| |
|
AZADLIQ
Gündəlik qəzet
¹ 231(1500) şənbə-bazar
ertəsi, 18-20 dekabr 1999
ÖLÜMLƏ MƏSLƏHƏTLƏŞDİ
NƏCƏF BƏY
Cəmiyyətdə o qədər də
tanınmayan, öz peşəsini ictimailəşdirə bilməyən, tanıyanların hamısının
sevimlisinə çevrilə bilməyən adamlar üçün son söz demək o qədər də çətin
deyil. Yığcam bir tərcümeyi-hal, xidmətlərinin siyahısı və başsağlığı.
Bu, bir dəqiqəlik sükut qədər asandır.
Amma Nəcəf bəy...
Onun üçün son söz demək dünyanın bu qəbildən olan bütün adamlarının
xatirəsini anmaq qədər çətindir. Həm də onun yoxluğunu təsəvvür
edirsənsə. Həm də dəqiq bilirsən ki, o, dediyin sözlərin publisistik
stilinə də irad tuta bilməyəcək. Bu iradı eşitmək üçün yüzlərlə adamın
varlığını duya-duya.
Bizim yeni mətbuatımızla adı bağlanan, ictimai-siyasi həyatımızın əxlaq
mücəssəmələrindən biri olan Nəcəf bəy vəfat etdi. Belələri Azərbaycanda
o qədər azdır ki, adam çaşqınlıqdan da bezir. Çoxluq qane etmir adamı.
Çoxluq belə deyil. Millətin kübar təbəqəsini azlıq formalaşdırır. Sadəcə
varlığı ilə.
Varlığı yoxa çevriləndə də qoyub getdiyi xatirələri ilə. Nəcəf Nəcəfov
kimi. Onun hərəkətləri, danışığı, daim qoruyub saxladığı nikbinliyi
azərbaycanlıların örnək götürə biləcəyi kübarlıq idi. Hətta bizim bu
fəlakətli respublikamızın ən fəlakətli günlərində belə qoruyub saxladığı
təmkin hamının ibrət ala biləcəyi şəkildə idi. Əsasını qoyduğu “Azadlıq”
qəzetinin üzərinə qoyulan rus yasaqlılarının gətirdiyi əzablar da onu
sındıra biləcək həddə deyildi. Nəcəf bəy cəmiyyətin ayrılıqda götürülmüş
bir probleminin həll ediləcəyini ən az ehtimal edən adamlardan idi.
Onun üçün Vətən iş yerindən tutmuş məhəbbətinə qədər səliqə-səhmana
ehtiyacı olan, qayğı və diqqət tələb edən adamlardan ibarət idi. Ən
xırda səliqəsizliyi belə özü üçün dərd edəndə onu hər kəsdə gizlətməyi
bacarırdı. O, nikbin adam idi. Adamlarda xoş və kifayət qədər işgüzar
əhval-ruhiyyə görmək istəyən bir böyük idi. Onun cəmiyyətlə bütün təması
qarsılıqlı məhəbbətdən ibarət idi. Açıq-aydın görünən, üzünə və astarına
bircə barmaq belə düşməyən məhəbbətdən. Onun üçün jurnalistika da,
ictimai-siyasi fəaliyyət də ən xırda hesabatdan başlayırdı. Özünün və
ətrafdakıların hesabatından. Bu hesabat o səviyyədə iri görünürdü ki,
onda xırdaçılıq axtarmağa belə dəyməzdi. Ən qısa görüşü belə müşayiət
edən gözəl bir təbəssüm, qayğılı bir nikbinlik, qarşısındakının iliyinə
işləyən inam... Bu Nəcəf bəy idi. Hamının gözündə
eyni səviyyəli nüfuza bərabər olan Nəcəf Nəcəfov. Artıq yoxdur.
Azərbaycan istiqlalının qısa tarixinin kamilləşdirdiyi ziyalı nəslinin
ən parlaq simalarından biri. Artıq bu nəslin də nisgilləri başlayır.
Deyəsən, burada da Nəcəf bəy birinciliyi güzəştə getmək istəmədi. Ölümlə
bir qədər məsləhətləşəndən sonra bu qərarın qəbul ediləcəyini bəlkə də
gözləmək olardı.
Allah ona rəhmət eləsin.
“Azadlıq”
24 dekabr 1996.
“Azadlıq” 7 yaşını qeyd edir. Bütün ad günlərimizdə olduğu kimi, aparıcı
yenə Nəcəf bəydir...
Yoxluğuna
inanılmayan BÖYÜK İNSAN
Bu qoca
dünyada doğum və ölüm hər an baş verən hadisələrdi. Milyonların içində
insan var ki, onun dünyaya gəlişi bir ailənin, bir nəslin sevincinə,
dünyadan gedişi minlərlə insanın kədərinə, nisgilinə çevrilir. Onun
həyatı, əməlləridi ayrılığın dəhşətini bizə yaşatdıran.
Ölüm - bu dəhşətli söz Nəcəf bəyə heç yaraşmır, hec... Mənə qalsa,
“ölüm” kəlməsini Nəcəf bəyə yaxın buraxmazdım. Fəqət, “ölüm haqdır”
deyirlər. Bu nahaq dünyada belə “haqq”ı mən heç vaxt qəbul edə bilmirəm...
Nəcəf bəyi ilk dəfə meydanda görmüşdüm. Sonralar tale elə gətirdi ki,
1990-cı
ilin oktyabr ayından “Azadlıq” qəzetində onunla birgə işlədim. İndiki
kimi yadımdadı,
Nəcəf bəy təkid edirdi ki, təyinatımı “Azadlıq”a alım. Və təyinat
bölgüsü vaxtı universitetə məktub göndərərək məni həmişəlik “Azadlıq”a
bağladı Nəcəf bəy.
İlk gündən bu insanın mehribanlığına , səmimiliyinə, insanlara qayğısına,
təvazokarlığına, sadəliyinə heyran qaldım. Həmişə belə bir insanla
çalışdığıma görə qürur hissi duyurdum. Nəcəf bəyin “Azadliq”ın
yaranmasında, o çətin çağlarda işıq üzü görməsində çəkdiyi əziyyətlərin,
hər çətinliyə fədakarcasına necə sinə gərməsinin, fövqəl”adə vəziyyətdə
rus hərbçilələrinin redaksiyaya hücumu vaxtı mərd-mərdanə komendaturaya
getməməsinin, bir yazıya görə polislərin redaksiyaya operativ tapşırıgla
gəldiyi zaman göstərdiyi təmkinlə bu işi çözməsinin və daha nələrin
şahidi olmuşam.
O, yaxşıya həmişə qiymət verərdi, hamıya qayğıyla yanaşardı. Nəcəf bəy
hər işi, hər hərəkəti ilə başqalarına örnək olası bir insandı.
Redaksiyanın əcnəbi qonaqlarını hədiyyəsiz yola salmazdı. Həmin
qonaqlara verilən hədiyyələrsə Azərbaycanın mədəniyyətinin təbliği
yollarından biriydi.
Redaksiya işçilərinin ad günlərində açıqcaya bir cümlə ilə hərə öz ürək
sözünü yazardı, kiçik bir hədiyyə ilə doğum günü olan kəsə təqdim
edərdilər. Bu da Nəcəf bəyin işçilərinə, kolleqalarına diqqətinin,
hörmətinin nümünəsiydi. Ən əziz xatirəm olan açıqcada ölümlərinə hələ də
inana bilmədiyim “Azadlıq”ın keçmiş əməkdaşları məhrum Elmira Əmrahqızı,
Vəli Yaşıllı və Nəcəf bəyin ürək sözləri var...
Nəcəf bəyin “Azadlıq” qəzetinin yaranmasındakı xıdmətlərini hamı bilir.
O, elə bir qəzetin təməlini qoyub ki, mətbuatımız yaşadıqca Nəcəf bəyin
adı “Azadlıq”la qoşa çəkiləcək...
Nəcəf bəy qısa da olsa, elə ömür yaşayıb ki, o ömürdən hər kəs İNSANLIQ
payına nəsə götürə bilər.
Allah bu böyük İNSANA qəni-qəni rəhmət eləsin!
Nəcəf bəyin əzız xatirəsini həmişə qəlbındə yaşadacaq.
Xanımə Abdulqədirova
Nəcəf Nəcəfovun dəfn
komissiyasının tərkibi:
Arif Əliyev
– sədr
Şahin Hacıyev
Sabit Bağırov
Mehman Cavadoğlu
Rauf Arifoğlu
Hikmət Hacızadə
Mehman Əliyev
Fuad Mustafayev
Gündüz Tahirli
Ədalət Tahirzadə
Əli Cəfərli
Taleh Şamçıyev
Mahal İsmayıloğlu
Zaur Qədimbəyov
Sirus Təbrizli
Mərhumla vida mərasimi dekabrın 18-də saat 12-dən 15-dək Aktyor
evində (Xaqani küçəsi, 10) olacaq.
“Azadlıq” bu yazını keçən dekabr, Nəcəf bəy xaricdə müalicədə olanda
dərc etmişdi. Jurnalist Adil Qaçayoğlunun qələmindən çıxan bu sətirləri
(kiçik ixtisarla) təkrar verməmək ədalətsizlik olardı...
VİCDANLI
ADAM
Söhbət Nəcəf
müəllimdən gedir
Bu sözləri
Nəcəf müəllimin haqqında AXC-nin cədri Əbülfəz Elçibəy deyib.
Bu sözlərin deyilmə tarixi var və bir azdan mən bunun üstünə qayıdacağam.
Hələliksə yalnız bır məsələyə aydınlq gətirmək istəyirəm: niyə bu
sətirlərin müəllifi hər zaman, hər yerdə Nəcəf Nəcəfova “bəy” yox , məhz
“müəllim” deyə müraciət edir?
Bu, ola bilsin ki, 98-ci ilin dekabr ayının oxucusu üçün o qədər də
maraqlı olmasın, amma 88-ci ilin qışının qəzet işçisi üçün çox böyük
önəm kəsb edir. Beləliklə...
* * *
1988-ci ilin fevral ayında Qarabağ münaqişəsinin, daha doğrusu, Dağlıq
Qarabağın Azərbaycandan ayrılması prosesinin, işğalılın bünövrəsi
qoyulurdu...
1988-ci ilin qışı 1998-ci ilin sonları deyildi. Bu tarixlərı müqayisə
etmək belə mümkün deyil. Mən ötən dövrləri yada salmaq, paralellər
aparmaq iddiasında da deyiləm. Yalnız bir faktı bir daha xatırlatmaq
istəyindəyəm.
1988-ci il. Fevral ayı. Stenapanakertdə ilk mitinqlər. İlk “Miatsum”
harayları. Və Bakıda lal süküt...
Yenə deyirəm, yaxın tarixin yaddaşımda qalan (hələ münasibət prizmasını
demirəm) bütün məqamlarına toxunmaq iddiasında deyiləm. Yalnız və yalnız
“proletariatın dahi rəhbərinin” verdiyi qiymət və hələ o vaxt qüvvədə
olan düsturla - “qəzet təkcə kollektiv təbliğatçı, kollektiv təşviqatçı
deyil, həm də kollektiv təşkilatçıdır “prinsipi ilə fəaliyyət göstərən
mətbuatın çox yox, cəmi 3-4 ildən sonra əsl müharibəyə, son nəticədə isə
Azərbaycan üçün əsl fəlakətə çevriləcək hadisələrə münasibətini yada
salmağı yerində sayıram...
* * *
Bax burada daha bir qədər geriyə - 2 il əvvələ qayıtmağa zərurət duyuram.
Sakit bir dövr idi. Qurd quzuyla otlayırdı. Düzdür, ən azı 7-8 ildi yağ,
bir neçə ildi ki, ət və qənd talonla verilirdi, amma Qarabağ yerində idi...
Belə günlərin birində “Kommunist” nəşriyyatının 8-ci mərtəbəsində, o
dövrdə bu sətirlərin müəllifinin çalışdığı “Azərbaycan gənclərı”
qəzetiylə yanaşı – bir mərtəbədə, ağız-ağıza çalışan “Molodyoj
Azerbaydjana” (qısaca “Molodyojka”) qəzetinə təzə redaktor təyin edildi.
Nəcəf Nəcəfov. “Stroitel”in (öz dövründə yetərincə tanınan “İnşaatçı”
qəzetinin rus variantının) redaktor müavini, sonra “Vışka” qəzetinin
şöbə müdiri.
Allahı olan heç kəs danmaz ki, 70-80-ci illərdə Azərbaycan Sovet
Sosialist Respublikasında “Azərbaycan gəncləri”ndən populyar qəzet yox
idi. Düzdür, nüfuz, daha doğrusu, dolanışıq baxımından daha sanballı “Kommunist”,
“Sovet kəndi”, “Bakinski raboçi”, “Vışka” kimi qəzetlər fəaliyyət
göstərirdi, amma “Gənclər” ayrı qezet idi.
Belə günlərin birində, məhz belə günlərin birində böyrümüzdə çıxan, -
qoy o dövrdə “Molodyojka”da çalışan heç bir həmkarım, heç bir dostum
məndən inciməsin, - az qala çoxtirajlı qəzet səviyyəsində çıxan
“Molodyoj Azerbaydjana” qəzetinə Nəcəf müəllim başçılıq etməyə başladı...
* * *
Bax burada yazının lap əvvəlində toxunduğum, özü də çox böyük ehtiramla
toxunduğum “müəllim” sözünün üstünə gəlmək istəyirəm.
Biz o dövrdə bəzən müəllim sözünü yeri gəldi-gəlmədi işlətmişik, düşdü-düşmədi,
layiq oldu-olmadı hər yoldan keçənə müəllim demişik və bugünki
cavanlardan fərqli olaraq həmin günlər üçün xəcalət çəkməliyik və
çəkirik. Amma Nəcəf müəllimə bir neçə ildən sonra “bəy” sözü necə
yaraşırdısa, 1987-1988-ci illərdə, mənim fikrimcə, elə günü bu gün də və
sabah da “müəllim” epiteti o dərəcədə yaraşırdı, yaraşır və yaraşacaq.
Düz söz bəzən (çox vaxt!) acı olur. O dövrdə həqiqəqən zəif çıxan
“Molodyojka” gözümüz görə-görə, ağlımız kəsə-kəsə dəyişməyə,
başqalaşmağa, nəhayət, hamını ötməyə başladı. Qəzetdə yeni imzalar, təzə
istedadlar peyda oldu, “Zavod qəzeti”nə oxşayan “Molodyojka” Azərbaycan
SSR-in 1 nömrəli qəzetinə çevrildi.
Və məhz onda biz - “Gənclər”də işləyən cavan nəsil (əslində bu
sətirlərin müəllifi qonşu qəzetin cavan redaktoru ilə həmyaşıddır) Nəcəf
Nəcəfova “müəllim” deməyə başladıq.
“Molodyojka” dövrün stereotiplərini dağıdırdı...
“Molodyojka” vəzifəsindən, pulundan, arxasından asılı olmayaraq heç
kəsdən çəkinmirdi.
“Molodyojka” haqqın tərəfində dayanırdı.
Rusdilli “Molodyojka” Azərbaycanın 1 nömrəli qəzetinə çevrilirdi və
çevrilmişdi.
Bütün bunlar hələ 1985-ci ildə Moskvada başlayan yenidənqurmanın 1987-ci
ildə
heç küləyi nədi, mehi də əsməyən Azərbaycanda bomba təsiri bağışlayırdı.
Və məhz bu günlərdə Azərbaycan jurnalistikasında belə bir şəxsiyyət
peyda olmuşdu: “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru (ona
qəzetlərdə baş redaktor vəzifəsi yox idi) Nəcəf Nəcəfov! Sadəcə, Nəcəf
müəllim!
* * *
Üstündən 1 il keçəcəkdi. Qarabağ münaqişəsi başlayacaqdı. Bu dövr barədə
çox danışmaq istəmirəm. Çünki az-çox meydana, azadlıq hərəkatına bağlı
olan ən cavan həmkarlarım belə Azərbaycanda mətbuat, söz azadlığının
başında duran, daha doğrusu, önündə gedən Nəcəf Nəcəfov haqqında
məlumata malik olmalıdır. Əgər bu gün özünü demokratik mətbuatın
daşıyıcısı hesab edən qələm sahibi 1988-ci ilin meydan hərəkatı dövründə
“Molodyojka”nın və Nəcəf müəllimin xidmətləri haqqında az-çox məlumata
malik deyilsə və bu barədə bilgi almağa cəhd göstərməyibsə, bu, artıq
bizlərin, yaşı 40-ı haqlayan və adlayan, necə deyrələr, ortada qalan,
“nə ondan, nə də bundan” onların günahı deyil.
Bircə fakt deyim. Xeyli vaxt Rusiyada yaşayan və ömründə əlinə qəzet
almadığına şübhə etmədiyim bir dostum 1988-ci ilin ortalarında şanlı bir
məktub göndərmişdi ki, bəs səndən heç nə istəmirəm, “Molodyojka”nın hər
nömrəsi (bacarsan 5-10 nüsxə) göndər, mən burada ruslara başa salım ki,
Qarabağ kimindir, bu münaqişədə haqlı kimdir və sairə və ilaxır.
Ermənilərə yalnız “Molodyojka” tutarlı cavab verirdi.
Azərbaycan xalqına həqiqəti yalnız “Molodyojka” çatdırırdı.
“Molodyojka”nın “məsələsi” artıq Moskvada, Qorbaçovun yanında həll
olunurdu…
Məhz həmin günlərdə mən həmyaşıdım Nəcəf Nəcəfova “müəllim” deməyə
başladım. Və bu gün son on ilin meydana çıxardığı adamların heç olmasa
birində yanılmadığıma sevinirəm.
Şəxsiyyətinə və qələminə hörmət etdiyim bir həmkarım isə ilk baxışda bir
az da irəli getmişdi: “Nəcəf müəllim bizim günlərin Mirzə Cəlilidir!”.
Mən bu sözlərlə 10 il əvvəl də razıydım, bu gün də razıyam. Yaddaş bəzən
sözə baxmır.
* * *
Yaddaş bəzən sözə baxmır.
Yaddaş bəzən adamı çaşdırır, səhv yola yönəldir.
Buna görə də ayı, ili barədə konkret söz deməyəcəyəm. Amma o yadımdadır
ki, AXC-də parçalanma təhlükəsi yaranmışdı. Xalqın bezdiyi quruluşdan
can qurtarmaq üçün üz tutduğu, inandığı təşkilatda qəribə proseslər
gedirdi. Hamı gözünü AXC-yə dikmişdi, AXC-də də əsl didişmə gedirdi.
Belə günlərin birində mənim dostum (bu sözün yükündən qorxmuram!), həmin
dövrdə taksi sürücüsü işlyən Əli Əbülfəz Elçibəyi və iki silahdaşını
maşınına götürür...
...Meydanın gur-gur guruldayan vaxtı ola, yanında milli-azadlıq
hərəkatının lideri otura, sükanın arxasında da özünü hərəkatçı (məhz
hərəkatçı, cəbhəçi yox ha!) sayan adam. Belə fürsəti əldən vermək olar?!
Bir sual bu yandan, bir sual o yandan... “Bəy, bu işlərin axırı hara
gedəcək?”, “Bəy, filankəsin mövqeyi biz qara camaata çatmır, siz nə
fikirləşirsiniz?” və s, və i.a.
Beləcə söhbət gəlib Nəcəf müəllimin üstünə çıxır. Əli sonralar danışırdı
ki, bütün suallarıma hövsələylə, amma bir az könülsüz cavab verən
Əbülfəz bəyin sifəti bir andaca işıqlandı:
- Nəcəf bəy bizim aramızda ən vicdanlı adamdır.
Və həmin söhbətdən sonra Nəcəf müəllim haqda söz düşəndə hər dəfə bəyin
bu qiyməti yadıma düşür: vicdanlı adam. Nəcəf müəllim barədə çox xoş
sözlər (mərd, prinsipial, zəhmətkeş, istedadlı, təmiz...) demək olar və
o, onların hər birinə layiqdir, amma mənim zənnimcə, “bizim aramızda ən
vicdanlı adam” qiymətindən yüksəyini axtarmağa dəyməz.
Bu gün bizim cəmiyyətdə xeyli savadlı, erudisiyalı siyasətçi var. Bizim
aramızda bacarıqlı mə'murlar da yetişir. İş bilən, pul qazanan
biznesmenlərin də sayı gündən-günə çoxalır. Amma vicdanlı adam...
Nəcəf Nəcəfov vicdanlı adamdır.
* * *
Bunları isə mən deyirəm (kaş bir az yekə çıxmasın, lovğalıq təsiri
bağışlamasın): Nəcəf müəllim hərəkatın ilk dövründə çox şeyə tüpürüb (bilirəm
ki, belə kobud ifadə heç vaxt Nəcəf müəllimin xoşuna gələ bilməz, amma...)
meydana gəlmiş tək-tük adamlardandı. Bəlkə də yeganə belə adam idi...
“Molodyoj Azerbaydjana” kimi artıq çox populyar qəzetin redaktoru,
yaraşıqlı kabinet, xeyli imtiyazlar verən dövlət telefonu, qara “Qaz-24”
(dövran hələ “Mersedes” dövranı deyildi), katibə, qulluğunda durmağa
cəhd edən adamlar... Hələ onu demirəm ki, Nəcəf müəllimi meydandakı
“küçə uşaqlarından” ayırmaq üçün ona “Bakinski raboçi” qəzetinin
redaktoru (o dövrdə Azərbaycan KP MK-nın orqanı olan “Bakrab”ın
redaktorluğu Nəcəf müəllimə bir çox problemlərini qısa müddətdə həll
etməyə imkan verərdi) və hətta Azərbaycan LKGİ MK-nın birinci katibi (bu
isə avtomatik olaraq Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd seçilmək
şansı və daha böyük imkanlar yaradırdı) vəzifələri təklif edilmişdi.
1988-ci ildə bu təklifləri rədd etmək hər kişinin işi deyildi.
1988-ci ildə bütün bunlara tüpürüb (yenə!) meydana getmək yalnız
vicdanlı adamın işiydi.
Sonralar da Nəcəf müəllimin belə addımları olacaqdı. Bəziləri özünü AXC
İdarə Heyətinə dürtmək üçün dəridən-qabıqdan çıxdığı halda, Nəcəf
müəllim “Azadlıq” qəzetinin redaktoru kimi müstəqilliyini itirməmək üçün
oradan istefa vermişdi. 1992-93-cü illərin milli hakimiyyəti dövründə də
Nəcəf müəllim, yəqin ki, aparatda, bütövlükdə dövlətin idarə olunmasında
yol verilən səhvlərlə barışmayaraq prezidentin müşaviri vəzifəsini tərk
edib ARDNŞ-yə getmişdi.
Bu addımları yalnız vicdanlı adam ata bilərdi.
* * *
...Eşidəndə ki, Nəcəf müəllim xəstələnib və xaricdə müalicə olunmalıdır,
hansı hissləri keçirmişəm, bu barədə danışmaq istəmirəm. Yalnız üzümü
bizi Yaradana tutub ondan kömək diləmişəm, ondan pənah ummuşam.
Eşidəndə ki, Nəcəf müəllim ölkə başçısının göstərişiylə dövlət hesabına
Almaniyaya müalicəyə yola salınıb, yenə yadıma Əbülfəz bəyin sözləri
düşüb: vicdanlı adam!
İzah edim niyə?
Son dövrlərdə hey iqtidarla müxalifətin dialoqu barədə söz-söhbət gedir.
Di gəl bu söz-söhbətlər söz-söhbətdən bir addım irəli getmir ki, getmir.
Bu təklif edir, o susur, o təklif edir, bu susur...
Allahın işinə qarışmaq olmaz. Amma bəlkə Nəcəf müəllim kimi vicdanlı
adam öz xəstəliyiylə də bu millətə, bu dövlətə xidmət edir.
Əgər ölkə başçısı bu çətin dövrdə Nəcəf müəllimin xaricə müalicəyə
getməsiylə bağlı bütün problemləri bir andaca həll edirsə və bundan
reklam xatirinə istifadə edilmirsə (əksinə olsaydı, bu, insanlığa
yaraşmazdı), Nəcəf müəllimin silahdaşları bu humanist addımı
qiymətləndirməlidirlər.
Mən inanıram ki, Heydər Əliyev Nəcəf Nəcəfovun Azərbaycan ücün nə qədər
gərəkli insan olduğunu çox gözəl bilir.
Mən inanıram ki, Əbülfəz Elçibəy 10 ildən sonra da Nəcəf müəllimi
vicdanlı adam sayır və onun xətrinə istənilən hərəkətə hazırdır.
Kaş Allah kömək dura, Nəcəf müəllim sağalıb Vətənə qayıda və heç olmasa
onda bizim iqtidarımızla müxalifətimiz bu vicdanlı adamın vasitəçiliyi
ilə danışıq stolu arxasına otura. Heç bir şərtsiz-filansız. Millətin və
dövlətin mənafeyi naminə. Ən azı Qarabağın, erməni tapdağı altında qalan
torpaqlarımızın azad olması xatirinə.
Görün, Nəcəf müəllim necə böyük şəxsiyyətdir ki, onun xəstəliyi də bu
millətə, dövlətə birləşmək imkanı yaradır.
* * *
Bu imkan Allahın işidir...
Axırıncı dəfə Nəcəf müəllimlə motodromda keçirilən mitinqdə görüşdük.
Qısaca hal-əhval, tez sorğu-sual: “Bu işlərin axırı hara gedəcək?”.
- Vallah fəal siyasətdən tamam uzaqlaşmışam, sadəcə olaraq, həmrəylik
xatirinə gəlmişəm...
* * *
Sağalın, Nəcəf müəllim!
Qayıdın, gəlin, sizi istəyən doğmalarınızı, sizi unutmayan
həmkarlarınızı sevindirin!
Ey yeri-göyü Yaradan, bizim dualarımızı qəbul et, yalvarışlarımızı eşit!
Allah, sən hamıya, hamımıza kömək dur!
Allah, sən Nəcəf müəllimin kürəyinin arxasında dayan!
P.S. Gözəl Novruz bayramı günündə - martın 20-də həyatımın mənası,
dünyada ön cox istədiyim insan - anam bir anın içində gözümün qabağında
dünyasını dəyişəndən sonra əlim qələmə yatmırdı. Anamın xatirəsinə layiq
nəsə yaza bilmədiyimə görə, qəzetçilərin diliylə desək, ancaq “qaralama
işi”ylə məşğuldum.
Düz 9-cu aydır ki, əzab cəkirəm. Di gəl saysız-hesabsız yuxusuz
gecələrdə belə stolun arxasına keçmək, ürəyimi deşənləri, içimi
göynədənləri kağıza boşaltmaq mənimçün cox müşkül işdir. Ancaq Nəcəf
müəllimin xəstələndiyini eşidəndə hər şey özümdən asılı olmayaraq baş
verdi. Pisdi, yaxşıdı, bunu deyə bilmərəm, sadəcə olaraq Nəcəf müəllim
haqda düşündüklərimi, ürəyimdən keçənlərin tələm-tələsik qeydə alınan
yüzdəbiridir.
Elə bilirəm ki, Nəcəf müəllim kimi vicdanlı adama sağlamlıq diləyi,
kömək yalvarışıyla qələmə aldığım bu yazıya görə 66 illik ömrü boyu
dünyada hamıya yalnız yaxşılıq arzulayan, yaxşılıq edən anamın ruhu məni
bağışlayar...
Adil
Qaçayoğlu |
XALQ qəzeti
Gündəlik
ictimai-siyasi qəzet
18 dekabr 1999-cu il, şənbə, ¹ 301
(23354)
NƏCƏF ADİL OĞLU NƏCƏFOV
Azərbaycan
ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış ictimai
xadimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəcəf Adil oğlu Nəcəfov
1999-cu il dekabrın 17-də ömrünün 45-ci ilində vəfat etmişdir.
Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakı şəhərində anadan olmuşdur. O,
ali təhsilini Xalq Təsərrüfatı İnstitutunda almışdır. Nəcəf Nəcəfov
jurnalistlik fəaliyyətinə 80-ci illərin əvvəllərində “İnşaatçı”
qəzetində başlamışdır. 1986-cı ildə isə o, “Molodyoj Azerbaydjana”
qəzetinin redaktoru təyin edilmişdir. “Molodyoj Azerbaydjana” onun
rəhbərliyi altında qısa müddət ərzində respublikanın ən populyar mərkəzi
mətbu orqanlarından birinə çevrildi. Dağlıq Qarabağ problemi süni
surətdə ortaya atıldığı 1987-1988-ci illərdə respublikanın bir çox mətbu
orqanlarından fərqli olaraq “Molodyoj Azerbaydjana” qəzeti erməni
separatçılarının Azərbaycana qarşı həyata keçirdiyi siyasətin
mahiyyətini ifşa edərək öz səhifələrində onlara tutarlı cavablar verirdi.
Azərbaycanın o zamankı rəhbərliyi Nəcəf Nəcəfovun həmin illərdə nümayiş
etdirdiyi əsl vətənpərvərlik mövqeyindən razı olmadığını bildirərək,
1989-cu ildə onu qəzetin redaktoru vəzifəsindən azad etdi.
Elə o dövrdən başlayaraq Nəcəf Nəcəfov siyasi fəaliyyətə keçərək
müxtəlif qurumların və təşəbbüs qruplarının tərkibində müstəqil
Azərbaycan ideyasına xidmət edən bir sıra layihələrin gerçəkləşməsində
iştirak etdi. Bu layihələrin arasında respublikanın ilk müstəqil qəzeti
- “Azadlıq” qəzetinin və “Turan” informasiya agentliyinin təsis
edilməsini göstərmək olar.
Respublikada gedən siyasi proseslərin mərkəzində olan Nəcəf Nəcəfov
həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. 20 Yanvar faciəsi
günlərində o, ayağa qalxmış xalqla axıra qədər birlikdə olmuş, nəticədə
ağır zədələr almışdır.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda
mübarizə Nəcəf Nəcəfovun siyasi fəaliyyətinin başlıca prinsipi olmuşdur.
O, 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı kimi
fəaliyyətində də həmişə məhz bu prinsipdən cıxış etmişdir.
1992-1993-cü illərdə Nəcəf Nəcəfov Azərbaycan Respublikası Prezidentinin
mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikası prezidentinin
müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ictimaiyyət
ilə əlaqələr və mətbuat üzrə vitse-prezidenti vəzifələrində işləmişdir.
Son illərdə isə o, Müstəqil Sahibkarlıq Fondunun vitse-prezidenti
olmuşdur.
Nəcəf Nəcəfov öz prinsipiallığı, saflığı və işgüzarlığı ilə hamının
hörmətini və rəğbətini qazanmış ziyalılardan olmuşdur. O, siyasi
baxışlarından asılı olmayaraq Vətənə və xalqa sədaqətini, ümummilli
problemlərin həllində düzgün mövqe seçmək bacarığını həmişə nümayiş
etdirən Azərbaycan vətənpərvərlərinin bariz nümunəsi idi. Özünə
tələbkarlıq, başqalarına diqqət və qayğı ilə yanaşmaq Nəcəf Nəcəfovun
əsas insani keyfiyyətlərindən idi.
Tanınmış jurnalist, vətənpərvər ziyalı, gözəl insan Nəcəf Nəcəfovun əziz
xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev,
Ramiz Mehdiyev,
Elçin Əfəndiyev,
Rəfael Allahverdiyev,
Fatma Abdullazadə,
Әli Həsənov,
Sirus Təbrizli,
Nizami Xudiyev,
Şamil Şahməmmədov,
Mahal Sadıqov,
Zaur Qədimbəyov,
Teymur Əhmədov,
Әmir Mustafayev
* * *
Mərhumun cənazəsi vidalaşmaq üçün 1999-cu il dekabrın 18-də saat
12-dən 15-ə kimi Aktyor evində (Xaqani küçəsi, 10) qoyulacaqdır.
Rekviyem
BU ÖLÜM ADİ JURNALİST İTKİSİ OLMADI
“AZADLIQ”IMIZA
İMZA ATANLARDAN BİRİ ÖLDÜ
Allah sənə min rəhmət eləsin, Nəcəf müəllim! Azad yaşamağın təşnəsi
oldun. Azadlıq uğrunda gedən savaşın döyüşçüsü, Azadlığa gedən yolun
yolçusu oldun. Azad mətbuatın beşiyi başında duran həmkarlarımızdan
biri, bəlkə də birincilərdən biri oldun. “Azadlıq”ımıza ilk imza
atanlardan biri oldun.
Qəbrin nurla dolsun, azadlıqdan ürək dolusu kam ala bilməyən həmkar!
Siyasi mübarizəyə qələmi ilə qoşulan əsgər kimi çox böyük döyüşlərdən
keçdin və döyüşsüz şəhid oldun.
Bu milləti qırğına aparanlara qarşı vuruşdun qələminlə. Millət səni
sevdi, cəmiyyət səni sevdi, qələm səni sevdi, qəzet səni sevdi. Nə qədər
sevgili insan idinsə dərd də səni sevdi, ölüm də səni sevdi. Ölümün
sevgisi ölsün deməyə söz də tapılmır.
Allah sənə min rəhmət eləsin, Nəcəf müəllim! Bakıya qan gətirən, tankla,
tüfənglə yeriyən yadlara qarşı, Azadlıq hisslərini, qarsalayan odlara
qarşı, əlini qanla yuyan cəllada qarşı, torpağa qan ağladan fəryada
qarşı, insanı rəzil edən rəzilə qarşı, xalqına şahlıq edib öz şahına
kölə olan vəzirə qarşı, xülasə, haqsıza qarşı haqq işin yarımçıq oldu.
Səni dərd götürdü, bizdən aldı.
Torpağın yüngül olaydı, qardaş! Səni dərddən almağa kimsənin gücü
çatmadı. Әzrayıl sitalsifətdir, ona bir kimsə batmadı.
Sənə xalq əlac axtardı, dövlətin qayğısı oldu, qələm əhli fəqan etdi,
“Xalq qəzeti” yardımını ərməğan etdi, təbiblər aciz oldular, o
gedər-gəlməzə səmt olan cığırdan səni döndərmək olmadı.
Yastığın yüngül olsun! - arzulamışdıq. Qəbrin nurla dolsun! - deyirik
indi. Nəcəf “Azadlıq”ımıza imza atanlardan biri oldu - demişdik.
“Azadlığımıza imza atanlardan biri öldü!” - deyirik. Amma ölməz, haqqın,
ədalətin dərgahında qərar tutanlar ölmür.
Nəcəf Nəcəfovun yeri oradadır, ədalətin fövqündə.
