Onun azad, demokratik və çagdaş Azərbaycan arzusu bizim də arzumuzdur!

Nəcəf Nəcəfov... bu ad çağdaş dövrümüzdə azad mətbuatın bir rəmzidir. O, təkcə "Azadlıq" qəzetinin yaradıcısı kimi xatırlanmır. Azadlıq və demokratiya ugrunda mübarizəsi onun qəbrini  and yerinə çevirib. Onun xatirəsi ölməzdir...

Nəcəf Nəcəfov Fondu

www.najafovfund.org 

 

ANA SƏHİFƏ
NƏCƏF NƏCƏFOV
FOND
LAYİHƏLƏRİMİZ
MEDIADA BIZ
Press-relizlər
KİTABXANA
PRESSA
ƏLAQƏ
Linklər
FORUM

"İlk xatirələr" kitabı "Yoxluğun..." kitabı Fotoalbom

"İlk xatirələr"

Dostların Nəcəf Nəcəfov haqqında xatirələri

 

   

 

İçindəkilər

 OXUCULARA........................................

Arif ƏLİYEV. Uşaqlığın son səhəri

Babək Muradov. Zirvələri fəth etməyi sevərdi

Bəxtiyar VAHABZADƏ. Nəcabət və nəzakət simvolu

Çingiz SULTANSOY. Bizi özümüzə tanıdan Nəcəf

Ədalət TAHİRZADƏ. Nəcəf bəylə son görüşlərim

Faiq AXUNDOV. Buzlu sudan qorxmadı

Hikmət HACIZADƏ. Íàäæàô óøåë. Ãäå-òî äîëæåí ïîÿâèòüñÿ íîâûé Íàäæàô

Xəliyəddin XƏLİLOV. Fövqəladə vəziyyətlərin fövqəladə qəhrəmanı

İsa QƏMBƏR. Xalq hərəkatının redaktoru

Mehman ƏLİYEV. Nəcəf Nəcəfovun dərsləri

Musa NƏBİYEV. Bacarıqlı redaktor, vətərpərvər insan

Sabit BAĞIROV. İlk xatirələr

Şahin HACIYEV. Nəcəf haqqında düşüncələr

Tale ŞAMÇIYEV. Xalq hərəkatının vicdanı

Zaur AKİFOĞLU. Sabah da bu gündür. Yalnız sabah 

Oxuculara

 17 dekabr 1999-da Azərbaycan milli azadlıq hərəkatının liderlərindən, çağdaş Azərbaycan demokratik mətbuatının yaradıcılarından biri, görkəmli ictimai-siyasi xadim Nəcəf Nəcəfov dünyasını dəyişdi.

Həddən artıq təvazökar insan olan Nəcəf bəy onun xidmətlərindən danışılmasına öz sağlığında imkan vermirdi. Ancaq bu azman şəxsiyyətin çağdaş tariximizdə qalacaq əməlləri indiki və gələcək nəsillərçün ibrətamiz bir həyat məktəbidir və onları milli yaddaşımızda yaşatmaq hər birimizin borcu olmalıdır. Bunu nəzərdə tutan bizlər - Nəcəf bəyin dostları Nəcəf Nəcəfova dair sənədlərin və onunla bağlı xatirələrin toplanaraq nəşr edilməsini öz üzərimizə götürdük.

İlk addım olaraq Nəcəf bəyin qırxınadək onun haqqında xatirələrdən ibarət bir kitab buraxmağı qərarlaşdırdıq. Bu məqsədlə onunla yaxın ünsiyyətdə olmuş insanlara üz tutduq və Nəcəf bəylə bağlı düşüncələrini yazmağı xahiş etdik. Onların bir çoxu üçün bu, ağır sınaqdı.

Oxuculara onu da xatırlatmaq istəyirik ki, bu kitab Nəcəf bəylə bağlı ilk təşəbbüsdür və onun haqqında xatirələrin nəşrini bundan sonra da davam etdirəcəyik. Buna görə də Nəcəf Nəcəfovu yaxşı tanıyan bütün insanlara müraciət edir və onun haqqında konkret faktlara söykənən xatirələrini bizə yazılı şəkildə çatdırmalarını rica edirik.

(Ünvan: Bakı, Xaqani küçəsi, 33. "Yeni nəsil" Jurnalistlər Birliyi).

Bu kitabda vaxtilə onunla bir yerdə olan, çalışan insanlar şərəfli ömür yolu keçmiş Nəcəf bəyi anır, onun İNSAN, SİYASƏTÇİ VƏ JURNALİST olaraq Azərbaycana, xalqımıza nələr bəxş etdiyi üzərində öz ilkin düşüncələrini açıqlayır və sizi də bu işə qoşulmağa çağırırlar.

 

Redaksiya şurası

18 yanvar 2000.

  Arif Əliyev

Uşaqlığın son səhəri

 Nəcəflə münasibətlərimizi, bilmirəm, necə adlandırım - qəribəmi, həssasmı... On üçillik tanışlığımız müddətdə biz "Molodyojka"da da bir yerdə işləmişik, qəzetdən gedəndə də bir yerdə getmişik. "Azadlıq" yarananda da bir olmuşuq, "Turan" yarananda da. 20 Yanvar gecəsində yanaşı dayanmışıq, dövlət işində qoşa çalışmışıq, sonralar açmaq istədiyimiz qəzetin planını birgə işləmişik. Səfərlərdə də çox olmuşuq, bir-birimizin evində də. Mitinqlərdə, redaksiyalarda da dəfələrlə səhəri bir yerdə açmışıq, dost məclislərində də. Amma həmişə bir-birimizə "SİZ" deyə müraciət etmişik. Bizim münasibətlərimizi bilənlər çox vaxt bu müraciəti eşidəndə təəccüblərini gizlədə bilmir, bəzən açıq, bəzənsə xəlvətcə soruşurdular: "Siz hələ də rəsmiyyəti aşmamısınız?". Əlbəttə ki, bu, rəsmiyyət deyildi, nə isə başqa bir hissin təzahürü idi ki, onu ifadə etməkdə indi həmişəkindən daha çox çətinlik çəkirəm. Necə ki, bu yazını yazmaqda, söyləmək istədiyim fikirləri ifadə etməkdə böyük çətinlik çəkirəm. Ona görə bu kiçicik hekayətdə sonsuzluq bildirən nöqtələrdən (...) həddən artıq çox istifadə etdiyimə görə bəri başdan oxucudan üzr istəyirəm.

... Nəcəf Nəcəfov Milli Məclisin tribunasının yanında dayanmışdı. Səsi gur çıxsa da çox əsəbi olduğu görünürdü:

"Üzr istəyirəm, bu kişi yalan danışır".

Bayaqdan bəri tribunadan nitq irad eyləyən "kişi" - Azərbaycan Kommunist Partiyasının o zamankı birinci katibi Əbdürrəhman Vəzirov isə Nəcəf bəyi mikrofondan aralamağa çalışır və bağırırdı:

"Prokuror, prokuror, uçest eto"...

Həmin vaxt iclas zalında əyləşmiş kommunistli-demokratlı millət vəkillərinin də, elə keçmiş prokuror İlyas İsmayılovun özünün də indi bu əhvalatı xatırlayanda, yəqin ki, dodağı qaçır. O zamansa həyəcandan adamın dodağının qanı qaçırdı. Vəzirovun çəkdiyi qiyyadan sonra birdən-birə salona (bəlkə də tək salona deyil, bütün ölkəyə) çökmüş sükut içərisində kimi qorxudan, kimisə hirsindən içini yeyə-yeyə təşvişlə, intizarla nə baş verəcəyini gözləyirdi..

Bu hadisədən bir neçə ay sonra - 1990-cı ilin qışında SSRİ Xalq Deputatlarının qurultayı (bəlkə də qurultay deyildi, sessiya idi, dəqiq xatırlamıram) gedən günlərdə Moskva mehmanxanalarından birində oturub Nəcəflə söhbətləşirdik. Soruşdum: "O sükutda beyninizdən hansı fikir keçdi?". "Fikri xatırlamıram, - dedi, - amma həmin anda qızımın gözləri gəlib gözlərimin önündə dayandı".

Onda Nərgiz yaş yarımlıq idi...

Bütün güclü şəxsiyyətlər kimi, Nəcəf bir-biri ilə çox çətin uzlaşan iki hissi özündə birləşdirə bilirdi: "ölçüsüz səmimiyyət, daxili qapalılıq. Onunla istənilən mövzuda, ən incə mətləblər barədə çəkinmədən danışmaq olurdu. Bununla belə, hiss edirdin ki, Nəcəfin qısqanclıqla yanaşdığı bir mövzu var. Amma bu, ailə-uşaq söhbətlərindən qaçmağa çalışan "şərq kişisinin adi qısqanclığı" deyildi. Yalnız ara-sıra  söylədiklərinin dərininə varanda, qısa-qısa fikirlərini cəmləşdirəndə handan-hana başa düşə bilirdin ki, əslində bu, heç qısqanclıq da deyil, müdafiə, qoruma reaksiyasıdır. Görürdün ki, insanları nəinki dinləməyi bacaran, onları anlamağa çalışan, ürəyi hamı üçün açıq olan Nəcəf içərisində möhkəm-möhkəm gizlətdiyi, ədalətsizlikdən, mənəviyyatsızlıqdan, allahsızlıqdan - bir sözlə, hər cür "naməhrəm baxışlardan" qoruduğu bir dünyanın fərqindədir.

O dünyanın pəncərəsindən bizim dünyamıza iki cüt uşaq gözü boylanırdı - Nərgizin və Leylanın gözləri...

Həyatının hansı mərhələsini yaşadığını Nəcəf çox gözəl başa düşürdü... Növbəti dəfə kimyəvi müalicə keçib xəstəxanadan çıxandan sonra bir axşam onunla Bakı Mətbuat Klubunun ikinci qatında oturub çay içirdik. Həmişə beynində ideyalar qaynaşan Nəcəfin "fantaziya körüyü" yenə işə düşmüşdü:

- Bu çayın yanında səməni halvası da olsaydı, nə olardı! Niyə eləmirsiniz axı? Jurnalistlərin çoxu işdən sonra özləri də bura gələr, hələ qonaqlarını da gətirər. Əla şeydir - həm dadlı, həm xeyirli, həm də, Hikmət demiş, milli. Çoxdandır heç harda görməmişəm. Rəhmətlik anam hərdən bişirərdi. Ətrindən adam məst olurdu.

- Yaxşı, onu da eləyərik.

- Elə "eləyərik-eləyərik" deyirsiniz. Siz eləyənə qədər mən burada olmaram....

Diksindim. Nəcəf xəstəliyindən danışanda da həmişə elə danışırdı ki, sanki ayağının altında əncir qabığı qalaraq sürüşüb-yıxılıb, topuğunu əzib, bir-iki günə hər şey keçəsidi. Adama elə gəlirdi ki, xəstəliyi onun nəzərində narahatlıq üçün əsasdan daha çox zarafat üçün bir mövzudur.

- Xeyir ola? Deyəsən, harasa hazırlaşırsınız?

- Əvvəlcə Londona... Ailəliklə. Lalə Bi-Bi-Si-də işləyəcək.

Bilirdim ki, keçmiş iş yoldaşımız, sonradan isə Nəcəfin həyat yoldaşı olmuş Lalə hələ beş il əvvəl Bi-Bi-Si-nin elan etdiyi müsabiqəni udub və İngiltərəyə, radiostansiyanın mərkəzi qərargahında işə dəvət olunub. Amma Nəcəf Azərbaycanı tərk edib harasa köçməyin qəti əleyhinə idi. Pafoslu ifadələr işlətməmək üçün niyəsindən danışmıram. Düşünürəm ki, Nəcəfi tanıyanlar, onun hansı imanda olduğunu, hansı arzularla yaşadığını bilənlər üçün bu sualın cavabı, onsuz da, aydındır.

Nəcəfi isə sonuncu qərara gəlməyə məcbur edən cavabsız qalan suallar idi. O suallar ki, onları xəbislikdənmi, acgözlükdənmi, ağılsızlıqdanmı, ikiüzlülükdənmi insanlar özləri yaradır, qucaq-qucaq qalayır, sonra da rəhmətlik Aydın Məmmədov ölümünə ikicə gün qalmış dediyi tək, dünyanın "bir dərdi kimi, səri kimi, qarı kimi, yağışı kimi" "çuval-çuval" yükləyirlər bu məmləkətin barmaqla sayılası vicdanlı adamlarının çiyninə. Həmin adamlar da bu yükü çəkə-çəkə aramızda gəzir, suallarımıza cavab axtarır, bircə gözləri qaralıb nəfəsləri təngiyəndə artıq ürəklərinin partlayacağını, beyinlərinə qan sızacağını hiss edəndə son anda çiyinlərindəki çuvalları yerə atmağa, heç olmazsa, içlərində gizlətdikləri təmizlik dünyasını - Nərgizlərin və Leylaların dünyasını - bu ağırlığın altında xurd-xəşil olmadan xilas etməyə çalışırlar...

"O uşaqların axırı nə olacaq? Mən onları düzlüyə, halallığa, ləyaqətli olmağa öyrətmişəm. Bu yalanın, haramın, talanın içərisində onlar öz ləyaqətlərini necə qoruyacaqlar? Mən övladlarıma bir keyfiyyət təlqin edirəm, həyat isə onlardan tamam başqa keyfiyyətlər tələb edir. Ətrafdakı mənəviyyatsızlığı, rüşvətxorluğu, pozğunluğu görəndən sonra gedib evdə qızlarımın gözünə baxanda düşünürəm: mənsiz onlar burada neyləyəcəklər, necə yaşayacaqlar?

Mən onları arzuladığımız gələcəyə hazırlayırdım. Amma həmin gələcəyi biz yarada bilmədik...".

Bu, bizim sonuncu görüşümüz idi...

Aktyor evində vida mərasiminin başlanmasına bir neçə saat qalsa da Nərgizlə Leylanı oraya aparıb-aparmamaq haqqında söz-söhbət davam edirdi. Qohum-qardaşın, dost-tanışın çoxu uşaqların hisslərini qorumağı, həmin müddətə onları başqa yerə göndərməyi təklif edirdi. Son qərarı Lalə özü qəbul etdi:

"Yox, aparacağam. Qoy özləri görsünlər, bilsinlər ki, necə ataları olub. Qoy Nəcəfin övladı olmaq məsuliyyətini hiss etsinlər, bu məsuliyyəti ömürlük yadlarında saxlasınlar"...

...

 Balaca Leylanın və onun dayısı qızı Cəmilənin çəkdikləri, bu kiçik və qəmli hekayətin üzərinə işıq salan şəkilləri Nəcəf vəfat edən günün səhəri onun evində, uşaqların otağındakı masanın üstündə görmüşdüm. Dəfndən bir neçə gün sonra Lalədən onları müvəqqəti olaraq mənə verməsini xahiş etdim. Razılaşdı:

"Belə rəsmlərdən evdə çox idi. Ümumiyyətlə, uşaqlar onunla şəkillə danışmağı xoşlayırdılar. İki həftə əvvəl otaqlarını yığışdıranda çoxunu atıblar. Nə biləydik?.. Bəlkə deyim, yenə çəksinlər?.. Görəsən, indi nə çəkərdilər?..".

Nəcəfin yeddisi çıxan gün Lalə mənə bir şəkil verdi:

"Mən onlara heç nə demədim. Eləcə dedim ki, oturun, bir şəkil çəkin. Bu, Nərgizin rəsmidir. Bağı çox xoşlayır, ona görə də buna bənzər şəkillərdən tez-tez çəkir. Ancaq məni, bilirsənmi, nə heyrətləndirdi?.. Həmişə Nərgizin şəkillərində stolun ətrafında dörd stul olardı: "Nəcəfçün, mənimçün, bacısı üçün, bir də özü üçün. İndi cəmi üç stul çəkib...".

Birdən-birə mənə elə gəldi ki, Nəcəfin bizim dünyamızdan köçməyə hazırlaşdığı və Nərgizlə Leylanın rəsmlərini masanın üstündə ilk dəfə gördüyüm həmin səhər bu iki balaca qızın uşaqlığının son səhəri idi. Əlbəttə, onlar yenə də uşaq oyunları oynayacaq, uşaq rəsmləri çəkəcəklər. Amma artıq bu rəsmlərdəki quşların qanadları, ayı balalarının qucağında hədiyyə torbaları olmayacaq, masaların ətrafında stullar çatışmayacaq. Artıq onlar çox şeyə başqa cür baxacaqlar...

Neyləyək? Necə eləyək ki, hamımızın sevdiyi Nəcəfin sevimli balaları da, bizim candan artıq istədiyimiz övladlarımız da  onları həyatın çirkinliklərindən qorumaq üçün qurduğumuz qalalar bəd gələn bir Allah səhəri uçub-dağılanda, bu dünya uşaqlarımıza başqa cür, əslində isə olduğu kimi - İNDİ olduğu kimi görsənməsin? Arzuladığımız, uşaqlarımızı hazırladığımız gələcəyi -təmizliyi, halallığı, ləyaqətli həyatı necə yaradaq, necə quraq? Bu qovhaqovda, bu vurhavurda, şair demiş, "bu basabasda" Nəcəfin övladı, dostu, tanışı, yoldaşı olmaq məsuliyyətini necə daşıyaq?

Köçəkmi, qalaqmı? Qalırıqsa necə qalaq, harda qalaq, kimlə qalaq?..

 

 Babək Muradov

 Zirvələr fəth etməyi sevərdi

 Biz bir institutda oxuyurduq. Məndən bir kurs aşağıda olsa da institutun turizm və alpinizm bölməsi bizi çox vaxt birləşdirirdi. Nəcəf bəylə bir yerdə Azərbaycanda çox yerləri gəzmişəm. Quba, Qusar, Şamaxı, Qəbələ... rayonlarında neçə-neçə dağa, təpəyə birgə çıxmış, neçə-neçə bulaqdan birgə su içmiş, neçə-neçə düzənlərdən birgə gül dərmişik. Onunla yol yoldaşı olmaq adama ləzzət verirdi- arxayın olurdun ki, sənin yanında qayğıkeş, söhbətcil və ağıllı bir dostun var.

Nəcəf bəy xüsusən dağları çox sevərdi. Hara getsək sıldırım qayalara dırmaşardı. Bəzən yoldaşlarımız zarafatla ona deyərdi ki, ay Nəcəf, nə tapmısan bu keçəl qayalarda? O da qayıdardı ki, bu tərs, məğrur qayaların başına çıxıb onları fəth edəndən sonra zirvələrindən boylanmağın və qalib kimi aşağı düşməyin ləzzəti başqadır!

İstər aydın gündüzlərdə, istərsə də romantik gecələrdə Nəcəf bəy çalışardı ki, ya tonqal ətrafında, ya bulaq başında olan toplantıları qeyri-adi maraqlı bir əyləncəyə çevirsin, həmin görüşlər həmişə yadda qalacaq bir hadisə olsun. O, səyahət boyunca yeni-yeni oyunlar fikirləşib tapar, bu oyunların düşündürücü olmasına çalışardı.

Cəsarəti onu bəzən cəzalandırardı da. Bir dəfə qayadan hoppanarkən kürəyi daşa çırpıldı. Deyəsən, onurğası əzilmişdi. Bir saatdan artıq yerindən tərpənə bilmədi. (Allah bilir, bəlkə də xəstəliyinin ilk cücərtiləri o zamandan baş qaldırmışdı, çünki xəstəliyinin əsas mərkəzi məhz onurğasında idi. Yoldaşlarının çoxu xatırlayır ki, havalar soyuyan kimi Nəcəf bəy bel ağrılarından əziyyət çəkirdi).

Mən Nəcəf bəylə ünsiyyətdən həmişə mənəvi zövq almışam. Onunla yoldaşlıq edəndə, söhbətlərini dinləyəndə insan sanki ruhən yeniləşir, qüvvətli, ağıllı, cəsarətli olurdu. O, insana yalnız ziyalılıq, mərdlik, xeyirxahlıq, yenilməzlik, özünə inam, əməksevərlik, doğruculluq aşılayır, yaramaz duyğuları səndən biryolluq uzaqlaşdırırdı.

Nəcəf bəy kimi sadə, onun kimi səmimi və onun qədər qayğıkeş olmaq mümkün deyildi!

Unudulmaz dostumun müqəddəs ruhu qarşısında baş əyirəm!

 

Bəxtiyar Vahabzadə

 Nəcabət və nəzakət simvolu

 Ədalət Tahirzadə milli azadlıq hərəkatının öncüllərindən biri olan əziz dostumuz Nəcəf Nəcəfov haqqında xatirə yazmağı mənə təklif edəndə içdən sarsıldım. Axı yaşlı adamın özündən cavan mərhum haqqında xatirə yazması çox ağırdır. Çünki bu, mənim üçün, elə bil, təbiətin əleyhinə getməkdir. Bu məqamda bir neçə il əvvəl yazdığım şerin misraları yadıma düşdü: "Məndən cavan adamların öldüyünü eşidəndə qaldığıma utanıram".

Ancaq nə edəsən ki, bu da alın yazısıdır.

Əlimə qələm götürəndə Nəcəfin işıqlı siması gözlərim önündə canlandı. Adətən mən janrından asılı olmayaraq bütün yazılarımın sərhlövhəsini yazı bitəndən sonra qoyuram. Amma bu xatirə məqaləmdə əvvəlcə sərhlövhəni yazdım: "Nəcabət və nəzakət simvolu".

Mən Nəcəfi Meydan hadisələrindən çox əvvəllər - o, "Molodyoj Azerbaydjana" qəzetinin redaktoru işlədiyi zamandan tanıyıram. Buna görə də Nəcəf haqqında yazmaq istədiyim xatirələrimi yadıma salmaq üçün 1950-ci illərdən yazmağa başladığım gündəliklərimin 1986-89-cu illərini varaqladım. 1988-ci ilin fevralında Nəcəf mənə zəng vurubmuş.

