
Kayseri/Türkiyə



MÜSAVAT
Müstəqil ictimai-siyasi qəzet
22 dekabr 1999-cu il N 293 (935)

NƏCƏF BƏYİN ƏZİZ XATİRƏSİNƏ
O, hərəkata qoşulmağımda əsas rolu olan iki şəxsdən biri idi
Milli Azadlıq Hərəkatımızın liderlərindən biri Nəcəf Nəcəfovun ölüm xəbəri qürbətdə olduğum son illərin ən ağır xəbərlərindən biri kimi məni sarsıtdı.
Nəcəf bəy heç bir şəxsi marağı olmadan hərəkata qoşulan, ona rəhbərlik edən liderlərdən biri idi.
Sevgili Nəcəf bəyi Milli Azadlıq Hərəkatına qoşulmağımda müstəsna rolu olan 2 şəxsdən biri kimi ömrümün sonuna qədər unutmayacaq və hər zaman sevgi və sayğı ilə xatırlayacağam.
Nəcəf bəyə Allahdan rəhmət, ailasinə başsağlığı, əqidə silahdaşlarına səbir diləyirəm. Başımız sağ olsun.
Novruz Həzənov

GÜNAYDIN
128 (224) 2224 dekabr 1999cu il

NӘCӘF BӘYİN ӘZİZ XATİRӘSİNӘ BİR NEÇӘ SÖZ

Azərbaycanda boşluğu hər zaman duyulacaq dəyərli aydınlardan biri dünyasını dəyişdi. Xalq hərəkatı başlanandan Nəcəf Nəcəfov adı Azərbaycanda demokratik mətbuatın təməlini qoyan bir şəxsiyyət kimi tanınmağa başladı. Ardınca Xalq hərəkatının aparıcı təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri kimi ardıcıl və səmimi mübarizəsi ilə bütün hərəkat iştirakçılarının rəğbətəni qazandı. Әn ağır vəziyyətlərdə, ən dərin ziddiyətli məqamlarda barışdırıcı bir şəxs olaraq üz tutduğu Nəcəf bəy hərəkatımızda ən ədalətli və səmimi liderlərdən biri kimi sevilən bir mövqe qazanmışdı. 1989-cu ilin sonlarında Nəcəf bəyin təməlini qoyduğu Azadlıq qəzetinin işıq üzü görməsi Azərbaycan demokratik mətbuatı tarixində ən unudulmaz hadisələrdən idi. Bununla o, indiyə qədər də mətbuat tariximizdə xüsusi hörmətlə xatırlanan Nəcəf Nəcəfov məktəbinin təməlini qoyub. 20 yanvar faciəsinin baş verdiyi günlərdə zahirən mülayim adam təsiri bağışlayan Nəcəf bəy həyatını risqə qoyaraq sovet ordusunun törətdiyi vəhşiliklər haqqında bilgilərin dünyaya çatdırilmasında, Yazov və Primakovların caynağında məhv edilmək qarşısında qalan Xalq Cəbhəsinin haqlı davasının müdafiə olunmasında xüsusi fədakarlığı ilə seçildi. Azərbaycan Xalq Cəbhəsi sıralarından millət vəkili seçilərək parlamentdə öz sözü və hörməti ilə hətta Xalq Cəbhəsinə qarşı olan qüvvələr tərəfindən rəğbətlə qarşılanan Nəcəf Nəcəfov SSRİ-nin saxlanması ilə bağlı referenduma etiraz olaraq aclıq aksiyasında fədakarlıqdan tutmuş, Azərbaycanın müstəqillik aktının qəbul olunmasında oynadığı rola qədər cəmiyyətin yaddaşında dərin iz buraxdı. 1992-199-93-cü illərdə prezidentin müşaviri kimi də öz vəzifəsini vicdanla yerinə yetirərək demokratik dövlət quruculuğu işində bütün enerjisi ilə çalışdı. Sonrakı dövrlərdə də Nəcəf bəy Azərbaycanda demokratik dəyərlərin yerləşməsi, aydınların millətin haqlı davasına sahib çıxması işinin təşkilində ciddi işlər görüb. Nəcəf bəy yarandığı gündən AXC üzvü olsa da, cəmiyyət üçün partayalarüstü bir kimliyə sahib olub. Hər zaman Azərbaycan aydınlarının ən ləyaqətli təmsilçilərindən biri kimi qəbul olunub. O, eyni zamanda səmimi və cəfakeş bir dost kimi insanların xatirəsində qalıb. Nəcəf bəyin haqq dünyasına qovuşması ilə bizlər öz yaxın dostumuz, mübarizə qardaşımızla yanaşı, həm də bir zaman örnək olaraq xatırlanacaq, sözün həqiqi mənasında mükəmməl bir Azərbaycan aydını ilə vidalaşdıq. Allah rəhmət eləsin, haqqını bizlərə halal etsin, əzizimiz Nəcəf bəy!
Bir dost sevgisi
və ağrısı ilə
Әbülfəz Elçibəy


MÜXALİFƏT
Müstəqil qəzet
22-24 dekabr 1999-cu il N 64 (857)
ÖLÜMÜN XƏTRİNDƏ DƏYƏMMƏDİK
Təkcə sənin xətrinəmi, Nəcəf bəy?
Dedilər, həyatla ölüm Sənin uğrunda çarpışarkən xanımın Lalə solmuş çöhrənə baxıb Bu nə xəstəlikdi tapdı səni deyibən qəmdən üzüləndə, həkimlər başının üstündə naçar və gümansız dayananda onları ovundurub gülə-gülə demisən: İnciyərəm sizdən, mənim xəstaliyimin kefinə dəyməyin...
İndi desək ki, bizlər də Sənin xətrinə illacsız xəstəliyinin, ağzı yanmış ölümünün kefinə, xətrinə dəyə bilmədik, inanma. İnanma, acizliyimizi pərdələyən bu allı-güllü, minnət yüklü sözlərə, Nəcəf bəy. Çünki Sənin xəstəliyinin toxunulmazlıq statusu bizim bəraətimiz ola bilməz. Bizlər bəraətimizi xəstəliyindən çox əzəl Sənin öz kefinə dəyərkən, azadlıq uğrunda nəfəsi tıncıxmış adamın birudumluq hava üçün döyüşəntək döyüşməyini biganə-biganə seyr edərkən itirmişik. Çiyindaşlar tən olmayanda, getdiyi yola dönük çıxanda dönməzlər təklənir, haqqın-ədalətin daşkəsəkli yollarının ağırlığı onların çiyninə düşür.
Sən də azadlıq yolunun nəhayətinədək getməyə qərar vermiş dönməzlərdən və təklənənlərdən idin, Nəcəf bəy. Әrköyün dərdini-azarını da elə daşıdığın yükə layiqli çiyin verməyəndə qazandıq. Dünyamızın od tutub yanmağını bir xorum ot qədər də eynimizə almamaqla , məndən ötdu... laqeydliyi ilə... Və bununla da Səndən çox öz kefimizin xətrinə dəymədik...
Zamanının, mühitinin yükünü daşıyan hər bir kamallı insanın ölümündə onun dərdi-azarı qədər yaşadığı xəstə cəmiyyət də şərikdi, suçludu, Nəcəf bəy. Sənə nə var ki,
gedişinlə bizim kamalımız, düşüncəmiz itirdi. İctimai-siyasi mübarizə hərəkatımız, çağdaş mətbuatımız itirdi.
Sən azad sözə möhürlü söz azadlığından çox əzəl yiyələnmişdin. Elə bu iç azadlığının barıydı ki, gəmidə oturub gəmiçiylə çəng eləyirdin. Әyalətdə yaşayarkən rus qəzetlərinə zorla, yuxarıların qorxusuyla abunə yazılanların bu qəzetlərin bir sətrini belə oxumadıqlarına çox şahid olmuşam. 88-ci illərdə isə elə bil möcüzə baş verdi. Sənnn redaktoru olduğun Molodyoj Azerbaydjana qəzeti siyasətdən, yazı-pozudan uzaq əyalət insanlarını da rusofil eləmişdi. Hətta bu qəzetdən qan iyi gəlir deyə-deyə onu oxumaq üçün özüylə rusca-Azərbaycanca sözlük gəzdirənlər də vardı. Bu, Sənin düşüncələrdə yaratdığın çevriliş idi.
Sonra auramızı xofdan təmizləyən, bizi ruhən və həm də cismən mətinləşdirən milli azadlıq hərəkatının salnaməçisi Azadlıq Sənə, Sənin fikir döyüşünə meydan oldu. Yaratdığın, sükançılıq elədiyin dövrdə Azadlıq siyasi maarifçilik və total rejimlə döyüşkənlik təmayülündən az önəmli olmayan şərəfli bir missiya daşıdı - 70 illik kötəkdən gözləri qıpıq olmuş müti və qaba lakey düşüncəsini kübar təfəkkürlə, mədəniyyətlə əvəzlədi. Azadlıq mətbuata yaxın olanların, hətta söyülən dövlət strukturlarında çalışanların belə, etiraf elədiyi elitar qəzet imici qazandı. Səni itirəndən sonra bizi ovudan da əkdiyin Azadlıq ağacının həmişəyaşıl qalması, yönümünü hansı səmtə dəyişməsindən asılı olmayaraq, elitarlığını qoruyub saxlamasıdır. Sənin nəcabətli qələmçi dəsti-xəttindən qalan da məhz budur. Və təkcə budurmu?
Sən ətalətdən təzəcə silkinmiş məmləkət insanlarına eyni zamanda həm sağ, həm də sol cinahda döyüşməyin gözəl nümunəsini göstərdin. Bu cinahlardan biri mətbuat idisə, digəri azadlığı necə qazanmağımıza şahid olan MEYDAN idi, yaradıcılarından olduğun Azərbaycan Xalq Cəbhəsi idi, parlament idi.
Ölümün bir adı da ayrılıqdı. Sən cismimizin sırasından ayrıldın və bizlərə ölümdən öyrənməyin də örnəyini göstərdin. Bəlkə də bu örnək qananlara Sənin həyat və mübarizə yolun qədər ibrətli, görklü idi. Aktyorlar evində cənazənlə vidalaşmağa gələn hüznlü insan seliydi bu görk.
Matəmində cəmiyyətin bütün zümrələri - alimi də, fəhləsi də, naziri də, taciri də, bir-birinə əl vermək istəməyən iqtidarı da, müxalifəti də təmsil olunmuşdu. Və ən önəmlisi buydu ki, ora heç kim heç kimi çəkib gətirməmişdi. Heç kim kimdənsə utanıb gəlməmişdi. Heç kim sabahkı günü sayğacda hesablayıb gəlməmişdi. Minlərlə insani sənin ayağına gətirən yalnız ruhani borc idi və o borc nə Sənin qohum-əqrəbanla, nə şəcərənlə, nə mənsub olduğun zümrəylə deyil, ancaq özünlə kəsilməli idi.
O son vida anlarında, Yasamaldakı fəxri gorgahda, məzar üstündəki mənzərə nə təsvirsiz idi, Allah! O anlarda bütöv Azərbaycan amalçısı, dünənki və həm də sabahkı prezidentlər, bizi pencər kimi sıxan rejimin hazırki nazirləri, dünənki baş müşavir, din ruhani azadlıqdır, yoxsa dövlətin əlində bir vasitədir sualı ətrafında cavalarımıza son verməyən insaflı və hörmətli şeyximiz yetimləyib baş-başa dayanmışdılar. O məzar başında xəncərinin qaşı düşməkdən çəkinsə də, bugünkü prezident də xanım elçisinin timsalında başını əyilən, hüznlü, yetimləyən başlara qatmışdı. Bu, bizim uzun müddətdir ki, iztirabla, ümidlə gözlədiyimiz BİRLӘŞMӘYİN rəmzi idi, Nəcəf bəy. O anda mənə elə gəldi ki, Sən ölməmisən, yandırılmış körpüləri yenidən tikirsən.
O gün bütün qələm əhli ağ, qara, sarı, iqtidar-müxalifət mətbuatı da nizami ordu kimi ətrafında düzlənmişdi. Bu Sənintək qələm generalının etiraf olunması, birmənalı qəbul edilməsi idi.
Bizi ağrıtsa da, göynətsə də, o gözəl gün idi, Nəcəf bəy. Sənin başına cəm olmuş o möhtəşəm insan seli görkləyirdi ki, haqqın bircə üzü var. Onun sağı-solu, iqtidarı-müxalifəti olmur. Cəbhəsi-cinahı olmur. Әgər olmuş olsa belə, Sən göstərdin ki, elə yaşamaq, elə döyüşmək, elə qələm çalmaq olar, heç bir tərəfdə sözün qəribçiliyə salınmaz, düşməncəsinə qarşılanmaz. Bunun adı haqq yolunda, millət yolunda partiyasız, tərəfsiz, qərəzsiz, cəmiyyətsiz döyüşməkdir. Әgər Sənə sevgimizdə səmimiyiksə, əgər bu Vətənə sevgimizdə sənintək dönməziksə, əgər belə gözəl ölümün qənşərimizə çıxmasını istəyiriksə, onda yolun, döyüşün bizlərə örnək olsun!
Son olaraq daha bir məqam haqqında. Qəm karvanın Mahnı Teatrının yanından keçərkən bir xanım Allah götürərmi bunu ki, Nəcəf kimi oğul 3-cü qəbiristanlıqda (o, yəqin ki, fəxri məzarlığın 3-cü bölümü demək istəyirdi -B.Ә.) dəfn olunsun - deyib, yaman kövrək-kövrək ağladı. Doğrusu, mən də belə düşünsəm də, Qanlı gölün sahilində, düşmənə qoyub gəldiyimiz dağların havası qədər səfalı, çox uca bir yerdə və həmişəyaşıl ağacların çətiri altında Sənə ana kimi qoynunu açmış son beşiyini görəndə fikrimi dəyişdim. Vallah, əcəb uyumalı, əzabkeş ruhunun da, ağrılı cisminin də rahatlıq tapacağı məkandı, Nəcəf bəy! Mətbuatımızın ağsaqqallarından olan Nəsir müəllim demiş, bu məkanı görəndə adamın özünün də ölməyi gəlir. Fəqət, hər ölümlə bu mərtəbəni qazanmaq olmur. Ucalıq məqamın mübarək!
Bu ağrı həm də bütün Müxalifətindi
Bəsti Əlibəyli

AZERNEWS
AZƏRXƏBƏR

International Independent Newspaper
N-51 (129) December 22 - 28, 1999

NAJAFOV, 44, DIES OF LIEUKEMIA
The funeral of a prominent journalist and public figure Najaf Najafov, who has passed away at the age of 44, was held in Baku on December 18. Najaf Najafov started his journalistic career in the 80s working with Inshaatchi newspaper. In 1986, he took up the position of chief editor in the Youth of Azerbaijan newspaper, which back in the Soviet times (1987-1988), since the very start of the Armenian-Azerbaijani conflict, was vehemently condemning Armenian separatists despite the censorship prohibitions. For this Najaf was sacked by the then government of the republic. N. Najafov then established the first independent newspaper in Azerbaijan, Azadlig and news agency Turan. On January 20, 1990, N.Najafov was among the insurgent people who had taken to streets to oppose the intervention of Russian troops and was severely wounded.
A key principle in his political activity was the struggle for independence, sovereignty and territorial integrity of Azerbaijan, in 1990-1995, N.Najafov was a member of the parliament, in 1992-1993 -presidential press spokesman, presidential adviser and SOCAR vice-president for public relations and media contacts, while more recently - vice-president of the Entrepreneurship Development Foundation (EOF).
He was a fighter for freedom and was admired by his nation. On Saturday, both pro-governmental and opposition newspapers published moving farewell articles. The obituary published by Khalg gazeti was signed by President Aliyev, head of the President's Executive Office Ramiz Mehdiyev, vice-premier Elchin Afandiyev and others.
Starting from noon till 3 p.m. on Saturday, tens of thousands of people came to the House of Actors to pay their last respects to the friend. The coffin was then taken to the Baku City Cemetery. Speaking at the burial ceremony were ex-president of Azerbaijan, leader of the PFPA Abulfaz Elchibay, ex-parliament speaker, head of Musavat Isa Gambar. etc. Also attending the funeral were the head of the President's Executive Office humanitarian department Fatma Abdullazadeh, Minister for Information and Press Sirus Tabrizli, leaders of political panics, newspaper editors, intellectual and public figures.