«Xalq qəzeti»
Başlıqsız qəzet
VİCDANLI ADAM
İstedadlı qələm adamı, indi “525”də çalışan Adil Qaçayoğlu ötən ilin
dekabrında “Azadlıq”da Nəcəf bəy haqqında çox isti bir yazı dərc
etdirib, o vaxt Almaniyada müalicə alan ünlü həmkarına Allahdan mərhəmət
diləmişdi. Tale elə gətirdi ki, biz həmin yazını bəzi ixtisarlarla
təkrar verəsi olduq – Nəcəf bəyin dəfn günü…
Bu sözləri Nəcəf müəllimin haqqında AXC-nin cədri Əbülfəz Elçibəy deyib.
Bu sözlərin deyilmə tarixi var və bir azdan mən bunun üstünə
qayıdacağam. Hələliksə yalnız bır məsələyə aydınlq gətirmək istəyirəm:
niyə bu sətirlərin müəllifi hər zaman, hər yerdə Nəcəf Nəcəfova “bəy”
yox , məhz “müəllim” deyə müraciət edir?
Bu, ola bilsin ki, 98-ci ilin dekabr ayının oxucusu üçün o qədər də
maraqlı olmasın, amma 88-ci ilin qışının qəzet işçişi üçün çox böyük
önəm kəsb edir. Beləliklə...
* * *
1988-ci ilin fevral ayında Qarabağ münaqişəsinin, daha doğrusu, Dağlıq
Qarabağın Azərbaycandan ayrılması prosesinin, işğalılın bünövrəsi
qoyulurdu...
1988-ci ilin qışı 1998-ci ilin qışı 1998-ci ilin sonları deyildi. Bu
tarixlərı müqayisə etmək belə mümkün deyil. Mən ötən dövrləri yada
salmaq, paralellər aparmaq iddiasında da deyiləm. Yalnız bir faktı bir
daha xatırlatmaq istəyindəyəm.
1988-ci il. Fevral ayı. Stenapanakertdə ilk mitinqlər. İlk “Miatsum”
harayları. Və Bakıda lal süküt...
Yenə deyirəm, yaxın tarixin yaddaşımda qalan (hələ münasibət prizmasını
demirəm) bütün məqamlarına toxunmaq iddiasında deyiləm. Yalnız və yalnız
“proletariatın dahi rəhbərinin” verdiyi qiymət və hələ o vaxt qüvvədə
olan düsturla - “qəzet təkcə kollektiv təbliğatçı, kollektiv təşviqatçı
deyil, həm də kollektiv təşkilatçıdır “prinsipi ilə fəaliyyət göstərən
mətbuatın çox yox, cəmi 3-4 ildən sonra əsl müharibəyə, son nəticədə isə
Azərbaycan üçün əsl fəlakətə çevriləcək hadisələrə münasibətini yada
salmağı yerində sayıram...
* * *
Bax burada daha bir qədər geriyə - 2 il əvvələ qayıtmağa zərurət
duyuram.
Sakit bir dövr idi. Qurd quzuyla otlayırdı. Düzdür, ən azı 7-8 ildi yağ,
bir neçə ildi ki, ət və qənd talonla verilirdi, amma Qarabağ yerində
idi...
Belə günlərin birində “Kommunist” nəşriyyatının 8-ci mərtəbəsində, o
dövrdə bu sətirlərin müəllifinin çalışdığı “Azərbaycan gənclərı”
qəzetiylə yanaşı – bir mərtəbədə, ağız-ağıza çalışan “Molodyoj
Azerbaydjana” (qısaca “Molodyojka”) qəzetinə təzə redaktor təyin edildi.
Nəcəf Nəcəfov. “Stroitel”in (öz dövründə yetərincə tanınan “İnşaatçı”
qəzetinin rus variantının) redaktor müavini, sonra “Vışka” qəzetinin
şöbə müdiri.
Allahı olan heç kəs danmaz ki, 70-80-ci illərdə Azərbaycan Sovet
Sosialist Respublikasında “Azərbaycan gəncləri”ndən populyar qəzet yox
idi. Düzdür, nüfuz, daha doğrusu, dolanışıq baxımından daha sanballı
“Kommunist”, “Sovet kəndi”, “Bakinski raboçi”, “Vışka” kimi qəzetlər
fəaliyyət göstrirdi, amma “Gənclər” ayrı qezet idi.
Belə günlərin birində, məhz belə günlərin birində böyrümüzdə çıxan, -
qoy o dövrdə “Molodyojka”da çalışan heç bir həmkarım, heç bir dostum
məndən inciməsin, - az qala çoxtirajlı qəzet səviyyəsində çıxan
“Molodyoj Azerbaydjana” qəzetinə Nəcəf müəllim başçılıq etməyə
başladı...
* * *
Bax burada yazının lap əvvəlində toxunduğum, özü də çox böyük ehtiramla
toxunduğum “müəllim” sözünün üstünə gəlmək istəyirəm.
Biz o dövrdə bəzən müəllim sözünü yeri gəldi-gəlmədi işlətmişik,
düşdü-düşmədi, layiq oldu-olmadı hər yoldan keçənə müəllim demişik və
bugünki cavanlardan fərqli olaraq həmin günlər üçün xəcalət çəkməliyik
və çəkirik. Amma Nəcəf müəllimə bir neçə ildən sonra “bəy” sözü necə
yaraşırdısa, 1987-1988-ci illərdə, mənim fikrimcə, elə günü bu gün də və
sabah da “müəllim” epiteti o dərəcədə yaraşırdı, yaraşır və yaraşacaq.
Düz söz bəzən (çox vaxt!) acı olur. O dövrdə həqiqəqən zəif çıxan
“Molodyojka” gözümüz görə-görə, ağlımız kəsə-kəsə dəyişməyə,
başqalaşmağa, nəhayət, hamını ötməyə başladı. Qəzetdə yeni imzalar, təzə
istedadlar peyda oldu, “Zavod qəzeti”nə oxşayan “Molodyojka” Azərbaycan
SSR-in 1 nömrəli qəzetinə çevrildi.
Və məhz onda biz - “Gənclər”də işləyən cavan nəsil (əslində bu
sətirlərin müəllifi qonşu qəzetin cavan redaktoru ilə həmyaşıddır) Nəcəf
Nəcəfova “müəllim” deməyə başladıq.
“Molodyojka” dövrün stereotiplərini dağıdırdı...
“Molodyojka” vəzifəsindən, pulundan, arxasından asılı olmayaraq heç
kəsdən çəkinmirdi.
“Molodyojka” haqqın tərəfində dayanırdı.
Rusdilli “Molodyojka” Azərbaycanın 1 nömrəli qəzetinə çevrilirdi və
çevrilmişdi.
Bütün bunlar hələ 1985-ci ildə Moskvada başlayan yenidənqurmanın 1987-ci
ildə
heç küləyi nədi, mehi də əsməyən Azərbaycanda bomba təsiri bağışlayırdı.
Və məhz bu günlərdə Azərbaycan jurnalistikasında belə bir şəxsiyyət
peyda olmuşdu: “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru (ona
qəzetlərdə baş redaktor vəzifəsi yox idi) Nəcəf Nəcəfov! Sadəcə, Nəcəf
müəllim!
* * *
Üstündən 1 il keçəcəkdi. Qarabağ münaqişəsi başlayacaqdı. Bu dövr barədə
çox danışmaq istəmirəm. Çünki az-çox meydana, azadlıq hərəkatına bağlı
olan ən cavan həmkarlarım belə Azərbaycanda mətbuat, söz azadlığının
başında duran, daha doğrusu, önündə gedən Nəcəf Nəcəfov haqqında
məlumata malik olmalıdır. Əgər bu gün özünü demokratik mətbuatın
daşıyıcısı hesab edən qələm sahibi 1988-ci ilin meydan hərəkatı dövründə
“Molodyojka”nın və Nəcəf müəllimin xidmətləri haqqında az-çox məlumata
malik deyilsə və bu barədə bilgi almağa cəhd göstərməyibsə, bu, artıq
bizlərin, yaşı 40-ı haqlayan və adlayan, necə deyrələr, ortada qalan,
“nə ondan, nə də bundan” onların günahı deyil.
Bircə fakt deyim. Xeyli vaxt Rusiyada yaşayan və ömründə əlinə qəzet
almadığına şübhə etmədiyim bir dostum 1988-ci ilin ortalarında şanlı bir
məktub göndərmişdi ki, bəs səndən heç nə istəmirəm, “Molodyojka”nın hər
nömrəsi (bacarsan 5-10 nüsxə) göndər, mən burada ruslara başa salım ki,
Qarabağ kimindir, bu münaqişədə haqlı kimdir və sairə və ilaxır.
Ermənilərə yalnız “Molodyojka” tutarlı cavab verirdi.
Azərbaycan xalqına həqiqəti yalnız “Molodyojka” çatdırırdı.
“Molodyojka”nın “məsələsi” artıq Moskvada, Qorbaçovun yanında həll
olunurdu…
Məhz həmin günlərdə mən həmyaşıdım Nəcəf Nəcəfova “müəllim” deməyə
başladım. Və bu gün son on ilin meydana çıxardığı adamların heç olmasa
birində yanılmadığıma sevinirəm.
Şəxsiyyətinə və qələminə hörmət etdiyim bir həmkarım isə ilk baxışda bir
az da irəli getmişdi: “Nəcəf müəllim bizim günlərin Mirzə Cəlilidir!”.
Mən bu sözlərlə 10 il əvvəl də razıydım, bu gün də razıyam. Yaddaş bəzən
sözə baxmır.
* * *
Yaddaş bəzən sözə baxmır.
Yaddaş bəzən adamı çaşdırır, səhv yola yönəldir.
Buna görə də ayı, ili barədə konkret söz deməyəcəyəm. Amma o yadımdadır
ki, AXC-də parçalanma təhlükəsi yaranmışdı. Xalqın bezdiyi quruluşdan
can qurtarmaq üçün üz tutduğu, inandığı təşkilatda qəribə proseslər
gedirdi. Hamı gözünü AXC-yə dikmişdi, AXC-də də əsl didişmə gedirdi.
Belə günlərin birində mənim dostum (bu sözün yükündən qorxmuram!), həmin
dövrdə taksi sürücüsü işlyən Əli Əbülfəz Elçibəyi və iki silahdaşını
maşınına götürür...
...Meydanın gur-gur guruldayan vaxtı ola, yanında milli-azadlıq
hərəkatının lideri otura, sükanın arxasında da özünü hərəkatçı (məhz
hərəkatçı, cəbhəçi yox ha!) sayan adam. Belə fürsəti əldən vermək olar?!
Bir sual bu yandan, bir sual o yandan... “Bəy, bu işlərin axırı hara
gedəcək?”, “Bəy, filankəsin mövqeyi biz qara camaata çatmır, siz nə
fikirləşirsiniz?” və s. və i.a.
Beləcə söhbət gəlib Nəcəf müəllimin üstünə çıxır. Əli sonralar danışırdı
ki, bütün suallarıma hövsələylə, amma bir az könülsüz cavab verən
Əbülfəz bəyin sifəti bir andaca işıqlandı:
- Nəcəf bəy bizim ara-mızda ən vicdanlı adamdır.
Və həmin söhbətdən sonra Nəcəf müəllim haqda söz düşəndə hər dəfə bəyin
bu qiyməti yadıma düşür: vicdanlı adam. Nəcəf müəllim barədə çox xoş
sözlər (mərd, prinsipial, zəhmətkeş, istedadlı, təmiz...) demək olar və
o, onların hər birinə layiqdir, amma mənim zənnimcə, “bizim aramızda ən
vicdanlı adam” qiymətindən yüksəyini axtarmağa dəyməz.
Bu gün bizim cəmiyyətdə xeyli savadlı, erudisiyalı siyasətçi var. Bizim
aramızda bacarıqlı məmurlar da yetişir. İş bilən, pul qazanan
biznesmenlərin də sayı gündən-günə çoxalır. Amma vicdanlı adam...
Nəcəf Nəcəfov vicdanlı adamdır.
* * *
Bunları isə mən deyirəm (kaş bir az yekə çıxmasın, lovğalıq təsiri
bağışlamasın): Nəcəf müəllim hərəkatın ilk dövründə çox şeyə tüpürüb
(bilirəm ki, belə kobud ifadə heç vaxt Nəcəf müəllimin xoşuna gələ
bilməz, amma...) meydana gəlmiş tək-tük adamlardandı. Bəlkə də yeganə
belə adam idi...
“Molodyoj Azerbaydjana” kimi artıq çox populyar qəzetin redaktoru,
yaraşıqlı kabinet, xeyli imtiyazlar verən dövlət telefonu, qara “Qaz-24”
(dövran hələ “Mersedes” dövranı deyildi), katibə, qulluğunda durmağa
cəhd edən adamlar... Hələ onu demirəm ki, Nəcəf müəllimi meydandakı
“küçə uşaqlarından” ayırmaq üçün ona “Bakinski raboçi” qəzetinin
redaktoru (o dövrdə Azərbaycan KP MK-nın orqanı olan “Bakrab”ın
redaktorluğu Nəcəf müəllimə bir çox problemlərini qısa müddətdə həll
etməyə imkan verərdi) və hətta Azərbaycan LKGİ MK-nın birinci katibi (bu
isə avtomatik olaraq Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd seçilmək
şansı və daha böyük imkanlar yaradırdı) vəzifələri təklif edilmişdi.
1988-ci ildə bu təklifləri rədd etmək hər kişinin işi deyildi.
1988-ci ildə bütün bunlara tüpürüb (yenə!) meydana getmək yalnız
vicdanlı adamın işiydi.
Sonralar da Nəcəf müəllimin belə addımları olacaqdı. Bə'ziləri özünü AXC
İdarə Heyətinə dürtmək üçün dəridən-qabıqdan çıxdığı halda, Nəcəf
müəllim “Azadlıq” qəzetinin redaktoru kimi müstəqilliyini itirməmək üçün
oradan istefa vermişdi. 1992-93-cü illərin milli hakimiyyəti dövründə də
Nəcəf müəllim, yəqin ki, aparatda, bütövlükdə dövlətin idarə olunmasında
yol verilən səhvlərlə barışmayaraq prezidentin müşaviri vəzifəsini tərk
edib ARDNŞ-yə getmişdi.
Bu addımları yalnız vicdanlı adam ata bilərdi.
* * *
...Eşidəndə ki, Nəcəf müəllim xəstələnib və xaricdə müalicə olunmalıdır,
hansı hissləri keçirmişəm, bu barədə danışmaq istəmirəm. Yalnız üzümü
bizi Yaradana tutub ondan gömək diləmişəm, ondan pənah ummuşam.
Eşidəndə ki, Nəcəf müəllim ölkə başçısının göstərişiylə dövlət hesabına
Almaniyaya müalicəyə yola salınıb, yenə yadıma Əbülfəz bəyin sözləri
düşüb: vicdanlı adam!
İzah edim niyə?
Son dövrlərdə hey iqtidarla müxalifətin dialoqu barədə söz-söhbət gedir.
Di gəl bu söz-söhbətlər söz-söhbətdən bir addım irəli getmir ki, getmir.
Bu təklif edir, o susur, o təklif edir, bu susur...
Allahın işinə qarışmaq olmaz. Amma bəlkə Nəcəf müəllim kimi vicdanlı
adam öz xəstəliyiylə də bu millətə, bu dövlətə xidmət edir.
Əgər ölkə başçısı bu çətin dövrdə Nəcəf müəllimin xaricə müalicəyə
getməsiylə bağlı bütün problemləri bir andaca həll edirsə və bundan
reklam xatirinə istifadə edilmirsə (əksinə olsaydı, bu, insanlığa
yaraşmazdı), Nəcəf müəllimin silahdaşları bu humanist addımı
qiymətləndirməlidirlər.
Mən inanıram ki, Heydər Əliyev Nəcəf Nəcəfovun Azərbaycan ücün nə qədər
gərəkli insan olduğunu çox gözəl bilir.
Mən inanıram ki, Əbülfəz Elçibəy 10 ildən sonra da Nəcəf müəllimi
vicdanlı adam sayır və onun xətrinə istənilən hərəkətə hazırdır.
Kaş Allah kömək dura, Nəcəf müəllim sağalıb Vətənə qayıda və heç olmasa
onda bizim iqtidarımızla müxalifətimiz bu vicdanlı adamın
vasitəçiliyiylə danışıq stolu arxasına otura. Heç bir şərtsiz-filansız.
Millətin və dövlətin mənafeyi naminə. Ən azı Qarabağın, erməni tapdağı
altında qalan torpaqlarımızın azad olması xatirinə.
Görün, Nəcəf müəllim necə böyük şəxsiyyətdir ki, onun xəstəliyi də bu
millətə, dövlətə birləşmək imkanı yaradır.
* * *
Bu imkan Allahın işidir...
Axırıncı dəfə Nəcəf müəllimlə motodromda keçirilən mitinqdə görüşdük.
Qısaca hal-əhval, tez sorğu-sual: “Bu işlərin axırı hara gedəcək?”.
- Vallah fəal siyasətdən tamam uzaqlaşmışam, sadəcə olaraq, həmrəylik
xatirinə gəlmişəm...
* * *
Sağalın, Nəcəf müəllim!
Qayıdın, gəlin, sizi istəyən doğmalarınızı, sizi unutmayan
həmkarlarınızı sevindirin!
Ey yeri-göyü Yaradan, bizim dualarımızı qəbul et, yalvarışlarımızı eşit!
Allah, sən hamıya, hamımıza kömək dur!
Allah, sən Nəcəf müəllimin kürəyinin arxasında dayan!
P.S. Gözəl Novruz bayramı günündə - martın 20-də həyatımın mənası,
dünyada ön cox istədiyim insan - anam bir anın içində gözümün qabağında
dünyasını dəyişəndən sonra əlim qələmə yatmırdı. Anamın xatirəsinə layiq
nəsə yaza bilmədiyimə görə, qəzetçilərin diliylə desək, ancaq “qaralama
işi”ylə məşğuldum.
Düz 9-cu aydır ki, əzab cəkirəm. Di gəl saysız-hesabsız yuxusuz
gecələrdə belə stolun arxasına keçmək, ürəyimi deşənləri, içimi
göynədənləri kağıza boşaltmaq mənimçün cox müşkül işdir. Ancaq Nəcəf
müəllimin xəstələndiyini eşidəndə hər şey özümdən asılı olmayaraq baş
verdi. Pisdi, yaxşıdı, bunu deyə bilmərəm, sadəcə olaraq Nəcəf müəllim
haqda düşündüklərimi, ürəyimdən keçənlərin tələm-tələsik qeydə alınan
yüzdəbiridir.
Elə bilirəm ki, Nəcəf müəllim kimi vicdanlı adama sağlamlıq diləyi,
kömək yalvarışıyla qələmə aldığım bu yazıya görə 66 illik ömrü boyu
dünyada hamıya yalnız yaxşılıq arzulayan, yaxşılıq edən anamın ruhu məni
bağışlayar...
Adil Qaçayoğlu
|
MÜSAVAT
17 dekabr 1999-cu il N 289(931)
Xəbər
Nəcəf Nəcəfovun vəziyyəti ağırlaşıb
O, İNSULT KEÇİRİB
Azərbaycan mətbuatının inkişafında danılmaz xidmətləri olan “Azadlıq”
qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun səhhəti pisləşib. Xatırladaq
ki, leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən Nəcəf bəy bir
müddət Almaniyada müalicə olunmuşdu.
Dünən Rauf Arifoğlu başda olmaqla bir qrup “Yeni Müsavat”çı Nəcəf bəyi
ziyarət etdi. Yataqda yuxulu vəziyyədə olduğundan, xəstə ilə söhbə edə
bilmədik. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Әliyev və
tanınmış jurnalist Xalid Bahadırla bərabər bir neçə jurnalist də N.Nəcəfovun
mənzilində idi. Dostunun vəziyyətindən narahat olan A.Әliyevin dediyinə
görə, həmkarımız 2 gün öncə insult keçirib. Nəticədə xəstənin bir tərəfi
iflic olub. Biz Nəcəf bəyə şəfa diləyib, onun mənzilini tərk etdik...
Elbəyi Həsənli
Yeni Azərbaycan
Yeni Azərbaycan Partiyasının orqanı
¹:253 (716) 18 dekabr 1999-cu il
ÖLÜMSÜZLÜYÜN MÜBARƏK
Ciddi mətbuatın sınağa çəkildiyi bu ağır günlərdə bir acını da yaşadıq.
Sıralarımızdan biri də seyrəldi. Tək “sıralarımızdan biri”mi... Kimi
üçün mətbuatın vicdanı, kimisinə görə azad mətbuatın ilk cığırdaşı,
əvəzsiz publisist, müəllim, səmimi həmkar... Adi oxucu üçün isə sadəcə,
Nəcəf Nəcəfov...
Müxalifətdə də oldu, iqtidarda da, özü də yüksək heyətlərdə təmsil
olunmaqla. Ancaq nə müxalif oldu, nə də iqtidar. Tatsitin “qəzəbsiz və
qərəzsiz jurnalist” formulunu bu məmləkətdə öz imici ilə doğruldan tək-tük
həmkarımızdan idi Nəcəf. Yaratdığı qəzet, yetişdirdiyi jurnalistlərdən
də yeganə təmənnası tərəfsizlik və obyektivlik idi. Sovetlər Birliyinin
gəlhagəlində partiya qəzetinin redaktorluğundan imtinasına səbəb də bu
xüsusiyyətləri özündə əks etdirən mətbuatın qurucusu olmaq idi.
Yaddaşlar gözələndikcə Nəcəfin milli azadlıq hərəkatındakı fəaliyyəti,
Dubinyakın dubinkası altında olsa da qəzet çıxarması, güc nazirinin
jurnalisti qanına qəltan etməsinə iqtidar rəsmilərindən ilk olaraq
etiraz səsini ucaltması, ağır xəstəliyinə baxmayaraq kimdənsə təmənna
ummağa razılaşmaması, daha nələr, nələr... gözlərimiz önündə canlanır.
İki nağıl müəllifinin ürəyindən nasazlıq hiss edəndə prezidentin
dəhlizini yağır etdiyi dövrdə, azad mətbuatın yaradıcısı azarını dərd
bilib susdu. Və gecikdi. Prezidentin himayəsi ilə xaricdə müalicə
olunmasının nəticəsi də uğurlu olmadı, səhiyyə Tanrı iradəsi qarşısında
yenə də gücsüz idi.
On il öncə qurduğu qəzetin yubileyində iştirak etmək qismət deyilmiş
Nəcəfə. Dünən vəfat etdi Nəcəf. Bu gün mətbuatı içindən yeyən “sarı”lıq
kimi Nəcəfin də qanının “ağ”lığı güclü çıxdı bu savaşda.
Deyirlər ki, ölümdə dəhşətli və vahiməli yalnız onun atributlarıdır.
Çünki ölüm ölümsüzlüyə keçidin ən şərəfli həlqəsidir. Әlbəttə, hamıya
yox, Nəcəf kimiləri üçün. Ölümsüzluyün mübarək, Nəcəf Nəcəfov...
“Yeni Azərbaycan” qəzetinin yaradıcı heyəti Nəcəf Nəcəfovun vəfatından
kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlıqı verir.
Mərhumla vida mərasimi dekabrın 18-də saat 12-dən 15-dək Aktyor evində (Xaqani
küçəsi, 10) olacaq.
FEMİDA
51(358) 18 dekabr 1999-cu il
NƏCƏF NƏCƏFOV
Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Azərbaycan
mətbuatının inkişafında danılmaz xidmətləri olan Nəcəf Adil oğlu Nəcəfov
ağır xəstəlikdən sonra vəfat etmişdir.
N.Nəcəfov 1955-ci ildə Bakıda anadan olmuşdur. O, mətbuat sahəsində
1979-cu ildən işləməyə başlamışdır. Әvvəlcə “Stroitelh” (“İnşaatçı”) və
“Vışka” qəzetlərində işləmiş, 1986-cı ildən “Molodej Azerbaydjana”
qəzetinin baş redaktoru olmuşdur. Azərbaycan Xalq Cəbhəsinin
yaradıcılarından biri olan N.Nəcəfov 1989-cu ildə “Azadlıq” qəzetinin
ilk baş redaktoru seçilmişdi. 1990-cı ildən respublika Ali Sovetinə
deputat seçilmiş, Milli Şura və Milli Məclisin üzvü olmuşdur.
N.Nəcəfovun xalq hərəkatında, respublikanın ictimai-siyasi həyatında
böyük xidmətləri olmuşdur. 20 Yanvar hadisələri zamanı o, xalqın
arasında olmuş, xəsarət almışdı.
Prinsipiallığı, saflığı, yüksək məsuliyyət hissi ilə N.Nəcəfov ona
tapşırılmış hər hansı vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
N.Nəcəfovun əziz xatirəsi onu tanıyanların, jurnalistlərin qəlbində
əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
ƏDALƏT
Hüquq qəzeti
¹126 (1214) 18-20 dekabr 1999-cu il
AZƏRBAYCAN XALQINA AĞIR İTKİ ÜZ VERDİ
Azərbaycan milli-azadlıq hərəkatının öncüllərindən biri , Azərbaycan
milli jurnalistikasının eşsiz liderlərindən biri Nəcəf Nəcəfov bu
dünyadan küsdü və getdi onu hamıdan çox sevən Allahın yanına. Hüqo deyir
ki, Allahlar tərəfindən sevilənlər cavan ölürlər. İlahi Nəcəf Nəcəfovu
yaman çox sevirmiş. Qəbrin nurla dolsun, Nəcəf bəy. Dərd o qədər isti və
ağırdır ki, söz tapıb yaza bilmirik.
Hörmətli oxucular, dərdimizi sizinlə növbəti nömrəmizdə bölüşəcəyik.
Nəcəf bəy, sən ölməmisən, xalqımızın qəlbindəsən və həmişə yaşayacaqsan!
Hər gün bizimlə olacaqsan! Bəlkə sənin ruhundan utandı jurnalistikamız,
bir az da saflaşdı!..
Qəbrin nurla dolsun, Nəcəf bəy. Şuşa gedəndə necə sarsılmışdıqsa, sənin
üçün elə sarsıldıq.
“ƏDALƏT”çilər
HÜRRİYYƏT
18-20 dekabr 1999-cu il N 144 (546)
NƏCƏF NƏCƏFOV ƏBƏDİYYƏTƏ QOVUŞDU
Nə olsun ki, bu dünyanın ölüm adlı yuxusu var. Kim nə deyirsə-desin,
dünya yalan dünya deyil. Hər kəsi öz əməlinə görə əbədilik yaddaşlarda
saxlayan dünyadır. Bir azca vəfasızlıq etməyi, hərdən haqlıya haqsız
deməyi, haqsızı öyməsi də var. Bir də yaxşı bildiklərini dönə-dönə
ağrılara tuş etməyi, sınmayan vüqarlarını sınamağı var bu dünyanın.
Mətbuatımızın inkişafında öz yolu, öz sözü olan istedadlı həmkarımız
Nəcəf Nəcəfovun da ömür cığırı bu ağrılardan, məşəqqətlərdən keçdi.
Bəlkə də nə tale, nə də dünya günahkar deyildi onun çəkdiyi əziyyətlərə.
Nəcəf bəy xalqının müsibətlərindən kənarda yaşamağı qeyrətinə
sığışdırmayan yurddaşımız idi. Onun azadlıq uğrunda mübarizəmizdə
xidmətləri danılmazdır. Xalqın azadlıq oyanışının ilk yazarlarından biri
idi Nəçəf bəy. Meydan hərəkatımızı, azadlıq duyğularımızı təbliğ edən
ilk demokratik qəzet olan “Azadlıq” qəzetinin ilk baş redaktoru idi.
Bir neçə gün öncə leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən
Nəcəf bəyin səhhətinin ağırlaşması, insult keçirdiyi, bunun nəticəsində
bir tərəfinin iflic olması xəbərini aldıq. Dünən eşitdiyimiz xəbər isə
bizi yenidən sarsıtdı. Gözəl jurnalist, azadlıq yolumuzun öncüllərindən
olan Nəcəf bəy dünyasını dəyişdi.
Allah rəhmət eləsin deyir, həmkarlarımıza, Nəcəf bəyin yaxınlarına bu
sözlərlə təskinlik diləyirik: Bu dünyanın sonunda hamımızı gözləyən bir
həqiqət var. Bizi haqq dünyasına qovuşduran ölüm adlı yuxusu var bu
dünyanın...
“Hürriyyət”çilər
ŞANS
¹81 (81) 18-20 degabr 1999-cu il
ÜSTÜMÜZƏ QƏM ÇİLƏNDİ
Biz gözləyirdik - Yox, yox.. ölümü yox... Nəcəf bəyin azar-bezara qalib
gələcəyini. Çünki o, həmişə qalib gəlmişdi. Zamanı kəsik-kəsik edib
doğramış adam onun fövqündə dayanmışdı. Bu sözu Rəfael Hüseynov yaxşı
tapıb, çox yaxşı tapıb: VAXTDAN UCA! Təbii ki, Müstəqil Azərbaycanın
tarixinə qızıl hərflərlə yazılmış Nəcəf Nəcəfovun adı hansı küçədəsə,
hansı xiyabandasa əbədiləşdiriləcək. Və bu da təbiidi ki, biz bununla
təsginlik tapacağıq. Amma onun özünü tapmayacağıq. O, 8 milyonun qəbul
etdiyi tək-tük adamdan biriydi. Nəcəf Nəcəfov cəmiyyətin absalyut
avtoritetlərindən idi... Heç kim, heç kim demirdi, deyə bilmirdi ki,
Nəcəf bəy xəstədi. Eləcə deyirdilər ki, müalicə olunur, hər şey yaxşıdır
və daha yaxşı olacaq.
... Və Almaniya hamımızın qəlbində ümid yerinə, xoş xəbər məkanına
çevrilmişdi...
“Nəcəf bəy qayıdıb” deyirdilər, “yaxşıdı”
“Nəcəf bəy gedib” deyirdilər, ''yaxşı olacaq”
Özümüzə təsəlli verirdik.
Gözlədiyimiz olmadı... ürəyimizə daman oldu...
Nəcəf bəy dünyasını dəyişdi... Bütün Azərbaycan qəmə batdı...
Özündən başqa...
Min rəhmət olsun, gözəl insan!
“ŞANS”
EKSPRESS
¹ 240 (422) 18-20 dekabr 1999-cu il
Xalq ehtiyac duyduğu bir adamı da itirdi
Dünən səhər ağır və uzunsürən xəstəlikdən sonra ömrünün 45 yaşında
məşhur ictimai xadim, jurnalist Nəcəf Adil oğlu Nəcəfov vaxtsız vəfat
edib.
O, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq
Təsərrufatı İnstitutunu bitirib. N.Nəcəfov jurnalist fəaliyyətinə 80-ci
ilin əvvəllərində “İnşaatçı” qəzetində başlayıb. 1986-cı ildə “Molodyoj
Azerbaydjana” qəzetinə redaktor təyin edilib.
Məhz bu qəzetə redaktor gəldikdən sonra N.Nəcəfov məşhurlaşır. Çünki
onun rəhbərliyi dövründə “Molodyoj Azerbaydjana” ölkənin ən populyar və
sevimli qəzeti olur. 1986-89-cu illərdə “Molodyojka” faktiki olaraq
respublikanın mərkəzi qəzetinə çevrilir.
1988-ci ildə Qarabağ hadisələri başlayarkən “Molodyojka”nın ölkə
həyatında rolu, təsiri və populyarlığı daha da artır və qəzet erməni
separatçılarının Azərbaycana elan etdiyi ideoloji muharibəyə qarşı
qərargaha çevrilir. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi
respublikanın kommunist rəhbərliyini razı salmır və o, 1989-cu ildə
vəzifəsindən azad edilir. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki
olaraq siyasi fəaliyyətə keçir və Azərbaycan Xalq Cəbhəsinin təşəbbus
qrupuna daxil olur. Tezliklə o, ölkənin ilk müstəqil qəzeti -”Azadlıq”ı
yaradır.
Respublikanın suverenliyi və ərazi bütövlüyünə təhlükənin artdığı bir
vaxtda o, AXC liderlərindən biri kimi siyasətlə daha fəal məşğul olmağa
başlayır. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində N.Nəcəfov Biləcəri
yoxuşunda sovet qəsbkarlarının qarşısını kəsən əliyalın bakılıların ön
cərkəsində olur. Həmin faciənin ilk zərbələrini ilk dadanlardan biri də
N.Nəcөfov olur. Әskər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi
huşsuz halda şəhərin küçəsində yıxılıb qalır. Sonralar N.Nəcəfov ölkənin
dövlət müstəqilliyinin bərpası və Azərbaycan Demokratik Respublikasının
yaradılması uğrunda fəal mübarizəni davam etdirir.
1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birkə TURAN
İnformasiya Agentliyini təsis edir. 1990-95-ci illərdə Azərbaycan
parlamentinin deputatı olur. 1992-93-cü illərdə N.Nəcəfov Azərbaycan
prezidentinin mətbuat katibi vəzifəsində işləyir. 1993-95-ci illərdə o,
AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışır. Son illər N.Nəcəfov
müstəqil Sahibkarlıq Fondunun vitse-prezidenti işləyib.
Sovet İttifaqında aşkarlıq və plüralizm hələ təzə-təzə özünə yer etdiyi
vaxtlarda səhər tezdən Bakıdakı qəzet köşklərinin qarşısında indikindən
çox fərqli mənzərə vardı - qəzet növbəsi yaranırdı və universitet
tələbəsi ikən növbəyə dayanıb Moskvadan gələn və artıq həqiqəti yazmağa
başlamış “Literaturnaya qazeta”, “Komsomolskaya pravda”, “İzvestiya”
qəzetləri ilə yanaşı, Nəcəf Nəcəfovun redaktor olduğu “Molodyoj
Azerbaydjana” qəzetini, sonralar yenə onun redaktorluq etdiyi “Azadlıq”
qəzetini aldığım vaxtlar yadımdadır. Universitetdə sovet
jurnalistikasını öyrənən tələbələrə Nəcəf Nəcəfov redaktoruq etdiyi
qəzetlərlə əsl jurnalistika dərsi deyirdi. Bu mənada Nəcəf Nəcəfov
1986-cı ildən sonrakı 10 ilin içində jurnalistikaya gələn nəslin (indi
Azərbaycandakı nüfuzlu qəzetlərin çoxunu məhz bu nəslin nümayəndələri
çıxarırlar) müəllimi sayıla bilər.
