| |
MƏTBUAT ÜÇÜN AÇIQLAMA
Bakı şəhəri 13 sentyabr 2005-ci il
Nəcəf Nəcəfov Fondu
“İctimai Televiziyanın monitorinqi”
layihəsinin icrasına başlayıb
Nəcəf Nəcəfov Fondu 1 sentyabr 2005-ci il tarixindən etibarən “İctimai
Televiziyanın (İTV) monitorinqi” layihəsinin icrasına başlayıb. Bir illik
müddətə nəzərdə tutulan layihə 3 mərhələdən ibarətdir. Birinci mərhələ 15 yanvar
2006-cı ildə başa çatacaq. Layihəni Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun
Azərbaycan nümayəndəliyi maliyyələşdirir.
LAYİHƏNİN MƏQSƏDİ:
İjtimai Televiziya (İTV) tərəfindən ölkə həyatının bütün sahələrinin, ilk
növbədə ijtimai-siyasi sahənin tarazlaşdırılmış və obyektiv surətdə
işıqlandırılmasını təmin etmək, dövlətin İTV-nin işinə qarışması və ijtimai
şüurdan öz xeyrinə istədiyi kimi istifadə etməsinə yol verməməkdir.
LAYİHƏNİN VƏZİFƏLƏRİ:
İTV efirinin müntəzəm monitorinqini həyata keçirmək və onun nətijələrini elan
etmək vasitəsilə telekanalın:
1. «İjtimai Televiziya haqqında» Qanuna,
2. tarazlaşdırılmışlığa,
3. obyektivliyə,
4. plüralizmə,
5. şəffaflığa,
6. məsuliyyətliliyə
əməl olunmasını dəyərləndirmək.
HƏYATA KEÇİRİLƏCƏK TƏDBİRLƏR:
Qarşıya qoyulmuş məqsəd və vəzifələri yerinə yetirmək üçün aşağıdakı tədbirlər
həyata keçirilir:
1. İTV üzərində ijtimai nəzarətin həyata keçirilməsi məqsədilə televiziya
sahəsində çalışan nüfuzlu mütəxəssislər və vətəndaş jəmiyyəti nümayəndələrindən
ibarət İjtimai Müşahidə Şurası yaradılır.
2. İTV efirinin müntəzəm monitorinqini həyata keçirən Monitorinq Qrupu yaradılıb.
3. Monitorinq Qrupu televiziya verilişlərinin gündəlik monitorinqini həyata
keçirir.
4. Siyasi reklamların monitorinqini aparır.
5. Monitorinqin nətijələri üzrə aylıq hesabatlar hazırlayır.
6. Monitorinqin nətjələri açıq girişli veb-saytda yerləşdirilir.
Monitorinqin nətijələri və öz müşahidələrinə əsaslanaraq İjtimai Müşahidə Şurası
İTV-nin fəaliyyəti xüsusunda öz izahat, şərh və tövsiyələrini verir.
Uzunmüddətli nəticələr
Layihənin həyata
keçirilməsi aşağıdakı nəticələrə nail olmağa imkan verəjək:
1. İTV-ni hər hansı bir qurumun (hökumətin, siyasi partiyanın, maliyyə qrupunun
və s.) nəzarəti altına almağa imkan verməmək.
2. İTV üzərində geniş vətəndaş nəzarətini təmin etməyə imkan yaradacaq.
3. «İjtimai Televiziya haqqında» Qanundan irəli gələn prinsiplərə riayət
edilməsini təmin edəcək.
4. Azərbayjanda tolerant, hüquqi, vətəndaş jəmiyyətinin formalaşmasına müsbət
təsir göstərəcək.
Nəcəf Nəcəfov Fondu haqqında qısa məlumat:
Fond azadlıq və demokratiya carçısı, vicdanlı insan və ölməz jurnalist Nəcəf
Nəcəfovun adını daşıyır. Qeyd edək ki, prezident İlham Əliyevin 21 iyun 2005-ci
il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə
Nəcəf Adil oğlu Nəcəfovu “Şöhrət” ordeni ilə (ölümündən sonra) təltif olunub.
Fond 09 avqust 2002-ci ildə 1387 saylı qeydiyyatla Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydə alınıb.
Fondun əsas məqsədi mülki cəmiyyətin formalaşdırılmasına, hüquqi və demokratik
dövlət quruculuğu prosesinə yardım etmək, bu istiqamətlərdə maarifçilik
fəaliyyətini həyata keçirmək, həmçinin xeyriyyəçiliklə məşğul olmaqdır.