AZADLIQ
GÜNDƏLİK QƏZET
N234(1503) CÜMƏ AXŞAMI, 23 DEKABR 1999

ELEGİYA
Sabah Azadlıqın dünyaya gəlməsinin 10 ili, Nəcəf bəyin dünyadan etməsinin 7 günü tamamdı...
... - Sən onun nəyisən?
Ölüm kağızını verən qadının bu sualından ani olaraq çaşıb qaldım. Doğrudan axı, mən onun nəyiyəm? Biz onun nəyiyik?
İlk və əvəzolunmaz! Adətən, bu sözləri Nəcəf bəy haqqında Azadlıqla bağlı deyirlər. Azadlığın ilk və əvəzolunmaz redaktoru! Yəqin ki, bu deyimi kiminsə, kimlərinsə subyektiv fikri yox, hamının qeyd-şərtsiz qəbul elədiyi aksiom kimi yozmaq olar. Amma... İlk və əvəzolunmazepitetlərinin əvvəlindən Azadlıq, ardından redaktor sözlərini dəyişmək də olar: əvəzolunmaz demokrat, ziyalı, siyasətçi, vətəndaş, nəhayət, İnsan! Bəy! Nəcəf bəy Nəcəfov!
...Onunla yaxından tanışlığım Molodyoj Azerbaydjana qəzetindən başladı. 80-ci illərin ikinci yarısında. O vaxt Molodyoj Azerbaydjananın necə qəzet, Nəcəf bəyin necə redaktor olduğunu hamı bilir; bu haqda çox deyilib, çox yazılıb.
Molodyoj Azerbaydjana (sadəcə, Molodyojka) ilə Azərbaycan gəncləri (sadəcə, Gənclər) eynı binanın eyni mərtəbəsində yerləşirdi. Bizi ayıran aradakı tennis stolu idi. Nahar fasiləsi zamanı - saat 1-dən 2-yə kimi Gənclərlə Molodyojka həmin stol arxasında görüşərdi. Və... Gənclər Molodyojkaya tennisdə də uduzardı...
Bəzən oyuna başımız elə qarışardı ki, 3-ə işləməyindən xəbərimiz olmazdı. Üzbəüz liftdən Gənclərin redaktoru çıxardı; sol qolunu ağır-ağır yuxarı qaldırıb saatına, sonra da zəhmli baxışlarıyla bizə baxardı, - tələm-tələsik oyunu saxlayıb sola - iş yerimizə dönərdik. Üzbəüz liftdən Molodyojkanın redaktoru çıxardı; sağ əlini yuxarı qaldırıb gülümsəyə-gülümsəyə Kimi görməmişəm, salam deyib iti addımlarla uzaqlaşardı, - rəqiblərimiz tələm-tələsik oyunu saxlayıb sağa - iş yerlərinə dönərdilər... Beləcə, biz sola, onlar sağa gedərdilər. Qəzet buraxanda da belə idi: Gənclər sola, Molodyojka sağa meyl edərdi. Ta Nəcəf bəy çıxana kimi.
...Molodyojka da hədsiz demokratiya, hədli nizam-intizam vardı. Buna amiranə demokratiya da deyərdim. Kadrlara özünəməxsus münasibəti vardı Nəcəf bəyin. Son vaxtlar qəribə bir yenilik eləmişdi: hər gün bir Molodyojkaçı şöbə müdirindən tutmuş sıravi müxbirədək - redaktorluq edərdi; o nömrənin yazılarından tutmuş maketinədək məsuliyyət həmin o birgünlük redaktorun üzərinə düşərdi. Təbii ki, sabahısı - nömrə çıxan gün geniş müzakirə açılardı. Beləcə, özündən sonranı fikirləşər, gələcəyin redaktorlarını yetişdirərdi Nəcəf bəy.
... Bütün işçilərə eyni gözlə baxardı Nəcəf bəy. İşçisi Lalə xanımla ailə həyatı qurandan sonra... onu əvvəlki iş yerinə - səhv etmirəmsə, ya Vışkaya, ya da Bakraboçiyə qaytardı Nəcəf bəy, - iş yerində öz xanımına başqalarından fərqli münasibət göstərməmək naminə...
İşdən çıxanda (çıxarılanda yox, məhz çıxanda) da kişi kimi çıxdı Nəcəf bəy.
Mərkəzi Komitənin birinci katibi çoxdan düşmüşdü üstünə: ərizə yaz, çıx! Ərizə deyildi, ittihamnamə idi. Arxivdən götürülüb çap edilsə, bu gün üçün də aktual görünər o ittihamnamə. İstefa mədəniyyətimizin də özülünü Nəcəf bəy qoydu.
O vaxt Molodyojkanın 90 faizi Nəcəf bəylə getdi. Qalıb içləyənlər isə...
...Sonra xalqa Azadlıq bəxş elədi Nəcəf bəy. Azadlıqında o vaxt necə qəzet olduğunu və Nəcəf Nəcəfovun da o vaxt necə redaktor olduğunu kiməsə xatirlatmağa lüzum varmı?

Nəcəf bəyin Azadlıqda qoyduğu qaydalar indiyədək hökm sürür: iş vaxtı içmək olmaz! Əks halda işdən çıxarılaçaqsan! Bir dəfə belə də oldu: üç ərköyün, eyni zamanda qiymətli iççimiz naharda bir balaca vurmuşdu. Nəcəf bəy düşünmədən üçünü də işdən azad elədi. Hamımız - içi Cəbhə qarışıq - yığışıb dönə-dönə xahiş edəndən, sözün həqiqi mənasında zamin durandan sonra onları işə bərpa etdi. Amma... 2 aydan sonra. Özü də sınaq müddətinə! İndi onların üçü də həm mətbuatda, həm də bütövlükdə cəmiyyətdə tanınan qələm və söz sahibləridir...
Qardaşımın toyuna getməliydim. 10 günlük icazə istədim. Bir həftəyə razı oldu. Getdim.Toy toya qarışdı. Zəng vurdum ki, Nəcəf bəy, gələ bilmirəm, 3 gün də icazə verin. Özün bil, - dedi, - amma mən icazəni bir həftəliyə vermişəm. Toyları yola verib qayıtdım. Divardan əmr asılmışdı: vaxtından gec gəldiyim 3 günə görə 30 günlük əməkhaqqımı kəsmişdi Nəcəf bəy. İncimədim - kişinin sözü bir olar!
...İlk demokratik parlamentə deputat seçilmişdi. Qayda qoymuşdular ki, deputatlıqla rəhbər vəzifəni birləşdirmək olmaz. Birinci addımı Nəcəf bəy atdı - redaktorluqdan çıxdı, yerini Qənimətə verdi, özü də oldu məsləhətçi.
Parlamentin, səhv etmirəmsə, birinci, ya ikinci iclası keçirildi. Qənimətlə mənim ad günümüz idi. Yaxınlıqdakı Səmənikafesinə yığışmışdıq. Yeyirdik, içmirdik. Nəcəf bəyi gözləməsək də. Bir də gördük qapı açıldı, Nəcəf bəy içəri daxil oldu. Gülə-gülə burdakıların yanında olmaq ordakıların yanında olmaqdan qat-qat maraqlıdır deyib ad gününə qoşuldu...
...91-in avqustu QKCP vaxtı idi. Ayaz Mütəllibov İranda idi. Ordan bəyanat verib QKÇP-ni dəstəklədiyini bildirmişdi. Bəyanat rəsmi qəzetlərdə yığılmağa macal tapmamış QKÇP devrildi. A.Mütəllibov da tələm-tələsik yeni - əks bəyanatla çıxış etdi. Bakı rəsmiləri birinci bəyanatın rəsmi qəzetlərə göndərilmiş nüsxələrini cild-cildlə bir-bir tapıb zərərsizləşdirdilər. Amma biz Azadlıq Azərbaycan rəhbərliyinin Moskva hadisələrinə birinci reaksiyasını nə yolla olursa-olsun, xalqa çatdırmalı idik. Mətbəənin hər tinində bir senzor, hər addımda bir agent qoyulmasına baxmayaraq, mən, İsrail və Elçin həmin geri oxunmuş bəyanatı, Nəcəf bəyin təbirincə desək, partizanlıqla əldə edib partizanlıqlada qəzetə yerləşdirdik. Mətbəədən birbaşa Oktyabr rayon daxili şöbəsinə gəldik. Uşaqları QKÇP-yə qarşı etiraz mitinqindən tutub ora aparmışdılar. Nəcəf bəy də orda idi. Məni görən kimi dəmir barmaqlığın o üzündən boylanıb Bəyanatı verə bıldinmi? soruşdu. Hə cavabı alanda başını uzadıb ömründə birinci və sonuncu dəfə məni öpdü. Heç vaxt belə emosiyalı görməmişdim Nəcəf bəyi...
...Sonra hakimiyyət dövrü başladı. Prezidentin mətbuat xidmətinin rəhbəri, prezidentin müşaviri, ARDNŞ-nin vitse-prezidenti... Bu yerlərin heç birində duruş gətirə bilmədi. Sonuncu üzərində xüsusi dayanmaq istəyirəm. Dövlət Neft Şirkətinin necə yer olduğunu kiməsə izah etməyə, yəqin ki, lüzüm yoxdur. Və Dövlət Neft Şirkətinin vitse-prezidenti olmağın nə demək olduğu da kiməsə izah etməyə, yəqin ki, lüzum yoxdur. O cür yerdə də işləmədi Nəcəf bəy. İşləyə bilmədi yox, işləməyə qoymadılar yox, sadəcə, işləyə bilmədi. Onu vəzifədən heç kim çıxarmazdı - nə ovaxtkı prezident, nə indiki prezident, nə gələcək prezident... Sadəcə, bacarmadı. İşiylə bacardı, özüylə bacarmadı. Cəmiyyətlə bacarmadı. Çünki bütün dövrlərdə cəmiyyətdən ən azı bir pillə yüksəkdə dayandı Nəcəf bəy!
Təəssüf ki, cəmiyyət onun səviyyəsinə yüksələ bilmədi. O da cəmiyyətin səviyyəsinə enmədi!
...Almaniyada müalicə alıb qayıtmışdı. Özünü gümrah hiss edirdi. İşə də çıxırdı. Küçədə rastlaşdıq. Hal-əhvaldan sonra Niyə az-az görünürsünüz? soruşdum. Sualıma sualqarışıq təəccüblə cavab verdi: Harda görünməliyəm ki?. Ani tərəddüddən sonra Məsəlçün, siyasətdədedim. Əlini yelləyib uzun bir Eehh! nidası ilə kifayətləndi.
Deyəsən, axır vaxtlar bezməyə başlamışdı Nəcəf bəy. Hamıdan - yuxarılardan da, aşağılardan da; iqtidardan da, müxalifətdən də; siyasətdən də, siyasətçilərdən də; qəzetlərdən də, qəzetçilərdən də.
Təkcə bizim Azadlıqın redaktoru deyildi Nəcəf bəy. Həm də bütün mətbuatın redaktoru idi. Bəlkə də bütün cəmiyyətin redaktoru idi. O redaktor bu cəmiyyətə Azadlıq bəxş elədi, Azadlıq verdi. Bəs biz?
...Səhv etmirəmsə, Pasternakın sözüdür: təəssüf ki, Azadlıq və Qələbə ayrı-ayrılıqda gəlir; Azadlıq gələndə Qələbə çatışmır, Qələbə gələndə Azadlıq azlıq eləyir...
İlk və əvəzolunmaz redaktorumuzun bizə verdiyi Azadlığa biz Qələbə ilə cavab verməliyik. Nə qədər ki, Azadlığın üstünə Qələbə də gəlməyib, nə qədər ki, Azadlığı Qələbə ilə tamamlaya bilməmişik- Nəcəf bəyin ruhu qarşısında başımız aşağı olacaq. Çalışaq, başımızı yuxarı qaldıraq!..