Nəcəf Nəcəfov hələ Sovet İttifaqı dağılmamışdan Azərbaycan sovet
jurnalistikasını dağıtdı, bu əsrin əvvəlindəki vəziyyəti bərpa etdi -
hətta senzuranın ciddi nəzarəti altında da düz söz deməyin mümkün
olduğunu göstərdi. Nəcəf Nəcəfov sonradan bir az jurnalnstikadan
uzaqlaşsa da, məncə, o həmişə jurnalist kimi qaldı. Məhz jurnalistliyi
onun tam siyasətçi olmağına imkan vermədi. Baxmayaraq ki, Nəcəf
Nəcəfovun adı daha çox indiki müxalifətlə bağlıdır, amma o, müxalifətdə
olanlar içində çox az adamlardan biridir ki, yəqin məhz
jurnalistliyindən və həmişə həqiqəti deyib siyasətbazlıq etmədiyindən
onu hamı qəbul edirdi. Nəcəf bəyin Almaniyada müalicə olunması üçün
iqtidardakıların, məncə şəxsən prezndent Heydər Әliyevin şərait
yaratması da faktdır. Və dünən N.Nəcəfovun ölümü ilə bağlı nekroloqu
prezident H.Әliyev imzaladı, əksəriyyəti YAP-çılar olan Milli Məclisin
deputatları onun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər,
müxalifətin üzünə bağlı olan AzTV N.Nəcəfovun ölüm xəbərini yaydı.
Deyəsən, Azərbaycanda belə şey olmamışdı.
Nəcəf Nəcəfov öləndə də jurnalist kimi öldü - əsl jurnalist ömrü qısa
olur.
Faiq NOVRUZOV
GÜNAYDIN
¹127 (223) 18-21 dekabr 1999-cu il
MƏŞHUR JURNALİST, İCTİMAİ XADİM NƏCƏF NƏCƏFOV VAXTSIZ VƏFAT EDİB
Dünən səhər ağır və uzunsürən xəstəlikdən sonra ömrünün 45 yaşında
məşhur ictimai xadim, jurnalist Nəcəf Adil oqlu Nəcəfov vaxtsız vəfat
edib. 0, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub.
Xalq Təsərrüfatı İnstitunu bitirib. N.Nəcəfov jurnalist fəaliyyətinə
80-ci ilin əvvəllərində «İnşaatçı» qəzetində başlayır. Sonra «Vışka»
qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə
yetirir. Həmin il N.Nəcəfov «Molodyoj Azerbaydjana» qəzetinə redaktor
təyin edilir. Məhz bu qəzetə redaktor gəldikdən sonra N.Nəcəfov
məşhurlaşır. Çünki onun rəhbərliyi dövründə «Molodyoj Azerbaydjana»
ölkənin ən populyar və sevigili qəzeti olur. 1986-89-cu illərdə
«Molodyojka» faktiki olaraq respublikanın mərkəzi qəzetinə çevrilir.
1988-ci ildə Qarabağ hadisələri başlayarkən «Molodyojka»nın ölkə
həyatında rolu, təsiri və populyarlığı daha da artır və qəzet erməni
separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı
qərargaha çevrilir.
N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın
kommunist. rəhbərliyini razı salmır və o, 1989-cu ildə vəzifəsindən azad
edilir. Һəmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi
fəaliyyətə keçir və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil
olur. Tezliklə o, ölkənin ilk müstəqil qəzeti -«Azadlıq»ı yaradır.
Respublikanın suverenliyi və ərazi bütövlüyünə təhlükənin artdığı bir
vaxtda o, AXC liderlərindən biri kimi siyasətlə daha fəal məşğul olmağa
başlayır. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində N.Nəcəfov Biləcəri
yoxuşunda sovet qəsbkarlarının qarşısını kəsən əliyalın bakılıların ön
cərgəsində olur. Həmin faciənin ilk zərbələrini ilk dadanlardan biri də
N.Nəcəfov olur. Әsgər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi
huşsuz halda şəhərin küçəsində yıxılıb qalır. Sonralar N.Nəcəfov ölkənin
dövlət müstəqilliyinin bərpası və Azərbaycan Demokratik Respublikasının
yaradılması uğrunda fəal mübarizəni davam etdirir. 1990-cı ilin yazında
N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birgə TURAN İnformasiya
Agentliyini təsis edir. 1990-95-ci illərdə Azərbaycan parlamentinin
deputatı olur. 1992-93-cü illərdə N.Nəcəfov Azərbaycan prezidentinin
mətbuat katibi vəzifəsində işləyir. 1993-95-ci illərdə o, AXC Məsləhət
Şurasının üzvü vəzifəsində çalışır. Son illər N.Nəcəfov müstəqil
Sahibkarlıq Fondunun vitse-prezidenti işləyib. Nəcəf Nəcəfovun
timsalında Azərbaycan xalqı öz sadiq oğlunu və böyük şəxsiyyəti itirdi.
Nəcəf Nəcəfovu şəxsən tanıyanlar onun insani və işgüzar keyfiyyətini, öz
işçilərinə, hətta kənar adamlara da qayğısını, patoloji təmizliyini və
dövlət xadimi qabiliyyətini heç zaman unutmyacaqlar. N.Nəcəfovun ailəsi
və yaxınları qayğıkeş həyat yoldaşını, həssas atanı, diqqətcil qardaşı
itirdilər. Biz hamımız isə Azərbaycan xalqının indiki məqamında daha çox
ehtiyac duyduğu insanı itirdik. Qəbrin nurla dolsun, Nəcəf.
Dostları, 17.12.99,
Mərhumla vida mərasimi dekabrın 18-də saat 12-dən 15-ə kimi Bakı Mətbuat
klubunda olacaq (Nizami küç.96). Bu gün Milli Məclis Nəcəf Nəcəfovun
xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Allah rəhmət eləsin!
MÜXALİFƏT
¹ 63 (856) 18-21 dekabr 1999-cu il
NƏCƏF ÖLDÜ, DEMƏYİN!
ÇÜNKİ O, BİZDƏN ANCAQ CİSMƏN AYRILIB
Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Görkəmli jurnalist,
ictimai-siyasi xadim Nəcəf Adil oğlu Nəcəfov uzun sürən ağır xəstəlikdən
sonra vəfat edib.
Nəcəf Nəcəfovun adı hər bir azərbaycanlıya yaxşı tanışdır. 1988-ci ildə
erməni seperatçılarının Dağlıq Qarabağı Azərbaycandan qoparmaq
istiqamətində başladıqları kütləvi aksiyalara qarşı müqavimət
hərəkatının təşkilində onun böyük xidmətləri olub. O vaxt “Molodyoj
Azerbaydjana” qəzetinin baş redaktoru işləyən Nəcəf bəy totalitar
kommunist rejiminin nəzarəti altında olan mətbuat orqanını əsl xalq
tribunasına çevirdi. Azərbaycan xalqının haqq sözü ilk dəfə məhz bu
qəzetin səhifələrində işıq üzü görməyə başladı. Sonradan bu qəzetdəki
obyektiv mövqeyinə görə, o, öz vəzifəsindən uzaqlaşdırıldı. Lakin bu
Nəcəf Nəcəfovun vətəndaşlıq mövqeyinin daha da güclənməsinə səbəb oldu.
N.Nəcofov fəal şəkildə ictimai-siyasi proseslərə qoşuldu və Azərbaycan
xalqının tarixində, onun müstəqillik qazanmasında misilsiz xidmətləri
olan AXC-nin yaradıcılarından biri oldu. Bir az sonra isə AXC-nin mətbu
orqanı Azərbaycan Demokratik mətbuatının ilk qaranquşlarından olan
“Azadlıq” qəzetinin baş redaktoru oldu. Nəcəf Nəcəfov 1990-cı ildə
parlamentə deputat seçilib, Azərəbaycan demokratlarının müstəqillik və
demokratiya uğrunda mübarizəsinin fəal iştirakçısı olub. 1992-93-cü
illərdə Nəcəf bəy bir sıra dövlət vəzifələrini ləyaqatlə yerinə yetirib.
Təsadüfi deyil ki, indi onun adı təkcə Azərbaycan demokratik mətbuatının
sırasında yox, həm də müstəqil və demokratik Azərbaycan dövlətinin
qurucuları cərgəsində çəkilir.
Bu ağır itki bizi - Nəcəf Nəcəfovu tanıyanları, onun məsləkdaşlarını çox
kədərləndirir. Bu itki bütövlükdə xalqımızın, Azərbaycan demokratlarının
ağır itkisidir. Biz ona böyük Allahdan rəhmət diləyir, ailə üzvlərinə və
yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz onun silahdaşları və
dostları Nəcəf Nəcəfovun görmək istədiyi azad, demokratik, firavan
Azərbaycan uğrunda mübarizə ilə onun yarımçıq qalmış ideallarını həyata
keçirəcəyik.
Allah rəhmət eləsin!
İsa QӘMBӘR və
Müsavat Partiyasının Divanı
Son dövr Azərbaycan jurnalistikası və milli azadlıq hərəkatında
özünəməxsus ayrıca yeri olan dəyərli həmkarımız, yaxın dostumuz,
qeyrətli vətəndaş, kamil insan NӘCӘF ADİL OĞLU NӘCӘFOV sıralarımızdan
erkən gedib bizi “yetim” qoydu.
Sovetin lap quduzlaşmış çağında “Molodyoj Azerbaydjana” qəzetində
jurnalistlik fəaliyyətinə başlayan Nəcəf bəy tezliklə ətrafına özü kimi
mətin, vətənpərvər insanlar toplayaraq milli ideologiyamızın
bayraqdarlarından birinə çevrildi və ömrünün son anına qədər bu müqəddəs
missiyaya sadiq qaldı. Çox simvolikdir ki, onun doğum tarixi də milli
öndər Ә.Elçibəyin ad günü ilə eyni vaxta təsadüf edib və son dəfə onları
məhz həmin gün iyunun 24-də bir məclisdə gormüşdük.
Nəcəf bəyin jurnalistlik istedadı geniş spektrdə “Azadlıq” qəzetinin
yaranmasında və sonrakı nəşri dövründə özünü göstərmişdi. Ondan sonra
qəzetdə iki redaktor dəyişsə də, bu gün belə, hamı onun kölgəsini,
ruhunu “Azadlıq”da hiss edir. İşi və səhhəti ilə bağlı son illər
mətbuatda gorünməsə də, o, 90-cı illər demokratik jurnalistikamızın
banilərindən biri kimi uzun müddət yaddaşlardan silinməyəcək. Elə bu
səbəbdən də “Nəcəf Nəcəfov öldü” deməyə tələsmirik. Sadəcə, “Ölümün
xeyir, Nəcəf bəy” söyləyirik. Çünki o, bizdən ancaq cismən ayrıldı. Ölüm
sevinməsin qoy, Nəcəf bəy ruhən bizimlədir.
Böyük nisgillə “Müxalifət”çilər
ANA VƏTƏN
Müstəqil ictimai-siyasi qəzet
N 54 (224) 18-25 dekabr 1999-cu il
MƏŞHUR JURNALİST, İCTİMAİ XADİM NƏCƏF NƏCƏFOV VAXTSIZ VƏFAT EDİB
Dünən səhər ağır və uzunsürən xəstəlikdən sonra ömrünün 45 yaşında
məşhur ictimai xadim, jurnalist Nəcəf Adil oğlu Nəcəfov vaxtsız vəfat
edib. 0, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub.
Xalq Təsərrüfatı İnstitunu bitirib. N.Nəcəfov jurnalist fəaliyyətinə
80-ci ilin əvvəllərində “İnşaatçı” qəzetində başlayır. Sonra “Vışka”
qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə
yetirir. Həmin il N.Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetinə redaktor
təyin edilir. Məhz bu qəzetə redaktor gəldikdən sonra N.Nəcəfov
məşhurlaşır. Çünki onun rəhbərliyi dövründə “Molodyoj Azerbaydjana”
ölkənin ən populyar və sevimli qəzeti olur. 1986-89-cu illərdə
“Molodyojka” faktiki olaraq respublikanın mərkəzi qəzetinə çevrilir.
1988-ci ildə Qarabağ hadisələri başlayarkən “Molodyojka”nın ölkə
həyatında rolu, təsiri və populyarlığı daha da artır və qəzet erməni
separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı
qərargaha çevrilir. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi
respublikanın kommunist rəhbərliyini razı salmır və o, 1989-cu ildə
vəzifəsindən azad edilir.
Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə
keçir və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olur.
Tezliklə o, ölkənin ilk müstəqil qəzeti “Azadlıq”ı yaradır.
Respublikanın suverenliyi və ərazi bütövlüyünə təhlükənin artdığı bir
vaxtda o, siyasətlə daha fəal məşğul olmağa başlayır.
1990-cı ilin qanlı 20 yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda
sovet qəsbkarlarının qarşısını kəsən əliyalın bakılıların ön cərgəsində
olur. Həmin faciənin ilk zərbələrini ilk dadanlardan biri də N.Nəcəfov
olur. Əsgər dəyənəyindən ağır zədə
alan N.Nəcəfov səhərə kimi huşsuz halda şəhərin küçəsində yıxılıb qalır.
Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycan
Demokratik Respublikasının yaradılması uğrunda fəal mübarizəni davam
etdirir. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə
birgə TURAN İnformasiya Agentliyini təsis edir, 1990-95-ci illərdə
Azərbaycan parlamentinin deputatı olur. 1992-93-cü illərdə N.Nəcəfov
Azərbaycan prezidentinin mətbuat katibi vəzifəsində işləyir.
Son illər N.Nəcəfov müstəqil Sahibkarlıq Fondunun vitse-prezidenti
işləyib. Nəcəf Nəcəfovun timsalında Azərbaycan xalqı öz sadiq oğlunu və
böyük şəxsiyyəti itirdi. Nəcəf Nəcəfovu şəxsən tanıyanlar onun insani və
işgüzar keyfiyyətini, öz işçilərinə, hətta kənar adamlara da qayğısını,
patoloji təmizliyini və dövlət xadimi qabliyyətini heç zaman
unutmayacaqlar. N.Nəcəfovun ailəsi və yaxınları qayğıkeş həyat
yoldaşını, həssas atanı, diqqətcil qardaşı itirdilər. Biz hamımız isə
Azərbaycan xalqının indiki məqamında daha çox ehtiyac duyduğu insanı
itirdik.
Qəbrin nurla dolsun, Nəcəf!
Allah rəhmət eləsin!
“Ana Vətən” qəzetinin əməkdaşları tanınmış jurnalist, səmimi və gözəl
insan Nəcəf Nəcəfovun vəfatından kədərləndiyini bildirir, mərhumun
doğmalarına dərin hüznlə başsağlığı verir.
“Ana Vətən” qəzetinin kollektivi Balaxan Bağırova xalası oğlu Nəcəfin
vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
BİZİM ƏSR
Müstəqil ictimai-siyasi qəzet
¹ 68(69) 18 dekabr 1999-cu il, şənbə
NƏCƏF NƏCƏFOV DÜNYASINI DƏYİŞİB
Azərbaycanda xalq hərəkatının, demokratik mətbuatın ən layiqli
nümayəndələrindən biri olan Nəcəf Nəcəfov dünən səhər ömrünün 45-ci
ilində vəfat edib. 0, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində
anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib. O, uzun müddət idi
ki, leykemiya (qan xərçəngi) xəstəliyindən əziyyət çəkirdi. Nəcəf
Nəcəfov Azərbaycanda, hələ 80-ci illərin ortalarında demokratik
mətbuatın ilk qaranquşu olmuş “Molodyoj Azerbaydjana” qəzetinin baş
redaktoru, daha sonra isə “Azadlıq” qəzetinin ilk baş redaktoru
olmuşdur. Respublikanın suverenliyi və ərazi bütövlüyünə təhlükənin
artdığı bir vaxtda o, AXC liderlərindən biri kimi siyasətlə daha fəal
məşğul olmağa başlamışdır. Sonralar N.Nəcəfov ölkənin dövlət
müstəqilliyinin bərpası və Azərbaycan Demokratik Respublikasının
yaradılması uğrunda fəal mübarizəni davam etdirir. Xalq hərəkatının ilk
illərində qazandığı hörmət və etimadın yüksək səviyyəsini bu illər
ərzində həmişə qoruyub saxlayan Nəcəf Nəcəfov siyasətdə və siyasətçidə
mənəviyyatı əsas keyfiyyət sayırdı. Hay-küylü bəyənatlardan, populist
çıxışlardan həmişə uzaq olan Nəcəf Nəcəfov konstruktiv mövqeyi,
sözübütövlüyü ilə seçilirdi. Sözünə və özünə böyük hörmət qazanmış Nəcəf
Nəcəfov bu hörməti qəbir evinədək apardı.
Allah rəhmət eləsin!
|
OLAYLAR
Müstəqil
analitik-informasiya qəzeti
18-20 dekabr 1999-cu il, 74 (228)
NƏCƏF NƏCƏFOV AĞRILI
DÜNYAMIZI TƏRK ETDİ
Anan olsaydıq, anan kimi ağlardıq səni...
Bacın olsaydıq bacın kimi oxşardıq səni...
Qardaşın olsaydıq, qardaşın kimi nərə çəkərdik, fəryad qoparardıq...
Ölümünü anan kimi, bacın kimi, qardaşın kimi ağlarıq, oxşarıq, fəryad
çəkərik, Nəcəf!
Azərbaycan mediası üçün kim olmusan, hansı xidmətlərin olub, deməyəcəyik,
hər halda indi deməyəcəyik, son mənzilə yola düşdüyün gün, axirətə
qovuşduğun gün...
Biz səni titullarsız sevirdik, sadəcə Nəcəf kimi...
Yolun nurlu olsun... Sən səliqə-səhmanı sevərdin, o dünyanı səhmana sal,
biz də gələsiyik...
ŞƏRQ
N 144 (320) 19 dekabr 1999-cu il
İTKİ
NƏCƏF BƏY KÖÇDÜ
ONUN
QӘBRİNİ SONUNCU ELÇİBӘY TӘRK ETDİ
“Nəcəf Nəcəfov
doğuluşundan ölümünə qədər şəxsiyyət idi”... “Nəcəf Nəcəfov Azərbaycan
demokratik jurnalistikasının banilərindən idi. Nəcəf Nəcəfov, siyasət
mənəviyyat həddini aşanda siyasətdən uzaqlaşan adam idi. Və çoxlu sayda
idilər...
Dünənki günorta “Aktyorlar evi”nə tələsən üç gəncsə biz idik. Tələsirdik
ki, doğuluşundan ölümünə qədər şəxsiyyət olan, Azərbaycanda demokratik
jurnalistika ənənələrinin banilərindən sayılan, siyasət mənəviyyat
həddini aşanda siyasətdən uzaqlaşan, indi isə ölümü ilə bütün
etdiklərinin sonuna bir “idi” kəlməsi artırıb tarixə dönən insanın -
Nəcəf Nəcəfovun dəfn mərasimində iştirak edək.
Bizdən əvvəl bura tələsənlər artıq “Aktyorlar evi”nin geniş zalını
ağzına qədər doldurmuşdular. Gözlər bir hədəfə, mərhum azadlıq
mübarizinin üçrəngli bayrağımızı özünə örtük etmiş tabutuna zillənmişdi.
“Həyat yoldaşı Nəcəfə deyəndə ki, bu xəstəlik səni hardan tapdı?
Rəhmətlik deyərmiş, xəstəliyimin xətrinə dəymə, mənim nəyim varsa,
gözəldir”. Bunu mərhumun yaxın adamları söyləyirdilər. Özünün sağlığında
dediyi hər şeyi kimi, onun dəfn mərasimi da gözəl idi. Üstünə
mübarizəsinin mükafatı olaraq müqəddəs örtük kimi üçrəngli bayrağımız
çəkilən tabut da, qara pərdələrin əhatəsindən zala toplaşanlara ağayana
nəzər salan portreti də, tabutun qarşısına düzülən saysız-hesabsız
əklillər da gözəl idi. Bu gözəlliyi böyük dərdin yumruq kimi
birləşdirdiyi insanların həmrəyliyi tamamlayırdı. İlahi, ölümün də
gözəli, çirkini olarmış. Nəcəf Nəcəfov ölümü ilə ölümün özünü də
gözəlləşdirmişdi!..
Jurnalist marağı ilə zalın qapısına dikilən gözlərimiz bayırdan zala,
zaldan bayıra axan kütlələr içərisində kimləri görmədi?! Bu kütlələr
arasında radikal müxalifətçi Әbülfəz Elçibəy də vardı, radikal iqtidarçı
Sirus Təbrizli də, Hacı Allahşükür Paşazadə də, Hacı İsa Qəmbər də.
Eləcə də Nemət Pənahlı, Fəzail Ağamalı, Etibar Məmmədov, İlyas İsmayılov,
Vəfa Quluzadə, Pənah Hüseynov, Zərdüşt Әlizadə, Eldar Namazov və
siyasətin indiyə qədər ayrı saldığı xeyli başqaları. Nəcəf bəylə son
vida mərasiminə gələn ölkə jurnalistləri, xarici diplomatlar. Nəcəf bəy
ölümü ilə də öz ömürlük missiyasını davam etdirirdi. Siyasətin ayrı
saldığı həmvətənlərimizi Nəcəf Nəcəfov dərdi birləşdirmişdi. Bu birliyi
görmək, bu birliyin gücünü duymaq, bir neçə saatlıq da olsa bu birliyin
əhatəsində yaşamaq gözəl idi. Mərhumun ruhu bizi bağışlasın, bu gözəllik
hətta adamı gizli, əzablı bir sevincə də sürükləyirdi.
Fəxri qarovul başladı. İlk olaraq mətbuat və informasiya naziri Sirus
Təbrizli, mərhumun dostları Arif Әliyev, Sabit Bağırov və Gündüz Tahirli
fəxri qarovulda dayandılar. Saat 14:30-a kimi çəkən mərasimdə çoxsaylı
jurnalistlar ordusu, siyasi partiya və ictimai təşkilatların
nümayəndələri cənazə qarşısına gələrək beşdəqiqəlik fəxri qarovulla
mərhum qarşısında son borclarını verdilər.
Dəfn mərasiminin kulminasiyası sayılan çıxışların vaxtı çatdı. Dost
itkisindən boğazına dolan qəhəri uda-uda mikrofona “Burada Nəcəf Nəcəfov
haqqında söz demək artıqdır. Çünki buradakılar hamısı bilir ki, Nəcəf
Nəcəfov kimdi, o, Azərbaycan üçün, Azərbaycanın müstəqilliyi üçün nələr
edib” pıçıldayan Әdalət Tahirzadə sözünü “Nəcəf bəy Azərbaycanın mənəvi
əxlaqına saflıq gətirən müqəddəs bir insan idi”, deyərək tamamladı. “Biz
bu gün çox ağır bir iş görüruk. Bir saatdan sonra Nəcəf bəyi torpağa
tapşıracağıq. Kədərlidir, çünki torpağa işıq basdırırıq. Lakin o işıq
itməyəcək. Çünki Nəcəf Nəcəfov kimi ziyalıların işığı əbədidir”. Bunları
da Sirus Təbrizli söylədi. Respublika prezidenti Heydər Әliyevin adından
mərhumun ailəsinə başsağlığı verən Sirus Təbrizli, onun ölümünün adi
fəhlədən tutmuş ölkə başçısına qədər hamını kədərləndirdiyini vurğuladı.
“Bu gün Nəcəf Nəcəfov hər birimizin ürəyində yaşayır. Torpaq onun
işığını örtə bilməyəcək, necə ki, Mirzə Cəlilin, Həsənbəy Zərdabinin
işığını örtə bilmədi”, söylədi Sirus Təbrizli. “Nəcəf Nəcəfov bizim
şəhidimizdir. Biz bu şəhidlərdən indiyə qədər çox vermişik. Bu şəhidlik
Xudu Məmmədovla başlayıb Nəcəf Nəcəfovla qurtarır. Allah rəhmət eləsin!
Sağlığında nə eləmişik eləmişik, indi görəsən, ölümündən sonra ona layiq
ola biləcəyikmi? Әminəm ki, layiq ola biləcəyik... Mən bayaqdan fikir
verirəm. Azərbaycanda necə böyük bir jurnalist ordusu yetişib. Dərd
üstündə köklənmiş jurnalist ordusu”. Sirus Təbrizlidən sonra vida
kəlmələri söyləyən şair Vaqif Səmədoğlu isə “Mənim mənalı və mənasız
günlərim olub. Çox mənalı günlərim Nəcəf Nəcəfovla keçib. Nəcəf bəy öz
əcəli ilə dünyasını dəyişdi. Amma həmin dövrün adamları hansı yaşda, nə
vaxt dünyadan köçsələr də, yenə şəhid sayılacaqlar. Nəcəf bəy şəhid,
qəhrəman kimi öldü. Mən onun cənazəsi qarşısında yox, özü qarşısında baş
əyirəm”, - söylədi.
Daha sonra mikrofon önunə gələn Әbülfəz Elçibəyin vida kəlmələri isə
çoxlarını kövrəltdi. Zalda əyləşən Hikmət Hacızadə əlləri ilə üzünü
qapayıb ağlayırdı. Elçibəy özü hamıdan çox kövrəlmişdi. Göz yaşlarının
parıltısı uzaqdan sezilirdi.”Nəcəf bəy bizim uçün bir şəxsiyyət idi. Bir
insan idi. O, bizim milli azadlıq hərəkatının bacarıqlı
və dönməz liderlərindəndir. Bunu heç vaxt yaddan çıxarmayacağıq. Nəcəf
bəy haqqında kitablar yazılacaq. Onun adı əbədiləşdirilmək üçün
məkləblərə, küçələrə veriləcək. Bəlkə də bu, Nəcəf bəy üçün bir o qədər
də önəmli deyil. O, belə şeyləri çox sevmirdi. Ancaq bu, xalqımız üçun
lazımdı. Alim olmaq da, jurnalist olmaq da, siyasətçi olmaq da
böyüklükdür. Bütöv bir insan, şəxsiyyət, ziyalı və lider nümunəsi isə
Nəcəf bəydir. Ola bilsin, Nəcəf bəyi saxlamağa bizim gücumüz çatmadı.
Bilmirəm, amma inanıram ki, Nəcəf bəy ürəyin də bizə vida demədi. Biz də
ona vida deməyəcəyik. O, bizimlə danışaçaq, biz də onunla. Mən inanıram
ki, onun ruhu buradadır və həmişə bizimlə olacaq. Millətimizin başı sağ
olsun. Allah rəhmət eləsin!” Әbülfəz bəyin səsi qırıldı. Zala qayıdanda
o, dəsmal çıxarıb gözlərində gilələnən yaşı silirdi.
Vida mərasimi bitdi. Nəcəf Nəcəfovun cənazəsini çiyinlərə qaldıran
izdiham Xaqani küçəsi ilə mərhumun qurucusu olduğu “Azadlıq” qəzeti
redaksiyasına doğru irəlilədi.
“İnqilabçı Xanlar Səfərəliyev öldurüləndə dəfnə iyirmi min adam
toplanmışdı. Cəfər Cabbarlının dəfn mərasimi böyük bir izdiham idi.
Üzeyir Hacıbəyovu əzəmətli bir izdiham torpağa tapşırdı”. Bunları
uşaqlıqda kitablardan oxuyardıq. Böyüyüb iştirak etdiyimiz dünənki dəfn
mərasimində isə belə izdihama öz gözlərimizlə şahid olduq.
Yaşadığımız fani dünyanın adamları Sirus Təbrizlinin söylədiyi o ağır
əməli Yasamal qəbiristanlığında həyata keçirdilər. Nəcəf Nəcəfov nuru bu
qəbiristanlıqda torpağa əmanət edildi.
“Biz son vaxtlar bir neçə jurnalistimizi itirmişik. Ağamalı Sadiq Әfəndi,
Elmira Әmrahqızı sıralarımızdan gedib. Nəcəf Nəcəfov isə Azərbaycan
müstəqil jurnalistikasının əsasını qoyanlardan biri, bəlkə də
birincisidir.
Mənim üçün Nəcəf bəy tək jurnalist yox, həm də Azərbaycan Milli Azadlıq
Hərəkatının çox dəyərli rəhbərlərindən biri idi. Әgər onun altmış yaşı
olsaydı, şairanə şəkildə deyə bilərdik ki, nəslimizin yarpaq tökümü
başladı. Amma Nəcəf bəy gənc idi. Mənə elə gəlir ki, onun aramızdan
getməsi ilə Milli-Azadlıq Hərəkatının müasir hadisələrin içində tarixə
qovuşması prosesi baş verir. Yəni müasir həyatımızda Milli Azadlıq
Hərəkatının son mərhələsi artıq tarixə qovuşub. Tanrı Nəcəf bəyi aradan
götürməklə Milli-Azadlıq Hərəkatının təmizliyini, iddiasızlığını
yadımıza salır. Bizim hərəkat doğrudan da təmənnasız, təmiz bir hərəkat
idi. Bu gün Nəcəf bəyi torpağa tapşırmaqla Milli-Azadlıq Hərəkatının
tarixə qovuşması prosesinin başlaması da bizi bir daha keçmişə nəzər
salmağa məcbur edir. Nəcəf bəyin daşıdığı ideyalara layiq olduğumuzu
sübut etməyə çalışmalıyıq. Bu gün Nəcəf bəyin həyatdan getməsinə
təəssüflənənlər sırasında Azərbaycanın müxtəlif mövqeli insanlarının adı
çəkilir. Heydər Əliyevdən tutmuş ən müxtəlif siyasi istiqamətlərdə olan
şəxslərə kimi. Deməli, elə milli dəyərlərimiz var ki, hamımıza aiddir.
Böyük insanların həyatdan getməsi adamları düşünməyə məcbur edir. Eyni
zamanda mən əziz dostumu itirdim. Nəcəfsiz mənə çox çətin olacaq. Nəcəf
bəy mənim inandığım, tam arxa çevirə bildiyim azsaylı insanlardan biri
idi. Amma həyat həyatdı. Yaşayıb, o ideyaları reallaşdırmalıyıq. Allah
rəhmət eləsin!”
Dünyanın “Nəcəf Nəcəfov” adlı, 44 illik daha bir nağılının finalında
məzar üstündə çıxış edən İsa Qəmbərin bu son kəlmələri isə fani dünyanın
adamları qarşısına qoyulan etiraf qarışıq çağırışdan başqa bir şey
deyildi.
Məzar torpaqla örtüldü. Fani dünyanın adamları Nəcəf Nəcəfovu udan
məzarı tərk etdilar. Әn gec qəbir üstündə əllərini çənəsinə dayayıb
dərin düşüncəyə qərq olan Әbülfəz Elçibəy uzaqlaşdı. Nəcəf Nəcəfovun
cənazəsi önündə birləşən adamlar yenə ayrılmışdılar. İsa Qəmbər öndə
yalqız gedirdi. Qəmgin-qəmgin. Şeyxulislamla Vəfa Quluzadə isə
söhbətləşə-söhbətləşə. Elçibəy isə tək-tənha lap axırda gəlirdi.
P.S.
Tanrı öləndə çiyinlərində
getmək üçün Nəcəf Nəcəfova nə qardaş, nə də oğul vermişdi. Amma Nəcəf
Nəcəfova qardaşlığı da, oğulluğu da xalq etdi. Onun tabutu altına girmək
üçün hətta növbəyə dayanırdılar. Bax, “Gözəl ölüm” də elə budur. Allah
rəhmət eləsin! “Şərq”çilər mərhumun yaxın adamlarına ağır itki ilə bağlı
dərin hüznlə başsağlığı verir, ulu Tanrıdan səbr diləyirlər.
Yadigar Cəfərli,
Ramil Hüseyn,
Sərkərdə Sərxanoğlu
XƏBƏR
Həftəlik
ictimai-siyasi qəzet
¹16 19 dekabr 1999-cu il
NƏCƏF ADİL OĞLU
NƏCƏFOV
Azərbaycan ictimaiyyətinə
ağır itki üz verib. Tanınmış ictimai-xadim, görkəmli jurnalist Nəcəf
Adil oğlu Nəcəfov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Bu ad hər birimizə yaxşı tanışdır. Az-çox meydana, azadlıq hərəkatına
bağlı olanlar Azərbaycanda mətbuat, söz azadlığının önündə gedən Nəcəf
Nəcəfov haqqında lazımi məlumata malikdirlər.
Ali təhsilini Xalq Təsərrüfatı İnstitutunda alan Nəcəf Nəcəfov
jurnalistlik fəaliyyətinə 80-ci illərin əvvəlində “İnşaatçılar”
qəzetində başlamış, 1986-cı ildə “Molodej Azerbaydjana” qəzetinin
redaktoru təyin edilmişdi. Onun rəhbərliyi ilə bu qəzet respublikanın ən
populyar mətbu orqanlarından birinə çevrilmişdi.
Dağlıq Qarabağ probleminin süni surətdə ortaya atıldığı 1987-88-ci
illərdə respublikanın digər mətbu orqanlarından fərqli olaraq, “Molodyej
Azerbaydjana” qəzeti erməni separatçılarının Azərbaycana qarşı həyata
keçirdiyi siyasətin mahiyyətini ifşa edərək, öz səhifələrində onlara
tutarlı cavablar verirdi. Elə bu obyektiv mövqeyinə görə də, Nəcəf
Nəcəfov öz vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra o, ictimai-siyasi
proseslərə qoşularaq, Azərbaycan xalqının tarixində misilsiz xidmətləri
olan Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri oldu.
Az sonra “Azadlıq” qəzetinin baş redaktoru, 1990-cı ildən parlanentin
deputatı seçilən Nəcəf bəy 1992-93-cü illərdə bir sıra mühüm dövlət
vəzifələrində işlədi.
Bu ağır itki Nəcəf Nəcəfovu tanıyanları, onun məsləkdaşlarını çox
kədərləndirir. Çünki canında, qanında vətənpərvərlik olanlar üçün Nəcəf
kimi işığı, ziyanı itirmək dözülməz dərddir.
Allah bu böyük insana qəni-qəni rəhmət eləsin!
“Xəbər” qəzeqinin kollektivi
XALQ qəzeti
Gündəlik
ictimai-siyasi qəzet
19 dekabr 1999-cu il, bazar N 302(23355)
ÖLÜMƏ DƏ ŞƏRƏF GƏTİRDİ
Ağanisə Sultanova,
“Xalq” qəzeti
Dünyamızın qarışıq zaman çərçivəsində Nəcəf müəllimi də itirdik.
Azərbaycan mətbuatında heç bir təqdimata-filana ehtiyacı olmayan müasir
jurnalistikamızın öndərini. Mətbuatımıza “Azadlıq” adlı müqəddəs bir
məfhum bəxş etmiş insanı...
Təzadlar üstündə qərar tutmuş bu dünyada doğumla ölüm arasındakı ömür
adlı məsafədə başlanğıcdan sonadək öz mövqeyini qoruyub saxlamaq, kişi
kimi, insan kimi yaşamaq, hamının sənin haqqında eyni, müsbət fikirdə
olması mübaliğəsiz-filansız hər kəsə nəsib olan xoşbəxtlik deyildi,
Nəcəf müəllim... Bu e'tibarı isə öz əməllərinizlə, gördüyünüz işlərlə
qazanmışdınız. Sizə yaraşdırmadığımız nekroloqda doğum ilinizə rast
gəlməyincə yaşınızın neçə olduğunu dəqiq bilmirdik. Heç bunun fərqinə də
varmamışdıq. Sifətinizdəki müdriklik, ağıllı gözləriniz, ən nəhayət də
heç bir mənafe üstündə qurulmamış əməlləriniz sizə yaşınızdan çox
görünən bir ağsaqqal görkəmi verirdi. Bunlar heç biri nə gəlişi gözəl
sözlər, nə də həmişə halallığına və gerçəsliyinə tapındığınız qələmin
kəşfi deyil.
