GİRİŞ
Nəcəf Nəcəfov Fondu 01 dekabr-31 dekabr 2005-ci il dövrü üzrə
İctimai Televiziyanın (İTV) monitorinqinin nəticələrinin
təhlilini başa çatdırıb. Layihənin icrasına 01 sentyabr 2005-ci
ildən başlanıb. Bir illik müddətə nəzərdə tutulan layihə 3
mərhələdən ibarətdir. Birinci mərhələ 15 yanvar 2006-cı ildə
başa çatacaq. Layihəni Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun
Azərbaycan nümayəndəliyi maliyyələşdirir.
LAYİHƏNİN MƏQSƏDİ: İTV-nin ölkə həyatının bütün sahələrinin, ilk
növbədə ictimai-siyasi sahənin tarazlaşdırılmış və obyektiv
surətdə işıqlandırıb-işıqlandırmamasının monitorinqini aparmaq,
hökumətin və ya başqa qurumların İTV-nin işinə müdaxiləsi və
ictimai şüuru öz xeyrinə formalaşdırmaq istəyinin səviyyəsini
təsbit etmək, bu barədə ictimaiyyətə məlumat verməkdir.
LAYİHƏNİN VƏZİFƏLƏRİ: İTV efirinin müntəzəm monitorinqini həyata
keçirmək və onun nəticələrini elan etmək vasitəsilə telekanalın:
1. “İctimai Televiziya” haqqında Qanuna,
2. tarazlaşdırılmışlığa,
3. obyektivliyə,
4. plüralizmə,
5. şəffaflığa,
6. məsuliyyətliliyə
əməl olunmasını dəyərləndirməkdir.
İCTİMAİ TELEVİZİYA VERİLİŞLƏRİNİN FUNKSİONAL-TEMATİK BÖLGÜSÜ
İctimai Televiziya verilişləri funksional-tematik bölgü üzrə
təhlil olunub. Bu bölgüyə Məlumatlandırma, Maarifləndirmə,
Əyləncə, Reklam və Anonslar daxil edilib.
Monitorinqin nəticələri göstərir ki, İTV bu dövr ərzində
Məlumatlandırmaya 377557 saniyə (ümumi efirin 19 faizi),
Maarifləndirməyə 509449 saniyə (ümumi efirin 25,7 faizi),
Əyləncə proqramlarına 1024833 saniyə vaxt ayırıb. Bu isə Əyləncə
poqramlarına ümumi efirin 51,6 faizinin həsr olunması deməkdir.
Şirkət ötən ay Reklama 28181 saniyə (efirin 1,4 faizi),
Anonslara isə 45215 saniyə (ümumi efirin 2,3 faizi qədər) vaxt
ayırıb.
Məlumatlandırma
Bu bölgüyə Xəbərlər, Tok–şou, Xəbər-törəmə, Debatlar, Analitika,
H.Əliyevin həyat və fəaliyyəti haqqında verilişlər, Anonslar
daxil edilib. Müəyyən edilib ki, Məlumatlandırma verilişlərinə
ay ərzində 377557 saniyə vaxt ayırılıb. İTV ötən ay ümumi efirin
19 faizini Məlumatlandırmaya həsr edib.
Məlumatlandarmanın Telejanrlar üzrə təhlili göstərir ki, ötən ay
İTV Xəbərlərə 176649 saniyə efir vaxtı ayırıb. Həmin dövr
ərzində verilən Xəbər-törəməyə 57454 saniyyə, Tok-şouya 46608
saniyə, Debata 3290 saniyə, Analitika sahəsinə 1351 saniyə, H.Əliyevin
həyat və fəaliyyətin haqqında verilişlərə 21416 saniyə,
Anonslara isə 1240 saniyə vaxt ayırıb. Bu isə öz növbəsində
Məlumatlandırmaya həsr olunan efirin 57,4 faizinin Xəbərlərə,
15,1 faizinin Tok-şouya, 18,7 faizinin Xəbər-törəməyə, 1,1
faizinin Debata, 0,4 faizinin Analitikaya, 6,9 faizinin H.Əliyevin
həyat və fəaliyyəti haqqında verilişlərə, 0,4 faizinin Anonslara
həsr olunduğunu göstərir.
Monitorinqdə Xəbərlərin coğrafi təsnifatı da aparılıb.
Hesablamaların nəticələri yayılan xəbərlərin 69,4 faizi (122658
saniyə) daxili, 30,6 faizi (53991 saniyə) xarici xəbərlərə
ayrıldığını göstərir.