P.S. Oğlum Ayxan Azadlıqla eyni gündə doğulub - 24 dekabrda. Keçən il bu vaxt dostlarımla (onların çoxu elə iş yoldaşlarımdır) bizə yığışmışdıq. Səbəbkarın sağlığına bir-iki xoş söz dinləyəndən sonra adətim üzrəAzadlığın şərəfinə badə qaldırmağı təklif etdim. Və təbii ki, durub təbrik üçün Nəcəf bəyə zəng vurdum. Almaniyaya. Doluxsundu. Bu zəngi gözləyirdim- dedi. Məndən sonra Gündüz, İsrail, Rövşən, Hikmət də danışdılar. Dəstəyi yenidən götürdüm: Nəcəf bəy, Sizinlə danışmaq istəyən çoxdur, səhhətiniz imkan verirsə.... Telefonun o başından Əzizlərim, mən məmnuniyyətlə bu gün uşaqların hamısıyla danışardım, amma sizə ziyandır axı, xariclə danışıq çox pul yazır- dedi.
Dostlarımın, tanışlarımın - Ayxanın ad gününün vaxtını dəqiq bilən bütün yaxınların nəzərinə: Sabah- dekabrın 24-də bizə gəlməyin! Heç bir şənlik-filan olmayacaq! Çünki yenə Ayxanın sağlığına bir-iki xoş söz dinləyəndən sonra adətim üzrə Azadlıqın şərəfinə badə qaldıracaq, sonra da qonşu otağa keçib təbrik üçün Nəcəf bəyə zəng vur...maq istəyəcəm... Heyhat!..
Azər Qüdrətoğlu

525-Cİ QƏZET
23 dekabr 1999-cu il, cümə axşamı
N-245 (589)

BİR HƏFTƏ NƏCƏFSİZ
Sabah 10 yaşı tamam olan Azadlıqsa çoxdan NƏCƏFSİZ qalıb

Pilləkənləri qalxırıq. Bu yol bizi Azadlıqın keçmiş və indiki yazarlarını Nəcəf bəylə son görüşə aparır 7 nəfərdən heç kim içəri birinci keçməyə ürək eləmir. Cəmi yarım dəqiqə sonra tələm-tələsik geyinəcəyim ayaqqabılarımı güclə soyunuram...
Çarpayıda solub-solaxımış, can verən Nəcəf bəy. Hələ diri əllərini sığallayan Lalə xanım. Otağın kandarındanca qayıdıram. Bir dəqiqə sonra göz yaşını boğa bilməyən Elçin Səlcuq, qapqara qaralmış Rövşən Hacıyev də çıxırlar. Yox, burda da dayanmaq mümkün deyil...
Ustadla son görüşə çıxdığım pillələri düşürəm. Siqaret də kara gəlmir. Balaca budkadan başını çıxaran qadın necədi, bala? soruşur (elə bil az əvvəl bu binanın 6-cı blokuna girən yad adəm yalnız və yalnız Nəcəf bəyin evinə gələ bilərmiş). Can verir deyənəcən az qala öz nəfəsim dayanacaqdı...
Səhəri gün biz bu evə Nəcəf bəyi məscidə aparmağa gələcəkdik. Qayıdanda bu, hər birimizə gün kimi aydınıydı. Nəcəf bəy amansız xəstəliyilə bütün yaxınlarını, əzizlərini bu itkiyə çoxdan, can verdiyi 16 dekabrdan xeyli əvvəl hazırlamışdı. Bəlkə də Tanrı belə məsləhət bilmişdi ki, qəfildən başımızı itirməyək, bu əvəzsiz şəxsiyyəti yerdən urvatla götürməyə təpər tapaq...
Gərək belə olmayaydı, gərək sağalmaz mərəz gəlib hamımızın içində məhz Nəcəf bəyi tapmayaydı. Nəcəf bəy öləsi, Azərbaycanla bağlı arzularının hələ yüzdə birinin gerçəkləşmədiyi vaxtda gedəsi adam deyildi. Belə ağır zəmanədə, adamların dəyərdən düşdüyü məmlkətimizdə təsəlli yeri ola biləcək böyüklüyündə BÖYÜK İNSANI itirmək elə torpaq itirmək kimi çəkiləsi müşgül dərddir. Amma yenə Allah bilən məsləhətdir...
Başqalarını demirəm, Heydər Əliyevin bir il öncə Nəcəf bəyin müalicəsinə kömək etməsi, indi də isti başsağlığı verməsi mənimçün gözlənilməz deyildi. Çünki adam bütün ömrü boyu səhvə yol verə bilməz axı! Ən azı ona görə ki, Nəcəf bəy böyüklüyündə alicənab şəxsi görməmək, duymamaq mümkünsüzdür. Və şəxsi qənaətimə görə, bütün siyasi karyerasında Heydər Əliyevin səhvə yol vermədiyi iki məqam varsa, ikisi də Nəcəf bəylə bağlı atdığı həmin addımlardır...
Nəcəf bəy yaratdığı Azadlıqın 1500-cü sayını oxuya bilmədi. Çünki matəm nömrəsiydi həmin gün ilk sayı 200.000 (!) tirajla imzalamış REDAKTORU dəfn edirdilər. Nəcəf bəy canından artıq istədiyi Azadlıqın sabah tamam olan 10 yaşını təbrik edə də bilməyəcək. Çünki bu gün öz yeddisidir...
Azadlıq və Nəcəf bəy! Son 10 ildə fəxr duyulası nə qədər nəsnə bu böyük qəzetin və ünlü şəxsiyyətin adıyla bağlıdır. Amma bunlar artıq tarixdir. Çox təəssüf ki, Nəcəf bəy 7 gündür bu həyatda yoxdur. Qarabağsız məmləkət indi həm də Nəcəfsizdir...
Azadlıqsa... nə yazıqlar ki, çoxdan NƏCƏFSİZDİR.
Bu illərdə Azadlıqı Nəcəf bəy istəyən kimi qurmaq, çıxarmaq mümkün olmadı.
Heç olanı saxlamaq da mümkün olmadı. Vallah olmadı...
Hikmət Sabiroğlu


AZADLIQ
Gündəlik qəzet
N 235 (1504) 24 dekabr 1999, cümə


AZADLIQIN MÜBARƏK, NƏCƏF BƏY!
Bu gün (dekabrın 24-də ) Azadlıq qəzetinin 10 yaşı tamam olur

Azərbaycan Xalq Cəbhəsinin qəzeti kimi işıq üzü görən, zaman-zaman çeşidli basqılara məruz qalan, senzuranın qayğısı sayəsində bəzən (çox zaman!) yarıağ, yarıqara çıxan, 20 Yanvar qırğınından sonra vəhşi rus ordusunun qəzəbinə tuş gələn, lakin əyilməyən qəzet bu gün gündəlik qəzet kimi oxucuların görüfşünə gəlir.
Azadlıq tarixi yaddaşımızın mədəni-mənəvi abidəsidir.Bu gün də azadlıqsevərlər onun birinici (təkcə birincimi!) sayını əziz bir xatirə kimi (ütüləyib-əzizləyib) saxlayırlar. Son dövr tariximizin bu qiymətli abidəsinin 10 yaşıyla bağılı Nəcəf bəylə görüşmək arzusunda idik (AZADLIQ deyəndə istər-istəməz Nəcəf bəy yada düşür). Azadlıqla adı qoşa çəkilən adı necə tapmağı və harada görüşməyi fikimrləşirdik ki, Nəcəf bəy bizi intizarda qoymadı, özü bizi görüşünə (yazıqlar olsun ki, son görüşünə) topladı.
Onunla vida mərasimi mənə səkkiz il öncə AXC qərargahından ilk şəhidlərimizin son mənzilə yola salınmasını xatırlatdı.Və bu, təkcə zahiri bənzəyiş deyildi, hər şeydə adı birinci çəkilən Nəcəf bəyi 20-ci yüzilliyin SONUNCU şəhidi kimi dəyərləndirmək olar. Milli azadlıq hərəkatının öncüllərindən biri, yeni azad (demokratik) mətbuatın yaradıcısı və mən deyərdim ki, son mogikanı on il öncənin qanlı yanvarfında da şəhid ola bilərdi. Amma (görünür!) böyük Yaradan zəmanəmizin AZƏRBAYCAN VİCDANInı gələcəyin neçə-neçə qələm sahibinin MÜƏLLİMi kimi qoruyaraq, AD GÜNÜnə (Azadlıqın ad günü elə onun ad günü deyilmi?!) bir həftə qalmış yanına apardı.
Onu xarakterizə edən əsas meyar yalnız az-az (təəssüf ki!) adamlara xas olan KÜBARLIQ, ZİYALILIQ idi. Hamı jurnalistlər, siyasətçilər, dövlət adamları da onu VİCDANLI ADAM kimi dəyərləndirir. Bəlkə ən vicdanlı media mənsubuna təqdim olunması üçün Nəcəf Nəcəfov adına VİCDAN mükafatı təsis edəsiniz?! Hər ilin24 dekabrı həmin mükafatın təqdim edilməsiylə yadda qala bilər.
Sağlığında özünə Azadlıq boyda abidə heykəl qoyan Nəcəf bəyi Azadlıqsız təsəvvür etmək olmur. Bu gün dekabrın 24-də Azadlıq onun məzarı önündə, onun ruhu isə Azadlıqda olacaqdır.
Azadlıqın mübarək, Nəcəf bəy!
Məğrub Bədəlsoy, Qarabağ savaşının əlili

MÜSAVAT
Müstəqil ictimai-siyasi qəzet
N 295 (937) 24 dekabr 1999-cu il

NƏCƏF NƏCƏFOV ADINA MÜKAFAT
Estoniyadan başsağlığı göndərən həmkarımız təkliflə də çıxış edir

Nəcəf Nəcəfovun vəfatı ilə əlaqədar redaksiyamıza daxil olan məktubların çapını davam etdiririk. Bu dəfə Estoniya Jurnalnstlər Akademiyasının üzvü Xaqani Qayıblı həmkarının ölümü ilə bağlı başsağlığı göndərib.
Nəcəf bəyin ölümünü Yeni Müsavat qəzetinin dünənki sayından oxudum. İçim burxuldu. Estoniyanın onsuz da qarlı-şaxtalı havasında buz kimi kəsildim. İnanıram ki, SÖZə sevgisi və sayğısı olan hər kəs üçün bu çox ağır itkidnr. Amma Nəcəf bəyin davamçıları olan bizlər bu itkidən sarsılmamalı, acımızı gücümüzə dönüşdürərək, bulunduğumuz yerdən və çalışdığımız mətbuat orqanından asılı olmayaraq, Azərbaycan qəzetçiliyini hamımızın mənəvi müəllimi olan Nəcəf bəyin görmək istədiyi səviyyəyə yüksəltməliyik. Bu vəsiləylə də mətbuatımızın nadir isimlərindən olan Nəcəf bəyi yaşatmış oluruq.
Hər zaman rəhmətlə anacağımız Nəcəf bəyi yaşatmaq üçün bir təklifim var: hər il o böyük qəzetçimizin haqqa qovuşduğu gün (Güneylə Quzeyin) Azərbaycan türkləri arasından ən bacarıqlı jurnalistə Nəcəf Nəcəfov adına ödül verilsin. Onda həmin gün bir araya gələn biz jurnalistlər Nəcəf bəyi hüzünlə deyil, sevinclə, sevgiylə xatırlayarıq, hamımızın başı sağ olsun! Heç bir vaxt üz-üzə əyləşib söhbətləşməsəҝ də, özümü mənəvi tələbəsi saydığım, Azərbaycan mətbuatına cəsarət, can, çağdaşlıq və AZADLIQ ruhu gətirən Nəcəf bəyin ölməz ruhu qarşısında baş əyirəm.
Ehtiramla: Xaqani Qayıblı,
Estoniya Jurnalistlər Akademiyasının üzvü


GÖR XƏSTƏLİYİ KİMƏ VERDİ...

Bir həftə öncə bu sözləri həmkarım Hikmət Sabiroğlu Tanrıya etiraz kimi demişdi...
Yeddi gün əvvəl də insan axını beləcə qəmli-qəmli addımlayırdı. Dostları, həmkarları, siyasi xadimlər, sadə oxucular görkəmli jurnalist, azadlıq hərəkatımızın öncüllərindən biri, nəcib insan Nəcəf Nəcəfovu torpağa tapşırırdılar.
Nəcəf bəyi çiyinlərində son mənzilə gətirənlər yenə çiyin-çiyinə dar cığırla addımlayırlar. Yüksəklikdəki təzə qəbir. Bakının dəlisov küləyini vecinə almayan gül dəstələri.
Nəcəf bəyin ciddi, bir qədər qayğıkeş görünən şəkli buraları başına götürən küləkdən daha betər üşüdür bizi. Fotoqraf bu anı yaddaşa köçürəndə deyən hələ amansız xəstəlik Nəcəf bəyin qapısını tanımırdı. Dəfni günü siqareti siqaretə calayan Hikmət Sabiroğlu astadan köks ötürüb gör xəstəliyi kimə verdi... demişdi. Kövrək qələmi ilə Tanrıya etirazın min bir yolunu bilən dəyərli həmkarım həmin dəqiqələrdə başqa ifadə tapa bilməmişdi.
Bakı küləyi məzarıstanı başına götürüb. Əbulfəz Elçibəy, İsa Qəmbər, Mirmahmud Fəttayev, Əli Kərimov, Vurğun Əyyub, Sülhəddin Əkbər, Vaqif Səmədoğlu... çiyin-çiyinə durub Nəcəf bəyin ruhuna dua oxuyurlar.
Bir müddət Prezident Aparatında mətbuat xidmətinə rəhbərlik etmiş, tanınan qələm sahiblərindən biri Rasim Ağayevlə dar cığırı birlikdə addımlayırıq. Həbsxanada təkcə azadlığını yox, həm də səhhətini itirən Rasim bəy Nəcəf Nəcəfovla bağlı yaddaşında qalanları xatırlayır:
Nəcəf bəy mənim yadımda Azadlıqın ən yaxşı redaktoru kimi qalacaq. Çox böyük potensiala, mədənniyyətə malik adam idi. Məhz o potensialın gücünə qəzeti məharətlə idarə edə bildi. Çox çətin, qarışıq bir zamanda Azadlıq ən kəskin sözləri dedi. Redaktor kimi çox düzgün mövqe seçmişdi. Nə qədər gənc jurnalistə meydan verdi. Maraqlıdır ki, bu adam heç kimin xətrinə dəymədi...
Küləkdə sonuncu sözü aydın eşidilirdi:
Bu adam heç kimin xətrinə dəymədi...
Etibar

ƏLVİDA, NƏCƏF...

(Həmkarım, həmdərdim, həmfikirim, qələmqardaşım Nəcəf Nəcəfovun əziz xatirəsinə ithafən)

Millət arxasıydın - Yurdun oğluydun,
İstiqlal carçısı, mərdlik yoluydun,
Qeyrətlə, hünərlə, əzmlə doluydun,
Haqsız hücumlara sən oldun hədəf:
Əlvida, Nəcəf...

Dərin dərrakəydin, kamalın vardı,
Zəkan qatılaşan zülməti yardı!..
İblis fələklərmi Səni apardı?, -
Sözümdə - almassan, sazımda sədəf:
Əlvida, Nəcəf...