Fondun əsas vəzifələri maarifçilik istiqamətində diskussiya, seminar,
konfransların təşkili, bu sahənin problemlərinin təhlili və onların həll
olunmasına proqramlar və layihələr hazırlamaq, bu sahədəki problemlərin həllındə
beynəlxalq təcrübəni öyrənmək və tətbiq etməkdir.
Hazırda Fond Avrasiya Fondunun maliyyə dətəyi ilə “PARLAMENT SEÇKİLƏRİ KİV
GÜZGÜSÜNDƏ: Monitoring və müzakirələr” layihəsini icra edir.
Nəcəf Nəcəfov Fondu
MƏTBUAT
ÜÇÜN AÇIQLAMA
Bakı şəhəri, 29 iyul 2005-ci il
ABŞ Beynəlxalq İnkişaf
Agentliyinin (USAİD) ölkə üzrə əlaqələndiricisi Cənab Ceyms L.Qoqin və Avrasiya
Fondunun ölkə üzrə direktoru Cənab Camal Şahverdiyev “Parlament seçkiləri KİV
güzgüsündə: monitorinq və müzakirələr” layihəsinin koordinatoru Samir İsmayılov
və NNF-in həmtəsisçisi Mehman Əliyevlə görüşüb. Görüş Avrasiya Fondunun maliyyə
dəstəyi ilə həyata keçirilən “Parlament seçkiləri KİV güzgüsündə: monitorinq və
müzakirələr” layihəsinin icra vəziyyətini öyrənmək və alınan nəticələrin
müzakirə olunması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, adıçəkilən layihənin icrasına may ayından başlanılıb. Layihə 8 ay
müddətinə nəzərdə tutulub. Layihənin məqsədi TV, radio, gündəlik KİV və
informasiya agentliklərində qarşıdan gələn parlament seçkilərinin balanslı
işıqlandırılmasına və eyni zamanda demokratik seçkilərin keçirilməsinə kömək
etməkdir.
Qonaqlar layihə ilə bağlı ətraflı məlumatlandırılıb və monitorinqin nəticələrilə
tanış olublar. Cənab Ceyms L.Qoqin və cənab Camal Şahverdiyev layihənin
icrasından razı qalaraq, alınan nəticələrlə baglı öz fikirlərini NNF-in
rəhbərliyi ilə bölüşüblər.
Görüşdə həmçinin parlament seçkiləri ərəfəsində hadisələrə birtərəfli yanaşan TV
və KİV-ləri qanunvericiliyə hörmət etməyə dəvət məqsədilə avqust ayında dəyirmi
masanın keçirilməsi və monitorinqin aylıq nəticələrinin daha geniş çeşiddə KIV-də
yerləşdirilməsi qənaətinə gəlinib.
Nəcəf Nəcəfov Fondu
INFORMATION FOR PRESS
Baku city, June 29, 2005
The representative
of theU.S. Agency for International Development (USAID) Mr. James L.Gogin and
The Director of Eurasia Fund Mr.Camal Shahverdiyev have met with coordinator of
the project “Parliamentary elections in the mirror of mass media: monitoring and
discussing” Samir Ismailov and cofounder of Nacaf Nacafov Fund Mehman Aliyev.
The purpose of the visit was to familiarize with the course and results of
implementation of the project “Parliamentary elections in the mirror of mass
media: monitoring and discussing” which is being financed by Nacaf Nacafov Fund.
We would like to note that implementation of the above mentioned project began
in May. The term of implementation of the project is 8 months. The goal of the
project is to provide balanced coverage of coming parliamentary elections on TV,
radio, in daily mass media and news agencies, as well as to help in providing
democratic elections.
The guests have been broadly familiarized with the project and the results of
monitoring. Mr. James L. Gogin and Mr. Camal Shahverdiyev remained happy with
the results of monitoring, and shared their opinion on the results with the
leadership of Nacaf Nacafov Fund.
It was agreed during the meeting to hold round-table talk in August and with
participation of TV companies and mass media, which occupy one-sided position
during pre-election campaign, and to cover more broadly in mass media monthly
results of monitoring.
Nacaf Nacafov Fund
MƏTBUAT
ÜÇÜN AÇIQLAMA
17 may 2005-ci il
“Nəcəf Nəcəfov” Xeyriyyəçilik və Marifçilik Fondunun (NNF) İnternet səhifəsi
yaradılıb. Səhifə www.najafovfund.org adı altında qeydiyyatdan keçib. İnternet
səhifəsi NNF-in Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi
ilə həyata keçirdiyi
“PARLAMENT SEÇKİLƏRİ KİV GÜZGÜSÜNDƏ: monitorinq və müzakirələr”
layihəsi çərçivəsində yaradılıb. Saytda monitorinqin aylıq nəticələrinin
yerləşdirilməsi nəzərdə tutulub. Qeyd edək ki, adıçəkilən layihənin icrasına 10
may 2005-ci ildən etibarən başlanılıb. 10 may-31 may 2005-ci il dövrü üzrə
monitorinqin nəticələri artıq hazırdır və iyunun 18-də səhifədə yerləşdiriləcək.