Sovet dönəmində rusca qəzetlərin redaktorları adətən bizə zəng vuranda rusca danışardılar. Amma hələ üzünü görmədiyim, yalnız adını eşitdiyim rusca qəzetin redaktoru öncə özünü təmiz ana dilində təqdim edib söhbətə başladı. O, mənim "Yunost" jurnalının sonuncu sayında çap olunmuş şerlərim haqqında fikrini bildirib sonra xahiş etdi ki, şerlərimdən onun qəzetinə də verim. Razılaşdıq. Bir neçə gündən sonra ona L.Şereşevskinin tərcüməsində bir neçə şerimi göndərdim. Ertəsi o, mənə yenidən zəng vurub bu şerləri bəyəndiyini, lakin həmən şerlərin orijinalına baxmaq istədiyini bildirdi.

Elə bu, mənə bu cavan oğlanı tanımaq üçün kafi idi. Bir neçə gündən sonra şerlərin orijinalı ilə bərabər Nəcəfin yanına gəldim. O, şerlərin orijinalı ilə tərcüməsini səbrlə tutuşdurub gülümsündü:

- Mən deyəndə ki, şerin dəqiq tərcüməsi mümkün deyil, çoxları mənimlə razılaşmır.

Baxdım ki, o, "Yaşdan gileyliyəm" şerimin tərcüməsindən razı qalmadığını demək istəyir. Bu şerdə artıq yaşlanmağıma baxmayaraq yaşımı hiss etməməyimdən, yenə də uşaqlarla gizlənpaç oynamaq arzumdan söhbət gedir:

 İstərəm gizlənpaç oynayım yenə

Başıma götürüb çölü, çəməni.

Elə gizlənim ki, düşüb izimə

Heç tapa bilməsin qocalıq məni.

 

Tərcüməçi bu bəndi belə tərcümə etmişdir:

 Ìíå áû â ïðÿòêè ïî­èã­ðàòü, ðàññòàÿòü â ñè­çîé äûì­êå,

Çà­áèòüñÿ á â òè­øè­íó äà­ëå­êî­ãî óã­ëà.

Òà­êóþ áû íà­äåòü ìíå øàï­êó-íå­âè­äèì­êó,

×òîá ñòà­ðîñòü íà ìîé ñëåä âî­âåê íå íàá­ðå­ëà.

 Nəcəf təəssüflə başını yellədib dedi ki, tərcüməçi fikri dəqiq saxlayıb, amma orijinaldakı "gizlənmək" sözünü "şapka-nevidimka" ilə əvəz etməklə şerdəki söz oyununa (gizlənpaç-gizlənmək) diqqət yetirmədiyinə görə misraların daxili gözəlliyinə xələl gətirmişdir.

Nəcəf tamamilə haqlı idi, çünki bəndin ilk misralarında gizlənpaç oyunundan söhbət gedirsə, qocalığın məni tapmaması arzusunu bildirmək üçün "gizlənmək" sözü işlənməli idi.

Ən mühümü də - "şapka-nevidimka" əfsanəsi bizim folklorumuzda yoxdur.

Bu söhbətimizdən mənə aydın oldu ki, "Molodyoj Azerbaydjana" qəzetinin redaktoru olan bu gənc poeziyanın incəliklərini nə qədər dərindən bilir.

Bu görüşdən sonra bizim bir-birimizə olan hörmətimiz ildən-ilə dərinləşməyə başladı.

AXC-nin mübarizə dövründə və parlament iclaslarında tez-tez görüşər, məsləhətləşərdik. Mən o zamanlar parlamentdə tez-tez çıxış edər, çox hallarda Nəcəf mənim təkliflərimi dəstəkləyərdi. Onlardan biri heç zaman yadımdan çıxmır. Mən çıxışımda ermənilərin silahlandığını və bizim də ordu yaratmağımızın zəruri olduğunu dediyim zaman general Bərşadlı mənə qarşı çıxdı. O zaman mənim təklifimi müdafiə edənlərdən biri də Nəcəf oldu.

20 Yanvar hadisəsinin ertəsi mənim çağırdığım parlament iclasında rus ordusunun törətdiyi qanlı faciəyə siyasi qiymət verilməsi məsələsini qaldıranlardan ən fəalı Nəcəf idi. Nəcəf fövqəladə vəziyyətin dərhal götürülməsini və rus ordusunun Bakını tərk etməsini, əks halda bizim Sovetlər İttifaqının tərkibindən çıxmağımızı da təklif etdi.

Sonuncu məsələnin müzakirəsi uzun çəkdi. Bizə xəbər gəldi ki, rus əsgərləri parlament binasını mühasirəyə almış, soldatların bir qismi də binanın zirzəmisində yerləşdirilmişdir. Məsələnin bu yerə qədər dərinləşdiyini görən bəzi deputatların parlamenti tərk etmək fikrinə düşdüyünü bilən Nəcəf bu xəbəri mənə çatdırıb təşəbbüsü ələ aldı. AXC üzvlərindən bir neçəsi ilə bərabər Nəcəf çıxış qapılarının hamısını bağlatdırdı. Və mənə xəbər göndərdi ki, sən işində ol, qapıları bağlatdırmışam.

Elə də oldu. Toplantı səhərə qədər davam etdi.

Nəcəfin bir insan kimi xarakterinə gəlincə, onu deyə bilərəm ki, mənim bu yaşa qədər tanıdığım adamlar içərisində o, öz yumşaqlığı, nəcabət və nəzakəti ilə hamıdan seçilirdi. "İnsanın üzü və gözləri onun qəlbinin aynasıdır" kəlamının  nə qədər doğru olduğunu şamil etdiyim adamlardan biri də Nəcəf idi. Onun içində nə qədər ağrı, acı olsa da üzü və gözü həmişə işıqlı idi, çünki üzündə içinin gözəlliyini, xeyirxahlığını əks etdirən xəfif bir təbəssüm var idi. Mən onun əsəbiləşdiyini, özündən çıxdığını heç vaxt görmədim, çünki o, həmişə özündə idi.

Sözün qısası, Nəcəf Nəcəfov sözün ən geniş mənasında Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov ənənəsindən gələn əsl azərbaycanlı-türk ziyalısı idi.

"525-ci qəzet"də Nəcəfin vaxtsız ölümü haqqında yazılan məqalədə o, "cənnətlik adam" adlandırılır. Məqalə müəllifi tamamilə haqlıdır. Ömründə heç kəsi incitməyən, heç kəsin xətrinə dəyməyən, hamını özünə dost bilən, alicənablığı və xeyirxahlığı ilə özünü hamıya sevdirən, bütün bunlarla bərabər, öz əqidə və prinsipindən dönməyən bu adam, həqiqətən, cənnət adamıdır.

Bu gözəl ziyalıya Allahdan rəhmət, ailəsinə isə səbri diləyirəm.

 

23.12.1999.

 Çingiz Sultansoy

 Bizi özümüzə tanıdan Nəcəf

 

İndi bizdən uzaq görünən 89-cu il. Nəcəf Nəcəfovun baş redaktor olduğu "Molodyoj Azerbaydjana" qəzeti, o vaxtlar deyildiyi kimi, "Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında hadisələr" haqqında həqiqəti yazmağa cəsarət edən yeganə qəzet idi. Yeganə qəzet idi ki, onu Qorbaçovun "perestroyka və qlasnost" dövrünün aşkarlıq mətbu orqanı, indiki anlamda əsl qəzet adlandırmaq olardı. Nəcəf Nəcəfovu onda vəzifədən təzəcə çıxarmışdılar və ya, eyni şeydi, öz ərizəsi ilə işdən çıxmağa məcbur etmişdilər - "işində yol verdiyi nöqsanlara görə". "İşindəki nöqsanlar" ondan ibarət idi ki, Nəcəfin qəzeti Dağlıq Qarabağ problemi haqqında olanları yazırdı, hər bir azərbaycanlı, Azərbaycan vətəndaşı, ağlı başında və məntiq haqqında azca təsəvvürü olan hər bir normal insanın düşündüyünü yazırdı. Başqa Azərbaycan qəzetləri bu problem haqqında indi unudulmaqda olan "xalqlar dostluğu" və "proletar beynəlmiləlçiliyi" ruhunda materiallar verirdi. Nəzərə alsaq ki, o dövrün erməni və mərkəzi, yəni Moskvada çıxıb bütün SSRİ-də yayımlanan qəzetləri Azərbaycan və azərbaycanlılar haqqında həqarət və böhtan yazırdı, "tarixi ədalətsizlik"dən şikayətlənirdi və nəticə olaraq, "Dağlıq Qarabağ ermənilərinin ədalətli tələblərini yerinə yetirməyə çağırırdı, məsələ aydın olar. Ən müxtəlif rəyləri dərc edən müstəqil qəzetlər bolluğunda böyüyən indiki gənclərə o dövrün kommunist və komsomol qəzetlərinin (başqası yox idi) nə dərəcədə miskin olduğunu təsəvvür etmək belə çətindir. Amma fakt faktlığında qalır - erməni və rus qəzetləri bizi söyüb Dağlıq Qarabağı tələb edən vaxtı Nəcəf Nəcəfovun "Molodyoj Azerbaydjana" qəzetindən və Məmməd İsmayılın başçılıq etdiyi "Gənclik" - "Molodost" jurnalından başqa bütün respublika qəzetləri ermənilərə "qardaş" deyib, beynəlmiləl dostluğumuzdan dəm vururdular. O qəzetlərin baş redaktorları və müxbirləri isə ürəklərini çayxanalarda boşaldırdılar. Xatırlayıram ki, "Azadlıq", Sabir Rüstəmxanlının "Azərbaycan"ı və onlardan sonra gələn qəzetlər hələ yaranmamışdı...

Nə isə, Nəcəfi işdən çıxarıb, "Bakinski raboçi" qəzetinə, ya da "Vışka"ya (dəqiq yadımda deyil) şöbə müdiri təyin etdilər. Mən də xəstələnmişdim, işə getmirdim, boş vaxtım vardı, fürsətdən istifadə edib Jurnalistlər İttifaqına üzv olmaq qərarına gəldim. Hazırlanası sənədlər içərisində ən vacibi üç tövsiyə idi. Sanballı, tanınmış iki jurnalist mənə zəmanət verdi, üçüncünü Nəcəf Nəcəfovdan almaq qərarına gəldim. "Molodyojka"da bir neçə yazım getmişdi, bir neçəsini də Nəcəfin tapşırığı ilə hazırlamışdım, bu səbəbə onun oturduğu darısqal redaksiya otağının qapısını ürəklə açdım. Nəcəf müəllim xahişimi eşidib təəccübləndi:

- Məndən almaq istəyirsən, özü də indi?..

Amma razı olub, möhlət istədi. Bu dəfə mən təəccübləndim - mən biləni, yaradıcılıq ittifaqlarına zəmanət bir-iki, maksimum üç dəqiqəyə, "diziüstə" yazılır. Nəcəf isə bu işə başqa cürə yanaşdı. Oturmağı, bir siqaret çəkməyi təklif etdi və yarım saat ərzində o vaxtkı SSRİ Jurnalistlər İttifaqına zəmanət yazdı. Bu zəmanət birnəfəsə, qələm kağızdan ayrılmayaraq yazılmadı. Nəcəf onun üzərində ciddi, fikirləşə-fikirləşə çalışdı, burasına bir cümlə əlavə etdi, orasından bir-iki öz çıxartdı, ağıllı-başlı redaktə işindən sonra üzünü ağartmaya köçürüb mənə uzatdı. Böyük maraqla, özümü yeni, gözləmədiyim tərəfdən görüb tanıyaraq oxuduğum zəmanətdə indiyəcə yazdıqlarım, güclü və zəif tərəflərim səciyyələndirilmişdi. Yazını öyünə-öyünə götürüb (Nəcəf Nəcəfov mənə yüksək qiymət verərək Jurnalistlər İttifaqına üzv olmağımı tövsiyə edirdi!) işlərimin dalınca getdim, amma həmin gün də, bir həftə sonra da, bir ay, bir il sonra da fikrimdə həmin yazıya qayıdırdım.

Bu əhvalat niyə yadıma düşdü? Nəcəf Nəcəfov hətta zəmanət kimi kiçik işə də formal yanaşa bilmirdi, vaxtını, ürəyinin odunu, qələminin şirəsini əsirgəmirdi. Məni özümə tanıtdıran o zəmanəti indiyə qədər saxlayıram...

 

Ədalət Tahirzadə

 Nəcəf bəylə son görüşlərim

 1999-cu ilin sentyabrında Haydelberqdən son dəfə qayıdandan sonra da Nəcəf bəy Bakıda - qanköçürmə institutunda bir neçə yol müalicə olundu. Həm bu xəstəxanada yatarkən, həm də oradan çıxandan sonra adamlarla birbaşa ünsiyyətdən mümkün qədər yayınırdı, çünki müalicə zamanı bədəni çox zəiflədiyinə görə istənilən virus ona yoluxsaydı, ağır fəsadlar törədə bilərdi. Bundan xəbərdar olan başqa dostları kimi mən də yalnız özü çağıranda yanına gedərdim.

Bakıda xəstəxanada (Qanköçürmə institutunda) son dəfə 1-8 dekabrda yatdı. Bundan qabaqkılarda ona baş çəkməyimə icazə verməsə və mən də buna təkid göstərməsəm də, indi onunla mütləq görüşmək istəyirdim. Niyəsini bir qədər geniş açıqlayacağam.

Almaniyada son müalicə zamanı həkimlər vəziyyətinin ümidsiz olduğunu ona açıqca bildirmişdilər. Doğrudur, özü bunu ailəsindən gizlətsə də, Lalə xanım da Haydelberqlə yazışma nəticəsində həqiqəti öyrənmişdi və bu informasiya yaxın dostlarına da sızmışdı. Bəli, artıq bəlli idi ki, Ulu Tanrının onun ruhunu cismindən götürüb öz dərgahına aparmasına bir neçə ay qalıb. Buna görə də ondan yadigar qalacaq geniş bir müsahibə götürməyi düşünürdüm. Çoxlu tərəddüdlərdən sonra o hələ evdəykən olduqca ehtiyatla fikrimi ona açıqladım. Bildirdim ki, Əbülfəz bəylə böyük müsahibəm artıq bu günlərdə kitab şəklində çıxacaq; indi səninlə, sonra da xalq hərəkatının başqa liderləri ilə söhbətləşib hərəkat və xalqımızın çağdaş durumunun müxtəlif aspektləri haqqında düşüncələri öyrənərək həmin müsahibələri ayrıca kitab(ça) kimi buraxdırmaq niyyətindəyəm. Öncə yalnız təvazökarlıqdan irəli gələn inadkarlıqla razılaşmaq istəməsə də, onun düşüncələrinin cəmiyyətimizə həqiqətən faydalı ola biləcəyinə inandırdığım üçün razılaşdı, ancaq təklif etdi ki, qabaqca sualları tərtib et, söhbəti də həmin sorğular üzərində aparaq.

Təxminən 60-a yaxın sual hazırladım. Onlar ən müxtəlif sahələr üzrə idi: Nəcəf bəyin mətbuata necə gəlməsi, Xalq hərəkatında iştirakı, Xalq hərəkatına verdiyi qiymət, Elçibəy iqtidarının birillik fəaliyyətinin təhlili, çağdaş mətbuatımızın durumu və problemləri, xalqımızın indiki mənəvi-əxlaqi sarsıntılarının səbəbləri və b.

4 dekabrda xəstəxanadan cib telefonu ilə evimizə zəng vurub sabah saat 4-ə yanına çağırdı. Getdim, ancaq gördüm ki, qolunda sistem yuxulayıb, ona görə də oyatmayıb geri qayıtdım. Gəldiyimi ona deməsini tibb bacısından xahiş etdim. Axşam yenə evə zəng etdi. Qayıtmağımın səbəbini biləndə gülə-gülə dedi ki, xəstəxanadakı daimi işimlə məşğuldum da, gərək oyadaydın.

Nə isə, bir də 7 dekabr çərşənbə axşamı günü görüşməyi qərarlaşdırdıq. Həmin gün sualları və hər ehtimala qarşı  diktafonu da özümlə götürüb getdim. Mən palataya girəndə saat 4-dü. Yenə qolunda sistem yataqda yuxudaydı. Oyatmadım. Yanındakı dolabdan bir kitab götürüb (xəstəxanada da Quranın dilimizə tərcüməsini, Məhəmməd peyğəmbərin həyatını, Lev Tolstoyun "Dirilmə" romanını və b. kitabları oxuyurdu) vərəqləməyə başladım. Arada tibb bacıları, həkimlər səssizcə içəri girir, sistemi yoxlayıb gedirdilər.

Saat 5-də yuxudan oyandı. Gözlərini açıb məni görən kimi "çoxdan gəlmisən?" soruşdu. Dedim ki, 5-10 dəqiqə olar. Ərklə, özünəməxsus təbəssümlə: "Yekə kişisən, gələn kimi oyadaydın da", - dedi.

Bir azdan içi dərmanla dolu və şlanqı qoluna bərkidilmiş sistem balonunu çarpayısının yanındakı hündür çəngəldən əlinə götürüb otaqdan dışarı çıxdı. Açığı, şlanqı sallanan şüşə  qabı onun əlində görəndə içəridən göynədim. Ancaq o, həm çölə çıxanda, həm də içəri girəndə həmin qabı əlində elə laqeydliklə tutmuşdu və onu çəngələ yenidən elə sakitcə keçirdi ki, elə bil, gözlüyünü taxırmış kimi ən adi bir iş görürdü. Sistem balonunu az qala öz bədəninin tərkib hissəsi kimi təbii qəbul etməsilə sanki "belə şeylərə fikir vermə" demək istəyirdi...

Vaxtını almamaq, çox yormamaq üçün birbaşa mətləbə keçərək sualları oxudum. Bəyəndi. Ancaq bir çoxu üzərində ciddi düşünmək, faktları dəqiqləşdirmək gərək olduğunu dedi. Belə qərara gəldik ki, xəstəxanadan çıxandan sonra evdə gündə 15 dəqiqə-yarım saat olmaqla suallar bitincəyədək bir neçə gün görüşüb söhbətləşək, bu vaxt içində o da öz yaddaşını bərpa etsin.

Sonra bəzi suallarla bağlı maraqlı əhvalatlar danışmağa başladı. Diktofonu işə salmaq istəsəm də "evdə hər şeyi ətraflı yazarıq" dedi, mən də arxayınlaşıb danışığı lentə yazmadım, söylədikləri ilə bağlı dəqiqləşdirmələr aparmağa ehtiyac duymadım. Axı səhhətinin normala yaxın görünən durumuna və nikbin əhval-ruhiyyəsinə baxanda qətiyyən ağlıma gəlməzdi ki, bu, mənim onunla müsahibə mövzusunda son söhbətim ola bilər...

Nəysə. Köhnə xatirələr çözələndikcə onda indiyədək heç vaxt görmədiyim bir "səxavətlə" hadisələri açıb-tökür, konkret şəxslərlə münasibətlərindən həvəslə danışırdı.

Öncə "Molodyoj Azerbaydjana" qəzetindəki ilk çalışmaları zamani başına gələnlərdən və Azərbaycan LKGİ MK-nın o zamanki birinci katibi ilə soyuq münasibətlərindən, sonra isə Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovla görüşlərindən söz açdı.

Aşağıda oxuduqlarınız onun söylədikləridir. Nədəsə yalnışlığa yol vermişəmsə, nəysə qarışdırmışamsa Nəcəf bəyin ruhundan dönə-dönə üzr istəyirəm.

 ***

1988-in fevralında Sumqayıt hadisələri baş verəndən sonra mart ayında şəhərin bütün rəhbərliyini, o sıradan şəhər komsomol komitəsinin I katibini işdən çıxarmaq istəyirdilər. Bu məsələ hələ Azərbaycan LKGİ MK Bürosunun iclasında müzakirə edilərkən mən (büro üzvü olmasam da) həmin katibi qətiyyətlə müdafiə etdim, çünki o, hadisələrin qarşısını almaq, yaxud onların mənfi təsirini azaltmaq üçün əlindən gələni etmiş, xeyli iş görmüşdü. Mənim mövqeyimi qabaqcadan bilən büro üzvlərinin bir çoxu dedi ki, Nəcəf bəy, biz də sənin kimi düşünürük, ancaq ürəyimizdəkini deməyə, açığı, cəsarətimiz çatmır; çəkinmə, qabaqca sən danış, biz də sənə dayaq verək. Bəli, mən var gücümlə Sumqayıt komsomolunu müdafiə etdim və həqiqətən, məni dəstəkləyənlər də çox oldu. Elə bu ciddi müqavimətin nəticəsində, hər halda, həmin büro iclasında Sumqayıt katibini işdən çıxarmaq mümkün olmadı. Bundan sonra respublika komsomolunun rəhbəri ilə münasibətlərimiz daha da soyuqlaşdı. Çox keçmədən kimlərsə bürodakı çıxışımla guya əslində Sumqayıt partiya təşkilatının I katibi Cahangir Müslümzadəni müdafiə etməyim haqqında cəfəng fikirlər ortaya atdılar.

Ölkə komsomolunun başçısı ilə münasibətlərim başqa məsələyə görə də qəlizləşmişdi. Onun "Molodyojka"ya "ideoloji rəhbərlik" etmək istəyinin qarşısını qətiyyətlə alırdım. İlk vaxtlar özü şəxsən mənə zəng vurub qəzetdəki yazılara iradını bildirər, müxtəlif tələblər irəli sürərdi. Qəzetdə "imtiyazlı" rayonlardan birinin Komsomol Komitəsinin işini kəskin tənqid etməyimiz onu hövsələdən çıxardı. Belə materialları verməzdən öncə ondan icazə almaq lazım olduğunu bildirdi və məndən layiqli cavabını da aldı. Dəfələrlə etdiyi zənglər zamanı mənim irəli sürdüyüm əsaslar qarşısında cavab tapa bilməyən "rəhbər" səylərinin boşa çıxdığını görüb mənimlə yalnız köməkçisi vasitəsilə əlaqə saxlamağa başladı.

Sumqayıt hadisələrindən 2 ay yarım keçmiş - 1988-in mayında Kamran Bağırovu Əbdürrəhman Vəzirov əvəz etdi. Onun işə başlamasından az müddət keçmişdi ki, Mərkəzi Komitədən zəng vurub sabah saat filanda Moskva prospektində Bağırov körpüsü yanındakı filan tikinti sahəsində olmağımı tapşırdılar və Vəzirovun orada mənimlə görüşəcəyini bildirdilər. Başqa heç nə demədilər. Çox fikirləşdim ki, görəsən, Vəzirovun mənimlə nə işi ola bilər?