Tuğyana çağırdın Azərbaycanı,
Səni sevməyənin buzlaşsın canı,
Yanıram, soydaşlar, Nəcəfim hanı?!
Onun xatirinə düzlənin səf-səf:
Əlvida, əlvida!
Əlvida, Nəcəf!...
Əlvida, Nəcəf!...
Vilayət Rüstəmzadə
Bakı, 18.12.1999
 

ƏLİLLƏR
N 33 (85) 24-30 dekabr 1999-cu il

AĞIR İTKİ

1988-cı ildə Azadlıq məşəli alovlanmağa başladı. Onu alovlandıranlardan biri də Nəcəf idi. Hələ İnşaatçı, Vışka qəzetlərində işləyən vaxtlardan kəsərli qələm sahibi kimi tanıdığımız Nəcəf. Amma o vaxtlar N.Nəcəfov Maladyoj Azerbaydjana qəzetinin redaktoru vəzifəsində çalışırdı. Onun respubliҝa rəhbərliyinin apardığı düzgün olmayan siyasətlə hesablaşmaması və bu haqda etiraz ovqatlı yazıları böyük maraqla qarşılanır və alqışlanır.
Nəhayət, 1989-cu ildə Azadlıq qəzeti işıq üzü gördü. Belə bir qəzetə yalnız Nəcəf bəy rəhbərlik edə bilərdi. Elə də oldu. Ta o vaxta qədər ki, Nəcəf bəy qəzetçilik sahəsində üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan azadlıq əldə edəndən sonra daha başqa arzusu, istəyi qalmadı. Ona görə də bu dünyanın malı-dövləti onu maraqlandırmadı...
17 dekabrın axşamı televiziya ilə verilən nekroloq onu tanıyanları sarsıtdı. Bir anlığa Nəcəf bəyin fəaliyyəti kino lenti kimi gözümüz önündən keçdi. Onun yaşından yaşlı görünən görkəmi, ağıllı baxışları əbədiyyətə qovuşdu.
Səhəri günü minlərcə insan onunla vida görüşünə gəlmişdi. Bu insanlar iqtidar və müxalifət nümayəndələrindən, jurnalistlərdən və adi vətəndaşlardan ibarət idi. Onları bura adi bir qüvvə birləşdirirdi.
Nəcəf bəyin rfuhu, onun daim vətəndaş həmrəyliyi əqidəsində olması.
Nəsə, Bakı şəhərinin köhnə qəbirstanlığında əziz qələm dostumuz, xalqımızın görkəmli ziyalısını, ictimai-siyasi xadimini, azadlıqsevər insanlardan birini çox cavan yaşında 44 yaşında qəlbən sevdiyi Vətən torpağına tapşırdıq.
Qəbrin nurla dolsun! Allah sənə rəhmət eləsin, Nəcəf bəy!

ƏLİLLƏR
qəzetinin kollektivi



MÜSAVAT
Müstəqil ictimai-siyasi qəzet
N 296 (938) 25 dekabr 1999-cu il

Nəcəf bəıyin əziz xatirəsinə
O, CƏNNƏTƏ GETDİ
Müstəqil mətbuatımızın patriarxı, Azərbaycan milli-azadlıq hərəkatının aparıcı liderlərindən biri, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında danılmaz xidmətləri olan Nəcəf bəyin vaxtsız vəfatı biz tələbə-gəncləri də məyus etdi, kədərləndirdi.
Xəbəri eşitdikdə çox məyus olduq və bu böyük insanın ömrünün 44-cü baharında sıralarımızı tərk etməsini ürək ağrısı ilə qarşıladıq. Müqəddəs Ramazan ayında cəhənnəmin qapıları bağlı olur və vəfat edənlər cənnətə gedirlər. Nəcəf bəyin əməllərinin paklığı ən azı dini cəhətdən təsdiqini tapmışdır. XXI əsrin astanasında həyata vida demiş və XX əsrin ən aparıcı yazarlarından olan Nəcəf bəy Nəcəfova Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik!
Qəbri nurla dolsun!
Rahat uyuyun!
Dərin hörmətlə: Azər Niftiyev,
Gənc Aydınlar Birliyi sədrinin birinci müavini



BUGÜN
228 (509) 25 - 28 dekabr 1999-cu il

NƏCƏFİ TƏKCƏ BİZ İTİRMƏDİK
Hər gün qanını analiz edirdilər. Nəticədən asılı olmayaraq, Lalə həmişə analizin cavabını ona deyirdi. Cavablar mənfi olanda da müsbət kimi qələmə verirdi. Ailə başçısı üzə vurmasa da, Lalənin müqəddəs yalana əl atdığını duymuşdu. Lalə də yalanlarının faş olduğunu hiss edirdi. Beləcə, hər biri öz rolunu məharətlə ifa edirdi. Xəstəliyindən heç zaman şikayət etməzdi. Zəng edib vəziyyəti ilə maraqlananlara həmişki kimiyəm, buna da şükür cavabını verirdi.
Biri vardı, biri yoxdu... Bu dünyada bir Nəcəf bəy var idi. Tanrı onun taleyinə səmimi, azad və təmənnasız mətbuatın xaç atası olmaq şərəfini yazmışdı. O, Azərbaycan mətbuatını uzun illər pərçimləndiyi qəlibdən çıxara bildi. Totalitar rejimin qılıncı altında belə, kişi mərdliyilə təmənnasız xidmət etməyi bacaran jurnalist ordusu yaratdı. Və dünyanın qarışıq zamanında ortaya Azadlıq kimi bir div qoydu. Lakin birdən nəsə baş verdi. Yox, o dəyişmədi. Biz dəyişdik. Bu gün hətta demokratik adlandırdığımız jurnalistikaya nəzər salsaq, Nəcəf bəy səmimiliyindən əsər-əlamət belə görmərik. Bəlkə də, onun son dövrlər fəal jurnalistikadan uzaqlaşmasının səbəblərindən biri də bu idi. Bəlkə də, içində çəkdiyi bu dərdin ağırlığıdan damarlarındakı qanı belə xəstələndi.
Çoxlarının tanımadığı başqa Nəcəf də var idi. Diqqətli ailə başçısı, qayğıkeş ata və sevimli ər...
Tanrı Adəmi yaradanda onu tək buraxmadı. Əks cinsdən, boy-buxununa, xasiyyətinə uyğun yarını - Həvvanı yaratdı. O gündən yarı axtarışı insanlığın təbii ehtiyacına çevrildi. On üç il əvvəl Mən sorağında olan Nəcəf Nəcəfovun qisməti isə öz ayağıyla qapısına gəldi. Çoxları xoşbəxtliyi abstrak məfhum adlandırdığı halda, onlar istənilən an biz xoşbəxtik kəlməsini dilə gətirmak səadətinə qovuşdular.
Mən ölsəm qəbrimin üstünə ancaq
Başqa gül qoymayın Lalədən qeyri...
Bu misraları 1991-ci ilin noyabrında vertalyot qəzasına uğrayan tele-jurnalist Alı Mustafayev xanımı Laləyə ithaf edib. XXI əsrin astanasında Bu gün həmin kövrək sətirləri həmkarımızın adından ömür-gün yoldaşı Laləyə ünvanlayır.
Tanışlıqları Molodyoj Azerbayjana qəzetindən başlayıb. Lalə qəzetə müxbir gələndə Nəcəf redaktor işləyirmiş. O vaxtlar Molodyoj satışına görə ən geridə qalan qəzetlər sırasında idi. Yeni redaktorun gəlişiylə hər şey dəyişdi. Köhnə bazara təzə nırx qoyulması kommunist ruhlu qəzetçiləri qane etmədiyindən tezliklə yaradıcı heyət dəyişir. Müxbirlər redaktorun xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxar, materialları yalnız onun üçün yazardılar. Yarışda həmkarlarından geri qalmayan Lalə redaktorun ona başqalarından fərqli münasibət bəslədiyini danışığından, baxışlarından duymuşdu. Nəcəf müəllimin nə isə deyəcəyini hiss edirdi. Zənnində yanılmamışdı. Redaktorundan gözlədiyi etirafa özünü hazırlasa da, hər şey yenə gözlənilməz oldu.
1987-ci ilin 4 iyulunda Abşeron restoranında 70 nəfər dost-tanışın iştirakı ilə xudmani məclis qurdular. Hər ikisinin eyni peşə sahibi olmaları, ən əsası qarşılıqlı sevgi gənc ailənin qarşılaşdığı problemləri asanca dəf etməkdə böyük yardımçı olurdu. Ara-sıra baş verən toqquşmalar yaz yağışı kimi tez də səngiyirdi. Dost-tanış məclislərinə qoşa gedərdilər. Nəcəfin milli rəqs havalarına gözəl oynamağı vardı. Ürəyinə yatan yığıncaqlarda, sümüyünə düşən hava olanda qol götürüb oynayar, Laləni də ortalığa çəkərdi. Hədiyyə almağı sevərdi. Bayramlarda, əlamətdar günlərdə onu əliboş qoymazdı. Son hədiyyəsini Almaniyadan qayıdanda gətiribmiş.
Çox qayğıkeş, hörmətcil idi. Özündən öncə başqalarını düşünər, imkan daxilində hər kəsə hörmət göstərməyə çalışardı. Qorxduğu bir şey vardı. Kimsənin bostanına daş atmasa da, bilməyə-bilməyə hörmətsizlik etməkdən çəkinərdi. Bir dəfə yaxşı tanımadığı biri ona öz dərdindən danışır. Deyir ki, çox maraqlı bir kəşfi var. Amma onu tətbiq etməyə, həyata keçirməyə imkanı yoxdur. Nəcəf Nəcəfov ona ideyasını satmağı məsləhət görür. Bunun ən sərfəli və gəlirli variant olduğunu bildirir. Yaponların ixtira biznesi ilə bağlı əlində olan bir jurnalı da ona verəcəyinə əmin edir. Sözünün də üstündə durur. Nəcəfin öldüyünü AzTV-dən eşidən həmin adamın qəfil xəbərdən ayaqları tutulur. Bir anlıq ölənin eyni ad, soyadlı başqa biri olduğuna özünü inandırmağa çalışsa da, şəkli görəndə gücü gözünə çatır.
Hər şeydə bir təbiilik axtarırdı. Bəlkə elə buna görə də muğamları dinləməkdən xüsusi zövq alardı. Səsi Qızıl fondda saxlanılan xanəndələrin ifasında muğam səsləndiriləndə ekran qarşısında əyləşər, qızlarını da çağırardı, Gəlin, tamaşa edin, görün əsil oxuyan necə olur. Heç yersiz jestlərdən, əl-qol hərəkətlərindən istifadə edimi? deyirdi.
Həddən artıq səliqəli idi. Sağlığında ən azı bir dəfə onun iş otağını görənlər deyilənlərin gerçəkliyinə şübhə etməzdi. Səliqəlilikdə Lalə ərindən geri qalmasa da, bəzən super səliqəli olan Nəcəfin xanımının təmizliyinə qulp qoyduğu vaxtlar da olurdu.
İyunun 24-ü ad günü idi. Təmtarağı xoşlamadığından doğum gününü heç vaxt hay-küylü ad günü keçirmazdi. Amma qəribəliklərlə dolu olan həyat bir dəfə 24 iyun tarixini Nəcəfovlar ailəsi üçün unudulmaz etdi. Həmin gün AXCP lideri Əbülfəz Elçibəyin 61 yaşı tamam olurdu. Bir il öncə 60 yaşını qeyd etməyən Bəy dostlarının təkidi ilə yubileyini bir il geri çəkdi. Məclis başlayanda Ədalət Tahirzadə bu gün Nəcəfin də doğum günü olduğunu qeyd edib, badəsini hər 2 səbəbkarın sağlığına qaldırdı. Sonrakı sağlıqlarda deyilən xoş arzular, şirin sözlərdə hər ikisinin payı vardı. Bəyin doğum günü Nəcəf Nəcəfovun qatıldığı son məclislərdən oldu. Xəstəlik ona Elçibəyin qızının toyunda iştirak etməyə macal vermədi. Dəvətnamə masanın üstündə qaldı. Həkimlər həyəcan keçirməyi qadağan etdilər.
Hər gün qanını analiz edirdilər. Nəticədən asılı olmayaraq, Lalə həmişə analizin cavabını ona deyirdi. Cavablar mənfi olanda da müsbət kimi qələmə verirdi. Ailə başçısı üzə vurmasa da, Lalənin müqəddəs yalana əl atdığını duymuşdu. Lalə də yalanlarının faş olduğunu hiss edirdi. Beləcə, hər biri öz rolunu məharətlə ifa edirdi. Xəstəliyindən heç zaman şikayət etməzdi. Zəng edib vəziyyəti ilə maraqlananlara həmişəki kimiyəm, buna da şükür cavabını verirdi.
Ailə üzvləri hələ də itkisi ilə barışa bilmirlər. Һər kəsin içində müqayisəedilməz bir boşluq var. Bir neçə gün əvvəl böyük qızı anasına deyib: - Evimiz nəsə qəribə olub, boşalıb, heç əvvəllər hər ikiniz, ya da atam tək səfərdə olanda belə olmurdu. Qonaq otağına böyük, gülümsər şəkli qoyulub. Lalənin səhərləri o şəklə salam verməklə başlayır...
Biz Nəcəf bəyi itirdik. Aktyor Evindən Yasamal qəbristanlığına qədər uzanan yolu sonsuzluğa qədər uzatmağa, Nəcəf bəyi çiyinlərimiz üstünə qaldırıb, onunla birgə dünyanı piyada gəzməyə hazır idik. Amma bu yol bir qara ağızlı məzarın başında sona yetdi. Ölüm qatarı Nəcəf bəyi bizdən alıb apardı...
Kimi vardı, kimi yoxdu. Hamı vardı, təkcə Nəcəf bəy yoxdu...
Hər şey bitdi. Göydən üç damla göz yaşı düşdü. Nəcəf bəyin şərəfinə...

Mənsurə Səttarova

MÜXALİFƏT
N 65 (858) 25-28 dekabr 1999-cu il

ONLARIN TALE YOLLARINDA PARALELLƏR VARDI
HAYIF SİZDƏN, BƏY ƏFƏNDİ!

O gecə bizi sarsıdan xəbərin kükrəyən acısını üzü boz dekabr günlərində itirdiyimiz böyük, işıqlı qələm və əqidə yoldaşımızın kəcavəsini çiyinləmək və bu böyük itkinin reallıq olmasına inanaraq onu həzm edə bilmək məsuliyyəti qoydu üzərimizə. O gün Nəcəf bəyi ruhunun ardınca bir az asta, bir az ürpək və son anda özünü hönkürmək və hayqırmaqdan saxlaya bilmək göynərtsi bütünləşdirirdi bizləri. Eynilə 1995-ci ilin məhz belə bir dekabr günündə keçirmişdim bu iztirabı və içimdəki həmin o yara Nəcəf bəyin karvanının ardınca addım-addım yenidən soyulmağa, qanamağa başlayırdı. İçim için-için olmuşdu həmin gün! Bu acı həmin səssiz ölümün bizlərə verdiyi yeni qara töhfəsi idi. Bəy karvanı köçürdü! Qulağıma kimsə, nəsə pıçıldayırdı, müqəddəs anadil quşları Nəcəf bəyin isti məzarı ətrafında elə hey ötürdü! Biz həzin-həzin yol gedirdik məzaradək. Bu kədərli anlarda atamın şerindən bir bəndi xatırladım:

Bu dünya səninçin oyun-oyuncaq,
Mənimçin oduna yanmalı ocaq.
Bir yol başlamışam üzü sabaha,
Geriyə yol yoxdur, yol yoxdur daha,
İrəli, irəli, irəli, ancaq
Bu yolda çox ölüm-itim olacaq.