Siz Nəcəf Nəcəfov haqqında deyilən, yazılan bütün sözlərdən ucada durmaq
haqqı qazanmışdınız.
Nə qədər sayılıb-seçilən, sevilən insan olduğunuz dünən - sizi Allahın
dərgahına yola salarkən bir daha sübut olundu. Nəcəf müəllimin dəfn
mərasimindən reportaj hazırlamaq... Nə qədər arzuolunmaz bir tapşırıq...
Dünən Aktyor evinə gələnlərin sayı-hesabı yox idi. Hamı sizinlə son dəfə
vidalaşmağa can atırdı.
Fəxri qarovula düzülənlər bir-birini əvəz edirdi: Mətbuat və informasiya
naziri Siruz Təbrizli, “Xalq” qəzetinin baş redaktoru Mahal İsmayıloğlu,
“Azadlıq” qəzetinin baş redaktoru Gündüz Tahirli, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid, “Yeni nəsil” Jurnalistləri Birliyinin sədri Arif
Əliyev... müxtəlif partiya və qurumların rəhbərləri...
Dünən bütün Azərbaycan mətbuatının nümayəndələri fəxri qarovulda
dayanmışdılar: cənazənin önündə baş əyirdilər. Sizin ölümünüz də dünən
müvəqqəti olaraq iqtidar-müxalifət məfhumunu yox etmişdi. Dünən
Azərbaycan mətbuatı nə qədər kədərli, eyni zamanda böyük və güclü
görünürdü. Sizin son vida mərasiminiz bizləri hamısını bir araya
gətirmişdi.
Ölüm də birdən-birə addım atmağa cəsarət etməmişdi. Nə qədər yol
gəlmişdi... Siz isə bu yolun ömrünüzün 44-cü kəsiyində həyatınıza qara
nöqtə qoyacaq yolçusunu gözləyə-gözləyə sonuncu günə qədər Azərbaycana,
azərbaycanlılara ləyaqətlə xidmət etdiniz. Bizlərə həmişə öyrənməyə
ehtiyacımız olacaq bütöv bir dərs keçib getdiniz. Bir millətin sevgisini
qazanmaq, ölümü ilə böyük bir xalqı ağlatmaq, ağtıtmaq nə böyük şərəf
imiş, Nəcəf müəllim.
Nəcəf müəllimi dünən torpağa tapşırdıq. Qəbri nurla dolsun!
ÜÇ NÖQTƏ
N 133 (134) 19-20 dekabr 1999-cu il
QƏBRİN NURLA
DOLSUN, NƏCƏF MÜƏLLİM!
Dünən xalqımız milli-azadlıq
hərəkatının öncüllərindən, müasir jurnalistikanın yaradıcılarından biri
kimi xatirələrdə yaşayacaq Nəcəf Nəcəfovu son mənzilə yola saldı. Nəcəf
Nəcəfov uzun sürən xəstəlikdən sonra, dekabrın 17-də, 44 yaşında
dünyasını dəyişib. Mərhumla vida mərasimi dünən saat 12-dən 15-dək
“Aktyor Evində” keçirildi. Səhər ertədən əsası məhz mərhum Nəcəf Nəcəfov
kimi banilər tərəfindən qoyulan çağdaş Azərbaycan mətbuatının çoxsaylı
nümayəndələri “Aktyor Evi”nə toplanmışdı. Həmin gün müasir
jurnalistikanın təmsilçiləri sayılan, əli qələm tutan bütün
həmkarlarımız sağ qollarına qara lent bağlamışdı. Salona dikilən gözlər
tavandan əksi asılan Nəcəf Nəcəfovun sanki danışacağını, ürəyində qalan
sözlərini deyəcəyini eşitmək istəyirdi.
Saat 12-dən sonra “Aktyor Evi”nə gələnlərin ardı-arası kəsilmirdi.
Yüzlərlə insan axınının içərisində cəmiyyətimizin bütün təbəqələrinə
məxsus nümayəndələr vardı. Mədəniyyət, incəsənət xadimlərindən,
ziyalılardan, zəhmətkeş kütlədən, məktəblilərdən, xarici ölkə
səfirlərindən ta siyasətçilərə qədər hər kəs gəlmişdi Nəcəf Nəcəfovun
vida mərasiminə... Hətta çoxdan bir yerdə olduqlarını unutduğumuz
iqtidar və müxalifət partiyalarının təmsilçiləri, siyasətçilərimiz də
mərhumla vidalaşmaq üçün bir araya gəlmişdilər. Vida mərasimində Әbülfəz
Elçibəy, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Sirus Təbrizli,
Nemət Pənahlı, Fəzail Ağamalı, Allahşükür Paşazadə, Polad Bülbüloğlu və
digərləri iştirak edirdi. Mərhumun cənazəsi önündə fəxri qarovulda
dayanan qələm və əqidə dostları öz ürək sözlərini söylədilər. Mətbuat və
informasiya naziri Sirus Təbrizli Nəcəf Nəcəfovu həyatını işinə fəda
edən şəhidlərimizdən adlandırdı. Nazirin fikrincə, bu cür şəhidlərimizin
birincilərindən mərhum Xudu Məmmədovu yada salmaq olarsa, hələlik
sonuncu kimi Nəcəf Nəcəfovu qeyd etmək lazımdır. Nazir onu da xatırlatdı
ki, mərasimdə əziyyət çəkmək istəyən çoxsaylı mətbuat nümayəndələrinin
iştirakı sübut edir ki, mərhumun əməlləri daim yaşayacaqdır. Vida
mərasimində çıxışlardan və dualardan sonra saat 15-də mərhumun cənazəsi
minlərlə insanın iştirakı ilə “Aktyor Evi”ndən R.Behbudov adına “Mahnı
Teatrı”na aparıldı. Cənazə dəfn olunmaq üçün köhnə Yasamal
qəbristanlığına götürüdü. Yüzlərlə insanın iştirakı ilə davam edən vida
mərasimi Yasamal qəbristanlığında Nəcəf Nəcəfovu son mənzilə yola
salmaqla başa çatdı. Qəbrin nurla dol-sun, Nəcəf müəllim!
İntiqam
ELÇİ
19-25 dekabr, 1999-cu il
N 47(48)
DÜNƏN NƏCƏF
NƏCƏFOV TORPAĞA TAPŞIRILDI
45 il! Bir insan ömru, taleyi, varlığı, Varaqladıqca istər-istəməz
şərəfli ömür səhifələrini oxumaqdan doymursan. Lakin bəzən elə olur ki,
həmin tale, alın yazısı qəflətən insanın alnında öz izlərini qoyur və
bununla da bir insan ömrü yaşanmış olur. Atalar yaxşı deyib: “Biri var
əldən gedə, biri da var eldən gedə”. Eldən getdi bizim “Azad Mətbuat”ın
özülünü qoyan fədakar həmkarımız Nəcəf Nəcəfov...
Dünən Bakı Aktyorlar evində mərhum həmkarımız Nəcəf Nəcəfovla vidalaşma
mərasimi keçirildi. Saat 15.00-ə təyin edilən mərasim üçün nəzərdə
tutulan yer təxminən saat 13.00-da artıq kütləvi insan axınının
qarşısında aciz idi. Onunla vidalaşmağa yüzlərlə insan toplaşmışdı həmin
gün. Toplananlar içərisində Azərbaycanda fəaliyyət göstərən əksər siyasi
partiya liderləri, hökümət və dövlət adamları, mərhumun həmkarları,
əqidədaşları, qələmdaşları, ziyalılar və sadalamadığımız bir çox şəxslər
xüsusilə nəzərə çarpırdı. Mərhumun ruhunu yad edərək, onunla bağlı
xatirələrini bölüşən mərasim iştirakçıları daha sonra cənazəni dəfn
etmək üçün Yasamal qəbiristanlığına üz tutdular. Dəfn mərasimi təxminən
saat 17.20-dək davam etdi.
Allah sənə qəni-qəni rəhmət eləsin, bizim üçün örnək olan fədakar
həmkarımız.
ƏBÜLFƏZ ELÇİBƏY
Mənə belə gəlir ki, bu təkcə bizim yox, bütün Azərbaycan xalqının
itkisidir. Və buna hamımız yanmalıyıq. Mən konkret olaraq onun 1989-cu
illərdəki meydan hərəkatındakı əvəzsiz xidmətlərindən olan və o zaman
heç kimi cürət edə bilmədiyi bir
addımını vurğulamaq istərdim. Həmin dövrdə heç bir qəzetin cəsarati
çatmırdı ki, hərəkatda baş verənlərdən, 7 milyon xalqın azadlıq
mübarizəsinə qalxmağı haqqında hansısa məlumat yazıb, yazı dərc etsin.
Elə həmin dövrlər Nəcəf bəy özünün təşəbbüsü ilə Azərbaycanda ilk azad
mətbuat orqanı olan “Azadlıq” qəzetinin özulünü qoydu. Maraq doğuran isə
burasıdır ki, xalq kütləsi həmin qəzeti tonqalların kənarında oxuyurdu.
Ümumiyyətlə, onun haqqında çox danışmaq olsa da, bununla kifayətlənirəm.
Allah rəhmət eləsin!
ETİBAR MӘMMӘDOV
Mən onu ən böyük, ən təmiz və etdiklərinin əvəzini gözləməyən bir ziyalı
kimi tanımışam. Təəssüf ki, bizlər çox vaxt bu cur insanların qiymətini
ölumündən sonra veririk. Və bu da xalqımız uçun mənfi xüsusiyyətlərdən
biridir. Bildiyimiz kimi, o, son vaxtlar o qədər də sağlam deyildi.
Həmçinin qeyd etməliyəm ki, o elə bir adam idi ki, xəstəliyini heç vaxt
büruzə verməzdi və xəstəliyinə görə başqalarının da narahat olmasını
istəməzdi.
PӘNAH HÜSEYNOV
Allah Nəcəf bəyə rəhmət eləsin! O indi olduğu kimi elə sağlığında da
siyasi mənsubiyyətindən asılı olmayaraq çox böyük hörmətə və ehtirama
malik bir insan və millətin mənəvi orientellərindən biri olub. Biz bir
işıqlı adamı, bir ziyalını, dahini, əvəzsiz jurnalisti itirdik. Mən hər
halda hesab edirəm ki, bu gün bu ağır anda tutduğu mövqedən asılı
olmayaraq hər bir kəsin bir növ vicdan təmizliyindən keçməsi üçün Nəcəf
bəyi anması kifayətdir.
SİRUS TӘBRİZLİ
Azərbaycana böyük itki üz verib. O, bu gün bir dahisi, ziyalısı,
yazıçısı ilə vidalaşıb onu torpağa tapşırır. Bu gün biz bura onun
haqqında xatirələrimizi bölüşməyə və onunla vidalaşmağa toplaşmışıq.
Azərbaycan illər boyu çoxlu şəhidlar verib. Mənə belə gəlir ki, Nəcəf
bəyin ölümünü də şəhidlik kimi qiymətləndirmək lazımdır. Lakin onlardan
fərqli olaraq Nəcəf bəy dərd şəhidi oldu. Lakin sevindirnci bir hal da
var ki, onun yolunu davam etdirə biləcək bacarıqlı jurnalistlərimiz
yetişməkdədir Sağlığında nə etmişik, etmişik. İndidən sonra da onun
uğrunda nələri isə etməyi özümüzə borc bilirik. Allah sənə rəhmət eləsin,
qardaş!
FƏZAİL AĞAMALI
Aramızdan-sıramızdan böyük ziyalı, gözəl insan, itirdik. Təbii ki, bu,
onu tanıyanların hamısının itkisi idi və hamını kədərləndirdi. Və güman
edirəm ki, Nəcəf bəyi tanıyanlar əbədi olaraq qəlblərində onun əziz
xatirəsini yaşadacaqlar. Mənə belə gəlir ki, Nəcəf bəy elə sağlığında
Azərbaycan xalqı qarşısındakı xidmətləri müqabilində özünün yüksək
intellekti, vətənpərvərliyi, təmənnasızlığı zəminində özünü xalqımıza
təqdim etmişdir və elə bu xalqımız tərafindən də sevilirdi. Onun elə
qiyməti də onu tanıyanlar tərəfindən sağlığında verilmişdir. Bu, böyük
itkidir. Ancaq nə etməli? Allah rəhmət eləsin!
SABİR RÜSTӘMXANLI
Bu gün xalqımız yenə bir ağrılı-acılı gününü yaşayır. Belə günlərimiz
azmış kimi tanrı bizə daha bir ziyalımızı çox gördü. Taleyin yazısıdır.
Razılaşmalıyıq. İndi bura onunla vidalaşmağa, yaşadığımız acı günlərin
şirin xatirələrini bölüşməyə, onun ailəsinin dərdinə, qəminə şərik
olmağa toplaşmışıq. Onun özünü yola salsaq da, əbədi xatirəsini içimizdə
hər an yaşadacağıq. Allah qələmdaşımıza rəhmət eləsin!
“Elçi” qəzetinin kollektivi N.Nəcəfovun vaxtsız vəfatından
kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxın qohum
əqrəbalarına və məsləkdaşlarına dərin hüznlə baş sağlığı verir.
525-Cİ QƏZET
N 243 (587) 21 dekabr 1999-cu il, çərşənbə axşamı
DƏRDİN ŞƏHİDİ
Ötən şənbə ölkənin tanınmış adamları, media nümayəndələri, dostları və
yaxınları görkəmli jurnalist Nəcəf Nəcəfovu torpağa tapşırdılar.
Ötən şənbə Abbas Mirzə Şərifzadə adına Aktyorlar Evində Azərbaycanın
görkəmli jurnalisti, “Molodyoj Azerbaydjana” və “Azadlıq” qəzətlərinin
sabiq baş redaktoru mərhum Nəcəf Nəcəfovun vida mərasimi keçirildi. Vida
mərasiminə ölkənin tanınmış dövlət və siyasi xadimləri - AXCP sədri
Əbülfəz Elçibəy, Müsavat başqanı İsa Qəmbər, Qafqaz Müsəlmanları Ruhani
İdarəsinin başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadə, Prezident
Aparatının şöbə müdiri Fatma Abdullazadə, mətbuat və informasiya naziri
Sirus Təbrizli, mədəniyyət naziri Polad Bülbüloğlu, ABŞ-ın ölkəmizdəki
səfiri Stenli Eskudero, şair Vaqif Səmədoğlu, Eldar Namazov, Vəfa
Quluzada, eləcə də mərhumum həmkarları və ziyalılar toplaşmışdılar. Saat
12.00-dan 14.30-a qədər çəkən vida mərasimində mərhumun əqidə yoldaşları,
tanınmış siyasətçilər, kütləvi informasiya vasitələrinin rəhbərləri
fəxri qarovulda dayandılar.
“Nəcəf bəy Azərbaycanın mənəvi əxlaqına saflıq gətirən müqəddəs bir
insan idi”. Bunu vidalaşma mərasimində çıxış edən mərhumun qələm dostu
Әdalət Tahirzadə söylədi: “Tanrı onu çox istəyirdi. Ona görə də hətta
onu xəstəliyə düçar edəndə də əzab vermədi. Bir dəfə “bu xəstəlik səni
hardan tapdı” deyən ömür-gün yoldaşına Nəcəf bəy “xəstəliyimin xətrinə
dəymə” demişdi. Nəcəf bəy heç amansız xəstəliyin də xətrinə dəymədi”.
“N.Nəcəfov güllənin yox, dərdin şəhididir” — deyən mətbuat və
informasiya naziri Sirus Təbrizli bu şəhidliyin Xudu Məmmədovdan
başlayıb N.Nəcəfovla qurtardığını dilə gətirdi: “Mən burada Nəcəf bəyin
davamçıları olan neçə-neçə cavan jurnalist görürəm. Onlar Nəcəf bəyin
başladığı işi davam etdirəcəklər”.
“...Nəcəf bəyi saxlamağa bizim gücümüz çatmadı. Bilmirəm, amma inanıram
ki, Nəcəf bəy ürəyində bizə vida demədi. Biz də ona vida deməyəcəyik”.
Bu fikirlər isə AXCP sədri, eks-prezident Әbülfəz Elçibəyə məxsusdur.
AXCP sədri hətta “azadlıq” sozünün dilə gətirilməsinin belə yasaq olduğu
illərdə Nəcəf Nəcəfovun göstərdiyi xidmətlərdan söz açdı. Ә.Elçibəy dedi
ki, insanlar sanki ona baxanda səhv etməkdən çəkinirdilər.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi qaldırılaraq
Yasamal qəbristanlığında torpağa tapşırıldı.
Mərasimdə çıxış edən Müsavat başqanı İ.Qəmbər: “Әgər Nəcəf bəyin ölümü
bizi də, Heydər Әliyevi də kədərləndirirsə, onda düşünməyə dəyər” dedi.
Allah rəhmat elösin!
Qəbri nurla dolsun!
“525”
AZADLIQ
G Ü N D Ə L İ K Q Ə Z
E T
N 232 (1501) Çərşənbə axşamı, 21 dekabr 1999
Nəcəf bəyin əziz
xatirəcinə bir neçə söz
Azərbaycanın boşluğu hər
zaman duyulacaq dəyərli aydınlarından biri dünyasını dəyişdi. Xalq
hərəkatı başlanandan Nəcəf Nəcəfov adı Azərbaycanda demokratik mətbuatın
təməlini qoyan bir şəxsiyyət kimi tanınmağa başladı. Ardınca xalq
hərəkatının aparıcı təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin
rəhbərlərindən biri kimi ardıcıl və səmimi mübarizəsi ilə bütün hərəkat
ıştirakçılarının rəğbətini qazandı. Ən ağır vəziyyətlərdə, ən dərin
ziddiyətli məqamlarda barışdırıcı bir şəxs olaraq hamının üz tutduğu
Nəcəf bəy hərəkatımızda ən ədalətli və səmimi liderlərdən biri kimi
sevilən bir mövqe qazanmışdı. 1989–cu ilin sonlarında Nəcəf bəyin
təməlini qoyduğu “Azadlıq “qəzetinin işıq üzü görməsi Azərbaycanın
demokratik mətbuatı tarixində ən unudulmaz hadisələrdən idi. Bununla o,
indiyə qədər də mətbuat tariximizdə xüsusi hörmətlə xatırlanan Nəcəf
Nəcəfov məktəbinin təməlini qoyub. 20 Yanvar faciəsinin baş verdiyi
günlərdə zahirən mülayim adam təsiri bağışlayan Nəcəf bəy həyatını riskə
qoyaraq sovet ordusunun törətdiyi vəhşiliklər haqqında bilgilərin
dünyaya çatdırılmasında, Yazov və Primakovların caynağında məhv edilmək
qarşısında Xalq Cəbhənin haqlı davasının müdafiə olunmasında xüsusi
fədakarlığı ilə seçildi. Azərbaycan Xalq Cəbhəsi sıralarından millət
vəkili seçilərək parlamentdə öz sözü və hörməti ilə hətta Xalq Cəbhəsinə
qarşı olan qüvvələr tərəfindən rəğbətlə qarşılanan Nəcəf Nəcəfov
SSRİ-nin saxlanması ilə bağlı referenduma etiraz olaraq aclıq
aksiyasında fədakarlıqdan tutmuş Azərbaycanın müstəqillik aktının qəbul
olunmasında oynadığı rola qədər cəmiyyətin yaddaşında dərin iz buraxdı.
1992-1993- cü illərdə prezidentin müşaviri kimi də öz vəzifəsini
vicdanla yerinə yetirərək demokratik dövlət quruculuğu işində bütün
enerjisi ilə çalışdı. Sonrakı dövrlərdə də Nəcəf bəy Azərbaycanda
demokratik dəyərlərin yerləşməsi, aydınların millətin haqlı davasına
sahib çıxması işinin təşkilində ciddi işlər görüb.
Nəcəf bəy yarandığı gündən AXC üzvü olsa da, cəmiyyət üçün
partiyalarüstü bir kimliyə sahib olub. Hər zaman Azərbaycan aydınlarının
ən ləyaqətli təmsılçilərindən biri kimi qəbul olunub. O, eyni zamanda
səmimi və cəfakeş bir dost kimi insanların xatirəsində qalıb. Nəcəf
bəyin haqq dünyasına qovuşması ilə bizlər öz yaxın dostumuz, mübarizə
qardaşımızla yanaşı, həm də bir zaman örnək olaraq xatırlanacaq, sözün
həqiqi mənasında mükəmməl bir Azərbaycan aydını ilə vıdalaşdıq. Allah
rəhmət etsiın, haqqını bizlərə halal etsin, əzizimiz Nəcəf bəy!
Bir dost sevgisi və ağrısı
ilə,
Əbülfəz Elçibəy
Nəcəf bəy ikincilərin
birincisi idi
İlin sonuna cəmi ikicə
həftə qalmış həyata İnsan gəlib İnsan kimi yaşayan və insan kimi bu
dünyadan ayrılan Nəcəf bəy də yükünü həmfikirlərinə buraxıb köç etdi. O,
birüzlü adam idi. Bəlkə elə ona görə də adı nə idisə, soyadı da onun
təkrarıydı - Nəcəf Nəcəfov. Xeyli vaxt idi, ağır mərəz onu haqlamışdı.
Həkimlər bacardıqlarını etmişdilər. Almaniyada da tədafü görmüşdü. Amma
bütün bunlar, sən demə, müvəqqəti olan ömründə müvəqqəti tədbirlər imiş.
Əcəlin niyyəti daha ciddi imiş. Nəcəf üçün artıq vida zəngi çalınırmış...
Dekabrın 18-də Nəcəf Nəcəfovla vida mərasimi Aktyor evində keçirildi.
Gələn çox idi. Siyasi partiyaların liderləri , ziyalılar, onu tanıyanlar,
onunla bərabər çalışanlar, qohumlar, dostlar... Aktyor evinin tamaşa
zalı ağzınadək dolmuşdu. Məhşur bir kəlam var ki, həyat teatrdır, bizsə
əsərin personajları. Bizim çoxumuz bəzən bır əsərdə bir çox rol oynayır.
Onunsa bir rolu var idi - Nəcəf. O, roldan-rola girməyi bacarmırdı. Onun-
bunun tamaşasının aktyoru olmaq istəmirdi. O, Taleyin yazdığı “Həyat”
adlı əsərdə özü kimi qalmağı üstün tutmuşdu. Tamaşanın bütün
pərdələrində onu bir rolda gördük. Onun qəhrəmanının taleyi olduqca
mürəkkəb və dramatik idi. 1986-cı ildə 31 yaşında “Molodyoj Azərbaycana”
qəzetinə baş redaktor təyin ediləndə arada belə söz-söhbət də gəzdi ki,
guya yüksək vəzifəlilərdən kiminsə qohumu olduğu üçün bu yaşda baş
redaktor təyin edilib. Yoxsa Xalq Təsərrüfatı İnstitutunun məzunu hara,
Mərkəzi Komitənin nomenklaturasına daxil olan vəzifə hara. O işlədi və
az bir vaxtda rus dilində çıxan komsomol qəzetini bütün Azərbaycan
xalqının dilmancına çevirdi. Adamlar bu qəzeti diqqətlə oxumağa
başladılar. Oradakı təzə və cəsarətli fikirlərə görə ona əhsən dedilər.
Nə yazıq ki, xalqın bəyəndiyi adamları çox vaxt xalqa rəhbərlik edənlər
bəyənmir. Onu da bəyənmədilər, etimadı doğrultmayanların siyahısına
saldılar. Az sonra vəzifəylə vidalaşmalı oldu. Vəzifəylə vıdalaşmamaq
üçün nə qədər insanları vicdanıyla vidalaşan gördük, Allah!
Nə yaxşı ki, həyatda Nəcəf kimilər də var. Yoxsa yaşamaq ağır bir əzab
olardı. İqtidardakılar bir şeyi anlamalıdılar: Nəcəf kimi adamlar polada
bənzərlər - sınarlar, amma əyilməzlər. Nəcəf kimi adamları oturduğu stul,
tutduğu vəzifə bəzəməz. Nəcəf kimi bənzərsiz adamlar oturduğu, olduğu
yerə nur gətirər. Ondan conra da “Molodyoj Azərbaydjana” qəzeti çıxırdı.
Ölçüsü də eyni idi, səhifələrinin sayı da. Amma çəkisi, kəsəri, oxucusu
əvvəlki deyildi. O qəzetin dadı-duzu Nəcəflə birgə getdi. Qəzetdə demək
istədiklərini və hər zaman deyə bılmədiklərini az sonra təsis etdiyi
“Azadlıq” qəzetində bəyanladı. Özü kimi açıqfikirliləri, iti qələmliləri,
sərbəst düşününləri ətrafına topladı və ən oxunaqlı, ən mübariz qəzetin
nəşrinə başladı. Azərbaycan həqiqətlərini gerçək şəkildə dünyaya yaymaq
üçün “Turan”agentliyini təsis etdi. Özünü reklam edənlərin deyil, el
sözünü deyənlərin mətbuat orqanını yaratdı. Prezident Aparatında mətbuat
xidmətinə rəhbərlik edəndə də, müşavir işləyəndə də görüşərdik. Həmişə
olduğu kimi, eyni səmmimiyyətlə. Küçədə-bacada, Türkiyədə, müxtəlif
tədbirlərdə, hətta bir dəfə göyün yeddinci qatinda - təyyarədə
rastlaşdıq, yola nərdivan qoymaq üçün xeyli dərdləşdik. Ayrı-ayrı
vaxtlarda tutduğu vəzifələr müxtəlif oldu, hər görüşümüzdə
söhbətlərimizin mövzusu da fərqli idi. Amma hər dəfə dəyişməyən bir şey
gördüm Nəcəf bəydə - s ə m i m i y y ə t! Düzlüklə, ədalətlə yoğrulmuşdu
onun xəmiri. Xeyirxahlıq yuva salmışdı baxışlarında, keçici xəstəlik
kimi ətrafdakılar da yoluxurdu.
Hər zaman hər millətin içində milləti içindən parçalayan və milləti
birləşdirən adamlar olur. Nəcəf bəy ikincilərdən idi. O, ikincilərin
içərisində də birincilərdən idi. O, öz ölümüylə də sanki hamını
birləşdirmişdi. Başsağlığı verənlər arasında prezident Heydər Əliyev də
var idi, Əbülfəz Elçibəy də. Dəfn mərasimində İsa Qəmbər də iştirak
edirdi, Etibar Məmmədov da. Mən orada İlyas İsmayılovu da gördüm, Sabir
Rüstəmxanlını da. Möhtərəm Şeyximiz Allahşükür Paşazadə də bu kədəri
bölüşmək üçün cənazə törəninə qatılmışdı. Nəcəfi baş üstünə qaldırıb
Xaqani küçəsiylə addımlayan izdiham elə bil ki, qəbristanlığa deyil,
milli birliyə gedən yolla addımlayırdı. Nə qədər davam edəcək bu yol?
Çoxmu uzun sürəcək? Nəcəfi torpağa tapşıranda qırılmayacaq ki? Axı gənc
yaşında ömrü yarımçıq qırılan Nəcəf bəy bütün həyatını azadlıq,
müstəqillik və birlik yolunun salınmasına həsr etmişdi. Bəlkə yoxluğa
sığmayan Nəcəf varlığı bizə nəsə öyrədəcək? İnanıram ki, onun ruhu məhz
o gün şad olacaq. İnanıram ki, o gün gələcək, mütləq gələcək! Axı biz
tayfa deyil, xalqıq! Nə bəzilərinin üfürüb böyütdüyü kimi böyük, nə də
bəzilərinin əridib zərrələşdirdiyi kimi kiçikik. Biz özümüzü taniyib
dərk etdiyimiz boydayıq. Biz - Azərbaycan xalqıyıq!
Etibar Babayev
Noolar, Nəcəf bəy,
ölməyin...
Deməyə dilim də gəlmir...
Ölməli o qədər adam var ki... Nəcəf bəy sağ olsaydı, bu sözlərimçün tənə
edərdi. Çünki o, zərif idi, qəzəbsiz idi... Ömrümdə onun tək ikinci
ziyalıya rast gəlmədim. Geyim–kecimi, ədasıyla özünü gözə soxan xudbin
“intellektlər”dən, “kübarlar”dan deyildi...
Zahirən, mənən də cadə idi Nəcəf bəy! Kiçiyə, “qara fəhlə”yə də birinci
özü salam verər, “Siz”lə müraciət edərdi... O, əsl ziyalı idi: səmimi,
təmkinli, hökmsüz!
Nəcəf bəy həm də fiziki cəhətdən güclü, boy-buxunlu idi... “Azadlıq”ın
redaktoru kimi ona hər mənada arxayın idik... Nəcəf bəy yanımızdadırsa,
kimsə əl qaldırmaz, kobudluq etməzdi... Çünki Nəcəf bəyin ziyalı zəhmi,
nüfuzu kəsirdi nadanların qabağını...
Redaksiyaya hər hansı təzyiq vaxtı özünü qabağa verirdi... Soyuqqanlı,
iradəli idi... Ancaq bircə dəfə onun bərk həyacanlandığının şahidiyəm...
Elə bil əsəbdən bədəninin içi titrəyirdi... 20 Yanvardan sonrakı
fövqəladə vəziyyət dövründə komendantlardan hansınınsa vaxtında
redaksiyaya amiranə xəbər göndərildi... Xəbər gətirən komendant
nümayəndələri Nəcəf bəyi komendantlığa aparmalıydılar... Nəcəf bəy
otaqda özünə yer tapmırdı... Sadəcə, Moskvadan təyin edilən sovet
zabitinin hüzüruna getməyi mənliyinə sığışdırmırdı... Nəhayət,
getməyəcəyinə qəti qərar verdi! Komendant nümayəndələri əliboş döndülər...
Fikirləşirəm, bəlkə Nəcəf bəy həmin sarsıntılardan sağalmaz xəstəliyə
düşdü... Axı o, həmişə gümrah, sağlam idi... Elə ona görə deyirəm,
ölməli o qədər adam var ki... Axı həmin “ölməli”lər Nəcəf bəylərin
axırına çıxır...
Noolar, Nəcəf bəy, ölməyin...
Mənı “Azadlıq”ın ailəsinə üzv qəbül etdiyiniz gün həyatımda ən xoş
hadisədir...
Mən ziyalılıq, kişilik məktəbi keçəcəkdim... Məktəbinizə layiq gördünüz
məni, Nəcəf bəy! Mən Sizi unutmaram, Sizə indi də inanıram... Siz də
mənə inandığınızı demişdiniz, Nəcəf bəy! Yenə də inanın mənə... İşimə
kinayə edən, özümə yuxarıdan baxanların arasında Sizin sözünüz mənə arxa
olub, Nəcəf bəy!..
Sizin məktəbdən qazandığım hikmətləri heç kəsdən əsirgəmərəm... Sizi
yaşadacaq bu məktəb... Noolar Nəcəf bəy, bu məktəbi yetim qoymayın!..
Ölməli o qədər adam vardı ki...
* * *
Çoxdan bəri keçirmədiyim həyacanda, təşvişdəydim... Nəcəf bəyin vida
mərasimində... Daha bizimlə olmayacağından qorxurdum yəqin... İndiyədək
hüzr yerində çox olmuşam... Görünür, bu ölümlər “mənimki “olmayıb...
Ancaq Nəcəf bəyin ölümü...
Elçin Məmmədov
HÜRİYYƏT
¹ 145 (547) 21-22 dekabr, 1999-cu il
YAŞAYIRIQ,
ÖLMƏMİŞİK
Ötən şənbə Azərbaycanın
dəyərli və ləyaqətli övladlarından birini - çağdaş mətbuatımızın 44
yaşlı patriarxı Nəcəf Nəcəfovu son mənzilə yola saldıq. Dəfn mərasimində
siyasi mövqeyindən asılı olmayaraq minlərlə insan iştirak edirdi ki, bu
da yalnız və yalnız Nəcəf bəyin az yaşda qazandığı hörmatin nəticəsi
sayıla bilərdi...
Mən onu şəxsən tanımırdım. Heç yaxından da görməmişdim. Ancaq Ali
Sovetin sessiyaları zamanı teletranslyasiyalardan tanıyırdım Nəcəf bəyi.
Telekadrlardan ən çox yadımda qalanı isə Əbdürrəhman Vəzirovun “Nəcəf,
Nəcəf!” çağırması və daxili işlər naziri İskəndər Həmidovun jurnalisti
döyməsi ilə bağlı “Azadlıq” qəzetinin redaksiyasında onun təşəbbüsü ilə
keçirilən toplantıydı. Doğrudan da, Azərbaycan demokratiyası özünün ən
maraqlı, maraqlı olduğu qədər da şərəfli səhifəsini yaşayırdı həmin gün
- prezidentin mətbuat katibi daxili işlər nazirini danlayırdı. Bu
şərəfli səhifəni isə Nəcəf Nəcəfov yazırdı tariximizə...
Yuxarıda qeyd etdiyim kimi, Nəcəf bəyin dəfninə siyasi əqidəsindən asılı
olmayaraq, çeşidli insanlar gəlmişdilər. Fəzail Ağamalıdan Etibar
Məmmədova, Sabir Rustəmxanlıdan İsa Qəmbərə, Fatma Abdullazadədən Eldar
Namazova və Vəfa Quluzadəyə, İlyas İsmayılovdan Elçibəyə kimi müxtəlif
düşüncəli siyasilərimiz oradaydı. Həmin mərasimdə bir qrup insanlar da
vardı. Bunlar heç vaxt üzdə olmayan, milli azadlıq hərəkatının əsas
hərəkətverici qüvvələri idi. 1938-ci ildə Azadlıq meydanında Nəcəf
Nəcəfov da daxil olmaqla, çeşidli natiqlərin çıxışlarını dinləyən bu
insanlar ötən on bir il ərzində çox dəyişiblər. Vaxtilə rus tanklarına
sinə gərən, erməniləri yalın əllə öldürməyə hazır olan bu insanlar indi
gündəlik çörək pulu uğrunda, daha doğrusu, ölməmək uğrunda mübarizə
aparırlar. Buna baxmayaraq, onlar Nəcəf bəyə son borclarını verməyi
unutmamışdılar. Bu isə onu göstərir ki, son altı il yarım ərzində
yürüdülən məqsədyönlü antimilli siyasət insanlarımızın mənəvi
duyğularını tamamilə məhv edə bilməyib. Yəni biz hələ ölməmişik,
yaşayırıq. Deməli, qalib gəlmək şansını da qaçırmamışıq...