Nəysə, deyilən vaxtda deyilən yerdə oldum. Vəzirov gəldi, yanında da çoxlu rəsmi şəxslər: MK katibləri, MK Bürosunun üzvləri, nazirlər və b. Onlardan ayrılıb mənə yanaşdı və qoluma girərək həmin sahədə gəzişə-gəzişə söhbətə başladı.  Qorbaçovsayağı danışığının başı-ayağı yoxdur. Nə qədər çalışdımsa, dediklərinin ana xəttini tuta bilmədim. Arabir mənim də fikrimi öyrənmək istəyəndə ümumi sözlərlə cavab verirdim. Birdən dedi ki, sən gərək komsomol MK-sı Bürosunun üzvü kimi öz prinsipial mövqeyini açıq bildirəsən. Mən büro üzvü olmadığımı söyləyəndə təəccübləndi, ancaq özünü sındırmadı: "Yaxşı, büro üzvlüyünə namizəd ki varsan". Respublika komsomolu qəzeti redaktorunun heç üzvlüyə namizəd də olmadığını biləndə əsəbiləşdi, "bununla məşğul olarıq" dedi.

Təxminən yarım saatdan sonra ayrıldıq. Açığı, görüşdə məqsədinin nə olduğunu heç cür müəyyənləşdirə bilmədim. Təkcə bunu hiss etdim ki, deyəcən, Vəzirov məni komsomola I katib qoymaq istəyir, buna görə də səviyyəmi yoxlayır (Sonralar aldığım bəzi siqnallar onun həqiqətən belə bir fikrə düşdüyünü təsdiqlədi). Ancaq ölkə başçısının mənim qoluma girib nümayişkaranə şəkildə "böyük-böyük" adamların qarşısında gəzməsi müxtəlif adamlarda mənə qarşı ən müxtəlif münasibətlər doğurdu...

Artıq Xalq hərəkatı qızışmağa başlayırdı, ancaq hələ onun idarəedici təşkilatı yoxdu. Mən qəzetdə Qorbaçovun yenidənqurma şüarlarından istifadə etməklə xalqımızın istəkləri, ermənilərin torpaq iddialarının əsassızlığı, demokratik islahatlar aparılmasının zəruriliyi və b. məsələləri işıqlandırmağa çalışırdım. Milli münasibətlərə aid böyük bir yazını erməni müxbirimizin öz imzası ilə buraxmışdım. Çox keçmədən məni Vəzirovun yanına çağırdılar.

MK I katibinin qəbulunda ilk dəfə olurdum. Qəbul otağında Bəxtiyar Vahabzadə, Cəmil Əlibəyov və indiki xatırlamadığım başqa adamlar da vardı. Bizimlə görüşən Vəzirov hadisələrə münasibətimizi soruşurdu. Sıra mənə çatanda qəzetdə gedən yazıya kəskin etiraz etdi, məni "millətçi", "ara qızışdıran" adlandırdı. Öz fikirlərimi əsaslandırmaq istəyəndə əlini qəzəblə stola çırpıb üstümə qışqırmağa başladı. Mən əlimi stola ondan da bərk çırpdım və mənə qulaq asmasını ucadan tələb etdim. Bir də gördüm ki, ətrafdakıların gözləri təəccübdən bərələ qalıb - "kakoy nibud" bir qəzet redaktoru respublikanın ağasına belə "emosional" cavab qaytarır! Görünür, haqsızlığa dözməməyim Vəzirova təsir göstərdi və o, "bağışla, bir qədər qızışdım" deyərək üzrxahlıq etdi. Bu alicənablığının qarşısında borclu qalmayaraq "görünür, mən də bir qədər qızışdım" deyərək öz növbəmdə mən də ondan üzr istədim.

Bu görüşdə mənə iki şey aydınlaşdı. Birincisi, "Molodyojka"nın çıxışı Moskvada - Sov. İKP MK-da bərk narazılıq doğuraraq müzakirə edilib (Vəzirovun əsəbiliyi də bundan irəli gəlirdi). İkincisi, Vəzirovun məni respublika komsomolunun başçısı görmək arzusu gözündə qaldı, çünki hansı avam belə bir "qabağından yeməyəni" vəzifəyə qoyardı ki?!

1988-in Meydan epopeyası başlayanda qəzetin Dağlıq Qarabağla bağlı bir yazısını, görünür, Qlavlit Vəzirova çatdırmışdı. Mənə zəng vurub həmin yazını nömrədən çıxarmağımı tələb etdi. Əslində həmin yazı çox da prinsipial deyildi və onu verməməklə qəzet elə bir şey itirməzdi də. Vəzirov yumşaq tonda danışsaydı, yəqin ki, heç bir problem yaratmadan ona qulaq asardım. Ancaq onun amiranə tələbi məni tərsliyə saldı və yazının hökmən gedəcəyini bildirdim. Çox çənə-boğazdan sonra heç olmazsa oradakı iki abzasın verilməməsini xahiş etdi və daha bu sözünü yerə salmadım.

Ancaq tərsliyimi və hərəkatda iştirakımı mənə bağışlamaq istəmədilər. Redaktorluqdan çıxmaq haqqında ərizə verməyimi israrla tələb etməyə başladılar. Əlbəttə, mən mübarizə aparmadan, könüllü istefa vermək fikrində deyildim və məni hansı əsaslarla çıxaracaqları ilə maraqlanırdım. Ancaq komsomolun rəhbərliyi ərizə yazmağımı bir daha tələb etdikdə rusca belə məzmunda bir ərizə yazıb verdim ki, səviyyəsi mənim təsəvvürümdəki hətta ən kövrək meyarlara belə uyğun gəlməyən bir şəxsin rəhbərliyi altında işləmək istəmədiyimə görə məni işdən azad etməyinizi xahiş edirəm...

Sonrakı çox kəskin münaqişələrimizə də baxmayaraq, ümumən götürdükdə Vəzirov gerçəkdən də demokratik təbiətli və qətiyyən kin saxlamayan nəcib bir insandır. Bir andaca əsib-coşar, basıb-kəsər, çox keçmədən yenə gülməyə, zarafata başlardı. Ancaq onun ölkəyə rəhbərlik üsulları və şəxsi keyfiyyətləri ölkəmizdəki mövcud gerçəkliklərlə uzlaşmırdı və o, Azərbaycan kimi mürəkkəb bir yeri idarə etmək gücündə deyildi. Xüsusən yerli şəraiti, ana dilimizi və milli xüsusiyyətlərimizi pis bilməsi onu acınacaqlı duruma saldı.

 ***

Mən Nəcəf bəydən onun guya Əfrand Daşdəmirovun adamı olması haqqında bir vaxtlar yayılmış fikirlərə aydınlıq gətirməsini xahiş etdim. Bildirdi ki, Ə.Daşdəmirov mənə ana tərəfdən uzaq qohumdur, ancaq onunla heç vaxt əlaqəmiz olmayıb, heç nədə ondan kömək istəməmişik. Bir dəfə MK-da olduğum zaman (bu vaxt Vəzirovla "ünsiyyət"imizin qızğın çağlarıydı) məni öz kabinetinə çağırdı və gülə-gülə rusca dedi ki, qoçaq, bizim qohum olduğumuzu söyləyirlər, yəni doğrudan qohumuq? Mən də ona rusca cavab verdim ki, biz elə dərəcədə qohumuq ki, mən sizdən heç vaxt, heç nə ummayacağam. Vəssalam. Sonralar kimlərsə bu mövzunu qabartmaqla mənim hərəkatdakı səmimiyyətimə kölgə salmaq istəyirdi, ancaq əbəs yerə (Ə.Daşdəmirovun hətta Nəcəf bəyin dəfnində belə iştirak etməməsi onların qohumluq ünsiyyətinin yoxluğunu bir daha təsdiqlədi).

Nəcəf bəylə söhbətimiz davam edərkən palataya baş həkim və iki başqa həkim girdilər. Onlar da Nəcəf bəyin durumunu yaxşı bildiklərinə görə məyusdular, ancaq bunu hərəkətlərində gizlətməyə çalışırdılar. Baş həkim özünü şux göstərməyə, Nəcəf bəylə nikbin ruhda danışmağa nə qədər can atsa da, istədiyi kimi alınmırdı. Digər həkimlər də hissolunacaq dərəcədə pərt görünürdülər. Sözsüz ki, onlardakı ürək yanğısından, qayğıkeşlikdən doğan bu bədbin əhval-ruhiyyəni duymuş Nəcəf bəyin söhbətində, davranışında özünü elə məğrur, cəsarətli, nikbin aparırdı ki, sanki həkimləri ruhlandıraraq, "mən yazıq gəlinəsi adamlardan deyiləm" demək istəyirdi.

Təxminən 1 saat çəkən görüşümüz söhbəti evində davam etdirmək diləyilə sona yetdi.

Dekabrın 8-ində xəstəxanadan çıxsa da, onunla bir də bazar günü (12 dekabrda) görüşdüm. Müsahibəyə başlayacağıma bərk ümidliydim, buna görə diktofon da götürmüşdüm. Ancaq gözlədiyimin əksi oldu. Qızdırmadan şikayətləndi. Dedi ki, iki gündür istiliyim 37,5-39,5 dərəcədən aşağı düşmür. Bilmirəm xəstəliyimdəndir, yoxsa soyuqlamışam. Mən "yəqin özünü haradasa soyuğa vermisən" deyə təsəlli verməyə və həm onu, həm də özümü bu sözlərə inandırmağa çalışdım. Ancaq, sən demə, artıq yavaş-yavaş beyninə qan sızırmış və qızdırma da qansızmanın ilk nəticəsiymiş.

Mənim yanımda özünü həmişə çox sərbəst apardığı üçün bu dəfə də adyala bürünüb divanda yarıuzanmış vəziyyətdə söhbətə başladı. Gördüm ki, onu yalnız və yalnız dini mövzular maraqlandırır. Dedi ki, mən namazda işlənən bütün vacib surələri, duaları əzbərləmişəm, ancaq namaz qılmağa səhhətim imkan vermir, ona görə də namazı dualarla əvəzləyirəm. Bəs duanı necə oxumalıyam ki, Allah-Taala onları qəbula yetirsin?

Mən də dini savadımın imkan verdiyi çərçivədə onun suallarını cavablandırdım.

Gəlişimin əsil məqsədini bilsə də, ondan söz salmadığına görə mən də altını-üstünü vurmadım. Bir saatdan sonra ikinci namazını evimizdə qılmaq bəhanəsi ilə ayağa durdum, çünki özü nə qədər gizlətməyə çalışsa da, bədənindəki narahatlığı hiss edirdim. Qalıb namazımı onlarda qılmağı təklif etsə də, razılaşmadım. Qapıdan çıxmaq istədiyim ərəfədə dedi ki, müsahibəyə, inşallah, yaxşı olduğum gün başlayarıq.

Axşam evimizə zəng vurdu. Üzr istəyirdi ki, evdə qalmaq üçün sənə təkid göstərmədim. Qayıtdım ki, birincisi, sən lazım olduğundan da artıq təkid göstərdin, ikincisi də, sən yox, mən üzr istəməliyəm ki, səni çox narahat etdim. O da mənim könlümü aldı ki, hətta ən ağır vəziyyətimdə də sənin kimi dostlarımla ünsiyyət mənim vəziyyətimi yüngülləşdirir.

Bu mənim Nəcəf bəylə bu dünyada son söhbətim oldu. Heç cür inanmazdım ki, onu vur-tut 5 gündən sonra - belə ildırım sürətilə biryolluq itirə bilərəm!..

14 dekabr gecəsi beyninə qansızma güclənmiş, başında bir neçə saatlıq olduqca şiddətli ağrılar yaranmış, bunun nəticəsində nitqini itirmiş və yatağa düşmüşdü. Həkimlər artıq hər şeyin bitdiyini demişdilər.

15 dekabrda ona baş çəkdiyim zaman yataqda hərəkətsiz qalmışdı və heç kəsi tanımırdı. Yalnız sol əli tərpənir, Lalə xanımın əlini sıxırdı. Bu vəziyyətində ürəyində dua oxuyub çox çətinliklə salavat çevirirmiş.

Ertəsi gün bədəni artıq tam hərəkətsizdi. Qan sızmış beyni bütünlüklə fəaliyyətsizdi. Bədənində yalnız ürək işləyirdi.

Başqa dostları ilə birlikdə gecə yarısınadək yanında qaldıq. Artıq onun saatlarını sayırdıq.

Dekabrın 17-sində səhər saat 5.10-da Lalə xanım telefon açaraq məni çağırdı. Taksi ilə özümü təcili onlara çatdırdım. Nəfəsinin təngidiyini görüb Quran oxumağa başladım. Bir azdan dostumuz Etibar Axundov da gəldi (Lalə xanım onu da çağırmışdı) və Quran oxumağı o davam etdirdi. Saat 9-a işləyəndə başında kəskin istilik oldu və alnını soyuq tər basdı. Bir neçə dəqiqədən sonra xırıldayaraq nəfəs almağa başladı. Bu əzablı canvermə anında da nurlu sifəti öz təbii rəngini və gözəlliyini saxlamışdı. Hətta ağzından bircə damcı belə köpük gəlmədi. Yalnız sol gözünün qapağı qansızmadan azca qaralmışdı. Üzündə elə bir rahatlıq duyğusu donub qalmışdı ki, sanki indicə harasa qonaq getməyə hazırlaşır...

Müqəddəs Ramazan ayının 9-unda, müqəddəs cümə günü səhər saat 8.23-də Nəcəf bəyin müqəddəs ruhu Ulu Tanrının dərgahına köçdü.

Nəcəf bəy bizə yalnız kişi kimi yaşamaq yox, kişi kimi ölmək dərsi də keçdi!..

5-6 yanvar, 2000.

  

Faiq Axundov

 Buzlu sudan qorxmadı 

Mən Nəcəfi 1958-ci ildən tanıyıram. Uşaqlığımız bir yerdə keçib, bir yerdə böyümüşük.

Nəcəf kitab oxumağı çox sevərdi. O, həmişə oxumaq, nəyisə öyrənmək, nəyəsə nail olmaq arzusunda idi.

Səyahətlərə, gəzintilərə həmişə bir yerdə gedərdik. Ona görə də onu çox yaxşı tanıyırdım, daxili aləminə çox yaxşı bələd idim.

Nəcəf son dərəcə iradəli, heç kimə əyiləməyən bir insandı. Mən həmişə belə bir dostumun olmasından qürur duyur, onunla fəxr edirdim. O, həm dostlarına, həm də qohumlarına, yaxınlarına çox mehriban, həssas münasibət bəsləyər, onlara qayğı ilə yanaşardı. Çətinlik çəkənlərə imkanı daxilində yardım edərdi.

Bir dəfə qışda növbəti səfərimiz Alazan çayına düşdü. Biz qayıqla çayda üzərkən gördük ki, bir qayıq daşa ilişərək çevrilib, bir neçə adam da qıraqdan baxır. Su həddən artıq soyuq olduğuna görə, heç kəs ora girməyə ürək etmirdi. Bu vaxt Nəcəf şaxtalı havada bumbuz suyun içinə cəsarətlə atıldı və qayığı sudan çıxarmağa kömək etdi. Bu, mənim onda müşahidə etdiyim onlarca hadisədən yalnız biridir!

 Hikmət Hacızadə

Nəcəf mənim məqalələrimi rusca oxumağı xoşlayırdı. Ona görə də mən  tərtibçilərdən bu məqaləni kitabda tərcüməsiz verməyi xahiş etdim.

 Íàä­æàô óøåë. Ãäå-òî äîë­æåí ïîÿ­âèòüñÿ íî­âûé Íàä­æàô 

Âîò óæå òðå­òèé ðàç çà ìîþ æèçíü ìåíÿ ïðîñÿò íà­ïè­ñàòü íåñ­êîëüêî äîñ­òîé­íûõ ñëîâ î ìî­èõ äðóçüÿõ ïî Íà­ðîä­íî­ìó äâè­æå­íèþ. Ñíà­÷à­ëà ýòî áûë áåçâðå­ìåí­íî óøåä­øèé îò íàñ Àãà­ìà­ëû Ñà­äèã, çà­òåì ìåíÿ ïîï­ðî­ñè­ëè íà­ïè­ñàòü ñâîè âîñ­ïî­ìè­íà­íèÿ î íà­õîäÿùåìñÿ â çàêëþ÷å­íèè è â ñìåð­òåëüíîé îïàñ­íîñ­òè Òî­ôè­êå Ãà­ñû­ìî­âå, òå­ïåðü - Íàä­æàô. Íî ÷òî ïè­ñàòü î ëþäÿõ, ñ êî­òî­ðû­ìè ìû æè­ëè êàê áû äðóã â äðó­ãå? Ýòî òî æå ñà­ìîå, ÷òî ïè­ñàòü ýïè­òà­ôèþ î ñå­áå.

 ***

Íà­âåð­íîå äðó­ãèå ïîä­ðîá­íî íà­ïè­øóò: ðî­äèëñÿ.., ðà­áî­òàë.., áî­ðîëñÿ.., íå ñäà­âàëñÿ.., îñ­òà­âèë ïîñ­ëå ñåáÿ öå­ëóþ øêî­ëó: È âñå ýòî - ïðàâ­äà, íî äëÿ ìåíÿ ýòè ­âà çàñ­ëî­íå­íû îá­ðà­çîì äðó­ãà.

Íàä­æàô ëþáèë æèçíü, îí èç­ëó­÷àë æèçíü è íå ïîç­âîëÿë òåì­íî­òå, êî­òî­ðàÿ ñî âðå­ìå­íåì âñå áîëüøå îê­ðó­æà­åò íàñ, âçÿòü íàä íà­ìè âåðõ. È êîã­äà ìíå õî­òå­ëîñü íà äîë­ãî ñïðÿòàòüñÿ îò ëþäåé, ïîã­ðó­çèòüñÿ â ñâîþ äåï­ðåñ­ñèþ, Íàä­æàô íà­õî­äèë ìåíÿ, ïî÷­òè íà­ñèëüíî âû­òàñ­êè­âàë íà êà­êîé-òî ìà­ëåíüêèé, êà­æó­ùèéñÿ áåññìûñ­ëåí­íûì, ïðàçäíèê è æèçíü ñíî­âà áðà­ëà âåðõ íå­ïîíÿòíûì ìíå ñïî­ñî­áîì.

 ***

Êî­ìó-òî õî­÷åòñÿ âå­ðèòü, ÷òî Íàä­æàô â îá­­ùåñòâåí­íîé æèç­íè áûë ôè­ãóð­íîé ïðè­ìèðÿþùåé. Íåò, ýòî íå òàê. Îí áûë äî ìîç­ãà êîñ­òåé ôðîí­òî­âè­êîì, íå ïðèåìëþùèì äèê­òà­òó­ðû, ôðîí­òî­âè­êîì â ìî­åì ïî­íè­ìà­íèè ýòî­ãî ñëî­âà: ÷å­ëî­âå­êîì, äëÿ êî­òî­ðî­ãî ÷åñòíîñòü è ñïðà­âåä­ëè­âîñòü áû­ëè âû­øå öå­ëå­ñî­îá­ðàç­íîñ­òè è âû­ñî­êîé ïî­ëè­òè­÷åñ­êîé öå­ëè. Íàä­æàô áûë ãî­òîâ áî­ðîòüñÿ çà ïðà­âà îä­íî­ãî, êîíêðåò­íî­ãî ÷å­ëî­âå­êà ñ òîé æå íàñ­òîé­÷è­âîñòüþ, êàê îí áî­ðîëñÿ çà íå­çà­âè­ñè­ìîñòü ñòðà­íû, ÷òî ïîñ­òîÿííî íàáëþäà­ëîñü â åãî äåÿ­òåëüíîñ­òè è â Íà­ðîä­íîì Ôðîí­òå, è íà ïîñ­òó ðå­äàê­òî­ðà ãà­çå­òû, è íà ïîñ­òó â äå­ìîê­ðà­òè­÷åñ­êîì ïðàâè­òåëüñòâå. Ñàì î ñå­áå îí ãî­âî­ðèë, ÷òî íå ÿâëÿåòñÿ ïî­ëè­òè­êîì, íå ðàç­áè­ðà­åòñÿ â ïî­ëè­òè­÷åñ­êèõ õèò­ðîñïëå­òå­íèÿõ. Îä­íà­êî ñïðà­âåä­ëè­âîñòü â åãî ñåðäöå òâî­ðè­ëà òó ÷àñòü ïî­ëè­òè­êè, êî­òî­ðîé áîëüøå âñå­ãî íå õâà­òà­ëî íà­øå­ìó äâè­æå­íèþ. Âåäü ïî ñó­òè ìû îò­ëè­÷à­åìñÿ îò âñåõ íèõ òåì, ÷òî Íàä­æàô è åìó ïî­äîá­íûå áû­ëè ñ íà­ìè.

 ***

Íàä­æàô âñå âðåìÿ ñòðî­èë ïëà­íû, ãëàâ­íûì èõ êî­òî­ðûõ áû­ëî îñ­íî­âà­íèå åæåä­íåâ­íîé íå­çà­âè­ñè­ìîé ãà­çå­òû. Îí áåç êîí­öà ñî­âåð­øåíñòâî­âàë ìà­êåò ýòîé ãà­çå­òû, äå­ëèëñÿ ñ íà­ìè ñâî­è­ìè ïðî­ôåñ­ñè­î­íàëüíû­ìè èäåÿ­ìè, ñîñ­òàâëÿë áèç­íåñ-ïëàí. Íó­æåí áûë ëèøü ñïîí­ñîð, íî íå ñóäüáà: íî­âûå ãà­çå­òû â ñòðà­íå ó÷­ðåæ­äà­ëèñü ïî÷­òè êàæ­äûé ìåñÿö è íè îäèí èç ñïîí­ñî­ðîâ íå îñ­ìå­ëèëñÿ îá­ðà­òèòüñÿ ê Íàä­æà­ôó - îí áûë ñëèø­êîì àâ­òî­ðè­òå­òåí è íå­çà­âè­ñèì. 

