GİRİŞ
Nəcəf Nəcəfov Fondu “PARLAMENT SEÇKİLƏRİ KİV GÜZGÜSÜNDƏ: monitorinq və
müzakirələr” layihəsinin icrasına 10 may 2005-ci il tarixindən başlayıb.
Layihəni Avrasiya Fondunun Azərbaycan nümayəndəliyi maliyyələşdirir.
Layihənin icra müddəti 8 aydır. Təqdim olunan hesabat 10 may-31 may
2005-ci il dövrünü əhatə edir
Bu müddər ərzində 5 televiziya şirkətinin, o cümlədən “AzTV”, “ANS”, “ATV”,
“Space” və “Lider” kanallarında yayımlanan verilişlərin monitorinqi
aparılıb. Yayımlanan verilişlərin ümumi həcmi 25021 saniyə təşkil edib.
Başa çatan hesabat dövründə monitorinqin əhatəsinə 5 radio dalğası daxil
edilib. Onlar “ANS CM”, ”Lider”, ”Space”, ”106 FM” və “Burc FM”
radiolarıdır. Bu dövr ərzində radiolarda seçki mövzusuna ayrılan
məlumatların sayı 148, həcmi isə 22839 saniyə olub.
İyun ayından etibarən 7 regional televiziyanın o, cümlədən “Lənkaran TV”,
MTV (Mingəçevir), SMTV (Tovuz), Alternativ TV (Gəncə), “Xəyal TV” (Quba),
“Dünya TV” (Sumqayıt) və Zaqatala TV monitorinqin əhatəsinə daxil edilib.
Göstərilən dövrdə monitorinqin əhatəsinə 11 gündəlik qəzet daxil edilib.
Bunlar “Azadlıq”, ”Bakı xəbər”, ”Yeni Müsavat”, ”GÜN”,”525-ci qəzet”, ”Zerkalo”,
”Exo”, ”Yeni Azərbaycan”, ”Azərbaycan”, ”Xalq qəzeti” və “Respublika”
qəzetləri daxil edilib. Göstərilən dövrdə adları sadalanan qəzetlərdə
seçki mövzusuna 692 məqalə dərc olunub. Bu mövzuya həsr olunan məqalə və
məlumatların ümumi sahəsi 232768 kv.sm-dir.
Göstərilən dövrdə monitorinqin əhatəsinə “Day.az” İnternet yayım
vasitəsi də daxil edilib. Bu dövr ərzində “Day.az” İnternet səhifəsində
45 məlumat yayılıb.
İyun ayından etibarən “Turan” və “AzərTag” agentlikləri üzrə monitorinqə
başlanılıb.
Məlum olduğu kimi, prezident seçkiləri ilə müqayisədə parlament
seçkilərində iştirak edən namizədlərin sayı daha çox olur. İlkin
proqnozlara görə seçkidə iştirak etmək istəyənlərin sayı min nəfər
ətrafında olacaq. Ona görə də, seçkilərin birmandatlı olmasına
baxmayaraq təhlildə iştirakçıların bloklarda qruplaşdırılması variantı
seçilib. Bu variantın seçilməsində təbii ki, son iki ayda namizədlərin
seçkilərdə blok şəkilində iştirak etmək siyasətinə üstünlük verilməsi
önəmli rol oynayıb. Hesabatda Hakim partiya və ona yaxın olanlar “YAP”,
AXCP, ADP, Müsavat və ona yaxın qüvvələr “Uğur”, Yeni siyasət blokuna
qoşulanlar “YES”, İctimai Liderlər Birliyinə daxil olanlar bu adlı bloka
aid olunaraq təhlil olunub. Hələ ki, adları yuxarıda göstərilməyən
blokların heç birinə qoşulmayan, seçkidə fərdi şəkildə iştirak etməyə
üstünlük verən şəxslər isə “Digərlər”i blokunda cəmləşdirilib. Təhlildə
tərəflərin təbliğinə həsr olunan məqalələr ”+”, tənqidinə həsr olunanlar
“-” məqalələr kimi göstərilib. Bitərəflik saxlanılan məqalələr neytral
məaqalələr kimi qeydə alınıb.