Yenə də itirdik! İtirə-itirə gedirik. Və bu itkilər Azərbaycan xalqı üçün çox ağırdı. Onu da xatırlayıram ki, 1989-90-cı illərdə Nəcəf bəy o zamanlar meydanda Xalq Cəbhəsinin qərargahı kimi elan edilmiş mənzilimizə tez-tez gələrdi. Atamla çox mülayim, səmimi dostluqları vardı və Nəcəf bəy hərəkatın qeyri-leqal qəzetlerinin materiallarına məqalələr, informasiyalar yazar, öz təklif və məsləhətlərini verərdi. İncə ruhlu, kübar cəmiyyətin sadə insanı idi Nəcəf bəy. Ölüm nə qədər tez gəlsə də, çox zəif və acizliyini bizlərə bir daha sübut etdi. Nəcəf bəyin ömrü qısa olsa da o, bütöv bir məmləkət tarixinə dönməzlik, barışmazlıq və yenilməzlik nümunəsi kimi həkk olundu. Nəcəf bəy böyük şəxsiyyət, əvəzsiz jurnalist və incə ruhlu bir insan kimi Vətən üçün görə bildiyi işlərlə əqidəsi uğrunda apardığı mücadilə yolu ilə şəhidlik zirvəsinin müqəddəs ehramına çevriləcək.

Nofəl Sadiq Əfəndi


OLAYLAR
MÜSTƏQİL ANALİTİK-İNFORMASİYA QƏZETİ
75 (229) 25-30 dekabr 1999-cu il


NƏCƏF BƏY NƏCƏFOV
ÖRNƏK OLA BİLƏCƏK REDAKTOR VƏ MİLLİ ŞƏXSİYYƏT

On gün öncə son mənzilə yola saldığımız tanınmış qəzetçi və Milli Azadlıq hərəkatı öncüllərindən olan Nəcəf bəy cəmiyyətin nəzərində özünə layiq yer tuta bilmişdi. Xatırladaq ki, Nəcəf bəyin hələ SSRİ zamanında cəsarətli redaktor kimi tanınması 1988-ci il Topxana hadisələri fonunda cərəyan edən Azərbaycan Xalq hərəkatının vüsət alması dövrünə təsadüf etmişdi. Bu zaman Nəcəf bəy Azərbaycan komsomolunun orqanı olan Molodyoj Azerbaydjana qəzetinin redaktoru idi. Bütün başqa dövlət qəzetlərindən fərqli olaraq Molodyoj Azerbaydjana Azərbaycanın köksündə baş qaldırmağa hazırlaşan Qarabağ yarasının yaxınlarda qövr edəcəyini həyəcanla xəbər verirdi. Sonrakı dövrlərdə dövlət rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Nəcəf bəy öz vəzifəsindən istefa verərək, həm də əməli şəkildə Azərbaycan Xalq hərəkatının ağırlığını öz çiyinlərində daşıyan şəxslərdən birinə çevrildi. Azadlıq qəzetinin redaktoru olduğu müddətdə Nəcəf bəy klassik milli-siyasi irsimizin oxuculara çatdırılması üçün müəlliflərə şərait yaradırdı. Nəsib Nəsibzadənin M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.Topçubaşov və başqaları haqqında Azadlıqda dərc olunmuş silsilə məqalələri buna əyani misal ola bilər. Azadlıq qəzetinin tərəfsiz mövqedən materiallar dərc edən bir qəzetə çevrilməsi də mərhum
redaktorun xidmətlərindən biri sayıla bilər. Qeyd edək ki, Nəcəf bəy rus və Azərbaycan dillərində yüksək səviyyədə redaktorluq fəaliyyəti ilə məşğul ola biləcək nadir qəzetçilərimizdən idi. Redaksiyanın günahı ucundan vaxtında dərc edilməmiş məqaləyə görə müəllifdən üzr istəməyi, günahkar əməkdaşları müəllif qarşısında tənbehə məruz qoymağı bacaran N.Nəcəfov böyük vicdan və mədəniyyət sahibi idi.
Sonrakı dövrlərdə AXC daxilində gedən ziddiyyətli didişmələr zamanı o qurumda təmsil olunan bir çox qüvvələrin rəhbərlərinin iç üzü açılsa da, Nəcəf bəyin xalqa və dövlətə xidmət etmək məqsədindən başqa heç bir niyyəti olmadığı aşkarlandı.
Səhhəti imkan versəydi, bəlkə də Nəcəf bəyin daha böyük, daha geniş xidmətlərinin şahidi olacaqdıq. Amma indiyədək göstərdiyi fəaliyyət də onu əbədi sevilməyə layiq bir zirvəyə qaldırdı...

Xaqani İsmayıl

7 GÜN
N 72 (768) 25-30 dekabr 1999

UNUDULMAYANLAR
BAŞSAĞLIĞI İÇİNDƏ GÖZAYDINLIĞI
Nəcəf Nəcəfovun vəfatından 7 gün keçir

Üzünü televiziya ekranında, qəzet səhifəsində görmüşdüm. Səsini isə... Yox, beynimə hopmuş bütun ünləri qulaq yaddaşımdan keçirsəm də, xatırlaya bilmiram. Onda mən uşaq idim. MEYDAN UŞAĞI...
...Һərə öz kəndindəydi. Bir az iddialı, bir az çılğın, bir az inqilabçı, amma ifrat vətənpərvər. Baş kəndin baş meydanından sızmışdı içimizə o hisslər. Özümüzdan böyüklərlə icəşərdik, döyüşürdük - Pioner qalstuku, Komsomol nişanı əleyhinə, Azadlıq, Qarabağ, tam dərk edə bilmədiyimiz Demokratiya, AXC, Demblok, Elçibəy, Etibar, İsa, İsgəndər, Nəcəf, ... üğrunda. Azadlıq, Azərbaycan, Aydınlıq əl-əl gəzirdi. Biz MEYDAN UŞAQLARIydıq...
...Böyüdük, torpaq itkilərindən qırıla-qırıla, inam tənəzzülündən sına-sına. Xəyalımızda yaşayanların xeylisini dəfn etdik. MİFLƏR QƏBRİSTANLIĞInda...
...Bilmiram, hansı hiss idi məni həmin gün Akyorlar Evinə çəkən. Amma duyurdum ki, mütləq getməliyəm. Dayanmağı bacarmam. Arxa sırada oturub, yanağımdan süzülən göz yaşını silmək belə ağlıma gəlmirdi. Ağlamaq, doyunca hönkürmək istayirdim. Yanımda oturanın onunla işləmisən? sualını da sükut cavablandırırdı...
...Mən NƏCƏF NƏCƏFOVla ilk və son görüşə gəlmişdim...
...Ondan öyrənəcəklərimiz çox idi. Uşaqlığımızın qəhrəmanlarına indi-indi yetişirdik...
...Haqqında hansısa epiteti işlətmək cəsarətində belə bulunmaq istəmirəm. Bu, bəlkə başından yekə danışmaq olardı. Kədəri isə böyüklüyu ilə yaşayıram...
...MEYDAN UŞAQLARIna başsağlığı verirəm. Bu böyük itkiyə görə. Həm də qəribə bir gözaydınlığı...
...NƏCƏF NƏCƏFOV Miflər Qəbristanlığında yox, Yasamal məzarıstanlığında dəfn olundu...