O gün Heydər Əliyevdən başqa hamı ordaydı. Heydər müəllim bu dəfə də
ənənəsinə sadiq qalaraq, azərbaycanlılarla bir sırada dayanmağı özünə
sığışdırmadı. Çünki Nəcəf bəyin dəfn mərasimində müxalifət liderlərinin
iştirak edəcəyi öncədən məlum idi. O müxaliflərin ki, onların
hakimiyyətini 1993-cü ildə Heydər Əliyev qəsb etmişdi. Görünür, qaliblər
məhkum olunmasa da, məğlublarla üz-üzə gəlmək onlar üçün o qədər də xoş
deyil...
Nəcəf bəyə “Allah sənə rəhmət eləsin!” demək istəyirəm. Bu vaxt
əməkdaşımız xəbər gətirir ki, “Hürriyyət”in müxbirini YAP-ın qurultayına
buraxmayıblar. Neyləyək? Bu da alnımıza yazılan bir taledir. Bizimlə bir
sırada addımlamaq istəmirlər. Onlara “yaxşı yol”, sənə isə “Allah rəhmət
eləsin!” deyirəm, Nəcəf bəy!
Cavid Cabbaroğlu
“Hürriyyət”
Yeni MÜSAVAT
Müstəqil
ictimai-siyasi qəzet
21 dekabr 1999-cu il N 292 (934)
NƏCƏF BƏYİN ƏZİZ
XATİRƏSİNƏ
• Hörmətli oxucularımız,
dəyərli həmkarlarımız. “Yeni Müsavat” qəzeti Nəcəf Nəcəfovun vaxtsız,
ölümundən təsirlənən, ürəyi ağrı ilə dolan insanlarımıza bu gözəl
ziyalının, müstəqil mətbuatımızın patriarxının barəsində demək
istədiklərini çap etmək üçün şərait yaradır. Öz ürək sözlərinizi,
xatirələrinizi və düşüncələrinizi qələmə alıb bizə göndərin.
• Bu yazıların çapı, mərhumun 40 mərasiminədək davam edəcək.
Redaksiya
NƏCƏF BƏYİN UNUDULMASI
MÜMKÜN DEYİL
İnternetdəki
oxucularımız Nəcəf Nəcəfovun ölümündən kədərlənir
“Yeni Müsavat” qəzetinin baş redaktoruna
Hörmətli Rauf bəy, mən Türkiyənin Kayseri şəhərində çalışmaq
məcburiyyətində olan bir doktoram.
Bu yazını göndərmənin səbəbi Nəcəf bəyin vəfatı xəbərini öyrənməyimdir.
(Sizin “VİDA AĞRISI...”yazısından). Həqiqətən urəyim sızladı, gözlərim
yaşardı. “Azadlıq”ın ilk nömrələrini xatırladım. Gerçəkdən Nəcəf bəy
böyük demokrat idi. Uzatmamaq üçün deyim: yazınızdakı sözlərə qatılıram.
Nəcəf Nəcəfova Allahdan rəhmət, yaxınları, sevənləri və Azərbaycan
demokratiyası uğrunda mübarizlərə (sözdə deyil, qəlbən) başsağlığı
diləklərimi sizin (onun böyük missiyasının davamçısı kimi) vasitənizlə
çatdırmağı özümə borc bildim. Azərbaycanda demokratiya inkişaf edəcəksə,
(hər nə qədər çətin olsa da, başqa yol yox) bu inkişaf Nəcəf bəy, onun
varisləri, tək ümidimiz olan yazılı mətbuata borclu olacaq, Demək, Nəcəf
bəyin unudulması mümkün deyil. Onun yarımçıq qalan işini davam etdirsək,
arzularını həyata keçirməyə çalışsaq, ruhuna böyük ərməğan olacaq. Ruhu
şad olsun!!!
Sayğılarımla dr. Ələkbər Əli oğlu
Kayseri/Türkiyə
MÜSAVAT
Müstəqil
ictimai-siyasi qəzet
22 dekabr 1999-cu il N 293 (935)
NƏCƏF BƏYİN ƏZİZ
XATİRƏSİNƏ
O, hərəkata qoşulmağımda əsas rolu olan iki şəxsdən biri idi
Milli Azadlıq Hərəkatımızın liderlərindən biri Nəcəf Nəcəfovun ölüm
xəbəri qürbətdə olduğum son illərin ən ağır xəbərlərindən biri kimi məni
sarsıtdı.
Nəcəf bəy heç bir şəxsi marağı olmadan hərəkata qoşulan, ona rəhbərlik
edən liderlərdən biri idi.
Sevgili Nəcəf bəyi Milli Azadlıq Hərəkatına qoşulmağımda müstəsna rolu
olan 2 şəxsdən biri kimi ömrümün sonuna qədər unutmayacaq və hər zaman
sevgi və sayğı ilə xatırlayacağam.
Nəcəf bəyə Allahdan rəhmət, ailasinə başsağlığı, əqidə silahdaşlarına
səbir diləyirəm. Başımız sağ olsun.
Novruz Həzənov
GÜNAYDIN
¹128 (224) 2224 dekabr 1999cu il
NӘCӘF BӘYİN ӘZİZ
XATİRӘSİNӘ BİR NEÇӘ SÖZ
Azərbaycanda boşluğu hər zaman duyulacaq dəyərli aydınlardan biri
dünyasını dəyişdi. Xalq hərəkatı başlanandan Nəcəf Nəcəfov adı
Azərbaycanda demokratik mətbuatın təməlini qoyan bir şəxsiyyət kimi
tanınmağa başladı. Ardınca Xalq hərəkatının aparıcı təşkilatı olan
Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri kimi ardıcıl və səmimi
mübarizəsi ilə bütün hərəkat iştirakçılarının rəğbətəni qazandı. Әn ağır
vəziyyətlərdə, ən dərin ziddiyətli məqamlarda barışdırıcı bir şəxs
olaraq üz tutduğu Nəcəf bəy hərəkatımızda ən ədalətli və səmimi
liderlərdən biri kimi sevilən bir mövqe qazanmışdı. 1989-cu ilin
sonlarında Nəcəf bəyin təməlini qoyduğu «Azadlıq» qəzetinin işıq üzü
görməsi Azərbaycan demokratik mətbuatı tarixində ən unudulmaz
hadisələrdən idi. Bununla o, indiyə qədər də mətbuat tariximizdə xüsusi
hörmətlə xatırlanan Nəcəf Nəcəfov məktəbinin təməlini qoyub. 20 yanvar
faciəsinin baş verdiyi günlərdə zahirən mülayim adam təsiri bağışlayan
Nəcəf bəy həyatını risqə qoyaraq sovet ordusunun törətdiyi vəhşiliklər
haqqında bilgilərin dünyaya çatdırilmasında, Yazov və Primakovların
caynağında məhv edilmək qarşısında qalan Xalq Cəbhəsinin haqlı davasının
müdafiə olunmasında xüsusi fədakarlığı ilə seçildi. Azərbaycan Xalq
Cəbhəsi sıralarından millət vəkili seçilərək parlamentdə öz sözü və
hörməti ilə hətta Xalq Cəbhəsinə qarşı olan qüvvələr tərəfindən rəğbətlə
qarşılanan Nəcəf Nəcəfov SSRİ-nin saxlanması ilə bağlı referenduma
etiraz olaraq aclıq aksiyasında fədakarlıqdan tutmuş, Azərbaycanın
müstəqillik aktının qəbul olunmasında oynadığı rola qədər cəmiyyətin
yaddaşında dərin iz buraxdı. 1992-199-93-cü illərdə prezidentin müşaviri
kimi də öz vəzifəsini vicdanla yerinə yetirərək demokratik dövlət
quruculuğu işində bütün enerjisi ilə çalışdı. Sonrakı dövrlərdə də Nəcəf
bəy Azərbaycanda demokratik dəyərlərin yerləşməsi, aydınların millətin
haqlı davasına sahib çıxması işinin təşkilində ciddi işlər görüb. Nəcəf
bəy yarandığı gündən AXC üzvü olsa da, cəmiyyət üçün partayalarüstü bir
kimliyə sahib olub. Hər zaman Azərbaycan aydınlarının ən ləyaqətli
təmsilçilərindən biri kimi qəbul olunub. O, eyni zamanda səmimi və
cəfakeş bir dost kimi insanların xatirəsində qalıb. Nəcəf bəyin haqq
dünyasına qovuşması ilə bizlər öz yaxın dostumuz, mübarizə qardaşımızla
yanaşı, həm də bir zaman örnək olaraq xatırlanacaq, sözün həqiqi
mənasında mükəmməl bir Azərbaycan aydını ilə vidalaşdıq. Allah rəhmət
eləsin, haqqını bizlərə halal etsin, əzizimiz Nəcəf bəy!
Bir dost sevgisi
və ağrısı ilə
Әbülfəz Elçibəy
MÜXALİFƏT
Müstəqil qəzet
22-24 dekabr 1999-cu il N 64 (857)
ÖLÜMÜN XƏTRİNDƏ
DƏYƏMMƏDİK
Təkcə sənin xətrinəmi, Nəcəf bəy?
Dedilər, həyatla ölüm Sənin uğrunda çarpışarkən xanımın Lalə solmuş
çöhrənə baxıb “Bu nə xəstəlikdi tapdı səni” deyibən qəmdən üzüləndə,
həkimlər başının üstündə naçar və gümansız dayananda onları ovundurub
gülə-gülə demisən: “İnciyərəm sizdən, mənim xəstaliyimin kefinə dəyməyin...”
İndi desək ki, bizlər də Sənin xətrinə illacsız xəstəliyinin, ağzı
yanmış ölümünün kefinə, xətrinə dəyə bilmədik, inanma. İnanma,
acizliyimizi pərdələyən bu allı-güllü, minnət yüklü sözlərə, Nəcəf bəy.
Çünki Sənin xəstəliyinin toxunulmazlıq statusu bizim bəraətimiz ola
bilməz. Bizlər bəraətimizi xəstəliyindən çox əzəl Sənin öz kefinə
dəyərkən, azadlıq uğrunda nəfəsi tıncıxmış adamın birudumluq hava üçün
döyüşəntək döyüşməyini biganə-biganə seyr edərkən itirmişik. Çiyindaşlar
tən olmayanda, getdiyi yola dönük çıxanda dönməzlər təklənir, haqqın-ədalətin
daşkəsəkli yollarının ağırlığı onların çiyninə düşür.
Sən də azadlıq yolunun nəhayətinədək getməyə qərar vermiş dönməzlərdən
və təklənənlərdən idin, Nəcəf bəy. Әrköyün dərdini-azarını da elə
daşıdığın yükə layiqli çiyin verməyəndə qazandıq. Dünyamızın od tutub
yanmağını bir xorum ot qədər də eynimizə almamaqla , “məndən ötdu...”
laqeydliyi ilə... Və bununla da Səndən çox öz kefimizin xətrinə dəymədik...
Zamanının, mühitinin yükünü daşıyan hər bir kamallı insanın ölümündə
onun dərdi-azarı qədər yaşadığı xəstə cəmiyyət də şərikdi, suçludu,
Nəcəf bəy. Sənə nə var ki,
gedişinlə bizim kamalımız, düşüncəmiz itirdi. İctimai-siyasi mübarizə
hərəkatımız, çağdaş mətbuatımız itirdi.
Sən azad sözə möhürlü söz azadlığından çox əzəl yiyələnmişdin. Elə bu iç
azadlığının barıydı ki, gəmidə oturub gəmiçiylə çəng eləyirdin. Әyalətdə
yaşayarkən “rus qəzetləri”nə zorla, “yuxarıların” qorxusuyla abunə
yazılanların bu qəzetlərin bir sətrini belə oxumadıqlarına çox şahid
olmuşam. 88-ci illərdə isə elə bil möcüzə baş verdi. Sənnn redaktoru
olduğun “Molodyoj Azerbaydjana” qəzeti siyasətdən, yazı-pozudan uzaq
əyalət insanlarını da “rusofil” eləmişdi. Hətta “bu qəzetdən qan iyi
gəlir” deyə-deyə onu oxumaq üçün özüylə rusca-Azərbaycanca sözlük
gəzdirənlər də vardı. Bu, Sənin düşüncələrdə yaratdığın çevriliş idi.
Sonra auramızı xofdan təmizləyən, bizi ruhən və həm də cismən
mətinləşdirən milli azadlıq hərəkatının salnaməçisi “Azadlıq” Sənə,
Sənin fikir döyüşünə meydan oldu. Yaratdığın, sükançılıq elədiyin dövrdə
“Azadlıq” siyasi maarifçilik və total rejimlə döyüşkənlik təmayülündən
az önəmli olmayan şərəfli bir missiya daşıdı - 70 illik kötəkdən gözləri
qıpıq olmuş müti və qaba lakey düşüncəsini kübar təfəkkürlə,
mədəniyyətlə əvəzlədi. “Azadlıq” mətbuata yaxın olanların, hətta söyülən
dövlət strukturlarında çalışanların belə, etiraf elədiyi elitar qəzet
imici qazandı. Səni itirəndən sonra bizi ovudan da əkdiyin “Azadlıq”
ağacının həmişəyaşıl qalması, yönümünü hansı səmtə dəyişməsindən asılı
olmayaraq, elitarlığını qoruyub saxlamasıdır. Sənin nəcabətli qələmçi
dəsti-xəttindən qalan da məhz budur. Və təkcə budurmu?
Sən ətalətdən təzəcə silkinmiş məmləkət insanlarına eyni zamanda həm sağ,
həm də sol cinahda döyüşməyin gözəl nümunəsini göstərdin. Bu cinahlardan
biri mətbuat idisə, digəri azadlığı necə qazanmağımıza şahid olan MEYDAN
idi, yaradıcılarından olduğun Azərbaycan Xalq Cəbhəsi idi, parlament idi.
Ölümün bir adı da ayrılıqdı. Sən cismimizin sırasından ayrıldın və
bizlərə ölümdən öyrənməyin də örnəyini göstərdin. Bəlkə də bu örnək
qananlara Sənin həyat və mübarizə yolun qədər ibrətli, görklü idi.
Aktyorlar evində cənazənlə vidalaşmağa gələn hüznlü insan seliydi bu
görk.
Matəmində cəmiyyətin bütün zümrələri - alimi də, fəhləsi də, naziri də,
taciri də, bir-birinə əl vermək istəməyən iqtidarı da, müxalifəti də
təmsil olunmuşdu. Və ən önəmlisi buydu ki, ora heç kim heç kimi çəkib
gətirməmişdi. Heç kim kimdənsə utanıb gəlməmişdi. Heç kim “sabahkı günü
sayğacda hesablayıb” gəlməmişdi. Minlərlə insani sənin ayağına gətirən
yalnız ruhani borc idi və o borc nə Sənin qohum-əqrəbanla, nə şəcərənlə,
nə mənsub olduğun zümrəylə deyil, ancaq özünlə kəsilməli idi.
O son vida anlarında, Yasamaldakı fəxri gorgahda, məzar üstündəki
mənzərə nə təsvirsiz idi, Allah! O anlarda bütöv Azərbaycan amalçısı,
dünənki və həm də sabahkı prezidentlər, bizi pencər kimi sıxan rejimin
hazırki nazirləri, dünənki baş müşavir, “din ruhani azadlıqdır, yoxsa
dövlətin əlində bir vasitədir” – sualı ətrafında cavalarımıza son
verməyən insaflı və hörmətli şeyximiz yetimləyib baş-başa dayanmışdılar.
O məzar başında “xəncərinin qaşı düşməkdən” çəkinsə də, bugünkü
prezident də xanım elçisinin timsalında başını əyilən, hüznlü,
yetimləyən başlara qatmışdı. Bu, bizim uzun müddətdir ki, iztirabla,
ümidlə gözlədiyimiz BİRLӘŞMӘYİN rəmzi idi, Nəcəf bəy. O anda mənə elə
gəldi ki, Sən ölməmisən, yandırılmış körpüləri yenidən tikirsən.
O gün bütün qələm əhli ağ, qara, sarı, iqtidar-müxalifət mətbuatı da
nizami ordu kimi ətrafında düzlənmişdi. Bu Sənintək qələm generalının
etiraf olunması, birmənalı qəbul edilməsi idi.
Bizi ağrıtsa da, göynətsə də, o gözəl gün idi, Nəcəf bəy. Sənin başına
cəm olmuş o möhtəşəm insan seli görkləyirdi ki, haqqın bircə üzü var.
Onun sağı-solu, iqtidarı-müxalifəti olmur. Cəbhəsi-cinahı olmur. Әgər
olmuş olsa belə, Sən göstərdin ki, elə yaşamaq, elə döyüşmək, elə qələm
çalmaq olar, heç bir tərəfdə sözün qəribçiliyə salınmaz, düşməncəsinə
qarşılanmaz. Bunun adı haqq yolunda, millət yolunda partiyasız, tərəfsiz,
qərəzsiz, cəmiyyətsiz döyüşməkdir. Әgər Sənə sevgimizdə səmimiyiksə,
əgər bu Vətənə sevgimizdə sənintək dönməziksə, əgər belə gözəl ölümün
qənşərimizə çıxmasını istəyiriksə, onda yolun, döyüşün bizlərə örnək
olsun!
Son olaraq daha bir məqam haqqında. Qəm karvanın Mahnı Teatrının
yanından keçərkən bir xanım “Allah götürərmi bunu ki, Nəcəf kimi oğul
3-cü qəbiristanlıqda (o, yəqin ki, fəxri məzarlığın 3-cü bölümü demək
istəyirdi -B.Ә.) dəfn olunsun” - deyib, yaman kövrək-kövrək ağladı.
Doğrusu, mən də belə düşünsəm də, “Qanlı göl”ün sahilində, düşmənə qoyub
gəldiyimiz dağların havası qədər səfalı, çox uca bir yerdə və
həmişəyaşıl ağacların çətiri altında Sənə ana kimi qoynunu açmış son
beşiyini görəndə fikrimi dəyişdim. Vallah, əcəb uyumalı, əzabkeş ruhunun
da, ağrılı cisminin də rahatlıq tapacağı məkandı, Nəcəf bəy!
Mətbuatımızın ağsaqqallarından olan Nəsir müəllim demiş, bu məkanı
görəndə — adamın özünün də ölməyi gəlir. Fəqət, hər ölümlə bu mərtəbəni
qazanmaq olmur. Ucalıq məqamın mübarək!
Bu ağrı həm də bütün “Müxalifət”indi
Bəsti Əlibəyli
AZERNEWS
AZƏRXƏBƏR
International
Independent Newspaper
N-51 (129) December 22 - 28, 1999
NAJAFOV, 44, DIES
OF LIEUKEMIA
The funeral of a prominent journalist and public figure Najaf Najafov,
who has passed away at the age of 44, was held in Baku on December 18.
Najaf Najafov started his journalistic career in the 80s working with
“Inshaatchi” newspaper. In 1986, he took up the position of chief editor
in the “Youth of Azerbaijan” newspaper, which back in the Soviet times
(1987-1988), since the very start of the Armenian-Azerbaijani conflict,
was vehemently condemning Armenian separatists despite the censorship
prohibitions. For this Najaf was sacked by the then government of the
republic. N. Najafov then established the first independent newspaper in
Azerbaijan, “Azadlig” and news agency “Turan”. On January 20, 1990,
N.Najafov was among the insurgent people who had taken to streets to
oppose the intervention of Russian troops and was severely wounded.
A key principle in his political activity was the struggle for
independence, sovereignty and territorial integrity of Azerbaijan, in
1990-1995, N.Najafov was a member of the parliament, in 1992-1993 -presidential
press spokesman, presidential adviser and SOCAR vice-president for
public relations and media contacts, while more recently -
vice-president of the Entrepreneurship Development Foundation (EOF).
He was a fighter for freedom and was admired by his nation. On Saturday,
both pro-governmental and opposition newspapers published moving
farewell articles. The obituary published by “Khalg gazeti” was signed
by President Aliyev, head of the President's Executive Office Ramiz
Mehdiyev, vice-premier Elchin Afandiyev and others.
Starting from noon till 3 p.m. on Saturday, tens of thousands of people
came to the House of Actors to pay their last respects to the friend.
The coffin was then taken to the Baku City Cemetery. Speaking at the
burial ceremony were ex-president of Azerbaijan, leader of the PFPA
Abulfaz Elchibay, ex-parliament speaker, head of Musavat Isa Gambar. etc.
Also attending the funeral were the head of the President's Executive
Office humanitarian department Fatma Abdullazadeh, Minister for
Information and Press Sirus Tabrizli, leaders of political panics,
newspaper editors, intellectual and public figures.
AZADLIQ
GÜNDƏLİK QƏZET
N234(1503) CÜMƏ AXŞAMI, 23 DEKABR 1999
ELEGİYA
Sabah “Azadlıq”ın dünyaya gəlməsinin 10 ili, Nəcəf bəyin dünyadan
etməsinin 7 günü tamamdı...
... - Sən onun nəyisən?
Ölüm kağızını verən qadının bu sualından ani olaraq çaşıb qaldım.
Doğrudan axı, mən onun nəyiyəm? Biz onun nəyiyik?
“İlk və əvəzolunmaz”! Adətən, bu sözləri Nəcəf bəy haqqında “Azadlıq”la
bağlı deyirlər. “Azadlığ”ın ilk və əvəzolunmaz redaktoru! Yəqin ki, bu
deyimi kiminsə, kimlərinsə subyektiv fikri yox, hamının qeyd-şərtsiz
qəbul elədiyi aksiom kimi yozmaq olar. Amma... “İlk və əvəzolunmaz”epitetlərinin
əvvəlindən “Azadlıq”, ardından “redaktor” sözlərini dəyişmək də olar:
əvəzolunmaz demokrat, ziyalı, siyasətçi, vətəndaş, nəhayət, İnsan! Bəy!
Nəcəf bəy Nəcəfov!
...Onunla yaxından tanışlığım “Molodyoj Azerbaydjana” qəzetindən başladı.
80-ci illərin ikinci yarısında. O vaxt “Molodyoj Azerbaydjana”nın necə
qəzet, Nəcəf bəyin necə redaktor olduğunu hamı bilir; bu haqda çox
deyilib, çox yazılıb.
“Molodyoj Azerbaydjana” (sadəcə, “Molodyojka”) ilə “Azərbaycan gəncləri”
(sadəcə, “Gənclər”) eynı binanın eyni mərtəbəsində yerləşirdi. Bizi
ayıran aradakı tennis stolu idi. Nahar fasiləsi zamanı - saat 1-dən 2-yə
kimi “Gənclər”lə “Molodyojka” həmin stol arxasında görüşərdi. Və...
“Gənclər” “Molodyojka”ya tennisdə də uduzardı...
Bəzən oyuna başımız elə qarışardı ki, 3-ə işləməyindən xəbərimiz olmazdı.
Üzbəüz liftdən “Gənclər”in redaktoru çıxardı; sol qolunu ağır-ağır
yuxarı qaldırıb saatına, sonra da zəhmli baxışlarıyla bizə baxardı, -
tələm-tələsik oyunu saxlayıb sola - iş yerimizə dönərdik. Üzbəüz liftdən
“Molodyojka”nın redaktoru çıxardı; sağ əlini yuxarı qaldırıb gülümsəyə-gülümsəyə
“Kimi görməmişəm, salam” deyib iti addımlarla uzaqlaşardı, -
“rəqiblərimiz” tələm-tələsik oyunu saxlayıb sağa - iş yerlərinə
dönərdilər... Beləcə, biz sola, onlar sağa gedərdilər. Qəzet buraxanda
da belə idi: “Gənclər” sola, “Molodyojka” sağa meyl edərdi. Ta Nəcəf bəy
çıxana kimi.
...”Molodyojka” da hədsiz demokratiya, hədli nizam-intizam vardı. Buna
amiranə demokratiya da deyərdim. Kadrlara özünəməxsus münasibəti vardı
Nəcəf bəyin. Son vaxtlar qəribə bir yenilik eləmişdi: hər gün bir
“Molodyojka”çı – şöbə müdirindən tutmuş sıravi müxbirədək - redaktorluq
edərdi; o nömrənin yazılarından tutmuş maketinədək məsuliyyət həmin o
birgünlük redaktorun üzərinə düşərdi. Təbii ki, sabahısı - nömrə çıxan
gün geniş müzakirə açılardı. Beləcə, özündən sonranı fikirləşər,
gələcəyin redaktorlarını yetişdirərdi Nəcəf bəy.
... Bütün işçilərə eyni gözlə baxardı Nəcəf bəy. İşçisi Lalə xanımla
ailə həyatı qurandan sonra... onu əvvəlki iş yerinə - səhv etmirəmsə, ya
“Vışka”ya, ya da “Bakraboçi”yə qaytardı Nəcəf bəy, - iş yerində öz
xanımına başqalarından fərqli münasibət göstərməmək naminə...
İşdən çıxanda (çıxarılanda yox, məhz çıxanda) da kişi kimi çıxdı Nəcəf
bəy.
Mərkəzi Komitənin birinci katibi çoxdan düşmüşdü üstünə: ərizə yaz, çıx!
Ərizə deyildi, ittihamnamə idi. Arxivdən götürülüb çap edilsə, bu gün
üçün də aktual görünər o ittihamnamə. İstefa mədəniyyətimizin də özülünü
Nəcəf bəy qoydu.
O vaxt “Molodyojka”nın 90 faizi Nəcəf bəylə getdi. Qalıb içləyənlər isə...
...Sonra xalqa “Azadlıq” bəxş elədi Nəcəf bəy. “Azadlıq”ında o vaxt necə
qəzet olduğunu və Nəcəf Nəcəfovun da o vaxt necə redaktor olduğunu
kiməsə xatirlatmağa lüzum varmı?
Nəcəf bəyin “Azadlıq”da qoyduğu qaydalar indiyədək hökm sürür: iş vaxtı
içmək olmaz! Əks halda işdən çıxarılaçaqsan! Bir dəfə belə də oldu: üç
ərköyün, eyni zamanda qiymətli iççimiz naharda bir balaca “vurmuşdu”.
Nəcəf bəy düşünmədən üçünü də işdən azad elədi. Hamımız - içi Cəbhə
qarışıq - yığışıb dönə-dönə xahiş edəndən, sözün həqiqi mənasında zamin
durandan sonra onları işə bərpa etdi. Amma... 2 aydan sonra. Özü də
sınaq müddətinə! İndi onların üçü də həm mətbuatda, həm də bütövlükdə
cəmiyyətdə tanınan qələm və söz sahibləridir...
Qardaşımın toyuna getməliydim. 10 günlük icazə istədim. Bir həftəyə razı
oldu. Getdim.Toy toya qarışdı. Zəng vurdum ki, Nəcəf bəy, gələ bilmirəm,
3 gün də icazə verin. Özün bil, - dedi, - amma mən icazəni bir həftəliyə
vermişəm. Toyları yola verib qayıtdım. Divardan əmr asılmışdı: vaxtından
gec gəldiyim 3 günə görə 30 günlük əməkhaqqımı kəsmişdi Nəcəf bəy.
İncimədim - kişinin sözü bir olar!
...İlk demokratik parlamentə deputat seçilmişdi. Qayda qoymuşdular ki,
deputatlıqla rəhbər vəzifəni birləşdirmək olmaz. Birinci addımı Nəcəf
bəy atdı - redaktorluqdan çıxdı, yerini Qənimətə verdi, özü də oldu
məsləhətçi.
Parlamentin, səhv etmirəmsə, birinci, ya ikinci iclası keçirildi.
Qənimətlə mənim ad günümüz idi. Yaxınlıqdakı “Səməni”kafesinə
yığışmışdıq. Yeyirdik, içmirdik. Nəcəf bəyi gözləməsək də. Bir də gördük
qapı açıldı, Nəcəf bəy içəri daxil oldu. Gülə-gülə “burdakıların yanında
olmaq ordakıların yanında olmaqdan qat-qat maraqlıdır” deyib ad gününə
qoşuldu...
...91-in avqustu – “QKCP” vaxtı idi. Ayaz Mütəllibov İranda idi. Ordan
bəyanat verib “QKÇP”-ni dəstəklədiyini bildirmişdi. Bəyanat rəsmi
qəzetlərdə yığılmağa macal tapmamış “QKÇP” devrildi. A.Mütəllibov da
tələm-tələsik yeni - əks bəyanatla çıxış etdi. Bakı rəsmiləri birinci
bəyanatın rəsmi qəzetlərə göndərilmiş nüsxələrini cild-cildlə bir-bir
tapıb “zərərsizləşdirdilər”. Amma biz – “Azadlıq” Azərbaycan
rəhbərliyinin Moskva hadisələrinə birinci reaksiyasını nə yolla
olursa-olsun, xalqa çatdırmalı idik. Mətbəənin hər tinində bir senzor,
hər addımda bir agent qoyulmasına baxmayaraq, mən, İsrail və Elçin həmin
“geri oxunmuş” bəyanatı, Nəcəf bəyin təbirincə desək, “partizanlıqla”
əldə edib “partizanlıqla”da qəzetə yerləşdirdik. Mətbəədən birbaşa
Oktyabr rayon daxili şöbəsinə gəldik. Uşaqları “QKÇP”-yə qarşı etiraz
mitinqindən tutub ora aparmışdılar. Nəcəf bəy də orda idi. Məni görən
kimi dəmir barmaqlığın o üzündən boylanıb “Bəyanatı verə bıldinmi?”
soruşdu. “Hə” cavabı alanda başını uzadıb ömründə birinci və sonuncu
dəfə məni öpdü. Heç vaxt belə emosiyalı görməmişdim Nəcəf bəyi...
...Sonra hakimiyyət dövrü başladı. Prezidentin mətbuat xidmətinin
rəhbəri, prezidentin müşaviri, ARDNŞ-nin vitse-prezidenti... Bu yerlərin
heç birində duruş gətirə bilmədi. Sonuncu üzərində xüsusi dayanmaq
istəyirəm. Dövlət Neft Şirkətinin necə yer olduğunu kiməsə izah etməyə,
yəqin ki, lüzüm yoxdur. Və Dövlət Neft Şirkətinin vitse-prezidenti
olmağın nə demək olduğu da kiməsə izah etməyə, yəqin ki, lüzum yoxdur. O
cür yerdə də işləmədi Nəcəf bəy. “İşləyə bilmədi” yox, “işləməyə
qoymadılar” yox, sadəcə, işləyə bilmədi. Onu vəzifədən heç kim
çıxarmazdı - nə ovaxtkı prezident, nə indiki prezident, nə gələcək
prezident... Sadəcə, bacarmadı. İşiylə bacardı, özüylə bacarmadı.
Cəmiyyətlə bacarmadı. Çünki bütün dövrlərdə cəmiyyətdən ən azı bir pillə
yüksəkdə dayandı Nəcəf bəy!
Təəssüf ki, cəmiyyət onun səviyyəsinə yüksələ bilmədi. O da cəmiyyətin
səviyyəsinə enmədi!
...Almaniyada müalicə alıb qayıtmışdı. Özünü gümrah hiss edirdi. İşə də
çıxırdı. Küçədə rastlaşdıq. Hal-əhvaldan sonra “Niyə az-az görünürsünüz?”
soruşdum. Sualıma sualqarışıq təəccüblə cavab verdi: “Harda görünməliyəm
ki?”. Ani tərəddüddən sonra “Məsəlçün, siyasətdə”dedim. Əlini yelləyib
uzun bir “Eehh!” nidası ilə kifayətləndi.
Deyəsən, axır vaxtlar bezməyə başlamışdı Nəcəf bəy. Hamıdan -
yuxarılardan da, aşağılardan da; iqtidardan da, müxalifətdən də;
siyasətdən də, siyasətçilərdən də; qəzetlərdən də, qəzetçilərdən də.
Təkcə bizim – “Azadlıq”ın redaktoru deyildi Nəcəf bəy. Həm də bütün
mətbuatın redaktoru idi. Bəlkə də bütün cəmiyyətin redaktoru idi. O
redaktor bu cəmiyyətə “Azadlıq” bəxş elədi, Azadlıq verdi. Bəs biz?
...Səhv etmirəmsə, Pasternakın sözüdür: təəssüf ki, Azadlıq və Qələbə
ayrı-ayrılıqda gəlir; Azadlıq gələndə Qələbə çatışmır, Qələbə gələndə
Azadlıq azlıq eləyir...
İlk və əvəzolunmaz redaktorumuzun bizə verdiyi Azadlığa biz Qələbə ilə
cavab verməliyik. Nə qədər ki, Azadlığın üstünə Qələbə də gəlməyib, nə
qədər ki, Azadlığı Qələbə ilə tamamlaya bilməmişik- Nəcəf bəyin ruhu
qarşısında başımız aşağı olacaq. Çalışaq, başımızı yuxarı qaldıraq!..
P.S. Oğlum Ayxan “Azadlıq”la eyni gündə doğulub - 24 dekabrda. Keçən il
bu vaxt dostlarımla (onların çoxu elə iş yoldaşlarımdır) bizə
yığışmışdıq. “Səbəbkar”ın sağlığına bir-iki xoş söz dinləyəndən sonra
adətim üzrə”Azadlığ”ın şərəfinə badə qaldırmağı təklif etdim. Və təbii
ki, durub təbrik üçün Nəcəf bəyə zəng vurdum. Almaniyaya. Doluxsundu.
“Bu zəngi gözləyirdim”- dedi. Məndən sonra Gündüz, İsrail, Rövşən,
Hikmət də danışdılar. Dəstəyi yenidən götürdüm: “Nəcəf bəy, Sizinlə
danışmaq istəyən çoxdur, səhhətiniz imkan verirsə...”. Telefonun o
başından “Əzizlərim, mən məmnuniyyətlə bu gün uşaqların hamısıyla
danışardım, amma sizə ziyandır axı, xariclə danışıq çox pul yazır”- dedi.
Dostlarımın, tanışlarımın - Ayxanın ad gününün vaxtını dəqiq bilən bütün
yaxınların nəzərinə: Sabah- dekabrın 24-də bizə gəlməyin! Heç bir şənlik-filan
olmayacaq! Çünki yenə Ayxanın sağlığına bir-iki xoş söz dinləyəndən
sonra adətim üzrə “Azadlıq”ın şərəfinə badə qaldıracaq, sonra da qonşu
otağa keçib təbrik üçün Nəcəf bəyə zəng vur...maq istəyəcəm... Heyhat!..
Azər Qüdrətoğlu
525-Cİ QƏZET
23 dekabr 1999-cu il, cümə axşamı
N-245 (589)
BİR HƏFTƏ NƏCƏFSİZ
Sabah 10 yaşı tamam olan “Azadlıq”sa çoxdan NƏCƏFSİZ qalıb
Pilləkənləri qalxırıq. Bu yol bizi “Azadlıq”ın keçmiş və indiki
yazarlarını Nəcəf bəylə son görüşə aparır 7 nəfərdən heç kim içəri
birinci keçməyə ürək eləmir. Cəmi yarım dəqiqə sonra tələm-tələsik
geyinəcəyim ayaqqabılarımı güclə soyunuram...
