| |
-
Fondun yaranma tarixi
09 avqust 2002-ci ildə
1387 saylı qeydiyyatla Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində qeydə alınıb.
Fondun əsas məqsədi mülki cəmiyyətin formalaşdırılmasına, hüquqi və
demokratik dövlət quruculuğu prosesinə yardım etmək, bu
istiqamətlərdə maarifçilik fəaliyyətini həyata keçirmək, həmçinin
xeyriyyəçiliklə məşğul olmaqdır.
Fondun əsas vəzifələri maarifçilik istiqamətində diskussiya,
seminar, konfransların təşkili, bu sahənin problemlərinini təhlili
və onların həll olunmasına proqramlar və layihələr hazırlamaq, bu
sahədəki problemlərin həllındə beynəlxalq təcrübəni öyrənmək və
tətbiq etməkdir. |