Onun azad, demokratik və çagdaş Azərbaycan arzusu bizim də arzumuzdur!

Nəcəf Nəcəfov... bu ad çağdaş dövrümüzdə azad mətbuatın bir rəmzidir. O, təkcə "Azadlıq" qəzetinin yaradıcısı kimi xatırlanmır. Azadlıq və demokratiya ugrunda mübarizəsi onun qəbrini  and yerinə çevirib. Onun xatirəsi ölməzdir...

Nəcəf Nəcəfov Fondu

www.nnf.az 

 

ANA SƏHİFƏ
NƏCƏF NƏCƏFOV
FOND
LAYİHƏLƏRİMİZ
MEDIADA BIZ
Press-relizlər
KİTABXANA
PRESSA
ƏLAQƏ
Linklər

Fondun məramı Rəhbərlik Media barəmizdə

Fondun həyata keçirdiyi layihə mətbuatın böyük marağına səbəb olub

Yeni Müsavat, 21.06.05, 146 (2744)


 “YENİ MÜSAVAT” QEZETİ YENE BİRİNCİ OLDU “Necef Necefov” Fondunun apardığı monitorinqin neticesine göre, qezetimiz seçki mövzusuna en çox yer veren qezet seçilib Xeber verdiyimiz kimi, “Necef Necefov” Fondu bu il mayın 10-dan etibaren “Parlament seçkileri KİV güzgüsünde: monitorinq ve müzakireler” layihesinin icrasına başlayıb. “Avrasiya” Fondunun Azerbaycan nümayendeliyinin maliyyeleşdirdiyi layihenin icra müddeti 8 aydır. Fond mayın 10-dan 31-dek olan müddet üçün monitorinqin tehlilini başa çatdırıb. Neticeler bütövlükde her bir KİV üzre www.nayafovfund.org İnternet saytında yerleşdirilib. Bu müddetde 5 telekanalın, o cümleden Az.TV, ANS, ATV, “Space” ve “Lider” kanallarında yayınlanan verilişlerin monitorinqi aparılıb. Monitorinq vaxtının ümumi hecmi 25021 saniye teşkil edib.
İyun ayından başlayaraq 7 regional televiziya da, o cümleden “Lenkeran TV”, MTV (Mingeçevir), SMTV (Tovuz), “Alternativ” TV (Gence), “Xeyal TV” (Quba), “Dünya TV” (Sumqayıt) ve “Zaqatala” TV monitorinqe daxil edilib.
Hesabat dövründe 5 radio dalğasında da monitorinq aparılıb. Bunlar ANS SM, “Lider”, “Space”, “106 FM” ve “Burc FM” radiolarıdır. Bu dövrde radiolarda seçki mövzusuna ayrılan melumatların sayı 148, vaxt hecmi ise 22839 saniye olub. Eyni zamanda monitorinq 11 gündelik qezetde aparılıb: “Azadlıq”, “Bakı-Xeber”, “Yeni Müsavat”, “GÜN seher”, “525-ci qezet”, “Zerkalo”, “Exo”, “Yeni Azerbaycan”, “Azerbaycan”, “Xalq qezeti” ve “Respublika”.
Bu qezetlerde seçki mövzusunda 692 meqale derc olunub. Lider hemin erefede 147 meqale derc eden “Yeni Müsavat” qezeti olub. Bu ise ümumi meqalelerin 21,2%-ni teşkil edir. “Bakı-Xeber” 137 (19,8%), Azadlıq 134 (19,4%), “GÜN seher” 98 (14,2%), “525-ci qezet” 63 (9,1%), “Zerkalo” 24 (3,5%), “Exo” 23 (3,3%), “Yeni Azerbaycan” 22 (3,2%), “Azerbaycan” 21 (3%), “Respublika” 15 (2,1%), “Xalq qezeti” 8 (1,2%) meqale ile sıralamada yer alıb.
Diger terefden, hemin erefede “Day.az” İnternet sehifesinde de 45 melumat yayılıb. İyun ayından etibaren “Turan” ve “AzerTAc” agentlikleri üzre de monitorinq başlanıb.
Sevinc TELMANQIZI

 

525-ci qəzet, 21.06.05,  115 (1971)