Çarpayıda solub-solaxımış, can verən Nəcəf bəy. Hələ diri əllərini
sığallayan Lalə xanım. Otağın kandarındanca qayıdıram. Bir dəqiqə sonra
göz yaşını boğa bilməyən Elçin Səlcuq, qapqara qaralmış Rövşən Hacıyev
də çıxırlar. Yox, burda da dayanmaq mümkün deyil...
Ustadla son görüşə çıxdığım pillələri düşürəm. Siqaret də kara gəlmir.
Balaca budkadan başını çıxaran qadın “necədi, bala?” soruşur (elə bil az
əvvəl bu binanın 6-cı blokuna girən yad adəm yalnız və yalnız Nəcəf
bəyin evinə gələ bilərmiş). “Can verir” deyənəcən az qala öz nəfəsim
dayanacaqdı...
Səhəri gün biz bu evə Nəcəf bəyi məscidə aparmağa gələcəkdik. Qayıdanda
bu, hər birimizə gün kimi aydınıydı. Nəcəf bəy amansız xəstəliyilə bütün
yaxınlarını, əzizlərini bu itkiyə çoxdan, can verdiyi 16 dekabrdan xeyli
əvvəl hazırlamışdı. Bəlkə də Tanrı belə məsləhət bilmişdi ki, qəfildən
başımızı itirməyək, bu əvəzsiz şəxsiyyəti yerdən urvatla götürməyə təpər
tapaq...
Gərək belə olmayaydı, gərək sağalmaz mərəz gəlib hamımızın içində məhz
Nəcəf bəyi tapmayaydı. Nəcəf bəy öləsi, Azərbaycanla bağlı arzularının
hələ yüzdə birinin gerçəkləşmədiyi vaxtda gedəsi adam deyildi. Belə ağır
zəmanədə, adamların dəyərdən düşdüyü məmlkətimizdə təsəlli yeri ola
biləcək böyüklüyündə BÖYÜK İNSANI itirmək elə torpaq itirmək kimi
çəkiləsi müşgül dərddir. Amma yenə Allah bilən məsləhətdir...
Başqalarını demirəm, Heydər Əliyevin bir il öncə Nəcəf bəyin müalicəsinə
kömək etməsi, indi də isti başsağlığı verməsi mənimçün gözlənilməz
deyildi. Çünki adam bütün ömrü boyu səhvə yol verə bilməz axı! Ən azı
ona görə ki, Nəcəf bəy böyüklüyündə alicənab şəxsi görməmək, duymamaq
mümkünsüzdür. Və şəxsi qənaətimə görə, bütün siyasi karyerasında Heydər
Əliyevin səhvə yol vermədiyi iki məqam varsa, ikisi də Nəcəf bəylə bağlı
atdığı həmin addımlardır...
Nəcəf bəy yaratdığı “Azadlıq”ın 1500-cü sayını oxuya bilmədi. Çünki
matəm nömrəsiydi — həmin gün ilk sayı 200.000 (!) tirajla imzalamış
REDAKTORU dəfn edirdilər. Nəcəf bəy canından artıq istədiyi “Azadlıq”ın
sabah tamam olan 10 yaşını təbrik edə də bilməyəcək. Çünki bu gün öz
yeddisidir...
“Azadlıq” və Nəcəf bəy! Son 10 ildə fəxr duyulası nə qədər nəsnə bu
böyük qəzetin və ünlü şəxsiyyətin adıyla bağlıdır. Amma bunlar artıq
tarixdir. Çox təəssüf ki, Nəcəf bəy 7 gündür bu həyatda yoxdur.
Qarabağsız məmləkət indi həm də Nəcəfsizdir...
“Azadlıq”sa... nə yazıqlar ki, çoxdan NƏCƏFSİZDİR.
Bu illərdə “Azadlıq”ı Nəcəf bəy istəyən kimi qurmaq, çıxarmaq mümkün
olmadı.
Heç olanı saxlamaq da mümkün olmadı. Vallah olmadı...
Hikmət Sabiroğlu
AZADLIQ
Gündəlik qəzet
N 235 (1504) 24 dekabr 1999, cümə
«AZADLIQ»IN
MÜBARƏK, NƏCƏF BƏY!
Bu gün (dekabrın 24-də ) “Azadlıq” qəzetinin 10 yaşı tamam olur
“Azərbaycan Xalq
Cəbhəsinin qəzeti” kimi işıq üzü görən, zaman-zaman çeşidli basqılara
məruz qalan, senzuranın “qayğısı” sayəsində bəzən (çox zaman!) yarıağ,
yarıqara çıxan, 20 Yanvar qırğınından sonra vəhşi rus ordusunun qəzəbinə
tuş gələn, lakin əyilməyən qəzet bu gün gündəlik qəzet kimi oxucuların
görüfşünə gəlir.
“Azadlıq” tarixi yaddaşımızın mədəni-mənəvi abidəsidir.Bu gün də
azadlıqsevərlər onun birinici (təkcə birincimi!) sayını əziz bir xatirə
kimi (ütüləyib-əzizləyib) saxlayırlar. Son dövr tariximizin bu qiymətli
abidəsinin 10 yaşıyla bağılı Nəcəf bəylə görüşmək arzusunda idik (AZADLIQ
deyəndə istər-istəməz Nəcəf bəy yada düşür). “Azadlıq”la adı qoşa
çəkilən adı necə tapmağı və harada görüşməyi fikimrləşirdik ki, Nəcəf
bəy bizi “intizarda qoymadı”, özü bizi görüşünə (yazıqlar olsun ki, son
görüşünə) topladı.
Onunla vida mərasimi mənə səkkiz il öncə AXC qərargahından ilk
şəhidlərimizin son mənzilə yola salınmasını xatırlatdı.Və bu, təkcə
zahiri bənzəyiş deyildi, hər şeydə adı birinci çəkilən Nəcəf bəyi 20-ci
yüzilliyin SONUNCU şəhidi kimi dəyərləndirmək olar. Milli azadlıq
hərəkatının öncüllərindən biri, yeni azad (demokratik) mətbuatın
yaradıcısı və mən deyərdim ki, son mogikanı on il öncənin qanlı
yanvarfında da şəhid ola bilərdi. Amma (görünür!) böyük Yaradan
zəmanəmizin AZƏRBAYCAN VİCDANInı gələcəyin neçə-neçə qələm sahibinin
MÜƏLLİMi kimi qoruyaraq, AD GÜNÜnə (“Azadlıq”ın ad günü elə onun ad günü
deyilmi?!) bir həftə qalmış yanına apardı.
Onu xarakterizə edən əsas meyar yalnız az-az (təəssüf ki!) adamlara xas
olan KÜBARLIQ, ZİYALILIQ idi. Hamı – jurnalistlər, siyasətçilər, dövlət
adamları da onu VİCDANLI ADAM kimi dəyərləndirir. Bəlkə ən vicdanlı
media mənsubuna təqdim olunması üçün Nəcəf Nəcəfov adına “VİCDAN”
mükafatı təsis edəsiniz?! Hər ilin24 dekabrı həmin mükafatın təqdim
edilməsiylə yadda qala bilər.
Sağlığında özünə “Azadlıq” boyda abidə heykəl qoyan Nəcəf bəyi
“Azadlıq”sız təsəvvür etmək olmur. Bu gün dekabrın 24-də “Azadlıq” onun
məzarı önündə, onun ruhu isə “Azadlıq”da olacaqdır.
“Azadlıq”ın mübarək, Nəcəf bəy!
Məğrub Bədəlsoy, Qarabağ savaşının əlili
MÜSAVAT
Müstəqil ictimai-siyasi qəzet
N 295 (937) 24 dekabr 1999-cu il
NƏCƏF NƏCƏFOV ADINA
MÜKAFAT
Estoniyadan başsağlığı göndərən həmkarımız təkliflə də çıxış edir
Nəcəf Nəcəfovun vəfatı ilə əlaqədar redaksiyamıza daxil olan məktubların
çapını davam etdiririk. Bu dəfə Estoniya Jurnalnstlər Akademiyasının
üzvü Xaqani Qayıblı həmkarının ölümü ilə bağlı başsağlığı göndərib.
“Nəcəf bəyin ölümünü “Yeni Müsavat” qəzetinin dünənki sayından oxudum.
İçim burxuldu. Estoniyanın onsuz da qarlı-şaxtalı havasında buz kimi
kəsildim. İnanıram ki, SÖZə sevgisi və sayğısı olan hər kəs üçün bu çox
ağır itkidnr. Amma Nəcəf bəyin davamçıları olan bizlər bu itkidən
sarsılmamalı, acımızı gücümüzə dönüşdürərək, bulunduğumuz yerdən və
çalışdığımız mətbuat orqanından asılı olmayaraq, Azərbaycan
qəzetçiliyini hamımızın mənəvi müəllimi olan Nəcəf bəyin görmək istədiyi
səviyyəyə yüksəltməliyik. Bu vəsiləylə də mətbuatımızın nadir
isimlərindən olan Nəcəf bəyi yaşatmış oluruq.
Hər zaman rəhmətlə anacağımız Nəcəf bəyi yaşatmaq üçün bir təklifim var:
hər il o böyük qəzetçimizin haqqa qovuşduğu gün (Güneylə Quzeyin)
Azərbaycan türkləri arasından ən bacarıqlı jurnalistə Nəcəf Nəcəfov
adına ödül verilsin. Onda həmin gün bir araya gələn biz jurnalistlər
Nəcəf bəyi hüzünlə deyil, sevinclə, sevgiylə xatırlayarıq, hamımızın
başı sağ olsun! Heç bir vaxt üz-üzə əyləşib söhbətləşməsəҝ də, özümü
mənəvi tələbəsi saydığım, Azərbaycan mətbuatına cəsarət, can, çağdaşlıq
və AZADLIQ ruhu gətirən Nəcəf bəyin ölməz ruhu qarşısında baş əyirəm.”
Ehtiramla: Xaqani Qayıblı,
Estoniya Jurnalistlər Akademiyasının üzvü
“GÖR XƏSTƏLİYİ
KİMƏ VERDİ...”
Bir həftə öncə bu sözləri
həmkarım Hikmət Sabiroğlu Tanrıya etiraz kimi demişdi...
Yeddi gün əvvəl də insan axını beləcə qəmli-qəmli addımlayırdı. Dostları,
həmkarları, siyasi xadimlər, sadə oxucular görkəmli jurnalist, azadlıq
hərəkatımızın öncüllərindən biri, nəcib insan Nəcəf Nəcəfovu torpağa
tapşırırdılar.
Nəcəf bəyi çiyinlərində son mənzilə gətirənlər yenə çiyin-çiyinə dar
cığırla addımlayırlar. Yüksəklikdəki təzə qəbir. Bakının dəlisov
küləyini vecinə almayan gül dəstələri.
Nəcəf bəyin ciddi, bir qədər qayğıkeş görünən şəkli buraları başına
götürən küləkdən daha betər üşüdür bizi. Fotoqraf bu anı yaddaşa
köçürəndə deyən hələ amansız xəstəlik Nəcəf bəyin qapısını tanımırdı.
Dəfni günü siqareti siqaretə calayan Hikmət Sabiroğlu astadan köks
ötürüb “gör xəstəliyi kimə verdi...” demişdi. Kövrək qələmi ilə Tanrıya
etirazın min bir yolunu bilən dəyərli həmkarım həmin dəqiqələrdə başqa
ifadə tapa bilməmişdi.
Bakı küləyi məzarıstanı başına götürüb. Əbulfəz Elçibəy, İsa Qəmbər,
Mirmahmud Fəttayev, Əli Kərimov, Vurğun Əyyub, Sülhəddin Əkbər, Vaqif
Səmədoğlu... çiyin-çiyinə durub Nəcəf bəyin ruhuna dua oxuyurlar.
Bir müddət Prezident Aparatında mətbuat xidmətinə rəhbərlik etmiş,
tanınan qələm sahiblərindən biri Rasim Ağayevlə dar cığırı birlikdə
addımlayırıq. Həbsxanada təkcə azadlığını yox, həm də səhhətini itirən
Rasim bəy Nəcəf Nəcəfovla bağlı yaddaşında qalanları xatırlayır:
Nəcəf bəy mənim yadımda “Azadlıq”ın ən yaxşı redaktoru kimi qalacaq. Çox
böyük potensiala, mədənniyyətə malik adam idi. Məhz o potensialın gücünə
qəzeti məharətlə idarə edə bildi. Çox çətin, qarışıq bir zamanda
“Azadlıq” ən kəskin sözləri dedi. Redaktor kimi çox düzgün mövqe
seçmişdi. Nə qədər gənc jurnalistə meydan verdi. Maraqlıdır ki, bu adam
heç kimin xətrinə dəymədi...
Küləkdə sonuncu sözü aydın eşidilirdi:
Bu adam heç kimin xətrinə dəymədi...
Etibar
ƏLVİDA, NƏCƏF...
(Həmkarım, həmdərdim, həmfikirim, qələmqardaşım Nəcəf Nəcəfovun əziz
xatirəsinə ithafən)
Millət arxasıydın - Yurdun oğluydun,
İstiqlal carçısı, mərdlik yoluydun,
Qeyrətlə, hünərlə, əzmlə doluydun,
Haqsız hücumlara sən oldun hədəf:
Əlvida, Nəcəf...
Dərin dərrakəydin, kamalın vardı,
Zəkan – qatılaşan zülməti yardı!..
İblis fələklərmi Səni apardı?, -
Sözümdə - almassan, sazımda – sədəf:
Əlvida, Nəcəf...
Tuğyana çağırdın Azərbaycanı,
Səni sevməyənin buzlaşsın canı,
Yanıram, soydaşlar, Nəcəfim hanı?!
Onun xatirinə düzlənin səf-səf:
Əlvida, əlvida!
Əlvida, Nəcəf!...
Əlvida, Nəcəf!...
Vilayət Rüstəmzadə
Bakı, 18.12.1999
|
ƏLİLLƏR
N 33 (85) 24-30 dekabr 1999-cu il
AĞIR İTKİ
1988-cı ildə Azadlıq məşəli alovlanmağa başladı. Onu alovlandıranlardan
biri də Nəcəf idi. Hələ “İnşaatçı”, “Vışka” qəzetlərində işləyən
vaxtlardan kəsərli qələm sahibi kimi tanıdığımız Nəcəf. Amma o vaxtlar
N.Nəcəfov “Maladyoj Azerbaydjana” qəzetinin redaktoru vəzifəsində
çalışırdı. Onun respubliҝa rəhbərliyinin apardığı düzgün olmayan
siyasətlə hesablaşmaması və bu haqda etiraz ovqatlı yazıları böyük
maraqla qarşılanır və alqışlanır.
Nəhayət, 1989-cu ildə “Azadlıq” qəzeti işıq üzü gördü. Belə bir qəzetə
yalnız Nəcəf bəy rəhbərlik edə bilərdi. Elə də oldu. Ta o vaxta qədər ki,
Nəcəf bəy qəzetçilik sahəsində üzərinə düşən missiyanı şərəflə yerinə
yetirdi. Azərbaycan azadlıq əldə edəndən sonra daha başqa arzusu, istəyi
qalmadı. Ona görə də bu dünyanın malı-dövləti onu maraqlandırmadı...
17 dekabrın axşamı televiziya ilə verilən nekroloq onu tanıyanları
sarsıtdı. Bir anlığa Nəcəf bəyin fəaliyyəti kino lenti kimi gözümüz
önündən keçdi. Onun yaşından yaşlı görünən görkəmi, ağıllı baxışları
əbədiyyətə qovuşdu.
Səhəri günü minlərcə insan onunla vida görüşünə gəlmişdi. Bu insanlar
iqtidar və müxalifət nümayəndələrindən, jurnalistlərdən və adi
vətəndaşlardan ibarət idi. Onları bura adi bir qüvvə birləşdirirdi.
Nəcəf bəyin rfuhu, onun daim vətəndaş həmrəyliyi əqidəsində olması.
Nəsə, Bakı şəhərinin köhnə qəbirstanlığında əziz qələm dostumuz,
xalqımızın görkəmli ziyalısını, ictimai-siyasi xadimini, azadlıqsevər
insanlardan birini çox cavan yaşında – 44 yaşında qəlbən sevdiyi Vətən
torpağına tapşırdıq.
Qəbrin nurla dolsun! Allah sənə rəhmət eləsin, Nəcəf bəy!
“ƏLİLLƏR”
qəzetinin kollektivi
MÜSAVAT
Müstəqil ictimai-siyasi qəzet
N 296 (938) 25 dekabr 1999-cu il
Nəcəf bəıyin əziz
xatirəsinə
O, CƏNNƏTƏ GETDİ
Müstəqil mətbuatımızın patriarxı, Azərbaycan milli-azadlıq hərəkatının
aparıcı liderlərindən biri, Azərbaycanın dövlət müstəqilliyinin əldə
olunmasında danılmaz xidmətləri olan Nəcəf bəyin vaxtsız vəfatı biz
tələbə-gəncləri də məyus etdi, kədərləndirdi.
Xəbəri eşitdikdə çox məyus olduq və bu böyük insanın ömrünün 44-cü
baharında sıralarımızı tərk etməsini ürək ağrısı ilə qarşıladıq.
Müqəddəs Ramazan ayında cəhənnəmin qapıları bağlı olur və vəfat edənlər
cənnətə gedirlər. Nəcəf bəyin əməllərinin paklığı ən azı dini cəhətdən
təsdiqini tapmışdır. XXI əsrin astanasında həyata vida demiş və XX əsrin
ən aparıcı yazarlarından olan Nəcəf bəy Nəcəfova Allahdan rəhmət diləyir,
ailəsinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik!
Qəbri nurla dolsun!
Rahat uyuyun!
Dərin hörmətlə: Azər Niftiyev,
Gənc Aydınlar Birliyi sədrinin birinci müavini
BUGÜN
¹ 228 (509) 25 - 28 dekabr 1999-cu il
NƏCƏFİ TƏKCƏ BİZ
İTİRMƏDİK
Hər gün qanını analiz edirdilər. Nəticədən asılı olmayaraq, Lalə həmişə
analizin cavabını ona deyirdi. Cavablar mənfi olanda da müsbət kimi
qələmə verirdi. Ailə başçısı üzə vurmasa da, Lalənin müqəddəs yalana əl
atdığını duymuşdu. Lalə də yalanlarının faş olduğunu hiss edirdi. Beləcə,
hər biri öz rolunu məharətlə ifa edirdi. Xəstəliyindən heç zaman şikayət
etməzdi. Zəng edib vəziyyəti ilə maraqlananlara “həmişki kimiyəm, buna
da şükür” cavabını verirdi.
Biri vardı, biri yoxdu... Bu dünyada bir Nəcəf bəy var idi. Tanrı onun
taleyinə səmimi, azad və təmənnasız mətbuatın xaç atası olmaq şərəfini
yazmışdı. O, Azərbaycan mətbuatını uzun illər pərçimləndiyi qəlibdən
çıxara bildi. Totalitar rejimin qılıncı altında belə, kişi mərdliyilə
təmənnasız xidmət etməyi bacaran jurnalist ordusu yaratdı. Və dünyanın
qarışıq zamanında ortaya “Azadlıq” kimi bir div qoydu. Lakin birdən nəsə
baş verdi. Yox, o dəyişmədi. Biz dəyişdik. Bu gün hətta demokratik
adlandırdığımız jurnalistikaya nəzər salsaq, Nəcəf bəy səmimiliyindən
əsər-əlamət belə görmərik. Bəlkə də, onun son dövrlər fəal
jurnalistikadan uzaqlaşmasının səbəblərindən biri də bu idi. Bəlkə də,
içində çəkdiyi bu dərdin ağırlığıdan damarlarındakı qanı belə xəstələndi.
Çoxlarının tanımadığı başqa Nəcəf də var idi. Diqqətli ailə başçısı,
qayğıkeş ata və sevimli ər...
Tanrı Adəmi yaradanda onu tək buraxmadı. Əks cinsdən, boy-buxununa,
xasiyyətinə uyğun yarını - Həvvanı yaratdı. O gündən yarı axtarışı
insanlığın təbii ehtiyacına çevrildi. On üç il əvvəl “Mən” sorağında
olan Nəcəf Nəcəfovun qisməti isə öz ayağıyla qapısına gəldi. Çoxları
xoşbəxtliyi abstrak məfhum adlandırdığı halda, onlar istənilən an “biz
xoşbəxtik” kəlməsini dilə gətirmak səadətinə qovuşdular.
Mən ölsəm qəbrimin üstünə ancaq
Başqa gül qoymayın Lalədən qeyri...
Bu misraları 1991-ci ilin noyabrında vertalyot qəzasına uğrayan
tele-jurnalist Alı Mustafayev xanımı Laləyə ithaf edib. XXI əsrin
astanasında “Bu gün” həmin kövrək sətirləri həmkarımızın adından
ömür-gün yoldaşı Laləyə ünvanlayır.
Tanışlıqları “Molodyoj Azerbayjana” qəzetindən başlayıb. Lalə qəzetə
müxbir gələndə Nəcəf redaktor işləyirmiş. O vaxtlar “Molodyoj” satışına
görə ən geridə qalan qəzetlər sırasında idi. Yeni redaktorun gəlişiylə
hər şey dəyişdi. Köhnə bazara təzə nırx qoyulması kommunist ruhlu
qəzetçiləri qane etmədiyindən tezliklə yaradıcı heyət dəyişir. Müxbirlər
redaktorun xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxar, materialları
yalnız onun üçün yazardılar. “ Yarışda” həmkarlarından geri qalmayan
Lalə redaktorun ona başqalarından fərqli münasibət bəslədiyini
danışığından, baxışlarından duymuşdu. “Nəcəf müəllimin nə isə”
deyəcəyini hiss edirdi. Zənnində yanılmamışdı. Redaktorundan gözlədiyi
etirafa özünü hazırlasa da, hər şey yenə gözlənilməz oldu.
1987-ci ilin 4 iyulunda “Abşeron” restoranında 70 nəfər dost-tanışın
iştirakı ilə xudmani məclis qurdular. Hər ikisinin eyni peşə sahibi
olmaları, ən əsası qarşılıqlı sevgi gənc ailənin qarşılaşdığı
problemləri asanca dəf etməkdə böyük yardımçı olurdu. Ara-sıra baş verən
toqquşmalar yaz yağışı kimi tez də səngiyirdi. Dost-tanış məclislərinə
qoşa gedərdilər. Nəcəfin milli rəqs havalarına gözəl oynamağı vardı.
Ürəyinə yatan yığıncaqlarda, sümüyünə düşən hava olanda qol götürüb
oynayar, Laləni də ortalığa çəkərdi. Hədiyyə almağı sevərdi. Bayramlarda,
əlamətdar günlərdə onu əliboş qoymazdı. Son hədiyyəsini Almaniyadan
qayıdanda gətiribmiş.
Çox qayğıkeş, hörmətcil idi. Özündən öncə başqalarını düşünər, imkan
daxilində hər kəsə hörmət göstərməyə çalışardı. Qorxduğu bir şey vardı.
Kimsənin bostanına daş atmasa da, bilməyə-bilməyə hörmətsizlik etməkdən
çəkinərdi. Bir dəfə yaxşı tanımadığı biri ona öz dərdindən danışır.
Deyir ki, çox maraqlı bir kəşfi var. Amma onu tətbiq etməyə, həyata
keçirməyə imkanı yoxdur. Nəcəf Nəcəfov ona ideyasını satmağı məsləhət
görür. Bunun ən sərfəli və gəlirli variant olduğunu bildirir. Yaponların
ixtira biznesi ilə bağlı əlində olan bir jurnalı da ona verəcəyinə əmin
edir. Sözünün də üstündə durur. Nəcəfin öldüyünü AzTV-dən eşidən həmin
adamın qəfil xəbərdən ayaqları tutulur. Bir anlıq ölənin eyni ad,
soyadlı başqa biri olduğuna özünü inandırmağa çalışsa da, şəkli görəndə
gücü gözünə çatır.
Hər şeydə bir təbiilik axtarırdı. Bəlkə elə buna görə də muğamları
dinləməkdən xüsusi zövq alardı. Səsi Qızıl fondda saxlanılan
xanəndələrin ifasında muğam səsləndiriləndə ekran qarşısında əyləşər,
qızlarını da çağırardı, “Gəlin, tamaşa edin, görün əsil oxuyan necə olur.
Heç yersiz jestlərdən, əl-qol hərəkətlərindən istifadə edimi?” deyirdi.
Həddən artıq səliqəli idi. Sağlığında ən azı bir dəfə onun iş otağını
görənlər deyilənlərin gerçəkliyinə şübhə etməzdi. Səliqəlilikdə Lalə
ərindən geri qalmasa da, bəzən super səliqəli olan Nəcəfin xanımının
təmizliyinə qulp qoyduğu vaxtlar da olurdu.
İyunun 24-ü ad günü idi. Təmtarağı xoşlamadığından doğum gününü heç vaxt
hay-küylü ad günü keçirmazdi. Amma qəribəliklərlə dolu olan həyat bir
dəfə 24 iyun tarixini Nəcəfovlar ailəsi üçün unudulmaz etdi. Həmin gün
AXCP lideri Əbülfəz Elçibəyin 61 yaşı tamam olurdu. Bir il öncə 60
yaşını qeyd etməyən Bəy dostlarının təkidi ilə yubileyini bir il geri
çəkdi. Məclis başlayanda Ədalət Tahirzadə bu gün Nəcəfin də doğum günü
olduğunu qeyd edib, badəsini hər 2 səbəbkarın sağlığına qaldırdı.
Sonrakı sağlıqlarda deyilən xoş arzular, şirin sözlərdə hər ikisinin
payı vardı. Bəyin doğum günü Nəcəf Nəcəfovun qatıldığı son məclislərdən
oldu. Xəstəlik ona Elçibəyin qızının toyunda iştirak etməyə macal
vermədi. Dəvətnamə masanın üstündə qaldı. Həkimlər həyəcan keçirməyi
qadağan etdilər.
Hər gün qanını analiz edirdilər. Nəticədən asılı olmayaraq, Lalə həmişə
analizin cavabını ona deyirdi. Cavablar mənfi olanda da müsbət kimi
qələmə verirdi. Ailə başçısı üzə vurmasa da, Lalənin müqəddəs yalana əl
atdığını duymuşdu. Lalə də yalanlarının faş olduğunu hiss edirdi. Beləcə,
hər biri öz rolunu məharətlə ifa edirdi. Xəstəliyindən heç zaman şikayət
etməzdi. Zəng edib vəziyyəti ilə maraqlananlara “həmişəki kimiyəm, buna
da şükür” cavabını verirdi.
Ailə üzvləri hələ də itkisi ilə barışa bilmirlər. Һər kəsin içində
müqayisəedilməz bir boşluq var. Bir neçə gün əvvəl böyük qızı anasına
deyib: - “Evimiz nəsə qəribə olub, boşalıb, heç əvvəllər hər ikiniz, ya
da atam tək səfərdə olanda belə olmurdu”. Qonaq otağına böyük, gülümsər
şəkli qoyulub. Lalənin səhərləri o şəklə salam verməklə başlayır...
Biz Nəcəf bəyi itirdik. Aktyor Evindən Yasamal qəbristanlığına qədər
uzanan yolu sonsuzluğa qədər uzatmağa, Nəcəf bəyi çiyinlərimiz üstünə
qaldırıb, onunla birgə dünyanı piyada gəzməyə hazır idik. Amma bu yol
bir qara ağızlı məzarın başında sona yetdi. Ölüm qatarı Nəcəf bəyi
bizdən alıb apardı...
Kimi vardı, kimi yoxdu. Hamı vardı, təkcə Nəcəf bəy yoxdu...
Hər şey bitdi. Göydən üç damla göz yaşı düşdü. Nəcəf bəyin şərəfinə...
Mənsurə Səttarova
MÜXALİFƏT
N 65 (858) 25-28 dekabr 1999-cu il
ONLARIN TALE
YOLLARINDA PARALELLƏR VARDI
HAYIF SİZDƏN, BƏY ƏFƏNDİ!
O gecə bizi sarsıdan
xəbərin kükrəyən acısını üzü boz dekabr günlərində itirdiyimiz böyük,
işıqlı qələm və əqidə yoldaşımızın kəcavəsini çiyinləmək və bu böyük
itkinin reallıq olmasına inanaraq onu həzm edə bilmək məsuliyyəti qoydu
üzərimizə. O gün Nəcəf bəyi ruhunun ardınca bir az asta, bir az ürpək və
son anda özünü hönkürmək və hayqırmaqdan saxlaya bilmək göynərtsi
bütünləşdirirdi bizləri. Eynilə 1995-ci ilin məhz belə bir dekabr
günündə keçirmişdim bu iztirabı və içimdəki həmin o yara Nəcəf bəyin
karvanının ardınca addım-addım yenidən soyulmağa, qanamağa başlayırdı.
İçim için-için olmuşdu həmin gün! Bu acı həmin səssiz ölümün bizlərə
verdiyi yeni qara töhfəsi idi. Bəy karvanı köçürdü! Qulağıma kimsə, nəsə
pıçıldayırdı, müqəddəs anadil quşları Nəcəf bəyin isti məzarı ətrafında
elə hey ötürdü! Biz həzin-həzin yol gedirdik məzaradək. Bu kədərli
anlarda atamın şerindən bir bəndi xatırladım:
Bu dünya səninçin oyun-oyuncaq,
Mənimçin oduna yanmalı ocaq.
Bir yol başlamışam üzü sabaha,
Geriyə yol yoxdur, yol yoxdur daha,
İrəli, irəli, irəli, ancaq
Bu yolda çox ölüm-itim olacaq.
Yenə də itirdik! İtirə-itirə gedirik. Və bu itkilər Azərbaycan xalqı
üçün çox ağırdı. Onu da xatırlayıram ki, 1989-90-cı illərdə Nəcəf bəy o
zamanlar meydanda Xalq Cəbhəsinin qərargahı kimi elan edilmiş
mənzilimizə tez-tez gələrdi. Atamla çox mülayim, səmimi dostluqları
vardı və Nəcəf bəy hərəkatın qeyri-leqal qəzetlerinin materiallarına
məqalələr, informasiyalar yazar, öz təklif və məsləhətlərini verərdi.
İncə ruhlu, kübar cəmiyyətin sadə insanı idi Nəcəf bəy. Ölüm nə qədər
tez gəlsə də, çox zəif və acizliyini bizlərə bir daha sübut etdi. Nəcəf
bəyin ömrü qısa olsa da o, bütöv bir məmləkət tarixinə dönməzlik,
barışmazlıq və yenilməzlik nümunəsi kimi həkk olundu. Nəcəf bəy böyük
şəxsiyyət, əvəzsiz jurnalist və incə ruhlu bir insan kimi Vətən üçün
görə bildiyi işlərlə əqidəsi uğrunda apardığı mücadilə yolu ilə şəhidlik
zirvəsinin müqəddəs ehramına çevriləcək.
Nofəl Sadiq Əfəndi
OLAYLAR
MÜSTƏQİL ANALİTİK-İNFORMASİYA QƏZETİ
¹ 75 (229) 25-30 dekabr 1999-cu il
NƏCƏF BƏY NƏCƏFOV
ÖRNƏK OLA BİLƏCƏK REDAKTOR VƏ MİLLİ ŞƏXSİYYƏT
On gün öncə son mənzilə yola saldığımız tanınmış qəzetçi və Milli
Azadlıq hərəkatı öncüllərindən olan Nəcəf bəy cəmiyyətin nəzərində özünə
layiq yer tuta bilmişdi. Xatırladaq ki, Nəcəf bəyin hələ SSRİ zamanında
cəsarətli redaktor kimi tanınması 1988-ci il Topxana hadisələri fonunda
cərəyan edən Azərbaycan Xalq hərəkatının vüsət alması dövrünə təsadüf
etmişdi. Bu zaman Nəcəf bəy Azərbaycan komsomolunun orqanı olan
“Molodyoj Azerbaydjana” qəzetinin redaktoru idi. Bütün başqa dövlət
qəzetlərindən fərqli olaraq “Molodyoj Azerbaydjana” Azərbaycanın
köksündə baş qaldırmağa hazırlaşan “Qarabağ yarası”nın yaxınlarda qövr
edəcəyini həyəcanla xəbər verirdi. Sonrakı dövrlərdə dövlət rəhbərliyi
tərəfindən təzyiqə məruz qalan Nəcəf bəy öz vəzifəsindən istefa verərək,
həm də əməli şəkildə Azərbaycan Xalq hərəkatının ağırlığını öz
çiyinlərində daşıyan şəxslərdən birinə çevrildi. “Azadlıq” qəzetinin
redaktoru olduğu müddətdə Nəcəf bəy klassik milli-siyasi irsimizin
oxuculara çatdırılması üçün müəlliflərə şərait yaradırdı. Nəsib
Nəsibzadənin M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.Topçubaşov və başqaları
haqqında “Azadlıq”da dərc olunmuş silsilə məqalələri buna əyani misal
ola bilər. “Azadlıq” qəzetinin tərəfsiz mövqedən materiallar dərc edən
bir qəzetə çevrilməsi də mərhum
redaktorun xidmətlərindən biri sayıla bilər. Qeyd edək ki, Nəcəf bəy rus
və Azərbaycan dillərində yüksək səviyyədə redaktorluq fəaliyyəti ilə
məşğul ola biləcək nadir qəzetçilərimizdən idi. Redaksiyanın günahı
ucundan vaxtında dərc edilməmiş məqaləyə görə müəllifdən üzr istəməyi,
günahkar əməkdaşları müəllif qarşısında tənbehə məruz qoymağı bacaran N.Nəcəfov
böyük vicdan və mədəniyyət sahibi idi.
Sonrakı dövrlərdə AXC daxilində gedən ziddiyyətli didişmələr zamanı o
qurumda təmsil olunan bir çox qüvvələrin rəhbərlərinin iç üzü açılsa da,
Nəcəf bəyin xalqa və dövlətə xidmət etmək məqsədindən başqa heç bir
niyyəti olmadığı aşkarlandı.
Səhhəti imkan versəydi, bəlkə də Nəcəf bəyin daha böyük, daha geniş
xidmətlərinin şahidi olacaqdıq. Amma indiyədək göstərdiyi fəaliyyət də
onu əbədi sevilməyə layiq bir zirvəyə qaldırdı...
Xaqani İsmayıl
7 GÜN
N 72 (768) 25-30 dekabr 1999
UNUDULMAYANLAR
BAŞSAĞLIĞI İÇİNDƏ GÖZAYDINLIĞI
Nəcəf Nəcəfovun vəfatından 7 gün keçir
Üzünü televiziya
ekranında, qəzet səhifəsində görmüşdüm. Səsini isə... Yox, beynimə
hopmuş bütun ünləri qulaq yaddaşımdan keçirsəm də, xatırlaya bilmiram.