***

 îò­ëè­÷èå îò äðó­ãèõ ìî­èõ äðó­çåé, êî­òî­ðûõ ÿ ïî÷­òè íà­ñèëüíî ïû­òàþñü çàñ­òà­âèòü ïðî­÷åñòü êà­êóþ íè­áóäü êíè­ãó, íó, õîòü ÷òî-íè­áóäü, êðî­ìå ãà­çåò, Íàä­æàô ïîñ­òîÿííî ÷è­òàë, ñëó­øàë ñåð­úåç­íóþ ìó­çû­êó, ÷òî-òî äëÿ ñåáÿ îòêðû­âàë, äå­ëèëñÿ ñî ìíîé, ïîñ­òîÿííî òðå­áî­âàë ó ìåíÿ âñå íî­âûõ è íî­âûõ êíèã.

 ***

Óõóä­øàþ­ùå­åñÿ çäî­ðîâ­üå íå ïîç­âîëÿëî Íàä­æà­ôó çà­íè­ìàòüñÿ àê­òèâ­íîé îá­ùåñòâåí­íîé æèçíüþ, íî îí êàê íèê­òî æèë ïðîá­ëå­ìà­ìè ñòðà­íû è äâè­æå­íèÿ. Íåì­íî­ãèå çíàþò, ÷òî èç ñâî­èõ ïîñ­ëåä­íèõ ñèë Íàä­æàô ïû­òàëñÿ ïðå­äîòâðà­òèòü íà­ìå­÷àþ­ùèéñÿ ðàñ­êîë â äâè­æå­íèè. Îð­ãà­íè­çî­âàâ ìåíÿ è Ñà­áè­òà Áà­ãè­ðî­âà â ìè­ðîò­âîð­÷åñ­êóþ ãðóï­ïó, îí òà­ùèë íàñ òî ê ìó­ñà­âà­òèñ­òàì, òî ê ôðîí­òî­âè­êàì, ïðè­çû­âàÿ èõ ê ñîò­ðóä­íè­÷åñòâó è öè­âè­ëè­çî­âàí­íûì ïðà­âè­ëàì ïî­ëè­òè­÷åñ­êèõ èãð, áåç êî­òî­ðûõ, îí ïî­íè­ìàë, ïî­ëè­òè­êà îáîé­òèñü íå ìî­æåò. Íå óäà­ëîñü, âåð­íåå, âðå­ìå­íè íå õâà­òè­ëî. Íî êòî-òî æå, êà­êîé-òî äðó­ãîé Íàä­æàô, äîë­æåí ýòèì çàíÿòüñÿ.

 ***

Ìíå âè­äèòñÿ, ÷òî ñ óõî­äîì Íàä­æà­ôà êî­ëè­÷åñòâî Íàä­æà­ôîâ â îá­ùåñòâå íå óìåíüøèòüñÿ. Ãäå-òî, âå­ðîÿòíî, äîë­æåí ðî­äèòüñÿ íî­âûé Íàä­æàô, èëè ó êà­êî­ãî-òî Ìà­ìå­äà­ëè âäðóã â ñåðäöå çàæ­ãåòñÿ íå­îá­õî­äè­ìûé äëÿ ýòî­ãî îãîíü. Íî ÷òî­áû ñòàòü Íàä­æà­ôîì, îä­íî­ãî îãíÿ íå­äîñ­òà­òî÷­íî. Íà­äî ìíî­ãî ÷è­òàòü, ìíî­ãî äó­ìàòü, ðà­áî­òàòü, ðà­áî­òàòü è ñíî­âà äó­ìàòü. Âîç­ìîæ­íî åñòü è åùå êà­êîé-òî ñåê­ðåò äëÿ òî­ãî, ÷òî­áû ñòàòü ÷å­ëî­âå­êîì, ñ êî­òî­ðûì ìîæ­íî îá­ùàòüñÿ ÷à­ñà­ìè è ÷óâñòâî­âàòü ñåáÿ òà­êèì æå ÷åñòíûì è ïî­ëåç­íûì.

 Xəliyəddin Xəlilov

Fövqəladə vəziyyətlərin fövqəladə qəhrəmanı

 Azərbaycanda insanları zaman-zaman ayağa qaldıran müstəqillik ideyaları 1988-ci ildə erməni təcavüzü ilə bağlı yenidən baş qaldırmağa başladı. Azadlıq ideyaları kütlələri hərəkətə gətirməklə bərabər, bacarıqlı liderlər də yetirdi. "Molodyoj Azerbaydjana" qəzetinin redaktoru Nəcəf Nəcəfov 1988-ci ilin fövqəladə təlatümlü günlərində öz təşkilatçılıq bacarığı, biliyi, qayğıkeşliyi, səmimiliyi və qətiyyətilə xalqın sevimlisinə çevrildi. Hərəkatın zirvəsi olan təlatümlü noyabr-dekabr Meydanı "Molodyoj Azerbaydjana" qəzetini və onun redaktorunu istiqlal mübarizəsinə qalxmış xalqımıza xidmət nümunəsi kimi təqdim etdi.

Azərbaycanın 80-ci illər müstəqillik mübarizəsi tarixinə və Nəcəfin həyat yoluna nəzər saldıqda aydın olur ki, həyatın sakit anlarında o, diqqəti çox da cəlb etmir. Lakin fövqəladə hadisələrin baş verdiyi ən gərgin anlarda o, bir parlaq lider kimi meydana çıxır.

"Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununun qəbul edilməsi uğrunda mübarizə Nəcəf bəyin fövqəladə vəziyyətlərdə işləməkdə müstəsna bacarığının olduğunu ikinci dəfə üzə çıxardı. Azərbaycanın müstəqilliyi naminə həyatından belə keçməyə hazır olan Nəcəf bəy o vaxtlar hələ çoxlarının açıq tənqid etmək cəsarətində bulunmadığı MK-nın I katibiylə üz-üzə gəldi və sərt mükalimədə yarım addım belə geri çəkilmədi. Halbuki belə cəsarətli davranışın onu ən azı bir neçə il azadlıqdan məhrum edə biləcəyinə, ailəsini, nəslini uzun illər təqibə məruz qoyacağına heç kəs, o sıradan özü də qətiyyən şübhə etmirdi.

Bundan çox keçməmiş - dəhşətli 20 Yanvar hadisəsi Nəcəfi xalqa yenidən mərd, qorxmaz, fədakar bir lider kimi tanıtdı. O, AXC İdarə Heyətinin üzvləri arasında həmin gecə rus tanklarının qarşısına sinə gərmiş insanlarla birgə olan iki nəfərdən biri idi.

Yuxarıda xatırladığımız hadisələr Nəcəf bəyi döyüşkən, qorxmaz lider kimi təqdim edir. Ancaq o, ilk növbədə ideoloji rəhbərdir. Bu xüsusiyyəti istər "Molodyoj Azerbaydjana", istərsə də "Azadlıq" qəzetində redaktor olanda özünü daha parlaq şəkildə göstərdi. Bizcə, Nəcəf bəyi ideoloji rəhbər kimi qəti şəkildə təsdiqləyən ən mühüm hadisə 21-22 yanvar tarixdə keçirilmiş Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasıdır.

21-i günü biz - ictimai dəfn komissiyasının bir neçə üzvü axşam saat 7 radələrində sessiyada iştirak etmək üçün Ali Sovetin binasına gəldik. Binanın girəcəyində qarmaqarışıqlıqla rastlaşdıq. Bəzi deputatlar çıxıb getmək istəyirdi, tanımadığım başqa adamlarsa buna imkan vermirdilər. Milis hadisəyə müdaxilə etmirdi.

İclas zalına gəldik. Yazıçı İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə Rəyasət Heyətində əyləşmişdilər. Zalda deputatlar, AXC-nin təxminən 15-20 nəfər üzvü, ictimaiyyətin və "qeyri-formal" təşkilatların nümayəndələri də vardı.

Zala girən kimi tanımadığımız adamlar bizə yaxınlaşıb bir azdan Bakı şəhərinin komendantı, general Dubinyakın hamını həbs edəcəyi məlumatını verdi. Buna əhəmiyyət vermədik. Bu şayiə sessiya başa çatanadək müxtəlif variantlarda davam etdi.

Zalda adamlar qrup-qrup oturub hərə öz "dairə"silə söhbət edirdi. Kimisi zaldan çıxır, kimisi daxil olurdu. Əsl qarışıqlıq hökm sürürdü. Biz də özümüzə yer etdik. Zala girdiyimiz ilk anlardan Nəcəf bəyin buradakı insanlar arasında birlik yaratmağa çalışdığını gördük. O, tez-tez bir dəstənin yanından başqasına keçir, nəsə məsləhətləşir, fikir mübadiləsi aparırdı. Mən Nəcəf bəyə yaxınlaşıb nə etmək lazım gəldiyini soruşdum. O bildirdi ki, birinci növbədə deputatların binadan çıxıb getməsinə imkan verilməməlidir, çünki qərar qəbul etməkçün yetərsay gərəkdir.

Soruşdum ki, Nəcəf bəy, bizim mövqeyimizi müdafiə etməyən deputatlar qərarlara səs verərmi? Nəcəf bəy özünəməxsus yumorla: "Bəy, narahat olma, bu deputatlar tribunadan deyilən sözlərə əl qaldırmağa vərdiş ediblər; heç vaxt tribunadan eşitdikləri sözün əleyhinə səs verməzlər",-dedi.

Nəcəf bəy tövsiyə etdi ki, rəqiblərimizə bəhanə vermədən deputatları ələ alara sovet ordusunun təcavüzkarlığını sənədləşdirən qərarların qəbul edilməsinə nail olmayırıq; maksimum cəsarətli və həssas işləmək lazımdır. İmperiyanın sadiq nökəri olan deputatların zaldan çıxıb getməsinin qarşısını aldı. Nəsə gözlənilməz bir hadisənin baş verəcəyi hissi hamını əzir, gərginlik altında saxlayırdı. Zalda oturanlar arasındakı polemikalar tez-tez kəskin narazılığına səbəb olurdu. Nəcəf bəy dərhal onlara müdaxilə edir, adamlar arasında ünsiyyətin pozulmasına, təxribata imkan vermirdi.

İsmayıl Şıxlı, İmam Mustafayev və Lütfiyar İmanovun çıxışları istisna olmaqla imperiyanın ünvanına tutarlı söz deyən deputat olmadı. Moskvanın siyasətini əcasən ictimaiyyətin nümayəndələri ittiham edirdi. Bu gedişlə sessiyanın Azərbaycanda törədilmiş vəhşiliyə qarşı qətiyyətli bir qərar qəbul edəcəyi açıq-aşkar şübhə doğururdu. Təxminən gecə saat 12 radələrində general Dubinyakın Vaqif Hüseynovla birlikdə sessiyaya gəlməsi beyinlərində DTK və Moskva xofu kök salmış partokrat deputatları daha da həyəcanlandırdı, onları əməlli-başlı qorxuya saldı. Bu hakimiyyətin sədaqətli qulu olmasıyla fəxr edən bir qrup deputatın fəallaşması da özünü açıq şəkildə üzə çıxardı. Bütün bu ziddiyyətli məqamlarda Nəcəf bəy müxtəlif düşüncəli insanların yeganə həmrəylik nöqtəsiydi.

Sessiyanın qəbul edəcəyi qərarları Nəcəf bəyin AXC İdarə Heyətinəki dostları Tofiq Qasımov, Sabit Bağırov və b. hazırlayırdı. Nəcəf bəy tez-tez onlara baş çəkir, əsasən zalda həmrəyliyi qoruyub saxlamaqla məşğul olurdu. Baş verən ziddiyyətli, anlaşılmaz məqamlarda çıxardığı səhvsiz qərarları onun yenilməz daxili təmkininin, kəskin, iti ağlının məhsuluydu. Ancaq son dərəcə qətiyyətli görünən Nəcəfin köksündə, təbii ki, zaldakı həmkarlarının da yaşadığı qorxu da yer salmışdı - sessiyadaca həbslərin keçirilməsi, Ali Sovetin adından hazırlanmış qərarların qəbuluna yol verməməklə rus imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərin ört-basdır etdirilməsi qorxusu!

Hər hansı bir gözlənilməzliyin əsirinə çevrilməməkçün Nəcəf bəy sessiyada qəbulediləcək qərarların imza və möhürlə təsdiqlənmiş bir nüsxəsini sessiyada elan olunmamışdan qabaq Ali Sovetin binasından çıxartmaq istəyirdi. O, bununla deputatların həbs edilməsi üzündən sessiyanı başa çatdırmağın mümkün olmadığı halda da sessiyanın çıxardığı qərar haqqında Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə məlumat verməyin mümkün olmasına şərait yaratmaq istəyirdi. Nəcəf bəy bu diləyinə çatandan sonra o qədər rahatlaşdı ki, bir andaca son dərəcə yorğun görkəm aldı. Fövqəladə sessiyanın qəbul ediləcəyi qərarların layihəsini Nəcəf bəy zala gətirəndə soruşdum: "Nəcəf bəy, bəlkə?". O, gülümsünərək: "Mən deputatlarımıza inanıram", - deyib qərarı zala yenicə gəlmiş Elmira Qafarovaya təqdim etdi. Yanvarın 21-dən 22-nə keçən gecə təxminən saat 4 radələrində 20 yanvar faciəsi haqqında qərara deputatlarımız yekdilliklə səs verdilər.

Sonradan öyrəndim ki, sessiyanın çağırılması təşəbbüsündə, deputatların toplanmasında, sessiyanın işinin ilkin təşkilində də Nəcəf bəyin həlledici əməyi olub. Onun həmin fövqəladə sessiyadakı fəaliyyəti haqqında yazdıqlarımın bu məclisdə iştirak etmiş şəxslərə çox zəif görünəcəyi mənə irəlicədən məlumdur. Sessiyada onun gördüyü bütün işləri əhatə etməkçün orada baş vermiş bütün hadisələri qələmə almaq lazımdır. Təəssüf ki, indiki halda mənim buna imkanım yoxdur, ancaq inanmaq istəyirəm ki, həmin sessiyanın başqa iştirakçıları da susmayacaq, öz sözlərini deyəcəklər.

Nəcəf bəy ata və  babaların bəd əməllərindən nəvə-nəticələrin xəcalət çəkməməsi üçün şəxsən öz üzərinə düşən işi heç vaxt başqasının üzərinə atmaz, xilaskarı qıraqda axtarmayaraq bu rolu şəxsən öz üzərinə götürməkdən çəkinməzdi. Haqqında danışdığımız sessiya da buna əyani sübutdur.

Azərbaycanın milli azadlıq hərəkatı tarixində, siyasi mədəniyyətimiz tarixində Nəcəf Nəcəfovun xidmətlərini aşkarlamaq indiki nəslin vicdan borcudur.

 İsa Qəmbər

 Xalq hərəkatının redaktoru

 Mən Nəcəf bəyi Azərbaycanın ən gözəl insanlarından biri kimi xatırlayıram. Ən çox inandığım dost kimi qiymətləndirirəm.

Onun adını ilk dəfə 80-ci illərin ortalarında eşitmişdim. O zaman "Molodyoj Azerbaydjana" qəzetinə baş redaktor gəlmişdi. O qəzetin qısa bir zamanda fərqləndiyini gördüm. Dövr indiki dövr deyildi. O zaman kiçik fərqlər belə gözə çarpırdı. Qəzet partiya tapşırıqları ilə deyil, jurnalistlərin baxışı ilə həyata nəzər salırdı və mümkün qədər obyektiv olmağa çalışırdı.

İlk tanışlığımız həmin illərdə oldu. O zaman Azərbaycan tarixinin çoxcildlik nəşri hazırlanırdı və nəşrin Azərbaycan xalqının soykökü, mənşəyi ilə bağlı olan hissəsi Stalin dövründən qalmış stereotiplərlə hazırlanırdı. Azərbaycan alimlərinin çoxu belə şəkildə kitabın nəşrinin əleyhinə idi. Biz də nisbətən gənc alimlər, tarixçilər kimi məsələnin bu şəkildə qoyulmasının əleyhinə idik. Tələbə dostum Aydın Balayevlə birgə bir məqalə yazdıq və bu məqaləni yalnız "Molodyoj Azerbaydjana" qəzetində çap etdirə bildik. Həmin mərhələdə biz - yəni Azərbaycanın həqiqi tarixinin yazılmasını istəyənlər üstünlük əldə etdik və "Azərbaycan tarixi"nin o şəkildə nəşrinə imkan vermədik.

1988-dən etibarən ermənilərin Azərbaycana təcavüzü ilə əlaqədar Azərbaycanda ciddi canlanma başladı. Məhz o zaman Azərbaycanı düşünən insanlar bir araya gəldilər. Nəcəf bəylə yaxınlaşmağımın tarixi o dövrdən başladı. Xalq hərəkatının ilk günlərindən onunla bir yerdə olmuşuq. Onun o dövrdəki fəaliyyətini yaxşı xatırlayıram.

1989-cu ilin fevral-mart aylarında AXC Təşəbbüs Mərkəzini formalaşdırmağa başladıq. O zaman bir qrup var idi - özünü AXC Müvəqqəti Təşəbbüs Mərkəzi adlandırırdı. Biz də "Varlıq" Təşkilatını yaratmışdıq. Bu iki təşkilatın əsasında AXC-nin Təşəbbüs Mərkəzi formalaşdı və ilk koordinasiya şurasına 10 nəfər seçildi. O, 10 nəfərdən biri də "Varlıq"dan olan N.Nəcəfov idi.

Bundan sonra artıq birgə siyasi fəaliyyətə başladıq. Sonrakı mərhələdə, AXC-nin təsis konfransından sonra hər ikimiz İdarə Heyətinin üzvü olmuşuq.

Eyni zamanda qeyd etməliyəm ki, Nəcəf bəy siyasi fəaliyyət göstərsə də qəzet buraxmaq haqqında da düşünürdü. Təsadüfi deyil ki, AXC-nin 1989-cu il 16 iyul tarixli təsis konfransında AXC qəzetinin baş redaktoru N.Nəcəfov oldu. 1989-cu ilin sonundan etibarən "Azadlıq" qəzetini nəşr etməyə başladı və artıq xalqın sözünü kəskin şəkildə əks etdirən qəzet meydana gəldi.

Nəcəf bəylə parlamentdə də birgə fəaliyyət göstərdik və mən onu bütün hadisələrdə öz mövqeyi olan bir adam kimi tanıdım. Hamının fikirlərini öyrənsə də o, öz mövqeyindən çəkinmirdi. Bütün məsələlərə obyektiv və qərəzsiz yanaşırdı.

Nəcəf bəyin qiyməti hələ müəyyən zamandan sonra veriləcək. Mən Nəcəf bəyi "Azərbaycan Xalq hərəkatının redaktoru" adlandırardım. Yalnız ona görə yox ki, ermənilərin təcavüzünə etiraz edən ilk redaktor o oldu, yalnız ona görə yox ki, Cəbhənin qəzeti "Azadlığ"ın redaktoru idi, ona görə ki, o həm də Xalq hərəkatının strateji və taktiki qərarları qəbul edilərkən hərəkatın amallarını və təmizliyini qoruyan, yanlışlıqlarını redaktə edən bir şəxsiyyət - Xalq hərəkatının redaktoru idi.

Onun mövqeyi, məsələlərə olan münasibəti bizim üçün çox önəmli idi. Biz bilirdik ki, münasibət bildirərkən heç bir şəxsi mənafe güdmür, müstəqil vətəndaş kimi mövqeyini bildirir.

Mən Nəcəf bəyi itirməklə ən yaxın dostumu itirdim.

 Mehman Əliyev

 Nəcəf Nəcəfovun dərsləri

 Şübhəsiz, jurnalistliyə Nəcəf Nəcəfovun komandasında başlamağım sarıdan bəxtim gətirdi. Onun rəhbərlik etdiyi "Molodyoj Azerbaydjana" qəzetinə düşməyim təsadüfi olmadı. "Nəcəfin komandasına" gəlməyim düşünülmüş addım idi. Hələ universitetdə oxuyarkən mən bu yolu seçmişdim. Təcrübəçi tələbə olarkən Bakıda çıxan qəzetləri, bu kollektivlərdəki münasibətləri izləyirdim. "Molodyojka"ya gəlməyi özümə məqsəd etmişdim.

Məni niyə "Molodyojka"nın üstündə dayandım? Bu, çox dinamik kollektiv idi, orada yenilik, tərəqqi işartıları doğulurdu. Redaktoru isə gənc, ağıllı təşkilatçı idi, adamlarda işə qarşı böyük enerji yarada bilirdi. Şübhəsiz ki, bu qəzet XX əsr Azərbaycan jurnalistikasında hadisə - azad mətbuatın qaranquşu idi. Nəcəfin sərt tələbkarlığı, dərin intellekti ilə tam uzlaşırdı. Onun daxilində hədsiz taktikalılıq və prinsipiallıq qoşa yaşayırdı, bəzən isə uşaq inadkarlığı təsiri bağışlayırdı. Şişirtmədən demək olar ki, o, sözünün və əməlinin ağası idi və sonradan hadisələrin göstərdiyi kimi, Azərbaycan jurnalistikasının vicdanı rəmzinə çevrildi.

Bir jurnalist kimi mənim formalaşmağımda onun təsiri çox güclü oldu. Mən "Molodyoj Azerbaydjana" qəzetinə 1988-ci ildə universiteti qurtaran kimi gəldim və həmin andan qəzet mənim universitetim, redaktoru isə müəllimim oldu. Nəcəfin öyrətdikləri mənəviyyat və təşkilatçılıq dərsləri idi. Bu dərslər çox idi. Lakin mən onlardan bir neçəsinin - lap əvvəlincilərin və sonuncunun üzərində dayanmaq istəyirəm.

 İlk dərs 

Universiteti bitirməzdən öncə və Azərbaycan mətbuatını izləyəndən sonra qəti qərara gəldim ki, "Molodyoj Azerbaydjana" qəzetinə işə düzəlim. O dövrdə həmin qəzeti sözün əsil mənasında "yeniliklərin flaqmanı" adlandırmaq olardı. Lakin bu qəzetə işə düzəlmək elə də asan deyildi. Nəcəf yetərincə tələbkardır və kadrları çox incəliklə seçirdi. İşə düzəlmək çətin bir sınaqdır. İlk sınaq bu sualdan ibarətdi ki, sən nəyi bilirsən və bunu bədii dildə ifadə etməyi necə bacarırsan? Universiteti bitirməyə üç ay qalmış mən bir yazı hazırladım və o, mənim "Molodyojka"ya işə düzəlməyim üçün "vizit kartı"m olmalı idi.  Bu, yazıçı Çingiz Hüseynovla müsahibə-düşüncələrdən ibarət idi. 3 ay ərzində yazıçı ilə müsahibənin üzərində işlədim. Təxminən 8 dəfə onun üzünü köçürdüm. Müsahibə ilə tanışlıqdan sonra Nəcəfin verdiyi ilk sual bu oldu: "Özün yazmısan?". "Hə" cavabı verdim.