Sevda Rafiqqızı


AZADLIQ
Gündəlik qəzet
N 238 (1507) 29 dekabr 1999-cu il, çərşənbə

QAZİ VƏ XOŞBƏXT NƏCƏF BƏY
Birinci yazı
Çaqdaş Azərbayçan demokratik mətbuatının ortaqsız, şəriksiz qurucusu, 1988-dən alovlanan milli azadlıq çarpışmamızın qorxmaz öndərlərindən biri, yurdunu və elini sonsuz məhəbbətlə sevən millət vəkili, ford və toplum üzvü olaraq etdiyi bütün hərəkətləri Allah sevgisindən qaynaqlanan son dərəcə layaqətli insan Nəcəf bəy Nəcəfovu (24 iyul 1955 - 17 dekabr 1999) şəhid adlandırmağa və onun dünyadan yarımçıq getdiyini düşünməyə başlayıblar. Bu yazı həmin görüşlərin yanlışlığını bildirməkçün qələmə alınıb.
Allah uğrunda canla və malla aparılan müqəddəs savaşa cihad, yaxud qəzavət, bu savaşın iştirakçılarından sağ qalanlara qazi, həlak olanlara isə şəhid deyilir. Nəcəf bəy doğrudanmı şəhid olub?
Allahı dərk etməklə kamillik zirvəsinə yüksələn insan öz həyatını başa vuraraq cismini tərk edir və əbadi səadəta, xoşbəxtliyə qovuşur. Artıq belə bir fəzilətə, mütləq xeyəa yiyələnmiş insan olan Nəcəf bəyin fani dünyadakı ömrünün 45, yoxsa 100 il sürməsi onun baqi səadətində nəyisə dəyişə bilərdimi?
O, şəhid yox, qazidir!
Nəcəf Nəcəfov 45 illik həyatını kəsilməz savaşlar, çarpışmalar içərisində keçirib. Çox amansız olan bu savaşlar həm zahirdə - hamının gözləri qarşısında, həm də içəridə - mənəviyyatında kimsənin xəbəri olmadan baş verib. Nəcəf bəy onların hamısında döyüş meydanından qalib kimi çıxıb!
Nəcəf bəy hansı savaşında həlak olub ki, onu şəhid sayaq?!
O, yalana qalib gəldi
Cibində kommunist bileti daşıyan Molodyoj Azerbaydjana qəzetinin gənc redaktoru kommunizmin faşist mahiyyətini dərk edərək onun qurduru yalan imperiyasıyla açıq savaşa girdi və ilk baxışdan sarsılmaz görünən bu yalan sisteminin çürüklüyünü xalqa açıb göstərdi.
Doğrudur.Yalançılar onu işdən uzaqlaşdırdılar, ancaq Nəcəf bayin GERÇӘK deyən dilini kəsmək mümkün olmadı. Çox keçmədən AZADLIQ qəzeti Azərbaycanda HӘQİQӘT carçısına çevrildi. Nəcəf bəyçün yalanı kimin söyləməsinin fərqi yoxdu - düşmən də, dost da yalan danışırsa HӘQİQӘT cavabını almalıdır! O, xalqı əsarətdə saxlamaqçün söylənən yalanlarla nə qədər barışmazdısa, öz cəbhədaşlarının yalanlarına da o dərəcədə dözümsüzdü. Azadlıqın ağ qalan səhifələri həm yalançı, qanlı cəllad Qorbaçova və onun yalançı generallarına, həm Bakıda rus tankı üstündə oturmuş Azteleradio şirkətinin sədri kimi yerli yalançı məmurlara, həm də orqanı olduğu Xalq Cəbhəsində doğru sözdən qorxub jurnalisti döyən yalançılara etirazdan yaranırdı.
Buna görə də ondan həm Moskva, həm Moskvanın yerli nökərləri, həm də xalq hərəkatının idarəedici təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin bəzi öncülləri çəkinirdilər.Təsadüfi deyil ki, onların hamısı Nəcəf bəyi bu qəzetdan uzaqlaşdırmaqla onun HAQQ söyləyən dilini kəsməyə çalışırdı.
Qarabağın kəndlərini, rayonlarımızı, Bakı müəssisələrini gəzən AXC İdarə Heyətinin üzvü, sonralar millət vəkili Nəcəf Nəcəfov istər Azadlıq meydanı tribunasından, istərsə də parlament kürsüsündən yalnız GERÇӘYİ söylədi, heç vaxt YALANla barışmadı. Onu prokurorla hədələyən respublika başçısı, kommunist Vəzirovun hədələrindən azacıq da çəkinməyərək parlament tribunasından ucadan bəyan etdi: Üzr istəyirəm, bu adam YALAN danışır!.
Məhz Nəcəf bəyin cəsarəti sayasində Azərbaycanda kommunist YALAN sistemi laxladı va sonra da dağıldı. Bu gün Azərbaycan keçmiş SSRİ ərazisindəki müsəlman dövlətləri içərisində yeganə azad mətbuatlı ölkə kimi mövcuddursa (bu azadlığın avtoritar rejimdən doğan çoxlu ciddi problemləri başqa söhbətin mövzusudur], buna görə Nəcəf Nəcəfova minnətdar olmalıyıq! Deməli, o bu savaşdan şəhid kimi yox, qazi kimi çıxıb!
O, əsarətə qalib kəldi
Gözlərim önündə 13 yanvar 1990 gecəsi canlanır. Azərbaycanda kütləvi qırğın törətməklə xalqın azadlıq mübarizəsinə son qoymaq istəyən Moskva yenə erməni kartından istifadə edərək Xanlar rayonunda Azərbaycan kəndlərini vertolyotlardan bombalayır. (Elə həmin gün Bakıda hakimiyyətin himayəsi altında erməni talanları da başlandı), Azadlıq qəzetinin indiki Təbriz küçəsinda yerləşən redaksiyasına tükürpədən həyacanlı xəbərlər, telefon zəngləri gəlməkdədir. Redaksiyanın da yerləşdiyi AXC qərargahı boşdur - İdarə Heyətinin üzvləri evlərindədir. Xanlarda isə kəndlərimiz şiddətlə bombalanmaqdadır. Nə etməli? Bu vaxt Azadlıqın mülki redaktoru tərəddüdlərə son qoyaraq hərbi əməliyyata rəhbərliyi öz üzərinə götürdü və olduqca təmkinlə, eyni zamanda operativ şəkildə həm Xanların, həm də ətraf rayonların cəbhəçilərinə göstəriş verərək vəziyyətdən çıxış yollarını müəyyənləşdirdi. Cəsarətla deyə bilərəm ki, o gecə Bakıdan Xanları qoruyan yeganə şəxs məhz Nəcəf Nəcəfov idi!
20 Yanvar gecəsi rus tanklarının, insanlığını itirmiş, vəhşiləşmiş rus əsgərlərinin qarşısını kəsən xalq kütləsinin ən birinci cərgəsində dayanan Nəcəf bəyin necə qorxmaz, eyni zamanda tədbirli olduğunu da Bilacari aşırımında öz gözlərimlə görmüşəm. Başından zərbə alaraq möcüzə nəticəsində sağ qalan Nəcəf bəy səhərə yaxın öz evinə yox, məhz üsyankar xalqın içinə - Mərkəzi Komitə binası qarşısındakı mitinqə yollanmış, xalqı əsarətə boyun əyməməyə çağırmışdı.
Azadlıqı hərbçilər bağlasa da, Nəcəf bəy silahdaşlarını səfərbər edərək 20 Yanvar gerçəkliyini əks etdirən sənədlərin dünya ictimaiyyətinə çatdırılmasıyçün əldən düşənəcən çalışırdı. O günlər onun arıqlamış, saqqal basmış üzünə baxmaq necə də çətindi...
1991-in avqustunda Moskvadakı TKÇP qiyamından sonra Azərbaycanda quduzlaşan Mütəllibov qoçuları AXC qərargahını dağıdarkən Nəcəf bəyi da xüsusi qəddarlıqla döymüşdülər. Ancaq onu belə şeylərlə qorxutmaq mümkünsüzdü. Məhz Nəcəf bəyin də dönməzliyi və əvəzsiz çalışmaları sayəsində elə həmin ilin 18 oktyabrında Milli Şuramız Azərbaycanın istiqlalı haqqında Konstitusiya aktını qəbul etdi.
Bu gün avtoritar rejimdə yaşamasına baxmayaraq, Azərbaycan həqiqətən müstəqildirsə, deməli, bu çarpışmadan da Nəcəf bəy qazi kimi çıxıb!
O, özünə qalib gəldi
Dinimiz baxımından insanın öz nəfsiylə çarpışması ən böyük cihaddır. Bu görüm bucağından yanaşdıqda da Nəcəf bəyin qaziliyi sözsüz qəbul edilir.
O, nəfsini özünün qulu etməyi bacardı - həyatın ləzzətini yalnız Allahın buyurduğu yolla getməkdə görərək keçici maddi ləzzətlərdən imtina etdi, harama, rüşvətə nifrət bəsləyərək özünü ən təmiz ad yiyəsi kimi tanıtdı, şan-şöhrətdən uzaq qaçdı, ömrünü millətinə, möhtaclara, doğmalarına və dostlarına xidmət üstündə qurdu...
Әxlaqi təmizliyin etalonuna çevrilmiş Nəcəf Nəcəfov ömrünün son çağını bütünlüklə Allaha ibadətə həsr etdi. Butün əsas duala-rı əzbərləyib namaz üsullarını öyrənsə də, təəssüf ki, səhhəti ona namaz qılmağa imkan vermədi. Ancaq Nəcəf bəy müntəzəm ibadətlə məşğul olmasa da, bütün ömrü boyu əsl Allah adamı olmuşdu, könlünü Uca Tanrıya bağışlamışdı.
O, qəzetlərin redaktoru, millət vəkili, prezident müşaviri və başqa pullu, yağlı vəzifələrdə işləsə də, evinə heç zaman bir qəpik haram pul aparmadı, balalarına bir tikə də haram çörək yedirtmədi, ancaq halal qazancıyla dolandı. Onun dövründə işləyən Azadlıq qəzetinin müxbirləri də düzgünlüyə məhkum edilmişdilər - onlar ezamiyyətə gedəndə çörəklərini də özləriylə götürür, heç bir hədiyyə qəbul etmirdilər, ancaq bunun əvəzində onlar respublikada ən yüksək maaş alırdılar. Məsələn, mən redaktor müavini olaraq 1.340 manat əməkhaqqı alırdım, halbuki onda Mərkəzi Komitənin orqanı Kommunist qəzeti redaktorunun maaşı 600 manata yaxındı.
Nəcəf bəyin iş prinsipi həmişə belə olub - insanlara yüksək əmakhaqqı ver ki, onlar haram yola əl atmağa məcbur olmasınlar.
Nəcəf Nəcəfov millət yolundakı, dost yolundakı bütün işləri təmənnasız, qarşılıq ummadan görərdi. Bu səbəbdən də o, şöhrətdən qaçar, özünün reklamına və təriflənməsinə imkan verməzdi. O, ətrafındakıların bir çoxu kimi tribuna, ekran, alqışlar xəstəsi deyildi. Hələ indiyədək heç kim haradasa ondan xüsusi intonasiyalı mən Nəcəf Nəcəfovam sözləri eşitməyib. O, AXC İdarə Heyətinin üzvlüyündən, Azadlıq qəzetinin redaktorluğundan, Milli Məclisin üzvlüyündən, prezident müşavirliyindən ... könüllü əl çəkmişdi, halbuki başqaları bu yerlər uğrunda inadla mübarizə aparırdılar.
Siyasətin şəxsi ehtirasları söndürmək vasitəsinə çevrildiyini görərək ona nifrət bəsləyən Nəcəf bəy 1993-dən sonra ondan bütünlüklə uzaqlaşdı, halbuki o da ən azı partiya yarada bilərdi va şəxsən mən böyük məmnuniyyətlə həmin partiyanın üzvü olardım.O heç vaxt çiyinlərini götürə bilməyəcəyi yükün altına verməyib və buna görə də yersiz lovğalığın cəzasını çəkməyib. Ancaq istər vəzifəli, istərsə də vəzifəsiz olanda ürəyindəkini açıq, güzəştsiz deməkdən heç vaxt çəkinməyib və dediklərini də hamı böyük ehtiramla qəbul edib.
Nəcəf bəy insani borcu şan-şöhrətə, vəzifəyə satanlardan deyildi. 1992-də AXC hakimiyyətə gələndə onu ABŞ-a səfir göndərə bilmədilər, çünki evdəki qoca atasını tək qoymaq istəmədi (axı o, atasını hər gün özü uşaq kimi yuyundurur, əliylə yedirir və əzizləyirdi!).
Həyatda qazandıqlarının hamısı Nəcəf bəyin öz alın tərinin bəhrəsiydi. O heç kimdən nəyisə xahiş edərək minnət götürməyi sevməzdi. Onu işə düzəltmək xahişiylə qapısına gələn neçə-neçə bivec qohumunu qovmuşdu. Ancaq neçə-neçə ləyaqətli insandan, faydalı işdən ötrü hətta zəhləsi gedən adamlara da dəfələrlə ağız açmışdı. İşlə birbaşa bağlı olan adam kimi deyə bilərəm ki, Azadlıq qəzetinin bu gün oturduğu bina da redaksiyaya məhz onun inadcıllığı sayəsində verilib.
Çoxlarımız şahidik ki, bəziləri Azadlıq qəzetinin redaktoru Nəcəf Nəcəfovu ən mötəbər məclislərdə belə mafiyaya işləyən adlandırmışdılar. 18 dekabr 1999 günü Aktyor evindəki matəm törənində həmin adamların Nəcəf bəyin cənazəsi yanında qürurla fəxri qarovulda dayandığını gördükdə məndə şübhə qalmadı ki, Nəcəf bəy öz mənəvi təmizliyiylə həmin düşüncələri də məhv edərək böhtanlarla savaşdan qazi çıxıb.
O, ölümə qalib gəldi
Nəcəf bəy ölümdən qətiyyən qorxmur, onu mənzilinin bir otağından başqasına keçmək kimi sadə və asan iş sayırdı.
Kim nə deyir, desin - onu qarşıda nəyin gözlədiyini hamıdan qabaq və hamıdan daha aydın məhz özü başa düşmüşdü və böyük ustalıqla ailəsini də, dostlarını da öz ölümünə hazırlayır, onları qəfləti sarsıntıdan qurtarmaq istəyirdi.
Bu ilin avqustunda Almaniyaya son müalicəyə getməzdən öncə bacısı Gülarə xanıma təmkinlə nəsihətlər, məsləhətlər vermiş, tək qaldıqda necə davranmağın yollarını göstərmiş, əslində bacısına onsuz yaşamağı bacarmağı təlqin etmişdi.
Sentyabrda Haydelberqdən - müalicədən dönən Nəcəf bəy dostu Sabit Bağırova bildirib ki, həkimlər ona qalan vaxtını ailəsiylə keçirməyi məsləhət görüblər. Eyni zamanda o, Sabiq bəydən xahiş edib ki, dediyini ailəsindən gizli saxlasın (halbuki Almaniyayla yazışan Lalə xanım da həqiqəti öyrənib və bunu Nəcəf bəydən gizlətməyə çalışırdı).
Bir dəfə mənimlə söhbətində dedi ki, cismani ölümdən qətiyyön çəkinmirəm, onsuz da Lalə uşaqlara məndən də yaxşı baxacaq, ancaq bacımın tək qalacağına, bir də Nərgizlə Leylanın ata nəvazişi görməyəcəklərinə təəssüflənirəm. Bəli, bu ən səmimi etiraf anında da Nəcəf bəy zərrəcə öz dərdinə qalmır, yalnız doğmalarının halına acıyırdı!..
Ölümün anbaan yaxınlaşan addım səslərini duysa da, Nəcəf bəy ondan azacıq da olsa çəkinmir, onu düşmən yox, dost kimi qarşılayır, onunla məhrəmanə zarafatlaşırdı. Onda gördüyüm halı mən indiyədək nə bir bədii əsərdə oxumuşam, nə də həyatda kimdəsə müşahidə etmişəm! Ölümündən 15-20 gün qabaq özündəki bir çox sənədləri mənə verərək onların tədqiqatımda lazım olacağını söəmin törənində CƏF BƏY ylədi. Bəli, o, həyatla vida gününün yaxınlaşdığını da hamıdan həssas duyurdu... Nəcəf bəy, doğrudan-doğruya, nəhəng şəxsiyyətdi, çox böyük ürək yiyəsiydi!
Ömür-gün yoldaşı Lalə xanım bir dəfə özünü saxlaya bilməyib Bu zəhrimar xəstəlik səni haradan tapdı? dedikdə Nəcəf bəy gülə-gülə onu hədələmiş və xahiş etmişdi ki, Mənim möhtərəm xəstəliyimin kefinə dəymə. Nəcəf bəy Lalə xanıma söyləyib ki, bu xəstəlik məni Allaha daha yaxın etdi, Ona qovuşdurdu.
Bəllidir ki, Nəcəf bəyə tez-tez qan köçürülürdü və bunun təşkilatçısı Əlövsət Bayramovdu. Dekabrın ilk günlərində Әlövsət bəy onu görərkən Nəcəf bəy, bu gün iki nəfər də qan verəcək söylədikdə Nəcəf bəy təbəssümlə Bundan sonra qan lazım olmayacaq, - deyə cavab verib və onun qəti cavabında yalnız nikbinlik görən Әlövsət bəy Nəcəf bəyin, deyəsən, xəstəlikdən qurtulmaqda olduğunu güman etmişdi:
Ən ibrətlisi budur ki, Nəcəf bəy əcəl darvazasını uzaqdan gördükdə asiliyə, üsyankarlığa qapılmadı, əksinə, Allaha daha çox vuruldu, özü irəli yürüyüb Tanrı qapısını öz əlləriylə taybatay açaraq, Onun dərgahına yollandı. Beləliklə də, ölüm onu yox, o, ölümü məğlub etdi. Onun bu müvəqqəti dünyadan əbədiyyət mənzilinə cismani köçümünü ölüm adlandıranlar kökündən yanılırlar. Buna görə də Nəcəf bəy həyat-məmat savaşının da qazisidir!
Ədalət Tahirzadə