Onda mən uşaq idim. MEYDAN UŞAĞI...
...Һərə öz kəndindəydi. Bir az iddialı, bir az çılğın, bir az inqilabçı,
amma ifrat vətənpərvər. Baş kəndin baş meydanından sızmışdı içimizə o
hisslər. Özümüzdan böyüklərlə icəşərdik, “döyüşürdük” - Pioner qalstuku,
Komsomol nişanı əleyhinə, Azadlıq, Qarabağ, tam dərk edə bilmədiyimiz
Demokratiya, AXC, Demblok, Elçibəy, Etibar, İsa, İsgəndər, Nəcəf, ...
üğrunda. “Azadlıq”, “Azərbaycan”, “Aydınlıq” əl-əl gəzirdi. Biz MEYDAN
UŞAQLARIydıq...
...Böyüdük, torpaq itkilərindən qırıla-qırıla, inam tənəzzülündən sına-sına.
Xəyalımızda yaşayanların xeylisini dəfn etdik. MİFLƏR QƏBRİSTANLIĞInda...
...Bilmiram, hansı hiss idi məni həmin gün Akyorlar Evinə çəkən. Amma
duyurdum ki, mütləq getməliyəm. Dayanmağı bacarmam. Arxa sırada oturub,
yanağımdan süzülən göz yaşını silmək belə ağlıma gəlmirdi. Ağlamaq,
doyunca hönkürmək istayirdim. Yanımda oturanın “onunla işləmisən?”
sualını da sükut cavablandırırdı...
...Mən NƏCƏF NƏCƏFOVla ilk və son görüşə gəlmişdim...
...Ondan öyrənəcəklərimiz çox idi. Uşaqlığımızın qəhrəmanlarına
indi-indi yetişirdik...
...Haqqında hansısa epiteti işlətmək cəsarətində belə bulunmaq istəmirəm.
Bu, bəlkə başından yekə danışmaq olardı. Kədəri isə böyüklüyu ilə
yaşayıram...
...MEYDAN UŞAQLARIna başsağlığı verirəm. Bu böyük itkiyə görə. Həm də
qəribə bir gözaydınlığı...
...NƏCƏF NƏCƏFOV Miflər Qəbristanlığında yox, Yasamal məzarıstanlığında
dəfn olundu...
Sevda Rafiqqızı
AZADLIQ
Gündəlik qəzet
N 238 (1507) 29 dekabr 1999-cu il, çərşənbə
QAZİ VƏ XOŞBƏXT NƏCƏF
BƏY
Birinci yazı
Çaqdaş Azərbayçan demokratik mətbuatının ortaqsız, şəriksiz qurucusu,
1988-dən alovlanan milli azadlıq çarpışmamızın qorxmaz öndərlərindən
biri, yurdunu və elini sonsuz məhəbbətlə sevən millət vəkili, ford və
toplum üzvü olaraq etdiyi bütün hərəkətləri Allah sevgisindən
qaynaqlanan son dərəcə layaqətli insan Nəcəf bəy Nəcəfovu (24 iyul 1955
- 17 dekabr 1999) “şəhid” adlandırmağa və onun dünyadan yarımçıq
getdiyini düşünməyə başlayıblar. Bu yazı həmin görüşlərin yanlışlığını
bildirməkçün qələmə alınıb.
Allah uğrunda canla və malla aparılan müqəddəs savaşa cihad, yaxud
qəzavət, bu savaşın iştirakçılarından sağ qalanlara qazi, həlak olanlara
isə şəhid deyilir. Nəcəf bəy doğrudanmı şəhid olub?
Allahı dərk etməklə kamillik zirvəsinə yüksələn insan öz həyatını başa
vuraraq cismini tərk edir və əbadi səadəta, xoşbəxtliyə qovuşur. Artıq
belə bir fəzilətə, mütləq xeyəa yiyələnmiş insan olan Nəcəf bəyin fani
dünyadakı ömrünün 45, yoxsa 100 il sürməsi onun baqi səadətində nəyisə
dəyişə bilərdimi?
O, şəhid yox, qazidir!
Nəcəf Nəcəfov 45 illik həyatını kəsilməz savaşlar, çarpışmalar
içərisində keçirib. Çox amansız olan bu savaşlar həm zahirdə - hamının
gözləri qarşısında, həm də içəridə - mənəviyyatında kimsənin xəbəri
olmadan baş verib. Nəcəf bəy onların hamısında döyüş meydanından qalib
kimi çıxıb!
Nəcəf bəy hansı savaşında həlak olub ki, onu şəhid sayaq?!
O, yalana qalib gəldi
Cibində kommunist bileti daşıyan “Molodyoj Azerbaydjana” qəzetinin gənc
redaktoru kommunizmin faşist mahiyyətini dərk edərək onun qurduru yalan
imperiyasıyla açıq savaşa girdi və ilk baxışdan sarsılmaz görünən bu
yalan sisteminin çürüklüyünü xalqa açıb göstərdi.
Doğrudur.Yalançılar onu işdən uzaqlaşdırdılar, ancaq Nəcəf bayin GERÇӘK
deyən dilini kəsmək mümkün olmadı. Çox keçmədən “AZADLIQ” qəzeti
Azərbaycanda HӘQİQӘT carçısına çevrildi. Nəcəf bəyçün yalanı kimin
söyləməsinin fərqi yoxdu - düşmən də, dost da yalan danışırsa HӘQİQӘT
cavabını almalıdır! O, xalqı əsarətdə saxlamaqçün söylənən yalanlarla nə
qədər barışmazdısa, öz cəbhədaşlarının yalanlarına da o dərəcədə
dözümsüzdü. “Azadlıq”ın ağ qalan səhifələri həm yalançı, qanlı cəllad
Qorbaçova və onun yalançı generallarına, həm Bakıda rus tankı üstündə
oturmuş Azteleradio şirkətinin sədri kimi yerli yalançı məmurlara, həm
də orqanı olduğu Xalq Cəbhəsində doğru sözdən qorxub jurnalisti döyən
yalançılara etirazdan yaranırdı.
Buna görə də ondan həm Moskva, həm Moskvanın yerli nökərləri, həm də
xalq hərəkatının idarəedici təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin
bəzi öncülləri çəkinirdilər.Təsadüfi deyil ki, onların hamısı Nəcəf bəyi
bu qəzetdan uzaqlaşdırmaqla onun HAQQ söyləyən dilini kəsməyə çalışırdı.
Qarabağın kəndlərini, rayonlarımızı, Bakı müəssisələrini gəzən AXC İdarə
Heyətinin üzvü, sonralar millət vəkili Nəcəf Nəcəfov istər Azadlıq
meydanı tribunasından, istərsə də parlament kürsüsündən yalnız GERÇӘYİ
söylədi, heç vaxt YALANla barışmadı. Onu prokurorla hədələyən respublika
başçısı, kommunist Vəzirovun hədələrindən azacıq da çəkinməyərək
parlament tribunasından ucadan bəyan etdi: “Üzr istəyirəm, bu adam YALAN
danışır!”.
Məhz Nəcəf bəyin cəsarəti sayasində Azərbaycanda kommunist YALAN sistemi
laxladı va sonra da dağıldı. Bu gün Azərbaycan keçmiş SSRİ ərazisindəki
müsəlman dövlətləri içərisində yeganə azad mətbuatlı ölkə kimi
mövcuddursa (bu azadlığın avtoritar rejimdən doğan çoxlu ciddi
problemləri başqa söhbətin mövzusudur], buna görə Nəcəf Nəcəfova
minnətdar olmalıyıq! Deməli, o bu savaşdan şəhid kimi yox, qazi kimi
çıxıb!
O, əsarətə qalib kəldi
Gözlərim önündə 13 yanvar 1990 gecəsi canlanır. Azərbaycanda kütləvi
qırğın törətməklə xalqın azadlıq mübarizəsinə son qoymaq istəyən Moskva
yenə erməni kartından istifadə edərək Xanlar rayonunda Azərbaycan
kəndlərini vertolyotlardan bombalayır. (Elə həmin gün Bakıda
hakimiyyətin himayəsi altında erməni talanları da başlandı), “Azadlıq”
qəzetinin indiki Təbriz küçəsinda yerləşən redaksiyasına tükürpədən
həyacanlı xəbərlər, telefon zəngləri gəlməkdədir. Redaksiyanın da
yerləşdiyi AXC qərargahı boşdur - İdarə Heyətinin üzvləri evlərindədir.
Xanlarda isə kəndlərimiz şiddətlə bombalanmaqdadır. Nə etməli? Bu vaxt
“Azadlıq”ın mülki redaktoru tərəddüdlərə son qoyaraq hərbi əməliyyata
rəhbərliyi öz üzərinə götürdü və olduqca təmkinlə, eyni zamanda operativ
şəkildə həm Xanların, həm də ətraf rayonların cəbhəçilərinə göstəriş
verərək vəziyyətdən çıxış yollarını müəyyənləşdirdi. Cəsarətla deyə
bilərəm ki, o gecə Bakıdan Xanları qoruyan yeganə şəxs məhz Nəcəf
Nəcəfov idi!
20 Yanvar gecəsi rus tanklarının, insanlığını itirmiş, vəhşiləşmiş rus
əsgərlərinin qarşısını kəsən xalq kütləsinin ən birinci cərgəsində
dayanan Nəcəf bəyin necə qorxmaz, eyni zamanda tədbirli olduğunu da
Bilacari aşırımında öz gözlərimlə görmüşəm. Başından zərbə alaraq möcüzə
nəticəsində sağ qalan Nəcəf bəy səhərə yaxın öz evinə yox, məhz üsyankar
xalqın içinə - Mərkəzi Komitə binası qarşısındakı mitinqə yollanmış,
xalqı əsarətə boyun əyməməyə çağırmışdı.
“Azadlıq”ı hərbçilər bağlasa da, Nəcəf bəy silahdaşlarını səfərbər
edərək 20 Yanvar gerçəkliyini əks etdirən sənədlərin dünya
ictimaiyyətinə çatdırılmasıyçün əldən düşənəcən çalışırdı. O günlər onun
arıqlamış, saqqal basmış üzünə baxmaq necə də çətindi...
1991-in avqustunda Moskvadakı “TKÇP” qiyamından sonra Azərbaycanda
quduzlaşan Mütəllibov qoçuları AXC qərargahını dağıdarkən Nəcəf bəyi da
xüsusi qəddarlıqla döymüşdülər. Ancaq onu belə şeylərlə qorxutmaq
mümkünsüzdü. Məhz Nəcəf bəyin də dönməzliyi və əvəzsiz çalışmaları
sayəsində elə həmin ilin 18 oktyabrında Milli Şuramız Azərbaycanın
istiqlalı haqqında Konstitusiya aktını qəbul etdi.
Bu gün avtoritar rejimdə yaşamasına baxmayaraq, Azərbaycan həqiqətən
müstəqildirsə, deməli, bu çarpışmadan da Nəcəf bəy qazi kimi çıxıb!
O, özünə qalib gəldi
Dinimiz baxımından insanın öz nəfsiylə çarpışması ən böyük cihaddır. Bu
görüm bucağından yanaşdıqda da Nəcəf bəyin qaziliyi sözsüz qəbul edilir.
O, nəfsini özünün qulu etməyi bacardı - həyatın ləzzətini yalnız Allahın
buyurduğu yolla getməkdə görərək keçici maddi ləzzətlərdən imtina etdi,
harama, rüşvətə nifrət bəsləyərək özünü ən təmiz ad yiyəsi kimi tanıtdı,
şan-şöhrətdən uzaq qaçdı, ömrünü millətinə, möhtaclara, doğmalarına və
dostlarına xidmət üstündə qurdu...
Әxlaqi təmizliyin etalonuna çevrilmiş Nəcəf Nəcəfov ömrünün son çağını
bütünlüklə Allaha ibadətə həsr etdi. Butün əsas duala-rı əzbərləyib
namaz üsullarını öyrənsə də, təəssüf ki, səhhəti ona namaz qılmağa imkan
vermədi. Ancaq Nəcəf bəy müntəzəm ibadətlə məşğul olmasa da, bütün ömrü
boyu əsl Allah adamı olmuşdu, könlünü Uca Tanrıya bağışlamışdı.
O, qəzetlərin redaktoru, millət vəkili, prezident müşaviri və başqa “pullu”,
“yağlı” vəzifələrdə işləsə də, evinə heç zaman bir qəpik haram pul
aparmadı, balalarına bir tikə də haram çörək yedirtmədi, ancaq halal
qazancıyla dolandı. Onun dövründə işləyən “Azadlıq” qəzetinin müxbirləri
də düzgünlüyə “məhkum edilmiş”dilər - onlar ezamiyyətə gedəndə
çörəklərini də özləriylə götürür, heç bir hədiyyə qəbul etmirdilər,
ancaq bunun əvəzində onlar respublikada ən yüksək maaş alırdılar.
Məsələn, mən redaktor müavini olaraq 1.340 manat əməkhaqqı alırdım,
halbuki onda Mərkəzi Komitənin orqanı “Kommunist” qəzeti redaktorunun
maaşı 600 manata yaxındı.
Nəcəf bəyin iş prinsipi həmişə belə olub - insanlara yüksək əmakhaqqı
ver ki, onlar haram yola əl atmağa məcbur olmasınlar.
Nəcəf Nəcəfov millət yolundakı, dost yolundakı bütün işləri təmənnasız,
qarşılıq ummadan görərdi. Bu səbəbdən də o, şöhrətdən qaçar, özünün
reklamına və təriflənməsinə imkan verməzdi. O, ətrafındakıların bir çoxu
kimi tribuna, ekran, alqışlar xəstəsi deyildi. Hələ indiyədək heç kim
haradasa ondan xüsusi intonasiyalı “mən Nəcəf Nəcəfovam” sözləri
eşitməyib. O, AXC İdarə Heyətinin üzvlüyündən, “Azadlıq” qəzetinin
redaktorluğundan, Milli Məclisin üzvlüyündən, prezident müşavirliyindən
... könüllü əl çəkmişdi, halbuki başqaları bu yerlər uğrunda inadla
mübarizə aparırdılar.
Siyasətin şəxsi ehtirasları söndürmək vasitəsinə çevrildiyini görərək
ona nifrət bəsləyən Nəcəf bəy 1993-dən sonra ondan bütünlüklə uzaqlaşdı,
halbuki o da ən azı partiya yarada bilərdi va şəxsən mən böyük
məmnuniyyətlə həmin partiyanın üzvü olardım.O heç vaxt çiyinlərini
götürə bilməyəcəyi yükün altına verməyib və buna görə də yersiz
lovğalığın cəzasını çəkməyib. Ancaq istər vəzifəli, istərsə də vəzifəsiz
olanda ürəyindəkini açıq, güzəştsiz deməkdən heç vaxt çəkinməyib və
dediklərini də hamı böyük ehtiramla qəbul edib.
Nəcəf bəy insani borcu şan-şöhrətə, vəzifəyə satanlardan deyildi. 1992-də
AXC hakimiyyətə gələndə onu ABŞ-a səfir göndərə bilmədilər, çünki evdəki
qoca atasını tək qoymaq istəmədi (axı o, atasını hər gün özü uşaq kimi
yuyundurur, əliylə yedirir və əzizləyirdi!).
Həyatda qazandıqlarının hamısı Nəcəf bəyin öz alın tərinin bəhrəsiydi. O
heç kimdən nəyisə xahiş edərək minnət götürməyi sevməzdi. Onu işə
düzəltmək xahişiylə qapısına gələn neçə-neçə bivec qohumunu qovmuşdu.
Ancaq neçə-neçə ləyaqətli insandan, faydalı işdən ötrü hətta zəhləsi
gedən adamlara da dəfələrlə ağız açmışdı. İşlə birbaşa bağlı olan adam
kimi deyə bilərəm ki, “Azadlıq” qəzetinin bu gün oturduğu bina da
redaksiyaya məhz onun inadcıllığı sayəsində verilib.
Çoxlarımız şahidik ki, bəziləri “Azadlıq” qəzetinin redaktoru Nəcəf
Nəcəfovu ən mötəbər məclislərdə belə “mafiyaya işləyən” adlandırmışdılar.
18 dekabr 1999 günü Aktyor evindəki matəm törənində həmin adamların
Nəcəf bəyin cənazəsi yanında qürurla fəxri qarovulda dayandığını
gördükdə məndə şübhə qalmadı ki, Nəcəf bəy öz mənəvi təmizliyiylə həmin
düşüncələri də məhv edərək böhtanlarla savaşdan qazi çıxıb.
O, ölümə qalib gəldi
Nəcəf bəy ölümdən qətiyyən qorxmur, onu mənzilinin bir otağından
başqasına keçmək kimi sadə və asan iş sayırdı.
Kim nə deyir, desin - onu qarşıda nəyin gözlədiyini hamıdan qabaq və
hamıdan daha aydın məhz özü başa düşmüşdü və böyük ustalıqla ailəsini də,
dostlarını da öz ölümünə hazırlayır, onları qəfləti sarsıntıdan
qurtarmaq istəyirdi.
Bu ilin avqustunda Almaniyaya son müalicəyə getməzdən öncə bacısı Gülarə
xanıma təmkinlə nəsihətlər, məsləhətlər vermiş, tək qaldıqda necə
davranmağın yollarını göstərmiş, əslində bacısına onsuz yaşamağı
bacarmağı təlqin etmişdi.
Sentyabrda Haydelberqdən - müalicədən dönən Nəcəf bəy dostu Sabit
Bağırova bildirib ki, həkimlər ona “qalan vaxtını ailəsiylə keçirməyi”
məsləhət görüblər. Eyni zamanda o, Sabiq bəydən xahiş edib ki, dediyini
ailəsindən gizli saxlasın (halbuki Almaniyayla yazışan Lalə xanım da
həqiqəti öyrənib və bunu Nəcəf bəydən gizlətməyə çalışırdı).
Bir dəfə mənimlə söhbətində dedi ki, “cismani ölümdən qətiyyön
çəkinmirəm, onsuz da Lalə uşaqlara məndən də yaxşı baxacaq, ancaq
bacımın tək qalacağına, bir də Nərgizlə Leylanın ata nəvazişi
görməyəcəklərinə təəssüflənirəm”. Bəli, bu ən səmimi etiraf anında da
Nəcəf bəy zərrəcə öz dərdinə qalmır, yalnız doğmalarının halına acıyırdı!..
Ölümün anbaan yaxınlaşan addım səslərini duysa da, Nəcəf bəy ondan
azacıq da olsa çəkinmir, onu düşmən yox, dost kimi qarşılayır, onunla
məhrəmanə zarafatlaşırdı. Onda gördüyüm halı mən indiyədək nə bir bədii
əsərdə oxumuşam, nə də həyatda kimdəsə müşahidə etmişəm! Ölümündən 15-20
gün qabaq özündəki bir çox sənədləri mənə verərək onların “tədqiqatımda
lazım olacağını” söəmin törənində CƏF BƏY ylədi. Bəli, o, həyatla vida
gününün yaxınlaşdığını da hamıdan həssas duyurdu... Nəcəf bəy,
doğrudan-doğruya, nəhəng şəxsiyyətdi, çox böyük ürək yiyəsiydi!
Ömür-gün yoldaşı Lalə xanım bir dəfə özünü saxlaya bilməyib “Bu zəhrimar
xəstəlik səni haradan tapdı?” dedikdə Nəcəf bəy gülə-gülə onu
“hədələmiş” və xahiş etmişdi ki, “Mənim möhtərəm xəstəliyimin kefinə
dəymə”. Nəcəf bəy Lalə xanıma söyləyib ki, bu xəstəlik məni Allaha daha
yaxın etdi, Ona qovuşdurdu.
Bəllidir ki, Nəcəf bəyə tez-tez qan köçürülürdü və bunun təşkilatçısı
Əlövsət Bayramovdu. Dekabrın ilk günlərində Әlövsət bəy onu görərkən
“Nəcəf bəy, bu gün iki nəfər də qan verəcək “ söylədikdə Nəcəf bəy
təbəssümlə “Bundan sonra qan lazım olmayacaq”, - deyə cavab verib və
onun qəti cavabında yalnız nikbinlik görən Әlövsət bəy Nəcəf bəyin,
deyəsən, xəstəlikdən qurtulmaqda olduğunu güman etmişdi:
Ən ibrətlisi budur ki, Nəcəf bəy əcəl darvazasını uzaqdan gördükdə
asiliyə, üsyankarlığa qapılmadı, əksinə, Allaha daha çox vuruldu, özü
irəli yürüyüb Tanrı qapısını öz əlləriylə taybatay açaraq, Onun
dərgahına yollandı. Beləliklə də, ölüm onu yox, o, ölümü məğlub etdi.
Onun bu müvəqqəti dünyadan əbədiyyət mənzilinə cismani köçümünü ölüm
adlandıranlar kökündən yanılırlar. Buna görə də Nəcəf bəy həyat-məmat
savaşının da qazisidir!
Ədalət Tahirzadə
AZADLIQ
Gündəlik qəzet
N 239 (1508) 30 dekabr 1999-cu il, cümə axşamı
QAZİ VƏ XOŞBƏXT NƏCƏF
BƏY
İkinci yazı
O, nakam yox, xoşbəxtdir!
Doğrudur, Nəcəf Nəcəfov həyatdan çox erkən - vur-tut 45 yaşındaykən
getmişdir və onun cismani yoxluğu millətimizçün ağır itkidir, ancaq bu
çox kədərli hadisadə təsəlliverici mühüm bir məqamı unutmamalıyıq -
Nəcəf bəy yalnız İNSAN məntiqiylə baxdıqda ömrü yarımçıq qalmış, nakam
görüna bilər, TANRI məntiqiylə yanaşdıqdasa o, kamilliyə yetişmiş
xoşbəxt, məsud bir şəxsiyyətdir! Kamil insanın cismani ömrününsə neçə il
sürməsi önəmli deyil, ən başlıcası budur ki, o, bütün mövcüdatın və
bütün arzuların son məqsadi olan MÜTLӘQ XEYRӘ qovuşub, ӘN BÖYÜK SӘADӘTӘ
çatıb.
Şərqin Pifaqor, Sokrat, Әflatun (Platon), Әrəstu (Aristotel) kimi yunan
filosoflarından qaynaqlanmış İbn Sina, Qəzali, Biruni, Farabi, Miskəveyh,
Nizamülmülk, Tusi, Füzuli kimi böyük ərəb-türk filosofları insan
kamilliyinə və xoşbəxtliyə yetişməyə əxlaq elminin və ümumən fəlsəfənin
mühüm mövzusu kimi yanaşmış, onun izahında bəzən tam uyğunlaşan, bə'zən
də daban-dabana zidd nəticələrə gəlmişlar. Adı çəkilən müsəlman
alimlərinin görüşləri yunan fəlsəfəsinə nə qədər söykənsə də, onlar
islamın tələblərindən qırağa çıxmır.
Qurani-kərimdə Allah-taala (c.c.) həzrətləri buyurur: “(Ey Məhəmməd!)
Yaxın qohuma, yoxsula, misginə (pulu qurtarıb yolda qalan), müsafirə (Allahın
vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını)
diləyənlər üçün bu, daha Xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə
yetişənlər) məhz onlardır!” (“Rum” surəsi: 38).
Müqəddəs kitabımızda yenə deyilir: “O kəslər ki əmanətə xəyanət etməz,
verdikləri sözü yerinə yetirərlər, o kəslər ki, düzgün şəhadət verərlər
və o kəslər ki namazlarını (layiqincə) hifz edərlər – məhz onlar
cənnətdə ehtiram olunacaq, əzizlənəcək kimsələrdir!” (“Məaric” surəsi:
32-35). Nəcəf bəyin da məhz belə nicat tapmış və əzizlənəcək kimsələrdən
olduğunu onun bütün yaşamı göstərməkdədir.
Həmin Şərq filosofları cənnətdə əzizlənmə kimi düşünüla biləcək həqiqi
səadət haqqında ayrıntılı fikirlər söyləmişlər. Onların bir bölümü bu
düşüncədədir ki, bədənin səadətdə payı yoxdur, çünki bədənin
təbiətindəki kərafət, cismindəki nəcasət nəfsi də bulayır və nəfs yalnız
onlardan təmizləndikdə öz xalis mahiyyətini üzə çıxarıb ülvi nur qəbul
etmək bacarığı qazanır. Başqa sözlə desək, həqiqi-səadat yalnız ölümdən
sonra mümkündür.
Dahi Məhəmməd Füzuli özünün doktorluq dissertasiyası sayılacaq
“Mətləül-e'tiqad” əsərində yazır: “Ləzzətlərin ən kamili kamillik
ləzzətidir... Bu ləzzətin dərk edilməsi ölümdən sonra olmalıdır. (...)
Bədən nəfs üçün bilikləri əldə etməyə bir alətdir. Kamillik hasil
olduqdan sonra isə alətə ehtiyac qalmaz. (...) Kamillik qazandıqdan
sonra (nəfs) nə üçün də bədəndəki darısqallığı tərk edərək ondakı
qabalıqdan yaxasını qurtarmasın, təcrid olaraq ilk başlanğıca qayıtmasın
və əbadi ləzzət içərisində daimi qalmasın?”.
Məhz bu fəlsəfəyə söykənən Füzuli artıq tam kamillşən - müqəddəs EŞQin
sayəsində artıq ruhən, nəfsən qovuşmuş, “hər birinin özgə canı” olmayan
Leyliylə Məcnunu öldürür va onların məhz bundan sonra xoşbəxt
olduqlarını Zeydin dilindən bildirir.
Bundan öncəki qeydlərimizdə də ortaya qoyduğumuz kimi, Nəcəf bəy də öz
Allah sevgisiylə (bu sevgi onun düşüncələrində və əməllərində aydın
təzahür edib) kamillik mərhələsinə yetişmişdi və onun cismi (bədəni)
artıq Allah dərgahına yollanmaqçün hazırdı.
Bəs kamilliyin özü nədir va o, Nəcəf bəydə əksini necə tapıb?
Özündən qabaqkı bütün filosofların görüşlərini incələyən Nəsirəddin Tusi
“Әxlaqi-Nasiri” əsərində bildirir ki, kamillik odur ki, insan “əsl
məqsəd olan va bütün varlıqlar orada sona çatan mütləq həqiqti dərk
etmək və bəlkə də ona qovuşmaq şərafinə nail olsun”. Bu dahi alimin
fikrinə görə, “insan bu dərəcəyə, yəni kainatdakı kamal dərəcələrini
küll halında bilmək dərəcəsinə çatdıqda... xalq arasında Yaradanın
xəlifəsinə çevrilər, xüsusi övliyalar cərgəsinə daxil olar, tam mütləq
insan dərəcəsinə yüksələr”.
Bu cür insanların cismani ölümünü fəlakət kimi qarşılayanlara acıyan
Nəsirəddin Tusi yazır: “Ağılları bu dərəcəyə çata bilməyi təsəvvür edə
bilməyən adamlar insan bədəni çürüyüb məhv olduqdan, tərkib hissələrinə
parçalanıb dağıldıqdan sonra hər şeyin bitdiyini güman etmişlər, onun
yaradıldığı yerə qayıdacağı belə adamlara qaranlıq qalmışdır. Ona görə
hamısı kef çəkməyə, şəhvani ehtiraslarını söndürməyə aludə olmuşlar...”.
Yunan, ərəb, fars və türk dillərindəki qaynaqlarla incəliklə tanış olan,
ancaq daha çox Aristoteli bəyənən və ona söykənən N.Tusi insanların bu
dünyadakı səadətini nisbi adlandıraraq göstərir: “Elə ki obiri dünyaya
köçdü, daha bədən səadətinə ehtiyacı olmur, onun səadəti həqiqi hikmət
sayılan o müqəddəs və pak camalı müşahidə etmək, o böyük izzət sahibi
mütləq kamalı öyrənmək va nəhayət, haqqın tərifə layiq cəlalı ilə
bəzənmək şərəfinə, yəni səadətin ikinci mərtəbəsinə çatmış olar”.
N.Tusi fikrini belə tamamlayır: “Tam səadət ikinci mərtəbədəkilərə
qismət olar, çünki onlar... ilahi nur, insani şüur sayəsində saysız-hesabsız
sirlərə vaqif olar, bu dərəcəyə çatan isə səadətin də ən yüksək
dərəcəsinə çatmış olar. Beləsi nə sevgilisinin fərağından kədərlənər, nə
itirilmiş var-dövlətinin həsrətini çəkər, bütün dünya malı, o cümlədən
ona ən yaxın olan bədəni də ona ağır yük olar; ondan xilas olub ona
azadlıq verməyi böyük nemət hesab edər. ...O, Böyük Yaradanın iradəsi
xilafına heç bir iş görməz”. Bəli, sanki bütün-bütünə Nəcəf bəy haqqında
söylənilmiş sözlərdir!
Aldığı hər udum nəfəs, atdığı hər addım, dediyi hər söz, gördüyü hər iş
MÜTLӘQ HӘQİQӘTӘ xidmətdən ibarət olan Nəcəf Nəcəfov hələ sağlığında
İlahinin sevimlisinə çevrilmişdi. Xeyirli əməllərinə görə Tanrı onu
millətinin sevimlisi etmişdi.
Allah-taala (c.c.) buyurur: “Bu dünyada yaxşılıq edənlərə (axirətdə)
yaxşılıq (cənnət) vardır” (Quran, “Zumər” surəsi: 10). Nəcəf bəyin bütün
45 illik yaşamı yaxşılıqlardan ibarətdir. O, millətinin, dostlarının və
ailə üzvlərinin səadəti naminə öz sağlamlığını könüllü qurban verdi.
Azərbaycançün nə etdikləri göz qabağındadır və hələ bəlli olmayan
xidmətləri də zaman-zaman açıqlanacaq. Ayrı-ayrı adamlarçün etdiyi
fədakarlıqlar da üzə çıxacaq. Ancaq burada onun yetimlərə, kimsəsizlərə,
yoxsullara sevgisi üzərində dayanmaq istərdim.
O, atasının ehsanını Mərdəkandakı 2 saylı internat məktəbdə vermişdi.
Deyirdi ki, ehsanı evdə verəndə imkanlı adamlar yeyir, ancaq internatda
verəndə yetimlərin qarnı doyur və Allaha xoş gələn də yetimi
sevindirməkdir. Nəcəf bəy özünə iki nəzir demiş və Almaniyada son
müalicədə olarkən yenə Mərdakandakı həmin məktəbdəki uşaqları iki dəfə
sevindirmişdi. Onun şəhərdən göndərdiyi aşpazlar 300 nəfərə plov
bişirmiş, uşaqlara çoxlu meyvə və şirniyyat paylanmışdı.
Allah-taala (c.c.) bu cür qayğıkeş, həssas, mübarizə yolundasa gerçəkcil,
dönməz və barışmaz bir insan olan Nəcəf bəyi əbədi xoşbəxtliyə, səadətə
qovuşdurmaqçün ona xəstəlik göndərdi, ancaq bu zaman onun şiddətli
əzablara uğramasını rəva görmədi. Adətən qan xərçənginə mübtəla olanlar
arıqlayır, onlarda dayanmayan qanaxmalar, dözülməz ağrılar baş verir.
Ulu Tanrı Nəcəf bəyi bunlarla sınamadı - qəfləti beyinə qansızma bütün
sonrakı əzabların qarşısını aldı. Son nəfəsində yanında olan, gözlərini
və çənəsini bağlayan, məsciddə yuyulmasında iştirak edən bir adam kimi
şahidlik edirəm ki, Nəcəf bəyin dünyadan keçməsi də bir neçə dəqiqənin
içərisində və asanlıqla oldu. Özü də bu zaman onun meyiti də Allahın ona
sevgisinin əlaməti olaraq öz şahanə görkəmini saxlamışdı! Onun üzündə
elə bir rahatlıq duyulurdu ki, sanki harasa qonaq getməyə hazırlaşır...
Yazımı dahi Nəsirəddin Tusinin bu sözləriylə bitirmək istəyirəm: “Mütləq
səadət əbədi qalan, dəyişilib məhv olmayan, təbəddülat və inhitata
uğramayan, zamanın gərdişindən, fələyin dövranından qorxmayan səadətdir”.
Nəcəf bəy məhz bu cür mütləq səadətə qovuşmuş xoşbəxt insanlardandır.
Ulu Tanrıdan ona rəhmət diləyirik!
Әdalət Tahirzadə
21-28 dekabr 1999.
P.S. Bu yazıdan mənə çatacaq qonorarın
Mərdəkandakı 2 saylı internat məktəbin
uşaqlarına verilməsini xahiş edirəm.
AZADLIQ
Gündəlik qəzet
N 239 (1508) 30 dekabr 1999-cu il, cümə axşamı
Ayaz Mütəllibov:
“NƏCƏF NƏCƏFOV O
ZAMAN AZƏRBAYCANDA HEÇ KƏSİN EDƏ BİLMƏDİYİNİ ETDİ”
“Nəcəf Nəcəfovun vəfat etdiyini qəzet materiallarından bildim. Bu
insanın vaxtsız vəfatından çox təəssüflənirəm və ailəsinə, yaxınlarına
başsağlığı verirəm” - deyə Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov
“Turan”ın müxbiriylə söhbətində bildirib.
“İlk dəfə Nəcəfi 1989-cu ildə, onun “Molodyoj Azerbaydjana” qəzetində
dərc olunan Qarabağ münaqişəsiylə bağlı yazısını oxuyarkən tanımışam. Bu,
çox məzmunlu, güclü və o dövrlər üçün nadir sayılan, Azərbaycanın
maraqlarını müdafiə edən yazı idi. əfsuslar olsun ki, bir müddətdən
sonra Nəcəf redaktorluqdan azad olundu” deyə Mütəllibov qeyd edib.
“Həmin vaxt mən Vəzirova dedim ki, bu adam həqiqəti yazıb, o, bizim
mövqeyimizi müdafiə edir. əgər bu cür adamları vəzifədən çıxarsaq, nəyə
nail olacağıq? Nə üçün erməni separatçılarının başlarını tumarlamalıyıq?”
Təəssüf ki, belə bir adam vaxtında dövlət işinə cəlb olunmadı. Çünki o,
öz xalqına çox fayda verə bilərdi. O, ziyalı və gözəl jurnalist idi. Çox
təəssüf ki, belə adamı itirdik” - deyə eks prezident vurğulayıb.
“Hesab edirəm ki, Nəcəfin ən böyük xidmətləri onun “Molodyoj
Azerbaydjana” qəzetinin redaktoru olduğu dövrdür. O zaman Nəcəf
Azərbaycanda heç kəsin edə bilmədiyini etdi. O, beynəlxalq səviyyədə
antiazarbaycan təbliğatına qarşı çıxdı, indiki dillə desək, düşdüyumüz
informasiya blokadasını yardı. Zənnimcə, bunlar onun xidmətləridir. Gec
də olsa, bunlar hökumət mükafatı ilə qeyd olunmalıdır” deyə Ayaz
Mütəllibov bildirib.