Sonra o, materialı mənə qaytardı. Fikir verdim ki, müsahibədə Heydər Əliyevin adı ilə bağlı yerlərin üstündən xətt çəkilib. Üzümdə təəccüb ifadəsi görən redaktor dedi: "Gedənin arxasınca danışmazlar". Və məni müqavilə ilə işə götürdü.   

İkinci dərs 

Bir dəfə "letuçka" vaxtı cəsarətə gəlib "Molodyojka"nın dizaynını tənqid elədim. Onu "köhnə", "geridə qalmış" adlandırdım. Nəcəf məni diqqətlə dinlədikdən sonra düz üzümə baxıb soruşdu: "Təklifin nədir?". Mənim hazır təklifim olmadığına görə kəkələdim. Onda redaktor kəskin şəkildə "təklif eləmədən köhnəni tənqid eləmə" dedi. Sonra iki həftə ərzində iki dizaynerlə birlikdə qəzetin yeni maketini hazırladım və redaktora təqdim etdim. Daha bir də qeyri-konstruktiv tənqidlə çıxış eləmədim.

 Üçüncü dərs 

"Molodyoj Azerbaydjana" qəzetində işləməyimdən iki ay keçirdi. Bir dəfə "letuçka"da Nəcəf qəflətən kollektivə müraciətlə dedi: "Mehman pis işləmir və təklif edirəm ki,  ona müxbir maaşının 25 faizini verək". Düzünü desəm, bu təklif məndə ikili hiss oyatdı. Bir tərəfdən sevinirdim ki, redaksiyanın ştatlı əməkdaşı oluram, digər tərəfdən isə bundan artığına ümid edirdim. Uşaqlar az qala bir ağızdan təklif etdilər ki, məni tam ştata götürsünlər. Redaktorun dodaqları qaçdı və kollektivin təklifini dəstəklədi. Məlum oldu ki, o özü də bu fikirdəymiş. Sadəcə, istəməyib ki, kimsə onu mənə rəğbətdə günahlandırsın. O, hamıya münasibətdə çox tələbkar və mehriban idi. Bu, yüksək mənəviyyat dərsi idi.

 Son dərs

 Nəcəfin həyatdan gedəcəyinə inanmırdım. Bu inam əsasən onun özünü aparması ilə bağlı idi. Müalicənin ilk mərhələsindən sonra o, şən və fəal idi. Ən çox diqqəti cəlb edənsə insanlara qarşı daha mehriban, diqqətli olması idi. O, hətta indiyə kimi rəğbəti olmayan adamlara da hörmət və diqqət göstərirdi.

Güman eləmirəm ki, onun qarşısında hansısa günahım var. Ancaq niyəsini bilməsəm də həmişə ilk redaktorum qarşısında özümü günahkar hiss etmişəm. Bilmirəm, bəlkə də ona görə ki, 1989-cu ildə Nəcəf "Azadlığ"a redaktor olarkən onun arxasınca getmədim. Bəlkə də ona görə ki, eyni şeyi 1992-ci ildə o, Prezident Aparatına işə gedəndə təkrar etdim. Bilmirəm. Lakin günah hissi mənim içimdədir. Mənə elə gəlir ki, o, başqalarını bağışladığı kimi, yəqin, mənim də günahımdan keçib.

Taleyin ona seçdiyi yola Nəcəfin acığı tutmurdu, əksinə, daha da mehriban olmuşdu. O, hər kəsi, hər şeyi bağışlayan idi. "Hər şeyi bağışlayan Nəcəf" - bacısı bu fikri çox dəqiq dedi. Bilmirəm, bu vəziyyətdə mən özümü necə aparardım. Lakin dəqiq bilirəm ki, mən onun kimi üzü boz ölüm üzərində bu qədər yüksəkliyə qalxa bilməzdim!..

 Musa Nəbiyev

Azərbaycanın əməkdar poliqrafçısı

 Bacarıqlı redaktor, vətənpərvər insan

 1986-cı ilin yayında Nəcəf Nəcəfov "Molodyoj Azerbaydjana" qəzetinin redaktoru təyin edildi. "Azərbaycan" (o zamankı "Kommunist") nəşriyyatının direktoru olduğuma görə mənə bəlli idi ki, bu qəzetin oxucusu, deməli, tirajı da az olduğuna görə o, ziyanla işləyir.

Yeni redaktor işə başladığı gündən hər sahədə dönüş yaratmağa can atdı. Onun həyata keçirdiyi yeniliklərin, demək olar ki, hamısı birbaşa nəşriyyatla, başqa sözlə, şəxsən mənimlə də bağlı olduğuna görə onları yaxşı xatırlayıram.

Nəcəf bəy hər şeydən öncə nəşriyyatla redaksiya arasında ciddi qrafik imzalatdı. Bu sənədlə hər iki tərəf istehsalat proseslərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün öz üzərinə öhdəlik və bu öhdəliyin pozulduğu zamanda isə məsuliyyət götürdü.

Redaksiya yuxarı mərtəbələrin birində, yığım sexi isə xeyli uzaqda - ikinci korpusda yerləşdiyinə görə korrektura prosesi hədsiz gediş-gəliş üzündən son dərəcə yubanır, bu da qəzetin vaxtında çapına mane olurdu. Nəcəf Nəcəfovun ciddi tələbi nəticəsində redaksiyaya yığım sexinin yanında korrektura otağı ayırdıq. Bundan sonra qəzet nəinki vaxtında, hətta vaxtından əvvəl də çapa imzalanmağa başladı və aramızdakı narazılıqların xeyli hissəsi öz-özünə aradan çıxdı. Qəzetin vaxtlı-vaxtında nəşri başqa istehsalat məsələlərinə də müsbət təsir göstərdi.

O zaman qəzetlər əsasən gecə çap olunurdu. Növbətçi redaktor siqnal nüsxəsinə qol çəkib gedəndə isə bəzən gecə saat 2, 3, hətta 4 olurdu. "Molodyoj Azerbaydjana" qəzetinin maşını olmadığına görə növbətçi redaktor əziyyət çəkir, bəzən də mətbəədə (nəşriyyatda) gecələməli olurdu.

Nəcəf bəy nəşriyyat qarşısında tələb qoydu ki, redaksiyaya maşın ayrılsın. Mənim məsləhətimlə o, KP MK-nın işlər idarəsinə rəsmi məktub göndərdi və mən də məsələyə öz müsbət rəyimi bildirdim. Çox keçmədən redaksiyaya maşın da verildi.

Gənc və enerjili redaktor istehsalat problemləri ilə  yanaşı, redaksiyadaxili intizamı da qaydaya saldı. İşi düzgün qurması, kollektivə bacarıqla rəhbərlik etməsi nəticəsində tezliklə qəzetin oxucuları xeyli çoxaldı, onun tirajı və gəliri əvvəlki ilə müqayisə edilməyəcək dərəcədə artdı və "Molodyojka" ziyanla işləyən qəzetdən ziyansız qəzetə çevrildi. Bu isə hər şeydən qabaq nəşriyyat üçün faydalı idi, çünki qəzetin bütün xərci nəşriyyatın büdcəsindən ödənilirdi. Belə sürətli keyfiyyət dəyişikliyi həm nəşriyyat fəhlələrində, həm də başqa redaksiyaların əməkdaşlarında xoş təəccüb yaradırdı.

Nəcəf Nəcəfov bir redaktor olaraq hədsiz prinsipial və həqiqəti sevən şəxsdi. Bu keyfiyyətləri onun buraxdığı qəzetdə də öz əksini tapırdı. Hələ Xalq Cəbhəsi yaranmamışdan qabaq da "Molodyojka"da necə cəsarətli, həqiqətin gözünə dik baxan, zamanını qabaqlayan, hətta öz rəhbərliyinə də güzəştə getməyən yazıların çıxdığını hamımız xatırlayırıq. Əslində qəzetin tirajının artmasının ən mühüm səbəbi də bunlar idi.

Nəcəf Nəcəfov son dərəcə vətənpərvər və eyni zamanda qorxmaz insandı. Bunun dəfələrlə şahidi olmuşam, ancaq bir hadisə üzərində ayrıca dayanmaq istəyirəm.

20 Yanvar faciəsindən sonra adətən həmişə nəşriyyatda gecələyirdim. Bu zaman Nəcəf bəy AXC İdarə Heyətinin üzvü və artıq "Azadlıq" qəzetinin redaktoru kimi hadisələrdə çox fəal iştirak edir, ölkəmizin azadlığı uğrunda yorulmadan mübarizə aparırdı. Həmin vaxt onu təqib edirdilər. Bəllidir ki, 1990-cı il yanvarın 21-indən 22-sinə keçən gecə Nəcəf Nəcəfovun da çox yaxından iştirakı ilə Ali Sovetin növbədənkənar sessiyası keçirildi. 22-si günü artıq onu axtarırdılar və evdə gecələməsi qorxulu idi. Bu gün qürurla xatırlayıram ki, Nəcəf bəy mənə etibar edərək 22 yanvar gecəsini məhz nəşriyyatda, mənim yanımda keçirməyi qərarlaşdırdı. Onu öz kabinetimlə yanbayan bir otaqda yerləşdirdim. Paltomu da verdim ki, üstünə atsın, çünki otaq çox soyuq idi. Gözətçilərə tapşırdım ki, hətta ən yuxarı təşkilatlardan belə gələn olsa mən icazə verməmiş yuxarı buraxmasınlar.

Həmin gecə üç-dörd dəfə Nəcəf bəyə baş çəkdim. O yatmırdı. Heç olmasa bir-iki saat yatıb dincini almasını xahiş edəndə cavab verdi ki, axı necə yuxulayım?! Gözümə yuxu getmir. Mənimlə bir cərgədə dayanan insanlar Vətən uğrunda, azadlıq uğrunda həlak olublar, qanlarına qəltan olublar. Axı o adamlar bizim canımız, qanımız idilər?..

Bu sözləri deyəndə Nəcəf bəyin gözlərindən nar giləsi kimi göz yaşları damcıladı. Mən də özümü saxlaya bilməyib ona qoşuldum. Bu həssas insan həmin o azadlıq mücahidləri kimi özünün də o gecə şəhid olmamasına təəssüflənirdi...

Səhər saat 6-da Nəcəf bəy nəşriyyatdan getdi və yenə mübariz     əsini davam etdirməyə başladı.

Maraqlı cəhət burasındadır ki, həmin gecə mənim Nəcəf Nəcəfovdan başqa da "qonağım" vardı - general Aleksandrov. O, mənim kabinetimdə oturaraq qəzetləri yoxlayır, onların nəşrinə icazə verərdi. 22 yanvar gecəsi mənim otağımda Nəcəf bəyi görərək onunla bir qəzet redaktoru kimi (mən başqa bir qəzetin redaktoru olduğunu demişdim) iki saat söhbət etdi. Nəcəf bəy xalqımızın mübarizəsinin məğzini ona çox təsirli faktlarla açıqladı. Səhər general Aleksandrov mənə dedi ki, o redaktordan çox xoşum gəldi - çox savadlı, təcrübəli və məntiqli jurnalistdir. Aradan bir neçə ay keçəndən sonra Nəcəf bəy "Azadlaq" qəzetini yenidən buraxarkən onlar bir də görüşdülər və general Nəcəf bəyi mehribanlıqla və hörmətlə qarşıladı.

Bir neçə kəlmə də Nəcəf bəyin ailə qurması haqqında.

Lalə xanım Cəfərli o zaman nəşriyyatda mənim yanımda işləyirdi. Nəcəf bəy də bu qızın rus və ingilis dillərini gözəl bilməsini, savadlı yazmasını görəndən sonra onu "Molodyojka"ya müxbir götürdü.

1987-ci ilin iyununda qohumum Gümrah Cəfərli mənə zəng vurub axşam qızı Laləyə elçi gələcəyini bildirdi və məni də dəvət etdi. Gümrahgildə elçi gələnin köhnə dostum - Nəcəf bəyin dayısı Muxtar Daşdəmirovun olduğunu görəndə sevindim. Əlbəttə, Nəcəf kimi bacarıqlı, savadlı və qeyrətli bir oğula qızı verməyə mən də ikiəlli razı idim (Nəcəf bəylə Lalə xanım həmin ilin 4 iyulunda ailə qurdular – red.).

 Sabit Bağırov

 İlk xatirələr

 Heç kimin arzu etmədiyi, heç kəsin inanmaq istəmədiyi ağır hadisə baş vermişdir. Əziz dostumuz, həmfikirimiz, uzun illər çiyin-çiyinə, qəlb-qəlbə, əl-ələ olduğumuz Nəcəf bəy biz tərk etmişdir. Ağır itkidir. Hamımız üçün, sevimli Vətənimiz üçün.

Onu itirdiyimiz ilk günlərdə onun barəsində bu ilk kitab üçün xatirələri qələmə almaq elə də asan iş deyil. Hisslər bizi bürüyür, boğur. Fikirlər, fikirlər, fikirlər axıb-daşır. Sanki Nəcəflə söhbətlərimiz davam edir. Bu tam səmimi, açıq söhbətlərə başqalarını da şərik etməyə haqqım varmı? Yəqin ki, yoxdur. Ona görə oxucudan üzr istəyib bu yazıda Nəcəf bəylə əlaqədar yalnız bəzi epizodlar barədə xatirələrimi söyləyəcəyəm.

Nəcəflə biz 1988-ci ilin noyabr ayında tanış olmuşuq. Meydanda mitinqlər gedirdi və biz bir neçə nəfər fəal Azərbaycan Xalq Cəbhəsinin yaradılması ideyasını müzakirə etmək üçün rəssam Firudinin emalatxanasına toplaşmışdıq. Belə xatırlayıram ki, söhbət alınmadı, Lakin mən barəsində çox eşitdiyim və başçılıq etdiyi qəzeti maraqla izlədiyim Nəcəf Nəcəfovu bir az müşahidə edə bildim. Özüm üçün çıxardığım nəticə belə oldu ki, bu adam o zaman emosiyalara və romantikaya qatılmış bir çox başqalarından daha real düşünən və ciddidir. Bir də məni təəccübləndirən onun o zaman komsomol rəhbərlərinin əksəriyyətinə xas olmayan qeyri-adi vətənpərvərliyi idi. Sanki bu adam nomenklatura məktəblərindən keçməyən, hər sözünü, hərəkətini yuxarılara razılaşdırmağa öyrəşməyən bir şəxs idi.

Sonralar təmaslarımız artdı və dostluğa çevrildi.

1989-cu il AXC-nin yaradılması ili idi. Həmin proseslərə nəzər salsaq, Nəcəfi AXC fəallarının ön sıralarında görərik. 6 mart 1989-cu il tarixdə o, AXC Təşəbbüs Mərkəzinin digər 24 üzvü ilə birlikdə Azərbaycan Ali Sovetinin rəhbərliyinə və AKP Mərkəzi Komitəsinin I katibi Ə.Vəzirova ünvanlanmış tarixi müraciətlərə imza atır, ölkə rəhbərliyi ilə aparılan gərgin danışıqlarda, mitinqlərin hazırlanmasında və keçirilməsində, Ali Sovetin sessiyalarında iştirak edir və xüsusilə AXC mətbu orqanının yaradılması ilə bilavasitə məşğul olur. Həmin sessiyaların birində Nəcəf bəy Əbdürrəhman Vəzirovla kəskin, lakin nəzakətlilik çərçivəsində polemika apararaq həmin sessiyanın gedişində ciddi dönüşün əsasını qoyur. Sessiyada tənəffüs elan edilir və bu zaman respublika rəhbərliyi ilə AXC rəhbərliyi arasında qapılar arxasında kəskin danışıqlar gedir. O gecə AXC-nin zəfər gecəsi idi. Bütün bunlar azadlıq uğrunda mübarizə və qəhrəmanlıq deyildisə bəs nə idi?

1990-ci ilin 20 yanvar gecəsini xatırlayıram. Həmin gecə Nəcəf metronun "XI qızıl ordu", sonralar "20 Yanvar" adlandırılan stansiyasının yaxınlığında, tankların qabağını kəsmək istəyən əliyalın camaatın arasında idi. Onu ora heç kəs göndərməmişdi. Vətən sevgisi, azadlıq sevgisi aparmışdı. O gecə başından güclü zərbə alan Nəcəf bəy səhərə qədər orada huşsuz qalmışdı. Bəlkə elə həmin zərbənin nəticəsi olmuşdu sonradan tutduğu xəstəlik? Bəlkə onu Şəhidlər Xiyabanında dəfn etmək bizim borcumuz idi? Sonralar Nəcəf deyərdi ki, o, həmin gecə həlak olmalyıdı və yaşadığı hər günü Allah tərəfindən ona bağışlanan gün hesab edir.

Aldığı zərbənin ağrısı hələ çəkilməmiş Nəcəf  bəy və digər AXC fəalları ilə birlikdə əsasən iki istiqamətdə ciddi fəaliyyətə keçir. Onlardan birincisi Ali Sovetin növbədənkənar sessiyasının çağırılması və baş vermiş hadisələrə Azərbaycanın ali rəsmi orqanı tərəfindən düzgün qiymətin verilməsinə nail olmaq, ikincisi isə Sovet İttifaqı rəhbərliyi tərəfindən törədilmiş bu cinayət barədə doğru məlumatı bütün dünyaya yaymaq istiqaməti idi. Çox mürəkkəb məsələlər idi bunlar. Lakin bütün çətinliklərə baxmayaraq AXC rəhbərliyi hər ikisinin həllini bacardı. Və fəalların ön sırasında Nəcəf bəy də var idi.

1990-cı ilin payızında keçirilən parlament seçkilərində Nəcəf deputat seçildi. AXC-nin o zamankı seçki qərargahının rəhbəri kimi qeyd edə bilərəm ki, Nəcəf o vaxt bir çox başqalarından fərqli olaraq nəinki canfəşanlıq göstərmir, əksinə, biganəlik nümayiş etdirirdi. Bu da, yəqin ki, onun təvazökarlığı ilə izah edilə bilər.

1991-ci ilin mart ayında Nəcəfin xahişi və hətta təkidi ilə əsas iş yerimdə qalmaq şərtilə "Azadlıq" qəzetinin redaksiyasına məsləhətçi kimi  işə qəbul olundum və bundan sonra təmaslarımız daha da sıx oldu. Burada işləyərkən Nəcəfin qəzetin redaktoru olaraq kiçik də olsa həm bir təsərrüfat və kollektiv rəhbəri, həm yeni jurnalist nəslinin yetişdiricisi, həm ölkədə yeni azad mətbuatın yaradılmasında ən aparıcı bir xadim və mütəxəssis kimi yüksək bacarıq və səviyyəsini yaxından müşahidə edirdim. Bu sahələrdə ona xas olan bəzi üslub və davranışlarından söz açmaq istərdim.

Birincisi, iş yoldaşları ilə davranış. Nəcəfin bu sahədə əsas prinsipləri bunlar idi:

1) kollektivdə ailə mühitinin yaradılması. Bu cür mühitin yaradılması üçün gündəlik kollektiv naharlar, işçilərin bir-birinin xeyir və şərinə getməsi, sözbazlığa, xəbərçiliyə qətiyyən yol verilməməsi, tədbirlərdə kollektiv iştirak etmək kimi amillərdən geniş istifadə edilirdi.

2) qarşılıqlı hörmət. Çox nadir hallarda eşitmək olardı ki, Nəcəf işçilərindən kiməsə "sən" deyə müraciət etsin;

3) tələbkarlıq. İşçilər yaxşı bilirdilər ki, onların vəzifələri konkret olaraq nədən ibarətdir və həmişə hiss edirdilər ki, onların fəaliyyəti diqqət və nəzarət altındadır.

4) ədalətlilik. Açığını deyim ki, Nəcəf cəzalandırmağı da bacarırdı. Lakin mən heç bir hal xatırlamıram ki, kimsə Nəcəf bəyi ədalətsizlikdə günahlandırsın. Çünki cəzalandırmadan öncə həmin adamla söhbətlər edilir və çalışılırdı ki, o, səhvlərini anlayıb onları təkrar etməsin.

İkincisi, yeni jurnalist nəslinin yetişdirilməsi. Nəcəf bu məqsədlə həm fərdi, həm də kollektiv səciyyəli müzakirələrin keçirilməsinə çox böyük önəm verirdi. Qəzetin hər nömrəsinin işıq üzü gördüyü günün sabahı redaksiyada müzakirəsi keçirilirdi. Bu və ya digər məqalənin və ya reportajın müsbət və mənfi tərəfləri müzakirə edilirdi və çalışılırdı ki, hamı eyni qənaətə gəlsin. Bu cür müzakirələrin hər biri bir məktəbə çevrilirdi və qəzetin özünəməxsus dəsti-xəttinin formalaşmasına yardım edirdi. Məhz buna görə "AZADLIQ" qəzetinin məktəbini keçmiş bir çox jurnalistlər sonralar ölkədə yaranan neçə-neçə mətbuat orqanında rəhbər vəzifələrdə işləmişlər. Məndə olan məlumata görə, bu günün bir çox qəzet redaktorları nə vaxtsa "AZADLIQ" qəzetinin əməkdaşları olublar.

Bu və ya digər insani və ictimai əxlaq prinsiplərinin şəxsi maraqlarından, karyerasından üstün tutması Nəcəfin yalnız "Molodyoj Azerbaydjana" qəzetinin redaktorluğundan o zamankı respublika rəhbərliyi tərəfindən uzaqlaşdırılması ilə yox, həm də başqa misallarla təsdiq olunur. Misal üçün, AXC hakimiyyəti zamanı bir müxalifətçi qəzet redaktoruna qarşı o zamanki nazirlərdən biri tərəfindən təhqiredici hərəkətlərə görə Nəcəfin Prezident Aparatında yüksək rəhbər vəzifədə işləməsinə baxmayaraq necə reaksiya verməsini bir çoxları, yəqin ki, yaxşı xatırlayırlar. Nəcəfə yaxın bir adam kimi, onun bu hadisədən nə dərəcədə qəzəbləndiyinə şahid olmuşam. Nəcəf bəy ölkə rəhbərliyinə çox mədəni və eyni zamanda birmənalı və sərt şəkildə bildirmişdi ki, əgər həmin nazir töhmət almasa və redaktordan üzr istənilməzsə, o, tutduğu vəzifədən istefa verəcəkdir. Nəcəf bəy bu epizodda qalib gəldi. Lakin bu yalnız onun yox, ümumiyyətlə azad mətbuatın qələbəsi idi.