Layihədə Parlament seçkiləri ərəfəsində hər bir Elektron və KİV-də dərc
olunan (yayılan) məqalələr mövzu üzrə də təhlil olunub. Monitorinqə
başlamazdan əvvəl ekspert qrupu aktual ola biləcək mövzuların siyahısını
müəyyən edib. Bunlar Sərbəst toplaşmaq hüququ, Parlament seçkilərinə
beynəlxalq münasibət, Seçki bloklarının formalaşdırılması, Seçki
qanunvericiliyinin təkmilləşdirilməsi və Seçki ərəfəsində iqtidar-müxalifət
münasibətləri (dialoq) mövzularıdır. Seçki prosesinə aid olan, lakin bu
qrupa düşməyən məqalələr isə “Digərləri” kimi monitorinqin nəticələrində
yer alıb.
Qeyd: Təhlilin nəticələri ilə bağlı irad və təklifləri
www.najafovfund.org İnternet səhifəsində “Əlaqə” bölməsi vasitəsilə və
ya najafovfund@yahoo.com ünvana göndərmək olar.
|
INTRODUCTION
Nacaf Nacafov Fund has started implementation of the project
“PARLIAMENTARY ELECTIONS IN THE MIRROR OF MASS MEDIA: monitoring and
discussing” on May 10, 2005. The project is funded by the representation
of the Eurasian Foundation in Azerbaijan. The term of execution of the
project is 8 months. The submitted reports cover the period from May 10
to 31, 2005.
Over the reported period the monitoring of the programs broadcast in 5
television companies, including “AzTV”, “ANS”, “ATV”, “Space” and
“Lider” channels was carried out.
Total volume of programs broadcast is 25021 seconds.
Over the reported period monitoring was carried out in 5 radio channels.
They are “ANS CM”, ”Lider”, ”Space”, ”106 FM” and “Burc FM”. The number
of programs on elections broadcast on those radio channels over the
reported period makes 148, and volume is 22839 seconds.
Beginning from June monitoring was carried out in seven regional
television, including “Lenkoran TV”, MTV (Mingachevir), SMTV (Tovuz),
Alternativ TV (Ganja), “Khayal TV” (Guba), “Dunya TV” (Sumgayit) and
Zagatala TV.
The monitoring covers also 11 daily newspapers: “Azadlig”, ”Baki Heber”,
”Yeni Musavat”, ”Gun”, 525-th gazet, ”Zerkalo”, ”Echo”, ”Yeni Azerbaijan”,
”Azerbaijan”, ”Khalg gazeti” and “Republic”. Over the reported period
these newspapers published 692 articles about the elections. Total
number of articles and information about it is 232768 sq. sm.
Over the reported period the Internet site “Day.az” was included into
monitoring. 45 information was presented over that period in the
“Day.az” Internet site.
In June monitoring of “Turan” and “AzərTac” news agencies also began.
As it is known, as compared with the presidential elections much more
people take part in the parliamentary elections. According to
preliminary forecast, the number of people who ant to take part in the
elections will be over 1,000. Therefore, despite the election are
one-mandate the participants have been divided in our analysis into
blocs. And choosing of such variant is natural because over the last two
months the candidates prefer to take part in the elections in the form
of blocs.
In the report the ruling party and pro-governmental parties and included
into the bloc “YAP”; the parties PPFA, ADP, Musavat are included the
bloc “Ugur”; the parties close to Yeni Siyaset are included the bloc “YES”;
the parties entering the Union of Public Leaders enter the bloc of the
same name. The parties which have not join any bloc and prefer to take
part in the elections individually are included the bloc “Others”.
In the analysis the articles on propaganda are marked as”+”, on critics
are marked as “-”. The articles on abstained position are marked as
neutral.
The articles (information) spread in the mass media and by e-mail on the
eve of parliamentary elections have also been analyzed. Before starting
the monitoring the expert group has determined a list of subjects which
could be of current importance. They are: the right on freedom of
assembly; international attitude to parliamentary elections; formation
of election blocs; improvement of election legislation, and the subjects
(dialogue) in the relations between the power and opposition. The
articles on the elections, but not included this group are placed under
the title “Others” in the results of monitoring.
Note: The remarks and proposals on the results of analysis can be sent
to www.najafovfund.org on Internet site via “Communication” unit or
najafovfund@yahoo.com. |