AZADLIQ
Gündəlik qəzet
N 239 (1508) 30 dekabr 1999-cu il, cümə axşamı

QAZİ VƏ XOŞBƏXT NƏCƏF BƏY
İkinci yazı
O, nakam yox, xoşbəxtdir!
Doğrudur, Nəcəf Nəcəfov həyatdan çox erkən - vur-tut 45 yaşındaykən getmişdir və onun cismani yoxluğu millətimizçün ağır itkidir, ancaq bu çox kədərli hadisadə təsəlliverici mühüm bir məqamı unutmamalıyıq - Nəcəf bəy yalnız İNSAN məntiqiylə baxdıqda ömrü yarımçıq qalmış, nakam görüna bilər, TANRI məntiqiylə yanaşdıqdasa o, kamilliyə yetişmiş xoşbəxt, məsud bir şəxsiyyətdir! Kamil insanın cismani ömrününsə neçə il sürməsi önəmli deyil, ən başlıcası budur ki, o, bütün mövcüdatın və bütün arzuların son məqsadi olan MÜTLӘQ XEYRӘ qovuşub, ӘN BÖYÜK SӘADӘTӘ çatıb.
Şərqin Pifaqor, Sokrat, Әflatun (Platon), Әrəstu (Aristotel) kimi yunan filosoflarından qaynaqlanmış İbn Sina, Qəzali, Biruni, Farabi, Miskəveyh, Nizamülmülk, Tusi, Füzuli kimi böyük ərəb-türk filosofları insan kamilliyinə və xoşbəxtliyə yetişməyə əxlaq elminin və ümumən fəlsəfənin mühüm mövzusu kimi yanaşmış, onun izahında bəzən tam uyğunlaşan, bə'zən də daban-dabana zidd nəticələrə gəlmişlar. Adı çəkilən müsəlman alimlərinin görüşləri yunan fəlsəfəsinə nə qədər söykənsə də, onlar islamın tələblərindən qırağa çıxmır.
Qurani-kərimdə Allah-taala (c.c.) həzrətləri buyurur: (Ey Məhəmməd!) Yaxın qohuma, yoxsula, misginə (pulu qurtarıb yolda qalan), müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu, daha Xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır! (Rum surəsi: 38).
Müqəddəs kitabımızda yenə deyilir: O kəslər ki əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər, o kəslər ki, düzgün şəhadət verərlər və o kəslər ki namazlarını (layiqincə) hifz edərlər məhz onlar cənnətdə ehtiram olunacaq, əzizlənəcək kimsələrdir! (Məaric surəsi: 32-35). Nəcəf bəyin da məhz belə nicat tapmış və əzizlənəcək kimsələrdən olduğunu onun bütün yaşamı göstərməkdədir.
Həmin Şərq filosofları cənnətdə əzizlənmə kimi düşünüla biləcək həqiqi səadət haqqında ayrıntılı fikirlər söyləmişlər. Onların bir bölümü bu düşüncədədir ki, bədənin səadətdə payı yoxdur, çünki bədənin təbiətindəki kərafət, cismindəki nəcasət nəfsi də bulayır və nəfs yalnız onlardan təmizləndikdə öz xalis mahiyyətini üzə çıxarıb ülvi nur qəbul etmək bacarığı qazanır. Başqa sözlə desək, həqiqi-səadat yalnız ölümdən sonra mümkündür.
Dahi Məhəmməd Füzuli özünün doktorluq dissertasiyası sayılacaq Mətləül-e'tiqad əsərində yazır: Ləzzətlərin ən kamili kamillik ləzzətidir... Bu ləzzətin dərk edilməsi ölümdən sonra olmalıdır. (...) Bədən nəfs üçün bilikləri əldə etməyə bir alətdir. Kamillik hasil olduqdan sonra isə alətə ehtiyac qalmaz. (...) Kamillik qazandıqdan sonra (nəfs) nə üçün də bədəndəki darısqallığı tərk edərək ondakı qabalıqdan yaxasını qurtarmasın, təcrid olaraq ilk başlanğıca qayıtmasın və əbadi ləzzət içərisində daimi qalmasın?.
Məhz bu fəlsəfəyə söykənən Füzuli artıq tam kamillşən - müqəddəs EŞQin sayəsində artıq ruhən, nəfsən qovuşmuş, hər birinin özgə canı olmayan Leyliylə Məcnunu öldürür va onların məhz bundan sonra xoşbəxt olduqlarını Zeydin dilindən bildirir.
Bundan öncəki qeydlərimizdə də ortaya qoyduğumuz kimi, Nəcəf bəy də öz Allah sevgisiylə (bu sevgi onun düşüncələrində və əməllərində aydın təzahür edib) kamillik mərhələsinə yetişmişdi və onun cismi (bədəni) artıq Allah dərgahına yollanmaqçün hazırdı.
Bəs kamilliyin özü nədir va o, Nəcəf bəydə əksini necə tapıb?
Özündən qabaqkı bütün filosofların görüşlərini incələyən Nəsirəddin Tusi Әxlaqi-Nasiri əsərində bildirir ki, kamillik odur ki, insan əsl məqsəd olan va bütün varlıqlar orada sona çatan mütləq həqiqti dərk etmək və bəlkə də ona qovuşmaq şərafinə nail olsun. Bu dahi alimin fikrinə görə, insan bu dərəcəyə, yəni kainatdakı kamal dərəcələrini küll halında bilmək dərəcəsinə çatdıqda... xalq arasında Yaradanın xəlifəsinə çevrilər, xüsusi övliyalar cərgəsinə daxil olar, tam mütləq insan dərəcəsinə yüksələr.
Bu cür insanların cismani ölümünü fəlakət kimi qarşılayanlara acıyan Nəsirəddin Tusi yazır: Ağılları bu dərəcəyə çata bilməyi təsəvvür edə bilməyən adamlar insan bədəni çürüyüb məhv olduqdan, tərkib hissələrinə parçalanıb dağıldıqdan sonra hər şeyin bitdiyini güman etmişlər, onun yaradıldığı yerə qayıdacağı belə adamlara qaranlıq qalmışdır. Ona görə hamısı kef çəkməyə, şəhvani ehtiraslarını söndürməyə aludə olmuşlar....
Yunan, ərəb, fars və türk dillərindəki qaynaqlarla incəliklə tanış olan, ancaq daha çox Aristoteli bəyənən və ona söykənən N.Tusi insanların bu dünyadakı səadətini nisbi adlandıraraq göstərir: Elə ki obiri dünyaya köçdü, daha bədən səadətinə ehtiyacı olmur, onun səadəti həqiqi hikmət sayılan o müqəddəs və pak camalı müşahidə etmək, o böyük izzət sahibi mütləq kamalı öyrənmək va nəhayət, haqqın tərifə layiq cəlalı ilə bəzənmək şərəfinə, yəni səadətin ikinci mərtəbəsinə çatmış olar.
N.Tusi fikrini belə tamamlayır: Tam səadət ikinci mərtəbədəkilərə qismət olar, çünki onlar... ilahi nur, insani şüur sayəsində saysız-hesabsız sirlərə vaqif olar, bu dərəcəyə çatan isə səadətin də ən yüksək dərəcəsinə çatmış olar. Beləsi nə sevgilisinin fərağından kədərlənər, nə itirilmiş var-dövlətinin həsrətini çəkər, bütün dünya malı, o cümlədən ona ən yaxın olan bədəni də ona ağır yük olar; ondan xilas olub ona azadlıq verməyi böyük nemət hesab edər. ...O, Böyük Yaradanın iradəsi xilafına heç bir iş görməz. Bəli, sanki bütün-bütünə Nəcəf bəy haqqında söylənilmiş sözlərdir!
Aldığı hər udum nəfəs, atdığı hər addım, dediyi hər söz, gördüyü hər iş MÜTLӘQ HӘQİQӘTӘ xidmətdən ibarət olan Nəcəf Nəcəfov hələ sağlığında İlahinin sevimlisinə çevrilmişdi. Xeyirli əməllərinə görə Tanrı onu millətinin sevimlisi etmişdi.
Allah-taala (c.c.) buyurur: Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (cənnət) vardır (Quran, Zumər surəsi: 10). Nəcəf bəyin bütün 45 illik yaşamı yaxşılıqlardan ibarətdir. O, millətinin, dostlarının və ailə üzvlərinin səadəti naminə öz sağlamlığını könüllü qurban verdi. Azərbaycançün nə etdikləri göz qabağındadır və hələ bəlli olmayan xidmətləri də zaman-zaman açıqlanacaq. Ayrı-ayrı adamlarçün etdiyi fədakarlıqlar da üzə çıxacaq. Ancaq burada onun yetimlərə, kimsəsizlərə, yoxsullara sevgisi üzərində dayanmaq istərdim.
O, atasının ehsanını Mərdəkandakı 2 saylı internat məktəbdə vermişdi. Deyirdi ki, ehsanı evdə verəndə imkanlı adamlar yeyir, ancaq internatda verəndə yetimlərin qarnı doyur və Allaha xoş gələn də yetimi sevindirməkdir. Nəcəf bəy özünə iki nəzir demiş və Almaniyada son müalicədə olarkən yenə Mərdakandakı həmin məktəbdəki uşaqları iki dəfə sevindirmişdi. Onun şəhərdən göndərdiyi aşpazlar 300 nəfərə plov bişirmiş, uşaqlara çoxlu meyvə və şirniyyat paylanmışdı.
Allah-taala (c.c.) bu cür qayğıkeş, həssas, mübarizə yolundasa gerçəkcil, dönməz və barışmaz bir insan olan Nəcəf bəyi əbədi xoşbəxtliyə, səadətə qovuşdurmaqçün ona xəstəlik göndərdi, ancaq bu zaman onun şiddətli əzablara uğramasını rəva görmədi. Adətən qan xərçənginə mübtəla olanlar arıqlayır, onlarda dayanmayan qanaxmalar, dözülməz ağrılar baş verir. Ulu Tanrı Nəcəf bəyi bunlarla sınamadı - qəfləti beyinə qansızma bütün sonrakı əzabların qarşısını aldı. Son nəfəsində yanında olan, gözlərini və çənəsini bağlayan, məsciddə yuyulmasında iştirak edən bir adam kimi şahidlik edirəm ki, Nəcəf bəyin dünyadan keçməsi də bir neçə dəqiqənin içərisində və asanlıqla oldu. Özü də bu zaman onun meyiti də Allahın ona sevgisinin əlaməti olaraq öz şahanə görkəmini saxlamışdı! Onun üzündə elə bir rahatlıq duyulurdu ki, sanki harasa qonaq getməyə hazırlaşır...
Yazımı dahi Nəsirəddin Tusinin bu sözləriylə bitirmək istəyirəm: Mütləq səadət əbədi qalan, dəyişilib məhv olmayan, təbəddülat və inhitata uğramayan, zamanın gərdişindən, fələyin dövranından qorxmayan səadətdir. Nəcəf bəy məhz bu cür mütləq səadətə qovuşmuş xoşbəxt insanlardandır. Ulu Tanrıdan ona rəhmət diləyirik!

Әdalət Tahirzadə
21-28 dekabr 1999.

P.S. Bu yazıdan mənə çatacaq qonorarın
Mərdəkandakı 2 saylı internat məktəbin
uşaqlarına verilməsini xahiş edirəm.



AZADLIQ
Gündəlik qəzet
N 239 (1508) 30 dekabr 1999-cu il, cümə axşamı

Ayaz Mütəllibov:
NƏCƏF NƏCƏFOV O ZAMAN AZƏRBAYCANDA HEÇ KƏSİN EDƏ BİLMƏDİYİNİ ETDİ
Nəcəf Nəcəfovun vəfat etdiyini qəzet materiallarından bildim. Bu insanın vaxtsız vəfatından çox təəssüflənirəm və ailəsinə, yaxınlarına başsağlığı verirəm - deyə Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov Turanın müxbiriylə söhbətində bildirib.
İlk dəfə Nəcəfi 1989-cu ildə, onun Molodyoj Azerbaydjana qəzetində dərc olunan Qarabağ münaqişəsiylə bağlı yazısını oxuyarkən tanımışam. Bu, çox məzmunlu, güclü və o dövrlər üçün nadir sayılan, Azərbaycanın maraqlarını müdafiə edən yazı idi. əfsuslar olsun ki, bir müddətdən sonra Nəcəf redaktorluqdan azad olundu deyə Mütəllibov qeyd edib.
Həmin vaxt mən Vəzirova dedim ki, bu adam həqiqəti yazıb, o, bizim mövqeyimizi müdafiə edir. əgər bu cür adamları vəzifədən çıxarsaq, nəyə nail olacağıq? Nə üçün erməni separatçılarının başlarını tumarlamalıyıq? Təəssüf ki, belə bir adam vaxtında dövlət işinə cəlb olunmadı. Çünki o, öz xalqına çox fayda verə bilərdi. O, ziyalı və gözəl jurnalist idi. Çox təəssüf ki, belə adamı itirdik - deyə eks prezident vurğulayıb.
Hesab edirəm ki, Nəcəfin ən böyük xidmətləri onun Molodyoj Azerbaydjana qəzetinin redaktoru olduğu dövrdür. O zaman Nəcəf Azərbaycanda heç kəsin edə bilmədiyini etdi. O, beynəlxalq səviyyədə antiazarbaycan təbliğatına qarşı çıxdı, indiki dillə desək, düşdüyumüz informasiya blokadasını yardı. Zənnimcə, bunlar onun xidmətləridir. Gec də olsa, bunlar hökumət mükafatı ilə qeyd olunmalıdır deyə Ayaz Mütəllibov bildirib.


ÜÇ NÖQTƏ
142(143) 13-15 yanvar 2000-ci il

JURNALİSTLƏR ÜÇÜN YENİ DƏRSLİK:

Jurnalist etikası mərhum Nəcəf Nəcəfovun xatirəsinə ithaf olunub
Bu günlərdə Yeni Nəsil Jurnalistlər B i r l i y i (YNJB) tərəfindən kitab çap olunub. Jurnalist etikası adlanan bu kitab ali məktəb tələbələri, mətbuat işçiləri və digər təbəqələr üçün nəzərdə tutulub. YNJB-nin sədri Arif əliyevin dediyinə görə, kitabın çapı müstəqil mətbuatımızın yaradıcılarından hesab olunan Nəcəf Nəcəfovun vəfat etdiyi dövrə təsadüf etdiyi üçün nəşrdə mərhumun xatirəsi yad edilib. A.əliyevin sözlərinə görə, N.Nəcəfov həm də ən yüksək etik keyfiyyətlərə malik bir insan olduğu üçün kitab onun əziz xatirəsinə ithaf olunub. Müsahibim onu da bildirdi ki, kitabın prezentasiyası keçirildikdən sonra pulsuz olaraq qəzet redaksiyalarına va universitet tələbələrinə veriləcək. Xatırladaq ki, sırf jurnalist etikasının problemləri ilə bağlı belə kitab ilk dəfədir ki, nəşr olunur.

İntiqam Rəsuloğlu


VAXT
İctimai-siyasi, hüquq qəzeti
N 1(92) 13-19 yanvar 2000-ci il

TƏƏSSÜF

NƏCƏF BƏY NƏCƏFOV VƏFAT ETDİ, YAŞASIN AZƏRBAYCAN MƏTBUATI
Bu günlər Azərbaycan mətbuat aləmi dərin üzüntülü və kədərli günlər yaşamaq zorunda qaldı. Nədən ki, milli Azərbaycan mətbuatının öndərlərindən olan, bəşəri ideyaların milli dəyərlər baxımından milli mətbuatımızda əsasını qoyanlardan biri Nəcəf bəy Nəcəfov dünyasını dəyişdi. 44 il yaşadı. Bu az bir müddətdir. Amma necə yaşadı Nəcəf bəy bu az ömrü?
Zaman o zaman idi ki, dünyanın Qafqaz adlı bölgəsində Azərbaycan adlı azad bir məmləkət doğuldu və bu azad məmləkətin Azadlıq adında bir mətbuat orqanı da dünyaya gəldi ki, bu yaranış Nəcəf bəyin ciddi səyi nəticəsində varid oldu. Və bu azadlıq qəzeti mərhumun çalışqanlığı sayəsində cəmiyyət üçün azad yazarlar yetişdirən bir məktəbə çevrildi ki, bu məktəbin yetişdirmələri indi məmləkətin qabaqcıl ziyalıları sırasında dururlar.
Nəcəf bəyin ictimai davranışı özü-özlüyündə bir nümunə idi, bir məktəb idi. Onun yaradıcılıq çalışmaları vətəndaşlarının maariflənməsi, düzgün istiqamətdə tərbiyələndirilməsi, bir sözlə sivil insan cərkəsinə çıxması prinsipinə xidmət edirdi.
Nəcəf bəy yenilikçi idi. Onun zəhmətindən bar verən meyvənin özünəməxsus dadı olardı.
Nəcəf bəyin şəxsi sifətləri təkrarolunmaz, əvəzedilməz idi. İnsanpərvərlik, sadəlik, təmkinlik, rəhmdillik kimi gözəl xüsusiyyətləri cəm etmişdi özündə. Nəcəf bəyin sözü və işinə Azərbaycan xalqı və mətbuatı həmişə ehtiyac duyacaqdır.