Daxili xəbərlərin mövzular üzrə təsnifatının təhlilinin
nəticələri göstərir ki, onun (Daxili xəbərlərin) 38,8 faizi
Siyasi, 7,6 faizi İqtisadi, 36 faizi İctimai-sosial, 2,5 faizi
Mədəniyyət, 8 faizi İdman, 7,1 faizi Hava haqqında məlumatlara
həsr olunub.
Məlumatlandırmada xəbərlər tərəflilik və neytrallıq meyarı üzrə
qiymətləndirilib. Qiymətləndirməyə görə yayılan xəbərlərin 36,8
faizi (77175 saniyə) Tərəfli, 63,2 faizi (132623 saniyə) Neytral
olub.
Məlumatlandırmanın 81,6 faizi ana dilində, 13,4 faizi rus, 5
faizi ingilis dilində yayılıb.
Maarifləndirmə
Göstərilən dövrdə Maarifləndirmə bölməsinə aid olan verilişlərə
509449 saniyə vaxt ayırılıb. Maarifləndirməyə ayırılan vaxt
ümumi efirin 25,7 faizi qədərdir. Təhlilin nəticələrinə görə,
Maarifləndirmə verilişlərinin 93,9 faizi (478248 saniyə) ana
dilində, 4,2 faizi (21710 saniyə) rus dilində, 1,8 faizi (9275
saniyə) Anadolu türkcəsində, 0,1 faizi (216 saniyə) İngilis
dilində verilib.
Bədii-əyləncəli verilişlər
Dekabr ayında İTV Bədii-əyləncəli verilişlərə 1024833 saniyə
vaxt ayırıb. Bu isə ümumi efirin 51,6 faizi qədərdir. Bədii-əyləncəli
verilişlərin 62,3 faizi (638163 saniyə) ana dilində, 32,1 faizi
(329298 saniyə) rus dilində, 2,6 faizi (27123 saniyə) ingilis
dilində, 3 faizi (30249 saniyə) Anadolu türkcəsində olub.
APARICININ DAVRANIŞI və PEŞƏKARLIĞI
Dekabr ayında “Gerçəyin özü” buraxılışları aparıcısının
davranışlarında tərəfliliyin təhlili aparılıb. Göstərilən vaxtda
efirə gedən 21 buraxılışın 10-da aparıcının bu və ya digər həddə
tərəfli olduğu müəyyən edilib.
Tok-şou, Xəbər-törəmə və Analitik verilişlərdə isə qeyd olunan
müddət ərzində həmçinin aparıcının peşəkarlıq səviyyəsinin
monitorinqi aparılıb. Təhlil aparıcının tarazlılıq,
qərəzsizlilik, obyektivlik prinsiplərinə əməl etməsinə əsasən
qiymətləndirilib. Bu zaman “Gerçəyin özü” verilişinin 21
buraxılışından 5-də, “İşgüzar saat” verilişinin 8 buraxılışından
3-də aparıcının peşəkarlıq səviyyəsinin aşağı olduğu müşahidə
edilib.
İCTİMAİ TELEVİZİYANIN MONİTORİNQİNİN İNKİŞAF DİNAMİKASI
Cari hesabatda həmçinin “Verilişlərin funksional bölgüsü”,
“Məlumatlandırmada xəbərlərin tərəflilik və neytrallıq üzrə
qiymətləndirilməsi”, “Maarifləndirmə” və “Bədii-Əyləncəli”
verilişlərin Azərbaycan dili üzrə aylıq inkişaf dinamikasının
monitorinqi aparılıb. Aşağıdakı göstəricilər sadalanan
parametrlər üzrə sentyabr ayı ilə müqayisədə İTV-nin
fəaliyyətinin inkişaf istiqamətini müəyyən etməyə imkan yaradır.
Monitorinq nəticəsində müəyyən edilib ki, “Məlumatlandırma”
verilişlərinin həcmi 5,1 faiz artıb, “Maarifləndirmə”
verilişlərinin həcmi 47,3 faiz, “Bədii-Əyləncəli” verilişlərin
həcmi isə 5,8 faiz artıb. Belə ki, cari dövrdə “Məlumatlandırma”
verilişlərinin həcmi uyğun olaraq 359340 saniyədən 377557
saniyəyədək artıb, “Maarifləndirmə” verilişlərinin həcmi 345768
saniyədən 509449 saniyəyədək artıb, “Bədii-Əyləncəli”
verilişlərin həcmi 968807 saniyədən 1024833 saniyəyədək artıb.
Bu dövrdə “Məlumatlandırmada xəbərlərin tərəflilik və neytrallıq
üzrə qiymətləndirilməsinin inkişafı”nda da fərq müşahidə olunur.