Xatirimdədir ki, hələ 1992-ci ilin sonunda Nəcəf çox narahatlıq keçirirdi. Dövlət idarəçiliyində bir sıra nöqsanları hamımızdan yaxşı görərək, hiss edərək deyirdi ki, belə gedərsə, AXC hakimiyyəti saxlaya bilməyəcək. Deyirdi, ancaq eşidənlər, inananlar az idi. Buna baxmayaraq, o çalışırdı ki, nəsə etsin. Bu məqsədlə Nəcəf bəy o zaman yüksək vəzifələrdə olan və keçmişdə AXC liderləri (köhnə qvardiya) olmuş şəxslərin Elçibəyin iqamətgahında birgə axşam yeməklərini təşkil etmişdi. Öncədən hamı ilə belə şərtləşilmişdi ki, həmin qeyri-rəsmi görüşlər zamanı süfrə arxasında açıq söhbət gedəcək və qarşılıqlı tənqidlər söylənilib, birgə müzakirə aparılacaq. Həqiqətən də, çox açıq söhbətlər olurdu, rütbələrinə baxmayaraq, hakimiyyət dövründən əvvəl olduğu kimi, hər kəs cəbhəçi yoldaşının indiki fəaliyyəti haqqında fikir söyləyirdi. Elə ikinci toplantıda bu açıq tənqidlərə tab gətirməyən yoldaşlarımızdan biri hətta huşunu itirmişdi. Səhv etmirəmsə, cəmi üç toplantı keçirə bildi Nəcəf bəy. O zaman ən yüksək vəzifəli yoldaşlarımızdan bəziləri bu toplantılara gəlmədilər, "işləri çox idi"?!

Dövlət idarəçiliyində əksəriyyətimiz üçün kiçik və əhəmiyyətsiz görünən bu aə ya digər nöqsanımızı aradan qaldırmaq üçün Nəcəfin bu və ya başqa şəkildə göstərdi cəhdlər 1993-cü ilin may ayına qədər davam etdi. Yanılmıramsa, mayın ortasında o, istefa verdi və mənim təkidli xahişimi qəbul edib Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti vəzifəsinə keçməyə razılıq verdi. Lakin tezliklə iyun hadisələri baş verdi və Elçibəyin Kələkiyə getməsindən sonra Nəcəf bəy sakitcə kabinetini tərk etdi.

Maraqlı başqa bir epizodu da xatırlayıram. Səhv etmirəmsə, iyun ayının 5-i, ya da 6-sı idi. İşdən sonra Nəcəf bəylə birlikdə getdik Əbülfəz bəyin iqamətgahına. Ölkə və AXC rəhbərliyini təmsil edən əsas şəxslər ora toplaşmışdılar. Müzakirə edilən əsas məsələlər bunlar idi: qiyam silahla yatırılmalıdır, ya yox və Heydər Əliyev dəvət edilməlidir, ya yox. Uzun müzakirələrdən sonra ikinci məsələ bir nəfərin təklifi ilə səsə qoyuldu. Nəcəfin gülümsəməsini xatırlayıram. O dedi ki, məgər səsvermədən nə isə asılıdır? Səs versək də, verməsək də Heydər Əliyev artıq gəlməkdədir. Bu replikaya baxmayaraq səsvermə oldu. Və bir qədər sonra ölkənin taleyini həll edən bizlər dağılmağa başladı. Lakin Nəcəf və mən Əbülfəz bəyin xahişi ilə qaldıq.

Məsuliyyətli və çox ağır dəqiqələr yaşamışıq. Bəlkə də Nəcəfin saflığı və səmimiliyi bizim bu ağır dəqiqələrə tab gətirməyimizə imkan vermişdir.

Mən Əbülfəz bəylə Nəcəf bəy arasında olan səmimiliyi, dərin qarşılıqlı hörməti, əsil kişi dostluğunu qeyd etmək istərdim. Əbülfəz bəy Kələkiyə getdikdən sonra onu orada tək qoymaq istəməyən, yanına bəlkə də ən tez-tez gedənlərdən biri də Nəcəf idi. Əbülfəz bəyin Nəcəfə olan münasibətini bilən bir adam kimi mən Əbülfəz bəyə başsağlığı vermək istərdim.

AXC hakimiyyətdən uzaqlaşdıqdan və uzaqlaşdırıldıqdan sonra, xatırlayırsınızsa, bir neçə mitinq keçirilmişdi. Bu mitinqlərin heç biri ciddi nəticə verməyəcəyi və bəlkə də məntiqsizliyi öncədən açıq görünürdü. Lakin buna baxmayaraq, Nəcəf yoldaşlıq, dostluq qanunlarına tam riayət edərək yenə də cəbhəçilərin ön sıralarında gedirdi. Və yenə də ona qarşı dəyənək işə düşmüşdü.

Yüksək mədəniyyət, savad, alicənablıq, məsuliyyət, təvazökarlıq və gözəl ailə başçılığı Nəcəf bəyə dərindən xas olan keyfiyyətlər idi. Yalan danışmağın qətiyyən nə olduğunu bilməyən, söylədiklərinin kiminsə xoşuna gəlməyəcəyini bilə-bilə onun üzünə düzünü deməyə çəkinməyən, həqiqəti hər şeydən üstün tutan və yalnız özünün ciddi xəstəliyini gizlədən Nəcəf bəy! Allah ona rəhmət etsin!

 Şahin Hacıyev 

Nəcəf haqqında düşüncələr

 Analarımız hələ tələbə vaxtında rəfiqəydilər və Nəcəfin bütün həyatı gözlərimin qabağında keçib. Demək olar ki, biz yaşıd idik və uşaqlıqdan başlayan tanışlığımız az qala 40 il çəkib. Uşaqlıqdan bir-birimizdən xoşumuz gəlmirdi. Bu sözü ən çox mənim barəmdə demək olar. Nəcəf yaxşı oxuyurdu, kitabları sevirdi və həsəd aparılası iştahı vardı. Ondan fərqli olaraq mən kitabları sevmirdim, dərslərimi pis oxuyurdum və iştahım da yaxşı deyildi.

60-cı illərə düşən uşaqlığımızda yadımda qalan həmişə anamın Nəcəfi mənə misal göstərməsidir. Anam "Üç müşketyor" kitabını Nəcəfin bir günə oxumasını mənə nümunə göstərərək onunla dostlaşmağımı istəyirdi. Təsəvvür edin ki, ara-sıra görüşlər zamanı əlaçı şagird mənə kitablar haqqında danışır, oxuduğu qalın-qalın cildləri nümayiş elətdirir, çox oxumağı tövsiyə edir və mənim qıcıqlandığımı görəndə mövzunu dəyişir, şahmat, dama oynamağı təklif edir. Lakin bütün bunlar məndə heç bir həvəs yaratmır. Analarımızın səmimi dostluğuna baxmayaraq, biz o dövrdə dostluq etmirdik. Nəcəf həmişə düz hərəkət edirdi: valideynlərinin gözündən yayınıb siqaret çəkmir, qonşu uşaqlara qoşulub pəncərələri qırmır, ərik oğurlamırdı. O, bu mövzuda hətta heç nə danışa da bilmirdi. Uşaqlıqda o, mənimçün maraqsız yoldaş idi. Nəcəf hətta böyüyəndən sonra da onunla cavan oğlanların söhbət etdiyi mövzularda danışmaq olmurdu. Nəcəf həmişə ciddi idi və özünü ağır aparırdı. Yaxşı yadımdadır ki, mən ondan ilk dəfə ədəbsiz lətifə eşidəndə çox təəccübləndim: bu zaman 1986-cı ildi və Nəcəfin 31 yaşı vardı.

Uşaqlığımızda yaxşı yadımda qalan epizodlardan biri də məktəb maskaradına hazırlaşmağımız idi. O, öz bacısı ilə dəmir çarpayıda oturub yekə kağız vərəqlərdən yeni il  kostyumu kəsib düzəldir, sonra onu akvarellə rəngləyirdi. Kostyumu parıldatmaq üçün dəftərxana yapışqanının üzərinə şəkər tozu səpirdi.

Yuxarı siniflərdə oxuyanda Nəcəflə az-az görüşürdüm. Həmin vaxtlar bizim fərqli məşğuliyyətlərimiz və dostlarımız vardı, ona görə də mənim  bu "ağıllı eynəkli oğlan"a münasibətim dəyişməmişdi. Bizim yaxınlaşmağımıza coğrafi amil də mane olurdu - Onlar Zavağzalnı küçəsində, biz isə Nərimanov prospektində yaşayırdıq.

Yaddaşımın sonrakı mərhələsi tələbə vaxtımıza düşür. Həmin vaxt yaşıdlarım qəfildən böyümüş, dəyişmişdilər və mənim Nəcəflə əlaqələrim mənalı xarakter almağa başlamışdır. Bizi bir-birimizçün maraqlı edən ilk söhbət yaxşı yadımdadır.  70-ci illərin ortalarıydı. Bir dəfə biz Politexnik İnstitutuyla üzbəüz dayanacaqda durmuşduq, mən onu yola salırdım. Həmin vaxt onunla qadın-kişi münasibətləri barədə bir saata yaxın söhbət elədik. Düşünürəm ki, mənim Nəcəflə yaxınlaşmağıma həmin söhbət təsir göstərdi.

Nəcəflə yaxınlaşmağıma təsir edən amillərdən biri də dağlara sevgiydi. 1976-cı ildə Nəcəf qızğın turist idi. Mənsə dostlarımla yüksək dağ kəndi olan Xınalığa ilk turist səfərinə çıxacaqdım. 1977-ci ilin yanvarında Nəcəf mən də daxil olmaqla beş nəfər 20 yaşlı gənci dağ turizminin əlifbasına öyrədən və dağlıq yerlərə səfərləri təşkil etməyin yollarını başa salan ilk təlimatçı oldu...

 "Molodyojka"nın redaktoru

Nəcəflə yollarımız bir də düz 10 ildən sonra kəsişdi və ömrümüzün axırına kimi davam elədi. Bu, 1986-cı ilin yazında - o, Azərbaycan LKGİ MK-nin orqanı "Molodyoj Azerbaydjana" qəzetinə baş redaktor təyin edilən zaman baş verdi. Yadımdadır ki, ilk dəfə o özü rəsmi təyinatından bir neçə gün əvvəl bu barədə mənə danışdı və qəzetlə əməkdaşlığa dəvət elədi. Ümumiyyətlə, mənə dedi ki, ixtisasımı tərcüməçilikdən jurnalistikaya dəyişmək barədə fikirləşsəm pis olmaz. Mən bu təklifdən məmnun oldum, ancaq fikirləşdim ki, yəqin bu sözləri xala xətrin qalmasın deyir.

Nəcəfin "Molodyojka"ya gəlməsi Qorbaçovun yenidənquması vaxtına düşdü və o, cəmiyyətin demokratikləşməsi barədə partiyanın çağırışlarını fəal müdafiə elədi. Qısa bir zamanda "Molodyoj Azerbaydjana"nın adı ölkədə tez-tez çəkilməyə başladı. Buna səbəb respublika komsomol təşkilatının fəaliyyətində olan ciddi problemlər haqqında materiallar, partiya avanqardının fəaliyyətinin mənfi tərəfləri, onun funksionerlərinin harınlığı barədə məqalələlərin dərci idi (Sonralar komsomolun rəhbərləri Nəcəfə həmin məqalələri xatırladacaqlar.).

Nəcəf bu və ya digər materialın dərci barədə özü qərar verirdi və yaxşı başa düşürdü ki, onların bəziləri komsomol rəhbərlərinin narazılığına səbəb olur. LKGİ MK-dakılar komsomol təşkilatlarındakı ciddi nöqsanları göstərən məqalələrin dərcinə müntəzəm şəkildə mane olmaq istəsələr də buna nail ola bilmirdilər. Redaktorun bu cür davranışı isə LKGİ MK ilə onun mətbu orqanı arasında on illərlə formalaşmış münasibətlər sistemində görünməmiş bir hal idi. Lakin bu, 1986-cı ildi, yenidənqurma və aşkarlıq dövrüydü. Bu, qəzetə inamlı fəaliyyət göstərməyə imkan verirdi. "Molodyojka" hətta kommunist dövlətinin "müqəddəsdən də müqəddəs" olan ideologiyası haqqında müzakirələr açırdı. O zaman Nəcəf tez-tez deyərdi: "Biz monoloq qəzetindən dialoq qəzetinə çevrilməliyik". Və qəzetin səhifələrində mənəviyyat, tarixi varislik, milli düşüncə, dilə və keçmişə diqqət barədə yazılar geniş yer alırdı. Qəzetin səhifələri oxucuların müzakirə meydanına çevrilməyə başlayırdı. Bütöv oxucu kollektivləri indiyə kimi qadağan olunmuş mövzular barədə açıq diskussiyalara girişirdilər, halbuki əvvəllər bu mövzular barədə yalnız öz yaxınlarına, özü də astadan danışa bilərdin. Eyni sözləri iqtisadi islahatlar barədəki yazılara da aid etmək olar. "Molodyojka" kooperativlərin və azad sahibkarlığın müdafiəsi ilə bağlı yazılar dərc edirdi.

Tez bir zamanda "Molodyojka" solğun, cəsarətsiz qəzetdən ümumrespublika əhəmiyyətli mətbu orqana çevrildi, onun nüfuzu və populyarlığı, tirajı oxucu məktubları ilə birlikdə artdı. Bütün bunlar LKGİ MK rəhbərliyinin küt narazılığı fonunda baş verirdi. Onlar tez-tez redaksiyaya "tövsiyə" edirdilər ki, yalnız gənclərin problemləri ilə məşğul olaq və gənclər qəzetinə xas olmayan problemlərə baş qoşmayaraq. Həmin vaxt 1986-87-ci illər idi. Bu dövrdə "Molodyojka" Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən və ona ən çox təsir göstərən mətbu orqan idi.

O zamankı "Molodyojka"nı "Moskovskiye novosti" və "Literaturnaya qazeta" ilə müqayisə etmək olardı. Həmin vaxtlar respublikanın digər qəzetləri bu yolla getməyə heç cəhd eləmirdi.

Mənə elə gəlir ki, bunun bir neçə səbəbi vardı: mətbuat orqanlarının mütləq əksəriyyəti, elə cəmiyyətin mühüm hissəsi də yenidənqurma və aşkarlığı (deməli, cəmiyyətin demokratikləşməsini də o cümlədən) çətinliklə qəbul edirdi. Bundan əlavə, çoxları inanırdı ki, Qorbaçov və onun yenidənqurma ideyası müvəqqətidir və tezliklə buna son qoyulacaq. Nəcəf o zaman deyirdi ki, Kremldəki mühafizəkarlar qalib gəlsələr lideralizm tərəfdarlarının işi bitəcək və demokratiyanı yaddan çıxarmaq lazım gələcək. O, əmin idi ki, mətbuat fəal mövqe tutmalı və respublikanın demokratik qüvvələrini müdafiə etməlidir. Bununla yanaşı, Nəcəf digər bir qənaətə də gəldi: belə şəraitdə etibarlı komanda olmadan işləmək olmaz. Nəcəf "Molodyojka"ya gələndən sonra fəal rejimdə işləyə bilməyənlər, yaxud yeni redaktoru başa düşməyənlər qəzetdən getdilər və qəzetdə kadr qıtlığı, daha doğrusu, həmfikir çatışmazlığı yarandı.

Qeyd edim ki, Nəcəf "Molodyojka"ya gəlişinə ciddi hazırlaşmırdı və mən sonradan bildim ki, o, redaksiya işinin yenidən qurulması stategiyasını, əməkdaşlarla münasibət və redaktorun özünün davranış qaydalarını əvvəlcədən işləyib hazırlayıbmış.

1987-ci il və 88-ci ilin birinci yarısı qəzetə yeni təfəkkürlü jurnalistlərin toplaşması dövrü oldu. "Molodyojka"nın köhnə işçiləri onları istehzayla qarşılayır və "Nəcəfin uşaqları" adlandırırdılar. Həmin "uşaqlar"ın arasında olmaq xoşbəxtliyi bu sətirlərin müəllifinə də qismət olmuşdu. 

Qarabağ və ilk xəyanət

 "Molodyojka"nın növbəti sınaqları 1988-ci ilin fevralında oldu. Həmin vaxt Qarabağda baş verən hadisələr ictimaiyyəti silkələdi və respublikada vəziyyətin gərginləşməsinə səbəb oldu. Dağlıq Qarabağda separatçılıq hərəkatının ilk günlərindən başlayaraq "Molodyojka"nın əməkdaşları oxucu zəngləri və məktublarının axını ilə üzləşdilər. Oxucular əsəbiləşir, respublika rəhbərliyinin separatçılara qarşı qəti hərəkət etməməsinin səbəblərini başa düşmür, izahat istəyirdilər. Onlar Ermənistanda baş verən hadisələr barədə həqiqəti, ermənilərin Qarabağa iddialarının əsassız olması barədə tarixi faktları dərc etməyi tələb edirdilər. Lakin o vaxt Azərbaycan KP MK bütün redaksiyalara göstəriş vermişdi ki, Qarabağ mövzusunda rəsmi məlumatlardan başqa heç nə çap olunmasın. Yadımdadır ki, münaqişənin ilk dövrü Nəcəf ermənilərin Qarabağa iddialarının əsassız olması barədə kəskin materialların dərcini tələb edən həmfikirlərini sakitləşdirir və təxminən belə deyirdi ki, tutalım həmin materialları dərc etdik, məni də vəzifədən çıxardılar. Bəs sonra? Bura elə adam təyin edəcəklər ki, qəzeti əvvəlki gününə salacaq.

Həmin mərhələdə Nəcəf növbəti taktikanı seçdi: tarixə toxunmadı. O, hüquqşünasları dəvət etdi ki, Qarabağın Azərbaycandan ayrılması və alınması barədə tələblərin əsassız, respublikanın və SSRİ-nin konstitusiyalarına zidd olduğunu sübut etsinlər, göstərsinlər ki, bu tələb həm də beynəlxalq qanunlara ziddir, kütləvi vətəndaş itaətsizliyi, tətillər respublikanın və bütün ölkənin iqtisadi maraqlarına birbaşa zərbədir.

Həmin vaxt qəzetdə ermənilərin Qarabağda sosial və mədəni hüquqlarının pozulması barədə iddiaları da respublikanın rəsmi şəxsləri tərəfindən təkzib olunur və onların bu fikirləri barədə geniş müsahibələr verilirdi. Bu gün - aradan 12 il keçdikdən sonra həmin yazılar solğun, cəsarətsiz və mənasız görünə bilər, lakin o zaman - redaktorların yalnız "yuxarılar"ın sifarişi ilə işlədiyi və senzuranın ayıq-sayıq nəzarət etdiyi ciddi sovet rejimi vaxtı Nəcəfin hərəkətləri qəhrəmanlıq idi. Çox az adam bilir ki, qəzet çapa getməzdən əvvəl "yuxarılar"dan redaksiyaya zəng olunur, bu və ya digər materialın nömrədən çıxarılması tələb edilirdi. Dəfələrlə çapa hazırlanmış materiallar əvvəlcə Azərbaycan KP MK-ya aparılır və oradan kəsib-doğranılmış şəkildə geri qaytarılırdı.

Nəinki bütün SSRİ-də, hətta Azərbaycanın özündə də Qarabağ mövzusuna dair obyektiv məqalələrin ciddi qıtlığı vaxtı bu hadisələrə yeganə cavab "Molodyojka"da dərc olunurdu. Rəsmi Bakı, demək olar ki, susur, mərkəzi televiziya həqiqətdən uzaq məlumatlar verirdi, erməni təbliğatı isə gündən-günə güclənirdi. Həmin vaxtlar Azərbaycanın tanınmış ictimai xadimləri Moskvaya getməzdən əvvəl "Molodyojka"ya gəlir və paytaxt əhalisi arasında yaymaq, eləcə də Sovet İttifaqının ən nüfuzlu KİV-nə göndərmək üçün "Molodyojka"da Qarabağa aid dərc olunmuş məqalələrin surətini verməyi xahiş edirdilər. Məhz həmin 1988-ci ildə aydın oldu ki, Nəcəf nəinki istedadlı rəhbər, həm də ağıllı, uzaq görən şəxsiyyət, daha yüksək səviyyədə fikirləşən yeni formasiyanın insanıdır. Belə adamlar olmadan cəmiyyətin həyatını dəyişmək Azərbaycanı həqiqətən də demokratik etmək, onun maraqlarını qorumaq mümkün deyil. Onda çoxları Nəcəfin gələcək parlaq dövlət xadimi karyerası barədə danışmağa başladı.

Həmin vaxtlar "Molodyojka" redaktorunun şəxsiyyəti, demək olar ki, əfsanəyə çevrilmişdi. Elm, mədəniyyət xadimləri, ali məktəblərin müəllim və tələbələrindən ibarət nümayəndə heyətləri Qarabağ ətrafındakı hadisələri müzakirə etmək üçün tez-tez onun yanına gəlir və məsləhət alır, bəziləri isə sadəcə Nəcəf Nəcəfovu görmək üçün onunla görüşə can atırdı. O, maraqlı müsahib idi, danışıq ədası və üslubu çox az adamın diqqətindən yayınardı. Diqqətcil adam onun dinləmək mədəniyyətini o saat hiss edirdi. O danışanda enli eynəyinin altından baxan ağıllı, qonur gözləri müsahibi bir balaca sıxırdı. Skripkaçıların barmaqlarına oxşayan uzun, güclü barmaqlarını havada asta-asta yellədir, şəhadət barmağı ilə dirijor çubuğu kimi havada fiqurlar cızır, hansısa bir fikri vurğulayanda isə şəhadət barmağını dik gətirərək qarşısındakı nöqtəyə qoyurdu.