ÜÇ NÖQTƏ
¹142(143) 13-15 yanvar 2000-ci il
JURNALİSTLƏR ÜÇÜN YENİ DƏRSLİK:
“Jurnalist etika”sı mərhum
Nəcəf Nəcəfovun xatirəsinə ithaf olunub
Bu günlərdə Yeni Nəsil Jurnalistlər B i r l i y i (YNJB) tərəfindən
kitab çap olunub. “Jurnalist etikası” adlanan bu kitab ali məktəb
tələbələri, mətbuat işçiləri və digər təbəqələr üçün nəzərdə tutulub.
YNJB-nin sədri Arif əliyevin dediyinə görə, kitabın çapı müstəqil
mətbuatımızın yaradıcılarından hesab olunan Nəcəf Nəcəfovun vəfat etdiyi
dövrə təsadüf etdiyi üçün nəşrdə mərhumun xatirəsi yad edilib. A.əliyevin
sözlərinə görə, N.Nəcəfov həm də ən yüksək etik keyfiyyətlərə malik bir
insan olduğu üçün kitab onun əziz xatirəsinə ithaf olunub. Müsahibim onu
da bildirdi ki, kitabın prezentasiyası keçirildikdən sonra pulsuz olaraq
qəzet redaksiyalarına va universitet tələbələrinə veriləcək. Xatırladaq
ki, sırf jurnalist etikasının problemləri ilə bağlı belə kitab ilk
dəfədir ki, nəşr olunur.
İntiqam Rəsuloğlu
VAXT
İctimai-siyasi, hüquq qəzeti
N 1(92) 13-19 yanvar 2000-ci il
TƏƏSSÜF
NƏCƏF BƏY NƏCƏFOV
VƏFAT ETDİ, YAŞASIN AZƏRBAYCAN MƏTBUATI
Bu günlər Azərbaycan mətbuat aləmi dərin üzüntülü və kədərli günlər
yaşamaq zorunda qaldı. Nədən ki, milli Azərbaycan mətbuatının
öndərlərindən olan, bəşəri ideyaların milli dəyərlər baxımından milli
mətbuatımızda əsasını qoyanlardan biri Nəcəf bəy Nəcəfov dünyasını
dəyişdi. 44 il yaşadı. Bu az bir müddətdir. Amma necə yaşadı Nəcəf bəy
bu az ömrü?
Zaman o zaman idi ki, dünyanın Qafqaz adlı bölgəsində Azərbaycan adlı
azad bir məmləkət doğuldu və bu azad məmləkətin “Azadlıq” adında bir
mətbuat orqanı da dünyaya gəldi ki, bu yaranış Nəcəf bəyin ciddi səyi
nəticəsində varid oldu. Və bu azadlıq qəzeti mərhumun çalışqanlığı
sayəsində cəmiyyət üçün azad yazarlar yetişdirən bir məktəbə çevrildi ki,
bu məktəbin yetişdirmələri indi məmləkətin qabaqcıl ziyalıları sırasında
dururlar.
Nəcəf bəyin ictimai davranışı özü-özlüyündə bir nümunə idi, bir məktəb
idi. Onun yaradıcılıq çalışmaları vətəndaşlarının maariflənməsi, düzgün
istiqamətdə tərbiyələndirilməsi, bir sözlə sivil insan cərkəsinə çıxması
prinsipinə xidmət edirdi.
Nəcəf bəy yenilikçi idi. Onun zəhmətindən bar verən meyvənin özünəməxsus
dadı olardı.
Nəcəf bəyin şəxsi sifətləri təkrarolunmaz, əvəzedilməz idi.
İnsanpərvərlik, sadəlik, təmkinlik, rəhmdillik kimi gözəl xüsusiyyətləri
cəm etmişdi özündə. Nəcəf bəyin sözü və işinə Azərbaycan xalqı və
mətbuatı həmişə ehtiyac duyacaqdır.
B.Mikayıllı
MÜSAVAT
Müstəqil ictimai-siyasi qəzet
N 8(951) 13 yanvar 2000-ci il
BİZİ ÖZÜMÜZƏ
TANIDAN NƏCƏF
İndi bizdən uzaq görunən 89-cu il. Nəcəf Nəcəfovun baş redaktor olduğu
“Molodyoj Azerbaydjana” qəzeti o vaxtlar deyildiyi kimi, “Dağlıq Qarabağ
Muxtar Vilayəti ətrafında hadisələr” haqqında həqiqəti yazmağa cəsarət
edən yeganə qəzet idi. Onu Qorbaçovun “perestroyka və qlasnost” dövrünün
aşkarlıq mətbu orqanı, indiki anlamda əsl qəzet adlandırmaq olardı.
Nəcəf Nəcəfovu onda vəzifədən təzəcə çıxarmışdılar və ya eyni şeydi, öz
ərizəsi ilə işdən çıxmağa məcbur etmişdilər “işində yol verdiyi
nöqsanlara görə”. “İşindəki nöqsanlar” ondan ibarət idi ki, Nəcəfin
qəzeti Dağlıq Qarabaq problemi haqqında olanları, hər bir
azərbaycanlının və məntiq haqqında azca təsəvvürü olan hər bir normal
insanın düşündüyünü yazırdı. Başqa Azərbaycan qəzetləri bu problem
haqqında indi unudulmaqda olan “xalqlar dostluğu” və “proletar
beynəlmiləlçiliyi ruhunda materiallar verirdi. Nəcəfi işdən çıxarıb,
“Bakinski raboçi” qəzetinə, ya da “Vışka”ya, dəqiq yadımda deyil, şöbə
müdiri təyin etdilər, Mən də xəstələnmişdim, işə getmirdim. Boş vaxtım
vardı. Fürsətdən istifadə edib, Jurnalistlər İttifaqına üzv olmaq üçün
sənəd hazırlamaq qərarına gəldim. Üç tövsiyə lazım idi. Sanballı,
tanınnış iki jurnalist mənə zəmanət verdi, üçüncünü Nəcəf Nəcəfovdan
almaq qərarına gəldim. “Molodyojka” da bir neçə yazım getmişdi, bir
neçəsini də Nəcəfin tapşırığı ilə hazırlamışdım, bu səbəbə onun oturduğu
darısqal redaksiya otağının qapısını ürəklə açdım. Nəcəf müəllim
xahişimi eşidib, təəccübləndi:
- Məndən almaq istəyirsən, özü də indi?..
Amma razı olub, möhlət istədi. Bu dəfə mən təəccübləndim - mən biləni,
yaradıcılıq ittifaqlarına zəmanət bir-iki, maksimum üç dəqiqəyə, “diz
üstə” yazılır. Nəcəf isə bu işə başqa cür yanaşdı. Oturmağı, bir siqaret
çəkməyi təklif etdi və yarım saat ərzində o vaxtkı SSRİ Jurnalistlər
İttifaqına zəmanət yazdı. Bu zəmanət birnəfəsə, qələm-kağızından
ayrılmayaraq yazılmadı. Nəcəf onun üzərində ciddi, fikirləşə-fikirləşə
çalışdı, burasına bir cümlə əlavə etdi, orasından bir-iki söz çıxartdı,
ağıllı-başlı redaktə işindən sonra üzünü ağartya köçürüb, mənə uzatdı.
Böyük maraqla, özümü yeni, gözləmədiyim tərəfdən görüb tanıyaraq
oxuduğum zəmanətdə indiyəcən yazdıqlarım, güclü və zəif tərəflərim
səciyyələndirilmişdi. Yazını götürüb işlərimin dalınca getdim, amma
həmin gün də, bir həftə sonra da, bir ay sonra da fikrimdə həmin yazıya
qayıdırdım. Bu əhvalat niyə yadıma düşdü? Nəcəf Nəcəfov hətta zəmanət
kimi kiçik işə də formal yanaşa bilmirdi, vaxtını, ürəyinin odunu,
qələminin şirəsini əsirgəmirdi. Məni özümə tanıtdıran o zəmanəti indiyə
kimi saxlayıram...
Çingiz Sultansoy
AZADLIQ
Gündəlik qəzet
N 8 (1517) 13 yanvar 2000-ci il, cümə axşamı
FÖVQƏLADƏ
VƏZİYYƏTLƏRİN FÖVQƏLADƏ QƏHRƏMANI
Azərbaycanda
insanları zaman-zaman ayağa qaldıran müstəqillik ideyaları 1988-ci ildə
erməni təcavüzüylə bağlı yenidən baş qaldıranda kütlələri hərəkətə
gətirməklə bərabər, bacarıqlı liderlər də yetirdi. Hərəkatın zirvəsi
olan təlatümlü noyabr-dekabr Meydanı “Molodyoj Azerbaydjana” qəzetini və
onun redaktoru Nəcəf Nəcəfovu istiqlal mübarizəsinə qalxmış xalqımıza
xidmət nümunəsi kimi təqdim etdi.
Azərbaycanın 80-ci illər müstəqllik mübarizəsi tarixinə və Nəcəfin həyat
yoluna nəzər saldıqda aydın olur ki, həyatın sakit anlarında o, diqqəti
çox da cəlb etmir. Lakin fövqəladə hadisələr baş verdiyi ən gərgin
anlarda o, bir parlaq lider kimi meydana çıxır.
“Azərbaycan SSR-in suvereniliyi haqqında” Konstitusiya qanununun qəbul
edilməsi uğrunda mübarizə Nəcəf bəyin fövqəladə vəziyyətlərdə işləməkdə
müstəsna bacarığının olduğunu ikinci dəfə üzə çıxardı. Azərbaycanın
müstəqilliyi naminə həyatından belə keçməyə hazır olan Nəcəf bəy o
vaxtlar hələ çoxlarının açıq tənqid etmək cəsarətində bulunmadığı MK-nın
birinci katibiylə üz-üzə gəldi və sərt mükalimədə yarım addım belə geri
çəkilmədi. Belə cəsarətli davranışın onu ən azı bir neçə il azadlıqdan
məhrum edə biləcəyinə, ailəsini, nəslini uzun illər təqibə məruz
qoyacağına heç kəs, o sıradan özü də qətiyyən şübhə etmirdi.
Bundan çox keçməmiş -dəhşətli 20 Yanvar hadisəsi Nəcəfi xalqa yenidən
mərd, qorxmaz, fədakar bir lider kimi tanıtdı. O, AXC İdarə Heyətinin
üzvləri arasında həmin gecə rus tanklarının qarşısına sinə gərmiş
insanlarla birgə olan iki nəfərdən biriydi.
Ancaq o, ilk növbədə ideoloji rəhbərdi. Bu xüsusiyyəti istər “Molodyoj
Azerbaydjana”, istərsə də “Azadlıq” qəzetində redaktor olanda өzünü daha
parlaq şəkildə göstərdi. Bizcə, Nəcəf bəyi ideoloji rəhbər kimi qəti
şəkildə təsdiqləyən ən mühüm hadisə 21-22 yanvar tarixdə keçirilmiş
Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasıdır.
21-si günü biz - ictimai dəfn komissiyasının bir neçə üzvü axşam saat 7
radələrində sessiyada iştirak etməkçün Ali Sovetin binasına gəldik.
Binanın girəcəyində qarmaqarışıqlıqla rastlaşdıq. Bəzi deputatlar çıxıb
getmək istəyirdi, tanımadığım başqa adamlarsa buna imkan vermirdilər.
Milis hadisəyə müdaxilə etmirdi.
İclas zalına gəldik. Yazıçı İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə rəyasət
heyətində əyləşmişdilər. Zalda deputatlar, AXC-nin təxminən 15-20 nəfər
üzvü, ictimaiyyətin və “qeyri-formal” təşkilatların nümayəndələri də
vardı.
Zala girən kimi tanımadığımız adamlar bizə yaxınlaşıb bir azdan Bakı
şəhərinin
komendantı general Dubinyakın hamını həbs edəcəyi məlumatını verdi. Buna
əhəmiyyət vermədik. Bu şayiə sessiya bşa çatanadək müxtəlif variantlarda
davam etdi. Zalda adamlar qrup-qrup oturub hərə öz “dairə”siylə söhbət
edirdi. Kimisi zaldan çıxır, kimisi daxil olurdu. Әsl qarışıqlıq hökm
sürürdü. Biz də özümüzə yer etdik. Zala girdiyimiz ilk anlardan Nəcəf
bəyin buradakı insanlar arasında birlik yaratmağa çalışdığını gördük. O,
tez-tez bir dəstənin yanından başqasına keçir, nəsə məsləhətləşir, fikir
mübadiləsi aparırdı. Mən Nəcəf bəyə yaxınlaşıb nə etmək lazım gəldiyini
soruşdum. O bildirdi ki, birinci növbədə deputatların binadan çıxıb
getməsinə imkan verməməlidir, çünki qərar qəbul etməkçün yetərsəy
kərəkdir.
Soruşdum ki, Nəcəf bəy, bizim mövqeyimizi müdafiə etməyən deputatlar
qərarlara səs verərmi? Nəcəf bəy özünəməxsus yumorla: “Bəy, narahat olma,
bu - deputatlar tribunadan deyilən sözlərə əl qaldırmağa vərdiş ediblər:
heç vaxt tribunadan eşitdikləri sözün əleyhinə səs verməzlər” - dedi.
Nəcəf bəy tövsiyə etdi ki, rəqiblərimizə bəhanə vermədən deputatları ələ
alaraq sovet ordusunun təcavüzkarlığını sənədləşdirən qərarların qəbul
edilməsinə nail olmalıyıq; maksimum cəsarətli və həssas işləmək lazımdır.
Nəsə gözlənilməz bir hadisənin baş verəcəyi hissi hamını əzir, gərginlik
altında saxlayırdı. Zalda oturanlar arasındakı polemikalar tez-tez
kəskin narazılığa səbəb olurdu. Nəcəf bəy dərhal onlara müdaxilə edir,
adamlar arasında ünsiyyətin pozulmasına, təxribata imkan vermirdi.
İsmayıl Şıxlı, İmam Mustafayev və Lütfiyar İmanovun çıxışları istisna
olmaqla imperiyanın ünvanına tutarlı söz deyən deputat olmadı. Moskvanın
siyasətini əsasən ictimaiyyətin nümayəndələri ittiham edirdi. Bu gedişlə
sessiyanın Azərbaycanda törədilmiş vəhşiliyə qarşı qətiyyətli bir qərar
qəbul edəcəyi açıq-aşkar şübhə doğururdu. Təxminən gecə saat 12
radələrində general Dubinyakın Vaqif Hüseynovla birlikdə sessiyaya
gəlməsi beyinlərində DTK və Moskva xofu kök salmış partokrat deputatları
daha da həyəcanlandırdı, onları əməlli-başlı qorxuya saldı. Bu
hakimiyyətin sədaqətli qulu olmasıyla fəxr edən bir qrup deputatın
fəallaşması da özünü açıq şəkildə üzə çıxardı. Bütün bu ziddiyyətli
məqamlarda Nəcəf bəy müxtəlif düşüncəli insanların yeganə həmrəylik
nöqtəsiydi.
Sessiyanın qəbul edəcəyi qərarı Nəcəf bəyin AXC İdarə Heyətindəki
dostları Tofiq Qasımov, Sabit Bağırov və b. hazırlayırdı. Nəcəf bəy
tez-tez onlara baş çəkir, əsasən zalda həmrəyliyi qoruyub saxlamaqla
məşğul olurdu. Baş verən ziddiyyətli, anlaşılmaz məqamlarda çıxardığı
səhvsiz qərarları onun yenilməz daxili təmkininin, kəskin, iti ağlının
məhsuluydu. Ancaq son dərəcə qətiyyətli görünən Nəcəfin köksündə, təbii
ki, zaldakı həmkarlarının da yaşadığı bir qorxu yer salmışdı -
sessiyadaca həbslərin keçirilməsi, Ali Sovetin adından hazırlanmış
qərarların qəbuluna yol verməməklə rus imperiyasının Azərbaycan xalqına
qarşı törətdiyi vəhşiliklərin ört-basdır etdirilməsi qorxusu!
Hər hansı bir gözlənilməzliyin əsirinə çevrilməməkçün Nəcəf bəy
sessiyada qəbul ediləcək qərarlarıi imza və möhürlə təsdiqlənmiş bir
nüsxəsini sessiyada elan olunmamışdan qabaq Ali Sovetin binasından
çıxartdırmaq istəyirdi. O bununla deputatların həbs edilməsi üzündən
sessiyanı başa çatdırmağın mümkün olmadığı halda da sessiyanın çıxardığı
qərar haqqında Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə məlumat
verməyin mümkün olmasına şərait yaratmaq istəyirdi. Nəcəf bəy bu
diləyinə çatandan sonra o qədər rahatlandı ki, bir andaca son dərəcə
yorğun görkəm aldı.
Fövqəladə sessiyanın qəbul edəcəyi qərarın layihəsini Nəcəf bəy zala
gətirəndə soruşdum: “Nəcəf bəy, bəlkə?..”. O, gülümsünərək: “Mən
deputatlarımıza inanıram” - deyib qərarı zala yenicə gəlmiş Elmira
Qafarovaya təqdim etdi. Yanvarın 21-indən 22-sinə keçən gecə təxminən
saat 4 radələrində 20 Yanvar faciəsi haqqında qərara deputatlarımız
yekdilliklə səs verdilər.
Sonradan öyrəndim ki, sessiyanıi çağırılması təşəbbüsündə, deputatların
toplanmasında, sessiyanın işinin ilkin təşkilində də Nəcəf bəyin
həlledici əməyi olub. Onun həmin fövqəladə sessiyadakı fəaliyyəti
haqqında yazdıqlarımın bu məclisdə iştirak etmiş şəxslərə çox zəif
görünəcəyi mənə irəlicədən məlumdur. Sessiyada onun gördüyü bütün işləri
əhatə etməkçün orada baş vermiş bütün hadisələri qələmə almaq lazımdır.
İnanmaq istəyirəm ki, həmin sessiyanın başqa iştirakçıları da susmayacaq,
öz sözlərini deyəcəklər.
Nəcəf bəy ata və babaların bəd əməllərindən nəvə-nəticələrin xəcalət
çəkməməsi üçün şəxsən öz üzərinə düşən işi heç vaxt başqasının üzərinə
atmaz, xilaskarı qıraqda axtarmayaraq bu rolu şəxsən öz üzərinə
götürməkdən çəkinməzdi. Azərbaycanın milli-azadlıq hərəkatı tarixində,
siyasi mədəniyyətimiz tarixində Nəcəf Nəcəfovun xidmətlərini aşkarlamaq
indiki nəslin vicdan borcudur.
Xəliyəddin Xəlilov
|
ÂÛØÊÀ
ÍÅÇÀÂÈÑÈÌÀß ÎÁÙÅÑÒÂÅÍÍÎ-ÏÎËÈÒÈ×ÅÑÊÀß ÃÀÇÅÒÀ ÀÇÅÐÁÀÉÄÆÀÍÀ
N 47 (19288) 24 - 30 äåêàáðÿ 1999 ãîäà
ÏÐÎØÅË ÏÎ ÆÈÇÍÈ È ÎÑÒÀÂÈË
ÑÂÎÉ ÑËÅÄ ÍÀ ÇÅÌËÅ
Ñèðîòëèâî ñòàëî íà ýòîì ñâåòå áåç Íàäæàôà è íåñòåðïèìî áîëüíî âñåì òåì,
êòî çíàë åãî, îáùàëñÿ ñ íèì, äðóæèë, âìåñòå ðàáîòàë. Ýòó áîëü ðàçäåëÿþ,
êàê ìíîãèå "âûøêèíöû", è ÿ, ïîòîìó ÷òî áûëà ïåðâûì â "Âûøêå" ÷åëîâåêîì,
êîòîðîìó â 1981 ãîäó Íàäæàô, òîãäà åùå ðàáîòàâøèé â "Ñòðîèòåëüíîé
ãàçåòå", ïðèíåñ ñâîè ðàññêàçû. Îäèí èç íèõ — "Õîòèòå âåðüòå, õîòèòå —
íåò...", îïóáëèêîâàííûé ïîçæå, â 1985 ãîäó, êîãäà óæå Íàäæàô ðàáîòàë â
"Âûøêå", áûë íàïèñàí ëåãêî, íåîáû÷íî, èíòåðåñíî, ñ þìîðîì. Ìíå îí î÷åíü
ïîíðàâèëñÿ è ñðàçó æå ïðèâëåê âíèìàíèå ðóêîâîäñòâà íàøåé ãàçåòû ê
ìîëîäîìó òàëàíòëèâîìó æóðíàëèñòó. Ïî÷åìó-òî îáðàç ãîâîðÿùåãî ãîëóáÿ,
ñîçäàííûé Íàäæàôîì â ýòîì ðàññêàçå, ãëóáîêî è íàäîëãî çàïàë â ìîþ äóøó.
È áóêâàëüíî íåçàäîëãî äî åãî ñìåðòè ÿ âñïîìíèëà èìåííî î íåì, òåðçàÿñü
âîïðîñîì: "Ïî÷åìó?" Íå ïîòîìó ëè, ÷òî òîò áåëûé ãîëóáü, êîòîðûé, âàæíî
ðàñõàæèâàë ïî êàðíèçó çà îêíîì, îáâèíÿÿ ÷åëîâåêà â æåñòîêîñòè è
áåññåðäå÷èè, òàê íàïîìíèë î íåì ñàìîì? Âåäü òÿæåëî áîëåÿ âñå ýòè ãîäû,
Íàäæàô õîäèë ïî êðàþ êàðíèçà, ðèñêóÿ â ëþáóþ ìèíóòó óïàñòü âíèç...
Òðóäîëþáèâûé, èíòåëëèãåíòíûé, ëþáÿùèé øóòêè, ïðåäàííûé â äðóæáå — òàêèì
çàïîìíèëñÿ ìíå Íàäæàô.
Îí íå óìåë êðèâèòü äóøîé è, ðàç èçáðàâ ñâîé ïóòü, íå øàðàõàëñÿ èç
ñòîðîíû â ñòîðîíó. Æèë, íå êè÷ÿñü ñâîèì âûñîêèì ïîëîæåíèåì, ïîìíÿ,
âèäíî, î òîì, ÷òî îíî íå âå÷íî, êàê íå âå÷íà ñàìà æèçíü, êîòîðàÿ
îòïóñòèëà åìó âñåãî-òî 44 âåñíû...
Íàäæàô ïðèøåë â "Âûøêó" â íà÷àëå 80-õ è äî íàçíà÷åíèÿ ðåäàêòîðîì
"Ìîëîäåæêè" ðàáîòàë â ñòåíàõ íàøåé ðåäàêöèè, ïîñòèãàÿ àçû áîëüøîé
íàñòîÿùåé æóðíàëèñòèêè. Ýòî áûë óäèâèòåëüíûé ïåðèîä â èñòîðèè íàøåé
ãàçåòû. Â ðåäàêöèþ ïðèøëè ìîëîäûå òàëàíòëèâûå æóðíàëèñòû â îñíîâíîì
íàöèîíàëüíûå êàäðû. Âàëèä Àëèåâ, Àçåð Ìóðñàëèåâ, Øàèê Ìàìåäîâ, Øàìèëü
Ìåäæèäîâ, Ôàìèëü Èñìàéëîâ, Ðàóô Òàëûøèíñêèé, Íàäæàô Íàäæàôîâ... Ýòî
ïîòîì, ñïóñòÿ ãîäû ñóäüáà ðàññòàâèò èõ ïî ðàçíûå ñòîðîíû áàððèêàä. À â
òî âðåìÿ îíè, îäóõîòâîðåííûå ñâîåé âûñîêîé ìèññèåé, ïîä ðóêîâîäñòâîì
òàëàíòëèâûõ ñòàðøèõ òîâàðèùåé, òàêèõ êàê Ãåííàäèé Ãðèãîðüåâè÷ Ãëóøêîâ,
Þðèé Ïàâëîâè÷ Êàòêîâ, - Îñìàí Ìèðçîåâè÷ Ìèðçîåâ, Èðàäà Àãàäæàâàäîâíà
Âåêèëîâà ó÷èëèñü âåëèêîìó èñêóññòâó çàïå÷àòëåâàòü íà ñòðàíèöàõ ãàçåòû
ñåãîäíÿøíèé äåíü âî âñåì åãî áîãàòîì ìíîãîîáðàçèè. Ãëàâíîé òåìîé
âûñòóïëåíèé Íàäæàôà Íàäæàôîâà áûëî ñîçèäàíèå, à ãåðîÿìè åãî î÷åðêîâ —
ñòðîèòåëè, ðàáîòàâøèå ïî âñåé ðåñïóáëèêå. Íî åãî ïåðó áûë ïîäâëàñòíà è
ïóáëèöèñòèêà. Îí ìîã ïèñàòü óáåäèòåëüíî, äîâåðèòåëüíî, ïðîíèêíîâåííî,
ôèëîñîôñêè. 1985 ãîä áûë ïèêîì åãî òâîð÷åñòâà â "Âûøêå", ãäå îí ïðîøåë
áîëüøóþ, õîðîøóþ øêîëó æóðíàëèñòñêîãî ìàñòåðñòâà... Â îäíîì èç åãî
ìàòåðèàëîâ, îïóáëèêîâàííîì 1 ÿíâàðÿ 1985 ãîäà åñòü òàêèå ñòðîêè: "Ìèð
äîìó òâîåìó — òðàäèöèîííîå ïðèâåòñòâèå, ðîæäåííîå â ãëóáèíå âåêîâ. Ìèðà
ñâîåìó äîìó, óëèöå, ãîðîäó, ñòðàíå âñåé è íå òîëüêî ñâîåé, ìèðà âñåé
ïëàíåòå, — âîò ÷åãî õîòåëè è õîòÿò âñå çäðàâîìûñëÿùèå ëþäè íà âñåõ
êîíòèíåíòàõ!"
Ýòîãî ìèðà èñêðåííå æåëàë è ñàì Íàäæàô. Îí ìå÷òàë âèäåòü Ðîäèíó
ñâîáîäíîé, íåçàâèñèìîé, ìå÷òàë âîçðîäèòü âñå íðàâñòâåííûå óñòîè,
íàöèîíàëüíûå òðàäèöèè íàøåãî íàðîäà. È ðàäè ýòîãî îäíèì èç ïåðâûõ âûøåë
íà óëèöû ðîäíîãî ãîðîäà.
Ñèäÿ â áîëüøîì çàëå â Äîìå àêòåðà, íà ñöåíå êîòîðîãî áûë óñòàíîâëåí ãðîá
ñ òåëîì Íàäæàôà è ãäå, çàñòûâ â ñêîðáíîì ìîë÷àíèè, ïåðåæèâàëè îäèíàêîâî
òÿæåëî ýòó ãîðüêóþ óòðàòó è ìíîãî÷èñëåííûå ïðåäñòàâèòåëè îïïîçèöèè, è
ãîñóäàðñòâåííûå ÷èíîâíèêè, ÿ âäðóã ïîíÿëà, ÷òî ñóäüáîé îí áûë îòìå÷åí
äàâíî, åùå â òå ãîäû, êîãäà òîëüêî ïðèøåë â "Âûøêó". Òîãäà íà ïîõîðîíàõ
îäíîãî èç íàøèõ ñîòðóäíèêîâ Íàäæàô, î÷åíü áûñòðî çàâîåâàâøèé ñèìïàòèè
âñåãî íàøåãî áîëüøîãî êîëëåêòèâà, âäðóã ïîòåðÿë ñîçíàíèå. Ýòîò ñëó÷àé
âçâîëíîâàë è îáåñïîêîèë âñåõ âûøêèíöåâ. Çàòåì îí ïîïàë ñ ðàäèêóëèòîì â
áîëüíèöó ëå÷êîìèññèè, è ìû êàæäûé äåíü íàâåùàëè êîëëåãó, äðóãà,
òîâàðèùà. Êàæäûé ñòàðàëñÿ õîòü êàê-òî îáëåã÷èòü åãî ñòðàäàíèÿ. Ïîòîì
áûëè ìèòèíãè âî âðåìÿ îäíîãî èç êîòîðûõ Íàäæàôà áèëè äóáèíêàìè ïî
áîëüíîé ñïèíå... Îí î÷åíü ëþáèë ñâîþ Ðîäèíó è ïðèíåñ åé â æåðòâó ñàìîå
öåííîå, ÷òî åñòü ó êàæäîãî èç íàñ — ñâîå çäîðîâüå, ñâîþ æèçíü.
Âñïîìíèëèñü ìíå åùå îäíè ñòðîêè èç åãî ïóáëèêàöèé. "Ïðîñòîðíûé çàë â
ìîë÷àíüå ïîãðóæåí. Äà ÷òî òàì çàë — ìîë÷èò ñåé÷àñ Âñåëåííàÿ".
Êîãäà ìû âñå â ïðîøëóþ ñóááîòó ïðîâîæàëè â ïîñëåäíèé ïóòü Íàäæàôà,
êàçàëîñü, îò ãîðÿ äåéñòâèòåëüíî ìîë÷èò âñÿ Âñåëåííàÿ.
"Ïîãèá ÷åëîâåê íà äâàäöàòü ïåðâîé âåñíå. Ïîãèáàþò è ìîëîæå, âûíîñÿ äðóãà
èç ïîæàðà, ñïàñàÿ êîãî-òî îò íîæà. Çàùèùàÿ Ðîäèíó, ïîãèáàþò. Èñïûòûâàÿ
íîâûé ñàìîëåò èëè ïðè íàó÷íûõ ýêñïåðèìåíòàõ — è òàêîå áûâàåò. Íî âîò
òàê, áåññìûñëåííî, íè÷åãî íå óñïåâ, êðîìå êàê ïîäàòü áîëüøèå íàäåæäû, è
íå îñòàâèòü íèêàêîãî ñëåäà... Íèêàêîãî? Íî íå ìîæåò æå òàêîãî áûòü. Ðàç
÷åëîâåê ïðîøåë ïî æèçíè — õîòü åäâà çàìåòíûé, à äîëæåí ñëåä îñòàòüñÿ.
Äîëæåí!"
Ýòî òîæå ñòðîêè, íàïèñàííûå íà ñòðàíèöàõ "Âûøêè" ðóêîé Íàäæàôà 14 ëåò
íàçàä. Ìóäðûå è î÷åíü âåðíûå ñòðîêè. Òðóäíî áóäåò çàáûòü îñòðûé âçãëÿä
åãî îãðîìíûõ ãëàç è íåîáûêíîâåííî äîáðóþ óëûáêó, â êîòîðîé áûë âåñü
Íàäæàô...
Îí ïðîøåë ïî ýòîé æèçíè è îñòàâèë ñâîé ñëåä, êîòîðûé íå ïîäâëàñòåí
âðåìåíè, êîòîðûé ìû áóäåì õðàíèòü â ñâîèõ ñåðäöàõ...
ÌEÄÈÍÀ
ÇÅÐÊÀËÎ
¹ 162, ñóááîòà, 18 äåêàáðÿ 1999
ÓØÅË ÈÇ ÆÈÇÍÈ
ÍÀÄÆÀÔ ÍÀÄÆÀÔÎÂ
Óøåë èç æèçíè îäèí èç ðîäîíà÷àëüíèêîâ íåçàâèñèìîé ïðåññû â Àçåðáàéäæàíå
- Íàäæàô Íàäæàôîâ, ñàìûé ÿðêèé ãëàâíûé ðåäàêòîð ãàçåòû "Ìîëîäåæü
Àçåðáàéäæàíà", ñîçäàòåëü è ïåðâûé ãëàâíûé ðåäàêòîð îäíîé èç âåäóùèõ
ãàçåò ñòðàíû - "Àçàäëûã", âèäíûé îáùåñòâåííî-ïîëèòè÷åñêèé äåÿòåëü, îäèí
èç îñíîâàòåëåé íàöèîíàëüíî-îñâîáîäèòåëüíîãî äâèæåíèÿ Àçåðáàéäæàíà.
Òÿæåëàÿ áîëåçíü ðàíî îáîðâàëà æèçíü ýòîãî òàëàíòëèâîãî æóðíàëèñòà,
èçâåñòíîãî ïîëèòè÷åñêîãî äåÿòåëÿ.
Íàäæàô Íàäæàôîâ ïðîæèë äîñòîéíóþ æèçíü. Îí - îäèí èç òåõ, êòî ñîçäàâàë
íîâóþ ïðåññó â ìîëîäîì àçåðáàéäæàíñêîì ãîñóäàðñòâå, òðóäèëñÿ âî áëàãî åå
ñòàíîâëåíèÿ è íåçàâèñèìîñòè. Áëàãîäàðÿ òàêèì ëþäÿì, êàê îí, îáùåñòâî
ïîâåðèëî â ïîðÿäî÷íîñòü è ÷åñòíîñòü æóðíàëèñòîâ.
Âåëèêà áûëà åãî ðîëü è â ïðîðûâå èíôîðìàöèîííîé áëîêàäû Àçåðáàéäæàíà â
íà÷àëå 90-õ ãîäîâ.
Íàäæàô Íàäæàôîâ âñåãäà íàõîäèëñÿ â òåíè, îäíàêî â ñàìûå îòâåòñòâåííûå
ìîìåíòû äëÿ ñòðàíû è îáùåñòâà åãî ñëîâî èìåëî âåñîìóþ ðîëü. Åìó âåðèëè
ëþäè, ñ íèì ñ÷èòàëèñü ïîëèòèêè.
 ëèöå Íàäæàôà Íàäæàôîâà àçåðáàéäæàíñêèé íàðîä ïîòåðÿë ñâîåãî âåðíîãî
ñûíà è âûäàþùóþñÿ ëè÷íîñòü. Çíàâøèå åãî ëþäè íèêîãäà íå çàáóäóò åãî
÷åëîâå÷åñêèõ è äåëîâûõ êà÷åñòâ è ïîðÿäî÷íîñòü. Ñåìüÿ è áëèçêèå ïîòåðÿëè
çàáîòëèâîãî ìóæà è íåæíîãî îòöà.
Öåðåìîíèÿ ïðîùàíèÿ ñ Íàäæàôîì Íàäæàôîâûì ïðîéäåò ñåãîäíÿ ñ 12.00 äî
15.00 â Áàêèíñêîì Äîìå àêòåðà.
Êîëëåêòèâ "Àéíà ìýòáó åâè", ðåäàêöèè ãàçåò "Çåðêàëî", "Áèðæà è "Wååk ånd
+" âûðàæàþò ãëóáîêîå ñîáîëåçíîâàíèå ðîäíûì è áëèçêèì Íàäæàôà Íàäæàôîâà.
Åãî ñìåðòü ñòàëà òÿæåëîé óòðàòîé äëÿ âñåõ íàñ.
Àëëàõ ðýõìåò ýëåñèí!
|
|