"Parlament seçkiləri KİV güzcüsündə: monitorinq və müzakirələr" layihəsinin icrasına başlanıb
Nəcəf Nəcəfov Fondu bu il mayın 10-dan "Parlament seçkiləri KİV güzgüsündə: monitorinq və müzakirələr" layihəsinin icrasına başlayıb. Layihəni "Avrasiya" fondunun Azərbaycan nümayəndəliyi maliyyələşdirir. Layihənin icra müddəti 8 aydır. Fond mayın 10-31-dək olan müddət üçün monitorinqin təhlilini başa çatdırıb. Nəticələr bütövlükdə hər bir KİV üzrə www.najafovfund.org internet saytında yerləşdirilib. Bu müddətdə 5 teleşirkətin, o cümlədən AzTV, ANS, ATV, "Space" və "Lider" kanallarında yayımlanan verilişlərin monitorinqi aparılıb. Yayımlanan verilişlərin ümumi həcmi 25021 saniyə təşkil edib. İyun ayından başlayaraq 7 regional televiziya, o cümlədən "Lənkaran TV", MTV (Mingəçevir), SMTV (Tovuz), Alternativ Tv (Gəncə), "Xəyal TV" (Quba), "Dunya TV" (Sumqayıt) və Zaqatala TV monitorinqə salınıb. Hesabat dövründə monitorinqə 5 radio dalğası da daxil edilib. Bunlar "ANS ÇM", "Lider", "Space", "106 FM" və "Burc FM" radiolarıdır. Bu dövrdə radiolarda seçki mövzusuna ayrılan məlumatların sayı sayı 148, həcmi isə 22839 saniyə olub. Eyni zamanda monitorinq 11 gündəlik qəzetdə "Azadlıq", "Bakı xəbər", "Yeni Musavat", "Gün-səhər","525-ci qəzet", "Zerkalo", "Exo", "Yeni Azərbaycan", "Azərbaycan", "Xalq qəzeti" və "Respublika" qəzetlərində aparılıb. Göstərilən dövrdə adları sadalanan qəzetlərdə seçki mövzusunda 692 məqalə dərc olunub. Bu mövzuya həsr edilən məqalə və məlumatların ümumi sahəsi 232 min 768 kvadrat santimetr olub. Göstərilən dövrdə monitorinqin əhatəsinə "Day.az" internet yayım vasitəsi də daxil edilib. Bu dövr ərzində "Day.az" internet səhifəsində 45 məlumat yayılıb. İyun ayından etibarən "Turan" və "AzərTac" agentlikləri üzrə də monitorinq başlanıb. Məlum olduğu kimi, prezident seçkilərilə müqayisədə parlament seçkilərində iştirak edən namizədlərin sayı daha çoxdur. İlkin proqnozlara görə, seçkidə iştirak etmək istəyələrin sayı min nəfər ətrafında olacaq. Ona görə də seçkilərin birmandatlı olmasına baxmayaraq, təhlildə iştirakçıların bloklarda qruplaşdırılması variantı seçilib. Layihədə parlament seçkiləri ərəfəsində hər bir elektron və KİV-də dərc olunan (yayılan) məqalələr mövzu üzrə də təhlil edilib. Monitorinqə başlamazdan əvvəl ekspert qrupu aktual ola biləcək mövzuların siyahısını müəyyənləşdirib. Bunlar sərbəst toplaşmaq hüququ, parlament sekilərinə beynəlxalq münasibət, seçki bloklarının formalaşdırılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçki ərəfəsində iqtidar-müxalifət münasibətləridir (dialoq) mövzularıdır. Seçki prosesinə aid olan, lakin bu qrupa düşməyən məqalələr isə "Digərləri" kimi monitorinqin nəticələrində yer alıb. Təhlilin nəticələrilə bağlı irad və təklifləri www.najafovfund.org  internet saytında "əlaqə" bölməsi vasitəsilə və ya najafovfund@yahoo.com  ünvana göndərmək olar.
 

ANA SƏHİFƏ | NƏCƏF NƏCƏFOV | FOND | LAYİHƏLƏRİMİZ | MEDIADA BIZ | Press-relizlər | KİTABXANA | PRESSA | ƏLAQƏ | Linklər |                                      

© 2005. Nəcəf Nəcəfov Fondu.