B.Mikayıllı

MÜSAVAT
Müstəqil ictimai-siyasi qəzet
N 8(951) 13 yanvar 2000-ci il


BİZİ ÖZÜMÜZƏ TANIDAN NƏCƏF
İndi bizdən uzaq görunən 89-cu il. Nəcəf Nəcəfovun baş redaktor olduğu Molodyoj Azerbaydjana qəzeti o vaxtlar deyildiyi kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında hadisələr haqqında həqiqəti yazmağa cəsarət edən yeganə qəzet idi. Onu Qorbaçovun perestroyka və qlasnost dövrünün aşkarlıq mətbu orqanı, indiki anlamda əsl qəzet adlandırmaq olardı. Nəcəf Nəcəfovu onda vəzifədən təzəcə çıxarmışdılar və ya eyni şeydi, öz ərizəsi ilə işdən çıxmağa məcbur etmişdilər işində yol verdiyi nöqsanlara görə. İşindəki nöqsanlar ondan ibarət idi ki, Nəcəfin qəzeti Dağlıq Qarabaq problemi haqqında olanları, hər bir azərbaycanlının və məntiq haqqında azca təsəvvürü olan hər bir normal insanın düşündüyünü yazırdı. Başqa Azərbaycan qəzetləri bu problem haqqında indi unudulmaqda olan xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi ruhunda materiallar verirdi. Nəcəfi işdən çıxarıb, Bakinski raboçi qəzetinə, ya da Vışkaya, dəqiq yadımda deyil, şöbə müdiri təyin etdilər, Mən də xəstələnmişdim, işə getmirdim. Boş vaxtım vardı. Fürsətdən istifadə edib, Jurnalistlər İttifaqına üzv olmaq üçün sənəd hazırlamaq qərarına gəldim. Üç tövsiyə lazım idi. Sanballı, tanınnış iki jurnalist mənə zəmanət verdi, üçüncünü Nəcəf Nəcəfovdan almaq qərarına gəldim. Molodyojka da bir neçə yazım getmişdi, bir neçəsini də Nəcəfin tapşırığı ilə hazırlamışdım, bu səbəbə onun oturduğu darısqal redaksiya otağının qapısını ürəklə açdım. Nəcəf müəllim xahişimi eşidib, təəccübləndi:
- Məndən almaq istəyirsən, özü də indi?..
Amma razı olub, möhlət istədi. Bu dəfə mən təəccübləndim - mən biləni, yaradıcılıq ittifaqlarına zəmanət bir-iki, maksimum üç dəqiqəyə, diz üstə yazılır. Nəcəf isə bu işə başqa cür yanaşdı. Oturmağı, bir siqaret çəkməyi təklif etdi və yarım saat ərzində o vaxtkı SSRİ Jurnalistlər İttifaqına zəmanət yazdı. Bu zəmanət birnəfəsə, qələm-kağızından ayrılmayaraq yazılmadı. Nəcəf onun üzərində ciddi, fikirləşə-fikirləşə çalışdı, burasına bir cümlə əlavə etdi, orasından bir-iki söz çıxartdı, ağıllı-başlı redaktə işindən sonra üzünü ağartya köçürüb, mənə uzatdı. Böyük maraqla, özümü yeni, gözləmədiyim tərəfdən görüb tanıyaraq oxuduğum zəmanətdə indiyəcən yazdıqlarım, güclü və zəif tərəflərim səciyyələndirilmişdi. Yazını götürüb işlərimin dalınca getdim, amma həmin gün də, bir həftə sonra da, bir ay sonra da fikrimdə həmin yazıya qayıdırdım. Bu əhvalat niyə yadıma düşdü? Nəcəf Nəcəfov hətta zəmanət kimi kiçik işə də formal yanaşa bilmirdi, vaxtını, ürəyinin odunu, qələminin şirəsini əsirgəmirdi. Məni özümə tanıtdıran o zəmanəti indiyə kimi saxlayıram...

Çingiz Sultansoy

AZADLIQ
Gündəlik qəzet
N 8 (1517) 13 yanvar 2000-ci il, cümə axşamı

FÖVQƏLADƏ VƏZİYYƏTLƏRİN FÖVQƏLADƏ QƏHRƏMANI
Azərbaycanda insanları zaman-zaman ayağa qaldıran müstəqillik ideyaları 1988-ci ildə erməni təcavüzüylə bağlı yenidən baş qaldıranda kütlələri hərəkətə gətirməklə bərabər, bacarıqlı liderlər də yetirdi. Hərəkatın zirvəsi olan təlatümlü noyabr-dekabr Meydanı Molodyoj Azerbaydjana qəzetini və onun redaktoru Nəcəf Nəcəfovu istiqlal mübarizəsinə qalxmış xalqımıza xidmət nümunəsi kimi təqdim etdi.
Azərbaycanın 80-ci illər müstəqllik mübarizəsi tarixinə və Nəcəfin həyat yoluna nəzər saldıqda aydın olur ki, həyatın sakit anlarında o, diqqəti çox da cəlb etmir. Lakin fövqəladə hadisələr baş verdiyi ən gərgin anlarda o, bir parlaq lider kimi meydana çıxır.
Azərbaycan SSR-in suvereniliyi haqqında Konstitusiya qanununun qəbul edilməsi uğrunda mübarizə Nəcəf bəyin fövqəladə vəziyyətlərdə işləməkdə müstəsna bacarığının olduğunu ikinci dəfə üzə çıxardı. Azərbaycanın müstəqilliyi naminə həyatından belə keçməyə hazır olan Nəcəf bəy o vaxtlar hələ çoxlarının açıq tənqid etmək cəsarətində bulunmadığı MK-nın birinci katibiylə üz-üzə gəldi və sərt mükalimədə yarım addım belə geri çəkilmədi. Belə cəsarətli davranışın onu ən azı bir neçə il azadlıqdan məhrum edə biləcəyinə, ailəsini, nəslini uzun illər təqibə məruz qoyacağına heç kəs, o sıradan özü də qətiyyən şübhə etmirdi.
Bundan çox keçməmiş -dəhşətli 20 Yanvar hadisəsi Nəcəfi xalqa yenidən mərd, qorxmaz, fədakar bir lider kimi tanıtdı. O, AXC İdarə Heyətinin üzvləri arasında həmin gecə rus tanklarının qarşısına sinə gərmiş insanlarla birgə olan iki nəfərdən biriydi.
Ancaq o, ilk növbədə ideoloji rəhbərdi. Bu xüsusiyyəti istər Molodyoj Azerbaydjana, istərsə də Azadlıq qəzetində redaktor olanda өzünü daha parlaq şəkildə göstərdi. Bizcə, Nəcəf bəyi ideoloji rəhbər kimi qəti şəkildə təsdiqləyən ən mühüm hadisə 21-22 yanvar tarixdə keçirilmiş Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasıdır.
21-si günü biz - ictimai dəfn komissiyasının bir neçə üzvü axşam saat 7 radələrində sessiyada iştirak etməkçün Ali Sovetin binasına gəldik. Binanın girəcəyində qarmaqarışıqlıqla rastlaşdıq. Bəzi deputatlar çıxıb getmək istəyirdi, tanımadığım başqa adamlarsa buna imkan vermirdilər. Milis hadisəyə müdaxilə etmirdi.
İclas zalına gəldik. Yazıçı İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə rəyasət heyətində əyləşmişdilər. Zalda deputatlar, AXC-nin təxminən 15-20 nəfər üzvü, ictimaiyyətin və qeyri-formal təşkilatların nümayəndələri də vardı.
Zala girən kimi tanımadığımız adamlar bizə yaxınlaşıb bir azdan Bakı şəhərinin
komendantı general Dubinyakın hamını həbs edəcəyi məlumatını verdi. Buna əhəmiyyət vermədik. Bu şayiə sessiya bşa çatanadək müxtəlif variantlarda davam etdi. Zalda adamlar qrup-qrup oturub hərə öz dairəsiylə söhbət edirdi. Kimisi zaldan çıxır, kimisi daxil olurdu. Әsl qarışıqlıq hökm sürürdü. Biz də özümüzə yer etdik. Zala girdiyimiz ilk anlardan Nəcəf bəyin buradakı insanlar arasında birlik yaratmağa çalışdığını gördük. O, tez-tez bir dəstənin yanından başqasına keçir, nəsə məsləhətləşir, fikir mübadiləsi aparırdı. Mən Nəcəf bəyə yaxınlaşıb nə etmək lazım gəldiyini soruşdum. O bildirdi ki, birinci növbədə deputatların binadan çıxıb getməsinə imkan verməməlidir, çünki qərar qəbul etməkçün yetərsəy kərəkdir.
Soruşdum ki, Nəcəf bəy, bizim mövqeyimizi müdafiə etməyən deputatlar qərarlara səs verərmi? Nəcəf bəy özünəməxsus yumorla: Bəy, narahat olma, bu - deputatlar tribunadan deyilən sözlərə əl qaldırmağa vərdiş ediblər: heç vaxt tribunadan eşitdikləri sözün əleyhinə səs verməzlər - dedi.
Nəcəf bəy tövsiyə etdi ki, rəqiblərimizə bəhanə vermədən deputatları ələ alaraq sovet ordusunun təcavüzkarlığını sənədləşdirən qərarların qəbul edilməsinə nail olmalıyıq; maksimum cəsarətli və həssas işləmək lazımdır. Nəsə gözlənilməz bir hadisənin baş verəcəyi hissi hamını əzir, gərginlik altında saxlayırdı. Zalda oturanlar arasındakı polemikalar tez-tez kəskin narazılığa səbəb olurdu. Nəcəf bəy dərhal onlara müdaxilə edir, adamlar arasında ünsiyyətin pozulmasına, təxribata imkan vermirdi.
İsmayıl Şıxlı, İmam Mustafayev və Lütfiyar İmanovun çıxışları istisna olmaqla imperiyanın ünvanına tutarlı söz deyən deputat olmadı. Moskvanın siyasətini əsasən ictimaiyyətin nümayəndələri ittiham edirdi. Bu gedişlə sessiyanın Azərbaycanda törədilmiş vəhşiliyə qarşı qətiyyətli bir qərar qəbul edəcəyi açıq-aşkar şübhə doğururdu. Təxminən gecə saat 12 radələrində general Dubinyakın Vaqif Hüseynovla birlikdə sessiyaya gəlməsi beyinlərində DTK və Moskva xofu kök salmış partokrat deputatları daha da həyəcanlandırdı, onları əməlli-başlı qorxuya saldı. Bu hakimiyyətin sədaqətli qulu olmasıyla fəxr edən bir qrup deputatın fəallaşması da özünü açıq şəkildə üzə çıxardı. Bütün bu ziddiyyətli məqamlarda Nəcəf bəy müxtəlif düşüncəli insanların yeganə həmrəylik nöqtəsiydi.
Sessiyanın qəbul edəcəyi qərarı Nəcəf bəyin AXC İdarə Heyətindəki dostları Tofiq Qasımov, Sabit Bağırov və b. hazırlayırdı. Nəcəf bəy tez-tez onlara baş çəkir, əsasən zalda həmrəyliyi qoruyub saxlamaqla məşğul olurdu. Baş verən ziddiyyətli, anlaşılmaz məqamlarda çıxardığı səhvsiz qərarları onun yenilməz daxili təmkininin, kəskin, iti ağlının məhsuluydu. Ancaq son dərəcə qətiyyətli görünən Nəcəfin köksündə, təbii ki, zaldakı həmkarlarının da yaşadığı bir qorxu yer salmışdı - sessiyadaca həbslərin keçirilməsi, Ali Sovetin adından hazırlanmış qərarların qəbuluna yol verməməklə rus imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərin ört-basdır etdirilməsi qorxusu!
Hər hansı bir gözlənilməzliyin əsirinə çevrilməməkçün Nəcəf bəy sessiyada qəbul ediləcək qərarlarıi imza və möhürlə təsdiqlənmiş bir nüsxəsini sessiyada elan olunmamışdan qabaq Ali Sovetin binasından çıxartdırmaq istəyirdi. O bununla deputatların həbs edilməsi üzündən sessiyanı başa çatdırmağın mümkün olmadığı halda da sessiyanın çıxardığı qərar haqqında Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə məlumat verməyin mümkün olmasına şərait yaratmaq istəyirdi. Nəcəf bəy bu diləyinə çatandan sonra o qədər rahatlandı ki, bir andaca son dərəcə yorğun görkəm aldı.
Fövqəladə sessiyanın qəbul edəcəyi qərarın layihəsini Nəcəf bəy zala gətirəndə soruşdum: Nəcəf bəy, bəlkə?... O, gülümsünərək: Mən deputatlarımıza inanıram - deyib qərarı zala yenicə gəlmiş Elmira Qafarovaya təqdim etdi. Yanvarın 21-indən 22-sinə keçən gecə təxminən saat 4 radələrində 20 Yanvar faciəsi haqqında qərara deputatlarımız yekdilliklə səs verdilər.
Sonradan öyrəndim ki, sessiyanıi çağırılması təşəbbüsündə, deputatların toplanmasında, sessiyanın işinin ilkin təşkilində də Nəcəf bəyin həlledici əməyi olub. Onun həmin fövqəladə sessiyadakı fəaliyyəti haqqında yazdıqlarımın bu məclisdə iştirak etmiş şəxslərə çox zəif görünəcəyi mənə irəlicədən məlumdur. Sessiyada onun gördüyü bütün işləri əhatə etməkçün orada baş vermiş bütün hadisələri qələmə almaq lazımdır. İnanmaq istəyirəm ki, həmin sessiyanın başqa iştirakçıları da susmayacaq, öz sözlərini deyəcəklər.
Nəcəf bəy ata və babaların bəd əməllərindən nəvə-nəticələrin xəcalət çəkməməsi üçün şəxsən öz üzərinə düşən işi heç vaxt başqasının üzərinə atmaz, xilaskarı qıraqda axtarmayaraq bu rolu şəxsən öz üzərinə götürməkdən çəkinməzdi. Azərbaycanın milli-azadlıq hərəkatı tarixində, siyasi mədəniyyətimiz tarixində Nəcəf Nəcəfovun xidmətlərini aşkarlamaq indiki nəslin vicdan borcudur.

Xəliyəddin Xəlilov
 


-
N 47 (19288) 24 - 30 1999



, , , , . , "", , "" , 1981 , " ", . " , ...", , 1985 , "", , , , . . - , , . , : "?" , , , , , ? , , ... , , , .
, , . , , , , , , , - 44 ...
"" 80- "" , . . . , , , , , , ... , . , , , , , - , . , , . . , , , . 1985 "", , ... , 1 1985 : " , . , , , , , !"
. , , , . .
, , , , , , , , "". , , . . , , , . - . ... , , .
. " . ".
, , .
" . , , - . , . . , , , , ... ? . , . !"
, "" 14 . . , ...
, , ...
E


162, , 18 1999


- , " ", - "", - , - .
, .
. - , , . , , .
90- .
, . , .
. . .
12.00 15.00 .
" ", "", " "Wk nd +" . .
!
 


ANA SƏHİFƏ | NƏCƏF NƏCƏFOV | FOND | LAYİHƏLƏRİMİZ | MEDIADA BIZ | Press-relizlər | KİTABXANA | PRESSA | ƏLAQƏ | Linklər | FORUM                                    

2005. Nəcəf Nəcəfov Fondu.