Əgər sentyabr ayında tərəfli verilişlərin həcmi 68394 saniyə
olmuşdursa, dekabr üzrə bu göstərici 77175 saniyədir. “Neytral”
verilişlərin həcmi isə müvafiq olaraq 169573 saniyədən 132623
saniyəyə enmişdir. Bu isə öz növbəsində “Tərəfli” xəbərlərin
həcminin sentyabr ayı ilə müqayisədə 12,8 faiz artdığını,
“Neytral” xəbərlərin isə 21,8 faiz azaldığını göstərir.
“Maarifləndirmə” və “Bədii-Əyləncəli” verilişlərin Azərbaycan
dili üzrə aylıq inkişaf dinamikasının monitorinqinin nəticələri
göstərir ki, sentyabr ayında “Maarifləndirmə” verilişlərinin
həcmi 250921 saniyə, dekabrda isə 478248 saniyə olub. Bu
göstərici “Bədii-Əyləncəli” verilişlərdə uyğun olaraq 744657
saniyədən, 638163 saniyəyə qədər azalıb. Beləliklə, araşdırmadan
məlum olur ki, iki ayın müqayisəli təhlili zamanı
“Maarifləndirmə”də Ana dilində verilişlərin həcmi 90,6 faiz
artıb, “Bədii-Əyləncəli” verilişlərdə isə bu göstərici 14,3 faiz
azalıb.
PARLAMENT SEÇKİLƏRİNİN İŞIQLANDIRILMASI
Dekabr ayında İTV bütövlükdə Parlament seçkiləri mövzusuna 12856
saniyə yer ayırıb.
Ötən ay Parlament seçkilərinə ayrılmış informasiyalar tərəflilik
və neytrallıq meyarı üzrə qiymətləndirilib. Qiymətləndirməyə
görə yayılan informasiyaların 72,7 faizi (9345 saniyə) Tərəfli,
27,3 faizi (3511 saniyə) Neytral olub.
Qeyd: Təhlilin nəticələri ilə bağlı irad və təklifləri
www.najafovfund.org İnternet
səhifəsində “Əlaqə” bölməsi vasitəsilə və ya
najafovfund@yahoo.com ünvana
göndərmək olar.
Nəcəf Nəcəfov Fondu
12 yanvar 2006-ci il
|
İNTRODUCİON
Nacaf Nacafov Fund has completed the analysis of the results of
monitoring of Public Television covering the period from
December 01 to 31. Implementation of the project began on
September 01, 2005. The project intended for a year consists of
three stages. The first stage will be over on January 15, 2006.
The Open Society Institute –Assistant Fund Azerbaijani
Representation is financing the Project.
GOAL OF PROJECT OF PUBLIC TV is to cover objective monitoring of
all spheres of life, and first of all social-political sphere,
to present interference of the state and other structures into
the work of Public TV and formation of public conscious in their
own favor, and inform population about it.
OBJECTIVES OF PROJECT is to carry out regular monitoring of
Public TV, to announce its results and to inform if Public TV
follows these rules:
1. “Law “On Public Television”,
2. equalizing,
3. objectiveness,
4. pluralism,
5. transparency,
6. responsibility.
FUNCTİONAL-THEMATİC DİVİSİON OF THE PROGRAMS OF PUBLİC TV
The programs of Public TV have been analysed in accordance with
functional-thematic division. This division includes Information,
Enlightenment, Entertainment, Advertisement and Announcement.
The results of monitoring show that over that period the Public
TV issued on İnformation 377557 seconds (total air time 19 %),
on Enlightenment 509449 seconds (total air time 25,7 %), on
Entertainment programs 1024833 seconds. It means that 51,6 % of
total air time were issued for the entertainment programs. Last
month the company issued for Advertisement 28181 seconds (air
time 1,4%), on Announcements 45215 seconds (up to 2,3 % of total
air time).
Information
This section includes News, Talk-show, News-formation, Debates,
Analytic, Programs about H.Aliyev's life and activity and
Announcements. It was found out that 377557 seconds were issued
for information programs. Last month the Public TV issued 19 %
to the informative programs.
The analysis of information on TV genre shows that last month
Public TV issued 176649 seconds for News. Over that period 57454
seconds were issued for News-formation, 46608 seconds for
Talk-show, 3290 seconds for Debates, 1351 seconds for Analytical
programs, 21416 seconds for H.Aliyev's life and activity, 1240
seconds for Announces. It means that 57,4 % were given for News,
15,1 % for Talk-show, 18,7 % for News-formation, 1,1 % for
Debates, 0,4 % for Analytical programs, 6,9 % for programs about
H.Aliyev's life and activity, 0,4 % for Announces.