Onunla mübahisə etmək çox çətin idi - Nəcəfin məntiqi mülahizələri onun ən güclü silahı idi. Və nəhayət, Nəcəfin çox gözəl az qala xəttatlarınkına oxşayan xətti vardı.

Qarabağda vəziyyətin kəskinləşməsi ilə "Molodyojka"da məqalələr də sərtləşirdi. 1988-ci ildə Lenin (indiki Azadlıq) meydanında noyabr mitinqləri başlayanda qəzet redaksiyası ilə respubilka partiya rəhbərliyi arasındakı qarşıdurma artıq açıq müstəviyə keçdi. Bəzi kəskin məqalələrdə nəinki ölkə, hətta respublika rəhbərliyinin də ünvanına dolayısı tənqidlər vardı. Bu tənqidlərin mahiyyəti ondan ibarətdir ki, rəsmi Bakı nəinki Ermənistandakı azərbaycanlıları müdafiə etmək üçün tədbirlər görür, hətta Qarabağdakı şəraiti büsbütün Moskvanın ixtiyarına buraxır ki, bunun da nəticələri faciəli olacaq.

Həmin vaxt Moskvanın Qarabağdakı nümayəndəsi Arkadi Volskinin fəaliyyətini tənqid edən məqalə ilə bağlı az qala detektiv bir hadisə baş verdi. Azərbaycanda KP MK-nın o vaxtkı I katibi Əbdürrəhman Vəzirov noyabrın 18-də axşamdan xeyli ötmüş Nəcəfi yanına çağırıb tələb edir ki, Volskini tənqid edən və noyabrın 19-cu nömrəsində dərc olunacaq məqaləni qəzetdən çıxar, onun əvəzinə başqa bir yazı qoy və qəzetin yeni tirajı çap olunsun. Həmin gecəki söhbət zamanı Nəcəf bu tələbdən imtina edir və nömrəni xilas etmək üçün materialın tonunu yumşaltmağa razılıq verir. Elə həmin gecə "Molodyojka"nın redaktorunun taleyi həll olunur, ona açıq şəkildə deyilir ki, qəzetdən getməlidir. Bir neçə gündən sonra bu qərar KP MK-nın büro iclasında rəsmi qəbul olundu.

"Molodyojka" əməkdaşlarının bu hadisəyə reaksiyası müxtəlif cür oldu. Hələ Nəcəfi çıxarmazdan əvvəl Azərbaycan LKGİ MK və KP MK redaktor müavinliyinə elə bir şəxsi təyin etmək istəyirdilər ki, gələcəkdə o, qəzetin redaktoru olsun. Nəcəf bu planın əleyhinə çıxmış və öz mövqeyini bununla əsaslandırmışdı ki, redaksiyanın özündə redaktor müavinliyinə daha layiqli namizədlər var və bu məsələni kollektivin rəyini nəzərə almadan həll etmək olmaz. LKGİ MK və KP MK nümayəndələri həmin adamı redaksiyaya gətirəndə isə "Molodyojka" əməkdaşlarının bir hissəsi susdu və Nəcəfi müdafiə etmədi. Nəcəf redaktorluqdan azad edildikdən sonra həmin şəxslər onun vəzifəsinə bərpa olunması barədə redaksiya üzvlərinin Vəzirova ünvanladığı müraciətdən də öz adlarını çıxardılar.

 "Molodyojka"dan müxalifətə

 Nəcəfin "Molodyojka"dan uzaqlaşdırılması onun həyatda qarşılaşdığı ilk böyük xəyanət idi. O zamankı respublika rəhbərliyi gənclər qəzetinin cəsur redaktoruna yox, öz xalqına, onun şəxsi ləyaqəti uğrunda mübarizəsinə xəyanət etdi. Rəhbərliyin bu hərəkəti həmişəki kimi "ali maraqlar" və buraxılmış "səhvlər"lə əsaslandırılırdı. Bununla bağlı həmin dövrün yalnız bir epizodunu qeyd etmək, daha doğrusu, partiyanın həmin qərarını həyata keçirənlərdən yalnız birinin hərəkəti barədə danışmaq istəyirəm. Bu şəxs Azərbaycan LKGİ MK-nın təlimatçısıydı və Nəcəf vəzifədən çıxandan sonra özünə oxşayan bir qrup adamla redaksiyaya gəlmişdi. Komsomol desantlarının məqsədi Nəcəfin həmkarlarının partiyanın qərarına mümkün etirazının qarşısını almaq idi. O zaman həmin "xadim" həyasızcasına bəyan etdi: "Əgər siz Nəcəfsiz qəzet çıxarmaqdan imtina etsəniz, biz yarım saat ərzində redaksiyanın bütün tərkibini dəyişə bilərik". Sonradan açıq partiya yığıncağında isə həmin xadim qəzeti siyasi səhvlər buraxmaqda ittiham etdi. "Soldat çəkmələri çəkilmiş plakatı qəzetə verməyə necə rəva bilmisiniz?! Sizin bu hərəkətiniz MK bürosunda hərbçi Zaytsevin (keçmiş SSRİ Silahlı Qüvvələrinin Cənub istiqamətindəki qonşularının komandanı, ordu generalı) qəzəbinə səbəb olub. O, plakatın sovet qoşunlarının Bakıya yeridilməsinə həsr edildiyini, bu hərəkətin sovet ordusuna qarşı təhqir, təxribat olduğunu hesab edir!". Kommunist dəyərlərinin müdafiəçisi olan bu şəxs həmin sözləri qəzəbdən ağzı köpüklənə-köpüklənə deyirdi. Kommunist dəyərlərinin bu müdafiəçisi sonralar özəl banklardan birinin rəhbəri oldu.

Lakin hakim dairələrin Nəcəfin ictimai rəyə təsirini zəiflətmək, siyasi fəallığının qarşısını almaq cəhdləri əks nəticə verdi, onun nüfuzunu artırdı və böyük siyasətə gəlişini sürətləndirdi. 1989-cu ildə o, AXC Təşəbbüs Qrupuna fəal şəkildə qoşuldu. Bu il çox gərgin işlərlə müşayiət olundu. Mitinq və yığıncaqların təşkili ilə yanaşı AXC qurumlarının formalaşması prosesi gedirdi. Məhz bu dövrdə hakimiyyətlə müxalifətin münasibətləri gərginləşməyə doğru istiqamət götürmüşdü.

Yəqin ki, çoxları Milli Məclisin o ilki unudulmaz iclasını xatırlayır. Həmin vaxt parlament zalında Nəcəflə KP MK-nın I katibi Vəzirov arasında birbaşa konflikt baş verdi. Vəzirov növbəti dəfə hamını aldatmaq, verdiyi vədi yerinə yetirmək istəmirdi. Həmin dövrdə Nəcəf AXC-nin orqanı olan "Azadlıq" qəzetinin yaradılması üzərində çalışırdı. Böyük çətinliklərdən sonra qəzetin ilk sayını yalnız dekabrın sonlarında buraxmaq mümkün oldu. Bu o zaman idi ki, Qarabağdakı get-gedə pisləşən şərait və respublika rəhbərliyinin qətiyyətsiz və səriştəsiz hərəkətləri Azərbaycanı 1990-cı ilin faciəli yanvar hadisələrinə yaxınlaşdırırdı.

"Azadlığ"ın ilk sayı 1989-cu il dekabrın 24-də çıxdı. Nəcəfin ilk nömrə üzərində necə həvəslə işlədiyi gözlərimin qabağındadır. Bir qrup jurnalistlə birgə o, nömrənin maketini hazırladı, məqalələri redaktə etdi, Əhmədlidəki 4 saylı mətbəədə iki gecə çalışdı.

"Azadlığ"ın çıxması ilə o, yenidən ölkədə ən populyar - 200 min tirajla çıxan qəzetin redaktoru oldu.

1990-cı ilin yanvarı

 1989-cu ilin payızı və qışı Azərbaycanın yeni tarixində ən faciəli dövrlərindən biridir - erməni təcavüzkarlığı gündən-günə güclənir, Bakıdakı hakimiyyət tamamilə iflic olur, idarəetmə sükanı itirir, Xalq Cəbhəsi getdikcə qüvvətlənir, lakin hələ şəraitə nəzarət edə bilmir, respublikanın bəzi rayonlarında və Bakıda özbaşınalıq halları çoxalır, talanlar baş verir, günahsız insanların qanı axıdılırdı. Respublikada ümumi vəziyyətin sabitsizləşməsi prosesi gedir və fövqəladə vəziyyətin elan olunması reallaşırdı.

Yanvarın 19-dan 20-nə keçən gecə Nəcəflə birlikdəydik. AXC qərargahından Bakıya girişdə və hərbi hissələrin qarşısında qoyulmuş postlara gələrək, ora toplaşanları dağılışmağa çağırır, onların qoşuna qarşı dayanmasının mənasızlığını izah edirdik. Ən çətin vəziyyət Biləcəri enişində yaranmışdı. Biz gecə saat 24 radələrində ora gəlib çatdıq. Kütlənin birinci cərgəsinə yığışmış yüzlərlə adam həddən artıq həyəcanlı və çılğındı. Onlar zirehli texnikayla üz-üzə dayanmışdılar. Nəcəf üzünü kütləyə çevirərək onlara aşağı oturmağı təklif etdi. O, sadəlövhcəsinə fikirləşdi ki, bu halda hərbi karvan yerindən tərpənməyəcək. Ancaq zirehli paltar və dəbilqə geymiş əsgərlər dəyənəklərini əllərindəki dəmir qalxana taqqıldada-taqqıldada kütlənin üstünə yeridilər. Bir neçə saniyə sonra isə ayaqlarım altında şaşka vızıldadı, zəhərli qaz ətrafa yayıldı, mən qazdan boğula-boğula kənara atıldım. Mən arxaya baxanda əsgərlər artıq Nəcəfin dayandığı yeri keçmişdilər, yollarını kəsənləri döyürdülər, onların arxasınca isə zirehli texnika irəliləyirdi.

Nəcəfi səhər tezdən tapdım. O danışırdı ki, yalnız dəyənəyin kəskin zərbəsi, ağrısı yadındadır. O, üzü kütləyə dayanarkən əsgərlər arxadan başına vurmuşdular. Sonrakı bir neçə saat o, yarımcan vəziyyətdə qalıb. Ancaq xatırlayır ki, kimsə onu dartıb kənara çıxara bilib. Yanvarın 20-sində səhər açılana kimi bu vəziyyətdə qalıb. Sonra yaxın binalarda yaşayanlardan kimsə onu öz evinə aparıb.

Artıq bir sutka keçəndən sonra Nəcəf respublika Ali Sovetinin fövqəladə sessiyasını təşkil edənlər arasındaydı. Həmin axşam özünü itirmiş və ruhdan düşmüş parlament üzvləri nə etmək lazım gəldiyini bilmirdilər. Sessiyanın qərarını AXC üzvləri hazırlamışdılar və Ali Sovet üzvləri onu qəbul etdilər. Lakin o, qəbul edilməzdən əvvəl zala yığışmış deputatlardan çoxu qaçmaq istəyirdi, çünki Bakının komendantı fövqəladə vəziyyət rejimini pozduqlarına görə onların hamısını tutmaqla hədələmişdi. Nəcəf də daxil olmaqla AXC fəallarının qəti hərəkəti olmasaydı, parlamentarlar öz məşhur qərarlarını qəbul etməyəcəkdilər.

 "Azadlığ"ın redaktoru, prezident müşaviri

 Yanvar işğalından sonra Azərbaycan ətrafında informasiya blokadasının yarılması ön plana çıxdı. "Azadlığ"ın nəşri qadağan edilmiş, milli azadlıq hərəkatının liderlərinə qarşı repressiya başlanmışdı. Həmin vaxt Nəcəf "Molodyojka"da işləmiş bir neçə həmkarları ilə birlikdə "TURAN" İnformasiya Agentliyini təsis etdi.

Bir qədər sonra hakimiyyət müxalifətə qarşı repressiyaları yumşaltmağa məcbur oldu və "Azadlığ"ın nəşri bərpa edildi. 1990-cı ilin parlament seçkilərində Nəcəf müxalifət nümayəndələri arasında ən çox səs toplayanı oldu və inamlı qələbə qazandı. Sonrakı 2 ildə o, diqqətini redaksiyaya və parlamentdəki işinə yönəltdi. "Azadlıq" həmişəki kimi müxalifətin ən vacib mətbu orqanı oldu. Bununla belə Nəcəf AXC-nin rusdilli nəşrinin yaradılmasına təkid etdi və nəticədə "Svoboda" qəzeti yarandı. Hər iki qəzet Azərbaycanda milli azadlıq hərəkatında, ölkənin ərazi bütövlüyünün qorunmasında fəal iştirak etdi.

1990-92-ci illərdə "Azadlıq" təkcə xarici düşmənlərlə yox, həm də daxili rəqiblərlə mübarizə aparırdı. Qəzet respublikanın sosial-iqtisadi, siyasi problemlərini ön plana çəkir və izah edirdi ki, bunlar həll edilmədən milyonlarla adamın vəziyyətinin düzəlməsi mümkün deyil.

Nəcəf parlament üzvü kimi ATƏT-in vasitəçiliyi ilə ermənilərlə dialoqda fəal iştirak etdi və 1992-ci ilin mayında Tehranda ermənilərlə aparılan danışıqlarda Azərbaycan nümayəndə heyətinin tərkibinə qatıldı. Lakin 1991-ci ilin avqust hadisələrindən sonra, xüsusən də Boris Yeltsinin Qarabağa səfərinin (1991-ci ilin payızı) ardınca regionda şərait gündən-günə pisləşməyə başladı və 1992-ci ilin mayında Qarabağ tamamilə ermənilər tərəfindən işğal olundu.

1992-ci ilin mart hadisələri zamanı Nəcəf yenidən hadisələrin mərkəzində oldu. O, Ayaz Mütəllibovla danışıqlarda iştirak etdi. Həmin danışıqlarda prezidenti inandırdılar ki, qan tökülmədən istefa verməlidir.

AXC hakimiyyətə gəldikdən sonra Nəcəf əvvəlcə prezidentin mətbuat katibi, sonra isə müşaviri oldu. 1993-cü ilin yazında o, dövlət katibi vəzifəsinə təyinatdan imtina etdi, mayda isə müşavir vəzifəsindən istefaya getdi. Nəcəf istefasının səbəbləri barədə açıq danışmağı xoşlamırdı. Lakin bir neçə dəfə dar çərçivədə etiraf etmişdi ki, o, rəhbərliyin daxili, xarici siyasətilə razı deyildi. Nümunə kimi o, DİN-ə başçılıq edən və jurnalistləri döyən İsgəndər Həmidovun hoqqalarını göstərirdi. O, rəhbərliyin Surət Hüseynova münasibətini də başa düşə bilmirdi. Halbuki Nəcəf şəxsən Gəncəyə gedərək Surəti hökumətlə barışdırmışdı. Nəcəfin öz silahdaşlarına daha kəskin iradları olsa da, bu barədə ətraflı danışmaq istəmirdi. Bununla belə, Nəcəf təkrar edirdi ki, Azərbaycan AXC hökumətinin əhəmiyyətini nə vaxtsa başa düşəcək.

İstefaya getdikdən sonra Nəcəf bir müddət ARDNŞ-də ictimaiyyət və xarici neft kampaniyaları ilə əlaqələr üzrə vitse-prezident işlədi. Həmin ilin iyununda isə o, təmsil olunduğu AXC hökumətinin üzvləri ilə birlikdə istefaya getdi.

Hakimiyyət dəyişikliyindən sonra Nəcəf hesab edirdi ki, AXC hakimiyyətinin məğlubiyyəti səbəblərini araşdırmaq vacibdir. O, inanırdı ki, demokratlar hakimiyyətdən müvəqqəti gediblər. AXC-nin ən ağır günlərində - 1993-94-cü illərdə o, təşkilatın Məsləhət Şurasının üzvü işlədi və AXC-nin fəaliyyətində aktiv iştirak elədi.

Bu illər yaratdığı qəzetlə onun arasında soyuqluğun yaranmasına səbəb olan hadisələr baş verdi. İlk dəfə bu, 1993-cü ildə - "Azadlığ"a redaktor müavini təyin olunanda üzə çıxdı. Həmin vaxt fikir ayrılığı üzündən qəzetdə parçalanma oldu. Nəcəfin vəziyyəti yumşaltmaq cəhdləri uğursuz oldu, onun fikirlərinə məhəl qoyulmadı. Bundan sonra redaksiyaya Nəcəfin dövründə gəlmiş bir neçə əməkdaş qəzeti tərk etdi.

"Azadlığ"ın yaradıcısı olsa da, dövlət postundan getdikdən sonra o, qəzetə redaktor vəzifəsinə qayıtmadı. Qəzetlə onun arasında münasibətlərdə 1994-cü il həlledici mərhələ oldu. Həmin vaxt redaktor dəyişdirildi. Bu dəyişmə AXC rəhbərliyi ilə razılaşdırılmışdı, amma Nəcəflə yox. Sonralar o deyirdi: "Başa düşə bilmirəm, axı nəyə görə AXC rəhbərliyi yeni redaktorun təyinatı ilə bağlı mənim fikrimi soruşmadı. Niyə bu işi mənsiz gördülər?!".

Həmin dövr AXC daxilində keçmiş qvardiya ilə yeni nəsil siyasətçiləri arasında fikir ayrılıqları meydana çıxdı. Bu qarşıdurmaya girişmiş insanlar siyasi mübarizədə mətbu orqanın əhəmiyyətini yaxşı başa düşürdülər. Əminəm ki, redaktor Nəcəf olsaydı, qəzet AXC daxilində kiməsə öz rəğbətini açıqdan-açığa bildirməzdi. Yəqin ki, əksinə olardı - "Azadlıq" qarşıduran tərəfləri birləşdirən körpüyə çevrilərdi. Bundan əlavə, Nəcəf mətbu orqanın siyasi liderlərin kəskin nəzarəti altında olmasına razı deyildi. Görünür, belə adam onlara lazım deyildi.

Mənim "Azadlığ"ın redaktoru ilə bir neçə il bundan əvvəl elədiyim söhbət bunları təsdiqləyir. Mən ondan soruşdum ki, niyə Nəcəfi qəzetə rəhbərliyə dəvət etmirsiniz? Cavab təxminən belə oldu: "Mən qəzeti Nəcəfdən almamışam ki, ona da qaytarım".

Düşünürəm ki, redaksiyada heç kim Nəcəfin olmamasından rahatsız deyil. Belə təəssürat yaranır ki, orada heç kim bu insanın qarşısında hər hansı mənəvi borc hiss etmir.

Hesab eləyirəm ki, həmin vaxt (yəni 1994-də) Nəcəf AXC rəhbərliyinin yanına gedərək özünün "Azadlığ"a qayıtmaq məsələsini həll edə bilərdi, ancaq o, bu addımı atmadı və AXC-nin intizamlı üzvü kimi qalmağa üstünlük verdi. Həmin vaxtdan başlayaraq o nəinki qəzetdən, həm də keçmiş silahdaşlarından aralanmağa başladı.

 

Ömrünün son illəri

 Beləliklə, son 7 ildə Nəcəf "Azadlıq"dan təcrid olunmuşdu. Lakin bütün bu illər ərzində o, yeni gündəlik qəzetin rəhbəri olmaq arzusunu gizlətməmişdi.

1995-ci ildən başlayaraq o, "Molodyojka"dan olan keçmiş həmkarları ilə birlikdə yeni qəzetin nəşri məsələsini müzakirə edirdi.

Biz üç dəfə bu işin planını cızmışdıq. İlk iki cəhdimiz maliyyə məsələsinə görə boşa çıxmışdı. Üçüncü cəhdimiz uğurlu oldu, lakin Nəcəfin xəstəliyi dövrünə düşdü. Almaniyada müalicənin birinci kursundan sonra (1999-cu ilin yayı) biz yenidən bir yerə yığışaraq yeni qəzetin yaradılması üçün təşkilati məsələni müzakirə etdik. Qərara aldıq ki, məhz gündəlik qəzet çıxaraq. Nəcəf inamla deyirdi ki, bu, ölkədə birinci qəzet olacaq. O, qəzetin ilk sayını 2000-ci ilin yanvarın 1-də buraxmaq istəyirdi. Nəcəf deyirdi ki, respublika qəzetlərinin aşağı səviyyəsi onu məyus edir və onlara əsl qəzet nümunəsi göstərmək lazımdır. Bununla belə, qəzetə rəhbərliyin onun xəstəliyinə mənfi təsir göstərə biləcəyi haqqında bəzi ürəksiz iradlarımıza əhəmiyyət vermək istəmirdi.

Lakin onun bəxti-taleyi başqa cür gətirdi, xəstəlik onun arzularından güclü çıxdı. Təəssüf ki, Nəcəfin ömrünün son 7 ilində bu insanın bacarığından istifadə olunmadı. Bu illər başqa səbəblər üzündən də ona çox ağır idi. Bununla belə, ətrafdakılar üçün o, əvvəlki Nəcəf idi - ağıllı, intizamlı, öz problemləri barədə danışmağı sevməyən Nəcəf Nəcəfov.

Nəcəfin həyatdan getməsi ümummilli miqyaslı dövlət xadiminin itirilməsi deməkdir, elə bir xadim ki, ona baxanda öz xalqı və dövləti haqqında çoxdan itirilmiş bir qürur hissi duyulurdu.

Dəfn günü İngiltərədən olan ümumi dostumuz mənə dedi: "Bilirdim ki, Nəcəf məşhur adamdır, lakin heç zaman bilməzdim ki, xalq onu bu qədər sevir. Azərbaycanda keçirdiyim illər ərzində mən belə dəfn mərasimi görməmişdim".

Ölümündən bir neçə həftə öncə Nəcəf deyirdi ki, onu incidənlərin, problemlərinin baiskarlarının hamısını bağışlayıb. Xəstələndikdən sonra oxuduğu Quranın təəssüratı altında təkrar-təkrar mənə deyirdi: "Hətta o adamları da bağışla ki, onların günahkarlığına heç bir şübhən yoxdur. Cəza vermək səlahiyyəti yalnız Allaha məxsusdur. O, hər kəsə layiq olduğu cəzanı verəcək, həyatda baş verən şeylərin hamısı isə qanunauyğunluqdur". İnanıram ki, Nəcəfin bu sözləri həqiqətə çevriləcək və onun qarşısında günahı olanların hamısı layiqli cəzalarına çatacaqlar.