NNF-in İnternet səhifəsi “Nəcəf Nəcəfov”, ”Fond”, ”Layihələrimiz”, ”Mediada biz”,
”Kitabxana”, ”Pressa”, ”Əlaqə”, ”Linklər”, ”Forum” kimi bölmələrdən ibarətdir.
Yaradılmış İnternet səhifəsi vasitəsilə ölməz jurnalist, hamımızın müəllimi və
bu vicdanlı insanın ömür yolu, foto albom, onun haqqında yazılan məqalələr və
xatirələrlə tanış ola biləcəksiniz.
İnternet səhifəsində həmçinin “PARLAMENT SEÇKİLƏRİ KİV GÜZGÜSÜNDƏ: monitorinq və
müzakirələr” layihəsinin aylıq monitorinqinin nəticələri ilə tam şəkildə tanış
olmaq mümkün olacaq. Monitorinqin əhatəsinə düşən hər bir KİV 1 ay ərzində dərc
etdiyi (yaydığı) informasiya və məqalələrin adını, sayını və onların təhlilinin
nəticələrini görə biləcək.
İnternet səhifəsi vasitəsilə həmçinin layihənin müzakirəsini, sayt və layihə
haqqında irad və təklflərin verilməsi mümkündür. Hörmətli KİV nümayəndələri,
Sizin bu istiqamətdə təklif, tənqid və iradlarınızı məmnunyyətlə bölüşməyə hazır
olduğumuzu bildiririk. Biz həmçinin Nəcəf bəy haqqında foto, video və çap
materiallarının toplanmasını və saytda yerləşdirilməsini nəzərdə tutmuşuq. Bu
işdə KİV rəhbərlərinin, həm də Nəcəf bəyin dostlarının köməyinə böyük ümid
bəsləyirik. Qeyd etmək istəyirik ki, İnternet səhifəmizin bəzi bölmələri
təkmilləşdirmə və hazırlıq mərhələsindədir. Ona görə də göndərəcəyiniz
materiallar səhifənin yeniləşdirilməsində və təkmilləşdirilməsində əhəmiyyətli
rol oynayacaq.
Bizimlə əlaqə www.najafovfund.org İnternet səhifəsində “Əlaqə” bölməsi və ya
najafovfund@yahoo.com ,
info@najafovfund.org ünvanı vasitəsilə əlaqə saxlamaq
olar.
Nəcəf Nəcəfov Fondunun mətbuat xidməti
MƏTBUAT ÜÇÜN AÇIQLAMA
12
iyul 2005
“PARLAMENT SEÇKİLƏRİ KİV GÜZGÜSÜNDƏ: monitorinq və müzakirələr”
layihəsinin 1 iyun-30 iyun 2005-ci il dövrü üzrə monitorinqinin nəticələri
Nəcəf Nəcəfov Fondu “PARLAMENT SEÇKİLƏRİ KİV GÜZGÜSÜNDƏ: monitorinq və
müzakirələr” layihəsi üzrə iyun ayının təhlilini başa çatdırıb. Xatırladaq ki,
Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata
keçirilən bu layihənin icrasına 10 may 2005-ci il tarixindən başlanıb. Layihənin
məqsədi TV, radio, gündəlik qəzetlərdə və informasiya agentliklərində qarşıdan
gələn parlament seçkilərinin balanslı işıqlandırılmasına və eyni zamanda
demokratik seçkilərin keçirilməsinə kömək etməkdir. Layihənin icra müddəti 8
aydır.
Layihədə Elektron və Çap yayım vasitələrinin monitorinqinin aparılması nəzərdə
tutulub. Təhlilin həcminin böyük olduğunu nəzərə alaraq, diqqətinizə
ümumiləşdirilmiş nəticələri çatdırırıq. Təhlilin nəticələri hər bir televiziya,
radio və qəzet üzrə tam şəkildə layihənin www.najafovfund.org İnternet
səhifəsində yerləşdirilib.