Monitoring carried out also geographical division of news.
According to the results of estimation 69,4 % of news (122658
seconds) are home, 30,6 % (53991 seconds) are foreign news.
The results of analysis of division of home news in accordance
with their theme shows that 38,8 % of news were political, 7,6 %
economic, 36 % social-public, 2,5 % cultural, 8 % sport, 7,1% on
weather.
Assessment of İnformation were estimated in accordance with
their belonging and neutrality. So 36,8 % of news (77175
seconds) were belonging, 63,2 % (132623 seconds) were neutral.
81,6 % of İnformation were in the Azerbaijani language, 13,4 %
in Russian, 5 % in English.
Enlightenment
Over the reported period 509449 seconds were issued for the
Enlightenment programs. It makes 25,7 % of airtime. In
accordance with the results of analysis, 93,9 % of programs
(478248 seconds) were in the Azerbaijani language, 4,2 % (21710
seconds) in Russian, 1,8 % (9275 seconds) in Anadolu language,
0,1 % (216 seconds) in English.
Literature-entertainment programs
In December Public TV issued 1024833 seconds for Literature
cultural-entertainment program. It makes up to 51,6 % of total
airtime. 62,3 % (638163 seconds) of Literature-entertainment
program were in the Azeri language, 32,1 % (329298 seconds) in
Russian, 2,6 % (27123 seconds) in English, 3% (30249 seconds) in
Anadolu language.
BEHAVİOR AND PROFESSİONALİSM OF ANNOUNCER
The partiality of the announcer has been observed since in
December in the “Gerchayin Ozu” (Truth itself) program. Over the
reported period the partiality of the announced was fixed in 10
of 21 programs.
Monitoring of the level of professionalism of the announcer in
the Talk-show, Analytical and News-formation programs was
conducted. The analysis was assessed with consideration of the
balance, impartiality objectiveness of the announcer. At the
same time monitoring revealed low level of professionalism of
the announcers in the 5 of 21 issues of “Gerchayin Ozu” program,
in 3 of 8 issues “İshguzar saat” program.
DYNAMİC OF DEVELOPMENT OF THE MONİTORİNG OF PUBLİC TELEVİSİON
The report cover the dynamic of development of monitoring of the
programs according to “Functional division of programs”,
“Assessment of information according to the character of
neutrality and partiality”, “Enlightenment” and
“Cultural-Entertainment”. The indices noted below allow to
assess the direction of dynamic of development of monitoring of
the activity of Public TV on the noted parameters as compared
with September.
Monitoring revealed that the volume of “İnforming” program
increased by 5,1 % and the volumes of “Enlightenment” and
“Cultural-entertainment” programs increased by 47,3 % and 5,8 %
respectively. So, the volume of “İnforming” program increased
from 359340 to 377557 seconds, the volume of “Enlightment”
program incrsead from 345768 seconds to 509449 seconds, and the
volume of “Cultural-entertainment” program increased from 968807
seconds to 1024833.
During that period, some difference was noted in the parameter
“Development of assessment of information according to their
character of partiality and neutrality”. In September their
volume totaled 68394 seconds, and in December it made 77175
seconds. The volume of “Neutral” programs lowered from 169573
seconds down to 132623 seconds. As compared with September it
testifies rise of the volume of “Partial” programs by 12,8 % and
lowering of the volume of “Neutral” programs by 21,8%.
The results of the monitoring of the dynamic of development of
“Enlightenment” and “Cultural-entertainment” programs on months
shows that the volume of ”Enlightenment” program in September
was 250921 seconds, in December it was 478248 seconds. In the
“Cultural-entertainment programs these indices lowered from
744657 seconds to 638163 seconds. So, comparison of the analysis
of the volume of “Enlightenment” programs in the native language
over two months shows rise by 90,6 %, and lowering by 14,3 % in
the “Cultural- entertainment” programs.
COVERAGE OF PARLİAMENTARY ELECTİONS
In December public TV issued 12856 seconds on parliamentary
elections.
Last month the information on parliamentary elections was
assessed according to the principle of partiality and
neutrality. Consequently 72,7 % (9345 seconds) of information
was partial and 27,3% (3511 seconds) was neutral.
NOTE: The remarks and proposals on the results of analysis can
be sent to www.najafovfund.org on
Internet site via “Communication” unit or
najafovfund@yahoo.com.
Nacaf Nacafov Fund
January, 12 2006
|