Nəcəf haqqında demək istədiklərim az deyil, lakin onun barəsində ilk yazımı bununla bitirmək istərdim.

 Tale Şamçıyev

 Xalq hərəkatının vicdanı 

Həyatda itirdiyim ilk dostumdur Nəcəf. Bəlkə indiyə kimi Allahın mənə yazığı gəlirmiş. Bəlkə də məni belə bir ağır sınağa hazırlayırmış. Bunu ancaq O özü bilir.

Nəcəfə heə vaxt "müəllim" və ya "bəy" deyə müraciət etməmişdim. İndi də etmək istəmirəm. O, mənim üçün sadəcə "Nəcəf" idi. Halbuki o, daxilən həm bəy idi, həm də müəllim.

Hərə gərək öz çörəyini yesin. Mən qələm əhli deyiləm. Üstəlik, onu da bilirəm ki, yazım nə qədər rəvan alınsa da Nəcəfə layiq ("xatirəsinə" sözünü yazmağa əlim gəlmir) olmayacaq. Alına da bilməz. Çünki şəxsən mənim söz ehtiyatımda elə sözlər yoxdur.

Bəs onda niyə yazıram? Birincisi, təskinlik tapmaq üçün. Sonrası, onun üçün ki, Nəcəfin bizdən əbədi ayrıldığı gündən onun qarşısında borc hissi mənə rahatlıq vermir. Elə bil ki, məndən də nəsə asılıymış. Edə bilərmişəm. Amma etməmişəm.

Nəcəf mənə tez-tez zarafatyana "partokrat" deyərdi. O dəqiqə də əlavə edərdi ki, "amma yaxşı oğlandır". Dost-tanış arasında məni belə çağıran az olmayıb. Amma bu sözə görə incimədiyim tək insan Nəcəf idi.

Mən, həqiqətən, uzun illər boyu komsomol-partiya orqanlarında çalışmışam. Peşman da deyiləm. Çünki o təşkilatlarda işləyə-işləyə də xalqına gərəkli adam olmaq mümkün idi. Çoxlarından fərqli olaraq, Nəcəf bunu başa düşürdü.

1990-cı il yanvarın 21-də mən Elmlər Akademiyasının aşağı binasındakı («İsmailiyyə»)dəki, kiçik akt zalına daxil olanda ilk gördüklərim xalq şairi Bəxtiyar Vahabzadə ilə Nəcəf idi. Onlar nə haqqındasa gərgin müzakirə aparırdılar. Birdən Nəcəfin gözü mənə sataşdı. "Budur, Bəxtiyar müəllim, bizim partokrat dostumuz gəldi, onun təcrübəsi bizim karımıza gələr".

Mən onlara yaxınlaşdım. Məlum oldu ki, söhbət Ali Sovetin sessiyasının çağırılmasından gedir. Dedim ki, Ali Sovetə gedib deputatların şəxsi vərəqələrini qaldırmaq, daha sonra isə onlara bir-bir zəng edib əvvəlcədən razılaşdırılmış ünvana dəvət etmək lazımdır (belə bir fikir vardı ki, sessiya Ali Sovetin binasında yox, elə Elmlər Akademiyasının böyük akt zalında keçirilsin). Bəxtiyar müəllim hökumət telefonu vasitəsilə Ali Sovetin sədri Elmira Qafarovanı evində tapıb məsələnin məğzini ona çatdırdı. Elmira xanımın özünü itirdiyi hiss olunurdu, çünki əvvəlcə o sessiyanın Elmlər Akademiyasında keçirilməsinə razılıq verdi, amma, görünür, kiminləsə məsləhətləşdikdən sonra təkrar zəng edib dedi ki, "deputatın evi Ali Sovetdir, qoy elə ora da yığışsınlar".

Bəxtiyar müəllim Nəcəfin təklifi ilə məni öz nümayəndəsi kimi Ali Sovetə yolladı. Artıq saat 15-ə kimi Ali Sovetdə şöbə müdiri vəzifəsində işləyən Cahangir Nəcəfov və mən Bakıda yaşayan deputatların 80-90 faizi ilə şəxsən danışıb sessiyaya dəvət etmişdik. Təbiətcə narahat adam olan Bəxtiyar müəllim günün axırına yaxın nə yollasa radioya yol tapıb deputatların fövqəladə sessiyaya çağırıldıqlarını xalqa efirdən elan etdi.

Nəcəfə axşam Ali Sovetin iclas zalında görüşdük.

Yanaşı oturduq. Əlində öz cəbhəçi dostları ilə birgə hazırladığı sessiyanın qərar layihəsi vardı (sonra həmin layihə kiçik dəyişikliklərlə deputatlar tərəfindən qəbul edildi). Sadəlövhcəsinə sevinə-sevinə ona dedim ki, araxayın ol, deputatların, demək olar ki, hamısı ilə danışmışıq, yetərsay olacaq. Amma elə olmadı. Az-çox vəzifədə olan deputatların əksəriyyəti zalda yox idi. Vəziyyətdən dərhal istifadə edən Elmira Qafarova elan etdi ki, yetərsay olmadığına görə gəlin sessiya yox, iclas keçirək. Bunu eşidəndə elə bil ki, zal yerindən oynadı. Adətən sessiyalarda ağızlarına su alıb oturan fəhlə-kəndli deputatları indi tanımaq olmurdu. Hamı ayağa qalxıb bir səslə bu təklifə öz qəti etirazını bildirdi. Deyildi ki, yetərsayı səhərə qədər də gözləməyə razıyıq, təki sessiya keçirək. Bunu müşahidə edən Nəcəfin son bir neçə gün ərzində ilk dəfə dodaqları qaçdı. Səbəbini soruşdum. Dedi ki, Tale, biz bu dəqiqə Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsini yaşayırıq. Faiz tərkibi xətrinə deputat seçilmiş, həmişə "rəhbər"-liyin irəli sürdüyü təkliflərə kor-koranə əl qaldırmış sıravi deputatlar ilk dəfədir ki, öz haqq səslərini qaldırırlar.

Etiraz o qədər qətiyyətli idi ki, Ali Sovetin sədri fasilə elan edib qalan deputatları təcili tapdıracağına söz vedi. Mən əlavə tapşırıq gözləmədən yuxarı mərtəbəyə qalxıb hökumət telefonu ilə qısa bir müddətdə, 10-a yaxın ən yuxarı dövlət vəzifəsi tutan deputatla danışdım. Onların əksəriyyəti iş yerlərində idi və sessiyaya gəlməyə hazırlaşmırdı.

Başa düşdüm ki, fasilə zamanı heç kim heç kimi harasa dəvət etmək, heç kim heç kimə bu barədə tapşırıq vermək fikrində deyilmiş. Onda mənə hər şey aydın oldu. Deməli, o vaxtkı respublika rəhbərliyində belə bir razılaşma olubmuş ki, rəhbər vəzifəli deputatlar sessiyaya gəlmir, öz deputatları ilə təkbətək qalmış Ali Sovet sədri isə əlindən gələni edir ki, sessiya yox, deputatların etiraz iclası keçirilsin, yəni qəbul ediləcək qərarların qanuni qüvvəsi olmasın.

Mən zala qayıdıb öz mülahizələrimi Nəcəflə bölüşdüm. Dediklərim onda dərin iz buraxdı. O, diqqətlə mənim gözlərimin içinə baxaraq dedi ki, indi mənə dediklərini tribunadan deputatlara deməlisən!

Bir anlığa özümü itirdim. Gözümün qabağında illər boyu öyrəşmiş olduğum "demokratik mərkəziyyət" prinsipi, partiyadaxili intizam, subordinasiya və s. bu kimi məfhumlar gəlib keçdi, amma bir də onda ayıldım ki, tribunanın yanında dayanıb, sədrlik edən Bəxtiyar müəllimdən söz istəyirəm. (Şükürlər olsun ki, o vaxt nə möcüzəyləsə hərbçilərin sipərini keçib kənd rayonlarından gəlmiş deputatların böyük bir qrupu hesabına yetərsay artıq var idi). Söz alıb tribunaya çıxdım, Nəcəfə danışlıqlarımı deputatlara çatdırdım. Yerimə qayıdanda Nəcəf mənə heç nə demədi. Sakitcə əlini çiynimə qoydu. Xeyli keçəndən sonra təriflədi: "Amma nə dedin?!".

Həmin gün mənim də həyatımda dönüş nöqtəsi oldu. Bunun əsas səbəbkarı Nəcəf idi.

O gün Nəcəf daha bir hərəkəti ilə də yadda qaldı. Qərar tamamilə qəbul edilməmişdən əvvəl, sədrlik edən zala müraciətlə soruşdu ki, kimin bu qərara əlavəsi var. Nəcəf əlini qaldıraraq qətiyyətlə dedi: "Qərarda mütləq yazmaq lazımdır ki, əgər Moskva bizim şərtlərimizi qəbul etməzsə Azərbaycan SSRİ-nin tərkibindən çıxacaq". Deputatlar bu təklifi yekdilliklə qəbul etdilər.

Nəcəflə bağlı xatirələrimin ikincisi bir qədər əvvəlki dövrlə - onun "Molodyoj Azerbaydjana" qəzetinin baş redaktoru olduğu illərlə bağlıdır.

Sumqayıt faciəsi təzə baş vermişdi. Mənim yaxın dostlarımdan biri Eldar Məmmədov Sumqayıt Şəhər Komsomol Komitəsinin I katibi, şəhər gənclərinin sevimlisi idi. Ədalət naminə demək lazımdır ki, o hadisələr zamanı Sumqayıt komsomol təşkilatı yeganə qurum idi ki, özünü itirməmiş, gəncləri şəhərdə asayişin qorunmasına səfərbər etmişdi. Ara sakitləşəndən sonra Moskvaya hesabat vermək üçün Sumqayıtda təşkilat rəhbərlərini vəzifədən uzaqlaşdırmaq kampaniyası başlandı. Növbə Eldara da çatdı. Eldarı tanımaq olmurdu - 2 həftəyə, elə bil, 10 il qocalmışdı. O, təslim olmaq istəmirdi. İş, əlbəttə, vəzifədə yox, onun tutduğu həyat mövqeyindəydi. Lakin döydüyü bütün qapılar üzünə bağlı qaldı.

Nəhayət, onun işdən qovulma məsələsi komsomolun Mərkəzi Komitəsinin geniş büro iclasına çıxarıldı. Eldarın ümidi yalnız özünə idi. Onu müdafiə edəcək ikinci bir adamın tapılacağı ehtimalı yox dərəcəsindəydi. Lakin iclas iştirakçıları arasında vicdanlı insanlar tapıldı. Onlar Eldarın müdafiəsinə qalxdılar. Çıxışının kəskinliyi ilə isə bir nəfər fərqləndi. O, Nəcəf idi. Öz prinsipial, cəsarətli və obyektiv çıxışı ilə Nəcəf əvvəlcədən hazırlanmış qərar layihəsini darmadağın etdi. Büro iclası öz məqsədinə nail ola bilmədi.

İclasdan sonra Eldar Məmmədov Nəcəfə yaxınlaşıb utana-utana soruşmuşdu: "Nəcəf müəllim, siz məni şəxsən haradan tanıyırsınız ki, belə müdafiə etdiniz?". Cavabında isə Nəcəf demişdi: "Eldar, mən səni bu günə qədər şəxsən tanımırdım. Lakin görmüş olduğun işlərdən xəbərdar idim. Bir də, bilməlisən ki, bu gün mən səni yox, həqiqəti müdafiə edirdim".

Nəcəf haqqındakı xatirələrimdən gətirdiyim misallar onun lazım gələndə nə qədər ciddi ola bildiyini təcəssüm etdirir. Lakin mən ancaq bu misallarla kifayətlənsəydim Nəcəfin haqqında yaratmaq istədiyim təəssürat hərtərəfli və obyektiv olmazdı.

Çünki Nəcəfin ciddiliyi və prinsipiallığı ilə yanaşı, duzlu-məzəli söhbətləri, şən zarafatları və sirayətedici gülüşü də vardı. Nəcəfi itirməyim mənə xüsusilə ona görə ağır gəlir ki, mənim onunla görüşlərimin böyük əksəriyyəti dost məclislərində keçmişdir. Ona görə də hər dəfə Nəcəfi xatırlayanda gözümün qarşısında onun məhz gülümsər çöhrəsi durur.

Hər ikimizin iştirak etdiyi məclislər adətən çox şən keçərdi. Mən başladığım zarafatı o davam etdirərdi və əksinə. Lakin Nəcəf zarafat edəndə də xoşməramlı siyasətçi olaraq qalırdı. Yaxşı yadımdadır. Dostumuz Şahinin ad gününü onların Bilgəhdəki bağlarında qeyd edirdik. Samovara od salmağı Nəcəf öz boynuna götürmüşdü. "Proses"in ləng getdiyini görüb videokameranı götürdüm və ona yaxınlaşdım. Məşhur bir siyasətçinin məşhur bir kəlamını bir qədər dəyişərək ondan soruşdum: "Nəcəf Nəcəfov, nə istəyirsiniz bu xalqın canından?". O isə özünü itirmədən dərhal cavab verdi: "Mən bu xalqa çay vermək istəyirəm".

Son olaraq daha iki fikrimi qeyd etmək istəyirəm. Xalq hərəkatının beşiyi başında durmuş şəxsiyyətlər hamımıza yaxşı məlumdur. Onların hər birinin bu hərəkatda öz yeri var. Bənzətmə ilə desək, kimisə xalq hərəkatının beyni, kimisə vuran ürəyi, kimisə güclü biləyi adlandırmaq olar. Bu sırada Nəcəfin danılmaz yeri var: "Xalq hərəkatının vicdanı!".

Nəcəfin ölümü ilə əlaqədar qəzetlərdə getmiş materialların bir neçəsində müəlliflər belə bir ifadə işlətmişlər: "Tanrı Nəcəf bəyə oğul qismət etmədi". Övlad Allah payıdır. Ancaq tam səmimiyyətlə deyirəm ki, Nəcəfin oğlu olan dostlarının əksəriyyəti (o cümlədən mən də) istərdi ki, övladları həyatda bir vətəndaş kimi onların özündən də çox Nəcəfə oxşasınlar.

 Zaur Akifoğlu

 Sabah da bu gündür. Yalnız sabah

 Əgər desəm ki, bu zəmanə ilə bağlı qəribə hallar baş verir, yəqin mənimlə çoxları razılaşar. Ola bilsin, bunlar zəmanə ilə deyil, onu öz subyektiv duyğu süzgəcimizdən keçirib necə qiymətləndirməyimizlə bağlıdır. Son on il sanki bir il kimi, il də bir gün kimi ötüb keçdi. Amma, heyhat, biz nə yaşa dolub ahıllaşdıq, nə varlanıb zənginləşdik, nə də daha müdrik olduq. Sevmədiyimiz "zaman" adlı köhləni və yel qanadlı atı cilovlayıb onun bu iti, başgicəlləndirici və amansız sürətini dayandırmaq üçün qüvvəmiz də artmadı, imkanlarımız da.

Biz ona görə bu zəmanəni sevmirik ki, o, yaddaşlarımızda sevinc, fərəh dolu hadisələr qoyub getmir. Bizim üçün sevimli və əziz insanların qəm-qüssəli gözlərindəki nurlu ümidləri, əbəs yerə gözləməkdən saralıb-solmuş ülvü arzu və istəkləri yalnız fotoşəkillər əks etdirir. İnsan fani dünyamızla vidalaşıb əbədiyyətə qovuşduqdan sonra biz həmin şəkilləri böyüdürük və onlara baxdıqda kiminsə söylədiyi bu hakimanə sözlərin doğru-düzgünlüyünü tədricən anlamağa başlayırıq: sabah da bu gündür. Yalnız sabah.

Mən həmişə düşünürdüm ki, bu adamı az tanıyıram, halbuki aramızda doqquz il və on iki ay, daha doğrusu, natamam on iki ay xoş və səmimi ünsiyyət olubdur.

Mən Əbdürrəhman Vəzirov barədə məqalə yazıb onu 1990-cı il yanvarın 17-də "Azadlıq" qəzetinin redaksiyasına, Nəcəf Nəcəfova gətirdim. Məqalə analitik, təhlili xarakterdən çox ritorik, emosional səpkidə idi. Amma o, həmin dövrün ruhu, ab-havasıilə ahəngdar səslənirdi. Sərlövhəyə çıxarılmış "Siz kimsiniz, Əbdürrəhman Vəzirov?" sualına cavab məqalənin dərc edildiyi günün ertəsi verildi - 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıya soxuldu.

O günlər biz tez-tez bir yerdə, birlikdə olurduq. Respublikamızın düşdüyü informasiya blokadasını yarmaq son dərəcə vacib idi. Qorxu-təhlükəyə, Xəzərin qoynuna sığınmış və o günlər yazıq görünən sevimli şəhərimizdə avtomatların ətürpədici və ölümsaçan atəşlərinə məhəl qoymadan hər gün kilometrlərlə yol qət edirdik. Görüşlər, görüşlər, müsahibələr, söhbətlər və yenə də görüşlər ara vermirdi.

Nəcəf bəy daim öz yerində olurdu. Bu şəxsiyyətlə ünsiyyətdə olan insanları onun sədr və dözümü, mətanəti və əzmkarlığı, dərin məntiqi və ziyalılığı heyran qoyurdu. Kinostudiya, Elmlər Akademiyası, Həmkarlar İttifaqları Şurasının binası, tanış və tanış olmayan adamların mənzilləri bir göz qırpımındaca dəyişdirilib informasiya qərargahlarına, əcnəbi jurnalistlərlə, milli azadlıq hərəkatının fəalları ilə, sadə, lakin qeyrətli və təpərli insanlarla görüş yerlərinə çevrilirdi. Hakimiyyəti qamarlayıb məngirləmiş əsilsizlər və nəcabətsizlər tərəfindən taleyin felinə, Allah ümidinə buraxılmış respublika Nəcəf bəy kimi adamların ağıl-zəkası, fəallığı, bacarığı və diribaşlığı sayəsində yiyəsiz-başsız qalmadı, özünü itirmədi və həqiqətin gur səsini batırmaq mümkün olmadı. Nə zəhmli tanklarla, nə günahsız insanların qalaq-qalaq yığılmış meyitləri ilə, nə də hədə-qorxularla.

Yeri gəlmişkən, diribaşlıq haqqında. Parlamentin tarixi dönüş yaratmış iclasının keçirdiyi taleyüklü günü heç vaxt unudan deyiləm. O gün nə Moskvanın azğın müqavimətinə, nə də bəzi deputatların qorxaqlığına, cəsarətsizliyinə baxmayaraq, işğalı pisləyən qərarı, nəhayət, qəbul etmək mümkün oldu.

Bəzi deputatlar öz təhlükəsizliyinə görə qorxuya düşərək, ölkə və xalq qarşısında yerinə yetirdikləri vətəndaş borcunun əhəmiyyətini anlamayıb komendant saatına beş dəqiqə qalmış Ali Sovetin binasını vahimə içində tərk etməyə can atırdılar. Qərar bir andaca qəbul olundu:  qapılar bağlanılır -zərurilik üzündən iclas bütün gecə səhərədək davam etdirilir. Nəcəf bəy burada da hər şeyin və hamının fövqündə oldu. Maraq və mənafelərinə, çılğınlığına və çoşğunluğuna görə müxtəlif olan insanların davakarcasına qarşıdurması, gecə saat 12-dən sonra parlamentin binasında qalacaq hər bir kəsi həbsə almaqla hədələyən qana susamış sovet hərbi məmurlarının aşkar düşmənçiliyi və meydan sulaması, bəzilərinin ağciyərlik edib vəlvələyə düşməsi, dəhşətdən tir-tir əsməsi Nəcəf bəyi həyəcan və təşvişə salmadı. Ona xas insanlıq və alicənablıq bu olduqca qeyri-adi vəziyyətdə də özünü büruzə verdi.

- Zaur, başa düşürəm, gecənin bu vaxtında, əlbəttə, çətin və təhlükəlidir. Sən indi... çörək tapıb gətirə bilərsənmi? Özü də çoxlu çörək.

Təxminən bir saatdan sonra mən işğal edilmiş respublika parlamentinin binasına iki torba çörəklə hövlnak daxil oldum. Nəcəfin çörəyi həmin müdhiş gecədə orada qalanların hamısına hiss etməyə bəlkə də imkan verdi ki, biz daha yaxşı ola bilərik. Nə gizlədim, mən o vaxtdan bəri belə dadlı çörək yeməmişəm.

Bu əhvalat yaddaşımda, nədənsə, çox dərin iz buraxıb. Əziz dostumun, əsl ziyalının, yaşımızdakı cüzi fərqə baxmayaraq,  bizlərdən bir çoxu üçün böyük yoldaş, ağsaqqal olmuş qayğıkeş insanın tabutu arxasınca dərin hüzn-kədərlə, ələmli fikirlərlə gedərkən mən onun haqqında düşünürdüm. Çünki onda elə bir həyat müdrikliyi vardı ki, o sanki bu müdrikliklə də dünyaya gəlmişdi və bu müdriklik həmin çörək əhvalatında da, onlarca digər vəziyyətlərdə də təzahür etmişdir.

Bizi yandırıb-yaxan ölümündən üçcə gün əvvəl telefonla mənə gumrahcasına dediyi "Salamlar olsun!" sözləri qulaqlarımda hələ də səslənir, hafizəmdən silinmir. Nəcəf bəy əlacsız və ümidsiz, amansız xəstəliyə düçar olsa da təmkinini, ruh yüksəkliyini itirmirdi. Belə insanların ömür karvanı dünyamızdan köç etdikdən sonra həyat sanki öz əhəmiyyətini itirir, çox sönük, yeknəsəq və cansıxıcı görünür. Bax, onda sabah bugünkü kimi olur. Yalnız sabah.

 7 yanvar 2000

 

ANA SƏHİFƏ | NƏCƏF NƏCƏFOV | FOND | LAYİHƏLƏRİMİZ | MEDIADA BIZ | Press-relizlər | KİTABXANA | PRESSA | ƏLAQƏ | Linklər | FORUM                                    

© 2005. Nəcəf Nəcəfov Fondu.