Televiziya
İyun ayında 12 televiziya şirkətinin, o cümlədən “AzTV”, “ANS”, “ATV”, “Space”
və “Lider”, “Alternativ TV” (Gəncə), “Lənkəran TV”, “MTV” (Mingəçevir), “Simruqm
TV”, “DTV” (Sumqayıt), “Xəyal TV” (Quba) və “Aygün TV” (Zaqatala) kanallarında
yayımlanan verilişlərin monitorinqi aparılıb. 1 iyun–30 iyun dövründə adları
çəkilən kanalların efirində seçki mövzusuna 508 informasiya həsr olunub.
Yayımlanan verilişlərin ümumi həcmi 87342 saniyə təşkil edib. Seçki mövzusunda
yayılan informasiyaların həcminə görə “Lider TV” öndədir. Parlament seçkiləri
mövzusuna ən az yer ayıran kanal “Aygün TV” olub.
Radio
1 iyun-30 iyun dövründə monitorinqin əhatəsinə 5 radio dalğası daxil edilib.
Bunlar “ANS CM”, ”Lider”, ”Space”, ”106 FM” və “Burc FM” radiolarıdır. Bu dövr
ərzində radiolarda seçki mövzusuna ayrılan məlumatların sayı 324, həcmi isə
30274 saniyə olub. Seçki mövzusuna ən çox yer ayıran radio “ANS CM”, ən az yer
ayıran “Burc FM” olub.
Qəzetlər
Bu dövür ərzində monitorinqin əhatəsinə 10 gündəlik qəzet daxil edilib. Bunlar “Azadlıq”,
”Bakı xəbər”, ”Yeni Müsavat”, ”GÜN”, ”525-ci qəzet”, ”Zerkalo”, ”Exo”, ”Yeni
Azərbaycan”, ”Azərbaycan” və “Respublika” qəzetləridir. Göstərilən dövrdə adları
sadalanan qəzetlərdə seçki mövzusuna 1107 məqalə həsr olunub. Bu mövzuya həsr
olunan məqalə və məlumatların ümumi sahəsi 373211 kv.sm-dir. Dərc olunan
məqalələrin həm sayına, həm də sahəsinə görə “Yeni Müsavat”qəzeti liderlik edir.
İnformasiya agentlikləri
Göstərilən dövrdə monitorinqin əhatəsinə 2 informasiya agentliyi daxil edilib.
Bunlar “Turan” və ”AzərTac” agentlikləridir. İyun ayında adları sadalanan
agentliklərdə seçki mövzusuna 120 informasiya yayılıb. Yayılan informasiyaların
sayına görə “Turan” İA liderlik edir.
Məlum olduğu kimi, prezident seçkiləri ilə müqayisədə parlament seçkilərində
iştirak edən namizədlərin sayı daha çox olur. İlkin proqnozlara görə, seçkidə
iştirak etmək istəyənlərin sayı min nəfər ətrafında olacaq. Ona görə də
seçkilərin birmandatlı olmasına baxmayaraq, təhlildə iştirakçıların bloklarda
qruplaşdırılması variantı seçilib. Bu variantın seçilməsində təbii ki, son iki
ayda namizədlərin seçkilərdə blok şəklində iştirak etmək siyasətinə üstünlük
verilməsi önəmli rol oynayıb. Hesabatda hakim partiya və ona yaxın olanlar YAP,
AXCP, ADP, “Müsavat” və ona yaxın qüvvələr “Azadlıq”, Yeni siyasət blokuna
qoşulanlar “YeS”, İctimai Liderlər Birliyinə daxil olanlar bu adlı bloka aid
olunaraq təhlil olunub. Hələ ki adları yuxarıda göstərilməyən blokların heç
birinə qoşulmayan, seçkidə fərdi şəkildə iştirak etməyə üstünlük verən şəxslər
isə “Digərləri” blokunda cəmləşdirilib. Təhlildə tərəflərin təbliğinə həsr
olunan məqalələr ”+”, tənqidinə həsr olunanlar “-” məqalələr kimi göstərilib.
Bitərəflik saxlanılan məqalələr neytral məqalələr kimi qeydə alınıb.
Layihədə parlament seçkiləri ərəfəsində hər bir elektron və KİV-də dərc olunan (yayılan)
məqalələr mövzu üzrə də təhlil olunub. Monitorinqə başlamazdan əvvəl ekspert
qrupu aktual ola biləcək mövzuların siyahısını müəyyən edib. Bunlar “Sərbəst
toplaşmaq hüququ”, “Parlament seçkilərinə beynəlxalq münasibət”, “Seçki
bloklarının formalaşdırılması”, “Seçki qanunvericiliyinin təkmilləşdirilməsi” və
“Seçki ərəfəsində iqtidar-müxalifət münasibətləri (dialoq)” mövzularıdır. Seçki
prosesinə aid olan, lakin bu qrupa düşməyən məqalələr isə “Digər” kimi
monitorinqin nəticələrində yer alıb.
Qeyd: Təhlilin nəticələri ilə bağlı irad və təklifləri
www.najafovfund.org
İnternet səhifəsində “Əlaqə” bölməsi vasitəsilə və ya
najafovfund@yahoo.com
ünvana göndərmək olar.
Nəcəf Nəcəfov Fondu
İNFORMATİON FOR PRESS
12 July,
2005
The results of monitoring covering the period from June 1 to June 30 on the
project “PARLIAMENTARY ELECTIONS IN THE MIRROR OF MASS MEDIA: monitoring and
discussing”
Nacaf Nacafov Fund has completed analysis on the project “PARLIAMENTARY
ELECTIONS IN THE MIRROR OF MASS MEDIA: monitoring and discussing”. We would like
to remember that implementation of the project began on 10, 2005 and is funded
by the representation of the Eurasian Foundation in Azerbaijan. The goal of the
project is to promote coverage of materials connected with elections by the TV
channels, radio and daily newspapers and to help in conduction of free and
democratic elections. Eight months are intended for the implementation of the
project. The project provides monitoring of electronic and printing mass media.
Taking into account large volume of analysis we present you generalized results.
The results of analysis on every television, radio and newspaper have been
placed completely in the Internet site of the project www.najafovfund.org .
Television
Monitoring of the program broadcast on 12 television companies, including “AzTV”,
“ANS”, “ATV”, “Space” and “Lider”, “Alternativ TV” (Ganja), “Lenkoran TV”, “MTV”
(Mingachevir), “Simruqm TV”, “DTV” (Sumgayit), “Khayal TV” (Guba) and “Aygun TV”
(Zakatala) was carried out.
508 programs on the elections were made on the above mentioned channels from
June 1 to June 30. Total volume of these programs is 87342 seconds. The “Lider
TV” is the leader on the number of program on elections. “Aygun TV” made very
little program on the elections.
Radio
Monitoring covers five radio waves from June1 to June 30. They are “ANS CM”, ”Lider”,
”Space”, ”106 FM” and “Burc FM”. The number of information in these channels
over the reported period makes 324 and the volume is 30274 seconds. Radio “ANS
CM” gave more space to elections subject, and radio “Burc FM” gave least space
to the elections subject.
Newspapers
Monitoring covered 1o daily newspapers over the reported period. They are: “Azadlig”,
”Baki Heber”, ”Yeni Musavat ”, ”Gun”, ”525th qazet”, ”Zerkalo”, ”Echo”, ”Yeni
Azerbaijan”, ”Azerbaijan” and “Republic”. Over the reported these newspapers
published 1107 articles. Total number of pages on the subject makes 373211 sq.
sm. “Yeni Musavat” is the leader on the number of articles and the space given
to the subject of elections.
News agencies
The monitoring covers two news agencies over the reported period. They are
“Turan” and”AzerTac” agencies. Over the reported period these agencies published
120 information on elections. “Turan” is the leader on the number of published
information.
As it is known, as compared with the presidential elections much more people
take part in the parliamentary elections. According to preliminary forecast, the
number of people who want to take part in the elections will be approximately
1,000. Therefore, despite the elections are one-mandate in our analysis we
divided the participants into blocs. And choosing of such variant is natural
because over the last two months the candidates prefer to take part in the
elections in the form of blocs.
In the report the ruling party and pro-governmental parties and included into
the bloc “YAP”; the parties PPFA, ADP, Musavat are included the bloc “Ugur”; the
parties close to Yeni Siyaset are included the bloc “YeS”; the parties entering
the Union of Public Leaders enter the same name bloc. The parties which have not
join any bloc and prefer to take part in the elections individually are included
the bloc “Others”.
In the analysis the articles on propaganda are marked as”+”, and the articles on
criticism are marked as “-”. The articles on abstained position are marked as
neutral.
The articles (information) spread in the mass media and by e-mail on the eve of
parliamentary elections have also been analyzed. Before beginning the monitoring
the expert group has determined a list of subjects which could be of current
importance. They are: the right on freedom of assembly; international attitude
to parliamentary elections; formation of election blocs; improvement of election
legislation, and the relations (dialogue) between the power and opposition on
the eve of elections. The articles on the elections, but not included this group
are placed under the title “Others” in the results of monitoring.
Note: The remarks and proposals on the results of analysis can be sent to
www.najafovfund.org on Internet site via “Communication” unit or najafovfund@yahoo.com.
Nacaf Nacafov Fund
|